Terafleks 500 mq / 600 mq N60 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirDiger qeyri-steroid ilthabəleyhinə və revmatizməleyhinə maddələr
İstehsal ölkəsiABŞ

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

39,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman maddəsini qəbul etməzdən əvvəl bu təlimatı diqqətlə oxuyun. Daha optimal nəticə əldə etmək üçün təlimatda göstərilmiş bütün tövsiyələrə əməl edin. Təlimatı saxlayın, onu bir daha oxumağa ehtiyac yarana bilər. Əgər Sizdə əlavə suallar yananıbsa, və ya vəziyyətiniz pisləşibsə və yaxud aparılmış müalicənin nəticəsində vəziyyətiniz yaxşılaşmayıbsa, mütləq həkimə müraciət edin. Bu dərman maddəsi şəxsən Sizə təyin edilib. Onu digər xəstələrə ötürməyin. Bu onların vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər, hətta onlarda olan simptomlar Sizin xəstəliyin simptomlarıyla eyni olmasına baxmayaraq. TERAFLEKS kapsullar THERAFLEX Beynəlxalq patentləşdirilməmiş adı: Glucosamine + Chondroitin sulfate

Tərkibi

Təsiredici maddələr: 1 kapsulda 500 mq qlükozamin hidroxlorid, 400 mq xondroitin sulfat natrium vardır. Köməkçi maddələr: jelatin, stearin turşusu, maqnezium stearat, manqan sulfat.

Təsviri

Səffaf, № 00 ölçülü, bir qədər rəngli və ya sari kristal dənəcikli tozla doldurulmus bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Diger qeyri-steroid ilthabəleyhinə və revmatizməleyhinə maddələr. ATC kodu: M01AX.

Farmakoloji xüsusiyyətləri

Qlükozamin Qlükozamin hidroxloridin farmakodinamikası öyrənilməyib. Xondroitin sulfat Xondroitin sulfat – yüksəkmolekullu mukopolisaxariddir. Proteoqlikanların əsas komponentidir, kollaqen lifləri ilə qığırdağ matriksini təşkil edir.

İstifadəsinə göstərişlər

Onurqa sutununun osteoxondrozunda, diz və bud-çanaq oynaqlarının kifayət qədər diaqnoz edilmiş osteoartritində simptomların yüngülləşdirilməsi ücün (yüngüldən orta ağırlıq dərəcəsinə qədər ağrıların).

Əks göstərişlər

18 yaşına qədər uşaqlar, preparatın hər hansı bir komponentinə qarşı yüksək fərdi həssaslıq, dəniz məhsullarına qarşı allergik reaksiyalar, hamiləlik, laktasiya dövrü. Xüsusi göstərilşlər və ehtiyat tədbirləri Preparatın istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır, müalicənin digər üsulları ilə nəzərdə tutulmuş oynaq xəstəliklərinin mövcudluğunu istisna etmək üçün. Bronxial astması olan pasientlərə xəstəliyin əlamətlərinin pisləşməsi barədə məlumat verilməlidir. Qlükozaya qarşı intolerant xəstələrdə qanda qlükozanın səviyyəsini yoxlamaq məqsədəuygundur və lazım olduqda insulin ehtiyacı müalicədən əvvəl və periodik olaraq müalicə müddətində müəyyən edilməlidir. Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə xüsusi tədqiqatların olmaması səbəbindən dərmanın istifadəsi həkim nəzarəti altında həyata kəçirilməlidir. Ürək və/və ya böyrək çatışmazlığı olan xəstələrdə çox nadir hallarda ödem və ya maye yıgılma halları qeyd olunur. Terafleks preparatının bir kapsulasında 28 mq natrium var. Natriumun məhdudlaşması ilə pəhriz tədbiq edən xəstələr tərəfindən nəzərə alınmalıdır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Qlükozamin Qlükozaminin diger preparatlarla qarşılıqlı təsiri üzrə xüsusi tədqiqatlar aparılmamışdır. Kumarin antikoaqulyantlatının təsirinin artması barədə məlumatlar var, buna görə eyni zamanda kumarin qrupunun antikoaqulyantarını qəbul edən xəstələr (məsələn, varfarin və ya asenokumarol) koaqulyasiya parametrlərinin daha diqqətli monitorinqinə ehtiyac duyurlar. Qlükozamin ilə eyni zamanda steroid ya da qeyri-steroid iltihab əleyhinə dərmanları qəbul etmək olar. Xondroitin sulfat Digər dərman maddələri ilə qarşılıqlı təsir qəydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qlükozaminin hamiləlik dövründə istifadəsi haqqında və ya onun ana südü ilə ifrazı haqqında yetərincə klinik məlumatlar olmadığından, preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrinə və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında xüsusı tədqiqatlar aparılmamışdır. Baş ağrıları, yuxululuq, yorğunluq, başfırlanma və görmə pozulmaları yarananda avtomobil idarəetməsı və ya mexanizmlərlə işləmə tövsiyə edilmir.

İstifadə qaydası və dozası

Böyüklər, həmçinin yaşlı pasiyentlər Tövsiyə olunan doza 1000-1200 mq xondroitin sulfat və 1500 mq qlükozamin, yəni 1 kapsuldur gündə 3 dəfə. Tövsiyə olunan müalicə müddəti ən az 3-6 aydır. Uşaqlar Təhlükəsizlik və effektivlik haqqında məlumatın olmaması səbəbindən 18 yaşına çatmamış uşaqlar və yeniyetmələr üçün istifadə edilməməsi məsləhət görülür. Böyrək/qaraciyər funksiyası pozulmuş xəstələr Dozanın korreksiyası haqqında məlumat yoxdur. Kapsulalar yəməkdən əvvəl, yemək zamanı və ya sonra qəbul edilə bilər. Aclığa dözməyən xəstələr bu dərman maddəsini yəməkdən sonra qəbul etməlidirlər. Kapsullar kifayət qədər mayə ilə içilməlidir.

Əlavə təsirləri

Aşağıdakı təsnifat mənfi reaksiyaların vəziyyətini qiymətləndirmək üçün istifadə olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10000, <1/1000), çox nadirhallarda (<1/10000), məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq sisteminə: tez-tez – dispepsiya, ürəkbulanma, abdominal ağrı, diareya, qəbizlik, bağırsağın köpməsi; nadir hallarda – qusma. İmmun sisteminə: məlum deyil – allergik reaksiyalar, dəridə səpgi və hiperemiya daxil olmaqla, qaşınma, övrə, angionevrotik ödem. Dəri və dərialtı toxumaya: bəzən – eritema, qaşınma, səpgi; nadir – kontakt dermatit; çox nadir – eqzema; məlum deyil – övrə, saç tökülməsi, angionevrotik ödem. Sinir sistemi və hiss orqanlarına: tez-tez – baş ağrısı, ümumi halsızlıq, yuxululuq; məlum deyil – baş fırlanması. Görmə orqanına: görmənin pozulması. Tənəffüs orqanına: məlum deyil – astma, astmanın gedişatının ağırlaşması. Ürək-damar orqanına: bəzən – istiliyin gəlməsi; məlum deyil – aritmiyalar, həmçinin taxikardiya. Qaraciyər və ödqovucu yollara: məlum deyil – qaraciyər fermentlərinin qanda səviyyəsinin artması və sarılıq* * Sarılıqın inkişafı və qaraciyər fermentlərinin səviyyəsinin artması qeydə alınmışdı, lakin qlükozamin qəbulu ilə əmələ gəlməsi səbəb-nəticə əlaqəsi müəyyənləşməmişdir. Psixi pozulmalar: məlum deyil – yuxusuzluq. Metabolizmə və qidalanmaya təsiri: məlum deyil – şəkərli diabetdə qlikemiyanın qeyri-adekvat nəzarət olunması. Ümumi pozulmalar: bəzən – yorğunluq; məlum deyil – ödem, periferik ödem. Laborator və fizioloji göstəricilərə təsiri: məlum deyil – qaraciyər fermentlərinin artması, qanda şəkərin artması, arterial təyzigin arması, BNN göstəricisinin dəyişməsi (beynəlxalq norma nisbəti). Arzuolunmayan reaksiyaların bildirilməsi Arzuolunmayan reaksiyalar yaranan zaman həkimə müraciət etməlisiniz. Bu tövsiyə bütün mümkün arzuolunmayan reaksiyalara tətbiq edilir, içlik vərəqədə göstərilməyənlər də daxil olmaqla. Siz ayrıca, dərmanların təsirsizliyi barədə məlumatlar da daxil olmaqla, arzuolunmayan reaksiyalar haqqında Milli Məlumat Bazasına bildirə bilərsiniz. Arzuolunmayan reaksiyalar haqqında bildirilməsi ilə, Siz dərmanın təhlükəsizliyi haqqında daha ətraflı məlumat əldə etməyə kömək edirsiniz.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeydə alınmamışdır. Doza aşıldıqda preparatın qəbulunu dayandırmalı. Müalicə simptomatik, su-elektrolit balansının bərpasına yönəlməlidir.

Buraxılış forması

30, 60 və 120 kapsul flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Reseptsiz buraxılır.

İstehsalçı

Kontrakt Farmacal Korporeyşn. 135 Adams Ave., Xopoq, Nyu-York 11788, ABŞ.

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Konsumer Keya AG. Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Terafleks 500 mq / 600 mq N60 kapsul” üçün ilk rəyi siz yazın.