VANKOPOL 1000 MG N1 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQlikopeptid antibiotiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

17,62 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VANKOPOL 500 mq və 1000 mq venadaxili infuziya və oral məhlul hazırlamaq üçün liofilizəolunmuş toz Beynəlxalq patentləşdirilməmiş adı: Vancomycin

Tərkibi

Təsiredici maddə: 1 flakonda 500 mq (525 mq vankomisin hidroxlorid) (500000 BV) və ya 1000 mq vankomisinə ekvivalent 1050 mq vankomisin hidroxlorid (1000000 BV) vardır.

Təsviri

Ağ və ya krem çalarlı tozdur.

Farmakoterapevtik qrupu

Qlikopeptid antibiotiklər. ATC kodu: J01XA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Vankomisin trisiklik qlikopeptid antibiotikdir, Amycolatopsis orientalis tərəfindən hasil edilir, əksər mikroorqanizmlərə bakterisid, enterokoklara bakteriostatik təsir göstərir. Preparat bakteriyaların hüceyrə divarını inhibə edir, bakteriyaların hüceyrə membranının keçiriciliyini dəyişdirir və ribonuklein turşusunun (RNT) sintezini seçici olaraq tormozlayır. Vankomisin, hüceyrə divarının əsas komponenti olan peptidoqlikanın subvahidinin D-alanin-D- alanin qalıqları ilə (sitoplazmatik plazmanın xarici səthində yerləşir) möhkəm birləşərək, bakteriyaların hüceyrə divarının sintezini penisillinlərin və sefalosporinlərin təsir göstərdiyi yerdən fərqli yerdə (birləşmə yerinə görə onlarla rəqabət aparmadan) tormozlayır. Vankomisin əksər qrammüsbət bakteriyalara münasibətdə bakterisid, Enterococcus spp.-yə münasibətdə isə bakteriostatik təsir göstərir. Enterococcus spp.-yə bakterisid təsir vankomisinlə aminoqlikozidlərin kombinəolunmuş şəkildə istifadəsi zamanı əldə edilir. Vankomisinlə digər qrup antibiotiklər arasında çarpaz rezistentlik yoxdur. Aşağıdakı qrammüsbət mikroorqanizmlərə münasibətdə aktivdir: Staphylococcus aureus, Staphylococcus haemolyticus, Staphylococcus epidermidis (heterogen metisillinə-rezistent ştammlar daxil olmaqla), Streptococcus spp. (Streptococcus pyogenes, Streptococcus pneumonia, Streptococcus agalactiae və digərləri, penisillinə-rezistent ştammlar daxil olmaqla), Enterococcus spp. (o cümlədən Enterococcus faecalis), Clostridium spp.(Clostridium innocuum xaric olmaqla). Enterococcus spp. və Staphylococcus spp.-nin bəzi izoləolunmuş ştammları in vitro vankomisinə qarşı rezistentlik nümayiş etdirə bilər. Aqminoqlikozidlərlə kombinasiyada aşağıdakı mikroorqanizmlərə qarşı in vitro sinergizm müşahidə edilir: Staphylococcus aureus-un bir çox ştammları, enterokoka aid olmayan D qrupu streptokoklar, Enterococcus spp., viridians qrupu Streptococcus. Gentamisinlə, tobramisinlə, rifampisinlə, imipenemlə kombinasiyada Staphylococcus aureus-a təsirinə münasibətdə sinergizm müşahidə edilir. Bəzi hallarda, vankomisinlə rifampisinin kombinasiyası zamanı Staphylococcus spp. ştammlarına təsirə münasibətdə antaqonizm müşahidə edilir, preparatların bu kombinasiyası, həmçinin, Streptococcus spp-nin bəzi ştammlarına münasibətdə sinergizm nümayiş etdirir. Vankomisin qrammənfi mikroorqanizmlərə, mikobakteriyalara və göbələklərə münasibətdə in vitro qeyri-aktivdir. Optimal təsir – pH 8 zamanı, pH-ın 6-ya qədər azalması zamanı təsir kəskin azalır. Müalicə zamanı stafilokokların rezistentliyinin inkişafı çox nadir hallarda rast gəlir. Antibiotikə həssas mikroorqanizmlərin əksəriyyəti üçün minimal inhibəedici konsentrasiya (MİK) 5 mkq/ml təşkil edir, Staphylococcus aureus-un vankomisinə davamlı ştammları üçün MİK-in qiyməti 10-20 mq/l-ə çatır. Daxilə qəbul zamanı minimal sistem təsir göstərir, mədə-bağırsaq traktında (MBT) həssas mikrofloraya (Staphylococcus aureus, Clostridium difficile) yerli təsir göstərir. Farmakokinetikası Absorbsiyası Daxilə qəbul edildikdən sonra vankomisin minimal miqdarda absorbsiya olunur. Bağırsağın selikli qişasının iltihabı zamanı preparatın absorbsiyası bir qədər yüksək olur. Bağırsağın selikli qişasının iltihabı olan pasiyentlərdə preparatın hər 6 saatdan bir 0,5q dozada qəbulundan sonra qan plazmasında preparatın maksimal konsentrasiyası 2,4-dən 3 mq/l-ə qədər dəyişir. Çoxsaylı yeridilmədən sonra qan plazmasında vankomisinin konsentrasiyası, onun birdəfəlik yeridilməsi zamanı qan plazmasında yaranan konsentrasiyası ilə eynidir. Paylanması Paylanma həcmi təqribən 60 l/1,73 m bədən səthindədir. Vankomisinin 10mq/L ilə 100 mq/L zərdab konsentrasiyasında, preparatın plazma zülalları ilə birləşməsi ultra-filtrasiya ilə ölçülən zaman təqribən 30-55%-dir. Venadaxili yeridilmədən sonra vankomisin orqanizmin bir çox toxumasında (böyrəklər, qaraciyər, ağciyərlər, ürək, damar divarları) və mayelərində (plevral, perikardial, assitik, peritoneal, sinovial), həmçinin sidikdə həssas mikroorqanizmlərin inkişafını inhibəedici konsentrasiyalarda aşkar edilir . Vankomisin onurğa beyni mayesinə tədricən nüfuz edir, lakin hematoensefalik baryerdən nüfuzetmə sürəti beyin qişalarının iltihabı zamanı (meningit) iltihabla düz mütənasib olaraq artır. Vankomisin plasentar Baryerdən keçir və ana südünə nüfuz edir. Меtabolizmi Vankomisin praktiki olaraq metabolizmə uğramır. Parenteral yeridilmədən sonra böyrəklər vasitəsilə qlomerular filtrasiya yolu ilə mikrobioloji aktiv maddə olaraq demək olar ki, tamamilə xaric olur (24 saat müddətində təxminən 75-90%). Xaric olması 4-6 saat (3-9 saat), vəBöyrəklərin normal funksiyası zamanı yarımxaricolma dövrü (t 1/2) böyüklərdə uşaqlarda 2,2-3 saat təşkil edir. Plazma klirensi təxminən 0,058 L/kq/sa və böyrək klirensi təxminən 0,048 L/kq/sa təşkil edir. Preparatın 80-90%-i ilk 24 saat ərzində yumaqcıq filtrasiyası yolu ilə böyrəklər vasitəsilə dəyi- şilməmiş şəkildə xaric olur. Renal disfunksiya vankomisinin xaric olmasını gecikdirir. Böyrək çatışmazlığı olan xəstələrdə yarımxaricolma dövrü 7,5 gündür. Az miqdarda (5%-dən az) ödlə xaric ola bilər. Hemodializ və ya peritoneal dializ zamanı az miqdarda xaric olur. Böyüklərdə vankomisinin ümumi klirensi 0,7-3,1 ml/san. təşkil edir, uşaqlarda vankomisinin klirensi yüksəkdir və 3, 9 yaşlı uşaqlarda maksimal qiymətə çatır (təqribən 3 ml/san.). Xüsusi pasiyent qruplarında farmakokinetikası Böyrək funksiyasının pozulması Böyrək funksiyasının pozulması vankomisinin orqanizmdən xaric olmasını ləngidir, ona görə də belə 7,5 gün təşkil edir.pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunur. Anuriyalı pasiyentlərdə orta t½ Yaşlı pasiyentlər Ahıl yaşlı pasiyentlərdə yumaqcıq filtrasiyasının yavaşıması nəticəsində vankomisinin ümumi sistem və böyrək klirensi azala bilər.

İstifadəsinə göstərişlər

Venadaxili infuziya üçün Vankomisin bütün yaş qruplarında aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur: − Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları, − Sümük və oynaq infeksiyaları, − Xəstəxanadan kənar pnevmoniya, − Ventilyasiya ilə əlaqəli pnevmoniya daxil olmaqla, xəstəxanadaxili pnevmoniya, − İnfeksiyalaşmış endokardit. Bundan əlavə, bütün yaş qruplarında ağır cərrahi əməliyyatlarda bakterial endokardit inkişaf riski yüksək olan xəstələrdə perioperativ antibakterial profilaktikada istifadə olunur. Oral istifadə üçün Bütün yaş qruplarında Clostridium difficile infeksiyasının müalicəsində istifadə olunur.

Əks göstərişlər

− Vankomisinə qarşı fərdi yüksək həssaslıq. Yeridilmə yerində nekroza səbəb ola biləcəyi üçün vankomisin əzələdaxili yeridilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hiperhəssaslıq reaksiyaları Vankomisinlə müalicə zamanı ciddi və bəzən də ölümcül hiperhəssaslıq reaksiyaları yarana bilər. Bu halda vankomisinlə müalicə dərhal dayandırılmalı və uyğun təcili yardım tədbirləri görülməlidir. Uzun müddət vankomisin qəbul edən xəstələrdə və ya vankomisinin yanaşı olaraq neytropeniya və aqranulositoza səbəb olan preparatlarla istifadəsi zamanı müntəzəm aralıqlarla leykosit sayına nəzarət edilməlidir. Vankomisinlə müalicə alan bütün xəstələr perodik olaraq hematoloji tədqiqatlar, sidik analizləri, qaraciyər və böyrək funksional testlərini etdirməlidir. Vankomisin çarpaz həssaslıq (ölümcül anafilaktik şok daxil olmaqla) yarana biləcəyi üçün teykoplaninə qarşı allergiyası olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Antibakterial təsir spektri Vankomisinin antibakterial spektri qrammüsbət orqanizmlərlə məhduddur. Patogenin vankomisinə həssas olduğu təsdiqlənən infeksiyalarda və ya patogen üçün ən uyğun müalicənin vankomisinlə olduğu düşünülən hallar istisna olmaqla vankomisinin bəzi infeksiyaların müalicəsində tək preparat kimi istifadə edilməsi uyğun deyil. Ototoksiklik Daha əvvəl karlığı olan, venadaxili artıq doza alan və ya aminoqlikozid kimi digər aktiv ototoksik substansiyalarla yanaşı müalicə alan şəxslərdə müvəqqəti və ya daimi ototoksiklik halları bildirilmişdir. Daha əvvəl eşitmə qabiliyyətini itirmiş şəxslərdə vankomisinin istifadəsindən çəkinmək lazımdır. Karlıqdan əvvəl tinnitus (qulaqda cingiltinin olması) gələ bilər. Ototoksiklik riskini azaltmaq üçün periodik olaraq qan səviyyəsi təyin edilməli və eşitməni yoxlamaq üçün testlər edilməlidir. Yaşlı şəxslər eşitmə ziyanına qarşı xüsusilə həssasdırlar. Bu səbəblə, müalicə müddətində və müalicədən sonra yaşlı şəxslərdə vestibulyar və eşitmə funksiyasına nəzarət edilməlidir. Eyni zamanda və ya ard arda digər ototoksik maddələrlə birgə istifadə edilməməlidir. İnfuziya ilə əlaqəli reaksiyalar Sürətli bolus yeridilməsi (bir neçə dəqiqə ərzində) təzyiqin düşməsinə (şok və nadir hallarda ürək dayanması da daxil olmaqla), histaminəbənzər cavablara və makulopapulyar və ya eritematoz səpgilərə səbəb ola bilər. Sürətli infuziya ilə əlaqəli reaksiyaların olmaması üçün vankomisin həll olunmuş məhlul kimi (2,5- 5,0 mg/ml) 10mg/dəq sürətindən çox olmamaqla və 60 dəqiqədən az olmayan müddət ərzində yavaş- yavaş yeridilməlidir. İnfuziyanın dayandırılması adətən bu reaksiyaların tez bir zamanda dayanması ilə nəticələnir. İnfuziya ilə əlaqəli reaksiyaların tezliyi anestetiklərlə eyni anda tətbiqi zamanı artır. Ağır bullyoz reaksiyalar Stivens-Conson sindromu (SCS) vankomisin istifadəsi zamanı bildirilmişdir. Əgər SCS-in simptom və ya əlamətləri yaranmışsa vankomisinlə müalicə dərhal dayandırılmalı və xüsusi dermatoloji kömək alınmalıdır. Yeridilmə yeri ilə əlaqəli reaksiyalar Venadaxili vankomisin yeridilən xəstələrdə bəzən şiddətli olmaqla ağrı və tromboflebit yarana bilər. Tromboflebitin yaranma tezliyini və ağırlığını preparatı həll olunmuş məhlul halında yavaş-yavaş yeritməklə və infuziyanın yeridilmə yerini müntəzəm olaraq dəyişməklə azaltmaq olar. Vankomisinin intratekal, intralumbal və intraventrikulyar yeridilmə zamanı effektivliyi və təhlükəsizliyi təyin edilməmişdir. Nefrotoksiklik Uzunmüddətli yüksək qan konsentrasiyasının toksik təsirlərin yaranma ehtimalı daha yüksək olduğundan anuriya da daxil olmaqla böyrək çatışmazlığı olan xəstələrdə vankomisindən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Yüksək dozada və uzun müddətli müalicə zamanı, xüsusuilə böyrək funksiyaları pozulmuş xəstələrdə və nefrotoksik və ya ototoksik maddələrlə eyni anda tətbiqi zamanı vaxtaşırı olaraq qan analizi aparılmalıdır. Pediatriyada istifadəsi Uşaqlar üçün xüsusilə də 12 yaşından az olan uşaqlarda mövcud tövsiyə edilən venadaxili doza çox sayda uşaqda vankomisinin subterapevtik səviyyəsinin yaranmasına səbəb ola bilər. Buna baxmayaraq, artan vankomisin səviyyəsinin təhlükəsizliyi yaxşı dəyərləndirilməmişdir və gündəlik 60 mg/kg-dan yüksək doza tövsiyə edilmir. Vankomisin erkən doğulmuş uşaqlarda və körpələrdə onların tam inkişaf etməmiş böyrəkləri və vankomisinin zərdab konsentrasiyasında artma ehtimalına görə xüsusi ehtiyatla istifadə edilməlidir. Bu səbəblə vankomisinin qandakı konsentrasiyası bu uşaqlarda diqqətlə nəzarət edilməlidir. Vankomisinin anestetik maddələrlə birgə istifadəsi uşaqlarda eritema və histamin bənzəri dəri qızarmasıyla özünü göstərmişdir. Oxşar olaraq aminoqlikozid antibiotiklər, qeyri-steroid iltihabəleyhinə preparatlar və ya amfoterisin B kimi nefrotoksik preparatların birgə istifadəsi nefrotoksiklik riskini artırır və bu səbəblə tez-tez vankomisinin zərdab səviyyəsini və renal funksiyanın yoxlanması lazımdır. Yaşlı şəxslərdə istifadəsi Yaşlılarda qlomerulyar filtirasiyanın azaldığı üçün doza tənzimlənmədikdə vankomisinin zərdab konsentrasiyasının artmasına səbəb ola bilər. Psevdomembranoz enterokolitlər Ağır davam edən diareyalarda həyat üçün təhlükəli ola biləcək psevdomembranoz kolit nəzərə alınmalıdır. Diareyaəleyhinə preparatlardan istifadə edilməməlidir. Superinfeksiya: Vankomisinin uzunmüddətli istifadəsi qeyri-həssas orqanizmlərin çoxalmasına səbəb ola bilər. Xəstələrin diqqətli müşahidəsi olduqca əhəmiyyətlidir. Müəlicə zamanı superinfeksiya yaranırsa uyğun tədbirlər görülməlidir. Peroral yeridilmə Clostridium defficile infeksiyalarının müalicəsi üçün vankomisinin venadaxili təyini effektsizdir. Bu halda vankomisin peroral olaraq təyin edilməlidir. Hirşprunq xəstəliyi, əməliyyat olunan anal atreziya və ya digər ağır motorika pozğunluğu kimi risk faktorları olan körpələrdə şiddətli ishal olmadığı təqdirdə, yüksək asimptomatik kolonizasiya dərəcəsi səbəbiylə 1 yaşdan kiçik uşaqlarda Clostridium difficile kolonizasiyası və ya toksin testi tövsiyə edilmir. Alternativ etiologiyalar həmişə axtarılmalı və Clostridium difficile enterokolit sübut edilməlidir. Sistemik adsorbsiya ehtimalı Bağırsaq selikli qişasının iltihabi pozğunluqları və ya Clostridium difficile-dən qaynaqlanan psevdomembranoz koliti olan xəstələrdə adsorbsiya arta bilər. Bu xəstələr, xüsusilə də yanaşı böyrək çatışmazlığı olan xəstələrdə əlavə təsirlərin yaranma riski daha yüksəkdir. Bağırsaq selikli qişasının iltihabi pozğunluqları olan xəstələrdə vankomisinin zərdab səviyyəsinə nəzarət edilməlidir. Vankomisinin oral istifadəsi həzm sistemində vankomisinə dözümlü Enterococci-lərin yaranma ehtimalını artırır. Bu səbəblə peroral vankomisinin ehtiyatlı istifadəsi tövsiyə edilir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Vankomisinin və anestetiklərin birlikdə istifadəsi zamanı eritema və anafilaktoid reaksiyalar (o cümlədən arterial təzyiqin azalması, səpgi, övrə və qaşınma) qeyd edilmişdir. Anestetikin yeridilməsindən əvvəl Vankomisinin 60-dəqiqəlik infuziya şəklində yeridilməsi bu reaksiyaların başvermə ehtimalını aşağı sala bilər. Əgər vankomisin miorelaksantların (məsələn, suksametonium yodid) istifadə edilməsi ilə aparılan əməliyyat zamanı və ya əməliyyatdan dərhal sonra yeridilərsə, miorelaksantın effektləri (sinir-əzələ blokadası) güclənə və uzana bilər. Digər potensial ototoksik və/və ya nefrotoksik preparatların (aminoqlikozidlər, amfoterisin B, aminosalisil turşusu və ya digər salisilatlar, basitrasin, kapreomisin, karmustin, paromomisin, siklosporin, ilgək diuretikləri, polimiksin B, sisplatin, etakrin turşusu) birlikdə və ya ardıcıl olaraq sistem və ya yerli istifadəsi otoksiklik simptomlarının (qulaqlarda küy, vertiqo və eşitmənin zəifləməsi) və nefrotoksikliyin (qan plazmasında kreatinin və sidik cövhərinin konsentrasiyasının artması, hematuriya, proteinuriya, səpgi, eozinofiliya və eozinofiluriya) inkişafının mümkünlüyü ilə əlaqədar olaraq, ciddi nəzarət həyata keçirmək lazımdır. Xolestiramin vankomisinin aktivliyini azaldır (daxilə qəbul zamanı). Antihistamin preparatlar, meklozin, fenotiazinlər, tioksantenlər vankomisinin ototoksik təsirinin simptomlarını (qulaqlarda küy, vertiqo) gizlədə bilər. Farmasevtik qarşılıqlı təsir Vankomisin məhlulu aşağı pH-a malikdir ki, bu da onun digər məhlullarla qarışdırılmasının fiziki və ya kimyəvi qeyri-stabilliyinə səbəb ola bilər. Vankomisin məhlulunu xloramfenikolla, qlükokortikosteroidlərlə, aminofillinlə və fenobarbitalla qarışdırmaq və ya eyni zamanda istifadə etmək tövsiyə olunmur. Qələvi məhlullarla qarışdırılmasına yol verilməməlidir. Qarışdırılma zamanı vankomisin və beta-laktam antibiotikləri kimyəvi cəhətdən uyuşmur. Vankomisinin konsentrasiyasının artması ilə çöküntünün əmələ gəlməsi ehtimalı yüksəlir. Bu antibiotiklərin eyni zamanda istifadəsi zamanı onların istifadələri arasında venadaxili sistem ciddi yuyulmalıdır. Bundan başqa, vankomisin məhlulunun konsentrasiyasını 5 mq/ml-ə qədər və daha aşağı azaltmaq tövsiyə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C (dölə zərərli təsir göstərən dərmanlar). Vankopol-un reproduktivlik potensialı olan qadınlarda istifadəsinə dair yetərli məlumat yoxdur. Hamiləlik dövründə yalnız “həyati” göstərişlər olarsa, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilə bilər. Kontrol klinik tədqiqatlarda vankomisin hidroxloridin körpələrə ototoksik və nefrotoksik təsirləri preparatın venadaxili narkotik maddələr qəbul etmiş ciddi stafilokok infeksiyaları olan hamilə qadınlara təyini zamanı görülmüşdür. Vankomisin hidroxlorid göbək ciyəsinin qanında tapılmışdır. Vankomisindən qaynaqlanan sensoneyronal eşitmənin itirilməsi və ya nefrotoksiklik qeyd edilməmişdir. Vankomisin hamiləlik dövründə yalnız çox ehtiyac olduqda təyin edilməli və fetal toksiklik riskini azaltmaq üçün qan səviyyəsi diqqətlə müşahidə edilməldir. Buna baxmayaraq hamilə xəstələrdə vankomisinin terapevtik plazma konsentrasiyasına çatmaq üçün dozanın böyük ölçüdə artımı tələb edilə bilər. Vankomisin ana südünə keçir. Bu səbəblə vankomisini süd verən qadınlara təyin etdikdə ehtiyatlı olmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Vankomisinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə və ya yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsiri öyrənilməmişdir. Lakin, nəzərə almaq lazımdır ki, vankomisinin istifadəsi arterial təzyiqin aşağı düşməsi nəticəsində başgicəllənmə ilə müşayiət oluna bilər. Vankomisinlə müalicə zamanı başgicəllənmə hiss edən pasiyentlər nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etməkdən imtina etməlidirlər.

İstifadə qaydası və dozası

Venadaxili infuziya və daxilə qəbul üçün. Vankomisin preparatı yalnız venadaxili damcı üsulu ilə yeridilir! Əzələ daxilinə və venadaxili bolyus (şırnaq) üsulu ilə yeritmək olmaz! Venadaxili yeridilmə zamanı ilkin doza ümumi bədən kütləsinə əsasən təyin edilməlidir. Sonrakı dozalar isə plazmada hədəflənən müalicəvi konsentrasiyaya çatmaq üçün tənzimlənməlidir. Normal böyrək funksiyası olan böyüklər və 12 yaşdan böyük uşaqlar Məsləhət görülən doza bədən kütləsinə əsasən hər 8-12 saatdan bir 15-20 mq/kq şəklindədir. (gündəlik dozada 2q-ı keçməməlidir). Ağır xəstələrdə hədəf götürülən plazma vankomisin konsentrasiyasına tez çatmaq üçün 25-30 mq/kq bədən kütləsi olan yükləmə dozası təyin edilə bilər. Uşaqlarda istifadəsi 1 aylıqdan 12 yaşa qədər uşaqlar: məsləhət görülən doza bədən kütləsinə əsasən hər 6 saatdan bir 10-15 mq/kq. Hər bir doza 60 dəqiqədən az olmayan müddət ərzində yeridilməlidir. Tövsiyə olunan gündəlik doza 40 mq/kq-dır. Yenidoğulmuşlarda (doğumdan 27 gün sonrasına qədər olan dövr) və erkən doğumda (doğum tarixindən gözlənən doğum tarixi + 27 günə qədər olan dövr): Yenidoğulmuşlarda doza rejiminin təyini üçün pediatrdan tövsiyə alınmalıdır. Yenidoğulmuşlarda vankomisin dozalalanması aşağıdakı cədvəldə verilmişdir: PMD (həftələr) Doza (mq/kq) Dozalararası interval (saat) <29 15 24 29-35 15 12 >35 15 8 PMD: Post-menstrual dövr Hər bir doza 60 dəqiqədən az olmayan müddət ərzində yeridilməlidir. Yenidoğulmuşlarda (o cümlədən erkən doğulmuş) istifadə zamanı qan plazmasında vankomisinin konsentrasiyasına nəzarət etmək tövsiyə olunur. Uşaqlar üçün maksimal gündəlik doza böyüklər üçün gündəlik dozadan (2q) artıq olmamalıdır. Bütün yaş qruplarında perioperativ bakterial endokardit profilaktikası: Məsləhət görülən doza, anesteziya induksiyasından öncə 15 mq/kq başlanğıc dozasıdır. Əməliyyat müddətindən asılı olaraq ikinci bir vankomisin dozasına ehtiyac yarana bilər. Müalicə müddəti Məsləhət görülən müalicə müddəti aşağıdakı cədvəldə göstərilmişdir. Müalicə müddəti infeksiyanın tipi və ağırlığına, həmçinin, fərdi klinik cavaba görə müəyyən edilməlidir. İstifadəsinə göstəriş Müalicə müddəti Ağırlaşmış dəri və yumşaq toxuma infeksiyaları 7-14 gün− Nekroz yoxdursa 4-6 həftə− Nekroz varsa Sümük və oynaq infeksiyaları 4-6 həftə Xəstəxanadan kənar pnevmoniya 7-14 gün Xəstəxanadaxili pnevmoniya 7-14 gün İnfeksiyalaşmış endokarditlər 4-6 həftə Yaşlı pasiyentlərdə Böyrək funksiyalarının yaşla bağlı azalması ilə əlaqədar daha aşağı dəstəkləyici doza tələb oluna bilər. Böyrəklərin funksional pozğunluğu olan pasiyentlər: Böyrək çatışmazlığı olan böyüklər və pediatrik xəstələrdə başlanğıc dozanın ardından planlı doza rejimindən əlavə olaraq qan zərdabında vankomisinin konsentrasiyasını nəzərə almaq lazımdır. Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə başlanğıc doza azaldılmamalıdır. Ağır böyrək çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi yeridilmələr arasında intervalların uzadılması və ya preparatın birdəfəlik dozasının azaldılması yolu ilə həyata keçirilə bilər. Vankomisin klirensini azalda biləcək və / və ya istənməyən təsirlərini artıracaq tibbi məhsulların eyni zamanda tətbiqinə uyğun bir şəkildə diqqət edilməlidir. Vankomisin aralıqlı hemodializ ilə zəif şəkildə dializ edilə bilər. Bununla birlikdə, yüksək axımlı membranların istifadəsi və davamlı böyrək əvəzedici terapiya, vankomisin klirensini artırır və adətən əvəzedici doza tələb edir. Qan zərdabında kreatininin məlum konsentrasiyasına əsasən kreatinin klirensi aşağıdakı formulla hesablanır: kişilər üçün = kq-la bədən kütləsi х (140 – yaş) / [72 х qan zərdabında kreatininin mq/100ml ilə konsentrasiyası] qadınlar üçün = alınmış nəticə 0,85-ə vurulur. Pediatrik pasiyentlər 1 yaş və 1 yaşdan yuxarı pediatrik xəstələrdə dozanın tənzimlənməsi təxmin edilən glomerular filtrasiya dərəcəsinə (GFR) əsaslanmalıdır. GFR (ml/dq/1,73m )=(yüksəklik sm x 0,413) / qan zərdabı kreatini (mq/dl) GFR (ml/dq/1,73m )=(yüksəklik sm x 36,2) / qan zərdabı kreatini (mq/dl) Yetkin xəstələrdə olduğu kimi eyni prinsiplərə uyğun olaraq pediatrik pasientlər üçün doza tövsiyəsi aşağıdakı cədvəldə verilmişdir: GFR (ml/dq/1,73m ) V/d doza (mq/kq) Dozalararası interval (saat) 50-30 15 12 29-10 15 24 <10 10-15 Səviyyələrdən asılı olaraq təkrar dozaAralıqlı hemodializ Periton dializ Davamlı böyrək əvəzedici 15 Səviyyələrdən asılı olaraq terapiya təkrar doza Qaraciyər çatışmazlığı olan pasiyentlər Dozaya düzəliş edilməsi tələb olunmur. Venadaxili yeridilmə üçün məhlulun hazırlanma qaydası İnyeksiya üçün məhlul preparatın yeridilməsindən bilavasitə əvvəl hazırlanır. Bunun üçün içərisində vankomisinin quru, steril liofilizatı olan flakona 50mq/ml konsentrasiyada məhlul hazırlanması üçün lazım olan miqdarda inyeksiya üçün su əlavə edilir: 500 mq vankomisin 10 ml, 1q (1000 mq) vankomisin isə 20 ml inyeksiya üçün suda durulaşdırılır Hazırlanmış məhlulun sonra yenə durulaşdırılması tələb olunur! Hazırlanmış vankomisin məhlulları yeridilməzdən əvvəl 5mq/ml-dən yüksək olmayan konsentrasiyaya qədər durulaşdırılmalıdır. Yuxarıda göstərilmiş qaydada durulaşdırılmış vankomisinin tələb olunan dozası 60 dəqiqədən az olmayan müddət ərzində damcı üsulu ilə venadaxili infuziya şəklində yeridilməlidir. Həlledici kimi inyeksiya üçün 5%-li dekstroza (qlükoza) məhlulundan və ya inyeksiya üçün 0,9%-li natrium xlorid məhlulundan istifadə etmək olar: 500mq üçün – 100ml, 1q üçün – 200ml. İnyeksiyadan əvvəl parenteral yeridilmə üçün məhlul mümkün qədər vizual olaraq mexaniki qarışıqlara və məhlulun rənginin dəyişməsinə görə yoxlanmalıdır. Daxilə qəbul üçün məhlulun hazırlanması və onun istifadəsi Vankomisin antibiotiklərlə uzunmüddətli müalicə zamanı Clostridium difficile tərəfindən törədilən psevdomembranoz kolitin müalicəsi üçün, həmçinin stafilokokklar tərəfindən törədilən enterokolitin müalicəsi üçün peroral istifadə edilə bilər. Preparatın venadaxili yeridilməsi bu xəstəliklərin müalicəsi üçün üstünlüyə malik deyildir. Peroral istifadə xəstənin vəziyyətindən asılı olaraq nazoqastral zond vasitəsilə də həyata keçirilə bilər. 12 yaş və yuxarı xəstələr Vankopol 500 mq flakon 10 ml inyeksiya suyu ilə həll edilərək, tövsiyə olunan dozası 10 gün ərzində hər 6 saatdan bir saatda 125 mq. Vankopol 1000 mq flakon 20 ml inyeksiya suyu ilə həll edilərək, tövsiyə olunan dozası 10 gün ərzində hər 6 saatdan bir saatda 125 mq. Ağır və ya mürəkkəb xəstəlikdə bu doza 10 gün ərzində hər 6 saatdan bir 500 mq dozaya qədər artırıla bilər. Maksimum gündəlik doza 2 q-dan çox olmamalıdır. Çoxsaylı residivləri olan xəstələrdə CDI hücumu halında 10 gün ərzində vankomisinlə müalicə gündə dörd dəfə 125 mq, sonra ya dozanı gündə 125 mq-a qədər azaltmaqla və ya ürək döyüntüsünə uyğun olaraq, məsələn, ən azı 3 həftə ərzində hər 2-3 gündə 125-500 mq/gün kimi hesab edilə bilər. Yenidoğulmuşlar, körpələr və 12 yaşa qədər uşaqlar Vankomisinin tövsiyə olunan oral qəbul dozası 10 gün ərzində hər 6 saatdan bir 10 mq/kq təşkil edir. Maksimum gündəlik doza 2 q-dan çox olmamalıdır. Vankomisin ilə müalicə müddəti fərdi xəstələrin klinik gedişatına uyğun olaraq tənzimlənməlidir. Antibiotiklərdən istifadənin CDI-yə səbəb olduğu şübhəsi yaranarsa, antibiotikdən istifadə dayandırılmalıdır. Müvafiq doza 30 ml suda həll edilərək peroral qəbul edilir və ya nazoqastral zond vasitəsilə yeridilir. Məhlulun dadını yaxşılaşdırmaq üçün ona adi qida şərbətləri əlavə edilə bilər.Müalicə müddəti 7 gündən 10 günə qədər təşkil edir. Daxilə qəbul zamanı Vankomisin digər tip infeksiyaların müalicəsi üçün effektiv deyildir. Hemodializdə olan pasiyentlər Yüksək keçiriciliyə malik membrandan istifadə zamanı başlanğıc doza 20-25 mq/kq təşkil edir. Dəstəkləyici dozalar qan plazmasında preparatın qalıq konsentrasiyasına əsasən yeridilir və preparatın qalıq konsentrasiyasını 15-20 mkq/ml səviyyədə saxlamaq məqsədilə korrektə olunur. Vankomisin yüksək keçiriciliyə malik membrandan (polisulfon kimi) istifadə edilməklə aparılan hemodializ zamanı orqanizmdən effektiv şəkildə xaric olur, lakin normal keçiriciliyə malik membrandan istifadə zamanı pis xaric olur.

Əlavə təsirləri

Ən çox rast gəlinən əlavə təsirlərə flebitlər, psevdo-allergik reaksiyalar və vankomisinin çox sürətli venadaxili infuziya ilə əlaqəli bədənin yuxarı hissəsinin qızarması (“qırmızı adam sindromu”) aiddir. Vankomisinin həzm sistemindən absorbsiyası nəzərə alınmayacaq dərəcədədir. Buna baxmayaraq, bağırsaq selikli qqişasının iltihabı zamanı, xüsusilə böyrək çatışmazlığı ilə kombinasiyada vankomisinin parenteral təyini əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir (≥ 1/10000 – <1/1000); çox nadir (<1/10000); məlum olmayan (kifayət qədər məlumat olmadığından əlavə təsirlərin başvermə tezliyini müəyyən etmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozulmalar: nadir – geridönən neytropeniya, aqranulositoz, eozinofliya, trombositopeniya, pansitopeniya. İmmun sistemdə baş verən pozulmalar: nadir– hiperhəssaslıq, anafilaktik reaksiyalar. Qulaq və daxili qulaq (labirint) pozulmalar: bəzən – müvəqqəti və ya daimi eşitmənin itirilməsi; nadir – müvazinətin pozulması, qulaqlarda küy, başgicəllənmə. Ürək qan-damar sistemində baş verən pozulmalar: tez-tez – qan təzyiqinin aşağı düşməsi, nadir – vaskulit; çox nadir – ürək dayanması. Tənəffüs sistemi, döş qəfəsi və divararası orqanlarda baş verən pozulmalar: tez-tez – təngnəfəslik, stridor (xırıltı). Mədə-bağırsaq sistemində baş verən pozulmalar: nadir – ürəkbulanma; çox nadir – psevdomembranoz kolit; məlum olmayan – diareya, qusma. Dəridə və dərialtı toxumada baş verən pozulmalar: tez-tez – bədənin yuxarı hissəsinin qızarması (“qırmızı adam sindromu”), ekzantema, selikli qişaların iltihabı, qaşınma, övrə; çox nadir – eksfoliativ dermatit, Stivens-Conson sindromu, Layell sindromu, xətti İgA bullyoz dermatit; məlum olmayan – eozinofliya və sistem simptomlar, kəskin yayılmış ekzantamoz pustula. Böyrək və sidik yollarının pozğunluqları: tez-tez – özünü zərdab kreatininin və karbamidinin artması ilə göstərən böyrək çatışmazlığı; nadir – interstisial nefrit, kəskin böyrək çatışmazlığı; məlum olmayan – kəskin tubulyar nekroz. Ümumi pozğunluqlar: bəzən – flebit, üzün və bədənin yuxarı hissəsinin qızarması; nadir – dərman qızdırması, titrəmə, sinə və kürək əzələlərində ağrı və əzələlələrin spazmı.

Doza həddinin aşılması

Doza həddi aşıldıqda qlomerulyar filtrasiya qorunmaqla dəstəkləyici tədbirlər tövsiyə olunur. Vankomisin hemodializ və ya peritoneal dializlə qandan çox az miqdarda xaric olur. Polisulfon qətranı ilə hemoperfuziyanın və hemofiltrasiyanın məhdud faydası olduğu bildirilmişdir.

Buraxılış forması

Liofilizəolunmuş toz, rezin tıxacla germetik bağlanmış, alüminium və ya kombinəolunmuş qa-paqla sıxılmış rəngsiz şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Hazırlandıqdan sonra kimyəvi və fiziki stabilliyi (0,9%-li natrium xlorid məhlulu, 5%-li dekstroza məhlulu və inyeksiya üçün su ilə durulaşdırıldıqda) 2-8°C-də 4 gün təşkil edir. Mikrobioloji olaraq dərman dərhal istifadə edilməlidir. Dərhal istifadə edilmədiyi təqdirdə, istifadə olunana qədər saxlanma şəraitinə və müddətinə görə istifadəçi məsuliyyət daşıyır və normal hazırlanmış məhlul nəzarət altına alınmasa və aseptik şəraitdə təsdiqlənməmişsə, saxlama müddəti 2-8°C-də 24 saatdan çox olmamalıdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi, No:22/1 Kat:2 Ergene/ TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 10 06 Fax: 0282 675 14 05. Vakıflar OSB Mahallesi, Sanayi Caddesi No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyə.

Qeydiyyat vəsiqəsinin sahibi

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 14 04 Fax: 0282 675 14 05. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VANKOPOL 1000 MG N1 AMP” üçün ilk rəyi siz yazın.