VAMELAN N30 KAP.

Dərman formasıKapsul
Farmakoloji təsirSinir sisteminə təsir edən vasitələr. Digər yuxugətirici və sedativ vasitələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,20 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VAMELAN jelatin kapsullar

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 25 mq istiot nanə (Mentha piperita) yarpaqlarının quru ekstraktı, 25 mq dərman melissa (Melissa officinalis) yarpaqlarının quru ekstraktı, 125 mq dərman pişikotu kökünün (Valeriana officinalis) quru ekstraktı vardır. Köməkçi maddələr:soya lesitini, rafinəolunmuş kokos yağı, rafinəolunmuş palma yağı, sarı arı mumu, rafinəolumuş soya yağı. Kapsul: jelatin, qliserin, titan dioksid, xlorofillin mis kompleksi, qara dəmir oksidi, xinolin sarısı.

Təsviri

Oval formalı, №10 ölçülü, qeyri-şəffaf, tünd yaşıl rəngli, möhtəviyyatı pişikotu qoxulu qara rəngli qatı yağlı suspenziyadan ibarət yumşaq jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Sinir sisteminə təsir edən vasitələr. Digər yuxugətirici və sedativ vasitələr. ATC kodu: N05CM.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Vamelan, tərkibində pişikotu, istiotlu nanə və melissa dərman bitkilərinin ekstraktı olan kombinəolunmuş fitopreparatdır. Məlumdur ki, pişikotu köklərinin və nanə yarpaqlarının ekstraktları sakitləşdirici, melissa yarpaqları və nanə yarpaqlarının ekstraktları isə yüngül mədə-bağırsaq pozğunluqları zamanı müsbət təsir göstərir. Məlumdur ki, nanə yarpaqları, melissa yarpaqları və pişikotu kökləri ekstraktlarının birləşməsi narahatlıq və gərginlik də daxil olmaqla yüngül stress vəziyyətlərində sakitləşdirici təsir göstərir, həmçinin yuxuya getmə müddətini sürətləndirir. Yuxarıda göstərilən hallarda nanə yarpaqlarının, melissa yarpaqlarının və pişikotu köklərinin quru ekstraktlarının birləşməsinin istifadəsi yalnız ənənəvi uzunmüddətli istifadə təcrübəsinə əsaslanır. Farmakokinetikası Elmi ədəbiyyatda nanə yarpaqlarının, melissa yarpaqlarının və pişikotu köklərinin ekstraktlarının farmakokinetik xüsusiyyətləri haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Vamelan preparatı, narahatlıq və gərginlik daxil olmaqla, yüngül stress vəziyyətlərində, həmçinin yuxuya getmə müddətini sürətləndirmək üçün istifadə olunur. Nanə yarpaqlarının, melissa yarpaqlarının və pişikotu köklərinin quru ekstraktlarının birləşməsinin istifadəsi yalnız ənənəvi uzunmüddətli istifadə təcrübəsinə əsaslanır.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qastroezofageal reflyuks (qıcqırma) olan pasiyentlərdə, simptomların ağırlığının arta biləcəyi səbəbindən istiotlu nanə tərkibli preparatlar istifadə edilməməlidir. Tərkibində istiotlu nanə olan preparatlar öd daşı xəstəliyi və ya öd kisəsi və öd yollarının digər xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. 12 yaşdan kiçik uşaqlarda prepartın təhlükəsizliyi və effektivliyinə dair məlumatların mövcud olmadığından, bu kateqoriya pasiyentlərdə preparatın istifadəsi tövsiyə edilmir. Köməkçi maddələr haqqında xüsusi məlumat Vamelan preparatının tərkibində rafinə olunmuş soya yağı vardır, bu səbəbdən yerfındığı və soyaya qarşı hiperhəssaslığı olan pasiyentlərdə preparatın istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Prepartın digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur. Prepartı digər dərman vasitələri ilə eyni vaxtda istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Farmakoloji qarşılıqlı təsirlərə dair məhdud məlumatlar vardır; CYP2D6, CYP3A4 / 5, CYP1A2 və CYP2E1 izofermentlərinin iştirakı ilə metabolizmə uğrayan maddələrlə klinik əhəmiyyətli qarşılıqlı təsirlər müşahidə edilməmişdir. Preparatın digər sedativlərlə (məsələn, benzodiazepinlər) eyni vaxtda istifadəsi tövsiyə edilmir və yalnız həkim nəzarəti altında icazə verilir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstiot nanə və melissa yarpaqlarının və pişikotu kökünün neqativ təsiri barədə məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi məsləhət görülmür (bu kateqoriyadan olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur). Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə neqativ təsir göstərə bilər. Preparatla terapiya zamanı avtonəqliyyat və mexanizmləri idarə etmək məsləhət görülmür.

İstifadə qaydası və dozası

Dozalanma Böyüklər və 12 yaş və yuxarı yeniyetmələr Narahatlıq və gərginlik zamanı preparatın tövsiyə olunan dozası gündə 2 dəfə 2 kapsul təşkil edir. Yuxusuzluq zamanı preparatın tövsiyə olunan dozası yatmazdan 1 saat əvvəl 2 kapsul təşkil edir. Preparatın təsiri tədricən inkişaf edir. Optimal təsirə nail olmaq üçün preparatı ən azı 14 gün istifadə etmək tövsiyə olunur. Preparatın istifadə müddəti məhdud deyil. Prepartın uzunmüddətli istifadəsindən sonra qəbulu dayandırıldıqda, dərman asılılığı və ya ləğvetmə sindromunun əlamətləri qeyd olunmur. Simptomların ağırlığı azalmadığı və ya prepartın 14 gün ərzində istifadəsi fonunda pisləşmə olduğu hallarda həkimə müraciət etmək lazımdır. 12 yaşdan kiçik uşaqlar 12 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə edilmir, bu kateqoriya pasiyentlərdə prepartın təhlükəsizliyi və effektivliyinə dair məlumat yoxdur. İstifadə qaydası Kapsullar, qida qəbulundan asılı olmayaraq, kifayət qədər miqdarda maye ilə daxilə qəbul edilir.

Əlavə təsirləri

Əlavə təsirlər MedDRA üzrə sistem-orqanlar sinfinə müvafiq aşağıdakı kimi sadalanmışdır. Əlavə təsirlərin tezliyi aşağıdakı kimi edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq sistemində baş verən pozuntular: məlum deyil – ürəkbulanma, qarın nahiyəsində spastik xarakterli ağrı; qastroezofageal reflyuksun (qıcqırma) simptomlarının ağırlıq dərəcəsinin artması qeyd edilə bilər. Preparatla terapiya zamanı hər hansı əlavə təsir yarandığı halda, o cümlədən, təlimatda qeyd edilməyən, həkimlə məsləhətləşmək vacibdir. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir yarandıqda və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir təzahür etdikdə, müvafiq Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

20 q dozada dərman pişikotu ekstraktının qəbulu zamanı yorğunluq, qarın nahiyəsində spastik xarakterli ağrı, sinədə sıxılma hissi, başgicəllənmə, əllərdə tremor və midriaz kimi simptomlar qeyd edilmişdir; yuxarıda qeyd edilən simptomalr 24 saat ərzində aradan qalxmışdır. Doza həddinin aşılmasının simptomlarının inkişafı zamanı simptomatik müalicə aparmaq vacibdir. İstiot nanə və melissa yarpaqlarının ekstraktı ilə doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

15 kapsul blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, rütubətdən və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. A.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VAMELAN N30 KAP.” üçün ilk rəyi siz yazın.