VALIDOL N20 CAP
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Reflektor təsirli koronar-dilatasiyaedici vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,20 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VALİDOL dilaltı kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Levomenthol solution in menthyl isovalerate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq mentil izovalerat şəklində levomentol məhlulu vardır. Köməkçi maddələr:jelatin, qliserin, metilparahidroksibenzoat.
Təsviri
Yumşaq, şara bənzər, rəngsizdən açıq-sarı rəngə qədər, içərisində rəngsiz və ya azacıq rəngli yağlı maye olan, mentol qoxulu jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Reflektor təsirli koronar-dilatasiyaedici vasitə. ATC kodu: C01EX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sedativ təsir göstərir, sinir uclarının həssaslığının qıcıqlnması ilə əlaqədar mülayim reflektor damargenişləndirici təsir göstərir. Enkefalinlərin, endorfinlərin və bir sıra digər peptidlərin, histaminlərin, kininlərin (selikli qişanın reseptorlarının qıcıqlanması hesabına) hasil və azad olmasını stimulə edir ki, bu da, damarların keçiriciliyinin tənzimlənməsində, ağrı hissinin formalaşmasında aktiv iştirak edir. Sublinqval qəbul zamanı terapevtik effekt orta hesabla 5 dəqiqədən sonra baş verir, bu zaman preparatın 70%-i 3 dəqiqə ərzində azad olur. Farmakokinetikası Sublinqval istifadə zamanı ağız boşluğunun selikli qişasından absorbsiya olur. Sorulmadan sonra qaraciyərdə biotransformasiyaya uğrayır və qlükuronidlər şəklində böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
Funksional kardialgiya, nevrozlar, eləcə də, dəniz və hava xəstəliyi zamanı qusmaəleyhinə vasitə kimi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Alkoqolla eyni vaxtda istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mərkəzi sinir sistemini zəiflədən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı onların təsirini gücləndirir. Preparatın nitratlarla eyni vaxtda istifadəsi, onların qəbulu zamanı yaranan başağrını azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, o halda mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın qəbulu dövründə nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Validol böyüklərə dilaltı təyin edilir. Kapsulu ağızda dilin altında tam sorulana qədər saxlamaq lazımdır. Gündə 2-3 dəfə 1 kapsul qəbul edilir. Sutkalıq qəbulu və müddəti müalicənin effektivliyindən asılı olaraq müəyyən edilir. Kifayət qədər effekt olmadıqda və ya ayrı-ayrı pasiyentlərdə yaxın 5 dəqiqə ərzində preparatın qəbulu zamanı effekt müşahidə edilmədikdə, digər terapiyanın təyin edilməsi üçün həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Ürəkbulanma, gözün sulanması, başgicəllənmə mümkündür. Preparatın ləğv edilməsi zamanı adətən bu əlavə təsirlər özbaşına keçir. Allergik reaksiyaların (dəri səpgisi, qaşınma, angionevrotik ödem) inkişafı mümkündür.
Doza həddinin aşılması
Simptomları Başağrı, ürəkbulanma, oyanıqlıq vəziyyəti, ürək fəaliyyətinin pozulması, arterial təzyiqin kəskin enməsi, mərkəzi sinir sisteminin zəifləməsi. Müalicəsi Preparatın ləğv edilməsi, simptomatik terapiya.
Buraxılış forması
50 mq-lıq dilaltı kapsullar. 20 kapsul, polivinilxlorid örtüklü və laklı çap edilmiş alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Meligen” əczaçılıq müəssisəsi” QSC, Rusiya. Ünvan Hüquqi ünvan 188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev 53a. İstehsal ünvanı 188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev b/n. İstehlakçıların iradlarını qəbul edən təşkilat 188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev 53a. Tel.:/Faks: (812) 336-16-82.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.