TAGERA FORTE N6 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antiprotozoy və mikrob əlehinə preparat |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,07 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TAGERA FORTE 1 q örtüklü tabletlər TAGERA FORTE Beynəlxalq patentləşdirilməmiş adı: Secnidazole Tərkibi: Təsiredici maddə: 1 tabletin tərkibində 1 q seknidazol vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, qarğıdalı nişastası, jelatin, natrium nişasta qlikolyatı (A tipi), susuz kolloidal silisium, maqnezium stearat. Örtük: hidroksipropilmetilsellüloza, makroqol (polietilen qlikol 6000), titan dioksid.
Təsviri
Ağ rəngli, kapsul formalı, bir tərəfində bölmə işarəsi, digər tərəfi hamar olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antiprotozoy və mikrob əlehinə preparat. ATC kodu: P01AB07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Seknidazol nitroimidazolun yarı sintetik törəməsi olaraq antibakterial və antiprotozoy təsir göstərir. Seknidazolun təsir mexanizmi onun mikrob hüceyrəsinin DNT-nə təsirilə əlaqələndirilir. Belə ki onun DNT-yə təsiri spiral quruluşunun pozulmasına, zəncirlərin qırılmasına, nuklein turşularının sintezinin pozulmasına, nəticə olaraq bakterial hüceyrələrinin və protozoy hüceyrələrinin məhvinə səbəb olur. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra seknidazolun 80% sorulur. Seknidazolu qəbul etdikdən 3-4 saat sonra plazmada maksimal konsentrasiyası yaranır. Preparatın plazmadakı miqdarı ilə terapevtik dozası arasındakı əlaqə xətti xarakter daşıyır və 0,5-2 q təşkil edir. Yarımparçalanma müddəti 20-25 saata qədərdir. Seknidazol plasentar baryerdən keçir və ana südündə aşkar edilir. Preparatın sorulmuş böyük bir hissəsi sidiklə tədricən xaric olur (72 saata dozanın 16%).
İstifadəsinə göstərişlər
Seknidazol bağırsaq və qeyri-bağırsaq amöbiazının, trixomoniazın, lyambliozun və bakterial vaginozun müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Qan analizlərinin göstəricilərində patoloji dəyişiklik (leykopeniya) olduğu hallarda, həmçinin anamnezdə mərkəzi sinir sisteminin xəstəlikləri olduğu zaman. Hamiləlik və laktasiya dövrü. 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicə zamanı və müalicə başa çatdıqdan sonra ən azı bir neçə gün spirtli içki qəbul etməkdən çəkinmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Seknidazol varfarinin antikoaqulyant effektini aktivləşdirməklə hemorragiyaların yaranma ehtimalını artıra bilər. Seknidazolu disulfiramla eyni vaxtda təyin etmək olmaz, çünki delirioz tutmalar və baş gicəllənməsi baş verə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat istifadə edilmir. Seknidazol plasentar baryerdən keçir və ana südündə aşkar edilir, buna görə də laktasiya dövründə istifadəsi zəruri olduğu zaman ana südü ilə gidalandırma dayandırılmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat vasitələrini istifadə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Böyüklər Bağırsaq amöbiazı: 2 q birdəfəlik doza Qaraciyərin amöb absesi: 5 gün müddətində hər gün 1,5 q Trixomoniaz və bakterial vaginoz: 2 q birdəfəlik doza Lyamblioz: 2 q birdəfəlik doza 12 yaşdan yuxarı uşaqlar Bağırsaq amöbiazı və lyamblioz: 3 gün ərzində 1-1,5 q birdəfəlik və ya iki dəfə yarı doza.
Əlavə təsirləri
Mədə-bağırsaq sistemi tərəfindən: ürəkbulanma, qusma, qastralgiya, ağızda metal dadı, qlossit, stomatit. Qanyaratma sistemi tərəfindən: leykopeniya. Mərkəzi sinir sistemi: başgicəllənmə, başağrısı, hərəkətlərin koordinasiyasının pozulması, ataksiya, paresteziyalar, polineyropatiya. Allergik reaksiyalar: övrə.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı əlavə təsirlərin artması müşahidə olunur. Müalicə: mədə yuyulması, simptomatik müalicə.
Buraxılış forması
2 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı
Unichem Laboratories Ltd. İndustrial Area, Meerut Road, Ghaziabad – 201003, Hindistan.
Qeydiyyat vəsiqəsinin sahibi
Unichem Laboratories Ltd. Unichem Bhavan, Prabhat Estate, Off. S.V. Road Jogeshwari (West), Mumbai 400102, Hindistan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.