TRIDAT 250 ML (SUSPENZIYA) (SANTA FARMA ILACH ) (TURCIYA)
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Sintetik antixolinergik dərman vasitəsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,28 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİDAT oral suspenziya Beynəlxalq patentləşmiş adı: Trimebutine maleat
Tərkibi
Təsiredici maddə: 5 ml (bir ölçü qaşığı) suspenziyanın tərkibində 24 mq trimebutin vardır. Köməkçi maddələr: şəkər, sunset yellow, tvin 80, təbii portağal aromatizatoru.
Təsviri
Narıncı rəngli kristallik tozdur.
Farmakoterapevtik qrupu
Sintetik antixolinergik dərman vasitəsi. ATC kodu: A03AA05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Trimebutin-melaet TRİDAT preparatının aktiv maddəsi olub, opiat reseptorların aqonistik sintetik enkefalinidir. O, həzm traktının peristaltikasını idarə edir. Saya əzələlərə birbaşa prokinetik təsir göstərir. Bağırsağın saya əzələlərinin hipokinetikasında u- və d- opiat reseptor- lara təsir göstərir və motorikanı stimulə edir, hiperkinetikada x- reseptorlara spazmolitik təsir göstərərək bağırsağın hərəki fəaliyyətini ləngidir. Enkefalinergik mexanizmə təsir göstərərək fizioloji hərəkəti bərpa edir, mədə bağırsağın motorikasına yerli modulyasiyaedici (stimuləedici) təsir göstərir. Bununla əlaqədar olaraq mədə-bağırsağın hipo- və hiperkineziyası olan xəstələrdə istifadə edilir. mədə-bağırsaq traktının bütün hissələrinə təsir göstərərək, qida borusuna olan təzyiqiTRİDAT zəiflədir, mədənin boşalmasını və bağırsağın peristaltikasını gücləndirir, həmçinin yoğun bağırsağın saya əzələlərinin qida qıcıqlandırıcılarına cavab reaksiyasını təmin edir. Farmakokinetikası -ı daxilə qəbul etdikdən sonra qan plazmasında trimebutin maleatın maksimalTRİDAT konsentrasiyası 1 – 2 saata yaranır. Qaraciyərdən “ilk keçid” effektinə uyğrayır, 4 – 6 %-i dəyişilməmiş şəkildə sidiklə xaric olur, təqribən 70%-i 24 saat ərzində xaric olur. Əsas metabolitin yarımparçalanma dövrü təqribən 4 saatdır. Qida trimebutin maleatın biomənimsənilməsinə təsir etmir.
İstifadəsinə göstərişlər
• Qıcıqlanmış bağırsaq (spastik yoğun bağırsaq) sindromunun simptomatik müalicəsi. • Mədə-bağırsaq traktının funksional pozuntuları. • Mədə və bağırsaqla əlaqədar olan müxtəlif simptomlar.
Əks göstərişlər
Əgər trimebutinə və ya TRİDAT -ın tərkibindəki hər hansı digər maddəyə qarşı allergiyanız varsa bu dərman maddəsindən istifadə etməyin. Hamiləlik (ilk trimest) və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İstifadə üçün hər hansı ehtiyat tədbiri tələb olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılan hər hansı bir dərman maddəsini qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə, bu barədə həkiminizi və ya əczaçınızı məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik kateqoriyası: B. Kifayət qədər tədqiqatlar aparılmadığına görə, hamiləliyin ilk 3 ayında qəbul edilməsi məsləhət görülmür. Bu dərman həkiminizin qərarı ilə, zərurət olduqda hamiləliyin ikinci və ya üçüncü dövründə istifadə edilməlidir. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. TRİDAT laktasiya dövründə istifadə edilə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Oral suspenziyanı hazırlamaq üçün flakonun üzərindəki cizgiyə qədər su əlavə etmək lazımdır. Suspenziyanı birbaşa və ya bir miqdar su ilə birlikdə içmək olar. Hər dəfə istifadə etdikdən sonra ölçü qaşığı yaxşıca təmizlənməlidir. Uşaqlar Uşaqlar üçün tövsiyə edilən dozalar: • 6 aylığadək körpələr: gündə 2 və ya 3 dəfə 2,5 ml (5 ml-lik ölçü qaşığının yarısı) • 6-12 aylıq körpələr: gündə 2 dəfə 5 ml (5ml-lik bir ölçü qaşığı) • 1-5 yaşlı uşaqlar: gündə 3 dəfə 5 ml (5ml-lik bir ölçü qaşığı) • 5 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 10 ml (5ml-lik iki ölçü qaşığı). Başqa sözlə desək, gündəlik doza bədən kütləsinin hər 5 kq-na 5 ml-dir. Böyüklər Gündə 3 dəfə 15 ml. Müstəsna hallarda dozanı gündə 6 dəfə 15 ml-ə qədər artırmaq olar.
Əlavə təsirləri
-ın tərkibindəki maddələrə qarşı həssaslığıBütün dərman maddələrində olduğu kimi, TRİDAT olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər. Nadir hallarda dəridə həssaslıq.
Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq dozada TRİDAT qəbul etmisinizsə, həkiminizi və ya əczaçınızı məlumatlandırın və ya dərhal yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.
Buraxılış forması
TRİDAT 250 ml-lik şüşə flakonlarda 5 ml-lik ölçü qaşığı ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C -dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparat su ilə qarışdırıldıqdan sonra alınmış suspenziya 4 həftədən artıq saxlanmamalıdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Dərmanda və ya qablaşdırmada hər hansı zədə olarsa, TRİDAT -dan istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Santa Farma İlaç Sanayii A.Ş., GEBKİM. 41455 Dilovası – KOCAELİ. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21. Qeydiyyat vərəqəsinin sahibi Santa Farma İlaç San. A.Ş. Okmeydanı, Boruçiçeği Sokak, No: 16. 34382 Şişli-İSTANBUL. Tel.: (+90 212) 220 64 00. Faks: (+90 212) 222 57 59.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.