TONADE 5MG N28 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Erektiv disfunksiyaların müalicəsi üçün vasitə, FDE5 inhibitorları |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
57,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TONADE 5 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Tadalafil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq tadalafil vardır. Köməkçi maddələr: natrium laurilsulfat, mikrokristallik sellüloza, maqnezium stearat, sarı opadry AMB 80W62680 (polivinil spirti, titan dioksid, talk, sarı dəmir oksidi, qara dəmir oksidi, ksantan kitrəsi, lesitin (soya)), ağ opadry OY-S- 7223 (hidroksipropilsellüloza, titan dioksid, hipromelloza 2910 gcF, polietilenqlikol 400), qarğıdalı nişastası, laktoza hidrat, aşağı substitusiyalı hidroksipropil sellüloza, prejelatinləşdirilmiş nişasta, kopovidon, kolloidal silisium dioksid, krospovidon, hidroksipropilsellüloza.
Təsviri
Sarı, dəyirmi formalı, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Erektiv disfunksiyaların müalicəsi üçün vasitə, FDE5 inhibitorları ATC kodu: G04BE08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tadalafil, siklik quanozin monofosfat (sQMF) – xüsusi fosfodiesteraza növü 5 (FDE5)-in, selektiv, geri dönən inhibitordur. Cinsi stimulyasiya azot oksidinin yerli olaraq azad olunmasına səbəb olduqda, Tadalafil tərəfindən FDE5-in inhibə edilməsi kavernoz cisimdə sQMF səviyyəsinin artmasına səbəb olur. Bu, saya əzələlərinin relaksasiyasına və penis toxumalarına qanın axınına və bununla da ereksiyaya səbəb olur. Tadalafil, cinsi stimulyasiyanın olmadığı hallarda erektil disfunksiyanın müalicəsinə təsir göstərmir. İn vitro tədqiqatlar Tadalafilin FDE5-in seçici inhibitoru olduğunu göstərdi. FDE5, saya əzələlərin kavernoz cismində, vaskulyar və visseral saya əzələdə, eninəzolaqlı əzələdə, trombositlər, böyrək, ağciyər və serebellumda mövcud olan bir fermentdir. Tadalafilin təsiri, digər fosfodiesterazlarla müqayisədə FDE5 üzərində daha güclüdür. Tadalafil ürək, beyin, qan damarları, qaraciyər və digər orqanlarda olan FDE1, FDE2 və FDE4 fermentlərinə nisbətən FDE5 -ə >10 000 qat daha güclü təsir göstərir. Tadalafil, FDE5-ə ürək və qan damarlarında tapılan bir ferment olan FDE3-dən >10 000 qat daha güclü təsir göstərir. FDE3-dən fərqli olaraq FDE5 üzərində daha selektiv təsirə malik olması vacib bir nüansdır, çünki FDE3 ürəyin yığılmasında iştirak edən bir fermentdir. Bundan əlavə, Tadalafil, FDE6 ilə müqayisədə, retinada tapılan və fototransduksiyaya cavabdeh bir ferment olan FDE5-ə təxminən 700 qat daha güclü təsir göstərir. Tadalafil eyni zamanda FDE10-dan sonra FDE7-ə nisbətən FDE5 üzərində >10 000 qat daha güclü təsirə malikdir. Tələbata əsasən bu dərman vasitəsinə qarşı reaksiya müddətini təyin etmək üçün ev şəraitində 1054 xəstə üzərində üç klinik tədqiqat aparıldı. Tadalafil, erektil funksiyanın statistik baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşdığını və dozanın ardından 36 saata qədər müvəffəqiyyətlə cinsi əlaqədə olma qabiliyyətini, həmçinin dozanın ardından müvəffəqiyyətli əlaqə üçün plasebo ilə müqayisədə 16 dəqiqə daha əvvəl ereksiyanı əldə etmək və saxlamaq qabiliyyətini nümayiş etdirdi. Sağlam subyektlərə tətbiq edilən Tadalafil, plasebo ilə müqayisədə supin sistolik və diastolik qan təzyiqində (sabit olaraq maksimum 1,6 / 0.8mmHg azalma), sabit sistolik və diastolik qan təzyiqində (müvafiq olaraq 0,2 / 4.6mmHg səviyyəsində maksimum azalma) ciddi fərq, ürək göstəricilərində ciddi bir dəyişiklik göstərməmişdir. Tadalafilin görmə qabiliyyətinə təsirini qiymətləndirmək üçün aparılan bir araşdırmada Farnsworth-Munsell 100 hue testindən istifadə edərək rəngin fərqləndirilməsində (mavi / yaşıl) hər hansı bir pozğunluq aşkarlanmadı. Bu tapıntı Tadalafilin FDE5 ilə müqayisədə FDE6 -ya qarşı aşağı affinliyə malik olması ilə uyğundur. Bütün klinik tədqiqatlar boyunca rəng görmə qabiliyyətindəki dəyişikliklərə nadirən təsadüf edilmişdir (<0,1%). 10mq (6 aylıq bir araşdırma) və 20mq (6 aylıq və 9 aylıq bir araşdırma) Tadalafilin hər gün tətbiq edilməsilə spermatogenezə potensial təsirini qiymətləndirmək üçün kişilər üzərində üç tədqiqat aparıldı. Bu tədqiqatların ikisində, Tadalafil müalicəsi ilə əlaqəli olaraq sperma sayında və konsentrasiyasında çox az klinik əhəmiyyətə malik azalma müşahidə edildi. Bu təsirlər motorika, morfologiya və FSH kimi digər parametrlərdəki dəyişikliklərlə əlaqələndirilmədi. (Nəzər yetirin ‘1. Xəbərdarlıq’.) Gündə bir dəfə 2.5, 5 və 10 mq dozada tətbiq edilən Tadalafilin təsirini qiymətləndirmək üçün müxtəlif yaşlı (21-82 yaş aralığında) və etnik mənşəli, müxtəlif dərəcəli (yüngül, orta, ağır) və etiologiyalı erektil disfunksiyası olan 853 xəstə üzərində 3 klinik tədqiqat aparıldı. Ümumi populyasiyanın ilkin iki effektivlik tədqiqatında uğurlu cinsi əlaqə cəhdlərinin hər subyektə düşən payı plasebo ilə birlikdə Tadalafil 5 mq üçün 57 və 67%, Tadalafil 2.5 mq üçün isə 31 və 37% olmuşdur. Erektil disfunksiyanın ikincili olaraq inkişaf etdiyi diabetli pasiyentlər üzərində aparılan tədqiqatda uğurlu cəhdlərin hər subyektə düşən ortalama payı, plasebo ilə müqayisədə (28%), 5 mq və 2.5 mq Tadalafil üçün müvafiq olaraq 41 və 46% olmuşdur. Bu üç tədqiqatdakı əksər pasiyentlər, FDE5 inhibitorları ilə tələb olunan müalicəyə cavab verən pasiyentlər olmuşdur. Sonrakı bir araşdırmada FDE5 inhibitoru ilə müalicə edilməyən 217 pasiyent, plasebo ilə müqayisə üçün gündə bir dəfə tətbiq edilən Tadalafil 5 mq üçün randomizə edildi. Müvəffəqiyyətli cinsi əlaqə cəhdlərinin hər subyektə düşən ortalama nisbəti Tadalafil xəstələrində 68%, plasebo xəstələrində isə 52% olmuşdur. Onurğa beyni zədələnməsinə ikincili olaraq inkişaf edən erektil disfunksiyası olan 186 xəstə üzərində (142 Tadalafil, 44 plasebo) aparılan 12 həftəlik bir araşdırmada Tadalafil, erektil funksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Tadalafil 10 və ya 20 mq (dəyişkən dozada, tələb olduqda) ilə müalicə olunan xəstələrdə uğurlu cəhdlərin hər subyektə düşən orta payı 17% plasebo ilə müqayisədə 48% olmuşdur. Farmakokinetikası Absorbsiyası Tadalafil oral qəbul edildikdən sonra asanlıqla sorulur və müşahidə olunan ortalama plazma konsentrasiyası (Cmax) dozadan orta bir vaxtında, 2 saat sonra əldə edilir. Oral qəbul edildikdə Tadalafilin tam bioyararlılığı qeydə alınmamışdır. Tadalafilin absorbiya müddəti və dərəcəsi qida qəbulundan asılı deyildir, ona görə də Tadalafil, qida ilə və ya qidasız qəbul edilə bilər. Dərmanın qəbul vaxtının (səhər və ya axşam), onun absorbsiya dərəcəsinə və müddətinə klinik təsiri mövcud deyildir. Paylanması Orta paylanma həcmi təxminən 63 l-dir, bu isə Tadalafilin toxumalara paylandığını göstərir. Terapevtik konsentrasiyalarda plazmadakı Tadalafilin 94% -i zülallara birləşmiş olur. Böyrək funksiyasının pozulması dərman maddəsinin zülalla birləşməsinə təsir göstərmir. Tətbiq edilən dozanın 0,0005% -dən az hissəsi sağlam subyektlərin toxumlarında meydana çıxmışdır. Biotransformasiyası Tadalafil əsasən sitoxrom P450 (CYP) 3A4 izoforması ilə metabolizə olunur. Əsas dövr edən metabolit metilkatexol qlükuronididir. Bu metabolit FDE5 üçün Tadalafildən ən az 13000 qat daha az təsirə malikdir. Nəticədə, müşahidə olunan metabolit konsentrasiyalarında klinik cəhətdən aktiv olması gözlənilmir. Eliminasiyası (xaric olması) Tadalafil üçün orta oral klirens 2,5 l / saat, sağlam subyektlərdə orta parçalanma müddəti isə 17,5 saatdır. Tadalafilin əsas hissəsi inaktiv metabolitlər şəklində, əsasən nəcislə (dozanın təxminən 61%-i), daha az sidiklə (dozanın təxminən 36%-i) ekskressiya edilir. Xəttilik / Qeyri-xəttilik Sağlam subyektlərdə Tadalafilin farmakokinetikası zamandan və dozadan xətti asılıdır. 2,5 ilə 20 mq arasında olan bir dozada təsiri (AUC), doza ilə mütənasib olaraq artır. Davamlı plazma konsentrasiyasına gündə bir dəfə təyin edildikdən sonra 5 gün ərzində nail olunur. Erektil disfunksiyası olan pasiyentlərdə populyasion yanaşma ilə təyin edilmiş farmakokinetika, erektil disfunksiyası olmayan pasiyentlərdəki farmakokinetika ilə eynilik təşkil edir.
İstifadəsinə göstərişlər
• Erektil disfunksiyanın (ED) müalicəsi Tadalafilin erektil disfunksiyanın müalicəsində təsirli olması üçün cinsi stimulyasiya tələb olunur. Bu dərman vasitəsi qadınların istifadəsi üçün nəzərdə tutulmayıb. • Prostat vəzin xoşxassəli hiperplaziyası Prostat vəzin xoşxassəli hiperplaziyasının (PXH) əlamət və simptomlarının müalicəsi.
Əks göstərişlər
Bu dərman vasitəsi, həm müntəzəm şəkildə, həm də fasilələrlə üzvi nitratın hər hansı bir formasını qəbul edən pasiyentlər üçün əks göstəriş hesab edilir. Klinik farmakoloji tədqiqatlarda Tadalafilin, nitratların hipotenziv təsirini gücləndirdiyi göstərildi. Klinik tədqiqatlarda Tadalafilin nitratların hipotenziv təsirini artırdığı göstərildi. Bu dərman vasitəsi cinsi fəaliyyətin yolverilməz olduğu ürək xəstəliyi olan kişilərdə istifadə edilməməlidir. Müalicə həkimləri əvvəlcədən mövcud olan ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrdə cinsi aktivliyin potensial ürək riskini nəzərə almalıdır. Tadalafil istifadəsinin əks göstəriş hesab edildiyi ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrin aşağıdakı qrupları klinik sınaqlara daxil edilməmişdir: • Son 90 gün ərzində miokard infarktı keçirmiş xəstələr, • Cinsi əlaqə zamanı meydana çıxan qeyri-stabil stenokardiya və ya stenokardiyası olan pasiyentlər, • Son 6 ayda Nyu York Ürək Birliyinin Sinif 2 və ya daha yüksək ürək çatışmazlığına malik pasiyentlər, • Nəzarət edilə bilməyən aritmiya, hipotenziya (<90/50mmHg) və ya nəzarət edilə bilməyən hipertenziyası olan pasiyentlər, • Son 6 ayda insult keçirmiş pasiyentlər. İrsi degenerativ böyrək xəstəliklərindən, o cümlədən piqmentli retinitdən əziyyət çəkən pasiyentlər klinik tədqiqatlara daxil edilməmişdir və dərman vasitəsinin bu pasiyentlərdə istifadəsi tövsiyə edilmir. Bu dərman vasitəsi, onun aktiv maddəsinə və ya köməkçi maddəsinə (excipient) qarşı həssaslığı olan pasiyentlərdə istifadə edilməməlidir. Erektil disfunksiyanın müalicəsində bu dərman vasitəsinin digər müalicə vasitələri ilə kombinasiyasının təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Pasiyentlərə bu dərman vasitəsini bu tip kombinasiyalar şəklində qəbul etməmələri barədə məlumat verilməlidir. Bu dərman vasitəsinin tərkibində laktoza vardır. Nadir irsi problemlər sayılan qalaktoza intolerantlığı, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir. PDE5 inhibitorlarının qarşılıqlı təsirindən asılı olmayaraq, qeyri-arterial ön işemik optik neyropatiyası (QAİON) olan pasiyentlər üçün əks göstəriş hesab edilir. PDE5 inhibitorlarının, o cümlədən Tadalafilin, quanilat siklaz stimulyatorları, məsələn, riosiquat ilə birgə tətbiqi, simptomatik hipotenziyaya səbəb ola biləcəyi üçün əks göstəriş hesab edilir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəbərdarlıq Erektil disfunksiya və PXH-nın qiymətləndirilməsinə əsas potensial səbəbi müəyyən etmək məqsədilə aparılan müvafiq tibbi dəyərləndirmə və eləcə də müalicə variantları daxil olmalıdır. Bu dərman vasitəsini təyin etməzdən əvvəl aşağıda qeyd edilənlərə diqqət yetirmək vacibdir. Cinsi fəaliyyətlə əlaqəli ürək riski mövcud olduğu üçün müalicə həkimi pasiyentlərinin ürək- damar sisteminin vəziyyətini nəzərə almalıdır. Buna görə də, bu dərman vasitəsinin daxil olduğu erektil disfunksiyanın müalicəsi kardiovaskulyar status səbəbindən cinsi fəaliyyətin tövsiyə edilmədiyi kişilərdə tətbiq edilməməlidir. Cinsi fəaliyyətə başladıqdan sonra simptomların meydana gəldiyi pasiyentlərə növbəti cinsi fəaliyyətdən çəkinmək və təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur. Bu tərkibə dair 4 saatdan çox uzanan ereksiyalar və priapizm (müddəti 6 saatdan çox olan ağrılı ereksiyalar) halları haqqında nadir məlumatlar mövcuddur. Priapizm, dərhal müalicə edilməsə, erektil toxumaya geridönməz zərər vura bilər. 4 saatdan çox davam edən bir ereksiya keçirən xəstələr, ağrılı olub-olmamasından asılı olmayaraq təcili tibbi yardım almalıdır. Bu dərman vasitəsini qəbul etməzdən əvvəl, qəbulu zamanı və ya qəbulundan sonra, hər hansı formalı nitrat və ya NO donor (nitroqliserin, amil nitrat, izosorbid nitrat) qəbul edərkən hipotenziv təsir güclənir və qan təzyiqi yüksəlir. Həkimlər, bu dərman vasitəsini təyin etməzdən əvvəl nitrat və ya NO donorlarını təyin etmədiklərindən əmin olmalıdırlar və bu dərman vasitəsinin qəbulu zamanı və qəbulundan sonra nitrat və NO donorlarını təyin etməməyə diqqət yetirməlidirlər. Miokard infarktı, qəfil ürək ölümü, qeyri-stabil stenokardiya, ventrikulyar aritmiya, insult, tranzitor işemik həmlə, döş qəfəsində ağrı, palpitasiya və taxikardiyanın daxil olduğu ciddi kardiovaskulyar hallar həm postmarketinq, həm də klinik sınaqlar zamanı qeydə alınmışdır. Bu halların qeyd edildiyi pasiyentlərin əksəriyyəti əvvəlcədən mövcud olan kardiovaskulyar risk amillərinə malik olmuşlar. Lakin bu hadisələrin birbaşa bu risk faktorları, bu dərman vasitəsi, cinsi fəaliyyət və ya bu və ya digər amillərin birləşməsi ilə əlaqəli olub-olmadığını qəti şəkildə müəyyən etmək mümkün deyildir. Dişi və erkək siçovulların fertilliyində pozğunluq müşahidə edilməmişdir. 6-12 ay ərzində hər gün 25 mq/kq/gün (nəticədə vahid 20 mq doza verilən insanlarda görüləndən ən az 3 qat daha çox təsir [3.7-18.6]) və daha yüksək dozada Tadalafil qəbul edən bəzi itlərdə spermatogenez səviyyəsinin azalması ilə nəticələnən toxumçıxarıcı kanal epitelisinin reqressiyası müşahidə edilmişdir. Bu dərman vasitəsinin gündəlik 10 mq (bir 6 aylıq tədqiqat) və 20 mq (bir 6 aylıq və bir 9 aylıq tədqiqat) şəklində qəbul edilməsinin spermatogenezə potensial təsirinin qiymətləndirilməsi məqsədilə kişilər üzərində üç tədqiqat aparılmışdır. Bu tədqiqatların ikisində tadalafil müalicəsi ilə əlaqəli olaraq spermanın sayında və konsentrasiyada çox az klinik əhəmiyyətli azalma müşahidə edilmişdir. Bu təsirlərin hərəkətlilik, morfologiya və FSH kimi digər parametrlərdəki dəyişiklərlə əlaqəsi qeydə alınmamışdır. Sol ventrikulyar çıxışın obstruksiyasının qeydə alındığı pasiyentlər (məs. aorta stenozu və idiopatik hipertrofik subaortik stenoz) FDE5 inhibitorlarının daxil olduğu vazodilatorların təsirinə qarşı həssas ola bilər. Xüsusi xəbərdarlıq Bu dərman vasitəsi priapizmə (oraq hüceyrəli anemiya, çoxsaylı mieloma və ya leykemiya kimi) təşviq edən hallara malik və ya kişi cinsiyyət üzvünün anatomik deformasiyasına (anqulyasiya, fibroz- kavernoz və ya Peyroni xəstəliyi) malik pasiyentlərdə ehtiyatla tətbiq edilməlidir. Tadalafilin təsirinin artmasının (AUC), məhdud klinik təcrübə və dializ yolu ilə klirensə təsir etmək imkanının olmaması səbəbindən kreatinin klirensi 30 ml / dəq-dən az olan pasiyentlərdə bu dərman vasitəsi gündəlik istifadə üçün tövsiyə edilmir. Orta dərəcəli böyrək çatışmazlığı olan PXH xəstələri barəsində məhdud klinik məlumatlar mövcuddur. Bu səbəblə də bu dərman vasitəsi bu pasiyentlərdə ehtiyatla tətbiq edilməlidir. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə bu dərman vasitəsinin tək dozalı tətbiqinin təhlükəsizliyi barəsində məhdud klinik məlumatlar mövcuddur (Çayld-Pyu təsnifatı üzrə C sinifi). Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə bu dərman vasitəsinin dozası 10 mq-ı keçməməlidir. Gündə bir dəfə tətbiqinin qiymətləndirilməsi qaraciyər çatışmazlığı olan pasiyentlərdə aparılmamışdır. Bu dərman vasitəsinin təyin edildiyi halda müalicə həkimi tərəfindən fərdi fayda/risk qiymətləndirilməsi həyata keçirilməlidir. Müalicə həkimi alfa blokatorların və antihipertenziv dərman maddələrinin qan təzyiqini aşağı salma təsirini artırmasında bu dərman vasitəsinin potensialı barəsində pasiyentlə müzakirə etməlidir. FDE5 inhibitorlarının alfa-blokatorlarla birlikdə tətbiq edilməsi zamanı diqqətli olmaq tövsiyə edilir. FDE5 inhibitorları, o cümlədən bu dərman vasitəsi və alfa-adrenergik blokator maddələrinin hər biri qan təzyiqinin aşağı salınması təsirilə birlikdə vazodilator təsirə də malik olur. Vazodilatorların birgə istifadəsinin qan təzyiqinə əlavə təsir göstərməsi gözlənə bilər. Bəzi xəstələrdə bu iki dərman sinfinin birgə istifadəsi qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bilər və bu da öz növbəsində simptomatik hipotenziyaya səbəb ola bilər (məs. huşunu itirmə). Aşağıdakılara fikir verilməlidir. (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). FDE5 inhibitorunu başlamazdan əvvəl xəstələr alfa-blokator terapiyasında stabillik göstərməlidirlər. Yalnız alfa-blokator terapiyasına hemodinamik qeyri-stabillik nümayiş etdirən pasiyentlər, FDE5 inhibitorlarının eyni vaxtda istifadəsi zamanı simptomatik hipotenziyanın artmış riskinə malik olurlar. Alfa-blokator terapiyasında stabil olan həmin pasiyentlərdə FDE5 inhibitorlarının tətbiqinə ən aşağı tövsiyə edilən dozada başlanılmalıdır. Əvvəlcədən FDE5 inhibitorunun optimal dozasını qəbul edən xəstələrdə alfa-blokator terapiyası ən aşağı dozada başlanmalıdır. Alfa-blokatorun dozasının addım-addım artırılması FDE5 inhibitorunu qəbul edərkən qan təzyiqinin daha da aşağı səviyyəyə düşməsi ilə əlaqələndirilə bilər. FDE5 inhibitorlarının və alfa-blokatorların kombinə olunmuş istifadəsinin təhlükəsizliyinə digər dəyişənlərin, o cümlədən damardaxili həcmin tükənməsi və digər antihipertenziv dərmanlar təsir göstərə bilər. 1. PXH Alfa-blokatorun və bu dərman vasitəsinin PXH-nın müalicəsində birgə istifadəsinin effekti adekvat şəkildə araşdırılmamışdır və arterial təzyiqin aşağı düşməsinə təsir edən kombinasiyanın tətbiqinin potensial vazodilator effekti səbəbilə, bu dərman vasitəsilə alfa-blokatorların kombinasiyası PXH xəstələrində tövsiyə edilmir. PXH üçün alfa-blokator terapiyası alan pasiyentlər, PXH-nın müalicəsində gündə bir dəfə olmaqla tətbiq edilən bu dərman vasitəsinin istifadəsindən ən azı bir gün əvvəl alfa- blokator qəbulunu dayandırmalıdırlar. 2. Bu dərman vasitəsini güclü CYP3A4 inhibitorları (ritonavir, saquinavir, ketokonazol, itrakonazol və eritromisin) istifadə edən pasiyentlərə təyin edərkən diqqətli olmaq lazımdır, çünki dərman vasitələrinin birləşdirildiyi təqdirdə Tadalafilin təsirinin (AUC) artdığı müşahidə edilmişdir. (Nəzər yetirin ‘6. Dərman vasitələrinin qarşılıqlı təsiri). Əlavə olaraq güclü CYP3A4 inhibitorları qəbul edən pasiyentlər üçün bu dərman vasitəsinin tövsiyə edilən günlük maksimal dozası 10 mq təşkil edir (hər 72 saatda bir dəfədən çox olmayaraq). 3. Bu dərman vasitəsinin çanaq əməliyyatı və ya qeyri-sinir qoruyucu radikal prostatektomiya keçirtmiş pasiyentlərdə effektivliyi barəsində məlumat mövcud deyildir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair tədqiqatlar aşağıda göstərildiyi kimi 10 mq və ya 20 mq Tadalafil ilə aparılmışdır. Yalnız 10 mq Tadalafil dozasının istifadə edildiyi qarşılıqlı tədqiqatlara gəldikdə, daha yüksək dozalarda meydana gələn klinik əhəmiyyətli qarşılıqlı təsirlər tamamilə istisna edilə bilməz. Digər maddələrin tadalafilə təsiri – Tadalafil əsasən CYP3A4 ilə metabolizə olunur. CYP3A4-nin selektiv və güclü inhibitoru olan Ketokonazol (gündə 400 mq), tək Tadalafilin 20mq göstəricilərinə nisbətdə Tadalafilin 20mq tək dozalı təsirini (AUC) 312%, Cmax-ı isə 22% artırmışdır. Ketokonazol (gündə 200 mq), tək Tadalafilin 10mq göstəricilərinə nisbətdə Tadalafilin 10mq tək dozalı təsirini (AUC) 107%, Cmax-ı isə 15% artırmışdır. – Digər CYP3A4 inhibitorları, məsələn, eritromisin, itrakonazol və qreypfrut şirəsi Tadalafilin təsirini artıra bilir. – Ritonavir (gündə iki dəfə 200 mq), Tadalafil 20mq tək dozalı təsirini tək Tadalafilin 20mq göstəricilərinə nisbətdə (AUC) 124% artırmış, lakin Cmax-da dəyişikliyə səbəb olmamışdır. – Spesifik qarşılıqlı təsiri öyrənilməmiş olsa da, bu dərman vasitəsini güclü CYP3A4 inhibitorlarını (ritonavir, saquinavir, ketokonazol, itrakonazol və eritromisin) qəbul edən pasiyentlərə təyin etdikdə ehtiyatlı olmaq lazımdır, çünki bu dərman vasitələrinin kombinasiyası zamanı Tadalafilin təsirinin (AUC) artmasına təsadüf edilən hallara rast gəlinmişdir. – CYP3A4 induktoru olan rifampisin, Tadalafilin təsirini (AUC) tək Tadalafilin 10mq göstəricilərinə nisbətdə 88% azaltmışdır. Bu azaldılmış təsirin Tadalafilin təsirini azaltmasını gözləmək olar; təsirin azaldılmasının miqyası məlum deyildir. Fenobarbital, fenitoin və karbamazepin kimi CYP3A4-nin digər induktorları da Tadalafilin plazmada konsentrasiyasını azalda bilir. – Tadalafilin dispozisiyasında transporterlərin (məsələn, p-glikoprotein) rolu məlum deyil. Buna görə də, transporterlərin inhibisiyası ilə dərmanların qarşılıqlı təsir ehtimalı mövcuddur. – Antasidin (maqnezium hidroksidi / alüminium hidroksidi) və Tadalafilin eyni vaxtda tətbiqi, Tadalafilin təsirində (AUC) dəyişiklik yaratmadan, absorbsiya sürətini aşkar şəkildə artırmışdır. Tadalafilin digər dərman məhsullarına təsiri – Klinik tədqiqatlarda, Tadalafilin (5, 10 və 20 mq) nitratların hipotenziv təsirini artırdığı göstərilir. Buna görə, üzvi nitratın hər hansı bir formasını istifadə edən xəstələrə bu dərmanın tətbiqi əks göstəriş hesab edilir. (Nəzər yetirin ‘1. Xəbərdarlıq’ və ‘2. Əks göstərişlər’.). 50 subyektin 7 gün ərzində 20 mq Tadalafil və müxtəlif dövrlərdə 0,4 mq sublinqual nitroqliserin qəbul etdiyi bir klinik araşdırmanın nəticələrinə əsasən, bu qarşılıqlı əlaqə 24 saatdan çox davam etmiş və sonuncu Tadalafil dozasından sonra 48 saat keçdikdən sonra təyin edilə bilinməmişdir. Beləki, nitrat təyininin həyati vacib vəziyyətlərdə tibbi olaraq zəruri hesab edildiyi hallarda bu dərman vasitəsinin hər hansı bir dozası (2.5mq – 20 mq) təyin edilmiş pasiyentlərdə nitratın tətbiqi anında bu dərman vasitəsinin sonuncu dəfə qəbulundan ən azı 48 saat keçməlidir. Bu vəziyyətdə nitrat yalnız müvafiq hemodinamik monitorinq ilə yaxın tibbi nəzarət altında tətbiq edilməlidir. – Tadalafilin CYP450 izoformları ilə metabolizə olunan dərman vasitələrinin təmizlənməsinə klinik cəhətdən maneə törətməsi və ya induksiyasına səbəb olması gözlənilmir. Tadalafilin CYP3A4, CYP1A2, CYP2D6, CYP2E1, CYP2C9 və CYP2C19 daxil olmaqla CYP450 izoformlarını inhibə və induksiya etmədiyi klinik tədqiqatlarda təsdiq olunmuşdur. – Tadalafil (10 mq və 20 mq) S-varfarin və ya R-varfarinin (substrat CYP2C9) təsir qabiliyyətinə (AUC) klinik əhəmiyyətli təsir göstərməmiş, eləcə də varfarin tərəfindən induksiya edilmiş protrombin müddətinin dəyişilməsinə də təsir göstərməmişdir. – Tadalafil (10 mq və 20 mq), asetilsalisil turşusunun səbəb olduğu qanama müddətinin artmasına təsir göstərməmişdir. – Klinik farmakoloji tədqiqatlarda Tadalafilin antihipertenziv dərman vasitələrinin hipotenziv təsirini artırması qabiliyyəti araşdırılmışdır. Kalsium-kanal blokatorları (amlodipin), angiotenzin çevirici ferment (ACE) inhibitorları (enalapril), beta-adrenergik reseptor blokatorları (metoprolol), tiazid diuretikləri (bendrofluazid) və angiotenzin II reseptor blokatorlarının (müxtəlif növlər və dozalar, tək və ya tiazidlər, kalsium-kanal blokatorları, beta-blokatorlar və / və ya alfa-blokatorlarla birlikdə) daxil olduğu antihipertenziv dərman vasitələrindən ibarət böyük bir qrup tədqiq edildi. Tadalafil (20 mq dozanın tətbiq olunduğu angiotenzin II reseptor blokatorları və amlodipin ilə aparılan tədqiqatlardan başqa (10 mq)) bu siniflərə daxil olan dərman maddəsinin heç biri ilə klinik cəhətdən əhəmiyyətli bir qarşılıqlı əlaqəyə girməmişdir. – Digər bir klinik farmakoloji tədqiqatda Tadalafil (20 mq) antihipertenzivlərin 4-ə qədər sinifi ilə birlikdə tədqiq edilmişdir. Çox sayda antihipertenziv dərman qəbul edən subyektlərdə ambulator-qan təzyiqi dəyişikliklərinin qan təzyiqinin nə dərəcədə idarə edilmədiyilə əlaqədar olduğu ortaya çıxdı. Bununla əlaqədar olaraq, qan təzyiqinə yaxşı nəzarət edilən tədqiqat subyektlərində reduksiya minimal olmuş və sağlam subyektlərdə müşahidə edilənlə eynilik təşkil etmişdir. – Qan təzyiqinə nəzarət edilməyən tədqiqat subyektlərində reduksiya daha çox olmuşdur, lakin buna baxmayaraq, bu azalma əksər subyektlərdə hipotenziv simptomlarla əlaqəli olmamışdır. Eyni zamanda antihipertenziv dərman preparatları qəbul edən xəstələrdə Tadalafil 20 mq qan təzyiqinin azalmasına səbəb ola bilər, hansı ki buna (alfa-blokatorlar istisna olmaqla – yuxarıda baxın) ümumiyyətlə az təsadüf edilir və klinik baxımdan xüsusi əhəmiyyət kəsb etmir. Analiz mərhələsində 3 klinik sınaq məlumatları Tadalafili antihipertenziv dərman vasitələri ilə birlikdə və ya onlarsız qəbul edən pasiyentlərdə müşahidə edilən əks təsirlərdə hər hansı bir fərqin olmadığını göstərdi. Buna baxmayaraq, xəstələrə antihipertenziv dərman məhsulları ilə müalicə edildikləri zaman qan təzyiqinin mümkün azalması riski ilə əlaqədar olaraq müvafiq klinik tövsiyələr verilməlidir. – Doksazosin (gündə 4 və 8mq) və Tadalafilin (gündəlik doza 5mq və tək doza şəklində 20mq) birgə qəbulu, bu alfa-blokatorunun qan təzyiqini aşağı salma təsirini əhəmiyyətli dərəcədə artırır. Bu təsir ən azı on iki saat davam edir və sinkop da daxil olmaqla simptomatik ola bilir. Buna görə bu birləşmə tövsiyə edilmir. – Məhdud sayda sağlam könüllülər üzərində aparılan qarşılıqlı təsir araşdırmalarında bu təsirlər alfuzosin və ya tamsulosinlə qeydə alınmadı. Buna baxmayaraq, Tadalafil istifadə edərkən hər hansı bir alfa blokatorlarla müalicə olunan xəstələrdə, xüsusilə yaşlılarda ehtiyatlı olmaq lazımdır. Müalicəyə minimum dozada başlanmalı və doza tədricən artırılmalıdır. – Tadalafil (10 mq və ya 20 mq) ilə birlikdə qəbul edildikdə alkoqolun konsentrasiyasında (qanda maksimum konsentrasiyası 0.08%) dəyişiklik müşahidə edilməmişdir. Bundan əlavə, Tadalafilin konsentrasiyasında spirtlə birgə tətbiq edildikdən 3 saat sonra heç bir dəyişiklik müşahidə edilməmişdir. Alkoqol, alkoqolun absorbsiya sürətini maksimum dərəcədə artırmaq məqsədilə tətbiq edilmişdir (bütün gecə qidalanmadan alkoqol qəbulundan 2 saat sonraya qədər ac qalmaq). Tadalafil (20mq) alkoqol (80 kq kişidə 0.7q / kq və ya təxminən 180ml 40% spirt [araq]) tərəfindən ortalama qan təzyiqinin azalmasına təsir göstərməmiş, lakin bəzi subyektlərdə postural başgicəllənmə və ortostatik hipotenziya müşahidə edilmişdir. Tadalafil, alkoqolun aşağı dozaları ilə qəbul edildikdə (0.6g / kq), hipotenziya müşahidə edilməmiş, başgicəllənmə isə tək spirtin qəbulu zamanı müşahidə edilən tezlikdə baş vermişdir. Alkoqolun koqnitiv funksiyaya göstərdiyi təsirdə Tadalafil (10 mq) tərəfindən artım müşahidə edilməmişdir. – Antidiabetik dərman məhsulları ilə spesifik qarşılıqlı əlaqələri üzərində tədqiqatlar aparılmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
1) Bu dərman qadınlar, yenidoğulmuşlar və uşaq xəstələri tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır. 2) İnsan südündə Tadalafil və / və ya metabolitlərin olması, ana südü ilə qidalanan uşağa təsiri və ya süd istehsalına təsiri haqqında məlumat mövcud deyildir. Tadalafil və / və ya onun metabolitləri, laktasiya dövründə siçovulların südündə plazmadakı ilə müqayisədə təxminən 2,4 qat konsentrasiyada mövcud olmuşdur. 3) Gündə 1000mq/kq Tadalafil qəbul edən siçovullarda və ya siçanlarda teratogenlik, embriotoksiklik və ya fermentotoksikliyə dair heç bir məlumat əldə edilməmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərn idarəetmə qabiliyyətinə təsiri Bu dərman vasitəsi, nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə əhəmiyyətsiz təsirə malikdir. Buna baxmayaraq, klinik tədqiqatlarda Tadalafil və plasebo qəbul edən müəyyən qrup pasiyentlərdə başgicəllənmənin qeydə alınma tezliyi yaxın olmuşdur. Bu səbəblə də nəqliyyat vasitəsini və ya hər hansı bir mexanizmi idarə etməzdən əvvəl pasiyentlər bu dərman vasitəsinə qarşı necə reaksiya göstərdiklərini bilməlidirlər
İstifadə qaydası və dozası
Tabletlər bölünməməli, doza tam şəkildə qəbul edilməlidir. Erektil Disfunksiya Yetkin kişilərdə Tadalafilin maksimal qəbulunun (məs. ən azı həftədə iki dəfə) nəzərdə tutulduğu xəstələr üçün tövsiyə edilən doza, günün təxminən eyni vaxtında olmaqla gündə bir dəfə 5 mq şəklindədir. Gündəlik rejimin davam edilməsinin məqsədə uyğunluğu dövri olaraq yenidən qiymətləndirilməlidir. Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı istifadə Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, hər gün təxminən eyni vaxtda qəbul etməklə 5 mq şəklindədir. Erektil disfunksiya və prostat vəzin xoşxassəli hiperplaziyası zamanı istifadə Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, cinsi fəaliyyət vaxtının planlaşdırılması nəzərə alınmadan, hər gün təxminən eyni vaxtda qəbul etməklə 5 mq şəklindədir. Xüsusi populyasiyalar Yaşlı kişilər: Yaşlı pasiyentlərdə doza tənzimlənməsi tələb olunmur Böyrək çatışmazlığı olan kişilər: Yüngül və orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə doza tənzimlənməsi tələb olunmur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə gündəlik bir dəfə dozası tövsiyə edilmir. Qaraciyər çatışmazlığı olan kişilər: Qaraciyər çatışmazlığı olan pasiyentlərdə həm erektil disfunksiya, həm də prostat vəzin hiperplaziyası üçün gündə bir dəfə dozanın qiymətləndirilməsi aparılmamışdır; bu səbəblə də təyin edildiyi halda, təyin edən həkim tərəfindən fərdi fayda/ risk qiymətləndirilməsi həyata keçirilməlidir. Diabetli kişilər: Diabetli pasiyentlərdə doza tənzimlənməsi tələb edilmir. Pediatrik istifadə: Bu dərman vasitəsi 18 yaşdan kiçik insanlar tərəfindən qəbul edilməməlidir.
Əlavə təsirləri
Klinik sınaqlardan əldə edilən təcrübə: Klinik sınaqlar çox fərqli şəraitdə keçirildiyi üçün bir dərmanın klinik sınaqlarında müşahidə olunan mənfi reaksiya dərəcələri birbaşa başqa bir dərmanın klinik sınaqlarında nisbətlə müqayisə edilə bilməz və praktikada müşahidə olunan nisbətləri əks etdirə bilməz. Tadalafil, dünyada aparılan klinik araşdırmalar zamanı 9000-dən çox kişiyə təyin edilmişdir. Dərmanın gündə bir dəfə şəklində istifadə edildiyi sınaqlarda cəmi 1, 434, 905 və 115 nəfər, ən azı müvafiq olaraq 6 ay, 1 il və 2 il müddətində müalicə edilmişdir. Dərman vasitəsinə ehtiyac duyulduğu hallar olmaqla 1,300 və 1,000 subyekt, müvafiq olaraq ən azı 6 ay və 1 il müddətində müalicə edilmişdir. ED üçün ehtiyac duyulduğu təqdirdə istifadə edilən tadalafil 12 həftə davametmə müddəti olan səkkiz əsas plasebo nəzarətli klinik tədqiqatlarda orta yaş həddi 59 (22 ilə 88 arasında dəyişir) olmuş və Tadalafilin 10 və ya 20 mq şəklində təyin edildiyi xəstələrdə əlavə təsir səbəbilə qəbulun dayandırılması faizi, plasebo müalicəsi alan xəstələrdə 1,4% ilə müqayisədə 3,1% təşkil etmişdir. Plasebo nəzarətində aparılan klinik sınaqlarda tövsiyə olunduğu şəkildə tətbiq edildikdə bu dərman vasitəsini lazım olduqda istifadə etmək üçün aşağıdakı əlavə təsirlər diqqətə çatdırılır (Cədvəl 1): Əlavə təsirlər Plasebo Tadalafil 5mq Tadalafil 10mq Tadalafil 20mq (N=476) (N=151) (N=394) (N=635) Baş ağrısı 5% 11% 11% 15% Dispepsiya 1% 4% 8% 10% Kürək ağrısı 3% 3% 5% 6% Mialgiya 1% 1% 4% 3% Burun tutulması 1% 2% 3% 3% Qızartı* 1% 2% 3% 3% Ətraflarda ağrı 1% 1% 3% 3% Cədvəl 1: Tadalafil (10 və ya 20 mq) müalicəsi alan ≥2% Pasiyent tərəfindən bildirilən və ED üçün ehtiyac duyulduğu təqdirdə istifadə edilən tadalafil üçün aparilan səkkiz əsas plasebo nəzarətli klinik tədqiqatlarla (o cümlədən diabetli pasiyentlər üzərində aparilan tədqiqatlar) müqayisədə dərman müalicəsində daha tez-tez rast gəlinən müalicədən qaynaqlanan əlavə təsirlər. * Qızartı ifadəsinə aid edilir: üzün qızarması və mialgiya ED zamanı gündə bir dəfə istifadə üçün tadalafil 12-24 həftə davametmə müddəti olan üç plasebo nəzarətli tədqiqatda orta yaş həddi 58 (21 ilə 82 arasında dəyişir) olmuşdur və Tadalafillə müalicə olunan pasiyentlərdə dərmanın əlavə təsirlər səbəbilə dayandırılması faizi, plasebo müalicəsi alan xəstələrdə 2.8% ilə müqayisədə 4.1 % təşkil etmişdir. 12 həftə davam edən klinik tədqiqatda aşağıdakı əlavə təsirlər qeydə alınmışdır (Cədvəl 2-yə nəzər yetirin): Əlavə təsirlər Plasebo Tadalafil 2.5mq Tadalafil 5mq (N=248) (N=196) (N=304) Baş ağrısı 5% 3% 6% Dispepsiya 2% 4% 5% Nazofaringit 4% 4% 3% Kürək ağrısı 1% 3% 3% Yuxarı tənəffüs yollarının infeksiyası 1% 3% 3% Qızartı 1% 1% 3% Mialgiya 1% 2% 2% Öskürək 0% 4% 2% İshal 0% 1% 2% Burun tutulması 0% 2% 2% Ətraflarda ağrı 0% 1% 2% Sidik yolunun infeksiyası 0% 2% 0% Qastroezofaqeal reflüks xəstəliyi 0% 2% 1% Qarın ağrısı 0% 2% 1% Cədvəl 2: Gündə bir dəfə üçün nəzərdə tutulmuş Tadalafillə (2.5 və ya 5 mq) müalicə olunan ≥2% pasiyentlər tərəfindən bildirilən və ED üçün gündə bir dəfə istifadə edilən Tadalafil üçün aparılan üç əsas plasebo nəzarətli fazadan ibarət olan müalicənin 12 həftə davam etdiyi 3 tədqiqatın aparıldığı (o cümlədən Diabetli pasiyentlər üzərində aparılan tədqiqatlar) Plasebo ilə müqayisədə dərman müalicəsində daha tez-tez rast gəlinən və müalicədən qaynaqlanan əlavə təsirlər Aşağıda qeyd edilən əlavə təsirlər (Cədvəl 3-ə nəzər yetirin), 24 həftəlik müalicə müddətinə malik bir plasebo nəzarətli klinik tədqiqat zamanı qeydə alınmışdır: Əlavə təsirlər Tadalafil 2,5mq Tadalafil 5mq Plasebo (N=94) (N=96) (N=97) Nazofaringit 5% 6% 6% Qastroenterit 2% 3% 5% Kürək ağrısı 3% 5% 2% Yuxarı tənəffüs yolunun 0% 3% 4% infeksiyası Dispepsiya 1% 4% 1% Qastroezofaqeal reflüks xəstəliyi 0% 3% 2% Mialgiya 2% 4% 1% Hipertenziya 0% 1% 3% Burun tutulması 0% 0% 4% Cədvəl 3: Gündə bir dəfə istifadə ilə tadalafil (2.5 və ya 5 mq) müalicəsi alan ≥2% pasiyent tərəfindən bildirilən və ed üçün gündə bir dəfə istifadə edilən tadalafil üçün aparilan 24 həftəlik davametmə müddətinə malik bir plasebo nəzarətli klinik tədqiqatla müqayisədə dərman müalicəsində daha tez-tez rast gəlinən müalicədən qaynaqlanan əlavə təsirlər. PXH və ED və PXH zamanı gündə bir dəfə istifadə üçün tadalafil 12 həftəlik davametmə müddəti olan üç plasebo nəzarətli klinik tədqiqatda PXH olan iki pasiyent və ED və PXH olan bir pasiyentin orta yaş həddi 63 olmuş (44 ilə 93 arasında dəyişir) və Tadalafillə müalicə olunan paiyentlərdə dərmanın əlavə təsirlər səbəbilə dayandırılması faizi, plasebo müalicəsi alan xəstələrdə 1.6% ilə müqayisədə 3.6 % təşkil etmişdir. Tadalafil müalicəsi alan ən azı 2 pasiyentdə dərman qəbulunun dayandırılmasına səbəb olan əlavə təsirlərə baş ağrısı, yuxarı qarın nahiyəsində ağrı və mialgiya aid edilmişdir. Aşağıdakı əlavə təsirlər qeydə alınmışdır (Cədvəl 4-ə nəzər yetirin). Əlavə təsirlər Plasebo Tadalafil 5mq (N=576) (N=581) Baş ağrısı 2.3% 4.1% Dispepsiya 0.2% 2.4% Kürək ağrısı 1.4% 2.4% Nazofaringit 1.6% 2.1% İshal 1.0% 1.4% Ətraflarda ağrı 0.0% 1.4% Mialgiya 0.3% 1.2% Başgicəllənmə 0.5% 1.0% Cədvəl 4: Gündə bir dəfə istifadə ilə tadalafil (5 mq) müalicəsi alan ≥1% pasiyent tərəfindən bildirilən və gündə bir dəfə istifadə edilən Tadalafil üçün aparilan 12 həftəlik davametmə müddətinə malik PXH üçün iki, ED və PXH üçün isə bir tədqiqatin daxil olduğu 3 plasebo nəzarətli klinik tədqiqatla müqayisədə dərman müalicəsində daha tez-tez rast gəlinən müalicədən qaynaqlanan əlavə təsirlər. Əlavə olaraq, PXH və ya ED və PXH zamanı Tadalafil tabletlərinin tətbiq edildiyi nəzarətli klinik tədqiqatlarda daha az hallarda (<1%) qeydə alınan əlavə təsirlər: qastroezofaqeal reflüks xəstəliyi, yuxarı qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, artralgiya və əzələ spazmları. Kürək ağrısı və ya mialgiya 1-dən 4-ə qədər Cədvəllərdə rast gəlmə tezliyinə müvafiq ardıcıllıqda qeyd edilmişdir. Tadalafilin klinik farmakoloji tədqiqatlarında kürək ağrısı və ya mialgiya adətən dərman qəbulundan 12-24 saat sonra meydana gəlmiş və səciyyəvi şəkildə 48 saat ərzində aradan qalxmışdır. Tadalafil müalicəsilə əlaqədar olaraq meydana gələn kürək ağrısı/mialgiya, diffuz bilateral aşağı bel, qluteal, bud və ya torakolumbar əzələlərdə müşahidə edilən diskomfort hissi ilə xarakterizə edilmiş və uzanıqlıq vəziyyətində şiddətlənmişdir. Ümumilikdə, ağrının dərəcəsi yüngül və ya orta olaraq qeyd edilmiş və dərman müalicəsinə ehtiyac duyulmadan aradan qalxmışdır, şiddətli kürək ağrısı isə az hallarda qeydə alınmışdır (bütün qeydlərin <5% -i). Dərman müalicəsinə zərurət yarandıqda asetaminofen və ya qeyri- steroid iltihab əleyhinə dərman maddələri ümumilikdə effektiv olmuşdur; lakin müalicənin zəruri olduğu az miqdar subyektlərdə yüngül narkotik (məs. kodein) maddədən istifadə edilmişdir. Ümumilikdə, tələbə uyğun bu dərman vasitəsi ilə müalicə edilən subyektlərin təqribən 0,5% -i, bel ağrısı/mialgiya səbəbindən müalicəni dayandırmışdır. Bir il müddətində aparılan açıq-etiketli tədqiqatlarda kürək ağrısı və mialgiya müvafiq olaraq 5,5% və 1, 3% pasiyentlərdə qeydə alınmışdır. İltihabi, əzələ zədələnməsi və ya böyrək xəsarətinin ölçü vahidinin daxil olduğu diaqnostik testlər, dərmandan qaynaqlanan heç bir əhəmiyyətli patologiyanı aşkara çıxartmadı. ED, PXH və PXH/ED zamanı gündə bir dəfə istifadə edilən Tadalafil tableti, 2, 3 və 4-cü Cədvəllərdə təsvir edilmişdir. Tadalafil tabletinin gündə bir dəfə istifadə edildiyi tədqiqatlarda kürək ağrısı/mialgiya əlavə təsirləri bütün göstəricilər üzrə <1% dayandırılma dərəcəsi ilə ümumilikdə yüngül və orta dərəcəli olmuşdur. ED üçün Ehtiyac Duyulduğu Təqdirdə İstifadə edilən Tadalafil üçün aparılan Plasebo Nəzarətli Klinik Tədqiqatlarda ishal, Tadalafillə müalicə edilən 65 və daha yuxarı yaşlı xəstələrdə (pasiyentlərin 2,5 %-i) daha tez-tez qeydə alınmışdır. Tadalafil tabletinin istənilən dozası ilə aparılan tədqiqatlarda rəngli görmədə baş verən dəyişikliklər barəsində qeydlərə nadir hallarda rast gəlinmişdir (pasiyentlərin <0,1%-i). Aşağıdakı bölmədə Tadalafil tabletlərinin gündə bir dəfə istifadəsi və ya ehtiyaca uyğun istifadəsi ilə aparılan nəzarətli klinik tədqiqatlarda əlavə olaraq qeydə alınan az təsadüf edilən (<2%) hallar müəyyən edilmişdir. Bu halların Tadalafil tableti ilə səbəb-nəticə əlaqəsi qeyri- müəyyəndir. Kiçik, dərmanın tətbiqi ilə heç bir əsaslı əlaqəsi olmayan və haqqındakı məlumatın xüsusi məna kəsb etməsi üçün lazım olan dəqiqliyə malik olmadığı hallar, bu siyahıdan çıxarılmışdır: Bütün bədən: asteniya, üzdə ödəm, halsızlıq, ağrı, periferiyada ödem. Kardiovaskulyar: stenokardiya, döş qəfəsində ağrı, hipotenziya, miokard infarktı, postural hipotenziya, palpitasiya, sinkop, taxikardiya. Həzm: qaraciyər funksiyasını qiymətləndirən sınaqların anormal nəticələri, quru ağız, disfagiya, ezofagit, qastrit, GGTP artmış, sulu nəcis, ürəkbulanma, yuxarı qarın nahiyəsində ağrı, qusma, qastroezofaqeal reflüks xəstəliyi, hemorroidal hemorragiya, rektal hemorragiya Sümük-əzələ: artralgiya, boyun ağrısı Sinir: başgicəllənməsi, hipesteziya, insomniya, paresteziya, yuxusuzluq, vertiqo Böyrək və Sidik: böyrək çatışmazlığı Tənəffüs: dispnoye, epistaksis, faringit Dəri və əlavələri: prurit, səpmək, tərləmək Oftalmologiya: bulanıq görmə, rəngli görmədə dəyişikliklər, konyuktivit (o cümlədən konyuktival hiperemiya), göz ağrısı, lakrimasiyanın artması, göz qapaqlarının şişməsi Otologiya: eşitmənin qəfil azalması və ya itməsi, tinnitus Sidik-cinsiyyət: ereksiyanın artması, spontan penis ereksiyası Postmarketinq təcrübəsi Tadalafil tabletinin təsdiqlənmə sonrası istifadəsi zamanı aşağıdakı mənfi reaksiyalar müəyyən edilmişdir. Bu reaksiyalar qeyri-müəyyən miqdarda könüllülərdən ibarət bir populyasiyadan əldə edildiyi üçün onların rastgəlmə tezliyini etibarlı şəkildə qiymətləndirmək və ya dərmanların təsiri ilə səbəb-nəticə əlaqəsi yaratmaq həmişə mümkün olmur. Bu hadisələr ya ciddiliyinə, qeydə alınma tezliyinə, aydın alternativ səbəbin çatışmamasına və ya bu amillərin kombinasiyasına görə daxil edilmək üçün seçilmişdir. Kardiovaskulyar və Serebrovaskulyar: Ciddi kardiovaskulyar hallar, o cümlədən miokard infarktı, qəfil ürək ölümü, insult, döş qəfəsində ağrı, palpitasiya və taxikardiya tadalafil ilə birlikdə müvəqqəti olaraq istifadə zamanı postmarketinq təcrübəsi zamanı haqqında bildirilmişdir. Bu xəstələrin hamısı olmasa da əksəriyyəti əvvəlcədən kardiovaskulyar risk amillərinə malik olmuşlar. Bu hadisələrin bir çoxunun cinsi fəaliyyət əsnasında və ya bir müddət sonra baş verdiyi, bəzilərinin Tadalafil tabletinin cinsi fəaliyyət olmadan istifadəsindən qısa müddət sonra baş verdiyi bildirildi. Digərlərinin Tadalafil tabletinin istifadəsindən və cinsi fəaliyyətdən bir neçə saat və ya gün sonra baş verdiyi bildirildi. Bu hadisələrin birbaşa Tadalafil tableti ilə, cinsi fəaliyyətlə, xəstənin əsas ürək-damar xəstəlikləri, bu amillərin birləşməsi və ya digər amillərlə əlaqəli olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. (Nəzər yetirin’1. Xəbərdarlıq’.) Bütün bədən: hiperhəssaslıq reaksiyaları, o cümlədən urtikariya, Stevens-Johnson sindromu və eksfoliativ dermatit. Sinir: miqren, qıcolma və qıcolmanın residivləşməsi, tranzitor qlobal (tam) amneziya Oftalmologiya: görmə sahəsində qüsur, retinal venanın okluziyası, retinal arteriyanın okluziyası Qeyri-arterial ön işemik optik neyropatiya (QAİON), görmə qabiliyyətinin azalmasının səbəbi, o cümlədən görmə qabiliyyətinin qalıcı olaraq itməsi, FDE5 inhibitorlarının, o cümlədən Tadalafil tabletinin istifadəsi ilə müvəqqəti əlaqədar olaraq nadir hallarda postmarketinq təcrübəsi zamanı qeydə alınmışdır. Bu xəstələrin hamısı olmasa da əksəriyyəti QAİON-nun inkişafı üçün əsas anatomik və ya damar risk amillərinə malik olmuşlar, lakin bununla məhdudlaşmır: CDR (‘’dolu disk’’), yaşın 50- dən yuxarı olması, hipertenziya, ürəyin işemik xəstəliyi, hiperlipidemiya və siqaret çəkmək. [Nəzər yetirin ‘5. Ümumi Ehtiyat Tədbirləri]. Otoloji: Eşitmə qabiliyyətinin qəfil azalması və ya itməsi FDE5 inhibitorlarının, o cümlədən Tadalafil tabletinin istifadəsi ilə müvəqqəti əlaqədar olaraq nadir hallarda postmarketinq təcrübəsi zamanı qeydə alınmışdır. Bəzi hallarda sağlıq vəziyyətinin və digər amillərin də həmçinin otoloji əlavə təsirlərin meydana gəlməsində rol oynaya biləcəyi qeydə alınmışdır. Bir çox hallarda, tibbi nəzarət haqqında məlumatlar məhdud sayda olmuşdur. Bu qeyd edilən halların Tadalafil tableti, eşitmənin itməsinə səbəb olan xəstəlikdən qaynaqlanan əsas risk amilləri, bu amillərin kombinasiyası və ya digər amillərlə birbaşa əlaqəsini müəyyən etmək mümkün deyildir. Sidik-cinsiyyət: priapizm (Nəzər yetirin ‘1. Xəbərdarlıq’.) İmmunologiya: angioödem Plasebo ilə müqayisədə gündə bir dəfə Tadalafil ilə müalicə olunan xəstələrdə EKQ anormallıqlarının, ilk növbədə sinus bradikardiyasının bir qədər yüksək olduğu bildirildi. Bu EKQ anormallıqlarının əksəriyyəti əlavə təsirlərlə əlaqəli olmamışdır.
Doza həddinin aşılması
Sağlam pasiyentlərə 500 mq-dək tək dozalar, xəstələrə isə 100 mq-a qədər çoxlu gündəlik dozalar verilmişdir. Əlavə təsirlər aşağı dozada meydana gələnlərlə oxşarlıq təşkil etmişdir. Doza həddinin aşılması zamanı, lazım olduğu təqdirdə standart dəstəkləyici tədbirlər həyata keçirilməlidir. Hemodializ Tadalafilin eliminasiyasına əhəmiyyətli dərəcədə kömək edir.
Buraxılış forması
7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, rütibətdən qorumaq məqsədilə orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ILDONG PHARMACEUTICAL CO., LTD. Ünvan Head Office: 2, Baumoe-ro 27-gil, Seocho-gu, Seoul, Korea Factory: 25, Gongdan1-ro, Anseong-si, Gyeonggi-do, Korea. http://www.ildong.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.