TONZILAMIN 120 ML GARG.
| Dərman forması | Qarqara məhlulu |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat QSİƏP) |
| İstehsal ölkəsi | Azərbaycan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,40 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TONZİLAMİN-AF yerli istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Benzidamin
Tərkibi
Təsiredici maddə: 120 ml məhlulun tərkubundə 180 mq benzidamin hidroxlorid vardır. Köməkçi maddələr: metilparaben, mentol, natrium saxarinat, natrium hidrokarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.
Təsviri
Açıq-yaşıl rəngli, nanə dadlı və spesifik qoxulu şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat QSİƏP). ATC kodu: A01AD02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Təsir mexanizmi hücəyrə membranını möhkəmləndirmək, siklooksigenaza fermentini inhibə edib, prostoqlandinlərin sintezini pozmaqla bağlıdır. Preparatın ağrıkəsici effektı daha çox iltihabla bağlı ağrılarda müşahidə olunur. Aspirinəbənzər preparatlarla kombinəolunmuş şəkildə istifadə etdikdə qızdırmasalıcı təsir də göstərir. Farmakokinetikası Preparatı yerli istifadə etdikdə, selikli qişadan yaxşı adsorbsiya olunur və tez bir müddətdə iltihabi proses gedən toxumaya keçir və orada iltihabəleyhinə və yerli ağrıkəsici təsir göstərir.
İstifadəsinə göstərişlər
Ağız boşluğunun və boğazın iltihabi xəstəlikləri: – faringit, aftoz xoralar və süa terapiyasından sonra ağızda xoralar. Travmatik vəziyyətlər: tonzilektamiyadan və ya nazoqastral zondun istifadəsindən sonrakı faringit. Stomatologiya: stomatoloji cərrahiyyədən sonra istifadə üçün.
Əks göstərişlər
-Benzidaminə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; -12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İnfeksion iltihabi xəstəliklər zamanı preparat kombinəolunmuş formada istifadə olunmalıdır.Əgər preparatı istifadə etdikdə yandırıcı effekt alınırsa, onda onu su ilə durulaşdırmaq lazımdır. Gözlərlə təmasına yol verilməməlidir. Preparatı udmaq olmaz. Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə yüksək həssaslıq olduqda, benzidaminin istifadəsi məsləhət görülmür. Anamnezdə və ya hazırda bronxial astması olan pasiyentlərdə bronxospazm yarana bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir (əgər həkim tərəfindən fərqli bir təyinat verilməyibsə).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya nəzərə alınmayacaq dərəcədə təsir göstərir.
İstifadə qaydası və dozası
Ağrını azaltmaq üçün preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1,5-3 saatdan bir təkrarlanır. Həkim müşahidəsi olmadıqda, preparatı fasiləsiz 7 gündən artıq istifadə etmək olmaz. Preparat əsasən qatı şəkildə istifadə olunur. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək olar.
Əlavə təsirləri
Yerli reaksiyalar: ağız boşluğuna yandırıcı təsir, toxumaların keyləşməsi, ağızda quruluq. Digər: yuxulu vəziyyət, allergik reaksiyalar, larinqospazm, bronxospazm, qaşınma, övrə, fotohəssaslıq, səpgi, angioödem, anafilaktik reaksiyalar.
Doza həddinin aşılması
300 mq-dan artıq benzidaminin udulması zamanı intoksikasiya gözlənilir. Daxilə qəbul edildikdə, doza həddinin aşılması zamanı MBT-nin və MSS-nin simptomları yarana bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, qida borusunun qıcıqlanması, başgicəllənmə, halüsinasiya, ajitasiya, narahatlıq. Müalicə simptomatik və dəstəkləyicidir. Kifayət qəd\ər maye qəbul etmək lazımdır.
Buraxılış forması
120 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-30° C temperaturda, işıqdan və donmadan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Azərfarm” MMC. Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.