TIREOIDEA KOMPOZITUM 2,2 ML № 1 (AMPULI) (HELL) (GERMANIYA)

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Bütün digər terapevtik məhsullar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TİREOİDEA KOMP. –HEEL dərialtı, dəridaxili, əzələdaxili, venadaxili inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 2,2 ml (=2,2 q) həcmində 1 ampulda: Acidum alpha-ketoglutaricum D8 22,0 mq,Acidum fumaricum D8 22,0 mq, Acidum L(+)-lacticum D3 22,0 mq, Acidum malicum D8 22,0 mq, Adenosinum triphosphoricum D8 22,0 mq, Calcium fluoratum D10 22,0 mq, Colchicum autumnale D4 22,0 mq, Conium maculatum D4 22,0 mq, Corpus pineale suis D8 22,0 mq, Cortisonum aceticum D28 22,0 mq, Euspongia officinalis D8 22,0 mq, Fucus vesiculosus D6 22,0 mq, Funiculus umbilicalis suis D10 22,0 mq, Galium aparine D4 22,0 mq, Glandula thyreoidea suis D8 22,0 mq, Hepar suis D10 22,0 mq, Medulla ossis suis D10 22,0 mq, Natrium diethyloxalaceticum D8 22,0 mq, Pulsatilla pratensis D8 22,0 mq, Sedum acre D6 22,0 mq, Sempervivum tectorum ssp. tectorum D6 22,0 mq, Splen suis D10 22,0 mq, Sulfur D10 22,0 mq, Thymus suis D10 22,0 mq, Viscum album D3 22,0 mq. Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Bütün digər terapevtik məhsullar. ATC kodu: V03A.

İstifadəsinə göstərişlər

Birləşdirici toxuma, qalxanabənzər vəzi və digər vəzilərlə bağlı disfunksiyalarda orqanizmin müdafiə sisteminin tənzimlənməsi.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər qalxanabənzər vəzi ilə bağlı hər hansı xəstəliyiniz mövcuddursa, bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin. Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsa da) məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində zərərli olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

İstifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Standart doza aşağıdakı kimidir: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: həftədə 1 – 3 dəfə 1 ampul. Uşaqlar üçün: 2–5 yaşlı uşaqlar: həftədə 1 – 3 dəfə ½ ampul. 6–11 yaşlı uşaqlar: həftədə 1 – 3 dəfə ⅔ ampul. Kəskin və ya başlanğıc doza: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: gündəlik 1 ampul, sonra isə müaalicə standart doza ilə davam etdirilir. Uşaqlar üçün: 2–5 yaşlı uşaqlar: gündəlik ½ ampul, sonra isə müalicə standart doza ilə davam etdirilir. 6–11 yaşlı uşaqlar: gündəlik ⅔ ampul, sonra isə müalicə standart doza ilə davam etdirilir. İstifadə qaydası: Tireoidea komp.-Heel, İnyeksiya üçün məhlul d/a, d/d, ə/d və ya v/d yolla yeridilir. Şüşə ampulun açılma qaydası: Ampulu əlinizdə tutun. Açılma təlimatını dəqiqliklə izləyin. Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, homeopatik dərman vasitələrinin də müvəqqəti allergik reaksiya kimi əlavə təsiri ola bilər.

Buraxılış forması

10 və 100 ədəd 2,2 ml-lik ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Strasse 2-4. 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TIREOIDEA KOMPOZITUM 2,2 ML № 1 (AMPULI) (HELL) (GERMANIYA)” üçün ilk rəyi siz yazın.