Taprazol 40 mq flakon
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Proton nasosunun inhibitoru |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,99 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TAPRAZOL 40 mq inyeksiya məhlulu hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole
Tərkibi
Təsiredici maddə: 1 flakonda 40 mq pantoprazola ekvivalent pantoprazol natrium vardır.
Təsviri
Ağ və ya demək olar ki, ağ hiqroskopik tozdur.
Farmakoterapevtik qrupu
Proton nasosunun inhibitoru. ATC kodu: A02BC02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Benzimidazol törəməsi olan pantoprazol mədənin selikli qişasının parietal hüceyrələrində proton nasosuna inhibəedici təsir göstərməklə xlorid turşusunun sekresiyasını inhibə edir. + + Pantoprazol parietal hüceyrələrdə turş mühitdə aktiv formaya çevrilirərək orada Н -К -ATF-aza fermentinin fəaliyyətini inhibə edir, bununla da, mədədə xlorid turşusu sintezinin son mərhələsini blokadaya alır. Bu proses dozadan asılı xarakter daşımaqla xlorid turşusunun bazal və stimuləolunmuş sekresiyasına təsir edir. Pasiyentlərin çoxunda simptomlar 2 həftə ərzində aradan qalxır. Proton nasosunun digər inhibitorları və H – reseptorların digər blokatorları kimi,2 pantoprazol ilə müalicə mədədə turşuluğun azalmasına və buna müvafiq olaraq qastrinin miqdarının artmasına səbəb olur. Qastrinin bu artımı geridönəndir. Pantoprazol hüceyrə reseptorlarından uzaq mühitdə fermentlərlə birləşdiyi üçün o, xlorid turşusunun sekresiyasını digər substansiyaların stimullaşdırıcı təsirindən (asetilxolin, histamin, qastrin) asılı olmayaraq inhibə edir. Preparatın təsiri onun peroral və ya venadaxili təyinindən asılı olmayaraq eynidir. Farmakodinamik effektləri Pantoprazolla müalicə zamanı qastrinin ac qarnına səviyyəsi yüksəlir. Qısamüddətli istifadə zamanı, adətən yuxarı həddini aşmır. Uzunmüddətli müalicədə əksər hallarda gastrinin səviyyəsi ikiqat artır. Həddindən artıq artım yalnız çox nadir hallarda baş verir. Bəzən uzunmüddətli müalicənin nəticəsində, mədədə xüsusi endokrin hüceyrələrin (ECL hüceyrələrinin) yüngül və orta dərəcədə artması müşahidə olunur (adenomatoz hiperplaziyaya oxşar). Ancaq bu günə qədər edilən tədqiqatlara əsasən, insanlarda karsinoid prekursorlarının (atipik hiperplaziya) və ya mədə karsinoidlərinin inkişafı istisna edilə bilər. Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən, pantoprazolun 1 ildən çox uzunmüddətli müalicəsi qalxanvari vəzinin endokrin funksiyasına və qaraciyər fermentlərinin parametrlərinə təsiri istisna edilmir. Antisekretor preparatlar ilə müalicə zamanı turşu ifrazının azalmasına cavab olaraq plazmada qastrinin səviyyəsi artır. Turşuluğun azalması səbəbindən həmçinin CgA artır. CgA səviyyəsinin artması neyroendokrin şişlərin müayinələrinə mane ola bilər. Mövcud olan məlumatlara görə proton nasosunun inhibitorlarının qəbulu CgA analizlərindən 5 gün-2 həftə əvvəl dayandırılmalıdır. Bu, proton nasosunun inhibitorları ilə müalicədən sonra süni şəkildə yüksələ bilən CgA səviyyələrinin normal diapazona qayıtmasına imkan verir. Farmakokinetikası Pantoprazolun farmakokinetikası birdəfəlik və təkrar istifadəsi zamanı eynidir. Preparatın 10-80 mq doza intervalında peroral və ya venadaxili istifadəsindən asılı olmayaraq farmakokinetikası xətti xarakter daşıyır. Paylanması Pantoprazolun qan plazmasının zülalları ilə birləşməsi təxminən 98% təşkil edir. Paylanma həcmi təxminən 0,15 l/kq-dır. Xaric olması Yarımxaricolma dövrü (T1/2) təxmini 1 saat olub, klirensi təxminən 0,1 l/saat/kq-dır. Nadir hallarda eliminasiyanın ləngiməsi müşahıdə olunmuşdur. Pantoprazol parietal hüceyrələrin proton nasosuna spesifik birləşdiyi üçün yarımxaricolma dövrü onun təsirinin (turşu sekresiyasının inhibə olunması) daha uzun müddət davam etməsinə müvafiq gəlmir. Pantoprazolun metabolitləri əsasən böyrəklər vasitəsilə (80%-ə yaxın), qalan hissəsi isə nəcislə xaric olunur. Qan zərdabı və həm də sidikdə mövcud olan əsas metabolit desmetil pantoprazol- sulfatla birləşmiş halda olur. Əsas metabolitinin yarımxaricolma dövrü (təxminən 1,5 saat) pantoprazolun yarımxaricolma dövründən demək olar ki fərqlənmir. Klinikaya qədər təhlükəsizlik məlumatları Klinikaya qədər məlumatlar preparatın təhlükəsizliyi, təkrar doza toksikliyi, genotoksikliyinə dair tədqiqatlara əsaslanaraq insanlar üçün xüsusi təhlükə göstərməyib.
İstifadəsinə göstərişlər
˗ Qastroezofageal relkyuks xəstəliyi, anamnezdə eroziv ezofagit. ˗ Zollinger-Ellison sindromu və başqa patoloji hipersekretor hallar.
Əks göstərişlər
Təsiredici maddəyə və benzimidazollara qarşı yüksək həssaslıq. Rilpivirin tərkibli vasitələrlə eyni vaxtda istifadsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Həyacanverici simptomlar olduqda Hər hansı həyacanverici simptom (məsələn, səbəbsiz əhəmiyyətli çəki itkisi, təkrarlanan qusma, disfaqiya, hematemezis, anemiya və ya melena) və mədə xorasının şübhəsi olduqda və ya xora mövcud olduqda, mümkün bədxassəli hal istisna edilməlidir, çünki pantoprazol xərçəngin simptomlarını gizlədir və diaqnozun qoyulmasında gecikməyə səbəb ola bilər. Müvafiq müalicəyə baxmayaraq simptomlar davam edərsə, əlavə müayinə aparılmalıdır. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə, pantoprazol ilə xüsusilə uzunmüddətli müalicə zamanı, qaraciyər fermentləri mütəmadi olaraq ölçülməlidir. Qaraciyər fermentlərinin səviyyəsinin artması halında müalicə dayandırılmalıdır. Bakteriyaların səbəb olduğu mədə-bağırsaq infeksiyaları Pantoprazol digər proton nasosunun inhibitorları kimi, yuxarı mədə-bağırsaq traktında adi halda olan bakteriyaların sayını artıra bilər. Proton nasosunun inhibitorları ilə müalicə Salmonella, Campylobacter və ya C.difficile kimi bakteriyaların yaratdığı mədə-bağırsaq infeksiyalarının riskinin artmasına səbəb ola bilər. Preparatın uzun müddətli istifadəsi zamanı ağır hipomaneziemiya halları qeyd edilmişdir. Dərinin yarımkəskin qırmızı qurdeşənəyi (DYQQ) Proton nasosunun inhibitorları istifadə edildikdə, dərinin yarımkəskin qırmızı qurdeşənəyi (DYQQ) haqqında məlumatlar verilmişdir. Əgər zədələnmələr baş verirsə, xüsusilə artralgiya ilə müşayiət olunursa, xəstə dərhal tibbi yardım üçün müraciət etməli və tibb işçisi pantoprazolun qəbulunun dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməlidir. Əvvəlki proton nasosunun inhibitorları ilə müalicə ilə meydana gələn DYQQ, digər proton nasosunun inhibitorlarının istifadəsi zamanı DYQQ əmələ gəlmə riskini artıra bilər. Atazanavir ilə eyni zaman istifadəsi Atazanavirin proton nasosunun inhibiorları ilə birlikdə istifadəsi tövsiyə edilmir. Atazanavirin proton nasosunun inhibitoru ilə istifadəsi lazım olduqda, ciddi klinik monitorinq (məsələn, virus yüklənməsi) tələb olunur, həmçinin ataznavirin dozası 400 mq-a qədər artırılması və 100 mq ritonavir ilə kombinasiyada istifadəsi tövsiyə olunur. Pantoprazolun 20 mq gündəlik dozası aşılmamalıdır. Sümük qırılmaları Proton pompasının inhibitorlarının yüksək dozaları ilə uzunmüddətli müalicə (1 ildən çox), əksərən, yaşlı şəxlərdə və ya digər risk amilləri olan zaman omba, bilək və onurğanın sınma riskini əhəmiyyətsiz dərəcədə artıra bilər. Müşahidə tədqiqatları güman etməyə imkan verir ki, PNİ ümumi sınma riskini 10-40% artıra bilər. Onlardan bəziləri digər risk amilləri ilə şərtlənə bilər. Osteoporozun inkişaf riski olan xəstələr qüvvədə olan kliniki tövsiyələrə əsasən müalicə qəbul etməli və kifayət miqdarda D vitamini və kalsium qəbul etməlidir. Laboratoriya tədqiqatları ilə müdaxilə A (CgA) xromoqraninin artmış yüksəlməsi neyroendokrin şişlərinin tədqiqatlarına maneə törədə bilər. Bu maneədən yayınmaq üçün CgA-nın ölçülməsindən əvvəl 5 gündən az olmayan vaxt ərzində Taprazol ilə müalicəni dayandırmaq lazımdır. Əgər CgA-nın və qastrinin səviyyələri ilkin ölçmədən sonra nəzarət diapazonuna qayıtmazsa, proton pompasının inhibitoru ilə müalicəni dayandırdıqdan 14 gün sonra ölçməni təkrar etmək lazımdır. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatın bir dozasında 1 mmol-dan az natrium (23 mq) vardır, yəni demək olar ki “natriumdan azaddır”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pantoprazolun digər dərman vasitələrinin absorbsiyasına təsiri Mədə turşusunun ifrazının güclü və uzunmüddətli inhibə edilməsi səbəbindən, pantoprazol, biomənimsənilməsi mədə mühitinin pH-dan asılı olan dərman vasitələrinin absorbsiyasına mane ola bilər. Məsələn, ketokonazol, itrakonazol, posakonazol kimi bəzi azol antifunqal peparatalar və erlotinib kimi digər dərman vasitələri. İİV proteaza inhibitorları (atazanavir) Proton nasosunun inhibitorlarının atazanavirlə və pH-dan asılı olan digər İİV proteaza inhibitorlarla eyni zaman istifadəsi, İİV proteaza inhibitorlarının biomənimsənilməsini əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər və bu preparatların effektivliyinə təsir göstərə bilər. Atazanavir preparatının proton nasosunun inhibitorları ilə birlikdə istifadəsi tövsiyə edilmir. Kumarin antikoaqulyantları (fenprokumon və ya varfarin) Baxmayaraq ki, klinik tədqiqatlarda pantoprazolun varfarin və ya fenprokumon ilə birgə istifadəsi onların qarşılıqlı təsirini göstərməmişdir, post-marketinq dövründə Beynəlxalq normallaşdırılmış nisbətin (BNN) artası barədə bir neçə məlumat vardır. Pantoprazol və kumarin antikoaqulyantlar (məsələn, varfarin və ya fenprokumon) ilə müalicə olunan pasiyentlərdə BNN və protrombin vaxtı nəzarət edilməlidir. Metotreksat Yüksək dozada metotreksat (300 mq) və proton nasosunun inhibitorlarının eyni vaxtda istifadəsi bəzi pasiyentlərdə metotreksatın qanda səviyyəsini artıra bilər. Bu səbəbdən yüksək dozalı metotreksatın istifadə olunduğu hallarda, məsələn xərçəng və psoriaz, pantoprazolla müalicənin müvəqqəti dayandırılmasına ehtiyac ola bilər. Digər qarşılıqlı təsirlərə dair tədqiqatlar Pantoprazol qaraciyərdə sitoxrom P450 ferment sistemi vasitəsilə metabolizə olunur. Əsas metabolizm yolları CYP2C19 tərəfindən demetilizasiya və CYP3A4 tərəfindən oksidləşmədir. Qarşılıqlı təsirlərə dair aparılan tədqiqatlar zamanı, pantoprazol bu yollarla metabolizə olan dərman vasitələri (karbamazepin, diazepam, qlibenklamid, nifedipin və levonorqestrel və etinilestradiol tərkibli oral kontraseptivlər) ilə klinik baxımdan əhəmiyyətli qarşılıqlı təsir göstərməmişdir. Bir neçə qarşılıqlı təsirlərə dair tədqiqatların nəticələri pantoprazolun CYP1A2 (kofein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi), CYP2D6 (metoprolol kimi), CYP2E1(etanol kimi) izofermentləri ilə metabolizə olunan təsiredici maddələrin metabolizminə və ya diqoksinin p-qlikoprotein əlaqəli absorbsiyasına təsir etmədiyini göstərmişdir. CYP2C19-u inhibə edən və ya induksiya edən dərman vasitələri Fluvoksamin kimi CYP2C19 inhibitorları pantoprazolun sistem qarşılıqlı təsirini artıra bilər. Pantoprazolun yüksək dozaları ilə uzunmüddətli dozalar qəbul etmiş və ya qaraciyər çatışmazlığı olan xəstələr üçün dozanın azaldılması nəzərdə tutula bilər. Rirampisin və dazıotu (Hypericum perforatum) kimi CYP2C19 və CYP3A4-ə təsir edən fermentlərin induktorları bu ferment sistemləri vasitəsi ilə metabolizə olan, plazmada proton pompasının inhibitorlarının qatılığını azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Pantoprazolun hamilələrdə istifadəsinə dair adekvat məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərib. İnsanlar üçün potensial risk məlum deyil. Ehtiyat tədbiri olaraq, hamiləlik dövründə pantoprazolun istifadəsindən çəkinmək lazımdır. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlar pantoprazolun ana südünə nüfuz etməsini göstərib. Bu səbəbdən, ana südü ilə qidalandırmanın dayandırılması və ya pantoprazol ilə müalicədən imtina edilməsı haqqında qərar, ana südü ilə qidalanmanın uşaq üçün və pantoprazol terapiyasının ana üçün faydasını nəzərə alaraq, verilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə və ya görmə pozğunluğu kimi əlavə təsirlər yarana bilər. Təsirə məruz qalan pasiyetlər nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinməlidirlər.
İstifadə qaydası və dozası
Preparat yalnız tibb işçisi tərəfindən və müvafiq tibbi nəzarət altında yeridilməlidir. Pantoprazolun venadaxili istifadəsi yalnız oral qəbul mümkün olmadığı hallarda tövsiyə olunur. Yalnız 7 günə qədər venadaxili istifadəyə dair məlumatlar mövcuddur. Bu səbəbdən peroral müalicə mümkün olduqda, pantoprazolun venadaxili istifadəsi dayandırılmalı və əvəzinə pantoprazol 40 mq peroral təyin olunmalıdır. Qastroezofageal reflyuks xəstəliyi, anamnezdə eroziv ezofagit Pantoprazol preparatının tövsiyə olunan venadaxili dozası gündə bir flakon (40 mq). Zollinger-Ellison sindromu və başqa patoloji hipersekretor hallar Zollinger-Ellison sindromu və başqa patoloji hipersekretor halların uzunmüddətli müalicəsi üçün ilkin gündəlik doza 80 mq venadaxili pantoprazol təşkil edir. Mədə turşusunun ifrazının ölçmələrinə əsaslanaraq, daha sonra doza artırıla və ya azaldıla bilər. Doza 80 mq-dan çox olduğu halda, doza bölünməli və gündə iki dəfə yeridilməlidir. Sutkalıq dozanın müvəqqəti olaraq 160 mq-a qədər artırılmasına yol vermək olar, lakin kifayət qədər turşu nəzarəti üçün tələb olunan müddətdən artıq istifadə edilməməlidir. Turşunun sürətli nəzarəti tələb olunduqda, başlanğıc doza 2 x 80 mq venadaxili pantoprazol təşkil edir və pasiyentlərin əksəriyyətində bir saat ərzində turşu ifrazının hədəf aralığında (<10 mEq/saat) azalmasını təmin etmək üçün kifayətdir. Xüsusi populyasiyalar Uşaqlar Uşaqlarda preparatın istifadəsinə dair təcrübə məhduddur. Bu səbəbdən venadaxili pantoprazola dair əlavə məlumat əldə olunana qədər 18 yaşdan aşağı uşaqlarda preparatın istifadəsi tövsiyə edilmir. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə pantoprazolun gündəlik dozası 20 mq-dan (yarım flakon pantoprazol 40 mq) çox olmamalıdır. Böyrək çatışmazlığı Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Yaşlılar Yaşlı pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. İstifadə qaydası İnyeksiya məhlulunun hazırlanması üçün flakonun içərisinə 10 ml natrium xlorid 9 mq/ml (0.9%) məhlulu əlavə edilir. Hazırlanmış məhlul birbaşa və ya 100 ml natrium xloridin 9 mq/ml (0.9%) məhlulunda və ya 55 mq/ml qlükoza (5%) məhlulunda durulaşdırıldıqdan sonra yeridilə bilər. Hazır məhlul 12 saat ərzində istifadə olunmalıdır. Preparat 2 – 15 dəqiqə ərzində venadaxili yeridilməlidir. Hazırlanma qaydasına dair xüsusi göstərişlər İçərisində toz olan flakona 10 ml 0,9%-li natrium-xlorid məhlulu (9 mq/ml) əlavə edilir. Alınmış məhlul rəngsiz və ya açıq rəngdə olur. Hazır məhlul birbaşa və yaxud 100 ml 9 mq/ml (0,9%) natrium-xlorid və ya 55 mq/ml (5%) qlükoza məhlulu ilə qarışdırılaraq damcı üsulu ilə vena daxilinə yeridilə bilər. Qarışdırılma üçün şüşə və ya plastik qablar istifadə edilməlidir. Qarışdırıldıqdan sonra 25ºC-də 12 saat müddətində məhlulun kimyəvi və fiziki stabilliyi saxlanılır. Mikrobioloji baxımdan məhlul hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Preparat yuxarıda göstərilən məhlullardan başqa digər həlledicilər ilə hazırlanmamalı və yaxud qarışdırılmamalıdır. Dərman 2-15 dəqiqə ərzində venadaxili yeridilməlidir.
Əlavə təsirləri
Pasiyentlərin təxminən 5% mənfi əlavə təsirlər yarana bilər. İshal və baş ağrısı kimi ən çox rast gəlinən əlavə təsirlər, pasiyentlərin təxminən 1% baş verir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Cədvəl 1. Klinik sınaqlarda və marketinqdən sonrakı təcrübədə pantoprazol istifadəsi zamanı yaranan əlavə təsirlər. Tezlik Tez-tez Bəzən Nadir hallarda Çox nadir Məlum deyil hallardaOrqan sistemləri Qan-damar Aqranulositoz Trombositopen və limfatik iya, sisteminin Leykopeniya, pozğunluqları Pansitopeniya İmmun Hiperhəssaslıq sisteminin (anafilaktik pozğunluqları şok və anafilaktik reaksiya daxil olmaqla) Maddələr Hiperlipidemiy Hiponatriemiya, mübadiləsi və a və lipidlərin Hipomaqnezemi qidalanma səviyyəsinin ya, pozğunluqları yüksəlməsi Hipomaqnezie- (triqliseridlər, miya ilə əlaqəli xolesterin), hipokalsiemiya, çəkinin Hipokaliemiya dəyişməsi Psixi Yuxu Depressiya (və Dezorientasiya Hallüsinasiya- pozğunluqlar pozğunluql bütün ağırlaş- (və bütün ağır- lar, arı maları) laşmaları) Konfuziya (xüsusilə əvvəlcədən olduqda bu simptomların ağırlaşması) Sinir Baş ağrısı, Dadın Paresteziya sisteminin Başgicəl- pozulması pozğunluqları lənmə Göz Görmə pozğunluqları pozğunluğu/ bulanıq görmə Mədə- Mədə dibi Diareya, Mikroskopik bağırsaq vəzlərinin Ürəkbulan kolit sisteminin polipi ma/qusma, pozğunluqları (xoşxassəli) Köp və meteorizm, Qəbizlik, Ağızda quruluq, Abdominal ağrı və diskomfort Hepatobiliar Qaraciyər Bilirubinin Qaraciyərin pozğunluqlar fermentləri artması zədələnməsi, nin artması Sarılıq, (transamin Qaraciyər azalar, γ- çatışmazlığı GT) Dəri və Səpgilər/ Övrə, Stivens-Conson dərialtı ekzantema, Angionevrotik sindromu, toxumaların Qaşınma ödem Layell sindro- pozğunluqları mu, Multiformalı eritema, Fotohəssaslıq, Dərinin yarımkəskin qırmızı qurdeşənəyi Sümük-əzələ Omba, Artralgiya, Elektrolitlərin sisteminin bilək və ya Mialgiya pozulması pozğunluqları onurğa nəticəsində sınıqları yaranan əzələ spazmları Böyrək və İnterstisial nefrit sidik yolları (böyrək sisteminin çatışmazlığına pozğunluqları mümkün proqressivləşmə si ilə) Cinsiyyət Ginekomastiya sisteminin pozğunluqları Ümumi Yeridilmə Asteniya, Hərarətin pozğunluqlar yerində Yorğunluq yüksəlməsi, tromboflebit Zəiflik Periferik ödem
Doza həddinin aşılması
İnsanlarda doza həddinin aşılması simptomları məlum deyil. 2 dəqiqə ərzində 240 mq dozada venadaxili yeridilməsi yaxşı keçirilir. Pantoprazol əhəmiyyətli dərəcədə qan zülalları ilə bağlanır, bu səbəbdən dializ oluna bilmir. Doza həddi aşıldıqda ümumi simptomatik və dəstəkləyici müalicədən başqa digər xüsusi müalicə tətbiq olunmur.
Buraxılış forması
İnyeksiya məhlulu hazırlamaq üçün toz, boz rezin tıxacla və rəngli alüminium başlıqla bağlanmış 15 ml-lik kəhrəba rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Aarge Healthcraft, Hindistan. Plot No. 12 A/01, Sector-2, Ind Area, Parwanoo, Dist. Solan (H.P.) India.
Qeydiyyat vəsiqəsinin sahibi
Marksans Pharma Limited 11th Floor, Lotus Grandeur, Veera desai Road, Andheri (W), Mumbai, Maharashtra, India.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.