Strepsils çiyələk ilə şəkərsiz N16 sorma tablet
| Dərman forması | Sorma tablet |
|---|---|
| Farmakoloji təsir | Antiseptik vasitə |
| İstehsal ölkəsi | Birləşmiş Krallıq |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
STREPSİLS çiyələkli, şəkərsiz sorma tabletlər (çiyələkli, şəkərsiz) STREPSILS strawberry sugar free Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol vardır. sorma tabletlər(çiyələkli):çaxır turşusu, çiyələk ətirləndiricisi, çəhrayı antosian boya maddəsi P-WS (E 163), natrium saxarin, izomaltoza, maltiol şərbəti.
Təsviri
Sorma tabletlər(çiyələk):çəhrayı rəngli, dairəvi, yarımşəffaf karamel kütləsindən ibarət olan, hər iki tərəfində S hərfinin təsviri olan tabletlərdir. Üzərində ağ ərp, qeyri-bərabər boyanması, karamel kütləsində hava qovuqcuqları və kənarlarının cüzi əyriliyi yolveriləndir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə. ATC kodu: R02AA03.
Farmakoloji xüsusiyyətləri
Dərman vasitəsi antiseptik təsir göstərir, qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, antimikotik təsirə malikdir.
İstifadəsinə göstərişlər
İnfeksion-iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.
Əks göstərişlər
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − 6 yaşa qədər uşaqlar; − saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik, laktasiya dövrü. Preparatı şəkərli diabetli pasiyentlərə təyin etmək olar (tərkibində şəkər yoxdur). Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Preparatı tərkibinə izomaltoza və maltitol şərbəti daxildir ki, bu da yüngül yumşaldıcı təsirə səbəb ola bilər. Simptomların aradan qalxmadığı və ya bədən temperaturunun yüksəldiyi və ya başağrı yarandığı zaman həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli mikrobəleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Yerli istifadə edilir. Böyüklər və 6 yaşdan yuxarı uşaqlar Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistem tərəfindən baş verən pozulmalar Məlum deyil – hiperhəssaslıq reaksiyaları (həmçinin angionevrotik ödem, övrə, səpgi, bronxospazm, bayılma ilə hipotenziya). Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort (yanma, sancma, şişkinlik hissi), dadbilmənin pozulması (dildə yanma və ağrılı sancma hissi). Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Mümükün doza həddinin aşılmasının zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən diskomfortun (ürəkbulanma) yaranması az ehtimal edilir. Müalicəsi Həkim nəzarəti altında simptomatik müalicə aparılır.
Buraxılış forması
Sorma tabletlər (çiyələkli). 2, 4, 6, 8, 10 və ya 12 tablet, blisterdə (PVX/PVDX/Alüminium). 1, 2, 3, 4 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Rekitt Benkizer Helsker İnterneşnl Ltd. Teyn Roud, Nottinqem, NG90 2DB, Birləşmiş Krallıq. Rusiya Federasiyasında nümayəndə/İradları qəbul edən təşkilat “Rekitt Benkizer Helsker” MMC. Rusiya, 115114, Moskva ş., Şlyüzovaya sahil küçəsi, ev 4. Tel.: 8-800-505-1-500 (yalnız Rusiya üçün zəng pulsuzdur). [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.