TRIDAT FORTE 200 MG 20 TB.
| Təsiredici maddə | TRIMEBUTINE MALEATE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Bağırsağın funksional xəstəliklərində istifadə olunan dərman vasitəsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,02 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat(xəstələr üçün)
TRİDAT FORTE tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Trimebutine maleat
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq trimebutin maleat vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, jelatin, laktoza monohidrat, maqnezium stearat, talk, mikrokristallik sellüloza.
Təsviri
Ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfi “TM/20” ilə, digər tərəfi ortadan keçən düz xətlə nişanlanmış tabletlərdir.
Farmakoterapevtik qrupu
Bağırsağın funksional xəstəliklərində istifadə olunan dərman vasitəsi. ATC kodu: A03AA05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Trimebutin-maleat Tridat forte preparatının aktiv (təsiredici) maddəsi olub, opiat reseptorların aqonistik sintetik enkefalinidir. Hərəki pozğunluqla müşayiət olunan həzm sistemi xəstəliklərində fizioloji hərəkəti bərpa edir. Mədə – bağırsağın hərəki fəaliyyətinə yerli modulyasiyaedici (stimuləedici) təsir göstərir. Farmakokinetikası Sorulması: preparatın qida ilə birgə qəbulu sorulmaya əhəmiyyətli dərəcədə təsir göstərmir. Paylanması: trimebutin maleat daxilə qəbul edildikdən 1-2 saat sonra qan plazmasında maksimal konsentrasiyası yaranır. Metabolizması: qaraciyərdən “ilk keçid” effektinə uğrayır, 4 – 6 %-i dəyişilməmiş qalır. Xaric olunması: sidiklə xaric olur, təqribən 70 %-i 24 saat ərzində xaric olur. Əsas metabolitin yarımparçalanma dövrü təqribən 4 saatdır.
İstifadəsinə göstərişlər
• Bağırsağın qıcıqlanma sindromu (spastik kolit) • Mədə – bağırsaq sistemi ağrılarının simptomatik müalicəsi • Həzm sisteminin funksional xəstəlikərinin simptomatik müalicəsi
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tridat forte preparatının tərkibində laktoza monohidrat var. Ona görə də preparatı qəbul edən xəstələrdə qalaktozaya qarşı irsi dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza- qalaktoza malabsorbsiyası olmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hər hansı dərman vasitəsi ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dölə təsirinə görə FDA-nın B kateqoriyasına aiddir. Tridat fortenin kontrasepsiya təsirinə dair kifayət qədər məlumat yoxdur. Doğuş potensialı olan qadınlar Tridat forte qəbul edərkən həkimə müraciət etsin. Hamiləlik: heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləlik və/və ya embriona/dölə təsiri barədə məlumatlar kifayət deyildir. Ona görə hamilə qadınlara ehtiyatla verilməlidir. Hamiləliyin ilk 3 ayı ərzində istifadəsinə icazə verilmir. Laktasiya: əmizdirmə zamanı Tridat forte istifadə edilməməlidir. Nəsilartırma qabiliyyətinə heç bir mənfi təsiri yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Yetkin şəxslərdə həkim təyinatı ilə gündə 3 dəfə, hər dəfə 1 tablet qəbul edilir. Tabletlər çeynənilmədən kifayət qədər su ilə udulmalıdır.
Əlavə təsirləri
Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Az hallarda başgicəllənmə və yuxululuq, çox nadir hallarda dəri reaksiyaları meydana çıxa bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25 C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Santa Farma İlaç Sənaye A.Ş. Gebkim Kimya İhtisas Orqanize San. Bölgesi, Çerkeşli Yolu Üzeri, Erol Kiresepi Caddesi, No-8, Dilovası- Kocaeli.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.