Tardepheedrel 30 ml damcı

Dərman formasıDamcı
Farmakoloji təsirHomeopatik dərman vasitələri
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TARTEFEDREL N damcı

Tərkibi

Təsiredici maddələr: 100 q preparatın tərkibi: Kalium stibyltartaricum D4 10,0 q; Atropa belladonna D4 10,0 q; Natrium sulfuricum D4 10,0 q; Arsenum iodatum D6 10,0 q; Blatta orientalis D6 5,0 q; Lobelia inflata D4 5,0 q; Psychotria ipecacuanha D4 5,0 q; Naphthalinum D6 5,0 q; Illicium verum D3 5,0 q. Köməkçi maddələr: spirt 35%, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsizdən zəif sarı rəngə qədər dəyişən məhluldur.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitələri.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman maddələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman maddələrində adətən durulaşmış təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Bronxit, xüsusilə də astmatik mənşəli bronxit, bronxial astma, kəskin öskürək zamanı təyin edilir. Skrofulyozlu (sıraca xəstəliyi olan) uşaqlarda uzunmüddətli öskürək zamanı, kataral bronxit, müxtəlif növ kataral laringit, göyöskürəyin bəzi formalarında, tənəffüs yollarının bütün kataral zədələnmələrində təyin edilir.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentlərə qarşı allergik reaksiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər simptomlar davam edərsə və ya pisləşərsə həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman maddələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbi ilə heç bir təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Ümumiyyətlə, 10 damcı gündə 3 dəfə; kəskin pozulmalarda əvvəlcə hər 15 dəqiqədən bir (2 saata qədər davam edən müddətdə) 10 damcı. Pediatriya: 2 yaşa qədər: 3 damcı gündə 3 dəfə. 2-5 yaş: 5 damcı gündə 3 dəfə. 6-11 yaş: 7 damcı gündə 3 dəfə. Kəskin pozulmalarda əvvəlcə müvafiq dozanı gündə maksimum 12 dəfəyə qədər hər yarım saatdan 1saata qədər davam edən müddətdə qəbul edin, sonra isə standart doza ilə davam edin. Qəbul qaydası Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir. Uşaqlar üçün damcıları az miqdar suya əlavə edin.

Əlavə təsirləri

Bütün dərman maddələri kimi bu homeopatik dərman maddəsinin də əlavə təsirlərinin olması mümkündür. Ayrı-ayrı hallarda qısamüddətli allergik reaksiyaların olması bildirilmişdir.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbi ilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.

Buraxılış forması

30 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Tardepheedrel 30 ml damcı” üçün ilk rəyi siz yazın.