Tenoten uşaqlar üçün N40 tablet

Təsiredici maddə: AFFINITY PURIFIED ANTIBODY (BRAIN SPECIFIC S-100 PROTEIN)
Təsiredici maddəAFFINITY PURIFIED ANTIBODY (BRAIN SPECIFIC S-100 PROTEIN)
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirAnksiolitik preparatlar
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,46 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TENOTEN UŞAQLAR ÜÇÜN homeopatik sorma tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affin- təmizlənmiş antitellər* vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat. -16 * tərkibində təsiredici maddənin aktiv formasının miqdarı 10 nq/q-dan çox olmayan su-spirt qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.

Təsviri

Yastı-silindrik formalı, xətli və itiqıraqlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. Tabletin yastı xətli tərəfinin üzərində MATERIA MEDICA yazısı, digər yastı tərəfinin üzərində TENOTEN KID yazısı vardır.

Farmakoterapevtik qrupu

Anksiolitik preparatlar. ATC kodu: N05BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat, sakitləşdirici, həyəcanəleyhinə (anksiolitik) təsirlərə malik olduğu halda, arzuolunmayan hipnogen və miorelaksasiyaedici effektlərin meydana çıxmasına səbəb olmur. Psixoemosional gərginliyə qarşı dözümlülüyü yaxşılaşdırır. Preparat stress-protektor, nootrop, antiamnestik, hipoksiyaəleyhinə, neyroprotektor, antiastenik, antidepressiv təsirlərə malikdir. İntoksikasiya və hipoksiya zamanı, beyin qan dövranının kəskin pozğunluğundan sonrakı vəziyyətlərdə neyroprotektor təsir göstərir, zədələnmə nahiyəsini məhdudlaşdırır, mərkəzi sinir sistemində (MSS-də) öyrənmə və yaddaş proseslərini normalaşdırır. Lipidlərin peroksidləşməsi proseslərini inhibə edir. Beyində sinaptik (məlumatlandırıcı) və metabolik proseslərin əlaqələndirilməsini həyata keçirən S-100 zülalının funksional aktivliyini modifikasiya edir. QAYT-mimetik və neyrotrofik təsir göstərərək, stress-məhdudlaşdıran sistemlərin aktivliyini yüksəldir, neyronal plastiklik proseslərinin bərpa olunmasına səbəb olur. Farmakokinetikası Preparatın spesifik tərkibini (“Tərkibi” bölməsinə bax) nəzərə alaraq, müasir fiziki-kimyəvi analiz metodlarının (qaz-maye xromatoqrafiyası, yüksək effektiv maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) həssaslığı, Tenoten uşaqlar üçün preparatın təsiredici maddəsinin orqanizmin bioloji mayelərində, orqan və toxumalarında miqdarını qiymətləndirmək imkanı vermir ki, bu da preparatın farmakokinetikasının öyrənilməsini texniki cəhətdən mümkünsüz edir.

İstifadəsinə göstərişlər

Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün göstərişdir. Kompleks terapiyanın tərkibində nevrasteniyanın və nevrotik pozğunluqların (o cümlədən, həyəcanla, qıcıqlanma və yüksək oyanıqlıqla, vegetativ pozğunluqlarla müşayiət olunan uyğunlaşma reaksiyaları daxil olmaqla) müalicəsi. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. 3 yaşa qədər uşaqlar. Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibinə laktoza monohidrat daxildir və bununla əlaqəli, anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktoza malabsorbsiyası sindromu və ya anadangəlmə laktaza çatışmazlığı kimi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur. Tenoten uşaqlar üçün preparatının təsirində aktivləşdirici xüsusiyyətlərin mövcudluğunu nəzərə alaraq, preparatın gün ərzində sonuncu qəbulu yuxuya getməzdən ən azı 2 saat əvvəl olmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu günə qədər digər dərman preparatları ilə uyuşmazlığı qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten uşaqlar üçün preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsi üçün zərurət yarandığı halda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tenoten uşaqlar üçün preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir.

İstifadə qaydası və dozası

Tabletin üzərində olan xətt, onun 2 hissəyə bölünməsi üçün deyildir. Tabletləri daxilə qəbul etmək lazımdır. 1 qəbula – 1-2 tablet istifadə edilir (ağız boşluğunda tam sorulana qədər saxlanılmalıdır – qida qəbulu zamanı istifadə etmək olmaz). Zərurət yarandığı halda, tabletləri otaq temperaturunda az miqdar qaynadılmış suda həll etmək olar. Nevrasteniya və nevrotik pozğunluqlar. Sutkada 1 dəfədən 3 dəfəyə qədər 1 tablet qəbul etmək, müalicə kursu 1-3 ay təşkil edir. Zərurət yarandıqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya 1-2 aydan sonra təkrar etmək olar. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu. Sutkada 2 dəfə 2 tablet qəbul etmək, müalicə kursu 1-3 ay təşkil edir. Müalicəyə başladıqdan sonra, 3-4 həftə müddətində davamlı yaxşılaşma vəziyyəti əldə edilmədiyi halda, həkimə müraciət etmək lazımdır. Uşaqlar Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Əlavə təsirləri

Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək fərdi həssaslıq reaksiyalarının inkişaf etməsi mümkündür.

Doza həddinin aşılması

Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqəli dispepsiya halları müşahidə oluna bilər.

Buraxılış forması

Homeopatik sorma tabletlər. 20 tablet polivinilxlorid örtüklü və alüminium folqa konturlu-yuvalı qablaşmada. 2 konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın istifadəsi müddətində konturlu-yuvalı qablaşma istehsalçı tərəfindən nəzərdə tutulmuş karton qutuda saxlanılmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı və ərizəçi “Materia Medika Holdinq” EİŞ” MMC. İstehsalçının hüquqi ünvanı Rusiya, 127473, Moskva şəh., 3-cü Samoteçnıy dalanı, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. “Qaynar xətt”: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail: [email protected] Dərman preparatının istehsalat ünvanı Rusiya, 454139, Çelyabinsk şəh., Buquruslanskaya küç., ev 54. Ərizəçinin faktiki ünvanı “Materia Medika Holdinq” EİŞ” MMC nümayəndəliyi. Azərbaycan Respublikası, AZ 1025, Bakı şəh., Xətai rayonu, Nobel prospekti, ev 15, kvartal 1212. Tel.: + 994 12 488 68 92. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Tenoten uşaqlar üçün N40 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar