VINSELL 20 ML (SPREY) (ARIS) (GERMANIYA)

Dərman formasıSprey
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər terapevtik preparatlar
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİNSEL yerli istifadə üçün sprey

Tərkibi

Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Apis mellifica D7 1,25 q, Atropa bella- donna D5 1,25 q, Calendula officinalis D3 1,25 q, Echinacea purpurea D5 1,25 q, Phytolacca americana D3 1,25 q, Plantago major D3 1,25 q, Salvia officinalis D3 1,25 q, Vincetoxicum hirundinaria D5 1,25 q. Köməkçi maddələr: 96% etil spirti, qliserol (85 %), təmizlənmiş su. Tərkibində 20 həcm %-i spirt var.

Təsviri

Şəffaf, rəngsiz, zəif etanol qoxulu məhluldur.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər terapevtik preparatlar. ATC kodu: V03AX.

İstifadəsinə göstərişlər

Ağızda selikli qişanın iltihabı, ağız yaraları, boğaz ağrısı və boğazda xırıltı.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentlərə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu məhsulun tərkibinə etanol daxildir və nəfəsi içəri çəkmək olmaz. 6 yaşından aşağı uşaqlar üçün spreyin istifadəsi məqsədilə müalicə edən həkimlə məsləhətləşmək lazımdır. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, siz həkim və ya tibb mütəxəssisi ilə məsləhətləşməlisiniz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

İstifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Standart Doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Gündəlik 3-5 dəfə, hər dəfə 1–2 sprey. Ehtiyac olarsa gündəlik 10-12 dəfəyə qədər istifadə oluna bilər. Pediatriya: 6 yaşdan aşağı: müalicə həkimi ilə məsləhətləşin. 6–11 yaş: Gündəlik 3-5 dəfə, hər dəfə 1 sprey. Ehtiyac olarsa gündəlik 8 dəfəyə qədər istifadə oluna bilər. 1. Ucluğu üfüqi vəziyyətə çevirin. 2. Vinceel Ağız və Boğaz üçün Spreydən ilk dəfə istifadə etməzdən öncə, narın sprey dumanı formalaşana qədər spreyin başlığını sıxın. 3. Şəhadət barmağını spreyin başlığına qoyun. Ucluğu ağızın içərisinə daxil edin və onu yaralı yerə yönəldin. 4. “İstifadə qaydası və dozası” hissəsində göstərildiyi sayda spreyin başlığını sıxın. Flakonun şaquli vəziyyətdə saxlanılması arzuolunandır. Ağıza püskürdərkən nəfəsin içəri çəkilməməsi üçün 6-11 yaş arası uşaqlara spreyi valideynlər istiqamətləndirməlidirlər. Gigiyena nöqteyi-nəzərindən eyni məhsulun digərləri ilə paylaşdırılması tövsiyə olunmur.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi homeopatik dərman vasitələrinin də ayrı-ayrı hallarda müvəqqəti allergik reaksiya kimi əlavə təsiri ola bilər.

Buraxılış forması

20 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4, 76532 Baden-Baden. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VINSELL 20 ML (SPREY) (ARIS) (GERMANIYA)” üçün ilk rəyi siz yazın.