ULTROKS 10 MG N28 TAB
| Təsiredici maddə | ROSUVASTATIN |
|---|
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,52 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Farmakoterapevtik qrupu
HMQ-KoA reduktazanın inhibitorları.
ATC kod: C10AA07.
İstifadəsinə göstərişlər
Hiperxolesterinemiyanın müalicəsi
Böyüklərdə, yeniyetmələrdə, 6 yaş və 6 yaşdan yuxarı uşaqlarda ilkin hiperxolesterinemiyanın (IIa tip heteroziqot ailəvi hiperxolesterinemiya daxil olmaqla) və ya qarışıq dislipidemiyanın (IIb tip) müalicəsində pəhriz və digər qeyri-farmakoloji müalicə (məs., idman, bədən çəkisinin azaldılması) qənaətbəxş deyilsə, pəhrizə əlavə kimi təyin edilir.
Homoziqot ailəvi hiperxolesterinemiyanın müalicəsində pəhrizə və digər lipidazaldıcı müalicələrə (məs., ASLP-aferez) əlavə kimi və ya belə müalicələr xəstəyə müvafiq deyilsə təyin edilir.
Ürək-damar xəstəliklərinin profilaktikası
İlkin ürək-damar xəstəlikləri üçün yüksək risk faktorlarına malik xəstələrdə risk faktorlarının korreksiyası üçün təyin edilir.
İstifadə qaydası və dozası
Müalicəyə başlamazdan əvvəl xəstə xolesterin azaldan pəhrizə başlamalı və müalicə müddətində də pəhrizə davam etməlidir. Mövcud olan təlimatları istifadə edərək, dozalanma müalicənin məqsədindən və xəstənin müalicəyə cavabından asılı olaraq fərdi seçilməlidir.
Ultroks® günün istənilən vaxtında qida ilə və ya onsuz təyin edilə bilər.
Hiperxolesterinemiyanın müalicəsi
İstər əvvəllər statin qəbul etməmiş, istərsə də digər HMQ-KoA reduktaza inhibitorlarını dəyişən xəstələrdə başlanğıc doza kimi 5 mq və ya 10 mq gündəlik, birdəfəyə, peroral təyin edilir. Başlanğıc doza fərdi xəstənin xolesterin səviyyəsindən və gələcəkdə ürək-damar problemləri riskindən, eləcə də arzuolunmaz reaksiyaların potensial yaranma riskindən asılı olaraq seçilir. Sonrakı doza uyğunlaşdırması, əgər mütləqdirsə, 4 həftədən sonra edilir. Aşağı dozalara nisbətən 40 mq dozanın təyini zamanı əlavə reaksiyaların başvermə tezliyinin yüksək olduğunu nəzərə alaraq, 40 mq doza yalnız ağır formalı hiperxolesterinemiya (xüsusilə, ailəvi hiperxolesterinemiya) və ürək-damar xəstəlikləri riski yüksək olan xəstələrdə, əgər 20 mq dozada müalicəyə nail olunmursa, təyin edilir və xəstə müvafiq olaraq nəzarətdə saxlanılır. 40 mq dozanın təyini mütəxəssis nəzarəti altında aparılması məsləhətdir.
Ürək-damar xəstəliklərinin profilaktikası
Ürək-damar xəstəliklərinin risk hallarını azaltmaq məqsədilə aparılan tədqiqatlarda gündəlik doza olaraq 20 mq təyin edilmişdir.
Uşaqlarda istifadəsi
Uşaqlarda istifadəsi yalnız mütəxəssis nəzarəti ilə aparılmalıdır.
6-17 yaşlı uşaqlar və yeniyetmələrdə (Tannerə görə < II-V mərhələ)
-
6-9 yaşlı heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda doza gündə bir dəfə 5-10 mq-dır. Bu qrup xəstələrdə gündəlik 10 mq-dan yüksək dozanın istifadəsi zamanı effektivlik və təhlükəsizlik ilə bağlı tədqiqatlar aparılmamışdır.
-
10-17 yaşlı heteroziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlarda doza gündə bir dəfə 5-20 mq-dır. Bu qrup xəstələrdə gündəlik 20 mq-dan yüksək dozanın istifadəsi zamanı effektivlik və təhlükəsizlik ilə bağlı tədqiqatlar aparılmamışdır.
8-17 yaş arası homoziqot ailəvi hiperxolesterinemiyası olan uşaqlar və yeniyetmələrdə istifadəsinə dair təcrübələr məhduddur.
6 yaşdan kiçik uşaqlarda
Bu yaş qrupuna aid uşaqlarda istifadəsinə dair məlumatlar yoxdur. Bu səbəbdən 6 yaşdan kiçik uşaqlara Ultroks® təyini məsləhət görülmür.
Yaşlılarda istifadəsi
Yaşı 70-dən çox olan xəstələrdə başlanğıc doza kimi 5 mq məsləhət görülür. Yaşla bağlı digər doza uyğunlaşdırılması vacib deyil.
Böyrək çatışmazlığı olan xəstələrdə dozalaşdırma
Yüngül və orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə dozalaşdırılma tələb olunmur. Orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi < 60 ml/dəq) başlanğıc doza olaraq 5 mq məsləhət görülür. Orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə 40 mq doza əks göstərişdir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə Ultroks®-un istənilən dozada təyini əks göstərişdir.
Qaraciyər çatışmazlığı olan xəstələrdə dozalaşdırma
Çayld-Pyu şkalasına görə göstəricisi 7 və daha aşağı olan xəstələrdə rozuvastatinin sistem təsirində yüksəlmə müşahidə edilməmişdir. Lakin, Çayld-Pyu şkalasına görə göstəricisi 8-9 olan xəstələrdə rozuvastatinin sistem təsirində yüksəlmə müşahidə olunmuşdur. Belə xəstələrdə qaraciyər funksiyasının göstəriciləri nəzarətdə saxlanılmalıdır. Çayld-Pyu şkalasına görə göstəricinin 9-dan yüksək olduğu hallarda tədqiqat aparılmamışdır. Ultroks® aktiv qaraciyər xəstəliklərində əks göstərişdir.
İrq
Asiyalı xəstələrdə sistem təsirin artması müşahidə edilmişdir. Asiya mənşəli xəstələr üçün başlanğıc doza 5 mq məsləhət görülür. Belə xəstələrə 40 mq doza əks göstərişdir.
Miopatiyaya meylli xəstələrdə dozalaşdırma
Miopatiyaya meylli xəstələrdə məsləhət görülən başlanğıc doza 5 mq-dır .
Bu xəstələrin bəzisində 40 mq doza əks göstərişdir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.