Tansifa 16 mq / 10 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzin II antaqonistləri və kalsium kanalı blokatorları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TANSİFA 16 mq/5 mq, 16 mq/10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Candesartan cilexetil+Amlodipine

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 16 mq kandesartan sileksetil, 5 mq və ya 10 mq amlodipin (besilat şəklində) vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza monohidrat, hidroksipropilsellüloza L (HPC-L), polietilenqlikol 6000, kalsium karboksimetil sellüloza, qırmızı dəmir oksidi (E172), maqnezium stearat, ikiəsaslı kalsium fosfat dihidrat, mikrokristallik sellüloza PH 102, natrium nişasta qlikolyat.

Təsviri

Tansifa 16 mq/5 mq Bir tərəfi çəhrayı rəngli və “16” həkk olunmuş, digər tərəfi isə ağ rəngli və “5” həkk olunmuş uzunsov tabletlər. Tansifa 16 mq/10 mq Bir tərəfi çəhrayı rəngli və “16” həkk olunmuş, digər tərəfi isə ağ rəngli və “10” həkk olunmuş uzunsov tabletlər.

Farmakoterapevtik qrupu

Angiotenzin II antaqonistləri və kalsium kanalı blokatorları. ATC kodu: C09DB07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Angiotenzin II renin-angiotenzin-aldosteron sisteminin əsas vazoaktiv hormondur və hipertoniya, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin patofiziologiyasında rol oynayır. Effektor orqan hipertrofiyasının patogenezində və zədələnməsində rolu var. Angiotenzin II-nin vazokonstriksiya, aldosteronun stimulyasiyası, duzun və maye homeostazının tənzimlənməsi, həmçinin hüceyrələrin böyüməsinin stimulyasiyası kimi əsas fizioloji təsirləri 1-ci növ (AT ) reseptoru vasitəsi ilə həyata1 keçirilir. Kandesartan sileksetil peroral qəbul üçün uyğun olan qeyri-aktiv dərman formasıdır. Mədə-bağırsaq traktından absorbsiya zamanı efir hidrolizi ilə sürətlə aktiv maddə olan kandesartana çevrilir. Kandesartan AT reseptorları üçün selektiv angiotenzin II reseptor antaqonistidir (AIIRA), reseptora1 möhkəm birləşir və yavaş ayrılır. Aqonist təsiri yoxdur. Kandesartan angiotenzin I-i angiotenzinə II-ə çevirən və bradikinini parçalayan AÇF-i inhibə etmir. AÇF yaxud bradikinin və ya P maddəsinin təsirinin güclənməsi üzərində heç bir effekti yoxdur. Kandesartanın AÇF inhibitorları ilə müqayisə olunduğu nəzarət edilən klinik tədqiqatlarda kandesartan sileksetil qəbul edən xəstələrdə öskürəyin insidentliyi daha aşağı olmuşdur. Kandesartan ürək-damar sisteminin tənzimlənməsində əhəmiyyətli olduğu bilinən digər hormon reseptorlarına və ya ion kanallarına bağlanmır və ya onları blokada etmir. Angiotenzin II (AT ) reseptorlarının blokada1 edilməsi dozadan asılı olaraq plazmada renin, angiotenzin I və angiotenzin II səviyyələrində artımla və plazmada aldosteron konsentrasiyasının azalması ilə nəticələnir. Farmakokinetikası Kandesartan sileksetil Absorbsiyası Peroral qəbuldan sonra kandesartan sileksetil aktiv maddə kandesartana çevrilir. Oral kandesartan sileksetil məhlulundan sonra kandesartanın mütləq biomənimsənilməsi təxminən 40%-dir. Eyni oral məhlul ilə müqayisədə tablet formasının nisbi biomənimsənilməsi 34% olmaqla çox az fərqlənir. Tabletin mütləq biomənimsənilməsi 14%-dir. Qan zərdabında maksimal konsentrasiya (C ) tabletmax qəbulundan 3-4 saat sonra əldə olunur. Kandesartanın qan zərdabında konsentrasiyası terapevtik doza aralığında dozaların artması ilə xətti olaraq artır. Kandesartanın farmakokinetikasında cinslə əlaqədar heç bir fərq müşahidə edilməmişdir. Kandesartanın biomənimsənilməsinə qida təsir göstərmir. Paylanması Kandesartan plazma zülalına yüksək dərəcədə birləşir (99%-dən çox). Kandesartanın görünən paylanma həcmi 0,1 l/kq -dır. Biotransformasiyası Kandesartan, əsasən, dəyişməz formada sidik və ödlə xaric olunur və yalnız cüzi miqdarda qaraciyər metabolizmi (CYP2C9) ilə xaric olunur. Qarşılıqlı təsir üzrə mövcud tədqiqatlar CYP2C9 və CYP3A4 üzərində heç bir təsir aşkarlamamışdır. In vitro məlumatlara əsasən metabolizmi CYP1A2, CYP2A6, CYP2C9, CYP2C19, CYP2D6, CYP2E1 və CYP3A4 sitoxrom P izofermentlərindən asılı olan450 dərmanlarla in vivo heç bir qarşılıqlı təsir gözlənilmir. Eliminasiyası Kandesartanın yarımxaricolma dövrü (T ) təxminən 9 saatdır. Çoxsaylı dozalardan sonra orqanizmdə½ toplanmır. Kandesartanın ümumi plazma klirensi təqribən 0,37 ml/dəq/kq, böyrək klirensi təqribən 0,19 ml/dəq/kq təşkil edir. Kandesartanın böyrəklərlə xaric olunması həm qlomerulyar filtrasiya, həm də aktiv kanal sekresiyası ilə həyata keçirilir. Kandesartan sileksetilin oral dozasından sonra dozanın təxminən 26%-i kandesartan, 7%-i isə qeyri-aktiv metabolit şəklində sidiklə ifraz olunduğu halda, dozanın təqribən 56%-i kandesartan, 10%-i isə qeyri-aktiv metabolit şəklində nəcislə xaric olunur. Xüsusi əhali qruplarında farmakokinetikası Yaşlılarda (65 yaşdan yuxarı) kandesartanın C və AUC göstəriciləri gənclərlə müqayisədə müvafiqmax olaraq 50% və 80% artır. Bununla birlikdə, gənc və yaşlı xəstələrdə Tansifa verildikdən sonra qan təzyiqi reaksiyası və əlavə təsirlərin insidentliyi oxşardır. Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə kandesartanın C və AUC göstəricilərimax təkrar dozalanma zamanı müvafiq olaraq təqribən 50% və 70% artmışdır, lakin yarımxaricolma dövrü normal böyrək funksiyası olan xəstələrlə müqayisədə dəyişməmişdir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə əlaqədar dəyişikliklər müvafiq olaraq təqribən 50% və 110% olmuşdur. Ağır böyrək çatışmazlığı olan xəstələrdə kandesartanın terminal yarımxaricolma dövrü təxminən iki dəfə artmışdır. Hemodializ keçirən xəstələrdə kandesartanın AUC göstəricisi ağır böyrək çatışmazlığı olan xəstələrlə bənzər olmuşdur. Yüngül-orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrin daxil olduğu iki tədqiqat zamanı bir tədqiqatda kandesartanın AUC göstəricisi təqribən 20%, digərində isə 80% artmışdır. Ağır qaraciyər çatışmazlığı olan xəstələrlə bağlı heç bir təcrübə yoxdur. Amlodipin Absorbsiyası Terapevtik dozaların oral qəbulundan sonra amlodipin dozadan 6-12 saat sonra qanda maksimal səviyyəyə çatmaqla yaxşı absorbsiya olunur. Mütləq biomənimsənilməsinin 64-80% arasında olduğu hesablanmışdır. Qida qəbulu amlodipinin biomənimsənilməsina təsir göstərmir. Paylanması Paylanma həcmi təqribən 21 l/kq-dır. In vitro tədqiqatlar dövr edən amlodipinin təqribən 97,5%-nin plazma zülallarına birləşdiyini göstərmişdir. Biotransformasiyası/eliminasiyası Amlodipin qaraciyər tərəfindən aktiv şəkildə metabolizm olunur və ilkin preparatın 10%-i, metabolitlərin isə 60%-i sidiklə ifraz olunur. Plazmada terminal yarımxaricolma dövrü təxminən 35- 50 saatdır və gündə bir dəfə dozalanma ilə uyğundur. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin istifadəsi ilə bağlı çox məhdud klinik məlumat mövcuddur. Qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin klirensi azalır ki, bu da yarımxaricolma dövrünün uzanması və AUC göstəricisinin təqribən 40-60% artması ilə nəticələnir. Yaşlılar Plazmada amlodipinin maksimal konsentrasiyasına çatma vaxtı yaşlılarda və gənclərdə eynidir. Yaşlılarda amlodipinin klirensi AUC göstəricisi və yarımxaricolma dövrü artdıqca azalmağa meyillidir. Durğunluq ürək çatışmazlığı olan xəstələrdə AUC göstəricisinin və yarımxaricolma dövrünün artması bu xəstələrin yaş qrupu üçün gözlənilən şəkildə olmuşdur.

İstifadəsinə göstərişlər

Tansifa arterial hipertenziyanın müalicəsində istifadə olunur (monoterapiya kimi yaxud digər hipertenziya əleyhinə vasitələrlə birlikdə). Tansifa qan təzyiqinə tək kandesartan və ya amlodipin ilə kifayət qədər nəzarət olunmayan xəstələrdə istifadə olunur.

Əks göstərişlər

− Kandesartan sileksetil, amlodipin və ya digər dihidropiridin törəmələrinə, yaxud hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq; − Hamiləlik və laktasiya; − Ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz; − 18 yaşdan aşağı uşaqlar; − Şəkərli diabet və ya böyrək çatışmazlığı (YFR <60 ml/dəq/1,73m ) olan xəstələrdə aliskiren tərkibli dərman vasitələri ilə yanaşı istifadə; − Ağır hipotenziya; − Şok (o cümlədən kardiogen şok); − Sol mədəciyin çıxış yolunun obstruksiyası (məsələn, yüksək dərəcəli aortal stenoz); − Kəskin miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək çatışmazlığı olan pasiyentlər Renin-angiotenzin-aldosteron sistemini inhibə edən digər vasitələrdə olduğu kimi, Tansifa ilə müalicə olunan həssas xəstələrdə böyrəyin funksiyasında dəyişikliklər gözlənilə bilər. Böyrək çatışmazlığı olan hipertenziya xəstələrində Tansifa istifadə edildikdə, zərdabda kalium və kreatinin səviyyəsinin vaxtaşırı monitorinqi tövsiyə olunur. Çox ağır və ya son mərhələdə böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi <15 ml/dəq) kandesartan sileksetil ilə bağlı təcrübə məhduddur. Bu xəstələrdə kandesartan qan təzyiqinin hərtərəfli monitorinqi ilə diqqətlə titrasiya olunmalıdır. Ürək çatışmazlığı olan xəstələrdə böyrək funksiyası vaxtaşırı qiymətləndirilməlidir, xüsusən də 75 yaşdan yuxarı yaşlı xəstələrdə və böyrək funksiyası pozulmuş xəstələrdə. Tansifa dozasının titrasiyası zamanı zərdabda kreatinin və kalium səviyyəsinə nəzarət tövsiyə olunur. Ürək çatışmazlığı zamanı klinik tədqiqatlar zərdabda kreatininin səviyyəsi > 265 mkmol/l (> 3 mq/dl) olan xəstələri əhatə etməmişdir. Amlodipin bu cür xəstələrdə normal dozalarda istifadə edilə bilər. Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək çatışmazlığı dərəcəsi ilə əlaqəli deyil. Amlodipin dializlə xaric olunmur. Ürək çatışmazlığı olan xəstələr Ürək çatışmazlığı olan xəstələrə ehtiyatla yanaşılmalıdır. Ağır ürək çatışmazlığı olan xəstələrdə (NYHA təsnifatı üzrə III və IV sinif) uzunmüddətli plasebo nəzarətli tədqiqatda ağciyər ödeminin baş verməsi amlodipinlə müalicə olunan qrupda plasebo qrupu ilə müqayisədə daha yüksək olmuşdur. Kalsium kanalı blokatorları, o cümlədən amlodipin durğunluq ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır, belə ki, gələcəkdə ürək-damar xəstəlikləri və ölüm halları riskini artıra bilər. Ürək çatışmazlığı zamanı AÇF inhibitoru ilə yanaşı müalicə Tansifa AÇF inhibitoru ilə birgə istifadə olunduqda əlavə təsir riski, xüsusilə hipotenziya, hiperkalemiya və böyrək funksiyasının azalması (o cümlədən kəskin böyrək çatışmazlığı) arta bilər. AÇF inhibitoru, mineralokortikoid reseptor antaqonisti və kandesartanın üçlü kombinasiyası da tövsiyə olunmur. Bu kombinasiyaların istifadəsi mütəxəssis nəzarəti altında olmalı və böyrək funksiyası, elektrolitlər və qan təzyiqinə tez-tez sıx nəzarət olunmalıdır. AÇF-inhibitorları və angiotenzin II reseptor blokatorları diabetik nefropatiyası olan pasiyentlərdə yanaşı istifadə olunmamalıdır. Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər funksiyası pozulmuş xəstələrdə amlodipinin yarımxaricolma dövrü uzanır və AUC dəyərləri daha yüksək olur. Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipin istifadəsinə ən aşağı dozadan başlamaq və dozanı diqqətlə artırmaq lazımdır. Ağır qaraciyər çatışmazlığı zamanı əks göstərişdir. Hemodializ Dializ zamanı qan təzyiqi plazma həcminin azalması və renin-angiotenzin-aldosteron sisteminin aktivləşməsi nəticəsində AT1-reseptorunun blokadasına qarşı xüsusilə həssas ola bilər. Bu səbəbdən Tansifa hemodializ xəstələrində qan təzyiqinin hərtərəfli müşahidəsi ilə diqqətlə titrasiya olunmalıdır. Böyrək arteriyasının stenozu Renin-angiotenzin-aldosteron sisteminə təsir edən dərman vasitələri, o cümlədən, angiotenzin II reseptor antaqonistləri böyrək arteriyasının ikitərəfli stenozu olan xəstələrdə qanda sidik cövhərini və plazmada kreatinin səviyyəsini, tək böyrək zamanı isə arterial stenozu artıra bilər. Böyrək transplantasiyası Böyrək transplantasiyası olunmuş xəstələrdə Tansifa preparatının istifadəsinə dair heç bir klinik məlumat mövcud deyil. Hipotenziya Ürək çatışmazlığı olan xəstələrdə Tansifa ilə müalicə zamanı hipotenziya yarana bilər. Bu, damardaxili həcmin azalması olan hipertenziya xəstələrində, məsələn, yüksək dozada diuretiklər qəbul edən xəstələrdə də baş verə bilər. Müalicəyə başlayarkən diqqətli olmaq və hipovolemiyanı aradan qaldırmağa çalışmaq lazımdır. Anesteziya və cərrahi əməliyyat Renin-angiotenzin-aldosteron sisteminin inhibə edilməsi ilə əlaqədar olaraq angiotenzin II antaqonistləri ilə müalicə olunan xəstələrdə anesteziya və əməliyyat zamanı hipotenziya meydana gələ bilər. Çox nadir hallarda hipotenziya çox ağır ola və venadaxili mayelərin və/və ya damardaraldıcı vasitələrin istifadəsini tələb edə bilər. Aortal və mitral klapan stenozu (obstruktiv hipertrofik kardiomiopatiya) Digər damargenişləndirici vasitələrdə olduğu kimi, hemodinamik əhəmiyyət kəsb edən aortal və ya mitral qapaq stenozu və ya obstruktiv hipertrofik kardiyomiyopatiyadan əziyyət çəkən xəstələrdə xüsusən ehtiyatlı olmaq lazımdır. İlkin hiperaldosteronizm İlkin hiperaldosteronizmi olan xəstələr renin-angiotenzin-aldosteron sisteminin inhibə etməklə təsir göstərən hipertenziya əleyhinə dərman vasitələrinə adətən cavab verməyəcəklər. Bu səbəbdən bu populyasiyada Tansifa preparatının istifadəsi məsləhət görülmür. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskirenin yanaşı istifadəsinin hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının azalması (o cümlədən kəskin böyrək çatışmazlığı) riskini artırdığına dair faktlar var. AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskirenin birgə istifadəsi ilə RAAS-ın ikiqat blokadası tövsiyə edilmir. İkiqat blokada mütləqdirsə, bu, yalnız mütəxəssis nəzarəti altında və böyrək funksiyasının, elektrolitlərin və qan təzyiqinin tez-tez yaxından müşahidə olunması ilə aparılmalıdır. Diabetik nefropatiyası olan xəstələrdə AÇF inhibitorları və angiotenzin II reseptor blokatorları yanaşı istifadə olunmamalıdır. Hiperkaliemiya Tansifa preparatının kaliumtutucu diuretiklər, kalium əlavələri, tərkibində kalium olan duz əvəzediciləri və ya kalium səviyyəsini artıra biləcək digər dərman vasitələri ilə eyni vaxtda istifadəsi (məsələn, heparin, trimetoprim/sulfametoksazol) hipertenziyalı xəstələrdə qan zərdabında kalium səviyyəsinin artmasına səbəb ola bilər. Ehtiyac olduqda kalium səviyyəsinə nəzarət olunmalıdır. Tansifa ilə müalicə alan ürək çatışmazlığı olan pasiyentlərdə hiperkaliemiya baş verə bilər. Qan zərdabında kaliumun səviyyəsini vaxtaşırı müşahidə etmək tövsiyə olunur. AÇF inhibitoru, kaliumtutucu diuretik (məsələn, spironolakton) və Tansifa preparatının kombinasiyası tövsiyə olunmur və yalnız potensial faydalar və risklər diqqətlə qiymətləndirildikdən sonra nəzərdən keçirilməlidir. Ümumi Damar tonusu və böyrək funksiyası əsasən renin-angiotenzin-aldosteron sisteminin fəaliyyətindən asılı olan xəstələrdə (məsələn, ağır durğunluq ürək çatışmazlığı və ya yanaşı böyrək xəstəliyi, o cümlədən, böyrək arteriyası stenozu olan xəstələrdə) bu sistemə təsir edən digər dərman preparatları ilə müalicə kəskin hipotenziya, azotemiya, oliquriya, yaxud nadir hallarda kəskin böyrək çatışmazlığına səbəb olur. AIIRA ilə oxşar təsirlərin olma ehtimalı istisna edilməməlidir. Digər hipertenziya əleyhinə vasitələrdə olduğu kimi, işemik kardiopatiya və ya işemik serebrovaskulyar xəstəliyi olan xəstələrdə qan təzyiqinin həddindən artıq azalması miokard infarktı və ya insultla nəticələnə bilər. Kandesartanın antihipertenziv təsiri hipertenziya əleyhinə təyin edilmiş və ya digər göstərişlə yazılmış, qan təzyiqini azaltma xüsusiyyətlərinə malik digər dərman vasitələri ilə arta bilər. Tansifa preparatının tərkibində laktoza var. Qalaktozaya qarşı dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidirlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tansifa tərkibindəki maqnezium səbəbindən tetrasiklinin absorbsiyasını azalda bilər. Bu səbəbdən eyni vaxtda istifadəsi tövsiyə edilmir. Kandesartan Klinik farmakokinetik tədqiqatlarda araşdırılan dərman vasitələrinə hidroxlorotiazid, varfarin, diqoksin, oral kontraseptivlər (məsələn, etinilestradiol/levonorgestrel), qlibenklamid, nifedipin və enalapril daxildir. Bu dərman vasitələri ilə klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirlər müəyyən edilməmişdir. Kaliumqoruyucu diuretiklər, kalium əlavələri, tərkibində kalium olan duz əvəzediciləri və ya digər dərman vasitələrinin (məsələn, heparin) yanaşı istifadəsi kalium səviyyəsini artıra bilər. Lazım gələrsə kaliumun səviyyəsinə nəzarət olunmalıdır. Litiumun AÇF inhibitorları ilə yanaşı istifadəsi zamanı qan zərdabında litium konsentrasiyalarında və toksiklikdə geriyədönən artımlar qeydə alınmışdır. Bənzər təsir AIIRA-lar ilə də baş verə bilər. Kandesartanın litiumla istifadəsi tövsiyə edilmir. Bu kombinasiya zəruri olduqda qan zərdabında litium səviyyəsini diqqətlə müşahidə etmək tövsiyə olunur. AIIRA-lar qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏV-lər) (məs., selektiv SOG-2 inhibitorları, asetilsalisil turşusu (> 3q/gün) və qeyri-selektiv QSİƏV-lər) ilə eyni vaxtda qəbul edildikdə, hipertenziya əleyhinə təsir azala bilər. AÇF inhibitorlarında olduğu kimi, AIIRA və QSİƏV-lərin yanaşı istifadəsi xüsusilə əvvəldən böyrək funksiyası zəif olan xəstələrdə böyrəyin funksiyasının pisləşməsi riskinin artmasına, o cümlədən, kəskin böyrək çatışmazlığı və qan zərdabında kaliumun səviyyəsinin artmasına səbəb ola bilər. Kombinasiya xüsusilə yaşlılarda ehtiyatla istifadə olunmalıdır. Xəstələr kifayət qədər hidratasiya olunmalı və yanaşı müalicəyə başladıqdan sonra və vaxtaşırı olaraq böyrəyin funksiyasına nəzarət olunmalıdır. Klinik tədqiqat məlumatları göstərmişdir ki, AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskirenin birgə istifadəsi ilə renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası RAAS təsirli bir vasitənin istifadəsi ilə müqayisədə hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının azalması (o cümlədən, kəskin böyrək çatışmazlığı) kimi əlavə təsirlərin tezliyinin daha yüksək olmasına səbəb olur. Amlodipin CYP3A4 inhibitorları Amlodipinin güclü və ya orta CYP3A4 inhibitorları ilə yanaşı istifadəsi (proteaza inhibitorları, azol qrupuna daxi olan antimikotiklər, eritromisin və ya klaritromisin kimi makrolidlər, verapamil və ya diltiazem) qanda amlodipinin konsentrasiyasında əhəmiyyətli artıma səbəb ola bilər ki, bu da hipotenziya riskini artırır. Bu farmakokinetik qarşılıqlı təsirin klinik əhəmiyyəti yaşlılarda daha nəzərəçarpan ola bilər. Bu səbəbdən klinik monitorinq və doza tənzimlənməsi tələb oluna bilər. CYP3A4 induktorları Məlum CYP3A4 induktorları ilə birgə qəbul olunduqda amlodipinin plazmada konsentrasiyası dəyişə bilər. Bu səbəbdən, xüsusilə güclü CYP3A4 induktorları (məsələn, rifampisin, dazıotu (Hypericum perforatum)) ilə yanaşı qəbul edildikdə və sonra qan təzyiqinə nəzarət olunmalı və dozanın tənzimlənməsi nəzərdən keçirilməlidir. Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə birgə istifadəsi tövsiyə edilmir, belə ki, bəzi xəstələrdə biomənimsənilmə arta və nəticədə hipotenziv təsir güclənə bilər. Dantrolen (infuziya) Heyvanlarda verapamil və venadaxili dantrolen istifadəsindən sonra hiperkaliemiya ilə əlaqədar mədəciklərin letal fibrillasiyası və ürək-damar çatışmazlığı müşahidə olunmuşdur. Hiperkaliemiya riski səbəbindən bədxassəli hipertermiyaya qarşı həssas olan xəstələrdə və bədxassəli hipertermiyanın müalicəsində amlodipin kimi kalsium kanal blokatorlarının birgə istifadəsindən çəkinmək tövsiyə olunur. Takrolimus Amlodipinlə yanaşı istifadə olunduqda qanda takrolimusun səviyyəsinin artması riski var, lakin bu qarşılıqlı təsirin farmakokinetik mexanizmi tam öyrənilməyib. Takrolimusun toksikliyindən qaçınmaq üçün takrolimusla müalicə olunan xəstəyə amlodipin təyin etdikdə qanda takrolimusun səviyyəsinə nəzarət etmək və lazım olduqda takrolimusun dozasını tənzimləmək lazımdır. Rapamisinin mexaniki hədəfi (mTOR) inhibitorları Sirolimus, temsirolimus və everolimus kimi mTOR inhibitorları CYP3A substratlarıdır. Amlodipin zəif CYP3A inhibitorudur. Amlodipin ilə mTOR inhibitorlarının yanaşı istifadəsi mTOR inhibitorlarının təsirini artıra bilər. Siklosporin Siklosporinin dəyişkən konsentrasiya artımı (orta hesabla 0%-40%) müşahidə edilən böyrək transplantasiyası olunmuş xəstələr istisna olmaqla, sağlam könüllülərdə və ya digər əhali qruplarında siklosporin və amlodipinin qarşılıqlı təsiri üzrə heç bir tədqiqat aparılmamışdır. Böyrək transplantasiyası olunmuş xəstələrdə amlodipin təyin edərkən siklosporin səviyyəsinə nəzarətə diqqət yetirilməli və zəruri hallarda siklosporinin dozası azaldılmalıdır. Simvastatin 10 mq amlodipinin ilə 80 mq simvastatinin çoxsaylı dozalarının yanaşı qəbulu tək simvastatinlə müqayisədə simvastatinin qanda konsentrasiyasının 77% artması ilə nəticələnmişdir. Amlodipin qəbul edən xəstələrdə simvastatinin dozası gündəlik 20 mq-a qədər məhdudlaşdırılmalıdır. Qarşılıqlı təsirin öyrənilməsi üzrə klinik tədqiqatlarda amlodipin atorvastatin, diqoksin və ya varfarinin farmakokinetikasına təsir göstərməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik müddətində Tansifa preparatının istifadəsi əks göstərişdir. Tansifa müalicəsinin davam etdirilməsi zəruri hesab olunmadığı müddətcə hamiləlik planlaşdıran xəstələr hamiləlikdə istifadə üçün etibarlı təhlükəsizlik profilinə malik olan alternativ hipertenziya əleyhinə müalicələrə keçirilməlidir. Hamiləlik diaqnozu qoyulduqda Tansifa ilə müalicə dərhal dayandırılmalı və lazım olduqda alternativ müalicə başladılmalıdır. Laktasiya Amlodipin ana südü ilə ifraz olunur. Amlodipinin körpəyə təsiri məlum deyil. Laktasiya müddətində kandesartan sileksetilin istifadəsi ilə bağlı heç bir məlumat olmadığından Tansifa tövsiyə edilmir və əmizdirmə müddətində, xüsusən də yenidoğulmuş və ya erkən doğulmuş körpəni əmizdirərkən daha yaxşı təhlükəsizlik profilləri olan alternativ müalicələrə üstünlük verilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kandesartan Kandesartanın nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri ilə üzrə heç bir tədqiqat aparılmamışdır. Lakin nəzərə alınmalıdır ki, Tansifa ilə müalicə zamanı bəzən başgicəllənmə və ya yorğunluq ola bilər. Amlodipin Amlodipin nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə cüzi və ya orta dərəcədə təsir göstərə bilər. Amlodipin qəbul edən xəstələrdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma olduqda reaksiya qabiliyyəti pozula bilər. Xüsusən müalicənin başlanğıcında diqqətli olmaq tövsiyə olunur.

İstifadə qaydası və dozası

Tövsiyə olunan doza gündə 1 tablet təşkil edir. Klinik baxımdan uyğun olduqda birbaşa monoterapiyadan sabit doza kombinasiyası ilə müalicəyə keçid oluna bilər. Kandesartan və amlodipini ayrı-ayrı tabletlər şəklində qəbul edən xəstələr tərkibində komponentlərin eyni dozaları olan Tansifa preparatına keçid edə bilərlər. Doza həkim tərəfindən müəyyən olunur. Müalicəyə cavab reaksiyasından asılı olaraq həkim tərəfindən daha yüksək və ya aşağı dozalar tövsiyə oluna bilər. Qəbul qaydası Peroral qəbul üçündür. ® ® Tansifa gündə bir dəfə qida ilə birgə və ya qidasız qəbul edilir. Qida Tansifa preparatının biomənimsənilməsinə təsir göstərmir. Xüsusi əhali qrupları Böyrək çatışmazlığı 2 ® Kreatinin klirensi ≥30 ml/dəq/1,73 m olan xəstələrdə Tansifa ilə müalicəyə keçməzdən əvvəl kandesartan sileksetilin dozası titrasiya olunmalıdır (yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə kandesartanın tövsiyə olunan başlanğıc dozası 4 mq-dır). Tansifa ilə bu titrasiyaya nail olmaq mümkün olmadığından, Tansifa yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək çatışmazlığının dərəcəsi ilə əlaqəli deyil, bu səbəbdən normal doza tövsiyə olunur. Amlodipin dializlə xaric olunmur. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə kandesartanın tövsiyə olunan başlanğıc ® ® dozası gündə 4 mq-dır. Bu doza Tansifa ilə əldə edilə bilmədiyindən, Tansifa yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə olunmamalıdır. Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə amlodipinin dozası ilə bağlı tövsiyələr müəyyən edilməmişdir; bu səbəbdən doza seçimində ehtiyatlı olmaq və doza intervalının aşağı həddindən başlamaq lazımdır. Tansifa ağır qaraciyər çatışmazlığı və/və ya xolestazı olan xəstələrdə əks göstərişdir. Yaşlılar Yaşlı pasiyentlərdə başlanğıc dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Yaşlılarda normal doza rejimi tövsiyə olunur, lakin dozanın artırılması ehtiyatla aparılmalıdır. Qan təzyiqinə nəzarət olunmalıdır. Tansifa 75 yaşdan yuxarı xəstələrdə çox diqqətlə istifadə olunmalıdır. Uşaqlar 18 yaşa qədər olan uşaqlarda Tansifa preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Bu yaş qrupunda istifadəsi tövsiyə olunmur. Damardaxili həcmin azalması olan pasiyentlər Damardaxili maye itkisi olan xəstələrdə (hipotenziya riski olan xəstələrdə) kandesartanın 4 mq ® ® başlanğıc dozası məsləhət görülür. Bu doza Tansifa ilə əldə edilə bilmədiyindən, Tansifa damardaxili həcmin azalması olan xəstələrdə istifadə olunmamalıdır. Qaradərili pasiyentlər Kandesartanın antihipertenziv təsiri qaradərili xəstələrdə qaradərili olmayan xəstələrə nisbətən daha az nəzərə çarpır. Bu səbəbdən qan təzyiqini nəzarətdə saxlamaq üçün qaradərili xəstələrdə Tansifa preparatının dozasının artırılmasına və yanaşı müalicəyə daha çox ehtiyac ola bilər.

Əlavə təsirləri

Aşağıdakı əlavə təsirlər haqqında məlumatlar klinik tədqiqatlardan və postmarketinq təcrübəsindən əldə olunmuşdur. Əlavə təsirlər rastgəlmə tezliyinə görə təsnif olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1,000 – <1/100), nadir (≥1/10,000 – <1/1,000), çox nadir (<1/10,000), məlum deyil (mövcud məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil). Kandesartan Nəzarət olunan klinik tədqiqatlarda əlavə təsirlər yüngül və keçici olmuşdur. Hipertenziya xəstələrinin klinik tədqiqat məlumatlarının qruplaşdırılmış təhlilində kandesartan sileksetil ilə ən çox qeydə alınan əlavə təsirlər başgicəllənmə/vestibulyar başgicəllənmə, baş ağrısı və respirator infeksiya olmuşdur. İnfeksiya və yoluxmalar Tez-tez: respirator infeksiya. Qan və limfa sistemində pozulmalar Çox nadir: leykopeniya, neytropeniya və aqranulositoz. Metabolizm və qidalanmada pozulmalar Çox nadir: hiperkaliemiya, hiponatriemiya. Sinir sistemində pozulmalar Tez-tez: başgicəllənmə/vestibulyar başgicəllənmə, baş ağrısı. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında pozulmalar Çox nadir: öskürək. Mədə-bağırsaq sistemində pozulmalar Çox nadir: ürəkbulanma. Məlum deyil: ishal. Hepatobiliar pozulmalar Çox nadir: qaraciyər fermentlərinin səviyyəsinin artması, qaraciyərin funksiyasının pozulması və ya hepatit. Dəri və dərialtı toxumada pozulmalar Çox nadir: angionevrotik ödem, səpgi, övrə. Sümük-əzələ toxuması və birləşdirici toxumada pozulmalar Çox nadir: beldə ağrı, artralgiya, mialgiya. Böyrəklər və sidikçıxarıcı yollarda pozulmalar Çox nadir: böyrəklərin funksiyasının pozulması, o cümlədən, həssas xəstələrdə böyrək çatışmazlığı. Laborator məlumatlar Ümumiyyətlə, Tansifa standart laboratoriya göstəricilərinə klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir. Renin-angiotenzin-aldosteron sisteminin digər inhibitorlarına gəldikdə, hemoqlobin səviyyəsində kiçik azalmalar olur. Tansifa qəbul edən xəstələr üçün, adətən, laboratoriya göstəricilərini müntəzəm olaraq yoxlamağa ehtiyac olmur. Ancaq böyrək çatışmazlığı olan xəstələrdə qan zərdabında kalium və kreatinin səviyyəsinin vaxtaşırı yoxlanılması tövsiyə olunur. Amlodipin Amlodipinlə müalicə zamanı ən çox qeydə alınan əlavə təsirlər yuxululuq, başgicəllənmə, baş ağrısı, ürəkdöyünmə, qızarma, qarın ağrısı, ürəkbulanma, topuqda şişkinlik, ödem və yorğunluq olmuşdur. Qan və limfa sistemində pozulmalar Çox nadir: leykositopeniya, trombositopeniya. İmmun sistemində pozulmalar Çox nadir: allergik reaksiyalar. Metabolizm və qidalanmada pozulmalar Çox nadir: hiperqlikemiya. Psixi pozulmalar Bəzən: depressiya, əhval dəyişikliyi (o cümlədən, təşviş), yuxusuzluq. Nadir: çaşqınlıq. Sinir sistemində pozulmalar Tez-tez: yuxululuq, başgicəllənmə, baş ağrısı (xüsusən müalicənin başlanğıcında). Bəzən: titrəmə, disgevziya, sinkop, hipesteziya, paresteziya. Çox nadir: hipertoniya, periferik neyropatiya. Görmə orqanında pozulmalar Tez-tez: görmənin pozulması (diplopiya daxil olmaqla). Eşitmə orqanında və müvazinət sistemində pozulmalar Bəzən: qulaqlarda küy. Ürəyin fəaliyyətində pozulmalar Tez-tez: ürəkdöyünmə. Bəzən: aritmiya (o cümlədən, bradikardiya, mədəcik taxikardiyası və qulaqcıq fibrillyasiyası). Çox nadir: miokard infarktı. Damarlar tərəfindən pozulmalar Tez-tez: qızarma. Bəzən: hipotenziya. Çox nadir: vaskulit. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında pozulmalar Tez-tez: dispnoe. Bəzən: öskürək, rinit. Mədə-bağırsaq sistemində pozulmalar Tez-tez: qarın ağrısı, ürəkbulanma, dispepsiya, bağırsaq vərdişlərində dəyişiklik (o cümlədən, ishal və qəbizlik). Bəzən: qusma, ağızda quruluq. Çox nadir: pankreatit, qastrit, diş ətinin hiperplaziyası. Hepatobiliar pozulmalar Çox nadir: hepatit, sarılıq, qaraciyər fermentlərinin artması (çox vaxt xolestazla uyğundur). Dəri və dərialtı toxumada pozulmalar Bəzən: alopesiya, purpura, dərinin rənginin dəyişməsi, hiperhidroz, qaşınma, səpgi, ekzantema, övrə. Çox nadir: angionevrotik ödem, çoxformalı eritema, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotohəssaslıq. Məlum deyil: toksik epidermal nekroliz. Sümük-əzələ sistemi və birləşdirici toxumada pozulmalar Tez-tez: topuqda şişkinlik, əzələ qıcolması. Bəzən: artralgiya, mialgiya, beldə ağrı. Böyrəklər və sidikçıxarıcı yollarda pozulmalar Bəzən: sidik ifrazında pozulmalar, nikturiya, sidik ifrazının tezliyinin artması. Reproduktiv sistemdə və süd vəzilərində pozulmalar Bəzən: impotensiya, ginekomastiya. Ümumi pozulmalar Çox tez-tez: ödem. Tez-tez: yorğunluq, asteniya. Bəzən: döş qəfəsində ağrı, ağrı, halsızlıq. Müayinələr Bəzən: çəkinin artması, çəkinin azalması. Ekstrapiramid sindromla bağlı istisna hallar qeydə alınmışdır.

Doza həddinin aşılması

Kandesartan Farmakoloji mülahizələrə əsasən doza həddinin aşılmasının əsas təzahürü simptomatik hipotenziya və başgicəllənmə ola bilər. Böyüklərdə doza həddinin aşılması (672 mq-a qədər kandesartan sileksetil) ilə bağlı fərdi hadisə haqqında hesabatlarda sağalma ağırlaşmasız olmuşdur. Hipotenziya meydana gəldikdə simptomatik müalicə başladılmalı və həyati vacib əlamətlər izlənilməlidir. Xəstə ayaqları qaldırılmış vəziyyətdə uzanmalıdır. Bu kifayət etmədikdə plazmanın həcmi artırılmalıdır (məsələn, izotonik NaCl məhlulun infuziyası ilə). Yuxarıda göstərilən tədbirlər yetərli olmadıqda simpatomimetik dərman vasitələri təyin edilə bilər. Kandesartan hemodializlə xaric olunmur. Amlodipin İnsanlarda doza həddinin aşılmasına dair məlumatlar məhduddur. Mövcud məlumatlar doza həddinin aşılmasının periferik damarların həddindən artıq genişlənməsi və mümkün reflektor taxikardiya ilə nəticələnə biləcəyindən xəbər verir. Letal nəticəli şoka qədər və şok daxil olmaqla, nəzərəçarpan və uzunmüddətli sistem hipotenziya qeydə alınmışdır. Amlodipinin doza həddinin aşılması ilə əlaqədar klinik əhəmiyyətli hipotenziya aktiv kardiovaskulyar dəstək, o cümlədən, ürək və tənəffüs funksiyalarının tez-tez yoxlanılması, ətrafların qaldırılması və dövr edən mayenin həcminə və diurezə diqqət yetirilməsi daxil olmaqla, aktiv ürək-damar dəstəyini tələb edir. İstifadəsinə heç bir əks göstəriş olmadığı təqdirdə damar tonusunun və qan təzyiqinin bərpasında damardaraldıcı vasitə faydalı ola bilər. Damardaxili kalsium qlükonat kalsium kanalı blokadasının təsirini aradan qaldırmaqda faydalı ola bilər. Mədə yuyulması bəzi hallarda işə yaraya bilər. Sağlam könüllülərdə 10 mq amlodipin qəbulundan 2 saat sonra kömür qəbulunun amlodipinin absorbsiya sürətini azaltdığı göstərilmişdir. Amlodipin zülallarla yüksək dərəcədə birləşdiyindən dializin faydalı olacağı düşünülmür.

Buraxılış forması

Tansifa 16 mq/5 mq və 16 mq/10 mq tabletlər 14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye.

Qeydiyyat vəsiqəsinin sahibi

Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Tansifa 16 mq / 10 mq N28 tablet” üçün ilk rəyi siz yazın.