STIMULOTON 50 MG 20 TB.
| Təsiredici maddə | SERTRALINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,06 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi qaydada təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına belə baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Hər hansı əlavə effekt meydana çıxdıqda və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə effektlər aşkar olunduğu halda, həkimi və ya əczaçını məlumatlandırmaq vacibdir (“Əlavə təsirlər” bölməsinə bax). STİMULOTON 50 mq, 100 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sertralin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq və ya 100 mq sertralin (müvafiq olaraq, 55,95 mq və 111,90 mq sertralin hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: maqnezium stearat, hidroksipropilsellüloza, natrium karboksimetilnişasta, kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, makroqol 6000, titan dioksid, hipromelloza.
Təsviri
Stimuloton 50 mq: oval formalı, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu “E 271” həkk edilmiş, digər tərəfi xətli, qoxusuz, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. Xətt vasitəsi ilə tabletləri iki bərabər hissəyə bölmək olar. Stimuloton 100 mq: oval formalı, hər iki tərəfi qabarıq, bir tərəfində üslublu “E 272” həkk edilmiş, digər tərəfi xətli, qoxusuz, ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlərdir. Xətt vasitəsi ilə tabletləri iki bərabər hissəyə bölmək olar. ATC kodu: N05AB06.
Farmakoloji xüsusiyyətləri
Stimuloton preparatının təsiredici maddəsi sertralindir. Sertralin, serotoninin geriyə tutulması- nın selektiv inhibitorları (SGTSİ) adlandırılan dərman preparatları qrupuna aiddir. Bu qrup dərman preparatları depressiyanın və/və ya həyəcanla əlaqəli pozğunluqların müalicəsi üçün istifadə olunur.
İstifadəsinə göstərişlər
Stimuloton preparatını aşağıdakı halların müalicəsi üçün istifadə etmək olar: – depressiyalar və depressiya residivlərinin profilaktikası (böyüklərdə); – sosial həyəcanla əlaqəli vəziyyətlər (böyüklərdə); – posttravmatik stress pozğunluqları (PTSP) (böyüklərdə); – panik pozğunluqlar (böyüklərdə); – obsessiv-kompulsiv pozğunluqlar (OKP) (böyüklərdə, 6-17 yaşlı uşaqlarda və yeniyetmələrdə). Depressiya, aşağıda göstərilən simptomlarla müşayiət olunan klinik xəstəlikdir: kədər hissi, yuxu pozğunluqları və ya əvvəllər müşahidə olunmayan həyatdan narazılıq hissi. OKP və panik pozğunluqlar – təkrarlanan “ritual” hərəkətlərin törədilməsinə təhrik edən (kompulsiv təhrik) qayıdan sayrışan fikirlər kimi simptomlarla müşayiət olunan həyəcanla əlaqəli xəstəliklərdir. PTSP – depressiyaya bənzər bəzi simptomlarla və həyəcanlılıq vəziyyəti ilə müşayiət olunan, ağır dərəcəli emosional travmatik hadisədən sonra meydana çıxa bilən vəziyyət. Sosial həyəcan vəziyyəti (sosial fobiya) – sosial vəziyyətlərdə (məsələn: tanış olmayan insanlarla ünsiyyət, bir qrup şəxslərin qarşısında çıxış, kənar şəxslərin iştirakı ilə qida qəbulu və ya insanın öz davranışına görə narahatlığı və xəcalət hissi) güclü həyəcan hissi ilə və ya pozğunluqlarla xarakterizə olunan xəstəlikdir. Həkim pasiyentin xəstəliyinin müalicəsi üçün bu preparatın uyğun olmasını müəyyən etməlidir. Stimuloton preparatının istifadəsi ilə əlaqəli hər hansı şübhə meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır.
Əks göstərişlər
Aşağıdakı hallarda Stimuloton preparatını istifadə etmək olmaz: – pasiyentdə sertralinə və ya “Tərkibi” bölməsində qeyd olunmuş köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olduqda; – pasiyent hal-hazırda və ya bir müddət əvvəl monoaminooksidaza fermentinin inhibitorları (MAOİ, məsələn, selegilin, moklobemid) olan dərman preparatlarından və ya MAOİ-yə oxşar dərman preparatlarından (məsələn, linezolid) istifadə etdiyi halda. Pasiyent sertralinin istifadəsini dayandırdığı təqdirdə, MAOİ-nin istifadəsinə qədər 1 həftədən az olmayan müddət keçməlidir. MAOİ ilə müalicə dayandırıldıqdan sonra, sertralinin istifadəsinə başlamazdan əvvəl 2 həftədən az olmayan müddətin keçməsini gözləmək vacibdir; – pasiyent pimozid adlanan dərman preparatından (psixiatrik xəstəliklərin, məsələn, psixozların müalicəsi üçün istifadə olunan dərman preparatı) istifadə etdiyi halda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Stimuloton preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dərman preparatlarından hər kəs və hər bir halda istifadə edə bilməz. Stimuloton preparatının örtüklü tabletlərinin istifadəsinə başlamazdan əvvəl, pasiyent həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Pasiyentdə aşağıda göstərilən vəziyyətlərin hər hansı birinin mövcudluğu barədə həkimi məlumatlandırmaq mütləqdir: – pasiyentdə əvvəllər epilepsiyanın və ya qıcolma tutmalarının qeyd olunması. Pasiyentdə hal- hazırda epileptik tutmaların baş verməsi barədə, həkimi dərhal məlumatlandırmaq lazımdır; – pasiyentdə maniakal-depressiv pozğunluq (bipolyar pozğunluq) və ya şizofreniya qeyd olunduqda. Pasiyentdə maniakal tutmalar müşahidə olunduğu halda, dərhal həkimi məlumatlandırmaq lazımdır; – pasiyentdə hal-hazırda və ya əvvəllər suisidal düşüncələr müşahidə olunduğu hallarda (aşağıda, “Suisidal düşüncələr və depressiyanın və ya həyəcanlılıq vəziyyətinin pisləşməsi halları” hissəsinə bax); – serotonin sindrom və ya bədxassəli neyroleptik sindrom (BNS). Sertralini müəyyən dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, nadir hallarda göstərilən simptomlar meydana çıxa bilər (həmin simptomlar “Əlavə təsirləri” bölməsində göstərilmişdir). Həkim, pasiyentdə əvvəllər həmin xəstəliklərin qeyd olunması barədə məlumat verməlidir; – qanda natriumun səviyyəsi aşağı olan pasiyentlərdə nəzərə almaq lazımdır ki, Stimuloton preparatının istifadəsi nəticəsində, qanda natriumun miqdarı aşağı düşə bilər. Həmçinin, hipertoniyaəleyhinə dərman preparatlarının istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır, çünki, həmin dərman preparatları həmçinin, qanda natriumun səviyyəsinin dəyişməsinə səbəb ola bilərlər; – qanda natriumun səviyyəsinin aşağı düşməsi riskinin mövcudluğunu nəzərə alaraq, preparatı yaşlı pasiyentlərə (65 yaşdan yuxarı) təyin etdikdə, xüsusilə ehtiyatlı olmaq lazımdır (yuxarıda göstərilənlərə bax); – qaraciyər xəstəlikləri; həkim, Stimuloton preparatının dozasının aşağı salınması barədə qərar qəbul edə bilər; – şəkərli diabet; Stimuloton preparatının təsiri nəticəsində qanda şəkərin səviyyəsi dəyişə bilər. Diabetəleyhinə dərman preparatlarının dozalarının dəqiqləşdirilməsi tələb oluna bilər; – pasiyentdə qanın laxtalanma qabiliyyətinin pozulması qeyd olunduqda və ya pasiyent, qanaxma riskinin yüksəlməsinə gətirib çıxara bilən qanın durulaşmasına səbəb olan dərman preparatlarından (məsələn, asetilsalisil turşusundan və ya varfarindən) istifadə etdiyi halda; – pasiyent uşaq və ya yaşı 18-ə qədər yeniyetmə olduqda. Bu halda, Stimuloton preparatını yalnız, obsessiv-kompulsiv pozğunluqdan əziyyət çəkən 6-17 yaşlı uşaqların və yeniyetmələrin müalicəsi üçün istifadə etmək olar. Qeyd olunan xəstəliyin müalicəsi üçün preparatdan istifadə edən uşağın vəziyyətini həkim diqqətlə müşahidə etməlidir (aşağıda, “Preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi” hissəsinə bax); – pasiyentə elektroqıcolma müalicəsi (EQM) təyin olunduğu halda; – pasiyentdə göz xəstəlikləri, məsələn, qlaukomanın (gözdaxili təzyiqin yüksəlməsi) müəyyən növləri qeyd olunduqda; – sertralindən istifadə edən pasiyentlərdə, immunotestlərin istifadəsi ilə benzodiazepinlərin aşkar edilməsi istiqamətində sidiyin skrininq testləri aparıldıqda, yanlış-müsbət nəticələr əldə oluna bilər; – həkim, pasiyentdə QT intervalının uzanmasının (EKQ-də) aşkar edilməsi barədə məlumat verdiyi halda; – pasiyentdə ürək xəstəlikləri qeyd olunduqda, qanda kaliumun və ya maqneziumun səviyyələri aşağı düşdükdə, ürək yığılmalarının tezliyi aşağı olduqda (nəbzin seyrəkləşməsi), pasiyentin qohumlarında EKQ-də QT intervalının uzanması ilə müşayiət olunan vəziyyətlər müşahidə olunduqda və ya pasiyent eyni zamanda QT intervalının uzanmasına səbəb olan dərman preparatlarından istifadə etdiyi halda. Narahatlıq/Akatiziya Sertralinin istifadəsi akatiziyanın (oyanıqlıq vəziyyəti və hərəkətdə olmaq tələbatı, bir yerdə oturmaq və ya durmaq qabiliyyətinin olmaması) inkişaf etməsi ilə əlaqəli ola bilər. Belə vəziyyət, əksər hallarda, müalicənin ilk bir neçə həftəsi müddətində meydana çıxır. Oxşar simptomlar qeyd olunduqda, dozanın artırılması pasiyentlərə mənfi təsir göstərə bilər və bu səbəbdən, həmin simptomlar inkişaf etdiyi halda, həkimə müraciət etmək lazımdır. Ləğvetmə reaksiyaları Müalicə dayandırıldığı halda, xüsusilə, aparılan müalicə qəflətən dayandırıldıqda, əksər hallarda, ləğvetmə reaksiyaları meydana çıxa bilər (“İstifadə qaydası və dozası” bölməsində “Stimuloton preparatının istifadəsinin dayandırılması” hissəsinə və “Əlavə təsirləri” bölməsinə bax). Ləğvetmə simptomlarının meydana çıxması riski müalicənin davametmə müddətindən, preparatın dozalanmasından və dozanın aşağı salınmasının sürətindən asılıdır. Əksər hallarda, yüngül və ya orta dərəcəli ləğvetmə simptomları müşahidə olunur. Lakin, bəzi pasiyentlərdə həmin simptomlar həddindən artıq ağır dərəcəli ola bilərlər. Ləğvetmə simptomları adətən, müalicə dayandırıldıqdan sonra, ilk bir neçə gün müddətində meydana çıxırlar. Bir çox hallarda, həmin simptomlar 2 həftə müddətində sərbəst aradan qalxırlar. Bəzi pasiyentlərdə simptomlar daha uzun müddət ərzində (2-3 ay və daha çox) müşahidə oluna bilərlər. Sertralinlə aparılan müalicəni dayandırdıqda, pasiyentin vəziyyətindən asılı olaraq, dozanı tədricən, bir neçə həftə və ya ay müddətində aşağı salmaq tövsiyə olunur. Preparatın istifadəsinin optimal ləğvolunması üsulu barədə, hər zaman həkimlə məsləhətləşmək lazımdır. Suisidal düşüncələr və depressiyanın və ya həyəcanlılıq vəziyyətinin pisləşməsi halları Pasiyentdə depressiya və/və ya həyəcanlılıq vəziyyəti qeyd olunduqda, onda özünə fiziki zərər yetirmək və ya intihar barədə fikirlər meydana çıxa bilər. Oxşar dərman preparatlarının təsirinin adətən, 2 həftə və bəzən də daha çox müddət ərzində başlamasını nəzərə alaraq, həmin vəziyyət, antidepressantların istifadəsinin başlanğıc mərhələsində proqressivləşə bilər. Aşağıda göstərilən hallarda oxşar düşüncələrin meydana çıxma ehtimalı daha yüksəkdir: – pasiyentdə əvvəllər özünə zərər yetirmək və ya intihar barədə düşüncələr qeyd olunduğu hallarda; – pasiyent yetkin yaşlı gənc insan olduqda. Klinik tədqiqatlardan əldə olunan məlumat onu göstərir ki, suisidal davranışın yüksək risk qrupuna psixi pozğunluqlardan əziyyət çəkən antidepressantlardan istifadə edən yaşı 25-ə qədər olan gənc insanlar daxildir. İstənilən vaxt pasiyentdə, özünə zərər yetirmək və ya intihar barədə düşüncələr meydana çıxdıqda, dərhal həkimi məlumatlandırmaq və ya xəstəxanaya müraciət etmək vacibdir. Ehtimal var ki, pasiyent qohumlarından və ya yaxın dostlarından hər hansı birinə depressiyadan və ya həyəcanlılıq vəziyyətindən əziyyət çəkdiyini bildirsə və onlardan, həmin içlik vərəqənin oxunmasını xahiş etsə, bu onun üçün faydalı ola bilər. Həmin şəxslərdən xahiş etmək olar ki, pasiyentin depressiyasının və ya həyəcanlılıq vəziyyətinin pisləşməsini və ya onlar pasiyentin vəziyyətinin dəyişməsini müşahidə etdikləri barədə, pasiyenti məlumatlandırsınlar. Stimuloton preparatı kimi dərman preparatları (SGTSİ adlandırılan) cinsi funksiyanın pisləşməsi simptomlarının meydana çıxmasına səbəb ola bilərlər (“Əlavə təsirləri” bölməsinə bax). Bəzi hallarda, həmin simptomlar müalicə dayandırıldıqdan sonra aradan qalxmamışdırlar. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Obsessiv-kompulsiv pozğunluqlardan əziyyət çəkən pasiyentlər istisna olmaqla, sertralin adətən, uşaqların və 18 yaşa qədər yeniyetmələrin müalicəsi üçün istifadə edilmir. bu qrup dərman preparatlarının 18 yaşdan gənc pasiyentlər tərəfindən istifadəsi, suisidal cəhdlər, suisidal düşüncələr və düşmənçilik (əsasən, aqressivlik, müxalif davranış və qəzəb) kimi, arzuolunmayan effektlər riskinin ehtimal edilən yüksəlməsi ilə əlaqəlidir. Buna baxmayaraq, preparatın pasiyentə faydalı olması ehtimal edildiyi halda, həkim 18 yaşdan gənc pasiyentlərə Stimuloton preparatını təyin edə bilər. Həkim, 18 yaşdan gənc pasiyentə Stimuloton preparatını təyin etdiyi halda, pasiyent bunu müzakirə etmək üçün həkimə müraciət etməlidir. Bundan əlavə, Stimuloton preparatından istifadə edən 18 yaşdan gənc pasiyentlərdə yuxarıda qeyd olunan simptomların hər hansı birinin meydana çıxması və ya şiddətlənməsi barədə, həkimi məlumatlandırmaq vacibdir. Uşaqlarda və yeniyetmələrdə sertralinin uzunmüddətli istifadəsinin inkişafa, yetkinliyə, öyrənmə qabiliyyətinə (koqnitiv funksiya) və davranışa təsirinin təhlükəsizliyi indiyə qədər öyrənilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və ya bir müddət əvvəl istifadə edilən istənilən dərman preparatları və ya istifadəsi planlaşdırılan, o cümlədən aptekdən reseptsiz buraxılan dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Eyni zamanda istifadə edildikdə, bəzi dərman preparatları Stimuloton preparatına təsir göstərə bilərlər və ya Stimuloton preparatı digər dərman preparatlarının effektivliyini aşağı sala bilər. Stimuloton preparatının və aşağıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi, ağır dərəcəli əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər: – monoaminooksidaza fermentinin inhibitorları (MAOİ) olan preparatlar, məsələn, moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunan preparat) və selegilin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan preparat) və həmçinin, antibiotik linezolid və metilen abısı (qanda methemoqlobinin yüksək səviyyəsinin müalicəsi üçün istifadə olunan preparat). Stimuloton preparatını MAOİ ilə birlikdə istifadə etmək olmaz; – psixi xəstəliklərin müalicəsi üçün istifadə olunan dərman preparatları (pimozid). Stimuloton preparatını pimozidlə birlikdə istifadə etmək olmaz. Aşağıda göstərilən dərman preparatlarının istifadəsi barədə həkimi məlumatlandırmaq vacibdir: – amfetamin-tərkibli dərman preparatları (hiperaktivliklə müşayiət olunan diqqət pozğunluğu sindromunun, narkolepsiyanın (yuxuya həddindən artıq meyllilik) və piylənmənin müalicəsi üçün istifadə olunan preparatlar); – bitki xammalı əsasında hazırlanan dazıotu-tərkibli (Hypericum perforatum) dərman preparatları. Dazıotunun təsiri 1-2 həftə müddətində davam edə bilər. Belə hallarda, həkimlə məsləhətləşmək lazımdır; – tərkibində aminturşusu – triptofan olan preparatlar; – şiddətli ağrıların müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, tramadol); – ümumi anesteziya üçün və ya xroniki ağrıların müalicəsi üçün istifadə olunan dərman preparatları (fentanil, mivakurium və suksametonium); – miqrenin müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, sumatriptan); – qanın durulaşmasına səbəb olan dərman preparatları (varfarin); – ağrının/artritin müalicəsi üçün istifadə olunan dərman preparatları (qeyri-steroid iltihabəleyhinə preparatlar) – məsələn, ibuprofen, asetilsalisil turşusu; – qan laxtalarının əmələ gəlməsinin qarşısını alan dərman preparatları (tiklopidin); – sedativ preparatlar (diazepam); – diuretiklər; – epilepsiyanın müalicəsi üçün istifadə olunan dərman preparatları (fenitoin, karbamazepin, fenobarbital); – diabetin müalicəsi üçün istifadə olunan dərman preparatları (tolbutamid); – mədədə turşu sekresiyasını aşağı salan və xoraların müalicəsi üçün istifadə olunan dərman preparatları (simetidin, omeprazol, lansoprazol, pantoprazol, rabeprazol); – maniakal pozğunluqların və depressiyaların müalicəsi üçün istifadə olunan dərman preparatları (litium); – depressiyanın müalicəsi üçün istifadə olunan digər dərman preparatları (məsələn, amitriptilin, nortriptilin, fluoksetin, fluvoksamin, nefazodon); – opioid-tərkibli dərman preparatları; – şizofreniyanın və digər psixi pozğunluqların müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, perfenazin, levomepromazin və olanzapin); – hipertoniyanın, döş qəfəsində ağrının müalicəsi üçün istifadə olunan dərman preparatları; – ürək yığılmalarının tezliyinin tənzimlənməsi və ürək ritminin normallaşdırılması üçün istifadə olunan dərman preparatları (məsələn, flekainid, propafenon, verapamil və diltiazem); – bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, eritromisin, klaritromisin, telitromisin, rifampisin kimi antibiotiklər); – göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, flukonazol, ketokonazol, itrakonazol, pozakonazol, vorikonazol); – İİV/QİÇS və C hepatiti virusu infeksiyalarının müalicəsi üçün istifadə olunan dərman preparatları (proteaza inhibitorları, məsələn, ritonavir, telaprevir); – əməliyyatdan sonrakı və ya kimyəvi-terapiyadan sonrakı ürəkbulanmanın və qusmanın müalicəsi üçün istifadə olunan dərman preparatları (aprepitant); – ürəyin elektrik aktivliyinin dəyişməsinin meydana çıxması riskini yüksəldən dərman preparatları (məsələn, bəzi antipsixotik preparatlar və antibiotiklər). Stimuloton preparatının qida, içkilər və alkoqol ilə birlikdə istifadəsi Stimuloton preparatını qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Stimuloton preparatının istifadəsi ilə aparılan müalicə müddətində alkoqollu içkilərdən istifadə etmək tövsiyə olunmur. Sertralini qreypfrut şirəsi ilə birlikdə istifadə etmək olmaz; bu zaman nəzərə almaq lazımdır ki, qreypfrut şirəsi insan orqanizmində sertralinin səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmasını planlaşdırdığı halda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövrü Hamilə qadınlarda sertralinin istifadəsinin təhlükəsizliyi sona qədər müəyyən edilməmişdir. Hamilə qadınlara Stimuloton preparatı həkim tərəfindən yalnız, ana üçün preparatın faydası, döl üçün ehtimal edilən riskdən üstün olduğu hallarda təyin edilə bilər. Reproduktiv yaş dövründə olan qadınlar sertralindən istifadə etdikdə, müvafiq kontrasepsiya üsulundan istifadə etməlidirlər. Əmin olmaq lazımdır ki, mamaça və/və ya həkim, pasiyentin Stimuloton preparatının istifadəsi ilə müalicə qəbul etməsi barədə məlumatlıdırlar. Hamiləlik dövründə, xüsusuilə hamiləliyin sonuncu trimestri müddətində Stimuloton preparatı kimi dərman preparatlarının istifadəsi, döldə ağır dərəcəli xəstəliyin, xüsusilə də uşaqda tənəffüsün tezləşməsinə və dəri rənginin göyərməsinə gətirib çıxaran, yenidoğulmuşların davamlı ağciyər hipertenziyasının (YDAH) inkişaf etməsi riskinin yüksəlməsinə səbəb ola bilər. Həmin simptomlar adətən, uşaq dünyaya gəldikdən sonra, ilk sutkalarda meydana çıxır. Pasiyentin dünyaya gətirdiyi uşaqda göstərilən simptomlar müşahidə olunduğu halda, dərhal mamaça ilə və ya həkimlə əlaqə saxlamaq lazımdır. Dünyaya gəldikdən sonra, ilk sutkalar müddətində yenidoğulmuşlarda həmçinin, digər vəziyyətlər inkişaf edə bilərlər. Həmin simptomlar aşağıda göstərilmişdir: – tənəffüs pozğunluqları; – dəri örtüyünün göyərməsi, həddindən artıq isti və ya həddindən artıq soyuq dəri; – dodaqların göyərməsi; – qusma və ya qidalanmada dəyişikliklər; – nəzərəçarpacaq yorğunluq, yuxu pozğunluqları və ya tez-tez ağlama; – rigid və ya süst əzələlər; – titrəmə, narahatlıq, qıcolmalar; – iti reflekslər; – oyanıqlıq; – qanda şəkərin səviyyəsinin aşağı düşməsi. Uşaq dünyaya gəldikdən sonra onda yuxarıda təsvir olunan simptomlardan hər hansı biri inkişaf etdiyi halda və ya pasiyentdə uşağın sağlamlığı ilə əlaqəli suallar meydana çıxdıqda, məsləhət almaq üçün həkimə və ya mamaya müraciət etmək lazımdır. Laktasiya dövrü Sertralinin ana südünə nüfuz etməsi təsdiq olunmuşdur. Laktasiya dövründə qadınlara Stimuloton preparatı yalnız, ana üçün preparatın ehtimal edilən faydası, dölə təsir riskindən üstün olduğu hallarda təyin edilə bilər. Fertilliyi Heyvanlar üzərində aparılan eksperimentlərdən əldə olunan məlumatlara əsasən, sertralin tipli bəzi preparatlar spermanın keyfiyyətinə mənfi təsir göstərə bilərlər. Nəzəri olaraq, bu hal fertilliyə təsir göstərə bilər; lakin, preparatın insan fertilliyinə təsiri indiyə qədər aşkar edilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Sertralin kimi sinir sisteminə təsir göstərən dərman preparatları, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilərlər. Bu səbəbdən, müalicə müddətində bu dərman preparatının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməyənə qədər, göstərilən fəaliyyət növləri ilə məşğul olmaq olmaz.
İstifadə qaydası və dozası
Stimuloton preparatını hər zaman həkim təyinatlarına müvafiq istifadə etmək lazımdır. Preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə müraciət etmək lazımdır. Dozalanma rejimi Adətən tövsiyə olunan dozalar aşağıda göstərilmişdir Böyüklər Depressiya və obsessiv-kompulsiv pozğunluq (OKP) Depressiya və OKP qeyd olunduqda, adətən effektiv doza, gündə 50 mq təşkil edir. Preparatın gündəlik dozasını 1 həftədən qısa olmayan intervallarla, bir neçə həftə müddətində 50 mq artırmaq olar. Preparatın tövsiyə olunan maksimal dozası gündə 200 mq təşkil edir. Panik pozğunluqlar, sosial həyəcanlılıq vəziyyəti və posttravmatik stress pozğunluğu Panik pozğunluqlar, sosial həyəcanlılıq vəziyyəti və posttravmatik stress pozğunluğu qeyd olunduqda, müalicəni gündə 25 mq dozadan başlamaq və bir həftədən sonra, dozanı 50 mq-a qədər artırmaq lazımdır. Gələcəkdə, preparatın gündəlik dozasını bir neçə həftə müddətində 50 mq artırmaq olar. Preparatın tövsiyə olunan maksimal dozası gündə 200 mq təşkil edir. Uşaqlar və yeniyetmələr Stimuloton preparatını yalnız, obsessiv-kompulsiv pozğunluqdan əziyyət çəkən 6-17 yaşlı uşaqların və yeniyetmələrin müalicəsi üçün istifadə etmək olar. Obsessiv-kompulsiv pozğunluq 6 yaşdan 12 yaşa qədər uşaqlar: preparatın tövsiyə olunan başlanğıc dozası gündə 25 mq təşkil edir. Bir həftədən sonra həkim preparatın dozasını gündə 50 mq-a qədər artıra bilər. Preparatın maksimal dozası gündə 200 mq təşkil edir. 13 yaşdan 17 yaşa qədər yeniyetmələr: preparatın tövsiyə olunan başlanğıc dozası gündə 50 mq təşkil edir. Preparatın maksimal dozası gündə 200 mq təşkil edir. Qaraciyər və böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər və ya böyrək xəstəliklərinin mövcudluğu barədə həkimi məlumatlandırmaq və həkim təyinatlarına riayət etmək lazımdır. Bu dərman preparatının istifadə müddəti, həkim tərəfindən təyin olunmalıdır. Preparatın istifadə müddəti xəstəliyin təbiətindən və pasiyentin müalicəyə qarşı cavab reaksiyasından asılıdır. Klinik simptomlar yaxşılaşmağa başlayana qədər, bir neçə həftə keçə bilər. Simptomlar yaxşılaşdıqdan sonra müalicə adətən, 6 ay müddətində davam etdirilir. İstifadə qaydası Stimuloton preparatı tabletlərini qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Dərman preparatını gündə 1 dəfə – səhər və ya axşam qəbul etmək lazımdır. Tabletin üzərində olan xətt vasitəsi ilə, onu iki bərabər dozaya bölmək mümkündür. Stimuloton preparatı tabletlərinin istifadəsinin ötürülməsi Pasiyent tabletin qəbulunu ötürdükdə, onu növbəti doza ilə birlikdə qəbul etmək olmaz. Preparatın növbəti dozasını, təyin olunan vaxt qəbul etmək lazımdır. Ötürülən dozanı bərpa etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz, çünki bu, ötürülən dozanı kompensasiya etmir, lakin doza həddinin aşılması riskinin yüksəlməsinə səbəb ola bilər. Stimuloton preparatı tabletlərinin istifadəsinin dayandırılması Həkim tərəfindən müvafiq göstərişlər olmayana qədər, Stimuloton preparatı tabletlərinin istifadəsini dayandırmaq olmaz. Dərman preparatının istifadəsi tam dayandırılmayana qədər həkim, Stimuloton preparatının dozasını bir neçə həftə müddətində tədricən aşağı salmalıdır. Bu dərman preparatının istifadəsini qəflətən dayandırdıqda, əlavə effektlər, məsələn, başgicəllənmə, keyləşmə hissi, yuxu pozğunluqları, oyanıqlıq və ya həyəcan, baş ağrıları, ürəkbulanma, qusma və titrəmə meydana çıxa bilər. Qeyd olunan əlavə effektlər və ya Stimuloton preparatının istifadəsinin dayandırılması ilə əlaqəli istənilən digər əlavə reaksiyalar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Bu preparatın istifadəsi ilə əlaqəli hər-hansı əlavə suallar meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu preparat da əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər, lakin həmin effektlər hər pasiyentdə müşahidə olunmur. Preparatdan istifadə etdikdə, ən tez-tez müşahidə olunan əlavə effekt ürəkbulanmadır. Əlavə effektlər preparatın dozalanmasından asılıdır və fasiləsiz müalicə aparıldıqda, əksər hallarda aradan qalxırlar. Aşağıda qeyd olunan vəziyyətlər barədə həkimi dərhal məlumatlandırmaq lazımdır. Bu dərman preparatının istifadəsindən sonra aşağıdakı simptomlardan hər hansı birinin meydana çıxması barədə həkimi məlumatlandırmaq vacibdir – nəzərə almaq lazımdır ki, həmin simptomlar ağır dərəcəli ola bilərlər: – pasiyentdə ağızı və dili zədələyə bilən suluqların əmələ gəlməsi ilə müşayiət olunan dəri səpgiləri (multiform eritema) meydana çıxdıqda. Həmin simptomlar, Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz (TEN) kimi məlum xəstəliklərin simptomları ola bilərlər. Bu halda həkim müalicəni dayandırmalıdır; – dəri üzərində qaşınan səpgilərin əmələ gəlməsi, tənəffüsün çətinləşməsi, fışıltılı tənəffüs, göz qapaqlarının, üz nahiyəsinin və ya dodaqların ödemi kimi simptomlarla müşayiət olunan allergik reaksiya və ya allergiya; – pasiyentdə həyəcanlılıq hissi meydana çıxdıqda, şüurun dumanlanması, diareya, qızdırma və arterial təzyiqin yüksəlməsi, tər ifrazının həddindən artıq yüksəlməsi, əzələ rigidliyi və ürək çırpınmasının tezləşməsi müşahidə olunduğu halda. Həmin simptomlar, serotonin sindromun və ya bədxassəli neyroleptik sindromun simptomlarıdır. Sertralini müəyyən dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, nadir hallarda göstərilən sindrom meydana çıxa bilər. Ehtimal ki, həkim müalicənin dayandırılması barədə qərar qəbul edəcək; – pasiyentin dərisi və göz skleraları saraldıqda – bu, qaraciyər zədələnməsini göstərə bilər; – pasiyentdə depressiya simptomları, özünə zərər yetirmək və ya suisidal düşüncələr barədə fikirlər meydana çıxdığı halda; – Stimuloton preparatının istifadəsindən sonra, pasiyentdə narahatlıq hissi müşahidə olunduqda, pasiyent bir yerdə oturmaq və ya durmaq qabiliyyətini itirdiyi halda. Pasiyentdə narahatlıq müşahidə olunduqda, həkimi məlumatlandırmaq lazımdır; – pasiyentdə epileptik tutma baş verdikdə; – pasiyentdə maniakal vəziyyət meydana çıxdıqda. Aşağıda göstərilən əlavə effektlər klinik tədqiqatlar müddətində böyüklərdə müşahidə olunmuşdurlar Çox tez-tez meydana çıxan əlavə effektlər (10 pasiyentdən 1-dən çoxunda müşahidə olunmuşdur): – yuxusuzluq, başgicəllənmə, yuxuya meyllilik, baş ağrısı; – diareya, ürəkbulanma, ağızda quruluq; – eyakulyasiyanın pozulması; – yorğunluq. Tez-tez meydana çıxan əlavə effektlər (100 pasiyentdən 1-10-da müşahidə olunmuşdur): – boğazda ağrı; – iştahanın olmaması (anoreksiya), iştahanın yüksəlməsi; – həyəcanlılıq vəziyyəti, depressiya, narahatlıq, cinsi marağın aşağı düşməsi, oyanıqlıq, adət edilməmiş qeyri-adi hisslər, gecələr dəhşətli yuxugörmələr, diş qıcırtısı; – titrəmə, hərəki pozğunluqlar (həddindən artıq hərəkətliliyin tələb olunması, əzələ rigidliyi, yerişin pozulması, əzələ spazmları və qeyri-iradi əzələ hərəkətləri)*, keyləşmə və sancma hissi, əzələ gərginliyi, diqqətin itməsi, dadbilmə qabiliyyətinin pozulması; – görmə qabiliyyətinin pozulması; – qulaqlarda cingilti; – güclü ürək çırpıntısı; – qan axınları; – əsnəmə; – mədə pozğunluğu, qəbizlik, qarın nahiyəsində ağrı, qusma, bağırsaqlarda qazların toplanması; – dəri üzərində səpgilər, tər ifrazının yüksəlməsi; – bel nahiyəsində ağrı, oynaq ağrıları, əzələ ağrıları; – qeyri-müntəzəm menstruasiyalar, erektil disfunksiya; – əhvalın pisləşməsi, döş nahiyəsində ağrı, zəiflik, bədən temperaturunun yüksəlməsi; – bədən kütləsinin artması; – zədələnmələr. Bəzən meydana çıxan əlavə effektlər (1000 pasiyentdən 1-10-da müşahidə olunmuşdur): – yuxarı tənəffüs yollarının iltihabı, rinit; – mədə və bağırsaq iltihabı, qulaq infeksiyaları; – törəmələr (şişlər); – allergiya, mövsümi allergiya; – qalxanabənzər vəzinin hormonlarının səviyyəsinin aşağı düşməsi; – suisidal düşüncələr, suisidal davranış*, psixotik pozğunluqlar, patoloji düşüncələr, laqeydlik, hallyusinasiyalar, aqressiya, əhval-ruhiyyənin qeyri-normal yüksəlməsi, paranoyya (təqib edilmə barədə sayıqlama); – amneziya (yaddaşın itməsi), taktil həssaslıq qabiliyyətinin (toxunma hissinin) aşağı düşməsi, qeyri-iradi əzələ yığılmaları, bayğınlıq, yüksək hərəkətlilik tələbatı, miqren, qıcolmalar, ayağa durduqda başgicəllənmə, hərəkətlərin koordinasiyasının pozulması, nitq pozğunluğu; – göz bəbəklərinin böyüməsi; – qulaq ağrıları; – ürək çırpınmasının tezləşməsi, ürəkdə baş verən pozğunluqlar; – qanaxmalar (məsələn, mədə qanaxması)*, arterial təzyiqin yüksəlməsi, dərinin qızarması, sidikdə qanın meydana çıxması; – havanın çatışmaması hissi, burun qanaxması, tənəffüsün çətinləşməsi, fışıltılı tənəffüs; – qatranabənzər nəcis, diş xəstəlikləri, qida borusunun iltihabı, dilin iltihabı, babasil, ağız suyu ifrazının yüksəlməsi, udma qabiliyyətinin çətinləşməsi, gəyirmə, dilin xəstəlikləri; – gözətrafı nahiyədə şişkinlik, övrə, saçların tökülməsi, qaşınma, dəridə nöqtəyəbənzər qansızmalar (dəri üzərində al qırmızı ləkələr), suluqların əmələ gəlməsi ilə müşayiət olunan dəri xəstəliyi, dəridə quruluq, üz nahiyəsinin ödemi, soyuq tər; – osteoartrit (oynaqların iltihabı), əzələlərin dartınması, əzələlərdə qıcolmalar*, əzələ zəifliyi; – sidik ifrazının tezləşməsi, sidik ifrazının çətinləşməsi və ya sidiyi ifrazetmə qabiliyyətinin olmaması, sidiyi saxlaya bilməmək, sidik həcminin artması, gecələr sidiyi saxlaya bilməmək; – cinsi funksiyanın pozulması, intensiv menstrual qanaxmalar, qadınlarda cinsi funksiyanın pozulması; – aşağı ətrafların ödemi, vicə, yerimənin çətinləşməsi, susuzluq hissi; – qaraciyər fermentləri səviyyələrinin yüksəlməsi, bədən kütləsinin aşağı düşməsi. Sertralinin istifadəsi ilə aparılan müalicə müddətində və ya gələcəkdə, preparatın istifadəsi dayandırıldıqdan sonra suisidal düşüncələrin və suisidal davranışın meydana çıxması barədə məlumatlar daxil olmuşdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Nadir hallarda meydana çıxan əlavə effektlər (10000 pasiyentdən 1-10-da müşahidə olunmuşdur): – divertikulit (bağırsaq divarının dərinliklərində və ya qabarıqlıqlarında inkişaf edən iltihab və ya infeksiya), limfa düyünlərinin böyüməsi, qan lövhəciklərinin miqdarının aşağı düşməsi *, ağ qan hüceyrələrinin miqdarının aşağı düşməsi*; – ağır dərəcəli allergik reaksiyalar; – endokrin (hormonal) pozğunluqlar; – qanda xolesterin səviyyəsinin yüksəlməsi, qanda şəkər səviyyəsinin nəzarətinin pozulması (şəkərli diabet), qanda şəkərin səviyyəsinin aşağı düşməsi, qanda şəkərin səviyyəsinin yüksəlməsi*, qanda natriumun miqdarının aşağı düşməsi*; – stresslə və ya emosiyalarla əlaqəli fiziki simptomlar, dəhşətli yuxugörmələr, dərmandan asılılıq, lunatizm, eyakulyasiyanın vaxtından əvvəl baş verməsi; – koma, qeyri-normal hərəkətlər, hərəkətlərin çətinləşməsi, yüksək (toxunma hissi) həssaslıq hissi, qəflətən baş verən şiddətli baş ağrısı (bu, geri dönən serebral vazokonstriksiya sindromu kimi məlum olan, ağır vəziyyətin əlaməti ola bilər)*, həssaslıq pozğunluqları; – gözlərin önündə ləkələr, qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi), gözlərdə ikiləşmə, işığa qarşı həssaslıq, gözlərə qansızmalar, göz bəbəklərinin müxtəlif ölçülərdə olması*, qeyri-normal görmə qabiliyyəti*, göz yaşı mayesinin əmələ gəlməsinin pozulması; – miokard infarktı, başgicəllənmə, bayğınlıq və ya döş qəfəsində narahatlıq hissi – ürəyin elektrik aktivliyinin dəyişməsi əlaməti ola bilər (elektrokardioqrammada aşkar edilir) və ya ürək yığılmaları ritminin pozulması*, ürək yığılmaları tezliyinin ləngiməsi; – yuxarı və aşağı ətraflarda qan dövranının pisləşməsi; – tənəffüsün tezləşməsi, ağciyər toxumasında çapıqların əmələ gəlməsi (ağciyərlərin interstisial xəstəliyi)*, boğazın sıxılması, nitqin çətinləşməsi, tənəffüsün çətinləşməsi, hiçqırıq; – ağız boşluğunda xoraların əmələ gəlməsi, pankreatit*, nəcisdə qan, dilin üzərində xoraların əmələ gəlməsi, ağız boşluğunun iltihabı; – qaraciyər funksiyalarının pozulması, qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları*, dəri rənginin və göz skleralarının saralması (sarılıq)*; – dərinin gün işığına qarşı həssaslığı*, dəridə şişkinlik*, tüklərin quruluşunun dəyişməsi, dəri ətrinin dəyişməsi, tük follikullarının iltihabı; – əzələ toxumasının parçalanması*, sümük pozğunluqlarının qeyd olunması; – sidik ifrazının başlanmasının çətinləşməsi, sidik ifrazının pisləşməsi; – süd vəzilərindən ifrazatlar, uşaqlıq yolunda quruluq hissi, uşaqlıq yolundan ifrazatlar, kişilərdə cinsiyyət orqanının və pülüyün ağrılı qızarması, süd vəzilərinin ölçülərinin böyüməsi*, uzunmüddətli ereksiya; – yırtıqların əmələ gəlməsi, dərman preparatlarına qarşı tolerantlığın aşağı düşməsi; – qanda xolesterin səviyyəsinin yüksəlməsi, laborator tədqiqatların nəticələrinin dəyişməsi*, toxum mayesinin dəyişməsi, qanın laxtalanma qabiliyyətinin pozulması*; – qan damarlarının genişləndirilməsinin tələb olunması. Tezlik məlum deyil (əldə olunan məlumatlar əsasında əlavə effektlərin baş vermə tezliyini müəyyən etmək mümkün deyil): – görmə qabiliyyətinin qismən itməsi; -leykopeniya, trombositopeniya; -hiperprolaktinemiya, antidiuretik hormonun qeyr0adekvat sekresiyası; QT intervalının uzanması, torsade de pointes; – trizm (çeynəmə əzələsinin spazmı)*; – gecələr sidiyi saxlama bilməmək*. * Qeydiyyatdan sonrakı dövrdə aşkar olunan əlavə reaksiyalar. Uşaqlarda və yeniyetmələrdə müşahidə olunan əlavə effektlər Uşaqların və yeniyetmələrin iştirakı ilə aparılan klinik tədqiqatlarda müşahidə olunan əlavə effektlər ümumilikdə, böyüklərdə qeyd olunan əlavə effektlərlə eyni olmuşdur (yuxarıda göstərilənlərə bax). Uşaqlarda və yeniyetmələrdə ən tez-tez qeyd olunan əlavə effektlər baş ağrısı, yuxusuzluq, diareya və ürəkbulanma olmuşdur. Preparatın istifadəsi dayandırıldıqda, inkişaf edə bilən simptomlar Bu preparatın istifadəsini qəflətən dayandırdıqda, aşağıda göstərilən əlavə reaksiyalar inkişaf edə bilərlər: başgicəllənmə, keyləşmə, yuxu pozğunluqları, oyanıqlıq, həyəcanlılıq, baş ağrısı, ürəkbulanma, qusma və titrəmə (“İstifadə qaydası və dozası” bölməsində “Stimuloton preparatı tabletlərinin istifadəsinin dayandırılması” bölməsinə bax). Bu qrup dərman preparatlarından istifadə edən pasiyentlərdə sümük sınıqlarının yüksək riski müşahidə olunmuşdur. Sertralindən istifadə edən pasiyentlərdə, immunotestlərin istifadəsi ilə benzodiazepinlərin aşkar edilməsi istiqamətində sidiyin skrininq testləri aparıldıqda, yanlış-müsbət nəticələr əldə oluna bilməsi barədə məlumatlar mövcuddur. Əlavə effektlər barədə məlumatlar İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Qeyd olunan tövsiyə, ehtimal edilən bütün arzuolunmayan reaksiyalara, o cümlədən, bu içlik vərəqədə göstərilməyən reaksiyalara aiddir. Arzuolunmayan reaksiyalar barədə, o cümlədən, dərman preparatlarının qeyri-effektivliyi barədə həmçinin, dərman preparatlarının arzuolunmayan reaksiyaları (təsirləri) üzrə məlumatlar bazasına bildirmək olar. Arzuolunmayan reaksiyalar barədə məlumat verməklə, preparatın təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.
Doza həddinin aşılması
Pasiyent təsadüfən, Stimuloton preparatı tabletlərinin artıq miqdarını qəbul etdiyi halda, dərhal həkimi məlumatlandırmalı və ya ən yaxında yerləşən təcili yardım şöbəsinə müraciət etməlidir. Dərman preparatının orijinal qablaşmasını, dolu və ya boş olmasından asılı olmayaraq, pasiyent hər zaman özü ilə gəzdirməlidir. Doza həddinin aşılmasının simptomları: yuxuya meyillilik, ürəkbulanma və qusma, ürək yığılmaları tezliyinin yüksəlməsi, titrəmə, oyanıqlıq vəziyyəti, başgicəllənmə və nadir hallarda şüurun itməsi.
Buraxılış forması
Stimuloton preparatı tabletləri, 50 mq: 10 tablet blisterdə. 1, 2 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Stimuloton preparatı tabletləri, 100 mq: 14 tablet blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Keyfiyyətin pisləşməsinin aşkar əlamətləri meydana çıxdıqda (məsələn, tabletlərin rəngi dəyişdikdə), Stimuloton preparatının örtüklü tabletlərini istifadə etmək olmaz.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Dərman preparatlarını məişət tullantılarına və ya axar sulara tullamaq olmaz. Lazım olmayan preparatın tullantılarla birlikdə ləğvolunması tələb olunduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“EGİS əczaçılıq zavodu” QSC. H-9900 Körmend, Matyaş kiray küç., 65. Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38. Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.