VELAKSIN 75 MG N28

Təsiredici maddə: VENLAFAXINE
Təsiredici maddəVENLAFAXINE
ReseptReseptlə satılır
Dərman formasıKapsul
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VELAKSİN 37,5 mq, 75 mq, 150 mq uzunmüddətli təsirə malik kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Venlafaksin Bu dərman preparatının istifadəsinə başlamazdan əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına belə baxmayaraq, preparat onların sağlamlığı üçün zərərli ola bilər. Hər hansı əlavə effekt meydana çıxdıqda və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə effektlər aşkar olunduğu halda, həkimi və ya əczaçını məlumatlandırmaq vacibdir.

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 37,5 mq, 75 mq və 150 mq venlafaksin (müvafiq olaraq, 42,42 mq, 84,84 mq və 169,68 mq venlafaksin hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium xlorid, etilsellüloza, talk, dimetikon, kalium xlorid, kopovidon, susuz kolloid silisium, ksantan kitrəsi, sarı dəmir oksid. 37,5 mq) kapsulları: sarı dəmir oksid,Örtük: CONI-SNAP-3 (Velaksin indiqokarmin FD və C göy 2, eritrozin FD və C qırmızı 3, titan dioksid, jelatin. ® ® CONI-SNAP-2 (Velaksin 75 mq) və CONI-SNAP-0EL (Velaksin 150 mq) kapsulları: sarı dəmir oksid, qırmızı dəmir oksid, titan dioksid, jelatin.

Təsviri

Velaksin 37,5 mq: rəngsiz, şəffaf gövdəli 43000 və açıq-narıncı rəngli qapaqlı L530, özübağlanan, CONI-SNAP 3 bərk jelatin kapsullardır. 75 mq: rəngsiz, şəffaf gövdəli 43000 və narıncı-qonur rəngli qapaqlı L570,Velaksin özübağlanan, CONI-SNAP 2 bərk jelatin kapsullardır. Velaksin 150 mq: rəngsiz, şəffaf gövdəli 43000 və narıncı-qonur rəngli qapaqlı L570, özübağlanan, CONI-SNAP 0EL bərk jelatin kapsullardır. Kapsulların üzərində heç bir nişanlanma yoxdur. Kapsulların səthində heç bir zədələnmə və ya toz izləri olmamalıdır. Kapsulların içərisində qoxusuz və ya demək olar ki, qoxusuz, ağ və sarı rəngli pellet vardır. ATC kodu: N06AX16.

Farmakoloji xüsusiyyətləri

Velaksin preparatının təsiredici maddəsi venlafaksindir. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsulları noradrenalinin və serotoninin geri tutulmasının inhibitorları (NSGTİ) qrupundan olan antidepressantdır. Həmin qrup dərman preparatları depressiyanın və həyəcanlılıqla müşayiət olunan pozğunluqlar kimi digər vəziyyətlərin müalicəsi üçün istifadə olunurlar. Hesab olunur ki, depressiyadan və/və ya həyəcanlılıqla müşayiət olunan pozğunluqdan əziyyət çəkən pasiyentlərin baş beynində serotoninin və noradrenalinin səviyyələri aşağıdır. Antidepressantların təsiri tam öyrənilməmişdir, lakin, ehtimal edilir ki, onlar baş beyində serotoninin və noradrenalinin səviyyələrini yüksəldərək, vəziyyətin düzəlməsinə kömək edirlər.

İstifadəsinə göstərişlər

® ® Velaksin preparatı böyüklərdə depressiyanın müalicəsi üçün istifadə olunur. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsulları həmçinin, böyüklərdə aşağıda göstərilən həyəcanlılıqla müşayiət olunan pozğunluqların müalicəsi üçün istifadə olunur: həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqlar, həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqlar (sosial vəziyyətlərdən qorxu hissi və ya çəkinmə) və panik pozğunluqlar (panik hücumlar). Depressiyanın və həyəcanlılıqla müşayiət olunan pozğunluqların müalicəsinin düzgün aparılması, pasiyentin əhvalının yaxşılaşdırılması üçün vacibdir. Depressiyanı və ya həyəcanlılıqla müşayiət olunan pozğunluqları müalicə etmədikdə, bu vəziyyətlər öz-özünə aradan qalxmır və əksinə, pisləşə bilər və gələcəkdə onun müalicəsi daha çətin ola bilər.

Əks göstərişlər

Aşağıdakı hallarda Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarını istifadə etmək olmaz: – pasiyentdə venlafaksinə (preparatın təsiredici maddəsi) və ya “Tərkibi” bölməsində qeyd preparatının uzunmüddətli təsirə malik kapsullarının köməkçi maddələrindənolunmuş Velaksin hər hansı birinə qarşı allergiya qeyd olunduqda; – hal-hazırda və ya son 14 gün müddətində pasiyent depressiyanın və ya Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan və monoaminooksidaza fermentinin geri dönməyən inhibitorları (MAOi) kimi məlum olan hər hansı preparatdan istifadə etdiyi halda. Geri dönməyən MAOi-nin preparatının uzunmüddətli təsirə malik kapsulları ilədigər preparatlarla, o cümlədən, Velaksin birlikdə istifadəsi, ağır dərəcəli və ya hətta, həyat üçün təhlükəli əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər. Həmçinin, Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsi dayandırıldıqdan sonra, istənilən digər geri dönməyən MAOi-nin istifadəsinə başlamazdan əvvəl, ən azı 7 günün keçməsini gözləmək vacibdir (həmçinin, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə və “Serotonin sindromu” hissəsinə bax).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsinə başlamazdan əvvəl, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Pasiyentdə aşağıda göstərilən vəziyyətlərdən hər hansı biri müşahidə olunduğu halda, bu preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək mütləqdir: preparatının uzunmüddətli təsirə malik kapsulları ilə birlikdə istifadə- pasiyent, Velaksin edildikdə, serotonin sindromunun inkişaf etməsi riskini yüksəldə bilən digər preparatlardan istifadə etdiyi halda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pasiyentdə göz xəstəlikləri, məsələn, qlaukomanın (gözdaxili təzyiqin yüksəlməsi) bəzi növləri müşahidə olunduqda; – pasiyentin anamnezində yüksək arterial təzyiq qeyd olunduğu halda; – pasiyentin anamnezində ürək xəstəlikləri qeyd olunduqda; – pasiyentdə ürək aritmiyası (ürək ritminin pozulması) müşahidə olunduqda; – pasiyentdə əvvəllər qıcolmalar (qıcolma tutmaları) qeyd olunduqda; – pasiyentdə əvvəllər qanda natriumun aşağı səviyyəsi (hiponatriemiya) müəyyən olunduqda; – pasiyentdə qançırların əmələ gəlməsinə və ya qanaxmaların baş verməsinə meyllilik müşahidə olunduqda (anamnezdə qanın laxtalanma qabiliyyətinin pozulması qeyd olunduğu halda) və ya pasiyent, qanaxmalar riskinin yüksəlməsinə gətirib çıxara bilən digər preparatlardan, məsələn, varfarindən (antikoaqulyant) istifadə etdiyi halda; – pasiyentdə xolesterinin səviyyəsi yüksəldiyi halda; – pasiyentdə və ya pasiyentin ailə üzvlərində əvvəllər maniakal və ya bipolyar pozğunluqlar (həddindən artıq oyanıqlıq və ya eyforiya) müşahidə olunduqda; – pasiyentdə əvvəllər aqressiv davranış müşahidə olunduqda; – pasiyent şəkərli diabetdən əziyyət çəkdiyi halda. Velaksin preparatının istifadəsi ilə aparılan müalicənin ilk bir neçə həftəsi müddətində, preparat narahatlıq vəziyyətinin və ya bir yerdə oturmaq və ya durmaq qabiliyyətinin olmamasının meydana çıxmasına səbəb ola bilər. Göstərilən vəziyyətlər meydana çıxdığı halda, həkimi məlumatlandırmaq lazımdır. Suisidal düşüncələr və depressiyanın və ya həyəcanlılıq vəziyyətinin pisləşməsi Pasiyent depressiyadan və/və ya həyəcanlılıq vəziyyətindən əziyyət çəkdikdə, bəzən onda intihar və ya özünə zərər yetirmək barədə fikirlər meydana çıxa bilər. Oxşar bütün dərman preparatlarının təsirinin müəyyən müddətdən (bir qayda olaraq, 2 həftə və ya bəzi hallarda, daha çox müddət) sonra başlamasını nəzərə alaraq, göstərilən vəziyyətlər, antidepressantların istifadəsi ilə aparılan müalicənin başlanğıc mərhələsində güclənə bilərlər. Aşağıda göstərilən hallarda oxşar düşüncələrin meydana çıxma ehtimalı daha yüksəkdir: – pasiyentdə əvvəllər intihar və ya özünə zərər yetirmək barədə düşüncələr qeyd olunduğu hallarda; – pasiyent yetkin yaşlı gənc (yaşı 25-dən aşağı) insan olduqda. * Klinik tədqiqatlardan əldə olunan məlumatlar, psixi pozğunluqlardan əziyyət çəkən antidepressantlardan istifadə edən yaşı 25-dən aşağı olan yetkin yaşlı gənc pasiyentlərdə suisidal davranış riskinin yüksəlməsini göstərmişdir. Pasiyentdə, intihar və ya özünə zərər yetirmək barədə düşüncələr meydana çıxdıqda, həkimi məlumatlandırmaq və ya dərhal xəstəxanaya müraciət etmək lazımdır. Ehtimal var ki, pasiyent qohumlarından və ya yaxın dostlarından hər hansı birinə depressiyadan və ya həyəcanlılıq vəziyyətindən əziyyət çəkdiyini bildirsə və onlardan, həmin içlik vərəqənin oxunmasını xahiş etsə, bu onun üçün faydalı ola bilər. Həmin şəxslərdən xahiş etmək olar ki, pasiyentin depressiyasının və ya həyəcanlılıq vəziyyətinin güclənməsini və ya onlar pasiyentin vəziyyətinin dəyişməsini müşahidə etdikləri barədə, pasiyenti məlumatlandırsınlar. Ağızda quruluq Venlafaksindən istifadə edən pasiyentlərin 10 %-də ağızda quruluq qeyd olunur. Bu vəziyyət, karies riskinin yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən, ağız boşluğunun gigiyenası aparıldıqda, xüsusilə ehtiyatlı olmaq vacibdir. Şəkərli diabet preparatının istifadəsi ilə aparılan müalicə fonunda, pasiyentdə qanda şəkərinVelaksin səviyyəsi dəyişə bilər. İnsulinin və/və ya peroral diabetəleyhinə preparatların dozalarının dəyişdirilməsi zərurəti meydana çıxa bilər. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr preparatının uzunmüddətli təsirə malik kapsullarını uşaqlara və 18Bir qayda olaraq, Velaksin yaşa qədər yeniyetmələrə təyin etmək olmaz. Həmçinin, nəzərə almaq vacibdir ki, bu qrup dərman preparatlarının həmin yaş qrupu pasiyentləri tərəfindən istifadəsi, suisid cəhdləri, suisidal düşüncələr və düşmənçilik (əsasən, aqressivlik, müxalif davranış və qəzəb) kimi, əlavə effektlər riskinin ehtimal edilən yüksəlməsi ilə əlaqəlidir. Buna baxmayaraq, preparatın pasiyentə faydalı olması ehtimal edildiyi halda, həkim yaşı 18-ə qədər olan pasiyentlərə preparatının uzunmüddətli təsirə malik kapsullarını təyin edə bilər. Həkim, yaşı 18-əVelaksin qədər olan pasiyentə Velaksin preparatının kapsullarını təyin etdiyi halda, pasiyent bunu müzakirə etmək üçün həkimə müraciət etməlidir. Eyni zamanda, Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarından istifadə edən yaşı 18-ə qədər olan pasiyentlərdə yuxarıda qeyd olunan simptomların hər hansı birinin inkişaf etməsi və ya pisləşməsi barədə, həkimi məlumatlandırmaq vacibdir. Bundan əlavə, həmin yaş qrupu pasiyentlərində Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının uzunmüddətli effektlərinin inkişafa, yetkinliyə və həmçinin, koqnitiv funksiyaya və davranışa təsirinin təhlükəsizliyi indiyə qədər nümayiş etdirilməmişdir. Bu dərman preparatının tərkibində natrium vardır. Velaksin 37,5 mq və 75 mq preparatının hər bir kapsulunun tərkibində 1 mmol (23 mq) natrium vardır, yəni demək olar ki, preparatın tərkibində natrium yoxdur. Velaksin 150 mq preparatının hər bir kapsulunun tərkibində 36 mq natrium vardır ki, bu da natriumun böyüklər üçün tövsiyə olunan sutkalıq dozasının 1,8 %-nə müvafiqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda və ya bir müddət əvvəl istifadə edilən və ya istifadəsi planlaşdırılan istənilən dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının və digər preparatların birlikdə istifadəsi barədə qərarı həkim qəbul etməlidir. Həkimlə və ya əczaçı ilə məsləhətləşmədən heç bir dərman preparatının, o cümlədən, apteklərdən reseptsiz buraxılan preparatların, təbii və bitki mənşəli preparatların istifadəsinə başlamaq və ya onların istifadəsini dayandırmaq olmaz. Aşağıda göstərilən dərman preparatlarının istifadəsi barədə həkimi məlumatlandırmaq mütləqdir: – depressiyanın və Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan monoaminooksidaza fermentinin inhibitorlarını (MAOi: “Əks göstərişlər” bölməsinə bax) Velaksin preparatı ilə birlikdə istifadə etmək olmaz. Son 14 gün müddətində, pasiyentin oxşar preparatlardan istifadə etməsi barədə, həkimi məlumatlandırmaq lazımdır. Serotonin sindromu Venlafaksinlə müalicə aparıldıqda, xüsusilə, digər dərman preparatları ilə birlikdə istifadə edildikdə, həyat üçün potensial təhlükəli vəziyyət – bədxassəli neyroleptik sindrom inkişaf edə bilər (“Əlavə təsirləri” bölməsinə bax). Qeyd olunan dərman preparatlarına aşağıdakılar aiddir: – triptanlar (miqrenin müalicəsi üçün istifadə olunan preparatlar); – depressiyanın müalicəsi üçün istifadə olunan digər preparatlar, məsələn, noradrenalinin və serotoninin geri tutulmasının inhibitorları (NSGTİ), serotoninin geri tutulmasının selektiv inhibitorları (SGTSİ), trisiklik antidepressantlar və ya litium-tərkibli preparatlar; – amfetamin-tərkibli preparatlar (diqqət çatışmazlığı və hiperaktivlik sindromunun, narkolepsiyanın və piylənmənin müalicəsi üçün istifadə olunan preparatlar); – antibiotik – linezolid (infeksiyaların müalicəsi üçün istifadə olunan preparat); ərkibli dərman preparatları, MAOi (depressiyanın müalicəsi üçün istifadə olunan- moklobemid-t preparatlar); – sibutramin-tərkibli dərman preparatları (bədən kütləsinin aşağı salınması üçün istifadə olunan preparatlar); – tramadol-, fentanil-, tapentadol-, petidin- və ya pentazosin-tərkibli dərman preparatları (güclü ağrıkəsicilər); – dekstrometorfan-tərkibli dərman preparatları (öskürəkəleyhinə preparatlar); – metadon-tərkibli dərman preparatları (opiat-tərkibli narkotik vasitələrdən asılılığın müalicəsi üçün və ya şiddətli ağrıların müalicəsi üçün istifadə olunan preparatlar); – tərkiblərində metilen abısı olan dərman preparatları (qanda methemoqlobinin tərkibinin yüksəlməsi ilə müşayiət olunan vəziyyətlərin müalicəsi üçün istifadə olunan preparatlar); – dazıotu-tərkibli dərman preparatları (Hypericum perforatum, depressiyanın yüngül formalarının müalicəsi üçün istifadə olunan təbii və ya bitki vasitəsidir); – triptofan-tərkibli preparatlar (yuxu pozğunluqlarının və depressiyanın müalicəsi üçün istifadə olunan preparatlar); – antipsixotik preparatlar (pasiyentin reallıqda mövcud olmayan səsləri eşitməklə, görməklə və ya hiss etməklə, həqiqətdə baş verməyən hadisələrə inanmaqla, həddindən artıq şübhəli olmaqla və ya özünə qapanmaqla müşayiət olunan vəziyyətlərin müalicəsi üçün istifadə olunan preparatlar). Serotonin sindromun əlamətləri və simptomlarına aşağıda göstərilənlər aid ola bilər: narahatlıqla müşayiət olunan vəziyyət, hallyusinasiyalar, hərəkətlərin koordinasiyasının itməsi, ürək ritminin sürətlənməsi, bədən temperaturunun yüksəlməsi, arterial təzyiqin tez-tez dəyişməsi, reflekslərin güclənməsi, diareya, koma, ürəkbulanma, qusma. Serotonin sindromun ən ağır forması bədxassəli neyroleptik sindroma (BNS) oxşaya bilər. BNS-in əlamətləri və simptomlarına aşağıda göstərilənlər aiddir: qızdırma, ürək ritminin sürətlənməsi, tər ifrazının yüksəlməsi, ağır dərəcəli əzələ rigidliyi, şüurun dumanlanması, əzələ fermentlərinin səviyyəsinin yüksəlməsi (qanın laborator analizi vasitəsi ilə müəyyən olunur). Pasiyentdə serotonin sindromunun meydana çıxması ehtimal edildikdə, dərhal həkimə məlumat vermək və ya təcili yardım şöbəsinə müraciət etmək lazımdır. Pasiyent ürək ritminə təsir göstərən dərman preparatlarından istifadə etdikdə, həkimi məlumatlandırmaq mütləqdir. Həmin preparatlara aşağıdakılar aiddir: – ürək ritmi pozğunluqlarının müalicəsi üçün istifadə olunan preparatlar, məsələn, xinidin, amiodaron, sotalol və ya dofetilid; – antipsixotik preparatlar, məsələn tioridazin (“Serotonin sindromu” hissəsinə bax); – antibiotiklər, məsələn, eritromisin və ya moksifloksasin (bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan preparatlar); – antihistamin preparatlar (allergiyanın müalicəsi üçün istifadə olunan preparatlar). Aşağıda qeyd olunan dərman preparatları Velaksin preparatı ilə qarşılıqlı təsir göstərə bilərlər və bu səbəbdən, ehtiyatla istifadə edilməlidirlər. Pasiyentin aşağıda göstərilən tərkibli dərman preparatlarından istifadə etməsi barədə həkimi və ya əczaçını məlumatlandırmaq xüsusilə vacibdir: – ketokonazol (göbələkəleyhinə preparat); – haloperidol və ya risperidon (psixiatrik vəziyyətlərin müalicəsi üçün istifadə olunan preparatlar); – metoprolol (yüksək arterial təzyiqin və ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan beta- blokator), litium, imipramin. preparatının uzunmüddətli təsirə malik kapsullarının qida və alkoqolla birlikdəVelaksin istifadəsi Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarını yemək zamanı qəbul etmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). preparatı kapsullarının istifadə müddətində alkoqolun istifadəsindən çəkinməkVelaksin lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmasını planlaşdırdığı halda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, həkimi və ya əczaçını məlumatlandırmalıdır. preparatının uzunmüddətli təsirə malik kapsullarını yalnız,Hamiləlik dövründə Velaksin preparatın dünyaya hələ gəlməmiş uşaq üçün potensial fayda və risk nisbətini həkimlə birlikdə müzakirə etdikdən sonra, istifadə etmək olar. preparatınınƏmin olmaq lazımdır ki, mamaça və/və ya həkim, pasiyentin Velaksin uzunmüddətli təsirə malik kapsullarının istifadəsi barədə məlumatlıdırlar. Hamiləlik dövründə analoji dərman preparatlarından (serotoninin geri tutulmasının spesifik inhibitorlarından) istifadə etdikdə, ciddi vəziyyət – yenidoğulmuş körpələrdə tənəffüsün tezləşməsinə və dəri rənginin göyərməsinə gətirib çıxaran, yenidoğulmuşların davamlı ağciyər hipertenziyasının inkişaf etməsi riskinin yüksəlməsi müşahidə oluna bilər. Göstərilən simptomlar, bir qayda olaraq, uşaq dünyaya gəldikdən sonra, ilk 24 saat müddətində inkişaf edirlər. Bu vəziyyətdə, dərhal mamaçaya və/və ya həkimə müraciət etmək lazımdır. Hamiləlik dövründə bu preparatdan istifadə edən qadınların dünyaya gətirdikləri uşaqlarda tənəffüs pozğunluqlarından başqa, qida qəbulu pozğunluqları da müşahidə oluna bilər. Yenidoğulmuş körpədə göstərilən simptomlar qeyd olunduqda və pasiyenti bu vəziyyət narahat etdiyi halda, məsləhət almaq üçün həkimə və/və ya mamaçaya müraciət etmək lazımdır. Laktasiya dövrü Velaksin preparatının təsiredici maddəsi ana südünə nüfuz edir. Bu zaman, preparatın uşağa təsir riski mövcuddur. Ana südü ilə qidalanan südəmər körpələrdə yüksək oyanıqlıq, tez-tez ağlama, yuxu ritminin pozulması kimi simptomların inkişaf etməsi qeyd olunmuşdur. Həmin simptomlar venlafaksinin istifadəsi dayandırıldıqdan sonra da müşahidə olunmuşdur. Bu səbəbdən, yuxarıda qeyd olunanları həkimlə müzakirə etmək lazımdır və həkim, ana südü ilə qidalanmanın və ya Velaksin preparatının istifadəsi ilə aparılan müalicənin dayandırılması barədə qərar qəbul etməlidir. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatlarının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Velaksin preparatının pasiyentə göstərdiyi təsir müəyyən edilməyənə qədər, nəqliyyat vasitələ- rini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Velaksin preparatını hər zaman həkim təyinatına müvafiq istifadə etmək vacibdir. Preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejimi Depressiyanın, həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqların və həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqların müalicəsi aparıldıqda, preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 75 mq təşkil edir. Əsas depressiv epizodların müalicəsi zamanı, zərurət yarandıqda, həkim preparatın dozasını tədricən, sutkada 375 mq maksimal dozaya qədər artıra bilər. Doza iki həftə və daha artıq müddət ərzində artırıla bilər. Panik pozğunluqların müalicəsi üçün, həkim preparatın istifadəsini daha aşağı dozadan (37,5 mq) başlaya bilər və dozanı tədricən artıra bilər. Həyəcanlılıqla müşayiət olunan generalizəolunmuş pozğunluqların və həyəcanlılıqla müşayiət olunan sosial pozğunluqların müalicəsi üçün preparatın maksimal dozası 225 mq/sutkada təşkil edir. İstifadə qaydası Kapsulları bütöv, kifayət qədər su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Kapsulları bölmək, xırdalamaq, çeynəmək və ya həll etmək olmaz. preparatının uzunmüddətli təsirə malik kapsullarını hər gün, sutkanın təxminən eyniVelaksin vaxtında – səhər və ya axşam – qəbul etmək lazımdır. Kapsulları yemək zamanı qəbul etmək vacibdir. Qaraciyər və ya böyrək xəstəlikləri qeyd olunduqda, həkimlə məsləhətləşmək lazımdır; ehtimal ki, preparatın dozasının korreksiyası tələb oluna bilər. preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsini, həkim məsləhətiVelaksin olmadan, dayandırmaq olmaz (“Velaksin preparatının istifadəsinin dayandırılması” hissəsinə bax). preparatının istifadəsinin ötürülməsiVelaksin Preparatın bir dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək lazımdır. Lakin, növbəti dozanın istifadə vaxtı çatdıqda, ötürülən dozanı qəbul etmək olmaz – adətən istifadə edildiyi kimi, bir dozanı qəbul etmək lazımdır. Velaksin preparatı kapsullarını, həkim tərəfindən təyin olunan sutkalıq dozadan artıq istifadə etmək olmaz. Velaksin preparatının istifadəsinin dayandırılması Pasiyentin vəziyyəti yaxşılaşdıqda belə, heç bir zaman, həkimlə məsləhətləşməmiş müalicəni dayandırmaq və ya preparatın dozasını aşağı salmaq olmaz. Həkim, Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsinin dayandırlması barədə qərar verdikdə, o, müalicə tam dayandırılmayana qədər, preparatın dozasını tədricən aşağı salmağı pasiyentə icazə verə bilər. Velaksin preparatının istifadəsini dayandırdıqda, xüsusilə, yüksək dozalarının qəbulundan sonra preparatın istifadəsi qəflətən dayandırıldığı halda, əlavə effektlərin meydana çıxması barədə məlumatlar mövcuddur. Bəzi pasiyentlərdə aşağıda göstərilən simptomlar müşahidə oluna bilər: yorğunluq, başgicəllənmə, bayğınlıqdan əvvəlki vəziyyət, baş ağrısı, yuxusuzluq, gecələr dəhşətli yuxugörmələr, ağızda quruluq, iştahanın itməsi, ürəkbulanma, diareya, yüksək oyanıqlıq, psixomotor oyanıqlıq, şüurun dumanlanması, qulaqlarda cingilti, hərlənmə hissi ilə müşayiət olunan başgicəllənmə (vertiqo), sancma hissi və ya nadir hallarda – elektrik cərəyanı ilə vurulma hissi, zəiflik, tər ifrazının yüksəlməsi, qıcolma tutmaları və ya qrip üçün xarakterik simptomlar. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsinin tədricən dayandırlmasının qaydası barədə, həkim pasiyenti məlumatlandırmalıdır. Pasiyentdə yuxarıda göstərilən və ya narahatlığa səbəb olan digər simptomlar meydana çıxdıqda, həkimlə məsləhətləşmək vacibdir. Bu preparatın istifadəsi ilə əlaqəli əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu preparat da əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin həmin reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının istifadəsindən sonra, pasiyentin nəcisində kiçik ağ rəngli qranullar göründükdə, narahat olmaq lazım deyil. Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarının tərkibində sferoidlər – içərisində venlafaksin aktiv maddəsi olan kiçik ölçülü ağ rəngli kürəciklər vardır. Həmin sferoidlər, kapsulların içərisindən çıxaraq, həzm traktına daxil olurlar. Sferoidlər həzm traktında irəlilədikcə, venlafaksin tədricən azad olur. Sferoidlərin “örtüyü” həzm traktında həll olunmur və nəcis vasitəsi ilə orqanizmdən xaric olunur. Bu səbəbdən, hətta pasiyentin nəcisində sferoidlər göründüyü halda belə, venlafaksinin daxilə qəbul edilmiş dozası sorulmuşdur. preparatınınAşağıda göstərilən simptomlardan hər hansı biri meydana çıxdıqda, Velaksin uzunmüddətli təsirə malik kapsullarının istifadəsini dayandırmaq və dərhal həkimi məlumatlandırmaq və ya ən yaxında yerləşən xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək vacibdir. Bəzən meydana çıxan əlavə təsirlər (1000 pasiyentdən 1-10-da müşahidə olunur): – üz nahiyəsinin, ağızın, dilin, boğazın, əllərin və ya ayaqların şişməsi; dəri üzərində qabaran, qaşınan səpgilər (övrə); tənəffüsün və ya udma qabiliyyətinin çətinləşməsi. Nadir hallarda meydana çıxan əlavə təsirlər (10000 pasiyentdən 1-10-da müşahidə olunur): – döş nahiyəsində sıxılma hissi, fışıltılı tənəffüs, udma qabiliyyətinin və ya tənəffüsün çətinləşməsi; – ağır dərəcəli səpgilər, qaşınma və ya övrə (əksər hallarda qaşınan, dəri üzərində qabaran qırmızı rəngli və ya solğun ləkələr); – serotonin sindromunun əlamətləri və simptomları: narahatlıqla müşayiət olunan vəziyyət, hallyusinasiyalar, hərəkətlərin koordinasiyasının pozulması, ürək yığılmaları tezliyinin yüksəlməsi, bədən temperaturunun yüksəlməsi, arterial təzyiqin tez-tez dəyişməsi, reflekslərin güclənməsi, diareya, koma, ürəkbulanma, qusma. Serotonin sindromun ən ağır forması bədxassəli neyroleptik sindromdur (BNS). BNS-in əlamətlərinə və simptomlarına aşağıda göstərilənlər aiddir: qızdırma, ürək yığılmaları tezliyinin yüksəlməsi, tər ifrazının yüksəlməsi, ağır dərəcəli əzələ rigidliyi, şüurun dumanlanması, əzələ fermentlərinin səviyyəsinin yüksəlməsi (qanın laborator analizi vasitəsi ilə müəyyən olunur); – yüksək bədən temperaturu, vicə, titrəmə, baş ağrısı, tər ifrazının yüksəlməsi, qripəbənzər simptomlar daxil olmaqla, infeksiya əlamətləri. Bu vəziyyət, qan sistemində baş verən pozğunluqların nəticəsi ola bilər və infeksiyanın inkişaf etməsi riskinin yüksəlməsinə səbəb ola bilər; – suluqların və dərinin soyulmasının əmələ gələməsinə gətirib çixara bilən, dəri üzərində ağır dərəcəli səpgilər; – heç bir məlum səbəb olmadan meydana çıxan əzələ ağrısı, əzələlərin həssaslığı və ya zəifliyi – bu, rabdomioliz əlaməti ola bilər. Aşağıda göstərilən digər əlavə reaksiyaların meydana çıxması barədə həkimi məlumatlandırmaq lazımdır (həmin əlavə effektlərin baş vermə tezliyi aşağıda, “Ehtimal edilən digər əlavə effektləri” hissəsində göstərilmişdir): – öskürək, fışıltılı tənəffüs, havanın çatışmaması hissi və bədən temperaturunun yüksəlməsi; – qara, qatranabənzər nəcis və ya nəcisdə qan; – dərinin və ya gözlərin skleralarının saralması, qaşınma və ya sidiyin tünd rəngə boyanması – bunlar, qaraciyər iltihabının (hepatitin) simptomları ola bilərlər; – ürək ritminin pozulması – məsələn, ürək ritminin sürətlənməsi və ya qeyri-müntəzəm ürək ritmi, arterial təzyiqin yüksəlməsi; – görmə qabiliyyətinin pozulması, məsələn, görmə qabiliyyətinin qeyri-aydın olması, göz bəbəklərinin genişlənməsi; – sinir sistemində baş verən pozğunluqlar, məsələn, başgicəllənmə, sancma hissi, hərəki pozğunluqlar (əzələ spazmları və ya rigidliyi), qıcolma tutmaları; – psixikada baş verən pozğunluqlar, məsələn, hiperaktivlik və həddindən artıq oyanıqlıq hissi; – ləğvetmə simptomları (“İstifadə qaydası və dozası” bölməsində “Velaksin preparatının istifadəsinin dayandırılması” hissəsinə bax); – qanaxma müddətinin uzunması: pasiyentin bir yeri kəsildikdə və ya yaralandıqda, qanaxmanın dayandırılması üçün adətən olduğundan, daha uzun müddətin keçməsi lazım ola bilər. Ehtimal edilən digər əlavə effektləri Əlavə effektlərin baş vermə tezliyi (baş vermə ehtimalı) aşağıdakı qaydada təsnif olunmuşdur: çox tez-tez (10 pasiyentdən 1-dən çoxunda müşahidə olunur), tez-tez (100 pasiyentdən 1-10-da müşahidə olunur), bəzən (1000 pasiyentdən 1-10-da müşahidə olunur), nadir hallarda (10000 pasiyentdən 1-10-da müşahidə olunur), tezlik məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi hesablamaq mümkün deyil). Çox tez-tez: – başgicəllənmə, baş ağrısı, yuxuya meyllilik; – yuxusuzluq; – ürəkbulanma, ağızda quruluq, qəbizlik; – tər ifrazının yüksəlməsi (gecələr tərləmə daxil olmaqla). Tez-tez: – iştahanın pisləşməsi; – şüurun dumanlanmış vəziyyəti, özündən uzaqlaşma (və ya özünə qapanma) hissi, orqazm hissinin olmaması, cinsi marağın aşağı düşməsi, həyəcanlılıq, əsəbilik, qeyri-normal yuxugörmələr; – titrəmə, narahatlıq və ya bir yerdə oturmaq və ya durmaq qabiliyyətinin olmaması, sancma hissi, dadbilmə qabiliyyətinin dəyişməsi, əzələ tonusunun yüksəlməsi; – görmə qabiliyyətinin pozulması, görmə qabiliyyətinin qeyri-aydın olması, göz bəbəklərinin genişlənməsi, gözlərin fokusu uzaqda yerləşən cismdən yaxında yerləşən cismə avtomatik dəyişdirilməsi qabiliyyətinin olmaması; – qulaqlarda küy/cingilti; – ürək yığılmaları tezliyinin yüksəlməsi, güclü ürək çırpınması hissi; – arterial təzyiqin yüksəlməsi, qan axınları; – havanın çatışmaması hissi, əsnəmə; – qusma, diareya; – dəri üzərində yüngül səpgilər, qaşınma; – sidik ifrazı tezliyinin yüksəlməsi, sidik ifrazı qabiliyyətinin olmaması, sidik ifrazının çətinləşməsi; – menstrual pozğunluqlar, məsələn, daha şiddətli qanaxma və ya şiddətli, qeyri-müntəzəm qanaxma, patoloji eyakulyasiya; erektil disfunksiya (impotensiya); – zəiflik (asteniya), yorğunluq, vicə; – bədən kütləsinin artması və ya aşağı düşməsi; – qanda xolesterinin miqdarının artması. Bəzən: – yüksək aktivlik, bir-birini sürətlə əvəz edən müxtəlif fikirlər, yuxuya olan tələbatın azalması (maniya); – hallüsinasiyalar, psixomotor oyanıqlıq, reallıqdan uzaqlaşma hissi, patoloji orqazm, yüksək oyanıqlıq, diş qıcırtısı; – bayğınlıq, qeyri-iradi əzələ hərəkətləri, hərəkətlərin koordinasiyasının və müvazinətin pozulması; – başgicəllənmə (xüsusilə, qəflətən ayağa durduqda), arterial təzyiqin aşağı düşməsi; – qanlı qusma, qara qatranabənzər nəcis və ya nəcisdə qan – bunlar, daxili qanaxmanın mövcudluğunu göstərə bilər; – işığa qarşı yüksək həssaslıq, qançırlar, səpgilər, tüklərin qeyri-normal tökülməsi; – sidik ifrazının nəzarət olunmaması; – əzələ rigidliyi, əzələ spazmları, qeyri-iradi hərəkətlər; – qanda qaraciyər fermentlərinin səviyyəsinin əhəmiyyət kəsb etməyən dəyişməsi. Nadir hallarda: – aqranulositoz, aplastik anemiya, pansitopeniya, neytropeniya, anafilaktik reaksiyalar; – qıcolmalar və ya qıcolma tutmaları; – yüksək bədən temperaturu ilə müşayiət oluna bilən, öskürək, fışıltılı tənəffüs, havanın çatışmaması hissi; – səmtləşdirmə qabiliyyətinin pozulması (dezoriyentasiya) və əksər hallarda hallyusinasiyalarla müşayiət olunan şüurun dumanlanması (delirium); – maye qəbulu tələbatının qeyri-normal yüksəlməsi (antidiuretik hormonun sekresiyasının pozulması sindromu); – qanda natriumun miqdarının aşağı düşməsi; – şiddətli göz ağrısı, görmə qabiliyyətinin pisləşməsi və ya görmə qabiliyyətinin qeyri-aydın olması; – ürək yığılmaları tezliyinin qeyri-normal yüksəlməsi, qeyri-ritmik ürək yığılmaları – bu, bayğınlığın meydana çıxmasına səbəb ola bilər; – qarın nahiyəsində şiddətli ağrı, bel nahiyəsində ağrı (bu, ağır dərəcəli bağırsaq, qaraciyər və ya mədəaltı vəzi xəstəliyinin mövcudluğunu göstərə bilər); – qaşınma, dərinin və ya göz skleralarının sarı rəngə boyanması, sidiyin rənginin tündləşməsi, qripəbənzər simptomlar – qaraciyər iltihabının simptomları. Çox nadir hallarda: – qanaxma müddətinin uzanması; bu, qan lövhəciklərinin miqdarının azalmasını göstərə bilər (bu zaman, qançırların və ya qanaxmaların meydana çıxma riski yüksəlir); – gözlənilmədən baş verən qanaxmalar (məsələn, damaqlardan), sidikdə və ya qusuntu kütlələrində qan və ya gözlənilmədən qançırların meydana çıxması və ya damar (vena) divarlarının tamlığının pozulması; – süd vəzilərindən südün qeyri-normal ifraz olunması. Məlum deyil: – suisidal düşüncələr və suisidal davranış. Venlafaksinlə aparılan müalicə fonunda və ya müalicə dayandırıldıqdan bilavasitə sonra, suisidal düşüncələrin və suisidal davranışın meydana çıxması barədə məlumatlar daxil olmuşdur (“Əks göstərişlər” bölməsinə bax); – aqressiya (təcavüz); – hərlənmə hissi ilə müşayiət olunan başgicəllənmə (vertiqo). preparatının istifadəsi nəticəsində, bəzən pasiyentin özünün hiss etmədiyiVelaksin arzuolunmayan effektlər meydana çıxa bilər, məsələn, arterial təzyiqin yüksəlməsi və ya ürək ritminin pozulması, qanda qaraciyər fermentlərinin, natriumun və ya xolesterinin səviyyələrinin əhəmiyyət kəsb etməyən dərəcədə dəyişməsi. Nadir hallarda, Velaksin preparatı qanda trombositlərin (qan lövhəciklərinin) funksiyalarının aşağı düşməsinə səbəb ola bilər və bunun nəticəsində, qançırların və ya qanaxmaların meydana çıxma riski yüksəlir. Bu səbəbdən, müalicə müddətində, xüsusilə, Velaksin preparatından uzun müddət ərzində istifadə etdikdə, həkim vaxtaşırı qan analizlərinin aparılmasını təyin edə bilər. Əlavə effektlər barədə məlumatlar Yuxarıda qeyd olunan əlavə effektlər aşkar olunduqda və ya bu içlik vərəqədə qeyd olunmayan effektlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə effektlərin meydana çıxması barədə həmçinin, əlavə effektlərin Milli qeydiyyat sisteminə bilavasitə məlumat vermək olar. Əlavə təsirlər barədə məlumat verməklə, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

Doza həddinin aşılması

Pasiyent Velaksin preparatını, həkim tərəfindən təyin olunduğundan artıq miqdarda istifadə etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etməlidir. Doza həddinin aşılmasının ehtimal edilən simptomlarına aşağıdakılar aiddir: ürək yığılmaları tezliyinin yüksəlməsi, şüurun dəyişməsi (yuxuya meyllilikdən komaya qədər), görmə qabiliyyətinin qeyri-aydın olması, qıcolma tutmaları və ya qıcolmalar və həmçinin, qusma.

Buraxılış forması

Uzunmüddətli təsirə malik 14 kapsul, PVX/PVDX/alüminium folqa blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30° C-dən yuxarı olmayan temperaturda, quru, nəmdən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Keyfiyyətin pisləşməsinin aşkar əlamətləri qeyd olunduqda, Velaksin preparatının uzunmüddətli təsirə malik kapsullarını istifadə etmək olmaz. Dərman preparatlarını məişət tullantılarına və ya axar sulara atmaq olmaz. Lazım olmayan preparatın qalıqlarının ləğv olunması tələb olunduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər, ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“EGİS əczaçılıq zavodu” QSC. H-9900 Körmend, Matyaş kiray küç., 65. Macarıstan. 1165 Budapeşt, Bokenifoldi ut 118-120, Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38. Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VELAKSIN 75 MG N28” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar