TRIGRIM 10 MG N30 TAB
| Təsiredici maddə | TORASEMIDE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Sülfonamid diuretiklər, sadə sulfamid preparatları |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİQRİM 5 mq; 10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Torasemide
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq torasemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, kolloid susuz silisium dioksid, maqnezium stearat.
Təsviri
Girdə, yastı, üzərində bölmə xətti olan, ağ rəngli tabletlərdir. Farmasevtik qrupu Sülfonamid diuretiklər, sadə sulfamid preparatları. ATC kod: C03CA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Torasemid ilgək diuretikidir. Lakin kiçik dozalarda diurezin səviyyəsinə və davam etməsinə görə tiazid diuretiklərinə bənzəyir. Ən yüksək dozalarda torasemid dozadan asılı olaraq diurezi sürətləndirir və bu effekt özünü əhəmiyyətli dərəcədə büruzə verə bilər. Farmakokinetikası Daxilə qəbul edildikden sonra Torasemid tez və demək olar ki, tamamilə mənimsənilir və maksimum plazma konsentrasiyası bir və ya iki saatdan sonra əldə edilir. Torasemidin 99%-dən çoxu plazma zülallarına bağlanır. Paylanma həcmi 16 litrdir. Torasemid, pilləli oksidləşmə, hidroksilləşmə və aromatik halqanın hidroksilləşməsi ilə biotransformasiya olunur və üç metabolitə çevrilir: M1, M3 və M5. Sağlam şəxslərdə torasemid və onun metabolitlərinin t – 3-4 saatdır. Torasemidin total klirensi –½ 40 ml/dəq, böyrək klirensi isə təxminən 10 ml/dəq. Qəbul edilmiş dozanın təxminən 80%-i dəyişilməmış formada və böyrək kanalcıqları vasitəsilə metabolitlər şəklində çıxarılır: Toramsemid – 24%, M1 – 12%, M3 – 3%, M5 – 41%. Böyrək çatışmazlığı, t -i dəyişmir.½
İstifadəsinə göstərişlər
Birincili arterial hipertenziya. Qaraciyər və böyrək çatışmazlığı zamanı ödem sindromu. Durğunluq ürək çatışmazlığı, ağciyərlərin ödemi zamanı ödem sindromu.
Əks göstərişlər
• Torasemidə, sulfanil sidik cövhərinə və ya hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq; • Anuriya ilə müşayiət olunan böyrək çatışmazlığı; • Qaraciyər koması və prekomatoz vəziyyət; • Arterial hipotenziya; • Hamiləlik və laktasiya dövrü; • Taxiaritmiyalar; • Aminoqlikozid və ya sefalosporinlərin eyni vaxtda istifadəsi və ya böyrəkləri zədələyən digər dərman vasitələrinin istifadəsindən sonra böyrək çatışmazlığı. • Dehidratasiya; • Kəskin glomerulonefrit. • Susuzlaşdırma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicəyə başlamazdan əvvəl hipokaliemiya, hiponatremi və sidik pozğunluqları kompensasiya edilməlidir. Trigrim ilə uzun müddətli müalicə ilə elektrolitlər, qlükoza, sidik turşusu, kreatinin və qan lipidlərinin səviyyəsinin mütəmadi olaraq izlənməsi tövsiyə olunur. Hiperurikemiya və sidik turşusu diatezinə meyilli xəstələrin diqqətlə izlənməsi tövsiyə olunur. Gizli və ya aşkar şəkərli diabet şəklində olan karbohidrat metabolizmını da idarə etməlisiniz. Trigrim dərmanı tərkibində laktoza saxlayır. Qalaktoza dözümsüzlüyü, laktaza çatışmazlığı (Lappa) və ya qlükoza-qalaktoz malabsorbsiya sindromu olan nadir irsi xəstəlikləri olan xəstələr bu dərmanı qəbul etməməlidirlər. Yuxarıda göstərilən xəbərdarlıqlar keçmişdə yaranan vəziyyətlərdən bəhs etsə də, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Son zamanlar istifadə etdiyiniz bütün dərman vasitələri, hətta reseptsiz buraxılan dərman vasitələri barədə həkiminizə məlumat verin. Ürək qlikozidləri ilə birlikdə istifadə olunduqda kalium və (və ya) maqneziumun çatışmazlığı miokardın bu preparatlara qarşı həssaslığını artıra bilər. Mineralo- və qlükokortikosteroidlərlə, həmçinin işlədici vasitələrlə kombinasiyada torasemid kaliumun sidiklə xaric olunmasını artıra bilər. Torasemid digər diuretiklər kimi qəbul olunan preparatlarla birgə hipotenziv effekti artıra bilər. Torasemid xüsusilə yüksək dozalarda aminoqlikozid qrupundan olan antibiotiklər, sisplatinin toksik təsirini, sefalosporinlərin nefrotoksik təsirini və litium preparatlarının kardio- və neyrotoksik təsirini gücləndirir. Tərkibində kurare olan periferik miorelaksantların və teofillinin təsirini də gücləndirə bilər. Yüksək dozalarda salisilatlar alan pasiyentlərdə onların toksikliyi arta bilər. Eyni zamanda hipoqlikemik dərman vasitələrinin təsiri əksinə zəifləyə bilər. Yeni AÇF inhibitoru ilə terapiyanin başlanğıcında, terapiya müddətində və ya ardıcıl olaraq torasemidin istifadəsi zamanı arterial təzyiqin keçici azalması mümkündür. Bu effekti minimallaşdırmaq üçün AÇF inhibitorun başlanğıc dozasını və/və ya torasemidin dozasını azaltmaq lazımdır (və ya müvəqqəti olaraq istifadəsini dayandırmaq). Torasemid arteriyaların pressor faktorlara, məsələn, adrenalin və noradrenalinə qarşı həssaslığını azalda bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, indometasin) və probenesid torasemidin diuretik və hipotenziv təsirini azalda bilər. Torasemid və xolestiraminin birgə istifadəsi insanlar üzərində öyrənilməmişdir, lakin heyvanlar üzərində aparılan tədqiqatların nəticələrinə görə, bu kombinasiya torasemidin peroral qəbulundan sonra sorulmasını azaltmışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Torasemidin embriona və dölə təsiri ilə bağlı insanlar üzərində aparılan tədqiqatlar mövcud deyil. Torasemidin teratogen təsirinin siçovullar üzərində aparılan tədqiqatlarda aşkar olunmamasına baxmayarq, hamilə dişi dovşanlara dərman vasitəsi yüksək dozalarda yeridildikdə döldə deformasiyalar müşahidə olunmuşdur. Həmçinin torasemidn ana südü ilə xaric olmasına aid tədqiqatlar aparılmamışdır. Bununla əlaqədar olaraq Triqrim hamiləlik və ana südü ilə qidalandırma dövründə əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Arterial qan təzyiqində dəyişiklik yaradan digər preparatlar kimi torasemidi də qəbul edən pasiyentlərə xəbərdarlıq etmək lazımdır ki, baş ağrısı və ya buna bənzər digər simptomlar yarandıqda nəqliyyat vasitələrindən və digər mexanizmlərdən istifadə etmək olmaz.
İstifadə qaydası və dozası
Dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin Dərman vasitəsi daxilə qəbul üçün nəzərdə tutulub. Böyüklər: Birincili arterial hipertenziya: Torasemidin tövsiyə olunan sutkalıq dozası gundə bir dəfə 2,5 mq-dır. Ehtiyac olduqda dozanı 5 mq- a qədər artırmaq olar. Tədqiqatların nəticələrinə əsasən, gündə 5 mq-dan artıq doza arterial təzyiqin sonrakı düşməsinə təsir etmir. Maksimal effekt təqribən 12 həftə fasiləsiz müalicədən sonra müşahidə olunur. Ödemlər: Adətən gündə bir dəfə 5 mq qəbul edilir. Ehtiyac olduqda dozanı tədricən gündə 20 mq-a qədər artırmaq olar. Fərdi hallarda gündə 40 mq təyin edilir. Ahıl yaşlı pasiyentlər: Ahıl yaşlı şəxslərdə dozanın əlavə korreksiyasına ehtiyac yoxdur. Uşaqlar: Torasemidin uşaqlarda istifadəsinin təhlükəsizliyinə dair kifayət qədər klinik məumatlar yoxdur.
Əlavə təsirləri
Hər bir preparat kimi Triqrim də əlavə təsirlər yarada bilər. Qan və limfa sistemində baş verən pozğunluqlar Periferik qanda eritropeniya, leykopeniya, trombositopeniya haqqında tək-tək məlumatlar mövcuddur. Sinir sistemində baş verən pozğunluqlar Nadir hallarda ətrafların paresteziyası halları təsvir olunmuşdur. Görmə üzvündə baş verən pozğunluqlar Görmənin pozulması Eşitmə orqanında baş verən pozğunluqlar və labirint pozğunluqları Tək-tək hallarda: qulaqlarda küy və eşitmənin itməsi. Damar pozğunluqları Nadir hallarda qanın qatılığının artması ilə əlaqədar olaraq tromboembolik pozğunluqlar və qan dövranının pozulmaları inkişaf edə bilər. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Ağız boşluğunda quruluq. Mədə-bağırsaq pozulmaları. Ayrı-ayrı hallarda pankreatit təsvir olunmuşdur. Qaraciyər və öd yollarında baş verən pozğunluqlar Bəzi qaraciyər fermentlərinin məsələn, QTT-in aktivliyinin artması. Dəri və dərialtı piy toxumasında baş verən pozğunluqlar Tək-tək hallarda qaşınma, səpgi və fotosensibilizasiya kimi allergik reaksiyalar yarana bilər. Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar Sidik yollarının daralması olan pasiyentlərdə sidiyəgetmədə ləngimə ola bilər. Bəzən plazmada sidik cövhəri və kreatinin səviyyəsinin artması ola bilər. Metabolik və qidalanma pozğunluqları Digər diuretiklərlə olduğu kimi, dozadan və istifadə müdətindən asılı olaraq, xüsusilə duz qəbulu az olduqda su-elektrolit balansının pozulması yarana bilər. Hipokaliemiya əmələ gələ bilər (xüsusilə, tərkibində az miqdarda kalium olan pəhriz və ya işlədici vasitələrdən sui-istifadə etdikdə, qusma, ishal zamanı, həmçinin böyrək çatışmazlığında). Əhəmiyyətli dərəcədə diurez zamanı elektrolit və maye çatışmazlığının obyektiv və subyektiv simptomları yarana bilər (xüsusilə müalicənin əvvəlində və yaşlı pasiyentlərdə): baş ağrısı, başgicəllənmə, hipotenziya, zəiflik, yuxululuq, huşun pozulması, iştahanın itməsi və qıcolmalar). Bu halda müvafiq korreksiya tələb oluna bilər. Plazmada sidik turşusunun, qlükozanın və lipidlərin səviyyəsinin artması ola bilər. Həmçinin metabolik alkaloz güclənə bilər. Yuxarıda göstərilən və ya içlik vərəqədə göstərilməyən digər əlavə təsirlər meydana çıxdıqda həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı maye və elektrolit itirilməsi riski ilə güclü diurez yarana bilər, bu isə yuxululuğa və huşun itməsinə, hipotenziya və ürək-damar kollapsına səbəb ola bilər. Həmçinin mədə-bağırsaq traktı tərəfindən pozğunluqlar mümkündür. Xüsusi bir antidot yoxdur. Doza həddinin aşılması simptomları maye və elektrolit itkilərini artırarkən dozanın azaldılması və ya torasemidin çəkilməsini tələb edir.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son istifadə tarixi ayın son günüdür.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Əczaçılıq Müəssisəsi «Polfarma» SC. küç. Pelplinska 19 83-200 Staroqrad Qanski, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.