URSOVEF 750MG N30 TABLET

Dərman formasıTablet
Farmakoloji təsirÖd turşusu preparatları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

56,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

URSOVEF örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 750 mq ursodezoksixol turşusu vardır. Köməkçi maddələr:povidon K30 (E 1201), mikrokristallik sellüloza (E 460), krospovidon (E 468), talk (E 553b), maqnezium stearat (E 470b), opadri II ağı 85F18422.

Təsviri

Ağ, uzunsov, hər iki tərəfi qabarıq, üzərində bölünmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Öd turşusu preparatları. ATC kodu: A05AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İnsan ödündə az miqdarda ursodezoksixol turşusu (UDXT) olur. Peroral yolla istifadəsindən sonra bağırsaqda xolesterolun sorulmasını inhibə etməklə və xolesterolun ödə ifrazını azaltmaqla ödün xolesterol ilə doymasını azaldır. Ehtimal ki, xolesterolun dispersiyası və maye kristalların əmələ gəlməsi nəticəsində xolesterol öd daşlarının tədricən əriməsi baş verir. Mövcud məlumatlara görə, qaraciyər və xolestatik xəstəliklərdə UDXT-nin dezintoksikasiyaedici təsiri lipofil zəhərli öd turşularının, hidrofilik, sitoprotektiv, toksik olmayan UDXT ilə nisbi dəyişimi, hepatositlərin sekretor qabiliyyətinin və immuntənzimləyici proseslərinin yaxşılaşması ilə bağlıdır. 6-18 yaşlı uşaqlar və yeniyetmələrdə kistik fibrozla əlaqəli qaraciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə edildikdə: • Öd tıxanıqlığı olan uşaqlarda uğursuz portoenterostomiya və ya öd axınının geri qazanılması olmadığı vəziyyətlərdə Farmakokinetikası Ümumi xüsusiyyətlər Sorulması Peroral yolla qəbul olunan UDXT nazik bağırsaqdan və qalça bağırsağın yuxarı hissəsindən passiv daşınma yolu ilə, qalça bağırsağın terminal hissəsindən isə aktiv daşınma yolu ilə sürətlə sorulur. Qəbul olunan dozanın absorbsiyası təxminən 60-80% təşkil edir. İlkin keçid qaraciyər klirensi təxminən 60% təşkil edir. Paylanması Sorulduqdan sonra, demək olar ki, bütün öd turşusu qlisin və taurin amin turşuları ilə birləşir və öd ilə xaric olur. Gündəlik dozadan və qaraciyərin vəziyyətindən asılı olaraq, UDXT-nin daha hidrofil forması toplanır. Eyni zamanda, digər daha lipofil olan öd turşularının nisbi azalması müşahidə olunur. Biotransformasiyası UDXT bağırsaq bakteriyalarının hissəvi katabolizmi nəticəsində 7-ketoxol turşusu və litoxol turşusuna çevrilir. Litoxol turşusu qaraciyər üçün toksik turşudur və bəzi heyvanlarda parenximanın zədələnməsinə səbəb olur. Litoxol turşusunun çox az faizi insan orqanizmində sorulur və qaraciyərdə sulfatlaşaraq detoksifikasiya olunur. Xaric olması Nəcislə xaric olur. UDXT-nin bioloji yarımparçalanma dövrü 3,5-5,8 gün arasındadır. Klinikayaqədərki təhlükəsizlik məlumatları a) Kəskin toksiklik Heyvanlarda aparılan kəskin toksiklik tədqiqatları hər hansı zərərli təsir aşkar etməmişdir. b) Xroniki toksiklik Meymunlarda aparılan subxroniki toksiklik tədqiqatları, yüksək doza qəbul edən qruplarda funksional dəyişikliklər (məsələn, qaraciyər fermentlərinin dəyişməsi) və öd yollarının proliferasiyası, portal iltihab ocaqları və hepatosellülyar nekroz kimi morfoloji dəyişikliklər də daxil olmaqla hepatotoksik təsirlər göstərmişdir. Bu toksik təsirlər çox güman ki, UDXT-nin metaboliti olan litoxol turşusuna aiddir, meymunlarda insanlardan fərqli olaraq zərərsizləşmir. Klinik təcrübə təsdiq edir ki, təsvir edilən hepatotoksik təsirlərin insanlar üçün heç bir əhəmiyyəti yoxdur. c) Kanserogen və mutagen potensial Siçanlar və siçovullarda aparılan uzunmüddətli tədqiqatlar UDXT-nin kanserogen potensialı olduğuna dair heç bir sübut aşkar etməmişdir. UDXT ilə in vitro və in vivo genetik toksikologiya testləri mənfi nəticə göstərmişdir. d) Reproduktiv toksiklik Siçovullarda aparılan tədqiqatlarda, bədən çəkisinin hər kiloqramı üçün 2000 mq ursodezoksixol turşunun qəbulundan sonra quyruq malformasiyaları baş vermişdir. Dovşanlarda heç bir teratogen təsir aşkar edilməmişdir, baxmayaraq ki, embriotoksik təsirlər (bədən çəkisinin hər kq-ı üçün 100 mq dozadan başlayaraq) olmuşdur. UDXT siçovullarda fertilliyə heç bir təsir göstərməmiş və dölün peri-/postnatal inkişafına təsiri olmamışdır.

İstifadəsinə göstərişlər

• Birincili biliar sirrozun (PBC) müalicəsi üçün, dekompensasiya olunmuş qaraciyər sirrozu olmadıqda. • Öd kisəsi işlək vəziyyətdə olan pasiyentlərdə öd kisəsində xolesterol daşlarının əriməsi üçün. Öd daşları rentgen görüntülərində kölgə kimi görünməməli və diametri 15 mm-dən çox olmamalıdır. • Qaraciyər transplantasiyası olan pasiyentlərdə öd daşının/xolestazın profilaktikası. • Hamiləlikdə qaraciyərdaxili xolestaz. • Kistik fibrozla əlaqəli hepatobiliar xəstəliklərin müalicəsi.

Əks göstərişlər

URSOVEF tabletləri aşağıdakı pasiyentlərdə istifadə edilməməlidir: • öd kisəsinin və ya öd yollarının kəskin iltihabı • öd yollarının tıxanıqlığı (ümumi öd yollarının və ya sistik kanalın tıxanıqlığı) • öd yollarının tez-tez sancışəkilli tutmaları • rentgenkontrast kalsifikasiya olunmuş öd daşları • öd kisəsinin yığılma qabiliyyətinin pozulması • öd turşularına və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq • Aktiv mədə və ya onikibarmaq bağırsaq xorası olan pasiyentlər və ya öd turşularının enterohepatik dövranını inhibə edən bağırsaq və ya qaraciyər pozğunluqları olan pasiyentlər (məsələn, nazik bağırsağın rezeksiyası və stoma, regional bağırsaq iltihabı, ekstrahepatik xolestaz, ciddi və kəskin qaraciyər xəstəlikləri). 6-18 yaşlı uşaqlarda kistik fibrozla əlaqəli qaraciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə edildikdə: • Öd tıxanıqlığı olan uşaqlarda uğursuz portoenterostomiya və ya öd axınının geri qazanılması olmadığı vəziyyətlərdə

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

URSOVEF tabletləri həkim nəzarəti altında qəbul edilməlidir. Müalicənin ilk 3 ayı ərzində qaraciyərin funksional göstəriciləri olan AST (SGOT), ALT (SGPT) və γ-GT parametrlərinə hər 4 həftədən bir, sonra isə hər 3 aydan bir həkim tərəfindən nəzarət edilməlidir. PBC üçün müalicə olunan pasiyentlərdə müalicəyə cavab verən və verməyən pasiyentlərin müəyyən edilməsinə imkan verməklə yanaşı, bu monitorinq həm də potensial qaraciyər ağırlaşmalarının erkən aşkarlanmasına imkan verir, xüsusən də inkişaf etmiş mərhələdə olan PBC xəstələrində. Xolesterin öd daşlarını əritmək üçün: Terapevtik gedişi qiymətləndirmək və öd kisəsi daşlarının hər hansı kalsifikasiyasını vaxtında aşkar etmək üçün müalicənin başlanmasından 6-10 ay sonra daşların böyüklüyündən asılı olaraq, ayaqüstə və arxasıüstə uzanmış vəziyyətdə (ultrasəs müayinəsi) ümumi baxış və okklyuzion görünüşlərlə öd kisəsi vizuallaşdırılmalıdır (oral xolesistoqrafiya). Öd kisəsini rentgen görüntülərində görmək mümkün olmadıqda və ya kalsifikasiya olunmuş öd kisəsi daşları, öd kisəsinin yığılma qabiliyyətinin pozulması və ya öd yollarının tez-tez sancışəkilli tutmaları olduqda, URSOVEF preparatı istifadə edilməməlidir. Öd kisəsində daşların əriməsi üçün URSOVEF preparatı qəbul edən qadın pasiyentlər qeyri- hormonal kontrasepsiyadan istifadə etməlidirlər, çünki hormonal kontraseptivlər öd daşı əmələ gəlməsini artıra bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax). PBC-nin inkişaf etmiş mərhələlərinin müalicəsi zamanı: Çox nadir hallarda, müalicə dayandırıldıqdan sonra qismən geriləyən qaraciyər sirrozunun dekompensasiyası müşahidə edilmişdir. PBC olan pasiyentlərdə, nadir hallarda, müalicənin başlanğıcında klinik simptomlar ağırlaşa bilər; məsələn, qaşınma arta bilər. Bu vəziyyətdə URSOVEF preparatının dozası gündə 250 mq- a qədər azaldılmalı və sonra “İstifadə qaydası və dozası” bölməsində təsvir olunduğu kimi tədricən artırılmalıdır. İshal baş verərsə, doza azaldılmalı və sağalmayan ishal hallarında müalicə dayandırılmalıdır. Pəhrizlə həddindən artıq kalori və xolesterol qəbulundan çəkinmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

URSOVEF preparatı xolestiramin, xolestipol və ya tərkibində alüminium hidroksid və/və ya smektit (alüminium oksidi) olan antasidlərlə eyni vaxtda istifadə edilməməlidir, çünki bu preparatlar bağırsaqda UDXT-na birləşir və bununla da onun sorulmasını və effektivliyinin qarşısını alır. Tərkibində bu maddələrdən biri olan preparatın istifadəsi zəruri olarsa, bu preparat URSOVEF preparatının qəbulundan ən azı 2 saat əvvəl və ya sonra qəbul edilməlidir. URSOVEF preparatı siklosporinin bağırsaqdan sorulmasına təsir göstərə bilər. Siklosporinlə müalicə alan pasiyentlərdə bu maddənin qanda konsentrasiyası həkim tərəfindən yoxlanılmalı və lazım olduqda siklosporinin dozasına düzəliş edilməlidir. Ayrı-ayrı hallarda URSOVEF preparatı siprofloksasinin sorulmasını azalda bilər. Sağlam könüllülər üzərində aparılan klinik tədqiqatda ursodezoksixol turşusu (500 mq/gün) və rozuvastatinin (20 mq/gün) eyni vaxtda istifadəsi plazmada rozuvastatinin səviyyəsinin bir qədər yüksəlməsinə səbəb olmuşdur. Bu qarşılıqlı təsirin digər statinlərlə klinik əhəmiyyəti də məlum deyil. UDXT-nin sağlam könüllülərdə kalsium antaqonisti nitrendipinin pik plazma konsentrasiyalarını (Cmax) və əyri altındakı sahəni (AUC) azaltdığı göstərilmişdir. Nitrendipin və ursodezoksixol turşunun birgə istifadəsinin nəticələri üçün yaxın monitorinq tövsiyə olunur. Nitrendipinin dozasının artırılması tələb oluna bilər. Dapsonun terapevtik təsirinin azalması ilə bağlı qarşılıqlı təsir bildirilmişdir. Bu müşahidələr in vitro məlumatlar ilə birlikdə UDXT-nin sitoxrom P4503A fermentlərini induksiya etmə potensialını göstərə bilər. Lakin klinik tədqiqatlar göstərmişdir ki, UDXT sitoxrom P4503A fermentlərinin induksiyasına heç bir təsir göstərmir. Estrogen və klofibrat kimi xolesterolu azaldan maddələr öd kisəsi daşlarının əmələ gəlməsini induksiya edə və UDXT-nin öd kisəsi daşlarını həlledici təsirini aradan qaldıra bilər. Xüsusi populyasiya üçün əlavə məlumat Heç bir qarşılıqlı təsir tədqiqatı aparılmayıb. Pediatrik populyasiya Heç bir qarşılıqlı təsir tədqiqatı aparılmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyələr Hamiləlik kateqoriyası C. Uşaqdoğma potensialı olan qadınlar/doğuşa nəzarət (kontrasepsiya) Uşaqdoğma potensialı olan qadınlar yalnız etibarlı doğum nəzarət qeydləri ilə müalicə edilməlidir. Hormonal olmayan kontraseptiv üsullar və ya aşağı dozalı estrogen tərkibli kontraseptivlər tövsiyə olunur. Öd daşlarının əriməsi üçün URSOVEF preparatı qəbul edən pasiyentlər effektiv hormonal olmayan kontraseptiv üsullardan istifadə etməlidirlər, hormonal kontraseptivlər öd kisəsində daşların əmələ gəlməsini asanlaşdıra bilər. Hamiləlik Aşkar zərurət olmadıqda, ursodezoksixol turşusu hamiləlik dövründə istifadə edilməməlidir. Müalicəyə başlamazdan əvvəl hamiləlik ehtimalı istisna olunmalıdır. Hamilə qadınlarda URSOVEF preparatının istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar hamiləliyin erkən mərhələsində reproduktiv toksiklik göstərmişdir (“Klinikayaqədərki təhlükəsizlik məlumatları” bölməsinə bax). İnsanlar üçün potensial risk məlum deyil. Laktasiya Ursodezoksixol turşusunun insan və ya heyvan südü ilə ifrazı haqqında kifayət qədər məlumat yoxdur və ya məhduddur. Ana südü ilə qidalanan uşaq üçün bir risk olduğunu istisna etmək olmaz. Ana südü ilə qidalandırmanın dayandırılması və ya URSOVEF preparatı ilə müalicənin dayandırılması barədə qərar qəbul edərkən, ana südü ilə qidalandırmanın uşaq üçün faydası və URSOVEF preparatının ana üçün faydası nəzərə alınmalıdır. Az sayda məlumatlara görə, ana südünə keçən ursodezoksixol turşusunun səviyyəsi çox aşağı olmuş və ehtimal ki, ana südü ilə qidalanan uşaqlara heç bir arzuolunmaz təsir gözlənilmir. Fertillik Heyvanlarda aparılan tədqiqatlar ursodezoksixol turşusunun fertilliyə təsirini göstərməmişdir (“Klinikayaqədərki təhlükəsizlik məlumatları” bölməsinə bax). Ursodezoksixol turşusu ilə müalicədən sonra bu maddənin fertilliyə təsirini göstərən insanlar üzərində aparılan heç bir tədqiqat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ursodezoksixol turşusu nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə cüzi təsir göstərir və ya təsir göstərmir.

İstifadə qaydası və dozası

Dozalanma/qəbul tezliyi və müddəti • Birincili biliar sirrozun (PBC) müalicəsində: Gündəlik doza 14 ± 2 mq ursodezoksixol turşusu/kq (bədən çəkisi) (2-4 bərabər bölünmüş dozada) • Xolesterol öd daşlarının əriməsində: 10 mq/kq/gün ursodezoksixol turşusu (tabletləri gecə yatmazdan əvvəl, tək qəbulda) • Qaraciyər transplantasiyası olan pasiyentlərdə öd daşının/xolestazın profilaktikası: 10-15 mq/kq/gün (2-4 bərabər bölünmüş dozada) • Hamiləlikdə qaraciyərdaxili xolestaz: 10-20 mq/kq/gün (2-4 bərabər bölünmüş dozada) • Kistik fibrozla əlaqəli hepatobiliar xəstəliklərin müalicəsi: 6 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 20 mq/kq (2-3 bərabər bölünmüş dozada) lazım olduqda gündə 30 mq/kq-a qədər artırıla bilər. – Suspenziya forması preparatı udmaqda çətinlik çəkən pasiyentlərdə istifadə edilə bilər. Qəbul tezliyi və müddəti Xolesterin öd daşlarını həll etmək üçün: Tabletləri hər gecə yatmazdan əvvəl bir stəkan su və ya digər maye ilə udmaq lazımdır. Tabletləri əzmək və çeynəmək olmaz. Öd kisəsindəki daşların əriməsi ümumiyyətlə 6-24 ay çəkir. 12 aydan sonra öd daşlarının ölçüsündə heç bir azalma olmazsa, müalicə dayandırılmalıdır. Müalicənin müvəffəqiyyətli olması üçün pasiyent hər 6 aydan bir ultrasəs və ya rentgen müayinəsi ilə yoxlanılmalıdır. Birincili biliar sirrozun (PBC) simptomatik müalicəsi üçün Müalicənin ilk 3 ayı ərzində URSOVEF tabletləri gün ərzində bölünərək qəbul edilməlidir. Qaraciyər göstəricilərinin yaxşılaşması ilə gündəlik doza gündə bir dəfə axşam qəbul edilə bilər. Birincili biliar sirrozda URSOVEF preparatının istifadəsi üçün vaxt məhdudiyyəti yoxdur. Birincili biliar sirrozu olan pasiyentlərdə müalicənin əvvəlində simptomların ağırlaşması (məsələn, qaşınma və s.) baş verə bilər. Bu hal nadir hallarda baş verir. Belə bir vəziyyət yaranarsa, URSOVEF preparatı ilə müalicə gündə 1 tabletlə davam etdirilir və gündəlik doza tövsiyə olunan dozaya qədər hər həftə 1 tablet artırılır. İstifadə tezliyi və müddəti həkimin qərarına əsasən qaraciyər transplantasiyası, hamiləlikdə qaraciyərdaxili xolestaz, kistik fibrozla əlaqəli hepatobiliar xəstəliklərin müalicəsində, öd kisəsi daşlarının/xolestazın qarşısının alınmasında planlaşdırılmalıdır. İstifadə qaydası və metodu Tabletlər müntəzəm olaraq qəbul edilməlidir. • Xolesterol öd daşlarını əritmək üçün Gecə yatmazdan əvvəl tabletləri bir stəkan su və ya digər maye ilə udmaq lazımdır. Tabletlər çeynənilməməlidir. • Birincili biliar sirrozun (PBC) simptomatik müalicəsi üçün Tabletləri bir stəkan su və ya digər maye ilə udmaq lazımdır. Tabletlər çeynənilməməlidir. Ursodezoksixol turşunun suspenziya forması bədən çəkisi 47 kq-dan az olan pasiyentlərdə, preparatı udmaqda çətinlik çəkən pasiyentlərdə istifadə edilə bilər. Xüsusi populyasiyalar haqqında əlavə məlumat Qaraciyər çatışmazlığı Birincili biliar sirrozun (PBC) simptomatik müalicəsi üçün “İstifadə qaydası və dozası” bölməsinə baxın. Böyrək çatışmazlığı Xüsusi istifadə tövsiyə edilmir. Pediatrik populyasiya URSOVEF preparatının qəbulu üçün yaş həddi yoxdur, lakin pediatrik populyasiya üçün tövsiyə edilmir, çünki URSOVEF örtüklü tabletlərinin 750 mq dozası pediatrik populyasiya üçün yüksəkdir. Yaşlı populyasiya URSOVEF preparatını qəbul etmək üçün yaş məhdudiyyəti yoxdur. Dozalanması və qəbul qaydası böyüklər üçün eynidir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq pozğunluqları Tez-tez: ursodezoksixol turşusu ilə müalicə zamanı nəcisin yumşalması və ishal Çox nadir hallarda: birincili biliar sirrozun müalicəsi zamanı qarın nahiyəsinin yuxarı sağ hissəsində şiddətli ağrı Hepatobiliar pozğunluqlar Çox nadir hallarda: öd daşlarının kalsifikasiyası və qaraciyər sirrozunun dekompensasiyası (müalicə dayandırıldıqdan sonra qismən aradan qaxlmışdır). Dəri və dərialtı toxuma pozğunluqları Çox nadir: övrə

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı ishal baş verə bilər. Ümumiyyətlə, doza həddinin aşılması hallarının digər simptomları ehtimal olunmur, çünki ursodezoksixol turşunun sorulması dozanın artması ilə azalır və buna görə də nəcislə daha çox ifraz olunur. Heç bir xüsusi tədbirə ehtiyac yoxdur və ishalın nəticələri maye və elektrolit balansının bərpası ilə simptomatik müalicə edilməlidir. Xüsusi populyasiyalar haqqında əlavə məlumat Birincili sklerozlaşan xolangiti olan pasiyentlərdə ciddi arzuolunmaz hadisələrin daha yüksək nisbəti uzunmüddətli yüksək dozada ursodezoksixol turşusu ilə müalicə (28-30 mq/kq bədən çəkisi/ gün) ilə əlaqələndirilir.

Buraxılış forması

10 tablet PVX/Al blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Vefa İlaç San. ve Tic. A.Ş. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikdüzü/İstanbul. Tel.: (0212) 438 70 85. Faks: (0212) 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“URSOVEF 750MG N30 TABLET” üçün ilk rəyi siz yazın.