TIROZOL 10 MG N50 TAB

Təsiredici maddə: THIAMAZOLE
Təsiredici maddəTHIAMAZOLE
Dərman formasıTablet
Farmakoloji təsirAntitireoid preparatlar. Tərkibində kükürd olan imidazol törəmələri. Tiamazol
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,36 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TİROZOL 5 mq; 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Thiamazole

Tərkibi

Tirozol 5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq tiamazol vardır. Köməkçi maddələr:susuz kolloidal silisium, natrium nişasta qlikolyatı (C tipi), maqnezium stearat, hipromelloza 2910/15, talk, tozabənzər sellüloza, qarğıdalı nişastası, laktoza monohidrat. Örtük: sarı dəmir oksidi (E 172), dimetikon 100, makroqol 400, titan dioksid (E 171), hipromelloza 2910/15. Tirozol 10 mq Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq tiamazol vardır Köməkçi maddələr: susuz kolloidal silisium, natrium nişasta qlikolyatı (C tipi), maqnezium stearat, hipromelloza 2910/15, talk, tozabənzər sellüloza, qarğıdalı nişastası, laktoza monohidrat. Örtük: sarı dəmir oksidi (E 172), qırmızı dəmir oksidi (E 172), dimetikon 100, makroqol 400, titan dioksid (E 171), hipromelloza 2910/15.

Təsviri

Tirozol 5 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, açıq sarı rəngli örtüyü, hər iki tərəfində sınma xətti olan tabletlərdir. Tirozol 10 mq Dairəvi formalı, hər iki tərəfi qabarıq, boz-narıncı rəngli örtüyü, hər iki tərəfində sınma xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Antitireoid preparatlar. Tərkibində kükürd olan imidazol törəmələri. Tiamazol. ATC kodu: H03BB02. Farmokoterapevtik xüsusiyyətləri Farmakodinamikası Tiamazol dozadan asılı şəkildə yodun tirozinə daxil olmasını və bununla da, qalxanabənzər vəzinin hormonlarının neosintezini inhibə edir. Bu xüsusiyyət, səbəbindən asılı olmayaraq, hipertireozun simptomatik terapiyasını aparmağa imkan verir. Hazırkı dövrdə tiamazolun immunoloji yaranan hipertireozun “təbii gedişi”nə təsirinin mümkün olması barədə dəqiq məlumat yoxdur (Qreyvs (Graves) xəstəliyi), daha doğrusu onun əsas immunopatogen prosesi zəiflətməsi barədə. O, qalxanabənzər vəzinin erkən sintez olunan hormonlarının ifrazına təsir etmir. Bu, müxtəlif hallarda tiroksinin və triyodtironinin zərdab konsentrasiyasının normallaşması əldə edilən ana qədər latent dövrün müxtəlif davametmə müddətini izah edir və beləliklə, klinik yaxşılaşmaya qədər. Qalxanabənzər vəzinin hüceyrələrinin dağılmasından sonra hormonun ifraz olmasının nəticəsi olan hipertireoza təsiri, məsələn, radioaktiv yodla terapiyadan və ya tireodit zamanı təsir etmir. Farmakokinetikası Tiamazol daxilə qəbulu zamanı tez və tamamilə sorulur. Plazmada maksimal konsentrasiyaya 0,4-1,2 saat ərzində çatır. Qan plazmasının zülalları ilə praktik olaraq birləşmir. Tiamazol qalxanabənzər vəzidə toplanıq ki, burada da, tədricən metabolizmə uğrayır. Zərdab konsentrasiyasının dəyişməsinə baxmayaraq, tiamazolun qalxanabənzər vəzidə toplanması bütün hallarda sabit konsentrasiyaya səbəb olur. Bu, bir dəfəlik dozanın qəbulundan sonra 24 saata qədər davamlı təsirə səbəb olur. Hazırkı dövrdə kinetikanın qalxanabənzər vəzinin funksional vəziyyətindən asılı olması aşkar edilməyib. Yarımxaricolma dövrü 3-6 saata qədər təşkil edir, qaraciyər çatışmazlığı zamanı artır. Tiamazolun metabolizmi böyrəklərdə və qaraciyərdə baş verir; nəcislə kiçik ekskresiyası müşahidə edilir ki, bu da, enterohepatik sirkulyasiyaya işarə edir. Maddənin 70%-i 24 saat ərzində böyrəklər vasitəsilə xaric olur. Yalnız az miqdar dəyişilməmiş şəkildə xaric olur. Hazırkı dövrdə metabolitlərinin farmakoloji aktivliyi üzrə məlumat yoxdur. Dozalarının təkrar istifadəsi barədə məlumat kifayət qədər deyil. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə farmakokinetikası üzrə məhdud məlumat vardır (“İstifadə qaydası və dozası” bölməsinə bax).

İstifadəsinə göstərişlər

Aşağıdakılar daxil olmaqla, hipertireozun müalicəsi: – hipertireozun konservativ müalicəsi, xüsusilə kiçik zob zamanı və ya zob olmadıqda; – hipertireozun bütün formalarında cərrahi əməliyyata hazırlıq; – radioaktiv yodla planlaşdırılmış müalicəyə hazırlıq, əsasən ağır formalı hipertireoz olan pasiyentlərdə; – radioaktiv yodla müalicədən sonra dövri müalicə; – yodla müalicə vacib olan gizli (latent) hipertireozlu, avtonom adenomalı və ya anamnezində hipertireoz olan pasiyentlərdə profilaktik müalicə (məsələn, yod tərkibli kontrast vasitələrin istifadəsilə müayinələr).

Əks göstərişlər

– Preparatın istənilən komponentinə, digər tionamid törəmələrinə qarşı yüksək həssaslıq; – qandaşıyıcı sistemin ortadan ağır dərəcəsinə qədər olan pozuntuları; – müalicədən əvvəl xolestaz (hipertireozla törənməyən); – tiamazolla və ya karbimazolla müalicədən sonra baş beyinin erkən aşkar edilən zədələnməsi; – tiamazolun və ya karbimazoun istifadəsindən sonra anamnezdə kəskin pankreatit; – hamiləlik dövründə tiamazol və qalxanabənzər vəzinin hormonları ilə kombinəolunmuş terapiya (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Anamnezində yüksək həssaslıq reaksiyaları (məsələn, allergik səpgi, qaşınma) qeyd olunan pasiyentlrədə Tirozol preparatını istifadə etmək məsləhət görülmür. Tirozol preparatını yalnız qısamüddətli müalicə şəklində və zobun böyüməsi nəticəsində traxeyanın daralması riski müşahidə olunan pasiyentlərin vəziyyətinə diqqətlə nəzarət etmək şərtilə istifadə etmək lazımdır. Vaskulit Vaskulit simptomlarının təzahürü zamanı ehtiyac olduqda preparatın qəbulunu dayandırmaq lazımdır. Ümumilikdə simptomlar terapiya dayandırıldıqdan sonra geridönəndir. Mielotoksiklik Təqribən 0,3-0,6 % hallarda aqranulositoz qeyd olunmuşdur. Bu səbəbdən terapiyaya başlamazdan əvvəl pasiyentləri yanaşı simptomlar (stomatit, faringit, qızdırma) barədə məlumatlandırmaq lazımdır. Aqranulositoz adətən, müalicənin ilk həftələrində inkişaf edir, lakin müalicə başladıqdan bir neçə ay sonra və müalicə bərpa edildikdə də yarana bilər. Müalicəyə başlamazdan əvvəl və sonra xüsusilə, əvvəl qranulositopeniya qeyd olunan pasiyentlərdə qan analizinin göstəricilərinə diqqətlə nəzarət etmək məsləhət görülür. Pasiyentləri xəbərdar etmək lazımdır ki, həmin simptomlardan hər hansı biri, xüsusilə müalicənin ilk həftələrində meydana çıxdıqda, qan analizinin təyin olunması üçün dərhal həkimə müraciət etsinlər. Aqranulositoz təsdiq olunduğu halda dərman vasitəsinin istifadəsini dayandırmaq lazımdır. Preparatı tövsiyə olunan dozalar diapazonunda istifadə etdikdə, nadir hallarda digər mielotoksik əlavə effektlər qeyd olunmuşdur. Tiamazolun çox yüksək dozalarından (sutkada təxminən 120 mq) istifadə etdikdə, göstərilən simptomlar tez-tez müşahidə olunmuşdur. Xüsusi göstərişləri (xəstəliyin ağır gedişini, tireotoksik böhranı) nəzərə almaq şərtilə bu dozalanmanı yenidən nəzərdən keçirmək lazımdır. Tiamazol ilə aparılan müalicə müddətində sümük iliyilə əlaqəli toksiklik inkişaf etdikdə, bu dərmanvasitəsinin istifadəsini dayandırmaq və ehtiyac olduqda, digər qrup dərman vasitələrinə aid antitireoid preparatın istifadəsinə keçmək lazımdır. Kəskin pankreatit Tiamazol və ya karbimazol tərkibli dərman vasitələrindən istifadə edən pasiyentlərdə postmarketinq dövründə kəskin pankreatitin inkişaf etməsi barədə məlumatlar qeyd edilmişdir. Kəskin pankreatit inkişaf edən pasiyentlərə tiamazol preparatının istifadəsini dərhal dayandırmaq lazımdır. Əvvəllər tiamazol və ya karbimazolla terapiya fonunda kəskin pankreatitin inkişaf etməsi müşahidə olunan pasiyentlərə tiamazolu təyin etmək olmaz. Preparatın təkrar təyin olunması, kəskin pankreatitin residivinə səbəb ola bilər, bu zaman residivin inkişafetmə müddəti qısalır. Reproduktiv yaş dövründə olan qadınlar və hamiləlik dövrü Tiamazolla terapiya zamanı reproduktiv yaş dövründə olan qadınlara effektiv kontrasepsiya üsullarından istifadə etmək tövsiyə olunur. Hamiləlik dövründə tiamazolu, yalnız preparatın fayda/risk nisbətini qiymətləndirdikdən sonra və yalnız ən aşağı effektiv dozalarda, qalxanabənzər vəzi hormonlarının əlavə yeridilməsi olmadan təyin etmək lazımdır. Hamiləlik dövründə preparatı təyin etdikdə, ananın, dölün və yenidoğulmuş körpənin sağlamlığı üzrə diqqətli monitorinq aparmaq lazımdır (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Hipertireoza nəzarət Preparatın yüksək dozaları subklinik və ya klinik hipotireoza və TTH-nin (tireotrop hormonun) miqdarının artması nəticəsində zobun böyüməsinə səbəb ola bilər. Bu səbəbdən maddələr mübadiləsinin eutireoid vəziyyəti əldə olunduqdan dərhal sonra tiamazolun dozasını azaltaq və ehtiyac olduqda, əlavə olaraq, levotiroksin təyin etmək lazımdır. Tiamazolun istifadəsini tam dayandırmaq və tək levotiroksinlə müalicəni davam etdirmək olmaz. Tiamazol ilə müalicə müddətində TTH-nin hasilatının zəifləməsinə baxmayaraq, zobun böyüməsi – əsas xəstəliyin nəticəsidir və levotiroksinlə əlavə müalicənin aparılması ilə həmin effektin qarşısını almaq olmaz. Risk inkişafını və ya endokrin orbitopatiyanın pisləşməsini minimuma endirmək üçün TTH-nin normal miqdarının əldə olunması son dərəcə vacibdir. Lakin bu vəziyyət qalxanabənzər vəzi xəstəliyinin gedişindən əksər hallarda asılı deyil. Qeyd olunan ağırlaşma özlüyündə müvafiq müalicə rejimində dəyişikliklər etmək üçün səbəb deyil və onu aparılan müvafiq müalicəyə qarşı mənfi reaksiya kimi qəbul etmək olmaz. Nadir hallarda antitireoid müalicədən sonra heç bir əlavə ablyasion tədbirlər aparılmadan, gecikmiş təzahürlərlə müşayiət olunan hipotireoz inkişaf edə bilər. Ehtimal edilir ki, o, preparatla əlaqəli mənfi reaksiya deyil, lakin, bu zaman əsas xəstəlik nəticəsində qalxanabənzər vəzi parenximasında iltihabi və destruktiv proses kimi nəzərdən keçirilir. Hipertireoz zamanı patoloji dərəcədə yüksək enerji sərf olunmasının azalması, tiamazolla müalicə zamanı bədən çəkisinin mümkün artmasına səbəb ola bilər. Klinik mənzərənin yaxşılaşmasının enerji sərfiyyatının normalaşmasına işarə olması barədə pasiyentlərə məlumat vermək lazımdır. Köməkçi maddələr Tirozol preparatının tərkibində laktoza vardır; bu səbəbə görə qalaktozaya qarşı dözümsüzlüklə və ya laktoza defisiti və ya qlükoza-qalaktoza sorulmasının pozulması ilə əlaqəli nadir irsi pozğunluqlardan əziyyət çəkən pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz. Preparatın 1 tabletinin tərkibində 1 mmoldan (23 mq) az natrium vardır, yəni, praktik olaraq, preparatın tərkibində natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yod defisiti qalxanabənzər vəzinin tiamazola reaksiyasını artırır və əksinə yodun artıq miqdarı bu reaksiyanı azaldır. Digər dərman vasitələrilə birbaşa qarşılıqlı təsiri məlum deyil. Lakin nəzərə almaq vacibdir ki, digər dərman vasitələrinin metabolizmi və eliminasiyası hipertireoz zamanı sürətlənə bilər. Qalxanabənzər vəzinin funksiyası normallaşdıqda, onlar da normallaşır. Ehtiyac olduqda, dozalanmanı korreksiya etmək lazımdır. Bundan başqa hipertireozun vəziyyətinin yaxşılaşması hipertireozlu pasiyentlərdə antikoaqulyantların yüksəlmiş aktivliyini normallaşdıra bilər. Pediatrik pasiyentlərdə dərman qarşılıqlı təsirini öyrənən tədqiqatlar aparılmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktiv yaşda olan qadınlar Reproduktiv yaşda olan qadınlara tiamazolla terapiya zamanı effektiv kontrasepsiya üsullarından istifadə etmək məsləhət görülür. Hamiləlik Hamilələrdə anada və döldə ciddi ağırlaşmaların qarşısını almaq məqsədilə hipertireozun adekvat müalicəsini aparmaq lazımdır. Tiamazol plasentadan keçə bilər. Tədqiqatlar və spontan məlumatlar nəticəsində alınan informasiyanın analizi, hamiləlik dövründə tiamazolun istifadəsi zamanı anadangəlmə anomaliyanın yaranmasının qanunauyğun şəkildə aşkar edilmişdir, xüsusilə yüksək dozalarda və ilk trimestrdə. Yenidoğulmuşlarda daha tez-tez qeyd edilən anadangəlmə qüsurların inkişafı dərinin aplaziyası, kəllə-üz qüsurunun inkişafı (xoanların atreziyası, üz dismorfizmi), ekzomfaloz, qida borusunun atreziyası, omfalomezenterial axının quruluşunun anomaliyası və mədəcikarası aralığın qüsurudur. Hamiləlik dövründə tiamazolu, yalnız fayda/risk nisbəti ciddi qiymətləndirildikdən sonra və yalnız ən kiçik effektiv dozalarda qalxanabənzər vəzinin hormonlarının əlavə yeridilməsi olmadan təyin etmək lazımdır. Hamiləlik dövründə təyini zamanı ananın, dölün və yenidoğulmuşun səhhətinin vəziyyətinin ciddi monitorinqini aparmaq lazımdır. Laktasiya dövrü Tiamazol ana südünə nüfuz edir, burada o, ananın zərdabındakına müvafiq konsentrasiyaya çata bilər; bu səbəbə görə körpədə hipotireozun inkişafı riski mövcuddur. Laktasiya dövründə tiamazolla müalicə yolveriləndir; lakin bu halda, yalnız kiçik dozalardan istifadə etmək olar-sutkada 10 mq və qalxanabənzər vəzinin hormonlarının əlavə istifadəsi olmadan. Körpələrdə qalxanabənzər funksiyanın müntəzəm monitorinqini aparmaq vacibdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tiamazolun istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Tiamazol karbimazolun aktiv metabolitidir, lakin 1 mq tiamazol 1 mq karbimazola ekvivalent deyil. Tiamazol ilə aparılacaq müalicənin əvvəlində və ya karbimazolun istifadəsindən tiamazolun istifadəsinə keçdikdə, bunu nəzərə almaq vacibdir. Aşağıda qeyd edilən dozalanma rejiminə əməl etmək vacibdir. Böyüklərdə dozalanması Xəstəliyin ağırlıq dərəcəsindən və yodun istifadəsindən asılı olaraq, müalicəni adətən, Tirozol preparatının 10 mq-dan 40 mq-a qədər olan sutkalıq dozalarından başlamaq lazımdır. Əksər hallarda qalxanabənzər vəzi hormonlarının hasilatınınzəifləməsi adətən, Tirozol preparatını sutkada 20-30 mq başlanğıc dozalarda istifadə etdikdə, əldə edilə bilər. Xəstəliyin ağırlıq dərəcəsi bir qədər aşağı olan hallarda, tam blokadaedici dozanın istifadəsi tələb olunmaya bilər və daha kiçik başlanğıc dozanın istifadəsi ehtimalını nəzərdən keçirmək olar. Ağır dərəcəli hipertireoz hallarında Tirozol preparatının 40 mq başlanğıc dozası tələb oluna bilər. Pasiyentin maddələr mübadiləsinin vəziyyətindən asılı olaraq, doza fərdi qaydada korreksiya olunur, beləliklə, qalxanabənzər vəzi hormonlarının inkişaf statusuna müvafiq qaydada. Dəstəkləyici terapiya üçün aşağıda göstərilən müalicə variantlarından biri məsləhət görülür: – hipotireozun qarşısını almaq məqsədilə Tirozol preparatının sutkalıq dəstəkləyici dozası levotiroksinlə kombinasiyada 5-20 mq təşkil edir. – Tirozol preparatının 2,5-10 mq dozada sutkalıq dozası ilə monoterapiya. Yodla törədilən hipertireoz zamanı daha yüksək dozalanma tələb edilə bilər. Uşaqlarda dozalanması Uşaqlarda və yeniyetmələrdə (3-17 yaşlı uşaqlar) Uşaqların və yeniyetmələrin (3-17 yaşlı uşaqlar) müalicəsi üçün preparatın başlanğıc dozası pasiyentin bədən çəkisinin nəzərə alınması ilə hesablanmalıdır. Bir qayda olaraq, müalicəni 2 və ya 3 bərabər hissəyə bölünmüş 0,5 mq/kq dozadan başlamaq lazımdır. Dəstəkləyici terapiya üçün sutkalıq dozanı azaltmaq və pasiyentin müalicəyə reaksiyasından asılı olaraq, gündə 1 dəfə təyin etmək olar. Hipotireozun qarşısını almaq məqsədilə levotiroksinlə əlavə müalicənin təyin edilməsi tələb oluna bilər. Tirozol preparatının ümumi sutkalıq dozası 40 mq/sutkanı aşmamalıdır. Uşaqlarda istifadəsi (2 və daha aşağı yaşlı uşaqlar) 2 və daha aşağı yaşlı uşaqlarda tiamazolun təhlükəsizliyi və effektivliyi qiymətləndirilməmişdir, bu səbəbə görə 2 və daha aşağı yaşlı uşaqlarda tiamazolun istifadəsi məsləhət görülmür. Hipertireozun konservativ müalicəsi Müalicənin məqsədi məhdud müalicə müddətindən sonra maddələr mübadiləsinin eutireoid vəziyyətinin və uzunmüddətli remissiyanın əldə olunmasıdır. Müalicə qəbul edən müxtəlif pasiyentlərdən asılı olaraq, bir ildən sonra pasiyentlərin maksimal olaraq, 50 %-də remissiya əldə oluna bilər. Remissiyanın tezliyi əhəmiyyət kəsb edən çərçivədə dəyişmişdir. Təsir göstərdiyi ehtimal edilən faktorlara hipertireozun növü (immunogen və ya qeyri-immunogen), müalicənin müddəti, tiamazolun dozası, eləcə də, orqanizmə yodun qida ilə daxil olması və ya onun yatrogen daxil olmasıdır. Hipertireozun konservativ müalicəsi aparıldıqda, müalicə adətən 6 aydan 2 ilə qədər (orta hesabla 1 il) müddət ərzində davam etdirilir. Statistik nöqteyi nəzərdən müalicənin müddətinin uzanması ilə remissiya ehtimalı yüksəlir. Xəstəliyin remissiyasını əldə etmək və müəyyən terapevtik tədbirlərin aparılmasından imtina etmək mümkün olmadığı hallarda, Tirozol preparatını mümkün qədər kiçik dozalanmada levotiroksinin aşağı dozaları ilə kombinasiyada və ya levotiroksinin əlavə edilmədən, uzunmüddətli antitireoid müalicə şəklində istifadə etmək olar. Zobun böyüməsi və traxeyanın daralması qeyd olunan pasiyentlər ehtiyac olduqda, Tirozol preparatı ilə qısamüddətli müalicə qəbul etməlidirlər, belə ki, preparatın uzunmüddətli müalicəsi zobun böyüməsinə səbəb ola bilər. Terapiya prosesində pasiyentlərin diqqətli monitorinqinin (TTH-ın (tireotrop hormon) miqdarına, traxeyanın mənfəzinə) aparılması vacibdir. Müalicənin levotiroksinin əlavə qəbulu ilə kombinasiyada aparılmasına üstünlük verilir. Əməliyyatdan əvvəlki müalicə Cərrahi əməliyyatla əlaqəli risklərin aşağı salınması məqsədilə maddələr mübadiləsinin eutireoid vəziyyətini əldə etmək üçün ilkin müalicə təyin etmək olar. Fərdi tələbatdan asılı olaraq, müalicənin müddəti təqribən 3-4 həftə və ya artıq təşkil edə bilər. Pasiyentdə eutireoid vəziyyət əldə olunandan dərhal sonra cərrahi əməliyyatı aparmaq lazımdır, belə ki, əks halda əlavə olaraq, qalxanabənzər vəzi hormonlarının istifadəsi tələb oluna bilər. Müalicəni cərrahi əməliyyatdan bir gün əvvəl sona çatdırmaq olar. Tirozol preparatı qalxanabənzər vəzi toxumasının zədələnmə və vəzidən qanaxma riskini artırır ki, bu da, əməlyyatdan əvvəl aparılan müalicənin tərkibinə, əməliyyata qədər 10 gün müddətində yüksək dozalarda yodun əlavə edilməsilə kompensasiya oluna bilər (Plammer (Plummer) yodoterapiyası). Radioaktiv yodun istifadəsi ilə aparılacaq terapiyadan əvvəlki müalicə Radioaktiv yodun istifadəsilə terapiyadan əvvəl maddələr mübadiləsinin eutireoid vəziyyətinin əldə olunması, xüsusilə, ağır dərəcəli hipertireoz zamanı mühüm faktordur, belə ki, bəzi hallarda ilkin müalicə aparılmadıqda, həmin terapiyadan sonra postterapevtik tireotoksik böhran müşahidə olunmuşdur. Qeyd: Tionamid törəmələri qalxanabənzər vəzi toxumasının radiohəssaslığını azalda bilər. Avtonom adenoma zamanı radioaktiv yodun istifadəsilə terapiya planlaşdırıldıqda, ilkin müalicə vasitəsilə paranodulyar toxumanın aktivləşdirilməsindən çəkinmək lazımdır. Radioaktiv yodla terapiyadan sonra vaxtaşırı antitireoid müalicə Müalicənin müddəti və preparatın istifadə ediləcək dozası klinik mənzərənin ağırlıq dərəcəsindən və radioaktiv yodun istifadəsilə aparılan terapiyanın effektivlik təzahürlərinin qeyd olunmasından əvvəl təxmin edilən vaxtdan (təqribən 4-6 ay) asılı olaraq, fərdi qaydada təyin olunmalıdır. Yod tərkibli substansiyaların diaqnostik məqsədlə istifadəsi nəticəsində hipertireozun inkişafı riski olan pasiyentlərdə profilaktik müalicə Ümumilikdə təqribən 10 gün ərzində tiamazolun 10-20 mq və/və ya perxloratın 1 q sutkalıq dozasından istifadə edilir (məsələn, böyrəklər vasitəsilə xaric olunan kontrast vasitələr üçün). Müalicənin müddəti yodtərkibli substansiyanın orqanizmdə olduğu müddətdən asılıdır. Xüsusi pasiyent qrupları Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə tiamazolun plazma klirensinin azalması müşahidə olunur. Bu səbəbdən preparatın mümkün qədər kiçik dozasından istifadə etmək və pasiyentlərin vəziyyətinə diqqətli müşahidə etmək vacibdir. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə Tirozol preparatının istifadəsi barədə kifayət qədər farmakokinetik məlumatların olmadığı üçün fərdi dozalanma korreksiyasını ehtiyatla həyata keçirmək vacibdir və ciddi müşahidə aprmaq tövsiyə edilir. Doza mümkün qədər kiçik olmalıdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatın toplanmamasına baxmayaraq, fərdi dozalanma korreksiyasını ehtiyatla həyata keçirmək vacibdir və diqqətli müşahidə aparılması məsləhət görülür. İstifadə qaydası Tabletlər bütöv, kifayət qədər maye ilə birlikdə daxilə qəbul edilir. Hipertireoz zamanı yüksək dozaların istifadəsilə ilkin müalicə zamanı yuxarıda sadalanan birdəfəlik dozaları bir neçə qəbula bölmək və bu dozaları gün ərzində bərabər vaxt intervalı ilə qəbul etmək olar. Preparatın dəstəkləyici dozasını gündə 1 dəfə səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra qəbul etmək olar.

Əlavə təsirləri

Əlavə təsirlərin qiymətləndirilməsi aşağıdakı tezliklərlə təsnif edilir: çox tez-tez (≥ 1/10) Tez-tez (≥ 1/100 – < 1/10). Bəzən (≥ 1/1000 – < 1/100). Nadir hallarda (≥ 1/10000 – < 1/1000). Çox nadir hallarda (< 1/10000). Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozğunluqlar Bəzən Aqranulositoz 0,3-0,6% hallarda müşahidə olunur. Simptomlar, müalicə başlandıqdan hətta bir həftədən və bir aydan sonra da təzahür edə bilər və preparatın ləğv edilmsinə səbəb ola bilər Əksər hallarda qeyd edilən pozuntu özbaşına keçib gedir. Çox nadir hallarda Trombositopeniya, pansitopeniya, yayılmış limfadenopatiya. Endokrin sistemdə baş verən pozğunluqlar Çox nadir hallarda İnsulin autoimmun sindromu (qanda qlükozanın səviyyəsinin ifadə olunmuş enməsi). Sinir sistemində baş verən pozğunluqlar Nadir hallarda Dadbilmə hissiyyatının pozulması (disgevziya, agevziya) nadir hallarda baş verir və preparatın istifadəsi ləğv edildikdən sonra itə bilər. Buna baxmayaraq, normal vəziyyətə qayıtmaq bir neçə həftə sürə bilər. Çox nadir hallarda Nevrit, polineyropatiya. Damar pozuntuları Məlum deyil Vaskulit. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Çox nadir hallarda Tüpürcək vəzilərinin kəskin böyüməsi. Məlum deyil Kəskin pankreatit. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar Çox nadir hallarda Ayrı-ayrı hallarda xolestatik sarılığın və toksiki hepatitin inkişafı halları qeyd edilmişdir. Ümumilikdə simptomlar preparatın qəbulu dayandırıldıqdan sonra itir. Müalicə dövründə xolestazın silinmiş klinik simptomları qamma-QTF-in (qamma-qlutamiltransferaza) və qələvi fosfotazanın və ya onun ilik izofermentinin səviyyəsinin artması kimi hipertireozla əlaqədar pozuntularla differensasiya olunmalıdır. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Çox tez-tez Müxtəlif dərəcəli allergik dəri reaksiyaları (qaşınma, səpgi, övrə). Əksər hallarda onlar mülayim xarakter daşıyır və çox vaxt müalicə davam etdirildiyi zaman itir. Çox nadir hallarda Yayılmış dermatit daxil olmaqla, allergik dəri reaksiyalarının ağır formaları; alopesiya; dərman vasitəsinin qəbulu ilə induksiya olunan qırmızı qurdeşənəyi. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar Tez-tez Artralgiya tədricən inkişaf və terapiyadan hətta bir neçə ay sonra təzahür edə bilər. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular Nadir hallarda Dərman qızdırması. Uşaq yaşlı pasiyentlər Uşaqlarda təzahür edən əlavə təsirlərin tezliyi, tipi və ağırlıq dərəcəsi böyük pasiyentlərdə olduğu kimidir. Ağır dəri hiperhəssaslıq reaksiyaları, o cümlədən, çox nadir hallarda Stivens-Conson (ağır formaları, o cümlədən, yayılmış dermatit tək-tək hallarda qeyd edilmişdir) sindromunun təzahürü halları böyüklərdə olduğu kimi uşaqlarda da qeyd edilmişdir.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılması metabolizmin azalması simptomları ilə hipotireoza səbəb olur. Geriyə əlaqənin effektin vasitəsilə zobun sonrakı böyüməsilə hipofizin ön payının aktivləşməsi baş verir. Müalicəsi Maddələr mübadiləsinin eutireoid vəziyyətə çatmasından sonra dozanın dərhal azaldılması və ehtiyac olduqda, terapiyaya levotiroksinin istifadəsinin əlavə edilməsi (“İstifadə qaydası və dozası”). Tiamazolun yüksək dozalarının təsadüfən istifadəsinin mənfi nəticəsi məlum deyil.

Buraxılış forması

10 tablet, PVX örtüklü və alüminium folqalı örtüklü konturlu-yuvalı qablaşdırmada. 5 konturlu- yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merck Healthcare KGaA , Germany. Frankfurter Strasse 250, 64293 Darmstadt, Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

Merck LLC, Russian Federation. Merck LLC, Valovaya Str. 35, 115054, Moscow, Russian Federation. Azərbaycan Respublikasının ərazisində məhsulların (malların) keyfiyyəti üzrə istehlakçıların iradlarını qəbul edən təşkilat “Acino Pharma AG” (Acino Pharma AG), şirkətinin Azərbaycan nümayəndəliyi Bakı ş., Azərbaycan, İzmir küçəsi, 1033. HYATT Tower II 1-ci mərtəbə. Tel.: +99 412 504 00 44. Elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TIROZOL 10 MG N50 TAB” üçün ilk rəyi siz yazın.