UROLESAN 25 ML DAMLA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Urologiyada istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,19 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UROLESAN oral damcı
Tərkibi
Təsiredici maddə: 1 ml preparatın tərkibində 67,60 mq adi küknar yağı (oleum Abies), 16,90 mq istiot nanəsi yağı (oleum Menthae piperitae) (mentol hesabı ilə 50 %), 194,35 mq yabanı yerkökü meyvələrinin duru ekstraktı (extractum fructuum Dauci sativi fluidum) (ekstragent 96%-li etanol) (1:1), 278,80 mq mayaotu qozalarının duru ekstraktı (extractum fructuum Strobili lupuli fluidum) (ekstragent 96 %-li etanol) (1:1), 192,95 mq qaraqınıq otunun duru ekstraktı (extractum herbae Origani fluidum) (ekstragent 96%-li etanol) (1:1) vardır. Köməkçi maddələr: dinatrium edetat, gənəgərçək yağı.
Təsviri
Yaşılımtıl-qəhvəyi rəngdən qəhvəyiyə qədər rəngli, xarakterik nanə qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Urologiyada istifadə olunan preparatlar. ATC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
® ® Urolesan – bitki mənşəli kombinəolunmuş preparatdır. Urolesan preparatının tərkibinə daxil olan komponentlər sidik-ifrazat yollarında və böyrəklərdə iltihab təzahürlərini azaldır, böyrəklərin və qaraciyərin qan təchizatının güclənməsinə səbəb olur, diuretik, antibakterial, ödqovucu təsir göstərir, sidikdə qoruyucu kolloid əmələ gətirir və sidik-ifrazat yollarının yuxarı şöbələrinin və öd kisəsinin saya əzələlərinin tonusunu normalaşdırır. Urolesan preparatı sidik cövhərinin və xloridlərin ifraz olunmasını artırır, sidik kisəsindən və böyrəklərdən kiçik konkrementlərin və qumun xaricolmasına səbəb olur. Preparat yaxşı sorulur, təsiri 20-30 dəqiqədən sonra başlayır və 4-5 saat davam edir. Maksimal effekti 1-2 saatdan sonra əldə olunur. Orqanizmdən həzm traktı və böyrəklər vasitəsi ilə xaric olunur.
İstifadəsinə göstərişlər
Sidik-ifrazat yollarının və böyrəklərin kəskin və xroniki infeksiyaları (sistitlər və pielonefritlər), sidik daşı xəstəliyi və sidik-turşulu diatez (konkrementlər çıxarıldıqdan sonra, onların əmələ gəlməsinin profilaktikası), xroniki xolesistitlər (o cümlədən, kalkulyoz xolesistitlər), ödçıxarıcı yolların diskineziyaları, öd daşı xəstəliyi.
Əks göstərişlər
– Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; – qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; – anamnezlərində qıcolmalar (febril və ya digər) qeyd olunan uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Konkrementlərin diametri 3 mm-dən artıq olduğu halda, preparatı istifadə etmək olmaz. Bronxospazmın meydana çıxma riskini nəzərə alaraq, bronxial astma qeyd olunan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri öyrənilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi öyrənilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri öyrənilməmişdir.
İstifadə qaydası və dozası
Preparat daxilə, yeməkdən əvvəl istifadə etmək üçün nəzərdə tutulmuşdur. Böyüklər üçün tövsiyə olunan dozası – sutkada 3 dəfə 8-10 damcı təşkil edir (şəkər üzərinə, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə isə çörək üzərinə damcılatmaq tövsiyə olunur). Böyrək və qaraciyər sancıları zamanı – birdəfəlik dozası 15-20 damcı təşkil edir. Preparatın istifadəsinin davametmə müddəti 5 gündən 7 günə qədər, xroniki vəziyyətlərdə 7 gündən 1 aya qədər təşkil edir. 7-14 yaşlı uşaqlar üçün preparatın tövsiyə olunan dozası – sutkada 3 dəfə 5-6 damcı təşkil edir (şəkər üzərinə, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə isə çörək üzərinə damcılatmaq tövsiyə olunur). Preparatın birdəfəlik dozası, istifadə tezliyi və müalicənin davametmə müddəti həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Uşaqlar. Preparatın 7 yaşa qədər uşaqlarda istifadəsi üçün zərurət yarandığı halda, Urolesan preparatının şərbəti istifadə edilməlidir.
Əlavə təsirləri
Urolesan preparatı adətən, pasiyentlər tərəfindən yaxşı qəbul edilir. Preparatın istifadəsi müddətində aşağıda göstərilən əlavə təsirlər müşahidə oluna bilər: Mədə-bağırsaq traktında baş verən pozğunluqlar – dispepsiya təzahürləri (ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı da daxil olmaqla); İmmun sistemdə baş verən pozğunluqlar – allergik reaksiyalar, o cümlədən, qaşınma hissi, üz nahiyəsinin qızarması, dəri üzərində səpgilər, övrə, angionevrotik ödem (ağızda yanma hissi, tənəffüsün çətinləşməsi, üz nahiyəsinin və dilin ödemi), anafilaktik şok; Mərkəzi və periferik sinir sistemlərində baş verən pozğunluqlar – başgicəllənmə, ümumi zəiflik, baş ağrısı, ataksiya, əzələ tremoru; Ürək-damar sistemində baş verən pozğunluqlar – arterial hipotenziya, hipertenziya, bradikardiya.
Doza həddinin aşılması
Doza həddinin aşılması baş verdiyi halda aşağıda göstərilən simptomlar meydana çıxa bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, başgicəllənmə. Müalicəsi: pasiyentə çox miqdarda isti maye qəbul etmək, sakit vəziyyətdə qalmaq, aktivləşdirilmiş kömür və atropin sulfat (0,0005-0,001 q) tövsiyə olunur.
Buraxılış forması
25 ml, damcısalan-flakonda. 1 damcısalan-flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Haliçfarm” İSC. Ukrayna, 79024, Lvov şəh., Oprışkovskaya küç., 6/8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.