VINEBRAL 30MG N20 TB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ürək-damar sisteminə təsir edən vasitələr. Digər periferik vazodilatatorlar |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
14,47 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİNEBRAL uzunmüddətli təsirə malik kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Vincamine
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 30 mq vinkamin vardır. Köməkçi maddələr:laktoza monohidrat, şəkər kürəcikləri, povidon, metakril turşusunun sopolimeri- metilmetakrilat (1:1), şellak, talk. Kapsul: qırmızı dımir oksidi, titan dioksid, jelatin.
Təsviri
№ 2 ölçülü, möhtəviyyatı ağ və ya azacıq sarımtıl rəngli pelletlərdən ibarət qapağı və gövdəsi tünd narıncı rəngli bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Ürək-damar sisteminə təsir edən vasitələr. Digər periferik vazodilatatorlar. ATC kodu: C04AX07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vinebral tərkibində təsiredici maddə qismində olan kiçik Cəzayir bənövşəsinin (Vinca minor L.) vinkamin alkaloidi olan bitki mənşəli preparatdır. Preparatla terapiya zamanı qanın serebral sirkulyasiyasının yaxşılaşması ilə baş beyin hüceyrələrinin oksigenə və qlükozaya tələbatın artması güclənir. Bu zaman laktatın sintezi azalır. Yüngül və mülayim demensiyalı pasiyentlərdə serebral qan dövranının yaxşılaşdırılıması üçün vinkaminlə terapiya effektivdir. Terapiyanın nəticəsində işemik sahələrin sayı azalır, yaddaş və davranış reaksiyası yaxşılaşır. Heç bir dəyişiklik arterial qanda və ya arterial təzyiqdə karbon qazının parsial təzyiqinin dəyişməsilə əlaqədar olmadığından, ehtimal edilir ki, vinkamin birbaşa vazodilatator təsir göstərir və ya beyin metabolizminin güclənməsində bilavasitə iştirak edir. Preparat qlükozanın oksidləşməsinin güclənməsi hesabına beyin metabolizmini sürətləndirir ki, bu da, orqanizmin ümumi aktivliyini artıraraq, enerjinin yaranmasının artmasına səbəb olur. Vinebral qanda qanda sirkulyasiya edən oksigenin hipoksiya vəziyyətində olan neyronlarla tutulmasını və utilizasiyasını artırır. Vinkamin serebral qan damarlarının hemodinamik müqavimətini azaldır və stabilləşdirir. Vinkaminin dəqiq təsir mexanizminin məlum olmamasına baxmayaraq, klinik tədqiqatlar göstərir ki, metabolik aktivasiyanın mexanizmi və kalsium antaqonizmi vinkaminin sitoprotektiv təsiri hesabına degenerativ proseslərin inkişafına mane olur. Farmakoloji tədqiqatların məlumatları göstərmişdir ki, vinkamin elektroensefaloqramda qeyd edilən α-ritmlərin titrəyişinin tezliyinin azalması və δ- və θ-ritmlərin artması hesabına psixi pozuntunu normallaşdırır və diqqətin toplanması qabiliyyətini yaxşılaşdırır. Dopler tədqiqatları göstərmişdir ki, vinkamin serebrovaskulyar hövzənin damarlarının hemodinamik müqavimətini azaldır, elektroensefaloqrafiyanın məlumatları isə α-ritmlərin titrəyişinin tezliyinin azalması və δ- və θ-ritmlərin artması hesabına bioelektrik aktivliyin yaxılaşmasını təsdiq edtmişdir. Bu məlumatlar kortikal mikrosirkulyasiyanın, qlial və neyronal aerob metabolizmin yaxşılaşmasına işarədir. Baxmayaraq ki, vinkamin əsasən metabolik effektlərə təsir edir, preparatın təsir altında eləcə də trombositlərin aqreqasiyasının azalması hesabına hematoloji xarakteristikanın yaxşılaşması baş verir ki, bu da, mikrosirkulyasiyaya müsbət təsir edir. Farmakokinetikası Sorulması Vinkamin yağda həll olan birləşmə olub, mədə-bağırsaq sistemində tez zamanda sorulur. Qan plazmasında maksimal konsentrasiyaya peroral qəbulundan sonra 1-2 saat ərzində çatır. Paylanması Vinkamin toxumalara asanlıqla nüfuz edir və hematoensefalik baryerdən yaxşı keçir. Metabolizmi Vinkamin əsasən qaraciyərdə metabolizmə uğrayır. Xaric olması Vinkamin böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
Preparat baş beyinin metabolik tələbatına qarşı beyin qan dövranının normallaşması və adaptasiyası üçün fiziki və intelektual qabiliyyətin yaxşılaşdırılması məqsədilə aşağıdakı hallarda istifadə edilir (onun funksiyasının tənzimlənməsi, yaxşılaşması və dəstəklənməsi üçün): – yaşlı şəxslərdə aşağıdakı kimi hallarda serebral pozuntu: ● yaddaşın pozulması; ● diqqətin toplanması qabiliyyətinin pozulması; ● qavramanın pozulması; – degenerativ trofik pozuntular: ● şəkərli diabet; ● aterozkleroz; – baş beyinin zədələnməsindən sonra: ● posttravmatik; ● postapopleksik; ● hipertenziv ensefalopatiya; – başgicəllənmə, vertiqo, damar mənşəli başağrı, miqren; – damar genezli eşitmə pozuntusu; – damar mənşəli görmə pozuntusu; – psixi pozuntular: ● məkan və zaman oriyentasiyasının pozuntusu; ● affektiv pozuntular; – serebrovaskulyar pozuntu, baş beyinin işemiyası; – uşaqlarda və yeniyetmələrdə sinir-psixi inkişafın ləngiməsi.
Əks göstərişlər
– Kəllədaxili şiş (və ya kəllədaxili təzyiqin yüksəlməsilə əlaqədar xəstəliklər); – qıcolma pozuntusu; – serebrovaskulyar insult (kəskin serebrovaskulyar insult); – ürək ritminin pozulması (artimiya); – elektrolit balansın ağır pozuntusu (hipokaliemiya və ya hipokalsiemiya); – preparatın istənilən komponentinə qarşı yeksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək ritminin pozulması (aritmiya) Preparatı hipoqlikemiya və ya QT intervalının uzanması zamanı istifadə etmək olmaz, belə ki, bu patologiyalar mədəcik aritmiyasının inkişafı üçün meylli faktor hesab edilir. Ürək xəstəlikləri Miokard infarktı, ürəyin üzvi xəstəlikləri və yaa ürək çatıçmazlığı olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Belə hallarda terapiyanı kiçik başlanğıc dozadan başlamaq, klinik müşahidə və ciddi elektrokardioqrafik monitorinqin aparılması məsləhət görülür. Qaraciyər çatışmazlığı Baxmayaraq ki, qaraciyər funksiyasının pozuntusu müşahidə edilməmişdir, preparatın uzun müddətli istifadəsi zamanı qaraciyərin funksional göstəricilərinə nəzarət etmək lazımdır. Karbohidratlara qarşı dözümsüzlük Preparatın tərkibində laktoza və saxaroza vardır (şəkər kürəciklərinin tərkibində (mikrosferalar)). Qalaktozaya, fruktozaya qarşı dözümsüzlüyü, Lapp laktaza defisiti, qlükoza-qalaktoza absorbsiyası sindromu və ya saxaraza-izomaltaza defisiti kimi nadir irsi problemləri olan pasiyentlər bu dərman vasitəsindən istifadə etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mədəcik ritminin pozulması riski Mədəcik ritminin pozulmasının inkişafının yüksək riskinə görə (xüsusilə “piruet” tipli mədəcik taxikardiyası) Vinebral preparatının “piruet” tipli mədəcik taxikardiyasına səbəb olan dərman vasitələrilə eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. Bu kombinasiyadan yan keçmək mümkün olmadıqda, ciddi klinik və elektrokardioqrafik monitorinqin aparılması məsləhət görülür. Cəzayir bənövşəsi alkaloidlərinə xarakterik qarşılıqlı təsir Xinupristin və dalfopristin Xinupristin və dalfopristin sitoxrom P450 3A4 fermentlərinin güclü inhibitorlarıdır və eyni vaxtda istifadəsi zamanı Cəzayiq bənövşəsi alkaloidlərinin konsentrasiyasının artmasına səbəb ola bilər. Cəzayir bənövşəsinin alkaloidlərilə törədilən əlavə təsirlərin ciddi monitorinqini aparmaq lazımdır (neyropatiya, qıcolma, leykopeniya, trombositopeniya) və preparatın dozası müvafiq şəkildə korreksiya edilməlidir. İtrakonazol İtrakonazolla Cəzayir bənövşəsi alkaloidlərinin mümkün qarşılıqlı təsirin mexanizmi itrakonazolun sitoxrom P450 sisteminin fermentlərilə inhibə edilməsilə əlaqədardır. İtrakonazol, eləcə də, P- qlikoprotein nasosunun təsirini inhibə edə bilir ki, bu da, Cəzayir bənövşəsinin alkaloidlərinin xaric olmasına cavabdehdir. Bu səbəbə görə itrakonazolla vinkaminin eyni vaxtda istifadəsi zamanı pasiyentlər ciddi müşahidə altında olmalıdırlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fertillik Məlumat yoxdur. Hamiləlik Hamiləlik dövründə vinkaminin təsiri barədə klinik məlumatlar olmadığı üçün preparatı bu dövrdə istifadə etmək olmaz, yalnız potensial fayda dölə olan mümkün riskdən üstün olduğu hallar istisna olmaqla. Laktasiya Laktasiya dövründə vinkaminin təsiri barədə klinik məlumatlar olmadığı üçün preparatı bu dövrdə istifadə etmək olmaz, yalnız potensial fayda uşağa olan mümkün riskdən üstün olduğu hallar istisna olmaqla. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətnə təsir edə bilər.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul üçün nəzərdə tutulub. Dozalanma rejimi Böyüklər Preparat sutkada 2 dəfə 1 kapsul qəbul edilir. Müalicə kursunun müddəti xəstəliyin gedişatından asılı olaraq həkim tərəfindən müəyyən edilir. Uşaqlar Preparat pediatrik praktikada istifadə edilir. 12 yaşa qədər uşaqlarda preparat həkim təyinatı ilə istifadə edilir. Böyrək çatışmazlığı olan pasiyentlər Məlumat yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlər “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bolməsinə bax.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Psixikanın pozulması: məlum deyil-ifadəolunmuş psixotrop effektlər. Ürəkdə baş verən pozuntular: məlum deyil-QT intervalının uzanması, “piruet” tipli mədəcik taxikardiyası, mədəcik aritmiyası (yalnız əzələdaxili və venadaxili yeridilmə zamanı). Mədə-bağırsaq sistemində baş verən pozuntular: məlum deyil-ürəkbulanma, qıcqırma, diareya, qəbizlik, ağızda quruluq. Dəridə və dərialtı toxumada baş verən pozuntular: məlumdeyil-eritema, qaşınma. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər baş verdikdə və bu bölmədə qeyd edilməyən arzuolunmaz reaksiyalar yarandıqda, müvafiq Milli farmakonəzarət sisteminə məlumat verməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı ciddi klinik və elektrokardioqrafik monitorinqin, simptomatik müalicənin aparılması və orqanizmin həyati vacib funksiyalarının dəstəklənməsi məsləhət görülür. Spesifik antidotu məlum deyil.
Buraxılış forması
Uzunmüddətli təsirə malik kapsullar. 10 kapsul blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin/Ticarət nişanının sahibi “World Medicine İlaç San. ve Tic. А.Ş.”, Turkey 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.