TIMOGLAU 0,5% 7,5 ML DAMCI

Təsiredici maddə: TIMOLOL
Təsiredici maddəTIMOLOL
Dərman formasıDamcı
Farmakoloji təsirQlaukomaəleyhinə vasitə, β-adrenoblokator
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,70 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TİMOQLAU göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Timolol

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 6,83 mq timolol maleat (5 mq/ml timolola ekvivalent) vardır. Köməkçi maddələr: natrium dihidrogen fosfat monohidrat,dinatrium fosfat dodekahidrat, benzalkonium xlorid, inyeksiya üçün su, natrium hidroksid/xlorid turşusu.

Təsviri

Steril, şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Qlaukomaəleyhinə vasitə, β-adrenoblokator. ATC kodu: S01ED01.

Farmakoloji xüsusiyyətləri

Timolol β-adrenoreseptorların qeyri-selektiv blokatorudur. Daxili simpatomimetik və membranstabilləşdirici aktivliyə malik deyil. Göz damcısı şəklində yerli istifadə etdikdə, gözdaxili mayenin əmələ gəlməsini azaltdığı üçün həm normal, həm də artmış gözdaxili təzyiqi azaldır. Bəbəyin ölçüsünə və akkomodasiyaya təsir göstərmir. Preparatın təsiri konyunktiva boşluğuna damızdırdıqdan 20 dəqiqə sonra başlayır, 1-2 saatdan sonra isə maksimuma çatır və 24 saat ərzində təsirini saxlayır. Yerli istifadə etdikdə timolol maleat buynuz qişadan tez keçir. Gözün ön hissəsi ümumi qan dövranına keçir ki, bu da konyunktiva, burnun selikli qişası və gözyaşı traktı damarlarından sorulması ilə əlaqədardır. Timololun metabolitləri əsasən böyrəklərlə xaric olunur.

İstifadəsinə göstərişlər

− Gözdaxili təzyiqin artması (göz hipertenziyası) − Birincili qlaukoma (xroniki acıqbucaqlı qlaukoma) − Afakik qlaukoma və digər ikincili qlaukomalar − Gös tonusunun kəskin artması − Bağlıbucaqlı qlaukomada gözdaxili təzyiqi azaltmaq üçün digər dərman preparatları (miotiklər) ilə kombinasiyada − Anadangəlmə qlaukoma (digər terapevtik tədbirlər effekt vermədikdə)

Əks göstərişlər

Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq. TİMOQLAU, həmçinin anamnezində aşağıdaki xəstəlikləri olan xəstələrdə istifadə olunmur: − bronxial astma və ya tənəffüs yollarının digər ağır xroniki obstruktiv xəstəlikləri; − sinus bradikardiyası; − II və III dərəcəli atrioventrikulyar blokada; − ağır ürək çatışmazlığı; − kardiogen şok; − generalizəolunmuş dəri səpgiləri ilə müşayiət olunan allergik reaksiyalar; − ağır atrofik və vazomotor rinitlər; − buynuz qişanın distrofik xəstəliklərində;

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

TİMOQLAU həmçinin ağciyər çatışmazlığı, ağır serebrovaskulyar çatışmazlıq, sinoatrial blokada, arterial hipotenziya, xroniki ürək çatışmazlığı, şəkərli diabet, hipoqlikemiya, tireotoksikoz, miasteniya olan xəstələrə və digər β-adrenoblokatorlar qəbul edən şəxslərə, uşaqlara, əsasən yenidoğulmuşlara ehtiyatla təyin olunmalıdır. Uşaqlarda, hamiləlik və laktasiya dövründə istifadəsi haqqında kifayət qədər məlumat olmasa da sübut olunmuşdur ki, timolol plasentar baryeri keçir və ana südündə aşkarlanmışdır. TİMOQLAU hamiləlik və laktasiya dövründə, eləcə də uşaqlara həyati göstəriş olduqda istifadə oluna bilər. Əgər ana doğuşdan əvvəl TİMOQLAU istifadə edibsə – doğuşdan bir neçə gün sonra, laktasiya dövründə istifadə edərsə – bütün müalicə dövründə, ana və yenidoğulmuş körpə və ya uşaq ciddi nəzarət altında saxlanılmalıdır. Əgər Siz yumşaq kontakt linzalar taxırsınızsa, preparatın istifadəsindən öncə linzaları çıxardıb damcını istifadə edib 15 dəqiqə gözləyin sonra linzaları yenidən taxa bilərsiz. Preparat sərt kontakt linzalar taxan xəstələr tərəfindən rahat qəbul olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

TİMOQLAU adrenalin tərkibli preparatlarla eyni vaxtda istifadə etdikdə bəbəklərin genişlənmə- sinə səbəb olur. Tərkibində adrenalin və pilokarpin olan göz damcıları TİMOQLAU-nun təsirini gücləndirir. Buna görə də gözə eyni vaxtda 2 və ya daha çox β-adrenoblokator istifadə etmək olmaz. Kalsium antoqonistləri, rezerpin, ürək qlikozidləri və β-adrenoblokatorlarla birgə qəbulu zamanı, AV-keçiricilik pozulur, sol mədəcik çatışmazlığı, arterial təzyiqin daha çox aşağı düşməsi müşahidə oluna bilər. İnsulin və digər peroral şəkərsalıcı preparatlarla eyni vaxtda təyin etdikdə hipoqlikemiyaya səbəb olur. Timolol miorelaksantların təsirini gücləndirdiyi üçün ümumi anesteziya ilə aparılan əməliyyatlardan 48 saat əvvəl preparatın istifadəsi dayandırılmalıdır. Müalicə zamanı Etanol preparatının qəbulu məsləhət deyil (arterial təzyiqin kəskin düşməsinə səbəb olur). Preparatın tərkibində banzalkonium xlorid 0,1 mq vardır. Konservant qismində iştirak edən benzalkonium xlorid, gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Preparatından istifadə zamanı yumşaq kontakt linzalardan istifadə etməkdən çəkinmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl kontakt linzalar çıxardılmalı və instilyasiyadan 15 dəqiqə sonra yenidən taxılmalıdır. Beləki, benzalkonium xlorid yumşaq kontakt linzaların rəngini dəyişə bilər. Benzalkonyum xlorid də gözlərinizin qıcıqlanmasına səbəb ola bilər, xüsusən quru gözləriniz varsa və ya kornea pozğunluqları varsa (gözün ön tərəfindəki şəffaf təbəqə). Əgər gözdə qıcıqlandırıcı hissi və ya ağrı hiss edirsinizsə, dərhal həkimə müraciət etmək lazımdır. Preparatın tərkibində həmçinin7,31 mq fosfat var. Əgər Siz gözün qabağındakı şəffaf təbəqəyə (kornea) əziyyət çəkirsinizsə, fosfatlar müalicə zamanı kalsium yığılması səbəbindən çox nadir hallarda kornea üzərində bulanıq ləkələrə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

TİMOQLAU preparatını hamilə qadınlara yalnız o vaxt təyin etmək olar ki, preparatdan istifadə nəticəsində gözlənilən fayda döl ücün potensial riskdən yüksək olsun. TİMOQLAU preparatını süd verən analara təyin etmək məsləhət görülmür (preparat südə keçə bilər). Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri Preparatı gözə tökdükdən sonra müvəqqəti olaraq qeyri-aydın görmə və ya digər vizual pozğunluqlar baş verə bilər ki, bu da avtomobilləri və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bu halda görmənin bərpa olunmasına qədər bir müddət gözləmək lazımdır.

İstifadə qaydası və dozası

Müalicənin əvvəlində gündə 2 dəfə 1 damcı TİMOQLAU-nun 0,25%-li və ya 0,5%-li məhlulundan xəstə gözə damızdırılır. Əgər gözdaxili təzyiq müntəzəm istifadədən sonra normallaşarsa, preparatın dozası gündə 1 dəfə 1 damcıya qədər azaldılır. Bir qayda olaraq müalicə uzun müddət aparılır, həkimin icazəsi olmadan preparatın dozasını azaltmaq və ya kəsmək olmaz. Yerli bir β-adrenoblokatorlardan başqa, bir antiqlaukom maddəyə keçid: − Preparatla müalicəyə davam edin və gündə iki dəfə hər zədələnmiş gözə bir damcı Timoglau göz damcısını istifadə edin. − Ertəsi gün əvvəlki dərman vasitəsini istifadəsini tamamilə dayandırın və Timoglau göz damcəı məhlulu istifadə etməsinin davam edin.

Əlavə təsirləri

Yerli reaksiyalar: konyunktivanın, göz qapaqlarının qıcıqlanması və hiperemiyası, gözdə qaşınma və yanma hissi, blefarit, gözdən yaş axma, buynuz qişa epitelisinin ödemi, səthi nöqtəvarı keratopatiya, buynuz qişanın hiposteziyası, diplopiya, ptoz və gözdə quruluq. Fistulizasiya ilə aparılan antiqlaukomatoz əməliyyatlardan sonra damar qişalarının qopması mümkündür. Sistem reaksiyalar Ürək-damar sisteminə: ürək çatışmazlığı, bradikardiya, bradiaritmiya, hipotenziya, kollaps, miokardın yığılmasının azalması, döş qəfəsində ağrı, atrioventrikulyar blokada, ürəyin dayanması və beyin qan dövranın keçici pozğunluqları. Tənəffüs sisteminə: rinit, burun tutulması, burun qanaxması, təngnəfəslik, bronxospazm və ağciyər çatışmazlığı. MSS və periferik sinir sisteminə: baş ağrıları, başgicəllənmə, zəiflik, hallüsinasiyalar, yuxululuq, psixomotor reaksiyaların ləngiməsi, depressiya və paresteziya. Mədə-bağırsaq sisteminə: ürəkbulanma, qusma, diareya. Allergik reaksiyalar: qaşınma və ekzema, cinsi funksiyaların pozğunluğu və alopesiya. Yerli istifadə etdikdə yeni doğulmuşlarda apnoe ola bilər. Əlavə təsirlər meydana çıxdıqda preparatın istifadəsini dayandırın və həkiminizə müraciət edin. Çox nadir hallarda, gözün qabağındakı şəffaf təbəqəyə (kornea) ciddi ziyan vuran bəzi xəstələrdə müalicə zamanı kalsium yığılması səbəbindən kornea üzərində bulanıq ləkələr əmələ gəlir.

Doza həddinin aşılması

Məsləhət olunan dozanın qəbulu zamanı yerli simptomlar müşahidə olunmamışdır.Təsadufən daxilə qəbul zamanı digər β-adrenoblokatorlar üçün xarakterik olan ümumi rezorbtiv effektlər: başgicəllənmə, baş ağrıları, aritmiya, bradikardiya, bronxospazm, ürəkbulanma və qusma meydana çıxa bilər. Müalicəsi: doza həddinin aşılması zamanı simptomatik müalicə aparılır. Təcili olaraq gözü su və ya fizioloji məhlulla yumaq və simptomatik müalicə aparılmalıdır. Bronxospazm və bradikardiya zamanı izoprenalin, arterial hipotenziya zamanı – venadaxili dobutamin yeridilir.

Buraxılış forması

7,5 ml məhlul, damcıladıcı ağ rəngli, qeyri-şəffaf aşağısıxlıqlı HDPE 10 ml-lik flakonda. Hər bir flakon aşağısıxlıqlı-polietilen, fırlanan və açılmaya nəzarət halqası ilə təchiz edilmişdir. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Edol- Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A 2795-225 Linda-a-Velha, Portuqaliya. Marketinq lisenziyanın sahibi Rich Pharma LP Summit House, 4-5 Mitchel street, Edinburgh, EH67BD, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TIMOGLAU 0,5% 7,5 ML DAMCI” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar