UKRAFERON 150000 IU N10 SAM
| Təsiredici maddə | INTERFERON ALFA-2B |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | İnterferonlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UKRAFERON suppozitoriya Beynəlxalq patentləşdirilməmiş adı: interferon alfa-2b
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 150 000, 500 000 və ya 1 000 000 BV rekombinant interferon alfa-2b vardır. Köməkçi maddələr: rafinə olunmuş günəbaxan yağı, tokoferol asetat, natrium askorbat, askorbin turşusu, bərk yağ.
Təsviri
Sarımtıl ağ rəngli, sivri uclu bircinsli suppozitoriyalardır.
Farmakoterapevtik qrupu
İnterferonlar. ATC kodu: L03AB05. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası Rekombinant interferon alfa-2b virusəleyhinə, proliferasiyaəleyhinə və immunomodulyator təsirlərə malikdir. Ukraferonun tərkibində tokoferol asetat və askorbin turşusunun olması rekombinant interferon alfa-2b-nin virus əleyhinə təsirini 10-14 dəfə artırır. Rekombinant interferon alfa-2b-nin T və B-limfositlərərə immunomoduləedici təsiri immunoqlobulin E-nin miqdarını normallaşdırır, antivirus aktivliyi var. Hətta 2 il ərzində istifadə zamanı belə rekombinant interferon alfa-2b-nin antivirus aktivliyini neytrallaşdıran antitel əmələ gətirmir, endogen sistemin funksiyasını normallaşdırır. Farmakokinetikası Rekombinant interferon alfa-2b farmakokinetikası az tədqiq edilmişdir.
İstifadəsinə göstərişlər
Böyüklərdə kompleks terapiyada • Hamiləlik zamanı infeksion-iltihabi xəstəliklər; • Papillomavirus infeksiyaları zamanı (vulqar ziyillər, iti uclu kandiloma); • Cinsi yolla keçən urogenital qarışıq infeksiyalar zamanı; Uşaqlarda • kəskin respirator virus infeksiyaların kompleks terapiyasında.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı artmış həssaslıq, qalxanabənzər vəzinin disfunksiyası olan pasiyentlər, Kapoşi sarkoması olan pasiyentlərdə ağır visseral pozğunluqlar zamanı, ağır ürək- damar xəstəlikləri, psoriaz, qaraciyər və böyrəklərin funksiyalarının pozulması, epilepsiya və MSS-nin digər xəstəlikləri (o cümlədən funksional), proqresivləşən və ya dekompensasiya olunmuş qaraciyər sirrozu fonunda xroniki hepatit, immunodepressant terapiya qəbul edən və ya yaxın zamanlarda da qəbul etmiş xroniki hepatitli pasiyentlər (qısa kortikosteroid terapiya kursu qəbul edənlər istisna olmaqla), autoimmun hepatit və ya anamnezində digər autoimmun xəstəliklər olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman müalicəsində spirt istehlakı istisna edilməlidir. Preparatın uzun müddətli istifadəsi zamanı qanın ümumi analizi, qaraciyər, böyrək və qalxanabənzər vəzinin funksiyasına nəzarət etmək lazımdır Preparat anamnezində ketoasidoz epizodları olan şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, qanın laxtalanma pozğunluqları, ağır mielosupressiyası olanlara ehtiyatla təyin olunmalıdır. Preparatdan istifadə zamanı orqanizmin adekvat hidratasiyasını təmin etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın opioid, analgetik, yuxugətirici, sedativ dərman vasitələri ilə eyni zamanda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Oksidləşmə yolu ilə metabolizmə uğrayan preparatlarla (o cümlədən ksantin törəmələri (amminofillin, teofillin) eyni zamanda istifadəsi zamanı ukraferonun oksidativ metabolik proseslərə təsirini nəzərə almaq zəruridir. Teofillinin qan serumunda konsentrasiyasına nəzarət edilməlidir və zərurət olarsa doza rejimini korreksiya etmək lazımdır. Kimyaterapevtik preparatlarla (sitarabin, doksorubisin, tenipozid, siklofosfamid) kombinasiyalı istifadəsi zamanı həyatı təhlükəli toksik effektlərin inkişaf riski artır (onların ağırlığı və müddəti). Zidovudinlə eyni zamanda istifadəsi neytropeniyanın inkişaf riskini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda gestasiyanın 28-ci həftəsindən istifadə edilə bilər. Laktasiya dövründə istifadəsi haqqında məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərmanın istifadəsi səbəbiylə mərkəzi sinir sistemi tərəfindən bəzi mənfi təsirlər pasiyentlərin nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməsinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Böyüklərdə kompleks terapiyada Hamiləliyin 28-ci həftəsindən 500 000 BV sutkada 1dəfə rektal yeridilmə. Müalicə kursu 10 gün. Kurslararası fasilə 7 gündür. Papillomavirus infeksiyaları zamanı 500 000 BV sutkada 2 dəfə rektal yeridilmə (12 saat intervalla). Müalicə kursu 5-10 gündür. Cinsi yolla keçən urogenital qarışıq (bakterial, virus) infeksiyalar zamanı 500 000 BV sutkada 2 dəfə rektal yeridilmə (12 saat intervalla). Müalicə kursu 5-10 gündür. Dərinin və selikli qişaların ilkin və ya təkrarlanan herpes infeksiyası (urogenital forması) zamanı 1 000 000 BV gündə 2 dəfə rektal yeridilmə (12 saat intervalla). Müalicə kursu 10 gündür. Uşaqlarda: kəskin respirator virus infeksiyaların kompleks terapiyasında: Yenidoğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlarda 150 000 BV sutkada 2 dəfə rektal (12 saat intervalla) Müalicə kursu və kurs arasında fasilə 5 gün Hestasion yaşı 34 həftədən az olan vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda 150 000 BV sutkada 3 dəfə rektal (8 saatdan bir). Müalicə kursu 5 gün. 1-14 yaşlarda 500 000 BV sutkada 2 dəfə. Müalicə kursu 5 gün.
Əlavə təsirləri
Xüsusi hallarda müalicənn 1-ci günü qripə bənzər simptomlar, sonradan azalır və yox olur Ümumi pozğunluqlar: qripə bənzər vəsziyyətlər: titrətmə, temperaturun yüksəlməsi, yorğunluq, süstlük, başağrısı, əzələlərdə, oynaqlarda ağrı, tərləmə, nadir hallarda: qusma, başgicəllənmə, istilik gəlməsi, hiperhəssaslıq reaksiyaları. Qanyaradıcı sistem: uzun müddətli istifadəsi zamanı leykopeniya, trombositopeniya, anemiya, burundan qanaxma Mədə bağırsaq traktı, qaraciyər: ALT, AST, qələvi fosfotazanın səviyyələrinin artması, işthanın azalması. Qaraciyər funksiyasının pozulması Endokrin pozğunluqlar: qalxanabənzər vəzi funksiyasının pozulması Mərkəzi və periferik sinir sistemi: uzun müddətli istifadəsi zamanı başgicəllənmə, yuxu pozğunluğu, şüurun dumanlanması, həyacan və depressiya vəziyyətləri, oyanıqlığın artması, yuxululuq, ataksiya, paresteziya. Ürək damar sistemi: arterial hipertenziya ya hipotenziya, nadir hallarda taxikardiya. Dəri və dərialtı toxuma: allergik reaksiya, səpgilər (o cümlədən herpetik), qaşınma, hiperemiya, övrə, anaflaktik şok. Tənəffüs sistemi: öskürək. Digər: istifadə yerində dəyişiklik, görmə pozğunluğu, böyrək funksiyasının pozulması, elektrolit balansının pozulması.
Doza həddinin aşılması
Bu vaxta qədər ukraferon preparatının doza həddinin aşılması qeyd edilməmişdir.
Buraxılış forması
Rektal suppozitoriya 5 şam, konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8°С temperaturda, işığın təsirindən qorumaq üçün orijinal qablaşdırmada, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi «ƏZ Biofarma» MMC, Ukrayna. Ukrayna, 09100 Kiyev vilayəti, Belaya Serkov şəhəri, Kiyev küçəsi, ev 37.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.