TORVAZIN PLYUS 40MG 10 MG N30 KAPS
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Atorvastatin və ezetimib |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
42,91 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, belə ki, burada pasiyent üçün mühüm məlumat vardır. – Bu içlik vərəqəni saxlayın. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. – İstənilən suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. – Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomlar olsa belə, preparat onlar üçün zərər verə bilər. – Hər hansı əlavə təsirin (o cümlədən, bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlərin) baş verdikdə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). TORVAZİN PLYUS 10/10 mq; 20/10 mq; 40/10 mq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Atorvastatin/Ezetimibe
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 10, 20 və ya 40 mq atorvastatin, 10 mq ezetimib vardır. Köməkçi maddələr:kalsium karbonat, hidroksipropilsellüloza, polisorbat-80, natrium kroskarmelloza, şəkər kürəcikləri, talk, mannitol, mikrokristallik sellüloza, aşağı əvəzedilmiş hidroksipropilsellüloza, povidon, natrium laurilsulfat, maqnezium stearat. Kapsulun tərkibi: titan dioksid, sarı dəmir oksidi, qırmızı dəmir oksidi, qara dəmir oksidi, jelatin (10/10 mq).
Təsviri
Torvazin Plyus 10/10 mq 0 ölçülü, nişansız, özübağlanan, gövdəsi sarı və qapağı açıq qəhvəyi rəngli, möhtəviyyatı ağ və ya demək olar ki, ağ rəngli qoxusuz və ya demək olar ki, qoxusuz pelletlərdən və ağ və ya demək olar ki, ağ rəngli dairəvi, yastı, iti kənarlı, bir tərəfində E hərfi qrafikası olan və digər tərəfində 612 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletdən ibarət bərk jelatin kapsullardır. Torvazin Plyus 20/10 mq 0 ölçülü, nişansız, özübağlanan, gövdəsi sarı və qapağı qırmızımtıl qəhvəyi rəngli, möhtəviyyatı ağ və ya demək olar ki, ağ rəngli qoxusuz və ya demək olar ki, qoxusuz pelletlərdən və ağ və ya demək olar ki, ağ rəngli dairəvi, yastı, iti kənarlı, bir tərəfində E hərfi qrafikası olan və digər tərəfində 612 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletdən ibarət bərk jelatin kapsullardır. Torvazin Plyus 40/10 mq 0 ölçülü, nişansız, özübağlanan, gövdəsi sarı və qapağı tünd qəhvəyi rəngli, möhtəviyyatı ağ və ya demək olar ki, ağ rəngli qoxusuz və ya demək olar ki, qoxusuz pelletlərdən və ağ və ya demək olar ki, ağ rəngli dairəvi, yastı, iti kənarlı, bir tərəfində E hərfi qrafikası olan və digər tərəfində 612 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletdən ibarət bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Atorvastatin və ezetimib. ATC kodu: C10BA05.
Farmakoloji xüsusiyyətləri
Torvazin Plyus preparatının 1 kapsulunun içərisində 2 müxtəlif təsiredici maddə vardır. Həmin təsiredici maddələrdən biri – atorvastatin – statinlər adlandırılan preparatlar qrupuna daxildir, digər təsiredici maddə isə – ezetimibdir.
İstifadəsinə göstərişlər
Torvazin Plyus preparatı pasiyentin qanında ümumi xolesterin, “pis” xolesterin (aşağı sıxlıqlı lipoproteinlər (ASLP) xolesterini) və triqliseridlər adlandırılan yağların səviyyələrinin aşağı salınması üçün nəzərdə tutulan dərman preparatıdır. Bundan əlavə, göstərilən dərman preparatı “yaxşı” xolesterinin (yüksək sıxlıqlı lipoproteinlər (YSLP) xolesterini) səviyyələrinin yüksəlməsinə səbəb olur. Bu dərman preparatı xolesterin səviyyələrinin aşağı düşməsini 2 yolla təmin edir: mədə-bağırsaq traktından qana sorulan xolesterinin səviyyəsini və eləcədə, insan orqanizmində hasil edilən xolesterinin səviyyəsini aşağı salır. İnsanların əksəriyyətində xolesterinin yüksək səviyyəsi heç bir simptomun meydana çıxmasına səbəb olmur və bu səbəbdən, onların əhvalına hər hansı bir təsir göstərmir. Lakin, bununla əlaqəli heç bir tədbir görülmədiyi təqdirdə, yuxarıda qeyd olunanlar qan damarlarının divarlarında piy yığınlarının toplanmasına və onların mənfəzinin daralmasına gətirib çıxara bilər. Bəzi hallarda daralmış qan damarlarının mənfəzi tutula bilər və bu, ürəyin və ya baş beyinin qanla təchiz olunmasının dayanmasına səbəb ola bilər və miokard infarktının və ya insultun baş verməsinə gətirib çıxara bilər. Xolesterin səviyyələrinin aşağı salınması hesabına pasiyentdə miokard infarktının, insultun və ya həmin xəstəliklərlə əlaqəli sağlamlıq problemlərinin riskini aşağı salmaq mümkündür. Torvazin Plyus preparatının istifadəsi, xolesterin səviyyələri yalnız müvafiq pəhriz hesabına nəzarət olunmayan pasiyentlər üçün nəzərdə tutulmuşdur. Göstərilən preparatın istifadəsi müddətində pasiyent, orqanizmdə xolesterin səviyyəsinin aşağı salınması üçün pəhriz saxlamalıdır. Pasiyent atorvastatini və ezetimibi eyni dozalarda artıq istifadə etdiyi halda, həkim pasiyentə Torvazin Plyus preparatını təyin edə bilər. Torvazin Plyus preparatının istifadəsi pasiyentin bədən kütləsinin aşağı düşməsinə kömək etmir.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda Torvazin Plyus preparatını istifadə etmək olmaz – Pasiyentdə atorvastatinə, ezetimibə və ya preparatın tərkibinə daxil olan “Tərkibi” bölməsində göstərilmiş köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya müşahidə olunduqda; – pasiyentdə hazırda və ya əvvəllər qaraciyər zədələnməsi ilə əlaqəli hər hansı xəstəlik qeyd olunduğu halda; – pasiyentin qan analizlərinin nəticələrində qaraciyər funksiyalarının biokimyəvi göstəricilərinin normaya nisbətən izah olunmayan dəyişiklikləri qeyd olunduqda; – pasiyent, mayalanma əleyhinə etibarlı vasitələrdən istifadə etməyən reproduktiv yaş dövründə qadın olduqda; – hamiləlik dövründə və ya hamiləliyə hazırlıq dövründə; – laktasiya dövründə; – pasiyent, hepatit C xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan qlekaprevir/pibrentasvir tərkibli dərman preparatlarından istifadə etdiyi halda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda göstərilən hallarda Torvazin Plyus preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır: – pasiyentdə ağır tənəffüs çatışmazlığı qeyd olunduqda; – hazırda və ya son 7 gün müddətində pasiyent fuzidi turşusu (bakterial infeksiyanın müalicəsi üçün istifadə olunan preparat) adlandırılan dərman preparatından istifadə etdiyi (peroral və ya inyeksiya şəklində) halda. Fuzidi turşusunun və Torvazin Plyus preparatının birlikdə istifadəsi ağır əzələ pozğunluqlarının (rabdomiolizin) inkişaf etməsinə gətirib çıxara bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pasiyent əvvəllər beyinə qansızma ilə insult keçirdiyi halda və ya pasiyentdə əvvəllər keçirilən insultlardan sonra, beyində içərisində maye ilə dolu kiçik ciblərin qalıqları müşahidə olunduğu halda; – pasiyentdə böyrəklərlə əlaqəli problemlər qeyd olunduqda; – pasiyentdə qalxanabənzər vəzi funksiyalarının aşağı düşməsi (hipotireoz) qeyd olunduqda; – pasiyentin əzələlərində çoxsaylı və ya mənşəyi aydın olmayan sızıltı və ya ağrı hissiyatı epizodları qeyd olunduqda və ya şəxsi və ya ailə anamnezində əzələlərlə əlaqəli problemlər qeyd olunduğu hallarda; – pasiyentdə, əvvəllər xolesterin səviyyəsinin aşağı salınması üçün digər preparatların (məsələn, digər “statinlərin” və ya “fibratların”) istifadəsi ilə aparılan müalicə müddətində əzələlərlə əlaqəli problemlər qeyd olunduqda; – pasiyent müntəzəm olaraq, çox miqdarlarda alkoqol tərkibli içkilərdən istifadə etdiyi hallarda; – pasiyentin anamnezində qaraciyər xəstəliyi qeyd olunduqda; – 70 yaşdan yuxarı pasiyentlər. Torvazin Plyus preparatının istifadəsi müddətində mənşəyi aydın olmayan əzələ ağrısı, əzələlərdə ağrı hissiyatının yüksəlməsi və ya zəiflik meydana çıxdığı halda, pasiyent dərhal həkimə müraciət etməlidir. Bu, onun üçün tələb olunur ki, əzələlərlə əlaqəli problemlər, nadir hallarda şiddətli ola bilər və əzələ toxumasının dağılması daxil olmaqla, böyrəklərin zədələnməsinə gətirib çıxara bilər. Məlumdur ki, atorvastatin əzələlərdə pozğunluqların meydana çıxmasına səbəb ola bilər; bundan əlavə, ezetimibin istifadəsi nəticəsində əzələ pozğunluqlarının meydana çıxma halları məlumdur. Həmçinin, daimi əzələ zəifliyinin mövcudluğu barədə pasiyent həkimi və ya əczaçını məlumatlandırmalıdır. Göstərilən vəziyyətin diaqnostikası və müalicəsi üçün əlavə testlərin aparılması və dərman preparatlarının təyin edilməsi tələb oluna bilər. Göstərilən preparatın istifadəsi müddətində şəkərli diabetdən əziyyət çəkən pasiyentləri və ya şəkərli diabetin inkişaf etmə riski qeyd olunan pasiyentləri, müalicə sona çatana qədər ciddi həkim nəzarəti altında saxlamaq lazımdır. Qanda şəkərin və yağların yüksək səviyyələri, artıq bədən kütləsi və yüksək arterial təzyiq müşahidə olunan pasiyentlərdə şəkərli diabetin inkişaf etmə riski qeyd oluna bilər. Pasiyent, allergiya daxil olmaqla, mövcud olan bütün xəstəlikləri barədə həkimi məlumatlandırmalıdır. Torvazin Plyus preparatının və fibratların (xolesterin səviyyəsini aşağı salan preparatların) birlikdə istifadəsinin nəticələrinin öyrənilməməsini nəzərə alaraq, Torvazin Plyus preparatının və fibratların eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Göstərilən dərman preparatının tərkibində saxaroza vardır. Torvazin Plyus 10 mq + 10 mq preparatının hər bir kapsulunun içərisində 13 mq, Torvazin Plyus 20 mq + 10 mq preparatının hər bir kapsulunun içərisində 26 mq və Torvazin Plyus 40 mq + 10 mq preparatının hər bir kapsulunun içərisində 51,5 mq saxaroza vardır. Həkim pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğunu müəyyən etdiyi halda, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. 18 yaşa qədər uşaqlar və yeniyetmələr 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Torvazin Plyus preparatının istifadəsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda və ya bir müddət əvvəl istifadə edilən və ya gələcəkdə istifadəsi nəzərdə tutulan digər dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. ® ® Bəzi dərman preparatları Torvazin Plyus preparatının effektini dəyişə bilər və ya Torvazin Plyus preparatı digər dərman preparatlarının effektlərini dəyişə bilər. Dərman preparatları arasında göstərilən qarşılıqlı təsir dərman preparatlarından birinin və ya hər ikisinin effektivliyinin aşağı düşməsinə gətirib çıxara bilər. Digər tərəfdən, həmin qarşılıqlı təsir rabdomioliz kimi məlum olan əzələ atrofiyasının ağır vəziyyəti daxil olmaqla, əlavə halların meydana çıxma riskinin və ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb ola bilər və həmin reaksiyalar “Əlavə təsirləri” bölməsində təsvir olunmuşdur. Pasiyentin immun sisteminin fəaliyyətini dəyişən dərman preparatları, məsələn, siklosporin. Bəzi antibiotiklər, məsələn, eritromisin, klaritromisin, telitromisin, rifampisin (bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan dərman preparatları). Göbələk əleyhinə bəzi preparatlar, məsələn, ketokonazol, itrakonazol, vorikonazol, flukonazol, pozakonazol. Lipidlərin səviyyəsini tənzimləmək üçün istifadə olunan digər dərman preparatları, məsələn, gemfibrozil, digər fibratlar, nikotin turşusunun törəmələri, kolestipol, kolestiramin. Bəzi kalsium kanallarının blokatorları – stenokardiyanın müalicəsi üçün və yüksək arterial təzyiq zamanı istifadə olunan dərman preparatları, məsələn, amlodipin, diltiazem. Ürək ritminin tənzimlənməsi üçün istifadə olunan dərman preparatları, məsələn, diqoksin, verapamil, amiodaron. Letermovir – sitomeqalovirus infeksiyasının profilaktikası üçün istifadə olunan dərman preparatı. İİV infeksiyasının müalicəsi üçün istifadə olunan dərman preparatları, məsələn, ritonavir, lopinavir, atazanavir, indinavir, darunavir, efavirenz, fosamprenavir, delavirdin, tipranavir/ritonavir kombinasiyası və s. C hepatiti infeksiyasının (qaraciyər iltihabı) müalicəsi üçün nəzərdə tutulmuş bəzi dərman preparatları, məsələn, telaprevir, boseprevir və elbasvir/qrazoprevir kombinasiyası. Fuzidi turşusu. Pasiyent preparatla birlikdə bakterial infeksiyanın müalicəsi üçün fuzidi turşusunu daxilə istifadə etdiyi halda, göstərilən dərman preparatının istifadəsini müvəqqəti dayandırmalıdır. Torvazin Plyus preparatının istifadəsinin təkrar təhlükəsiz başlanması barədə həkim pasiyenti məlumatlandırmalıdır. Torvazin Plyus preparatının fuzidi turşusu ilə birlikdə istifadəsi, nadir hallarda əzələ zəifliyinə və əzələlərdə ağrı hissinin yüksəlməsinə və ya əzələ ağrılarına (rabdomiolizə) gətirib çıxara bilər. Rabdomioliz barədə əlavə məlumat içlik vərəqənin “Əlavə təsirləri” bölməsində təsvir edilmişdir. Torvazin Plyus preparatı ilə qarşılıqlı təsir nümayiş etdirən digər dərman preparatlarına aşağıda göstərilənlər aiddir: – varfarin, fenprokumon, asenokumarol və ya fluindion (tombların əmələ gəlməsinin profilaktikası üçün istifadə olunan dərman preparatları); – peroral mayalanma əleyhinə preparatlar; – stiripentol (epilepsiyanın müalicəsi üçün istifadə olunan qıcolma əleyhinə preparat); – simetidin (mədə qıcqırmasının və xora xəstəliyinin müalicəsi üçün istifadə olunan dərman preparatı); – fenazon (ağrıkəsici preparat); – kolxisin (podaqranın müalicəsi üçün istifadə olunan preparat); – antasidlər (mədə turşuluğunun yüksəlməsi ilə müşayiət olunan həzm pozğunluqlarının müalicəsi üçün istifadə olunan alüminium və maqnezium tərkibli preparatlar); – deşikli dazıotu (depressiyanın müalicəsi üçün istifadə olunan dərman preparatı).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə, hamiləliyə hazırlıq dövründə və ya qadın hamiləliyini ehtimal etdiyi halda, Torvazin Plyus preparatını istifadə etmək olmaz. Mayalanma əleyhinə etibarlı vasitələrdən istifadə etməyən reproduktiv yaş dövründə olan qadınlara Torvazin Plyus preparatından istifadə etmək olmaz. Hamiləlik Torvazin Plyus preparatının istifadəsi müddətində baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimi məlumatlandırmaq lazımdır. Laktasiya dövründə Torvazin Plyus preparatını istifadə etmək olmaz. Hamiləlik və laktasiya dövründə Torvazin Plyus preparatının istifadəsinin təhlükəsizliyi təsdiq edilməmişdir. Hamiləlik və ya laktasiya dövründə və ya qadın hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmağı planlaşdırdığı halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Torvazin Plyus nəqliyyat vasitəsini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə mənfi təsir etmir. Lakin nəzərə almaq lazımdır ki, bəzi şəxslərdə Torvazin Plyus başgicəllənməyə səbəb ola bilər. Pasiyentdə nəqliyyat vasitəsini idarə etməzdən və ya mexanizmlərlə işləməzdən əvvəl başgicəllənmə baş verdikdə, həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası və dozası
Göstərilən dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatlarına müvafiq istifadə etmək tövsiyə olunur. Preparatın istifadəsi ilə əlaqəli istənilən şübhə meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Torvazin Plyus preparatının istifadəsi müddətində pasiyent, aşağı xolesterin tərkibli pəhriz saxlamalıdır. Böyüklər üçün preparatın tövsiyə olunan sutkalıq dozası – göstərilən dozalanmada 1 kapsul təşkil edir. Torvazin Plyus preparatı gündə 1 dəfə istifadə üçün nəzərdə tutulmuşdur. Kapsulları sutkanın istənilən vaxtında, yeməkdən sonra və ya acqarına qəbul etmək lazımdır. Lakin, preparatın hər gün sutkanın eyni vaxtında istifadə edilməsinə üstünlük verilməlidir. Kapsulları bütöv və su ilə birlikdə qəbul etmək tövsiyə olunur. Torvazin Plyus preparatı müalicənin başlanması üçün müvafiq preparat deyil. Müalicənin başlanması və ya dozanın korreksiyası üçün zərurət yarandığı halda, təsiredici maddələrdən ayrı- ayrılıqda istifadə etmək və yalnız müvafiq dozalar seçildikdən sonra, Torvazin Plyus preparatının müvafiq dozasının istifadəsinə keçmək mümkündür. Həkim Torvazin Plyus preparatını tərkibində təsiredici maddə şəklində xolesterinin aşağı salınması üçün xolestiramin və ya tərkibində öd turşularının sekvestrantı olan digər dərman preparatını təyin etdiyi halda, pasiyent Torvazin Plyus preparatını öd turşularının sekvestrantından minimum 2 saat əvvəl və ya onun istifadəsindən 4 saat sonra qəbul etməlidir. Torvazin Plyus preparatının istifadəsinin ötürülməsi Preparatın dozasının istifadəsi ötürüldüyü halda, növbəti dozanı öz vaxtında müəyyən edilmiş qrafik üzrə qəbul etmək lazımdır. Ötürülmüş dozanın kompensasiyası məqsədi ilə preparatın ikiqat dozasını istifadə etmək olmaz. Torvazin Plyus preparatının istifadəsinin dayandırılması Torvazin Plyus preparatının istifadəsini dayandırmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Pasiyent Torvazin Plyus preparatının istifadəsini dayandırdıqda, xolesterin səviyyəsinin təkrar yüksəlməsi qeyd oluna bilər. Göstərilən dərman preparatının istifadəsinə dair əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Torvazin Plyus preparatının qida və alkoqolla birlikdə istifadəsi Aşağıdakılara diqqət yetirmək lazımdır. Qreypfrut şirəsi Gün ərzində bir və ya iki stəkandan artıq qreypfrut şirəsi içmək olmaz, belə ki, qreypfrut şirəsi Torvazin Plyus preparatının effektini dəyişə bilər. Alkoqol Bu dərman vasitəsinin qəbulu zamanı alkoqoldan həddindən artıq istifadə etmək olmaz. “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində əlavə məlumat qeyd edilmişdir.
Əlavə təsirləri
Bütün digər dərman vasitələri kimi göstərilən preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur. Aşağıda göstərilən ciddi əlavə reaksiyalardan hər hansı biri meydana çıxdığı halda, bu preparatın istifadəsini dayandırmaq və dərhal həkimə və ya ən yaxında yerləşən səhiyyə müəssisəsinə müraciət etmək lazımdır. Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): – üz, dil və boğaz nahiyələrinin ödeminə səbəb olan ağır allergik reaksiya – bu, tənəffüsün ciddi çətinləşməsinin baş verməsinə gətirib çıxara bilər; – dərinin güclü qabıqlanması və ödemi, dəri üzərində, ağızda, cinsiyyət orqanlarında suluqların əmələ gəlməsi və qızdırma ilə müşayiət olunan ağır pozğunluq. Xüsusilə, ovuclarda və ya pəncələrdə çəhrayı-qırmızı ləkələrlə özünü biruzə verən dəri səpgiləri – bu ləkələr, suluqlara çevrilə bilər; – xüsusilə, pasiyentin halsızlığı ilə və ya bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunan əzələ zəifliyi, əzələlərdə ağrı hissi və ya əzələlərin üzülməsi; qeyd olunan təzahürlər, əzələ toxumasının qeyri-normal dağılması (rabdomioliz) nəticəsində meydana çıxa bilər. Əzələ toxumasının qeyri-normal dağılmasının inkişafı, hətta Torvazin Plyus preparatının istifadəsi dayandırıldıqdan sonra belə, öz-özünə dayanmır və böyrək funksiyalarının pozulmasına gətirib çıxarmaqla, həyat üçün təhlükə yarada bilər. Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): – pasiyentdə qəflətən və ya qeyri-adi qanaxmanın meydana çıxması, qaraciyər funksiyalarının pozulmasını göstərə bilər. Bu vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır; – qurdeşənəyinə bənzər sindrom (dəri üzərində səpgiləri, oynaqlarda baş verən pozğunluqları və qan hüceyrələrində dəyişiklikləri əhatə edir). Ehtimal edilən digər əlavə təsirlər Tez-tez müşahidə olunan əlavə təsirlər (10 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): soyuqdəymə (nazofaringit), allergik reaksiyalar, qanda şəkər səviyyələrinin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, burun qanaxmaları, qəbizlik, meteorizm (bağırsaqda həddindən artıq miqdarda qazların əmələ gəlməsi), həzm pozğunluqları, ürəkbulanma, diareya, qarın nahiyəsində ağrı, əzələ ağrıları, oynaq ağrıları, əl və ayaq ağrıları, əzələ spazmları, oynaqların ödemi, bel nahiyəsində ağrı, yorğunluq hissi (gücdən düşmə), əzələ funksiyalarının müəyyən edilməsi üçün laborator qan analizlərinin bəzi nəticələrinin (kreatinkinaza fermentinin aktivliyinin) yüksəlməsi; – qaraciyərin funksional biokimyəvi göstəricilərinin qeyri-normal nəticələri; qaraciyər funksiyalarının müəyyən edilməsi üçün laborator qan analizlərinin bəzi nəticələrinin (transaminaza fermentinin aktivliyinin) yüksəlməsi. Bəzən müşahidə olunan əlavə təsirlər (100 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): qanda şəkər səviyyələrinin aşağı düşməsi, bədən kütləsinin artması, iştahanın aşağı düşməsi, gecələr dəhşətli yuxugörmələr, yuxusuzluq, başgicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə və ya sancma hissi, ağrıya və ya toxunmaya qarşı həssaslığın aşağı düşməsi, dadbilmə qabiliyyətinin dəyişməsi, yaddaşın itməsi, qeyri-aydın görmə, qulaqlarda cingilti, üz nahiyəsinə “qan axınları”, arterial təzyiqin yüksəlməsi, öskürək, qusma, gəyirmə, bel nahiyəsinə yayıla bilən şiddətli mədə ağrılarına səbəb olan mədəaltı vəzinin iltihabı, qıcqırma, ağızda quruluq, mədə iltihabı (qastrit), qaraciyər iltihabı (hepatit), övrə, qaşınma, dəri üzərində səpgilər, saçların tökülməsi, boyun nahiyəsində ağrı, əzələ zəifliyi, halsızlıq (ümumi zəiflik hissi), asteniya (enerjinin olmaması və gücsüzlük), döş nahiyəsində ağrı, ağrı, ödem – əllərin və ayaqların ödemi, qızdırma, sidikdə leykositlərin mövcudluğunu müəyyən etmək üçün testlərin müsbət nəticələri, qanda qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi. Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): qanda, qansızmaların/qanaxmaların meydana çıxma riskinin yüksəlməsinə gətirib çıxaran, trombositlərin miqdarının aşağı düşməsi (trombositopeniya), ayaq və əl sinirlərinin zədələnməsi (məsələn, keyləşmə hissi), görmə qabiliyyətinin pozulması, xolestaz (dərinin və göz skleralarının sarı rəngə boyanması), əzələlərin zəifləməsi ilə müşayiət olunan əzələ xəstəliyi (miopatiya), əzələlərin iltihabı, vətərlərin zədələnməsi. Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 pasiyentdən 1-dən çoxunda olmamaqla inkişaf edə bilər): eşitmə qabiliyyətinin itməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya). Tezlik məlum deyil (mövcud məlumatlar əsasında tezliyin müəyyən edilməsi mümkün deyil): depressiya, təngnəfəslik, daimi əzələ zəifliyi (immun səbəbli nekrotik miopatiya). Bəzi statinlərin istifadəsi zamanı meydana çıxması ehtimal edilən arzuolunmayan hallar: – cinsi sferada müşahidə olunan pozğunluqlar; – davamlı öskürək və/və ya təngnəfəslik daxil olmaqla, tənəffüs problemləri və ya qızdırma; – şəkərli diabet. Qanda şəkərin və yağların yüksək səviyyələri, artıq bədən kütləsi və yüksək arterial təzyiq müşahidə olunan pasiyentlərdə şəkərli diabetin inkişaf etməsinin ehtimalı daha yüksəkdir. Göstərilən dərman preparatını yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır. Arzuolunmayan hallar barədə məlumatlar İstənilən əlavə effektlər, o cümlədən, göstərilən içlik vərəqədə qeyd olunmayan əlavə effektlər aşkar olunduğu halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. İstənilən əlavə effektlər barədə həmçinin, dərman preparatlarının əlavə effektlərinin Milli qeydiyyat sistemi vasitəsi ilə məlumat vermək mümkündür. Həmin məlumatlara əsasən, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək olar.
Doza həddinin aşılması
Pasiyent Torvazin Plyus preparatının kapsullarını həddindən artıq miqdarda (tövsiyə olunan sutkalıq dozadan artıq miqdarda) istifadə etdikdə, məsləhət üçün həkimə və ya ən yaxında yerləşən səhiyyə müəssisəsinə müraciət etməlidir.
Buraxılış forması
10 kapsul, blisterdə. 3 və ya 9 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsini məişət tullantılarına və axar sulara atmaq olmaz. Dərman vasitəsinin istifadə ediləməyən qalığının utilizasiya qaydası barədə əczaçıya müraciət edin. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddətinin bitməsi tarixi qeyd edilən ayın sonuncu gününə şamil edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Egis əczaçılıq zavodu”, QSC. 9900 Körmend, Matyaş kiray k., 65. 1165 Budapeşt, Bekenfeldi, 118-120, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“Egis əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi k., 30-38, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.