Spascupreel N12 rektal şam

Dərman formasıRektal şam
Farmakoloji təsirHomeopatik dərman vasitəsi

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SPASKUPREL S rektal şamlar SPASCUPREEL S

Tərkibi

Təsiredici maddələr: 2,0 q 1 rektal şamın tərkibində: Citrullus colocynthis D3 1,1 mq; Ammonium bromatum D3 1,1 mq; Atropinum sulfuricum D5 1,1 mq; Veratrum album D5 1,1 mq; Magnesium phosphoricum D6 1,1 mq; Gelsemium sempervirens D5 1,1 mq; Passiflora incarnata D1 0,55 mq; Matricaria recutita D2 0,55 mq; Cuprum sulfuricum D5 0,55 mq; Amanita muscaria D3 0,55 mq; Aconitum napellus D5 2,2 mq. Köməkçi maddə: bərk yağ.

Təsviri

Torpedo formalı, ağdan ağ-sarı (fildişi rəngli) rəngə dəyişən hamar səthli və zəif xarakterik qaxsımamış qoxulu şamlar. Saxlandıqdan sonra sporadik olaraq yağ çiçəklənməsi yarana bilər.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. ATC kodu: V03AX.

İstifadəsinə göstərişlər

Saya əzələli orqanların spazmları (mədə, bağırsaq, öd kisəsi, uşaqlıq, sidik traktı); eninəzolaqlı əzələlərin spastikliyi (miogeloz, əzələ bərkiməsi).

Əks göstərişlər

Preparatın bir və ya bir neçə komponentinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Simptomlar davam edərsə və ya öd daşları mövcuddursa, öd yolları tutulduqda və ya sarılıqda həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövrünə aid bu preparat haqqında klinik məlumatlar yoxdur. Bu prepa- ratda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Hər hansı əks göstəriş bildirilməmişdir. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

İstifadə qaydası və dozası

Standart dozalanma qaydası (6 yaşdan yuxarı uşaqlar və böyüklərə): gündəlik 1 şam 2-3 dəfə. Kəskin və ya ilkin istifadə zamanı: 12 yaşdan yuxarı uşaqlar və böyüklərə, hər 2 saatdan bir 1 şam (gündəlik 6 şama qədər) düz bağırsağa yeridilir, sonra isə müalicə standart doza ilə davam etdirilir. Pediatrik: 6-11 yaş uşaqlara hər 2 saatdan bir 1 şam (gündəlik 4 şama qədər) düz bağırsağa yeridilir, sonra isə müalicə standart doza ilə davam etdirilir.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur.

Buraxılış forması

2,0 q-lıq 6 şam, stripdə 2 və ya 10 strip, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, orijinal qutusunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden. Rəsmi distribyutor Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Spascupreel N12 rektal şam” üçün ilk rəyi siz yazın.