TRIPLIKSAM 10MG/2.5MG/10MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | İrlandiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
28,12 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada sizin üçün vacib məlumatlar əks olunur. Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər. Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza, və ya tibb bacınıza müraciət edin. Bu preparat şəxsən sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər. Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. “Əlavə təsirləri” bölməsinə baxın. TRİPLİKSAM 2,5 mq/0,625 mq/5 mq; 5 mq/1,25 mq/5 mq; 5 mq/1,25 mq/10 mq; 10 mq/2,5 mq /5 mq; 10 mq/2,5 mq/10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril arginine + Indapamide + Amlodipine
Tərkibi
Təsiredici maddə Tripliksam 2,5/0,625/5 mq: 1 tabletin tərkibində 1,6975 mq perindopril (2,5 mq perindopril argininə müvafiqdir), 0,625 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 5/1,25/5 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə müvafiqdir), 1,25 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 5/1,25/10 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə müvafiqdir), 1,25 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 10 /2,5/5 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə müvafiqdir), 2,5 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 10 /2,5/10 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə müvafiqdir), 2,5 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq amlodipinə müvafiqdir) vardır. Köməkçi maddələr: kalsium karbonat nişasta birləşməsi (kalsium karbonat 90%, jelatinləşdirilmiş qarğıdalı nişastası 10%), mikrokristallik sellüloza (E460), natrium kroskarmelloza (E468), maqnezium stearat (E572), susuz kolloidal silisium, jelatinləşdirilmiş nişasta. Örtük: qliserin (E422), hipromelloza 6mPa (E464), makroqol 6000, maqnezium stearat (E572), titan dioksid (E171).
Təsviri
Tripliksam 2,5/0,625/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 8,5 mm, eni isə 4,5 mm olan və bir üzündə , digər üzündə isə basılmış tabletlərdir. Tripliksam 5/1,25/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 9,75 mm, eni isə 5,16 mm olan və bir üzündə , digər üzündə isə basılmış tabletlərdir. Tripliksam 5/1,25/10 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 10,7 mm, eni isə 5,66 mm olan və bir üzündə , digər üzündə isə basılmış tabletlərdir. Tripliksam 10/2,5/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 11,5 mm, eni isə 6,09 mm olan və bir üzündə , digər üzündə isə basılmış tabletlərdir. Tripliksam 10/2,5/10 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 12,2 mm, eni isə 6,46 mm olan və bir üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Tripliksam – üç fəal komponentin, perindopril, indapamid və amlodipinin kombinasiyasıdır. Bu fəal komponentlərin hər biri arterial təzyiqi aşağı salır və onlar bir yerdə sizin arterial təzyiqinizə nəzarət etməyə imkan verir: Perindopril angiotenzinçevirici fermentin (AÇF) inhibitorları adlanan dərman qrupuna daxildir. O, qan damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır. İndapamid diuretikdir (o, tərkibində indol həlqəsi olan, sulfonamid törəmələri adlanan dərman qrupuna daxildir). Diuretiklər böyrəklər tərəfindən hazırlanan sidiyin həcmini artırır. Lakin indapamid digər diuretiklərdən fərqli olaraq sidiyin miqdarını çox artırmır. Amlodipin kalsium kanallarının blokatorudur (dihidropiridinlər adlanan dərman sinfinə aiddir). O, qan damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır.
İstifadəsinə göstərişlər
Tripliksam – yüksək arterial təzyiqin (hipertenziya) müalicəsi üçün istifadə edilir. Perindopril, amlodipin və indapamid ilə müalicəyə ehtiyacı olan xəstələrdə fiksə edilmiş kombinasiya şəklində təyin edilir.
Əks göstərişlər
Əgər sizdə perindoprilə, digər AÇF inhibitoruna, indapamidə və ya hər hansı digər sulfonamidə, amlodipinə və ya hər hansı digər dihidropiridinə, yaxud bu dərmanın komponentlərindən (“Tərkibi” bölməsində sadalanan) hər hansı birinə qarşı allergiya varsa, − əgər daha əvvəl sizdə və ya hər hansı ailə üzvünüzdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs, sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi (angioödem) baş veribsə, − əgər sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində meydana çıxan, beyin degenerativ xəstəliyi) varsa, − əgər sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatmamazlığına şübhə varsa (suyun bədəndə toplanması, tənəffüsün çətinləşməsi), − əgər sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək orqanizmi kifayət qədər qanla təmin edə bilmir) varsa, − əgər siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə, − əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya), − əgər sizin qanınızda kaliumun səviyyəsi çox aşağıdırsa, − qan təchizatının azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu), − əgər siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsizsə; Istifadə olunan aparatın növündən asılı olaraq, Tripliksamın qəbulu sizin üçün uyğun olmaya bilər, − əgər sizdə mülayim böyrək problemləri varsa (kreatininin klirensi 60 ml/dəqiqədən az) (Tripliksamın 10 mq/2,5 mq/5 mq və 10 mq/2,5 mq/10 mq dozaları üçün), − əgər sizdə ağır böyrək çatışmazlığı varsa (kreatininin klirensi 30 ml/dəqiqədən az), − əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də Tripliksamın qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”), − əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa, − ürək çatışmazlığının müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vasitələri ilə birlikdə istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda sadalanan hallardan hər hansı biri sizə aiddirsə, Tripliksam qəbuluna başlamazdan əvvəl həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin: − hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi), yaxud böyrək arteriyasının stenozundan (böyrəyi qanla təchiz edən arteriyanın daralması) əziyyət çəkirsinizsə, − ürək çatışmazlığı, yaxud digər ürək xəstəliyindən əziyyət çəkirsinizsə, − qan təzyiqinin kəskin artmasından (hipertonik kriz) əziyyət çəkirsinizsə, − qaraciyər funksiyasının pozulmasından əziyyət çəkirsinizsə, − sistem qırmızı qurdeşənəyi, yaxud sklerodermiya kimi kollagen xəstəliklərindən (dəri xəstəliyi) əziyyət çəkirsinizsə, − aterosklerozdan (damarların divarlarının sərtləşməsi) əziyyət çəkirsinizsə, − qalxanvari ətraf vəzin funksiyasını yoxlamaq üçün testə ehtiyacınız varsa, − hiperparatireozdan (qalxanvari ətraf vəzin funksiyasının artması) əziyyət çəkirsinizsə, − əgər siz birincili hiperaldosteronizmdən əziyyət çəkirsinizsə, − əgər siz podaqradan əziyyət çəkirsinizsə, − əgər siz diabetdən əziyyət çəkirsinizsə, − əgər siz duzun miqdarı azaldılmış pəhriz saxlayırsınızsa, yaxud tərkibində kalium olan duz əvəzedicilərindən istifadə edirsinizsə, − əgər siz litium və kaliumtutucu diuretiklər (spironolakton, triamteren) qəbul edirsinizsə, çünki − onları Tripliksam ilə eyni zamanda qəbul etmək tövsiyə edilmir (bax: “Digər preparatların qəbulu”), − ahıl yaşlısınızsa və dozanın artırılmasına ehtiyac varsa, − fotohəssaslıq reaksiyanız varsa/olubsa, − qaradərilisinizsə, sizdə angioödem (üzün, dodaqların, ağzın, dilin və ya boğazın şişməsi; bu, udqunmanın və ya tənəffüsün çətinləşməsinə səbəb ola bilər) ehtimalı çoxdur və qan təzyiqini aşağı salmaqda daha az effekt müşahidə edilir, − əgər siz yüksək axınlı membranla dializ edilən hemodializ xəstəsinizsə, − əgər sizin böyrək problemləriniz varsa ya dializ istifadə edilirsə, − görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı. Bu, gözün torlu qişasında maye yığıla bilər (horoid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər; Onlar Tripliksam qəbulunun başlamasından bir neçə həftə sonra bir neçə saatdan bir müddət ərzində başlaya bilərlər. Müalicə olmadan, bu, dönməz görmə itkisinə səbəb ola bilər. Daha əvvəl penisillin və ya sulfonamid preparatlarına allergiya varsa, bu simptomun meydana gəlməsi riski artırıla bilər. − əgər əzələ ağrısı, təzyiq xəstəliyi, zəiflik və ya qıcolmalar daxil olmaqla əzələ problemləri varsa, − qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm), − əgər sizin qanınızda həddindən artıq çox turşu varsa, bu tez-tez nəfəs almaya səbəb ola bilər, − əgər sizdə beyin qan dövranında çatışmazlıq (baş beyində aşağı qan təzyiqi) varsa, − əgər sizdə üz, dodaqlar, dil, ağız və ya boğazın ödemi varsa və bu udqunma və ya tənəffüsün çətinləşməsinə səbəb olursa (angioödem), müalicəni dərhal dayandırın və dərhal birbaşa həkiminizlə əlaqə saxlayın (bu, müalicə dövründə istənilən vaxt baş verə bilər). Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır: − rasekadotril (diareya zamanı istifadə edilir); − sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir); − sakubitril: ürək çatışmazlığının müalicəsində istifadə olunan (valsartan dərman vəsitəsi ilə kombinasiyasında); − yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə; − aliskiren; − AÇF inhibitorları qəbul edən şəxslərdə neytropeniya, aqranulositoz, trombositopeniya və anemiya barədə məlumat verilmişdir. Həkiminiz sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütəmadi intervallarda yoxlaya bilər. Həmçinin Tripliksam “Əks göstərişlər” bölməsində verilən məlumatlara nəzər salın. Həkiminiz sizə kalium və kalsium səviyyəsinin aşağı olduğunu və ya kalsium səviyyəsinin yüksək olduğunu yoxlamaq üçün qan analizləri təyin edə bilər. Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Hamiləliyin erkən dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). Tripliksam preparatını qəbul edərkən öz müalicə həkiminizi aşağıdakılar barədə məlumatlandırmalısınız: − əgər sizi qarşıda anesteziya və ya ciddi cərrahi əməliyyat gözləyirsə, − əgər sizdə son vaxtlarda ishal və ya qusma olubsa, yaxud orqanizminiz susuzlaşıbsa, − əgər siz ASLP aferez (xolesterinin qandan aparat vasitəsilə çıxarılması) qəbul edirsinizsə, − əgər siz arı və ya eşşəkarısı sancmalarına qarşı allergik reaksiyaların azaldılması məqsədilə desensibilizasiya kursu alırsınızsa, − əgər siz tərkibində yod olan rentgen kontrast maddənin (daxili orqanların, məsələn, böyrəklərin və ya mədənin rentgen şüalarının köməyilə müayinəsinə imkan verən maddələr) yeridilməsinin tələb edildiyi tibbi müayinədən keçirsinizsə. İdmançılarda Tripliksam dopinq testlərində müsbət reaksiya verə biləcək aktiv tərkib hissəsi (indapamid) olduğunu bilməlidirlər. Uşaq və yeniyetmələr Tripliksam preparatını uşaqlara və yeniyetmələrə təyin etmək olmaz. Tripliksamın tərkibində natrium daxildir. Tripliksamda 1 tabletdə 1 mmol-dan (23 mq) az miqdarda natrium var və ona görə də natriumsuz sayılır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Şəkərli diabet və ya böyrək problemləriniz varsa, aliskiren (yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilir) qəbul etməyin. Tripliksamın preparatı aşağıdakı preparatlarla birgə qəbulundan çəkinin: − litium (maniya, maniakal depressiya və qayıdan depressiya kimi psixi pozğunluqların müalicəsi üçün istifadə edilir), − kaliumtutucu dərman vasitələri (məs., triamteren, amilorid), kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri və orqanizmdə kalium səviyyəsini artıran digər preparatlar (heparin, ko- trimoksazol ya da trimetoprim/sulfometoksazol); − dantrolen; həmçinin anesteziya zamanı bədxassəli hipertermiyanı (simptomlarına çox yüksək qızdırma və əzələ sərtliyi daxildir) müalicə etmək üçün infuziya, − estramustin (xərçəngin müalicəsində istifadə edilir), − diareyanın müalicəsində istifadə edilən dərman vasitələri (rasekadotril), ya transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilən mTor inhibitorları sinfinə aid olan digər dərman vasitələri (sirolimus, everolimus, temsirolimus) (Bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”), − Sakubitril/Valsartan: ürək çatışmazlığın müalicəsində istifadə olunan (Bax: “Əks göstərişlər”), − Yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilən digər dərmanlar: angiotenzin çevirici fermentin inhibitorları və angiotenzin reseptorlarının blokatorları. Tripliksam preparatı ilə müalicəyə digər preparatların qəbulu təsir edə bilər. Həkiminiz dərmanın dozasını dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər. Əgər siz aşağıdakı preparatların hər hansı birini qəbul edirsinizsə, bu barədə müalicə həkiminizə mütləq məlumat verin, çünki onların qəbulu zamanı xüsusən diqqətli olmaq lazımdır: yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptoru blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran preparatlar) (Həmçinin Tripliksam qəbul edilməsi bölməsində verilən məlumatlara nəzər salın), ürək çatışmazlığının müalicəsində istifadə edilən kaliumtutucu diuretiklər: gündəlik 12,5-50 mq arası dozalarda eplerenon və spironolakton, − anestetik dərmanlar, − tərkibində yod olan kontrast maddələr, − bepridil (stenokardiyanın müalicəsində istifadə edilir), − metadon (asılılıqları müalicə etmək üçün istifadə olunur), − ürək ritminin pozulmasında istifadə olunan dərmanlar – dofetilid, ibutilid, bretilium, sizaprid, difemanil, prokainamid, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol (qeyri-müntəzəm ürək ritminin müalicəsi üçün), − verapamil, diltiazem (ürək dərmanları), − diqoksin və digər ürək qlikozidləri (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilir), − simvastatin, − bakterial infeksiyaların müalicəsi üçün istifadə edilən bəzi antibiotiklər, məsələn, rifampisin, eritromisin, klaritromisin, − göbələk xəstəliklərinin müalicəsi üçün – itrakonazol, ketokonazol, venadaxili amfoterisin B, − allopurinol (podaqranın müalicəsi üçün), − antihistamin preparatlar – mizolastin, terfenadin və ya astemizol (ot qızdırması və ya allergiyaların müalicəsi üçün), − ağır astma və revmatik artrit də daxil olmaqla, bir sıra xəstəliklərin müalicəsi üçün istifadə edilən kortikosteroidlər və qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, ibuprofen), yaxud salisilatların (məsələn, aspirinin) yüksək dozaları, − autoimmun pozğunluqların müalicəsi üçün və transplantasiyadan sonra təyin olunan immunosupressantlar (məsələn, siklosporin, takrolimus), − tetrakozaktid (Kron xəstəliyinin müalicəsi üçün). − xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün istifadə edilir), − halofantrin (malyariyanın bəzi növlərinin müalicəsi üçün istifadə edilir), − baklofen (bəzi xəstəliklər, məsələn sklerozlar zamanı baş verən əzələ sərtliyinin müalicəsi üçün), − diabetin müalicəsində istifadə edilən dərman vasitələri, insulin ya metformin kimi preparatlar, qliptinlər (linaqliptin, saksaqliptin, sitaqliptin, vildaqliptin), − kalsium, tərkibində kalsium olan qida əlavələri də daxil olmaqla, − stimuləedici işlədicilər (məsələn, səna çayı), − xərçəng xəstəliyinin müalicəsi üçün təyin edilən preparatlar, − vinkamin (yaşlı pasiyentlərdə yaddaş pozulması da daxil olmaqla, koqnitiv pozğunluqların simptomatik müalicəsi üçün istifadə edilir), − depressiya, həyəcan, şizofreniya və s. kimi ruhi pozğunluqların müalicəsi üçün istifadə edilən preparatlar (məsələn, trisiklik antidepressantlar, neyroleptiklər – amisulprid, sulpirid, sultoprid, tiaprid, haloperidol, droperidol), − pentamidin (pnevmoniyaların müalicəsi üçün istifadə edilir), − ritonavir, indinavir, nelfinavir (HİV müalicəsi zamanı istifadə edilən proteaza inhibitorları), − adi dazıotu (hypericum perforatum), − trimetoprim (infeksiyaların müalicəsi üçün), − aşağı qan təzyiqinin, şokun və ya astmanın müalicəsi üçün istifadə edilən dərmanlar (məs., efedrin, noradrenalin və ya adrenalin), − nitroqliserin və digər nitratlar, yaxud qan təzyiqini daha çox aşağı sala biləcək digər damargenəldici dərmanlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləsinizsə və ya süd verirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizə məlumat verməlisiniz. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra Tripliksam qəbulunu dayandırmağı məsləhət görməli və Tripliksamın əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər. Laktasiya dövrü Əgər siz uşaq əmizdirirsinizsə, yaxud uşaq əmizdirməyi planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Tripliksam südəmər uşaq olan analara əks göstərişdir. Lakin əgər siz uşağınızı əmizdirmək istəyirsinizsə, xüsusən də, uşaq yenidoğulmuşsa, və ya vaxtından tez doğulubsa, həkiminiz sizə başqa müalicə təyin edə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tripliksam sayıqlığa təsir edə bilər. Əgər tableti qəbul etdikdən sonra özünüzü zəif, ya yorğun hiss edirsinizsə, başınız gicəllənirsə, yaxud başağrı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın.
İstifadə qaydası və dozası
Tripliksam preparatının qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər sizin preparatın qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz. Tabletlər səhər yeməyindən əvvəl bir stəkan su ilə içilməlidir. Həkiminiz sizin üçün düzgün dozanı seçəcək. Bu, adətən, gündə bir tablet təşkil edir. Tripliksam preparatının qida və içkilərlə birlikdə qəbulu Tripliksam preparatı qəbul edən şəxslər qreypfrut şirəsi və ya qreypfrut yeməməlidir. Çünki qreypfrut şirəsi və ya qreypfrut aktiv maddə olan amlodipinin qanda səviyyəsinin artmasına gətirib çıxara bilər ki, bu da Tripliksamın təsirindən qan təzyiqinin öncədən ehtimal edilə bilməyən dərəcədə aşağı düşməsi ilə nəticələnə bilər. Tripliksam preparatının qəbulunu unutduqda Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna baxmayaraq, əgər siz Tripliksamın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın. Tripliksam preparatının qəbulunu dayandırdıqda Adətən, hipertenziya müalicəsi ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin.
Əlavə təsirləri
İstənilən digər dərman preparatı kimi Tripliksam da bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın: − qəfil fitverici tənəffüs, sinədə ağrı, təngnəfəslik, yaxud tənəffüsün çətinləşməsi (bəzən, 100 pasiyentdən 1 nəfərindən azında), − üzün, dodaqların, yaxud göz qapaqlarının şişməsi (bəzən, 100 pasiyentdən 1 nəfərindən azında), − tənəffüsün çətinləşməsi ilə nəticələnən, dilin, ağzın və boğazın şişməsi (yayılmamış, 100 pasiyentdən 1 nəfərindən azında), − dəridə qəfil yaranmış səpgi, bütün bədəndə dərinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens-Conson sindromu, Toksik Epidermal Nekroliz) və ya digər allergik reaksiyalar daxil olmaqla, kəskin dəri reaksiyaları (çox nadir, 10 000 nəfərdən 1-dən azında), − miokard infarktı, ürək ritminin pozğunluqları (çox nadir, 10 000 nəfərdən 1-dən azında), yaxud ürəyin həyat üçün təhlükəli ritm pozğunluğu (tezliyi məlum deyil), − mədəalti vəzin iltihabı, qarında və kürəkdə kəskin ağrıya səbəb ola bilər (çox nadir, 10 000 nəfərdən 1- dən azında); − əzələ zəifliyi, qıcolmalar, əzələlərdə təzyiq və ya ağrı hissi, xüsusilə də eyni zamanda xəsarət hiss edirsinizsə və ya temperaturunuz artırılırsa; bu anormal əzələ toxumasının parçalanmasına səbəb ola bilər (tezlik məlum deyil). Əlavə təsirlərə aşağıdakılar aid ola bilər (rastgəlmə tezliyinin azalma sırası ilə): Çox tez-tez: (10 xəstədən 1- dən az): ödem (maye saxlanması). Tez-tez (10 xəstədən 1 nəfərindən az, lakin 100 xəstədən 1 nəfərindən çoxunda): qanda aşağı kalium, başağrı, başgicəllənmə, ürəkdöyünmə (ürəyin döyünməsini hiss etmək), istigəlmə, vertiqo, iynəbatma hissi, görmənin pozulması, ikili görmə, tinnitus (qulaqda küy), qan təzyiqinin aşağı olması nəticəsində yüngül başgicəllənmə; öskürək, təngnəfəslik, həzm pozğunluqları (ürəkbulanma, qusma, dad hissiyyatının pozulması, ağızda quruluq, dispepsiya və ya həzmin çətinləşməsi, ishal, qəbizlik, bağırsaq vərdişlərinin dəyişməsi), allergik reaksiyalar (dəridə səpgi, qaşınma kimi), əzələ qıcolmaları, yorğunluq hissi, zəiflik, yuxululuq, topuqda şişkinlik. Bəzən (100 xəstədən 1- dən az): Əhval-ruhiyyənin tez-tez dəyişməsi, həyəcan, depressiya, yuxu pozulmaları, titrəmə, bayılma, ağrı hissiyyatının itməsi, qeyri-normal ürək döyüntüsü, rinit (zökəm), saçtökülmə, purpura (dəridə qırmızı nöqtələr), dərinin rənginin dəyişməsi, dəri qaşınması, tərləmə, sinədə ağrı, oynaq və ya əzələ ağrıları, kürəkdə ağrı, əzginlik, gecələr sidiyə getmənin tezləşməsi, sidik ifrazının tezləşməsi, impotensiya (ereksiyanın olmaması), qızdırma, kişilərdə süd vəzilərində böyümə və ya diskomfort, bədən çəkisinin artması və ya azalması, bəzi leykositlərin sayının artması, qanda şəkərin miqdarının azalması (hipoqlikemiya), qanda natrium səviyyəsinin azalması, dehidratasiyaya və aşağı qan təzyiqinə səbəb ola biləcək aşağı qan səviyyəsi, vaskulit (qan damarlarının iltihabı), günəş və ya süni ultrabənövşəyi şüaların təsirinə məruz qaldıqdan sonra fotohəssaslıq reaksiyaları (dərinin görünüşündə dəyişiklik), dəridə suluqlar, əllərin, ayaqların şişməsi, qanda sidik cövhəri və kreatinin səviyyəsinin yüksəlməsi, yıxılma, ağızda quruluq. • Nadir (1000 pasiyentdən 1 nəfərindən azında):huşun dumanlanması, laborator parametrlərdə dəyişiklik: qanda aşağı xlorid, qanda aşağı maqnezium, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, plazmada bilirubin səviyyəsinin yüksəlməsi, psoriaz tipli səpginin yaranması, qızartı, sidik ifrazının azalması və ya olmaması, kəskin böyrək çatışmazlığı. Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, əzələ qıcolmaları, çaşqınlıq simptomları – antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiyası ACE inhibitorların qəbulu nəticəsində yarana bilər. Çox nadir (10, 000 nəfərdən 1-dən azında): Leykositlərin sayının azalması, trombositopeniya (trombositlərin sayının azalması, asanlıqla göyərmə və burun qanaxmasına səbəb ola bilər), anemiya (eritrositlərin sayının azalması), stenokardiya (ürək tutması, ürəyin qan təchizatında olan problemlərlə bağlı olub fiziki gərginlik zamanı sinədə, çənədə və kürəkdə ağrının olması ilə xarakterizə olunur), eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), diş ətinin şişməsi, dəridə səpgi, bütün bədən dərisinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, multiform eritema (üzdə, qollarda və ayaqlarda qaşınan qırmızı ləkələrlə başlayan dəri xəstəliyi) daxil olmaqla kəskin dəri reaksiyaları, qanayan, şişmiş və ağrılı diş əti, qaraciyərin anormal funksiyası, qaraciyər iltihabı (hepatit), kəskin böyrək problemləri, dərinin saralması (sarılıq), qarında köp (qastrit), rigidlik, sinir pozğunluqları (zəiflik, keyimə və iynə batma hissinə səbəb olur), əzələ tonusunun artması, hiperqlikemiya (qanda şəkərin yüksək səviyyəsi), qanda kalsium səviyyəsinin yüksəlməsi, çox aşağı qan təzyiqi nəticəsində meydana çıxan beyin qan dövranının pozğunluğu (insult). Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında tezlik müəyyən edilə bilməz): Qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində yaranan beyin xəstəliyi), EKQ-də anormal dəyişikliklər, qanda kalium aşağı səviyyəsi, əgər siz sistem qırmızı qurdeşənəyindən (kollagen-damar xəstəliyinin bir növü) əziyyət çəkirsinizsə, pisləşmə müşahidə edilə bilər. Yaxındangörmə (miopiya), dumanlı görmə, görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı, gözün torlu qişasında maye yığıla bilər (horoid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər Rigidlik, tremor və/və ya hərəkət pozğunluqlarının kombinasiyası müşayiət olunan pozğunluqlar. Barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri – Reyno sindromu. Laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz sizin vəziyyətinizi yoxlamaq məqsədilə sizə qan analizləri təyin etsin. Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, xəstəhal, əzələ tutmaları, çaşqınlıq simptomları – antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiya, AÇF inhibitorların qəbulu nəticəsində yarana bilər. Əlavə reaksiyalar haqqında məlumat vermə Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Buraya bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatla təmin edilməsinə kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Həddindən artıq tablet qəbul etmək qan təzyiqinizin aşağı, hətta təhlükəli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Bu zaman başgicəllənmə, titrəmə, zəiflik, ürəkbulanma, qusma, qıcolmalar, yuxululuq, şüurun dumanlanması, oliquriya (böyrəklər tərəfindən ifraz olunan sidiyin miqdarında azalma), anuriya (sidik ifrazının olmaması) müşahidə edilə bilər. Əgər qan təzyiqi çox düşərsə, şok meydana çıxa bilər. Dəriniz soyuq, yapışqan ola bilər və hətta huşunuzu itirə bilərsiniz. Həddindən artıq Tripliksam tableti qəbul etmisinizsə, dərhal tibbi yardım üçün müraciət edin.
Buraxılış forması
30 tablet, konteynerdə. Hər konteynerlərin qapağında quruducu var. 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti ◦ 30 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə boşaltmaq olmaz. Qəbulu dayandırılmış preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə yönəlmişdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti karton qutunun və konteynerin üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil edilir. İçərisində 30 tablet olan konteyner açıldıqdan sonra 30 gün ərzində istifadə edilməlidir. İçərisində 100 tablet olan konteyner açıldıqdan sonra 100 gün ərzində istifadə edilməlidir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Servier (Ireland) Industries Ltd. Gorey Road Arklow – Co. Wicklow Ireland – İrlandiya. Marketinq icazəsinin sahibi Le Laboratuar Servye – Fransa. Les Laboratoires Servier 50, rue Carnot 92284 Suresnes cedex – France (Fransa).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.