Streptosid 30 q məlhəm
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Mikrobəleyhinə vasitə-sulfanilamid |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,82 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HƏLL OLAN STREPTOSİD xaricə istifadə üçün liniment STREPTOCIDUM SOLUBILE Beynəlxalq patentləşdirilməmiş adı: Mesulfamide
Tərkibi
Təsiredici maddə: 1 q linimentin tərkibində 50 mq mesulfamid natrium (həll olan streptosid) vardır. Köməkçi maddələr: qliserol, emulqator № 1, təmizlənmiş su.
Təsviri
Ağ rəngli və ya ağ krem çalarlı, xarakterik qoxulu linimentdir.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə vasitə-sulfanilamid. ATC kodu: D06BA05.
Farmakoloji xüsusiyyətləri
Mikrobəleyhinə, bakteriostatik vasitə, sulfanilamiddir. Preparatın təsir mexanizmi purinlər və pirimidinlərin sintezi üçün vacib olan paraaminbenzoy turşusu (PABT) ilə rəqib antaqonizmi, dihidropteroatsintazanın zəifləməsi, tetrahidrofol turşusunun sintezinin pozulması ilə əlaqədardır. Aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir: Staphylococcus spp., Streptococcus spp., o cümlədən, S.pyogenes, S.pneumoniae, Legionella spp., Brucella spp., Escherichia coli, Shigella spp., Klebsiella spp., Proteus spp., Salmonella spp., Serratia spp., Calymmatobacterium granulomatis, Vibrio cholerae, Clostridium perfringens, Bacillus anthracis, Nocardia asteroids, Corynebacterium diphtheriae, Yersinia pestis, Chlamydia spp., Actinomyces israelii, Toxoplasma gondii. Dəriyə çəkildikdə yaranın tez sağalmasına və eroziyanın epitelizasiyasına səbəb olur.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı infeksiyalaşmış yaralar, yanıqlar (I-II dərəcəli), follikulitlər, furunkullar, karbunkullar, civzə, impetiqo, qızılyel və dərinin digər irinli-iltihabi prosesləri.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anemiya, böyrək/qaraciyər çatışmazlığı, irsi qlükoza-6-fosfatdehidrogenaza defisiti, azotemiya, porfiriya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərinin geniş miqyaslı zədələnməsi zamanı müntəzəm olaraq qələvili içki qəbul etmək məsləhət görülür. 3 aylığa qədər uşaqlarda ehtiyatlı olmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mieolotoksik dərman vasitələri preparatın hematotoksik təsirini gücləndirir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərini idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Liniment zədələnmiş nahiyəyə qoyulacaq tənzif sarğıya çəkilir; sarğı 1-2 gündən bir dəyişdirilir. Geniş miqyaslı zədələnmə zamanı böyüklərdə linimentin sutkalıq dozası mesulfamid hesabı ilə 6 q-ı (120 q linimentə uyğundur), 1 yaşa qədər uşaqlarda 0,6 q-ı (12 q linimentə uyğundur), 1-5 yaşlı uşaqlarda 1,8 q-ı (36 q linimentə uyğundur), 5-12 yaşlı uşaqlarda 3 q-ı (60 q linimentə uyğundur) aşmamalıdır.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür. Yüksək dozaların uzun müddət istifadəsi zamanı sistem təsirlər baş verir: başağrısı, ürəkbulanma, qusma, dispepsiya, leykopeniya, aqranulositoz, kristalluriya.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməyib.
Buraxılış forması
5%-li liniment. 30 q liniment polimer materialdan hazırlanmış vintli buşonu olan alüminium və ya polimer materiallarından hazırlanmış vintli buşonu olan polietilen laminat tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.