SPAZMALGON 2 ML N10 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqədə olan məlumatı diqqətlə oxuyun Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. Bu dərman şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Onların simptomları Sizin simptomlar kimi olsa da, bu dərman onlara zərər yetirə bilər. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirləri hiss etdikdə həkiminizə məlumat verməyiniz xahiş olunur. SPAZMALQON (500 mq/2 mq/0,02 mq)/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: metamizole sodium/pitofenone hydrochloride/fenpiverinium bromide
Tərkibi
2 ml-lik ampullar Təsiredici maddələr: 2 ml (1 ampul) məhlulun tərkibində 1 000 mq natrium metamizol, 4 mq pitofenon hidroxlorid, 0,04 mq fenpiverin bromid vardır. Köməkçi maddə: inyeksiya üçün su. 5 ml-lik ampullar Təsiredici maddələr: 5 ml (1 ampul) məhlulun tərkibində 2 500 mq natrium metamizol, 10 mq pitofenon hidroxlorid, 0,1 mq fenpiverin bromid vardır. Köməkçi maddə: inyeksiya üçün su.
Farmakoloji xüsusiyyətləri
Spazmalqon həzm traktının saya əzələlərinin, öd və sidikqovucu yolların, reproduktiv orqanların dır.spazmlarını aradanqaldırıcı və güclü ağrıkəsici təsirə malik kombinəedilmiş dərman preparatı
İstifadəsinə göstərişlər
Spazmalqon həzm traktının saya əzələlərinin, öd yollarının, böyrək və sidik axarlarının, böyrəkdaşı xəstəliyinin spazmları vaxtı kəskin, orta və güclü ağrıların aradan qaldırılması üçün və ağrılı aybaşı (dismenorreya) vaxtı qəbul edilir.
Əks göstərişlər
– Spazmalqonun təsiredici maddələrinə qarşı allergiya (hiperhəssaslıq); iltihabəleyhinə dərman vasitələrinə qarşı allergiya- pirazolon törəmələrinə və ya qeyri-steroid (hiperhəssaslıq); – qaraciyər və / və ya böyrəklərin ağır xəstəliyi; – bağırsaq keçməzliyi və meqakolon (yoğun bağırsağın genişlənməsi); – eritrositlərin funksiyasının pozulması ilə bağlı qaraciyər porfiriyası irsi xəstəliyi və ya qlükozo-6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı; – sümük iliyinin (sitostatik terapiyadan sonra) funksiyasının pozulması və ya qanın aplastik anemiya, aqranulositoz və ya leykopeniya kimi xəstəlikləri; – prostat vəzinin adenoması; – öd və sidik kisəsinin atoniyası; – hipotoniya (aşağı qan təzyiqi) və ya qeyri-stabil qan dövranı; – hamiləlik və laktasiya dövrü. Bu dərman preparatı 15 yaşından kiçik uşaqlara təyin edilmir. Ehtiyatla Spazmalqon preparatı ilə müalicəyə başlamazdan əvvəl aşağıdakı xəstəliklərin mövcud olduğu hallarda həkiminizi məlumatlandırın: böyrək və ya qaraciyər xəstəlikləri; bağırsaq traktının və ya həzm yolunun keçməzliyilə bağlı xəstəliklər; qastroezofaqeal reflüks xəstəliyi, bağırsaq atoniyası, paralitik ileus; qlaukoma; miasteniya qravis (əzələ zəifliyi), ürək xəstəlikləri. Spazmalqon preparatı ilə müalicə vaxtı ağır hiperhəssaslıq reaksiyalarının, o cümlədən də anafilaktik reaksiyaların yaranma riski mövcuddur. Allergiyanın ilk simptomları meydana çıxan zaman preparatın istifadəsini dərhal dayandırmaq və vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlər görmək lazımdır (adrenalin, qlükokortikoidlər, antihistamin vasitələr). Metamizola qarşı mümkün ağır allergiya reaksiyalarının yaranma riski aşağıdakı hallarda artır: – analgetik sindromlu astmalı xəstələrdə; – bronxial astmalı pasiyentlərdə, xüsusilə rinosinuit (burun və burun boşluqlarının iltihabı) və ya burunda poliplərin olduğu halda; – xroniki övrəsi olan pasiyentlərdə; – boyalara (məsələn, tartrazinə) və ya konservantlara (benzoatlara) qarşı hiperhəssas pasiyentlərdə; – alkoqola qarşı dözümsüzlüyü olan pasiyentlərdə. Belə pasiyentlər alkoqolun hətta az miqdarına asqırma, göz yaşarması və üzün güclü qızartısı ilə reaksiya verirlər. Metamizol tərkibli dərman vasitələri ilə müalicə vaxtı şok (sirkulyator kollaps) və aqranulositozun yaranma riski mövcuddur. Onlar dozadan asılı deyillər və qabaqcadan ehtimal edilə bilməz. Spazmalqon preparatının istifadəsi zamanı qan xəstəlikləri olan və ya anamnezdə belə xəstəliklərin olduğu pasiyentlərə müalicə vaxtı qanın göstəricilərinə nəzarət etmək lazımdır. Spazmalqon inyeksiyaları qan təzyiqini aşağa sala bilər. Belə reaksiyanın yaranma riski xüsusilə aşağı qan təzyiqi və ya maye itkisi, pozulmuş qan dövranı və ya ilkin sirkulyator kollapsı olan xəstələrdə (məsələn, infarkt keçirmiş və ya ağır yaraları olan pasiyentlərdə) və yüksək temperaturu olan pasiyentlərdə artır. Belə pasiyentlərə Spazmalqon preparatının əzələdaxili yeridilməsi uzanıqlı vəziyyətdə və qan təzyiqinin, ürək döyüntülərinin sayının və tənəffüsün daimi nəzarəti altında həyata keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Spazmalqon preparatının aşağıdakı dərman vasitələri ilə birlikdə istifadəsi zamanı mənfi təsirlər müşahidə oluna bilər: qanın laxtalanmasına təsir edən dərmanlar (asenokumarol və varfarin); psixozların müalicəsi üçün preparatlar (xlorpromazin və fenotiazinın başqa törəmələri); immun sistemə tormozlayıcı təsir göstərən (siklosporin); xloramfenikol və sümük iliyinə tormozlayıcı təsir göstərən başqa dərman preparatları; depressiyanın müalicəsi üçün preparatlar; yuxu dərmanları; hamiləliyə qarşı peroral preparatlar; podaqranın müalicəsi üçün preparatlar (allopurinol); piroksikam, aspirin, ibuprofen, indometasin kimi başqa ağrıkəsici və iltihaba qarşı preparatlar. Spazmalqon aşağıdakı dərman preparatları ilə qarşılıqlı təsirdə ola bilər: kaptopril (ürək xəstəliklərinin və hipertoniya xəstəliyinin müalicəsi üçün), litium (psixiki xəstəliklərin müalicəsi üçün), metotreksat (revmatizm və şiş xəstəliklərinin müalicəsi üçün) və triamteren (sidikqovucu), həmçinin antihipertenziv (qan təzyiqini aşağı salan) preparatların və diuretiklərin effektini dəyişdirə bilər.. Spazmalqon preparatının qida məhsulları və içkilərlə birlikdə qəbul edilməsi Spazmalqonun qəbulu vaxtı preparatın əlavə təsirlərinin gücləndirilmə ehtimalına görə alkoqolun istifadəsi qadağandır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Spazmalqonu hamiləlik vaxtı istifadə etmək olmaz. Laktasiya dövründə anaların bu preparatla müalicəsi zəruri olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Spazmalqon dərman preparatı başgicəllənmə, görmə qabiliyyətinin pisləşməsi kimi hallara səbəb ola bilər, həmçinin diqqətə pis təsir göstərə bilər və gözlənilməz vəziyyətlərdə reaksiyaları poza bilər. Bununla əlaqədar olaraq, bu preparatla müalicə vaxtı nəqliyyat vasitələrini idarə etməkdən və avadanlıqlarla işləməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Spazmalqon inyeksiya üçün məhlul əzələ daxili yeridilir. Yalnız qısamüddətli müalicə üçün istifadə olunur! Hiperhəssas pasiyentlərdə anafilaktik şok riski ilə əlaqədar olaraq təcili yardımın göstərilməsi üçün həkimin nəzarəti altında vurulur. Böyüklər və 15 yaşdan böyük uşaqlar Böyüklər və 15 yaşdan böyük uşaqlar üçün (> 53 kq) adi doza 2-5 ml əzələdaxili, bir dəfəyə. Lazım olduqda doza 6-8 saatdan sonra təkrarlanır. Maksimal gündəlik doza 6 ml-i keçməməlidir (3 q natrium metamizola ekvivalent). Müalicə müddəti 2-3 gün. Müalicəvi effekt əldə edildikdən sonra peroral ağrıkəsici və spazmolitik vasitələrlə müalicəyə keçmək olar. 65 yaşdan yuxarı pasiyentlər Adətən dozanın azaldılması tələb olunmur. Yaşla bağlı qaraciyərin və böyrəklərin funksiyasının pozulmaları olan pasiyentlərdə preparatın dozasını azaltmaq lazımdır. Dozanı müalicə həkimi müəyyən edir. Böyrəklərin funksiyası azalmış pasiyentlər Əgər Sizdə böyrək xəstəliyi varsa, böyüklər üçün müəyyən edilmiş dozanın ½ -i istifadə olunur, çünki böyrək pozulmaları vaxtı maddənin xaricolma sürəti azalır. Qaraciyərin funksional pozğunluğu olan pasiyentlər Əgər Sizdə qaraciyərin funksional pozğunluğu varsa, yüksək dozaların istifadəsindən çəkinmək lazımdır. Qısamüddətli müalicə vaxtı dozanı azaltmağa ehtiyac yoxdur. Müalicənin müddəti 2-3 gün. Müalicəvi effekt əldə edildikdən sonra peroral ağrıkəsici və spazmolitik vasitələrlə müalicəyə keçmək olar. Əgər bu preparatın istifadəsi ilə bağlı hər hansı əlavə suallar yaranarsa, müalic həkiminizə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
lazım olan dozadan yüksək doza istifadə etdikdə ürəkbulanma, qusma, qulaqlarda səs, şok, kəskin böyrək və qaraciyər çatışmazlığı, qıcolmalar mümkündür. Tibbi müəssisədə simptomatik müalicə keçirilir. Soyuq tər, başgicəllənmə, ürəkbulanma, dərinin rənginin dəyişməsi və təngnəfəslik kimi əlamətlər meydana çıxarsa, təcili həkimə müraciət etmək lazımdır. Spazmalqonun lazımı dozasının vurulmasını unutduqda Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, Spazmalqon da, hamıda olmasa da əlavə təsirlərə səbəb ola bilər. Aşağıda sadalanmış əlavə reaksiyalar əsasən preparatının tərkibinə daxil olan metamizolun təsiri nəticəsində əmələ gəlir. Arabir (100 nəfərin 1-dən azında müşahidə olunur) Dəri səpgisi (ekzantema) (oval, plastinkalar şəklində, bənövşəyidən tünd qırmızıya qədər qabarcıqlar). Preparatı vuranda və ya sonra – qan təzyiqin aşağı düşməsi, hansı ki, digər hiperhəssaslıq reaksiyalarının əlamətləriylə müşayiət olunmur, nəbzin tezləşməsi. Nadir (1000 nəfərin 1-dən azında müşahidə olunur) Leykopeniya (ağ qan hüceyrələrin azalması, hansı ki, infeksiyanın yaranma ehtimalını artırır), makulopapulez səpgi (dəri plastinkalarının və düyünlərin yaranması)), anafilaktik və ya anafilaktoid reaksiyalar, xüsusilə parenteral qəbulundan sonra. Belə reaksiyalar preparatın qəbulu vaxtı yarana bilər və ya bilavasitə daxil etmənin dayandırılmasından sonra, lakin bir neçə saatdan sonra da yarana bilərlər. Daha çox onlar inyeksiyadan sonra birinci saat ərzində meydana çıxırlar. Daha yüngül reaksiyalar dəri və selikli qişa tərəfindən tipik reaksiyalar şəklində üzə çıxırlar (məsələn, qaşınma, yandırma, qızartı, səpmələr, örə, şişlər), dispneya və nadir hallarda, mədə-bağırsaq şikayətləri. Bu yüngül reaksiyalar, yayılmış örəylə, ağır anqioedemaylə müşayiət olunan, daha ağır formalara keçə bilər (o cümlədən, larinqeal), ağır bronxospazmla, ürək ritminin pozulmaları, qan təzyiqinin enməsiylə, böyrək funksiyasının pozulmaları, məsələn, sidikdə zülalın olması, sidiyin aşalması və ya çoxalması, böyrəklərin iltihabı. Spazmalqon preparatla müalicəsi vaxtı sidik qırmızı rəngdə ola bilər. Müalicənin dayandırılmasından sonra rəngi normallaşır. Çox nadir (10 000 nəfərin 1-dən azında müşahidə olunur) Aqranulositoz (ağ qan hüceyrələrin kəskin azalması, hansı ki, infeksiyaların yaranmasının ehtimalını artırır). Aqranulositoz, əvvəllər metamizolla, əlavə təsirlərin olmadan, müalicə olunmuş pasientlərdə yarana bilər. Aqranulositozun yaranma riski metamizolla uzunmüddət istifadəsi vaxtı (1 həftədən çox) artır. Aqranulositozun tipik əlamətləri aşağıdakilərdır: dərinin və ağızın selikli qişasının, boğazın, cinsiyyət orqanlarının iltihabi dəyişiklikləri və yüksək temperatur. Ümumi vəziyyətin qəfildən pisləşməsi vaxtı Spazmalqon preparatla müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Çox nadir hallarda aşağıdakı dəyişikliklər müşahidə oluna bilər: trombositopeniya (trombositlərin sayının azalması), hemolitik qanazlığı (qırmızı hüceyrələrin sayının azalması), aplastik qanazlığı (qan hüceyrələrin sayının kəskin azalması). Analgetik astmayla pasiyentlərdə hiperhəssaslıq reaksiyası adətən astma hücumu; Stivens-Conson (pisxassəli ekssudativ eritema) və ya Layel (toksik epidermal nekroliz) sindromu; sirkulyator şok şəklində keçir. Naməlum tezliklə (mövcud məlumatlara əsasən başvermə tezliyini qiymətləndirmək mümkün deyil): ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrılar və diskomfort hissi, qəbizlik, qastrit və mədə yarasının kəskinləşməsi, nadir hallarda ulserasiya və qan axma, başgicəllənmə, başağrısı, görmə qabiliyyətinin pozulması, sidiyəgetmənin çətinləşməsi, akkomodasiyanın pozulması. Parenteral tətbiqi vaxtı iynə yerində ağrılar və yerli reaksiyalar, hətta nadir hallarda flebitlər əmələ gələ bilər. Hiperhəssaslıq, böyrək və ya qan yaratma funksiyanın pozulmalarının yaranması vaxtı Spazmalqon preparatının tətbiqi dayandırılır. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirləri qeyd etdikdə, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırmağınız xahiş olunur.
Buraxılış forması
І-ci dərəcəli hidrolitik qəhvəyi rəngli, üzərində rəngli sındırma nöqtəsi olan şüşə ampullarda şəffaf solğun-sarı maye. 2 ml və ya 5 ml məhlul, ampullarda. 2 ml-lik ampullar 5 ampul, PVX örtüklü blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, PVX örtüklü blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml-lik ampulalar 5 ampul, PVX örtüklü blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, PVX örtüklü blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda qablaşdırmaların bütün ölçüləri olmaya bilər.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, qaranlıq və uşaqların əli çaatmayan yerdə saxlamaq lazımdır. Donmaya yol verilmir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlıq müddəti göstərilən ayın sonuncu gününə müvafiqdir. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.