TRIAKSON 1 GR 1 FLK.
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Sistem təsirli antibakterial preparatlar. Digər beta-laktam antibakterial preparatlar. III nəsil sefalosporinlər. Seftriakson |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,51 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ TRİAKSON ə/d inyeksiya məhlulu hazırlamaq üçün toz ™ Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone
Tərkibi
Təsiredici maddə: 1 flakonda 1 q seftriakson vardır. Həlledici: lidokain hidroxlorid.
Təsviri
Ağ və ya sarımtıl rəngli, kristallik tozdur.
Farmakoterapevtik qrupu
Sistem təsirli antibakterial preparatlar. Digər beta-laktam antibakterial preparatlar. III nəsil sefalosporinlər. Seftriakson. ATC kodu: J01DD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Seftriakson bakteriya hüceyrələri divarının sintezini tormozlamaqla bakterisid təsir göstərir. Seftriakson qrammənfi və qrammüsbət mikroorqanizmlərin əksəriyyətinə in vitro təsir göstərir. Seftriakson qrammüsbət və qrammənfi bakteriyaların ifraz etdiyi penisillinaza, sefalosporinaza, beta-laktamazaların əksəriyyətinə qarşı yüksək dərəcədə davamlıdır. Seftriakson in vitro və bir çox infeksiyaların törədiciləri olan aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir (“İstifadəsinə göstərişlər” bölümünə baxın): 1 1 Qrammüsbət aeroblar: Staphylococcus aureus , metisillinə həssas koaqulaza mənfi stafilkoklar (S. epidermidis kimi), Streptococcus pyogenes (A qrupu beta-hemolitik), Streptococcus agalactiae (B qrupu beta-hemolitik), beta-hemolitik streptokoklar (A və B qrupuna daxil olmayan), Streptococcus viridans , Streptococcus bovis, Streptococcus pneumoniae . In vitro və in vivo seftriaksona həssaslığı nümayiş etdirən növlər Qeyd Metisillinə rezistent koaqulaza mənfi stafilokokların ştamları sefalosporinlərə (seftriakson daxil olmaqla) də rezistentdir. Adətən Enterococcus faecalis, Enterococcus faecium və Listeria monocytogenes də davamlı olur. Metisillinə rezistent koaqulaza mənfi stafilokokların ştamları təbii rezistentliyi olan mikroorqanizmlərdir (S.epidermidis kimi). + Qrammənfi aeroblar: Acinetobacter spp. (Acinetobacter lwoffi, Acinetobacter anitratus [xüsusilə A. baumanii]*, Acinetobacter calcoaceticus) , Aeromonas hydrophila, Alcaligenes faecalis, Alcaligenes odorans, Alcaligenes-ə bənzər növləri, Borrelia burgdorferi, Capnocytophaga spp., Citrobacter spp. (Citrobacter diversus [C. amalonaticus daxil olmaqla], Citrobacter freundii**), Escherichia coli , + 1 + 1 + 1 Enterobacter aerogenes *, Enterobacter cloacae *, Enterobacter spp. (digər) *, Haemophilus ducreyi, Haemophilus influenzae (beta-laktamaza pozitiv izolyatlar daxil olmaqla), Haemophilus 1 1 parainfluenzae , Hafnia alvei, Klebsiella spp. (Klebsiella oxytoca, Klebsiella pneumoniae**), Moraxella catarrhalis (Branhamella catarrhalis), Moraxella osloensis, Moraxella spp. (digər), Morganella 1 1 1 morganii , Neisseria gonorrhoeae (penisilinə davamlı izolyatlar), Neisseria meningitidis , Pasteurella 1 1 multocida, Plesiomonas shigelloides, Proteus spp. (Proteus mirabilis , Proteus penneri*, Proteus vulgaris *), Pseudomonas fluorescens*, Pseudomonas spp. (digər)*, Providentia rettgeri*, Providentia spp. (digər), Salmonella typhi, Salmonella spp. (S. typhi-dən başqa), Serratia spp. (Serratia marsescens*), Serratia spp. (digər)*, Shigella spp., Vibrio spp., Yersinia enterocolitica, Yersinia spp. (digər). In vitro və in vivo seftriaksona həssaslığı nümayiş etdirən növlər * Bu növlərin bəzi izolə olunmuş ştamları, xüsusən də xromosom β-laktamaza hasil edənlər, seftriaksona qarşı davamlıdır. ** Bu növlərin bəzi izolə olunmuş ştamlar, xüsusən də genişləndirilmiş spektrli beta-laktamazalar hasil edən, seftriaksona davamlıdır. + Avropa Birliyinin bir və ya çox bölgələrində yüksək rezistentliyi nümayiş etdirən növlər. Qeyd Yuxarıda qeyd olunan amino- və ureido-penisillinlər, əvvəlki nəsillərin sefalosporinlər və aminoqlikozidlər kimi digər antibiotiklərə qarşı çoxsaylı müqavimətini nümayiş etdirən mikroorqanizmlərin bir çox ştamları seftriaksona qarşı davamlıdır. In vitro və heyvan üzərində aparılan tədqiqatlarda Treponema pallidum-un həssas olduğu göstərilmişdir. Klinik tədqiqatlarda birincili və ikincili sifilisin seftriaksonla müalicəyə müsbət cavab verdiyini göstərmişdir. Bəziləri istisna olmaqla, + klinik şəraitdə izolə olunmuş P.aeruginosa ştamları seftriaksona qarşı davamlıdır. Listeria monocytogenes, Mycoplasma spp., Stenotrophomanas maltophilia, Ureaplasma urealyticum, Chlamydia spp. seftriaksona qarşı təbii rezistentliyi olan mikroorqanizmlərdir. Anaerob mikroorqanizmlər: Bacteroides spp. (ödə həssaslı)*, Clostridium spp. (C. difficile istisna olmaqla), Fusobacterium nucleatum, Fusobacterium spp. (digər), Gaffkia anaerobica (peptococcus), Peptostreptococcus spp. In vitro və in vivo seftriaksona həssaslığı nümayiş etdirən növlər. * Bu növlərin bəzi izolə olunmuş β-laktamaza hasil edən ştamları seftriaksona qarşı davamlıdır. Qeyd β-laktamaza hasil edən Bacteroides spp. çoxusu (xüsusilə B. fragilis), həmçinin Clostridium difficile seftriaksona qarşı davamlıdır. Farmakokinetikası Sorulması 1 q birdəfəlik dozada əzələdaxili yeridilməsindən sonra plazmada maksimal konsentrasiya 2-3 saat ərzində yaranır və 81 mq/l təşkil edir. Bolyus venadaxili yeridilməsindən sonra plazmada orta maksimal konsentrasiyası 500 mq dozada 120 mq/l, 1 q dozada – 200 mq/l; 2 q dozada 30 dəqiqəlik infuziyadan sonra təqribən 250 mq/l təşkil edir. 1,06%-li lidokain məhlulunda 500 mq dozada seftriaksonun ə/d yeridilməsindən sonra plazmada orta maksimal konsentrasiyası 1 saat ərzində yaranır və 40-70 mq/l təşkil edir. Ə/d yeridilməsindən sonra biomənimsənilmə 100% təşkil edir. Paylanması Seftriaksonun paylanma həcmi 7-12 l təşkil edir. 1-2 q dozada yeridilməsindən sonra 24 saatdan çox müddətində ağciyər, ürək, öd yolları/qaraciyər, badamcıqlar, orta qulaq və burnun selikli qişası, sümük, beyin-onurğa, plevral, prostatik və sinovial mayeləri daxil olmaqla, orqanizmin 60-dan çox toxumalarına və mayelərinə mükəmməl keçir və aktiv patogenlərin çoxusuna minimal inhibəedici konsentrasiyalarından yüksək konsentrasiyalarında keçir. V/d yeridilməsindən sonra seftriakson interstisial mayesinə tez keçir və 24 saat ərzində həssas mikroorqanizmlərə qarşı bakterisid konsentrasiyalar təmin edir. Seftriakson plasentar baryeri keçir və ana südünə aşağı konsentrasiyalarda ifraz olunur. Biotransformasiyası Seftriakson sistem olaraq metabolizə olunmur, lakin bağırsaq flora tərəfindən qeyri-aktiv metabolitlərə çevirir. Xaric olması Seftriakson, əsasən dəyişilməmiş şəkildə xaric olur. Seftriaksonun 50-60%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur (demək olar ki, tamamilə qlomerulyar filtrasiya vasitəsilə), 40-50% dəyişilməmiş şəkildə ödlə və bağırsaq vasitəsilə xaric olur. Ümumi plazma klirensi 10-22 ml/dəq, böyrək klirensi 5-12 ml/dəq təşkil edir. Böyüklərdə yarımxaricolma dövrü təqribən 8 saatdır və dozadan, tətbiq yolundan və ya təkrar yeridilmələrdən əhəmiyyətsiz dərəcədə asılıdır.
İstifadəsinə göstərişlər
™ Triakson , ona həssas olan mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksiyaların müalicəsi üçün təyin edilir: − sepsis − meningit − disseminəolunmuş Laym borreliozu − qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, hepatobiliar və qastrointestinal sistemlərin infeksiyaları) − sümük, oynaq, yumşaq toxuma, dəri və yara infeksiyaları − immun sistemin zəifləməsi ilə bağlı infeksiyalar − böyrək və sidikçıxarıcı yolların infeksiyaları − tənəffüs yollarının infeksiyaları, xüsusilə pnevmoniya, LOR-orqanlarının infeksiyaları (ağırlaşmamış kəskin bakterial orta otit daxil olmaqla) − cinsiyyət sisteminin infeksiyaları (süzənək daxil olmaqla). Perioperativ infeksiyaların profilaktikası.
Əks göstərişlər
Sefalosporin antibiotiklərinə qarşı yüksək həssaslıq. Penisillinə qarşı yüksək həssaslıq olan xəstələrdə çarpaz allergik reaksiyaların yaranma ehtimalı nəzərə alınmalıdır. Seftriaksona və ya preparatın hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Hiperbilirubinemiyası olan yenidoğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlar seftriakson ilə müalicə alınmamalıdır. In vitro tədqiqatlarda seftriaksonun bilirubinin plazma albumindən ayırma xüsusiyyəti və belə xəstələrdə bilirubin ensefalopatiyasının yaranma ehtimalı göstərilmişdir. Seftriakson və venadaxili kalsium tərkibli dərman vasitələrinin eyni zamanda istifadəsi yenidoğulmuşlarda (≤28 gün) əks göstərişdir. Kalsium tərkibli dərman vasitələri venadaxili yeridilən (və ya yeridilməsini gözlənilən) yenidoğulmuşlara seftriakson tətbiq olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər sefalosporinlərdə olduğu kimi, sefalosporinlərə qarşı allergiya olduğunu bilməyən və ya əvvəllər allergik reaksiyalar keçirməyən şəxslərdə ölümlə nəticələnə bilən anafilaktik reaksiyalar haqqında bildirilmişdir. ™ Triakson kimi sefalosporin qrupu antibakterial preparatlardan istifadə edilən uşaqlarda və böyüklərdə immun sistemlə bağlı hemolitik anemiya halları qeyd olunmuşdur. Seftriaksonla müalicə ərzində anemiya müşahidə olunduqda sefalosporinlə bağlı anemiya diaqnozu nəzərə alınmalıdır və xəstəliyin etiologiyası təsdiq edilənə qədər müalicə dayandırılmalıdır. Seftriakson daxil olmaqla, bütün antibakterial preparatlardan istifadə zamanı Clostridium difficile-nin törətdiyi diareya (CDAD) haqqında məlumat verilmişdir. Antibakterial vasitələrlə müalicə bağırsağın normal florasını dəyişdirərək C.difficile-nin həddindən artıq çoxalmasına yol açır. C.difficile CDAD yaranmasında rol oynayan A və B toksinləri hasil edir. Bu infeksiyalar antimikrob müalicəyə davamlı olduğundan və kolektomiyaya ehtiyac yaradacağından hipertoksin hasil edən C.difficile-in ştamları xəstələnmə və ölüm halların artmasınа səbəb ola bilər. Antibiotik istifadəsindən sonra diareya əmələ gələn bütün xəstələrdə CDAD düşünülməlidir. Antimikrob vasitələrlə müalicəsindən sonra iki aydan çox davam edən CDAD haqqında məlumat verildiyindən, diqqətli tibbi anamnezin toplanması vacibdir. CDAD diaqnoza şübhə yarandıqda və ya təsdiqləndiqdə dərmanın istifadəsi dayandırılmalı və müvafiq müalicə başlanmalıdır. Klinik göstəriş olduqda gərəkli maye və elektrolit tətbiqi, protein dəstəyi, C. difficile–nin antibiotiklə müalicəsi aparılmalıdır və cərrahi əməlyyata ehtiyacı qiymətləndirilməlidir. Seftriaksonla müalicə zamanı antibiotikin törətdiyi diareya, kolit və ya psevdomembranoz kolit haqqında məlumat verilmişdir. Ağır və/və ya qanlı diareya əmələ gəldikdə müalicə dayandırılmalıdır. Anamnezində qastrointestinal xəstəlikləri, xüsusilə kolit olan xəstələrdə seftriakson ehtiyatla istifadə olunmalıdır. Digər sefalosporinlərdə olduğu kimi seftriaksonun uzunmüddətli istifadəsi rezistent mikroorqanizmlərin (Enterococcus və Candida spp. kimi) çoxalmasına yol aça bilər. Əldə olunan elmi məlumata görə, seftriakson və kalsium tərkibli məhlullar və ya digər kalsium tərkibli vasitələr birgə istifadə zamanı xəstələrdə (yenidoğulmuşlar istisna olmaqla) hər hansı bir intravaskulyar çöküntü yaranmamışdır. Seftriakson, fərqli infuziya yollarından olsa da, heç bir xəstəyə kalsium tərkibli məhlullarla birlikdə və ya bunlarla qarışdırılaraq venadaxili yeridilməməlidir. Digər antibakterial prepatlarda olduğu kimi, rezistent mikroorqanizmlərin törətdiyi superinfeksiyalar müşahidə oluna bilər. Tövsiyə olunan dozadan yüksək dozalarda istifadə zamanı öd kisəsinin ultrasonografiyasında öd daşını ™ düşündürən kölgələr müəyyən olunmuşdur. Bu kölgələr Triakson preparatı ilə müalicənin dayandırılması və ya ara verilməsi nəticəsində keçən kalsium seftriakson çöküntüləridir. Bu nadir hallarda simptomlarla da müşayiət oluna bilər. Simptomlarla müşayiət olunan hallarda qeyri-cərrahi, konservativ müalicə tövsiyə olunur. Belə hallarda seftriaksonla müalicənin dayandırılmasına həkim qərar verir. ™ Nadir hallarda Triakson preparatı ilə müalicə alan xəstələrdə öd yollarının tıxanması nəticəsində yarana bilən pankreatit haqqında məlumat verilmişdir. Əvvəllər aparılmış uzunmüddətli müalicə, ağır xəstəlik və tam parenteral qidalanma xəstələrin çoxunda öd stazın və ödün qatılaşmasının yaranmasının risk amilləridir. Öd çöküntüsünün əmələ gəlməsində seftriaksonun təkanverici və kofaktor rolu müəyyən olunmamışdır. ™ Yenidoğulmuşlarda, körpə və uşaqlarda Triakson preparatının təhlükəsizliyi və effektivliyi “İstifadə qaydası və dozası” bölümündə göstərilən dozalarda istifadə zamanı müəyyən olunmuşdur. Digər sefalosporinlərdə olduğu kimi, seftriaksonun bilirubinin plazma albumindən ayırma xüsusiyyəti tədqiqatlarda göstərilmişdir. Bu hiperbilirubinemiya olan yenidoğulmuşlarda Triakson preparatı təyin zamanı nəzərə alınmalıdır. Bilirubin ensefalopatiyası yaranma ehtimalı olan yenidoğulmuşlarda (xüsusilə ™ vaxtından əvvəl doğulmuşlarda) Triakson istifadə olunmamalıdır. Uzunmüddətli müalicə zamanı qan analizi mütəmadi olaraq nəzarət altında saxlanmalıdır. Həssaslı şəxslərdə hiperhəssaslıq reaksiyaları yarana bilər. Diaqnostik testlərinə təsiri: Seftriaksonla müalicə alan xəstələrdə Kumbs testi zamanı nadir hallarda yanlış müsbət cavab alına bilər. ™ Digər antibiotiklərdə olduğu kimi, Triakson da qalaktozemiya testində yanlış müsbət cavabın səbəbi ola bilər. Həmçinin qlükozanın sidikdə təyin edilməsi üçün tətbiq olunan qeyri-fermentativ testlərdə də yanlış ™ müsbət cavab alına bilər. Buna görə Triakson preparatla müalicə zamanı sidikdə qlükozanın təyini fermentativ testlərlə aparılmalıdır. Pediatrik qrupu Vaxtından əvvəl və vaxtında doğulmuşlarda ağciyər və böyrəklərdə fatal reaksiyaları ilə nəticələnən seftriakson kalsium çöküntüləri haqqında bildirilmişdir. 28 gündən böyük xəstələrdə seftriakson və kalsium tərkibli preparatlar bir birinin ardınca tətbiq oluna bilər. Belə hallarda infuziya yolları uyğun bir maye ilə çox yaxşı yuyulmalıdır. Seftriakson kalsium tərkibli v/d məhlullarla bir Y-şəkilli sistemdən eyni zamanda heç bir yaş qrupunda tətbiq olunmamalıdır. Seftriakson Rinqer məhlulu və ya Hartmann məhlulu kimi kalsium tərkibli məhlullarla və ya kalsium tərkibli parenteral qidalanma üçün infuziyalarla həll etmək və ya qarışdırmaq olmaz. Venadaxili yolu ilə yeridilən seftriakson və peroral yolu ilə tətbiq olunan kalsium tərkibli vasitələr arasında, həmçinin əzələdaxili və venadaxili yolu ilə yeridilən seftriakson və peroral yolu ilə tətbiq olunan kalsium tərkibli vasitələr arasında qarşılıqlı təsir haqqında kifayət qədər məlumat mövcud deyil. ™ Triakson preparatının hər bir flakonda 82,95 mq natrium vardır: bunu duza görə pəhriz saxlayan xəstələrdə istifadə edildiyi zaman nəzərə almaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
™ İndiyə qədər yüksək dozada Triakson ilə güclü diuretiklərin (məs., furosemid) birlikdə istifadəsi zamanı ™ böyrək funksiyasının pozulması qeyd olunmamışdır. Triakson preparatının aminoqlikozidlərin ™ böyrəklərə toksik effektinin artmasına dair heç bir məlumat yoxdur. Triakson istifadəsindən sonra alkoqolun qəbulu disulfiramabənzər reaksiya törətmir. Digər sefalosporinlərin kimyəvi tərkibinə daxil olan, etanola qarşı dözümsüzlüyə və qanaxma ilə bağlı problemlərə səbəb ola bilən N-metiltiotetrazol seftriaksonun tərkibində yoxdur. ™ Triakson preparatının xaricolunmasına probenesid təsir göstərmir. In vitro xloramfenikolla seftriakson kombinasiyada istifadə zamanı antaqonistik qarşılıqlı təsir müşahidə olunmuşdur. Ədəbiyyatda olan məlumata görə seftriakson amsakrin, vankomisin, flukonazol və aminoqlikozidlər ilə uyuşmazdır. ™ Çöküntü ola biləcəyindən flakonundakı Triakson tozunu həll etmək və ya artıq həll olunmuş məhlulu v/d yeridilmə zamanı durulaşdırmaq üçün Rinqer məhlulu və ya Hartmann məhlulu kimi kalsium tərkibli həlledicilərdən istifadə edilməməlidir. Triakson eynı v/d yolu ilə yeridilən kalsium tərkibli məhlullаrlа ™ qarışdırılan zaman da seftriakson-kalsium çöküntüsü meydana çıxa bilər. Triakson kalsium tərkibli v/d məhlullarla, uzunmüddətli kalsium tərkibli parenteral qidalanma üçün infuziyalar da daxil olmaqla, bir Y- şəkilli sistemdən eini zamanda yeridilməməlidir. Yenidoğulmuşlar istisna olmaqla, xəstələrə, infuziya ™ yollarının müvafiq maye ilə çox yaxşı yuyulması şərti ilə, Triakson və kalsium tərkibli məhlulları bir birinin ardınca infuziya şəklində yeritmək olar. ™ Triakson preparatı ilə müalicə alan xəstələrdə, nadir hallarda olsa da, Kumbs testi yanlış müsbət cavabla nəticələnə bilər. Digər antibiotiklərdə olduğu kimi, Triakson da qalaktozemiya testində yanlış müsbət cavabın alınmasına səbəb ola bilər. Həmçinin qlükozanın sidikdə təyin edilməsi üçün tətbiq olunan qeyri- ™ fermentativ testlərdə də yanlış müsbət cavab alına bilər. Buna görə Triakson preparatı ilə müalicə ərzində sidikdə qlükozanın təyini fermentativ testlər vasitəsilə edilməlidir. Seftriakson hormonal kontraseptivlərin effektinə arzuolunmaz təsir göstərə bilər. Bu səbəbdən müalicə ərzində və ya müalicədən sonra bir ay müddətində əlavə və qeyri-hormonal kontraseptiv vasitələrdən istifadə etmək tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Seftriakson plasentar baryeri keçir. Hamilə qadınlarda preparatın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Bu səbəbdən hamiləlik dövründə ehtiyatla təyin olunmalıdır. Seftriakson ana südünə aşağı konsentrasiyalarda keçir, bu da laktasiya dövründə təyin edildikdə nəzərə alınmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri haqqında məlumat yoxdur. Triakson istifadə zamanı bəzi hallarda başgicəllənmənin yaranma ehtimalı nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Həkim tərəfındən başqa şəkildə tövsiyə edilmədikdə aşağıdakı kimi təyin olunur: Standart doza Böyüklər və 12 yaşdan böyük uşaqlar: adətən gündəlik doza 1-2 q (24 saatdan bir) təşkil edir. Ağır hallarda və ya orta dərəcədə həssaslı mikroorqanizmlərin törətdiyi infeksiyalarda gündəlik tək doza 4 q-a qədər artırıla bilər. Müalicə müddəti Müalicə müddəti xəstəliyın ağırlığından asılıdır. Adətən bütün antibiotiklərlə müalicədə olduğu kimi, xəstənin temperaturu endikdən və ya bakteriya eradikasiyasından sonra müalicə ən azı 48-72 saat davam etdirilməlidir. Kombinəolunmuş müalicə ™ Eksperimental tədqiqatlarda bir çox qrammənfi bakteriyalara qarşı Triakson ilə aminoqlikozidlər arasında sinergist qarşılıqlı təsirinin olduğu göstərilmişdir. Bu tip kombinasiyalarda aktivliyin artması hər zaman olmasa da, Pseudomonas aeruginosa kimi patogenlərlə törədilən ağır və həyat üçün təhlükəli ™ infeksiyaların müalicəsində Triakson ilə aminoqlikozidlər kombinəolunmuş şəkildə istifadə oluna bilər. Fiziki uyuşmazlıq olduğu üçün bu dərman vasitələri tövsiyə olunan dozalarda ayrılıqda istifadə edilməlidir. Meningit Körpə və uşaqlarda bakterial meningitdə müalicə gündə 100 mq/kq (4 q-dan çox olmamalıdır) tək dozadan başlayır. Törədicilər həssaslıq testlər vasitəsilə müəyyən olunduqdan sonra ehtiyac olduqda doza azaldıla bilər. Ən yaxşı nəticələr aşağıdakı müalicə müddətində əldə edilmişdir: Neisseria meningitidis: 4 gün Haemophilus influenzae: 6 gün Streptococcus рneumoniae: 7 gün Lyme borreliosis Uşaqlarda və böyüklərdə 14 gün ərzində 50 mq/kq-2 q gündəlik tək dozada istifadə olunur. Süzənək Süzənəyin (penisillinaza hasil edən və etməyən ştamlarla törədilən) müalicəsində 250 mq birdəfəlik dozada ə/d yeridilməsi tövsiyə olunur. Perioperativ profilaktikası İnfeksiyaların profilaktika məqsədi ilə əməliyyatdan 30-90 dəqiqə əvvəl 1-2 q birdəfəlik dozanın yeridilməsi tövsiyə olunur. ™ Kolorektal əməliyyatlarda tək Triakson və ya ornidazol kimi 5-nitroimidazol törədiciləri ilə birlikdə (ayrı-ayrı istifadə olunaraq) istifadəsinin effektiv olduğu göstərilmişdir. İstifadə qaydası ™ ™ Triakson məhlulu hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Triakson əzələdaxili yeridilmə üçün inyeksiyadır. Bir nahiyəyə 1 q-dan çox yeridilməsi tövsiyə olunmur. Lidokain məhlulunda həll edilmiş seftriaksonu qəti surətdə venadaxili yeritmək olmaz. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək funksiyasının pozulmuş, qaraciyər funksiyası normal olan xəstələrdə Triakson preparatının dozasını azaltmağa ehtiyac yoxdur. Ancaq preterminal böyrək çatışmazlığı olanlarda (kreatinin klirensi <10 ml/dəq) preparatın dozası gündə 2 q-dan çox olmamalıdır. Qaraciyərin zədələnməsi olan, ancaq ™ böyrək funksiyası normal olan xəstələrdə Triakson preparatının dozasını azaltmağa ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı və eyni zamanda qaraciyər çatışmazlığı olan xəstələrdə seftriaksonun plazma konsentrasiyası mütəmadi olaraq müəyyən edilməlidir və ehtiyac olduqda doza tənzimlənməlidir. Dializdə olan xəstələrdə dializdən sonra əlavə dozalara ehtiyac yoxdur. Bu xəstələrdə xaricolunmasının azalması ehtimalından dozanın tənzimlənməsinə ehtiyac olduğunu təyin etmək üçün plazma konsentrasiyası nəzarət altında saxlanmalıdır. Uşaqlar Yenidoğulmuş, körpə və 12 yaşından kiçik uşaqlarda aşağıda göstərilən dozalanma sxemi tətbiq olunur. Yenidoğulmuşlar (14 günə qədər): Gündə tək doza 20-50 mq/kq; gündəlik doza 50 mq/kq-dan çox olmamalıdır. Vaxtından əvvəl və vaxtında doğulmuş uşaqlar üçün fərqli istifadə tələb olunmur. Seftriaksonun və venadaxili kalsium tərkibli dərman vasitələrinin eyni zamanda istifadəsi yenidoğulmuşlarda (≤28 gün) əks göstərişdir. Kalsium tərkibli dərman vasitələri venadaxili yeridilən (və ya bu vasitələrin yeridilməsini gözlənilən) yenidoğulmuşlarda seftriakson tətbiq olunmamalıdır (“Əks göstərişlər” bölməsinə baxın). Körpə və uşaqlar (15 gün-12 yaş): gündəlik tək doza 20-80 mq/kq. Bədən kütləsi 50 mq və ya çox olan normal uşaqlarda böyüklərdəki kimi adi doza tətbiq olunmalıdır. Ağırlaşmamış bakterial kəskin orta otitin müalicəsi üçün 50 mq/kq tək doza (1 q-dan çox olmamalıdır) tövsiyə olunur. Yaşlılar Yaşlı xəstələrdə böyüklərdəki kimi dozalar tövsiyə olunur.
Əlavə təsirləri
Rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). Triakson ilə müalicə ərzində həmin preparatla və ya onun istifadəsinin dayandırılması ilə bağlı müşahidə olunan əlavə təsirlər aşağıda göstərilmişdir. İnfeksiyalar və invaziyalar Nadir: genital kandidoz. Müxtəlif nahiyələrdə maya, göbələk və digər davamlı orqanizmlərlə törədilən superinfeksiyalar. Qanyaradıcı və limfa sisteminə Nadir: neytropeniya, eozinofiliya, leykopeniya, qranulositopeniya, anemiya (hemolitik anemiya daxil olmaqla), trombositopeniya, protrombin müddətində cüzi uzanması; Çox nadir: koaqulyasiyanın pozulması. Əsasən 10 günlük müalicəsindən sonra və seftriaksonun ümumi 20 q və ya daha yüksək dozalarda tətbiqindən sonra tək-tək aqranulositoz halları (<500/m ) haqqında bildirilmişdir. İmmun sisteminə Nadir: anafilaktik (məs., bronxospazm) və ya anafilaktoid reaksiyalar. Sinir sisteminə Nadir: baş ağrısı, başgicəllənmə. Həzm sisteminə Tez-tez: yumşaq nəcis və ya diareya, ürəkbulanma, qusma; Nadir: stomatit və qlossit; bu əlavə təsirlər əsasən yüngüldür, adətən müalicə ərzində və ya müalicə dayandırılmasından sonra keçib gedir. Çox nadir (tək-tək halları): psevdomembranoz kolit (əsasən Clostridium difficile ilə törətdiyi), pankreatit (öd yollarının obstruksiyasının səbəbindən ola bilər). Buna görə antibakterial müalicə ilə bağlı diareya müşahidə olunduqda öd kisəsi və öd yolları xəstəliyınin yaranma ehtimalı nəzərə alınmalıdır. Hepatobiliar sistemə Nadir: plazmada qaraciyər fermentləri göstəricilərinin artması (AST, ALT, qələvi fosfataza). Öd kisəsində seftriakson-kalsium duzunun çöküntüsü müşahidə olunmuşdur. Prospektiv çalışmalar uşaqlarda v/d yeridilməsi ilə çöküntü halların rastgəlmə tezliyində dəyişkənliyi göstərmişdir və yavaş infuziya üsulu ilə (20-30 dəq) yeridilmə zamanı çöküntü halların azalması müşahidə olunmuşdur. Adətən asimptomatik olan bu təzahür nadir hallarda ağrı, ürəkbulanma, qusma kimi klinik simptomlarla müşayiət edilmişdir. Seftriaksonla müalicənin sonunda çöküntü keçir. Dəri və dərialtı piy toxumasına Bəzən: makulopapulyoz səpgi, ekzantema kimi allergik dəri reaksiyaları və ya allergik dermatit, qaşınma, övrə, ödem; Çox nadir (tək-tək halları): multiformalı eritema, Stivens-Conson sindromu və ya Layell sindromu/ toksik epidermal nekroliz. Böyrəklərə və sidikçıxarıcı yollarına Nadir: plazma kreatinin səviyyəsinin artması, oliquriya, qlikozuriya, hematuriya; Çox nadir (tək-tək halları): əsasən 3 yaşından böyük, yüksək doza (gündə 80 mq/kq və çox) və ya 10 q- dan çox ümumi dozalarda müalicə alan və digər risk amilləri (dehidratasiya və ya immobilizasiya kimi) olan uşaqlarda böyrəyin sallanması haqqında bildirilmişdir. Preparatın istifadəsi dayandırıldıqda həmin əlamət keçir. Bu hal böyrək çatışmazlığı və anuriya ilə birlikdə müşahidə olunmuşdur. Ümumi pozulmalar və yerli reaksiyalar Nadir: qızdırma, rigidlik, flebit və v/d yeridilməsi ilə bağlı inyeksiya yerində ağrı. Ağrını, ən azı 2-4 dəq ərzində yavaş inyeksiya yeridilməsi ilə minimuma endirmək olar. Lidokain məhlulu olmadıqda əzələdaxili yeridilmə ağrılıdır. Laborator göstəriciləri Kalsium ilə qarşılıqlı təsir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılma hallarında ürəkbulanma, qusma, diareya müşahidə oluna bilər. Hemodializ və ya peritoneal dializ preparatın konsentrasiyasını azaltmır. Spesifik antidotu yoxdur. Simptomatik müalicə aparılır.
Buraxılış forması
™ Triakson 1 q ə/d inyeksiya məhlulu hazırlamaq üçün toz, flakonda. 3,5 ml həlledici (lidokain hidroxlorid) ampulda. 1 flakon və 1 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Toz həll edilməzdən əvvəl 25 °С-dən yüksək olmayan temperaturda, öz qutusunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazırlanmış məhlulu 25°С-dən yüksək olmayan otaq temperaturunda – 6 saat ərzində, soyuducuda – 24 saat ərzində saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pharma Vision San. ve Tic. A. Ş. Davutpaşa Cad. №145 Topkapı/İstanbul/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
World Medicine İlaçları Ltd. Şti. 15 Temmuz Mah. Cami Yolu Caddesi №50, Güneşli, Bağçılar, İstanbul, Türkiyə. Ticarət nişanı və marketinq hüquqları sahibi Asfarma şirkəti.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.