TRIBLOK 3 ML N6 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | İltihab əleyhinə, ağrıkəsici preparat |
| İstehsal ölkəsi | Argentina |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
52,38 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİBLOK inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ampulda 10 mq hidroksikobalamin, 2,63 mq betametazon natrium fosfat, 75 mq diklofenak natrium vardır. Köməkçi maddələr: natrium metabisulfit, propilenqlikol, benzil spirti, natrium hidroksid, inyeksiya üçün su, dinatrium EDTA.
Təsviri
Qırmizi rəngli, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
İltihab əleyhinə, ağrıkəsici preparat. ATC kodu: M01AB55.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Hidroksikobalamin – hüceyrə böyüməsi və replikasiyası üçün əsas amillərdən biridir. Yüksək bioloji aktivliyə malik olub, karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Toxumaların bərpa olunmasını sürətləndirir, qanyaranma prosesini, qaraciyər və sinir sisteminin funksional fəaliyyətini normallaşdırır. Orqanizmdə bir çox fermentlərin, o cümlədən, fol turşusunu tetrahidofol turşusuna bərpa edən reduktaza fermentinin tərkibinə daxil olan kobamid adlanan kofaktora çevrilir. Kobamid metil və digər təkkarbonlu qrupların daşınmasında iştirak edir, dezoksiriboza, DNT, metionin, s-adenozilmetionin, kreatinin, lipotrop faktor – xolin, mielin qişanın tərkibinə daxil olan kəhrəba turşusunun yaranmasında iştirak edir. Betametazon – qlükokortikoidlər qrupuna aid olub, iltihab əleyhinə, ödem əleyhinə və immunosupressiv təsir göstərir. İltihab mediatorlarının, interleykin 1 və 2-nin, həmçinin qamma-interferonun ifrazını tormozlayır, hialuronidaza fermentini inhibə edir və damar keçiriciliyini azaldır. Hüceyrə sitoplazmasında spesifik reseptorlarla təmasda olaraq, lipokortin adlanan zülalın yaranmasını induksiyalayan mRNT-nin sintezini stimulə edir. Diklofenak – güclü iltihab əleyhinə, ağrıkəsici, orta qızdırmasalıcı və antiaqqreqant təsir göstərir. Təsir mexanizmi siklooksigenaza fermentini inhibə etməsi ilə əlaqədardır. Nəticədə ağrı və iltihaba səbəb olan patogen prostaglandinlərin – PgE , PgF, prostasiklin, TxA , leykotrienlərin sintezi və lizosomal2 2 fermentlərin atılması ləngiyir. Farmakokinetikası Əzələdaxili yeridildikdən sonra diklofenakın sorulması dərhal başlayır. Plazmada maksimal qatılığın orta göstəricisi 2,5 mkq/ml (8 mkmol/l) təşkil edir və 20 dəqiqədən sonra əldə olunur. Maksimal qatılığın əldə olunmasından dərhal sonra preparatın plazmada qatılığı azalmağa başlayır. Sorulan aktiv maddənin miqdarı preparatın dozası ilə xətti asılılığa malikdir. Diklofenakın əzələdaxili yeridilməsi zamanı “qatılıq-zaman” (AUC) əyrisi altındakı sahənin ölçüsü, onun oral və ya rektal istifadəsinə nisbətən 2 dəfə böyükdür. Belə ki, sonuncu iki qəbul şəklində diklofenakın dozasının yarısı qaraciyərdən “ilkin keçid” zamanı metabolizmə uğrayır. Diklofenakın qan plazması zülalları ilə birləşməsi 99,7% (xüsusilə albuminlərlə 99,4%) təşkil edir. Paylanma həcmi 0,12-0,17 l/kq təşkil edir. Sinovial mayeyə keçir, burada maksimal qatılığı qan plazmasına nisbətən 2-4 saat sonra əldə olunur. Sinovial mayedən yarımxaricolma dövrü 3-6 saat təşkil edir. Plazmada maksimal qatılıq əldə olunduqdan 2 saat sonra diklofenakın sinovial mayedəki qatılığı plazmadakından daha yüksək olur və 12 saat boyunca saxlanılır. Betametazon natrium fosfat- asan həll olan komponent olub, yeridildiyi nahiyədən tez sorulur və terapevtik təsiri tez başlayır. 64% qan plazması zülalları ilə birləşir, yarımxaricolma dövrü 5-6 saat təşkil edir. Hidroksikobalamin ehtiyat halında xüsusilə qaraciyər parenximası hüceyrələrində toplanır. Qanda onu toxumalara daşıyan transkobalamin I və II ilə birləşir, plazma zülalları ilə birləşməsi 90% təşkil edir. Yeridildikdən 1 saat sonra maksimal qatılığa çatır. Ödlə bağırsaqlara ifraz olunur və yenidən qana sorulur. Qaraciyərdən yarımxaricolma dövrü 500 gündür. Böyrək funksiyaları normal olduğu halda 7- 10% böyrəklərlə, 50%-ə yaxın miqdarı nəcislə xaric olunur. Böyrək funksiyaları zəiflədikdə 0-7% böyrəklərlə, 70-100% nəcislə xaric olunur. Plasentar baryerdən keçir. Diklofenakın metabolizmi hissəvi olaraq dəyişilməmiş molekulun qlükuronlaşması şəklində baş verir, lakin bir neçə ardıcıl metoksilləşmə nəticəsində fenol metabolitləri yaranır. Onların əksər hissəsi qlükuronid metabolitlərinə çevrilir. Fenol metabolitlərindən ikisi bioloji aktivdir, lakin onların aktivliyi diklofenaka nisbətən zəifdir. Diklofenakın ümumi sistem klirensi 263 ± 56 ml/dəqiqədir. Son yarımxaricolma dövrü 1-2 saat təşkil edir. Farmakoloji aktivliyə malik olan fenol metabolitlərinin yarımxaricolma dövrü 1-3 saat təşkil edir. Metabolitlərdən 3-hidroksi-4-metoksidiklofenak daha uzun yarımxaricolma dövrünə malikdir. Lakin bu metabolit tamamilə qeyri-aktivdir. Yeridilən dozanın 60%-i dəyişilməmiş aktiv maddənin qlükuron konyuqatları şəklində, həmçinin metabolitlərin qlükuron konyuqatları şəklində sidiklə xaric olunur. Diklofenakın 1%-dən az hissəsi dəyişilməmiş şəkildə xaric olur. Preparatın dozasının qalan miqdarı metabolitlər şəklində ödlə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
− Somatik ağrı və nevrit komponenti ilə müşayiət olunan kəskin iltihabi proseslərdə − Revmatizm − Revmatoid artrit − Lümboişialgiya − Servikal braxialgiya − Müxtəlif nevralgiyalar və nevritlər − Poliradikuloneyropatiya − Osteoartroz və artrit − Miozit − Kəskin tendovaginit − Bexterev xəstəliyi − Reyter sindromu
Əks göstərişlər
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, aktiv mədə-onikibarmaq bağırsaq xorası, mədə-bağırsaq qanaxması və ya perforasiya, ağır böyrək və qaraciyər çatışmazlığı, dekompensəolunmuş ürək çatışmazlığı, idiopatik trombositopenik purpura, osteoporoz, sistem antikoaqulyantlarla müalicə, Kuşinq sindromu, ağır arterial hipertenziya, periferik arterial xəstəliklər, sistem göbələk infeksiyası, aktiv vərəm, hamiləlik və laktasiya dövrü, vaksinasiya dövrü, uşaq yaşı. Xüsusi göstəriş və ehtiyat tədbirləri Preparatın tərkibində diklofenak natrium olduğundan, ürək, qaraciyər, böyrək çatışmazlığı olan və intravaskulyar cərrahi əməliyyat (aortakoronar şuntlama keçirmiş və ya süni qan dövranı aparatına qoşulmuş) keçirmiş xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər QSİƏP-lə yanaşı istifadəsi əlavə təsirlərin güclənməsinə səbəb ola bilər. Oral antikoaqulyantlarla yanaşı istifadəsi zamanı qanın laxtalanma göstəricilərini nəzarətdə saxlamaq lazımdır. Yanaşı istifadə olunduqda diuretiklərin təsirini zəiflədir, kaliumqoruyucu diuretiklərin isə effektliliyini artıra bilər. Metotreksatla müalicədən 24 saat əvvəl və ya sonra istifadə olunduqda metotreksatın qanda qatılığını və toksikliyini artırır. Preparatın eritromisin, astemizol, bepridil, halofantrin, pentamidin, terfenadin, sultoprid, vikamin, amiodaron, bretilium, dizopiramid, quanidin, sotalolla eyni zamanda istifadəsi ikitərəfli miləbənzər mədəcik taxikardiyasına (hipokaliemiya, bradikardiya, QT-intervalının uzanması aritmiyanın inkişaf riskini artırır) səbəb ola bilər. Preparatı litium duzları və diqoksinlə birgə istifadə etdikdə, klinik əlamətlər təzahür etmədən onların plazma qatılığını yüksəldir. Hipoqlikemik preparatlarla yanaşı təyin etdikdə, sonuncuların dozası korreksiya edilməlidir. Antihipertenziv preparatlar Triblokun təsirini zəiflədir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
1 ampul gündə 1-2 dəfə dərin əzələ daxilinə yeridilir.
Əlavə təsirləri
Mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, iştahasızlıq, köp, qəbizlik, ishal), mədə-bağırsaq traktının kəskin medikamentoz eroziya və xoraları, mədə-bağırsaq qanaxmaları, qaraciyər və böyrək çatışmazlığı, baş ağrıları, başgicəllənmə, yerli allergik reaksiyalar, bronxospazm, menstrual tsiklin pozulması, arterial hipertenziya, qanyaradıcı sistemin funksional pozğunluqları.
Doza həddinin aşılması
Simptomları Preparatın doza artıqlığı halı üçün özünəməxsus klinik təzahür mövcud deyil. Doza həddinin aşılması qusma, bağırsaq qanaxması, ishal, başgicəllənmə, qulaqlarda küy, qıcolma kimi əlamətlərlə özünü göstərə bilər. Ağır zəhərlənmə hallarında kəskin böyrək çatışmazlığı və qaraciyər çatışmazlığı inkişaf edə bilər. Müalicəsi İlk növbədə dəstəkləyici və simptomatik müalicə aparılır. Sürətləndirilmis diurez, dializ, hemoperfuziya bəzən QSİP-in qan plazması zülalları ilə yüksək birləşmə qabiliyyətinə malik olduğundan və intensiv metabolizmə uğradığından qənaətbəxş nəticə əldə etməyə zəmanət vermir. Betametazonun doza artıqlığının əlamətləri Betametazonun kəskin doza artıqlığı həyat üçün təhlükə yaratmır. QKS-in bir neçə gün ərzində yüksək dozada qəbulu arzuolunmayan təsirlərə səbəb olmur (istisna hal olaraq, çox yüksək dozanın qəbulu və ya şəkərli diabet, qlaukoma, MBT-nın eroziv-xoralı zədələnmələri zamanı istifadəni, ürək qlikozidləri və kaliumqovucu diuretiklərlə müalicə alan xəstələri qeyd etmək lazımdır). Müalicəsi Xəstənin vəziyyəti diqqətlə nəzarətdə saxlanmalıdır. Optimal maye qəbulunu dəstəkləmək, qanda və sidikdə elektrolitlərin miqdarını yoxlamaq lazımdır. Bu zaman orqanizmdə natrium və kalium balansına nəzarət edilməli və disbalans inkişaf etdiyi halda uyğun müalicə aparılmalıdır.
Buraxılış forması
3 ml məhlul ampulda. 6 ampul konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperatura qədər, quru, işıqdan qorunan, uşaqların əli çatmayan yerdə və orijinal qablaşdırmasında saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Laboratorios BETA S.A. San Juan prospekti 2266, C1232AAR CABA, Buenos Aires, Argentina.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.