TRAXISAN N20 TB

Dərman formasıTablet
Farmakoloji təsirBoğaz xəstəliklərində istifadə olunan preparat
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır; onun təkrar oxunması lazım gələ bilər. Əlavə məlumat tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. TRAXİSAN sorma tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq tirotrisin, 1 mq lidokain hidroxlorid, 1 mq xlorheksidin diqlükonat məhlulu vardır. Köməkçi maddələr: sorbitol (E 420), maqnezium stearat, nanə yağı.

Təsviri

Dairəvi formalı, yastı, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərində istifadə olunan preparat.

İstifadəsinə göstərişlər

Ağız boşluğunun və udlağın stomatitlər, qinqivitlər, parodontitlər, qlossitlər, tonzillitlər, faringitlər kimi iltihabi və infeksion xəstəlikləri; disfagiya və udma qabiliyyətinin pozulması ilə müşayiət olunan digər vəziyyətlər. Ağız boşluğunda və udlaqda aparılan operativ müdaxilələrdən (diş ekstraksiyası, damaqların cərrahi müalicəsi, tonzillektomiya) əvvəl və sonra infeksiyaların profilaktikası üçün.

Əks göstərişlər

Fruktozaya qarşı dözümsüzlük və preparatın tərkibində olan hər hansı komponentə və digər amid yerli anesteziyaedici dərman vasitələrinə qarşı yüksək həssaslıq, qanaxma ilə müşayiət olunmayan ağız boşluğunun deskvamasiyası (eroziv-deskvamativ dəyişiklikləri), ağız boşluğunda və udlaqda böyük ölçülü təzə yaralar olduqda, istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın sorulmasının tələb olunmasını nəzərə alaraq, 4 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda heç bir dərman preparatı ilə qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Digər farmasevtik preparatların istifadəsi zamanı olduğu kimi, hamiləlik və laktasiya dövründə Traxisan preparatını, yalnız həkimlə məsləhətləşdikdən sonra, istifadə etmək olar.

İstifadə qaydası və dozası

Hər 2 saatdan bir, 1 tablet ağız boşluğunda sormaq lazımdır. Preparatın sutkalıq dozası böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün 8 tablet; 4 yaşdan 12 yaşa qədər uşaqlar üçün 6 tablet təşkil edir. Bir qayda olaraq, xəstəliyin simptomları bir neçə gündən sonra aradan qalxır, lakin, stabil terapevtik efffektin əldə olunması üçün, müalicəni daha 2-3 sutka müddətində davam etdirmək tövsiyə olunur. Preparatın istifadəsi ilə 5 sutka müddətində aparılan müalicədən sonra, pasiyentin vəziyyəti yaxşılaşmadığı halda, həkimlə məsləhətləşmək tələb olunur.

Əlavə təsirləri

Nadir hallarda, yerli qıcıqlanma, udlaq ödemi, üzün ödemi, qşınma, övrə, dəri üzərində səpgilər və ya təngnəfəslik daxil olmaqla, hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər. Xəstəliyin ciddi və ya ümumi gedişli hallarını istisna etmək olmaz. Adətən, Traxisan preparatı pasiyentlər tərəfindən yaxşı keçirilir. Dadbilmə qabiliyyətinin qısamüddətli dəyişməsi, dilin müvəqqəti keyləşməsi baş verə bilər. Uzun müddət ərzində istifadə edildikdə, dişlərin, diş plomblarının və protezlərin və ya dilin sarı və ya açıq-qonur rəngə, bir qədər boyanması müşahidə oluna bilər; belə hallarda, ağız boşluğu gigiyenasına əsaslı riayət etmək vacibdir. Preparatın istifadəsi dayandırıldıqdan sonra, həmin rəng oz-ozünə aradan qalxır.

Buraxılış forması

10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, nəmdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Engelhard Arzneimittel GmbH & Co. KG. Ünvan Xersberqştrasse 3, 61138 Niderdorfelden, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRAXISAN N20 TB” üçün ilk rəyi siz yazın.