SOMAZINA PAKET N6
| Dərman forması | Paket |
|---|---|
| Farmakoloji təsir | Psixoanaleptiklər; Digər psixostimulyator və nootrop preparatlar |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,21 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SOMAZİNA oral məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline
Tərkibi
Təsiredici maddə : 10 ml məhlulun tərkibində 1000 mq sitikolin (sitikolin natrium şəklində) vardır. Köməkçi maddələr: sorbitol 70%-li (kristallaşan maye), qliserin, metilparahidroksibenzoat (nipagin), propilparahidroksibenzoat (nipasol), qliserol formal, natrium sitrat, natrium saxarat, ponso qırmızı 4R, çiyələk dadlandırıcısı 1487-S, kalium sorbat, susuz limon turşusu (50% məhlul şəklində), təmizlənmiş su.
Təsviri
Açıq çəhrayı rəngli, yüngül çiyələk qoxulu məhluldur.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər; Digər psixostimulyator və nootrop preparatlar. ATC kodu: N06BX06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sitikolin neyronal membranın struktur fosfolipidlərinin sintezini stimulə edir. Bu təsirinə görə sitikolin, neyrotransmissiyanın düzgün həyata keçirilməsi üçün zəruri olan və membran mexanizmlərindən asılı olan sinir hüceyrəsinin ion mübadiləsi kanallarının və onlarla bağlı olan reseptorların funksiyalarını yaxşılaşdırır. Membranstabilizəedici xüsüsiyyəti nəticəsində serebral ödem əleyhinə təsir göstərir. Klinik tədqiqatlar zamanı sitikolinin qəbulu nəticəsində hipoksiya və beyin işemiyasının yaddaş pozğunluğu, emosional labillik, iş qabiliyyətinin itirilməsi, gündəlik həyatda və özünə qulluqda çətinlik kimi simptomların zəifləməsi və aradan qalxması müşahidə olunmuşdur. Klinik tədqiqatlar zamanı sitikolinin qəbulu həmçinin degenerativ və ya vaskulyar etiologiyalı neyrofizioloji fəsadlar olan qavrama, davranış pozulmalarının yüngülləşməsi ilə nəticələnmişdir. Farmakokinetikası Daxilə qəbul edilən sitikolin yüksək biomənimsənilmə göstəricilərinə malikdir.
İstifadəsinə göstərişlər
İnsult, beyin qan dövranının kəskin və yarımkəskin mərhələlərində nevroloji pozulmaların fəsadlaşması; kəllə-beyin travmaları. Degenerativ və ya vaskulyar etiologiyalı qavrama, davranış pozulmalarının müalicəsi.
Əks göstərişlər
Sitikolinə qarşı yüksək həssaslığı olan, habelə parasimpatomimetik vasitələrin istifadəsi zamanı hipertenziya yaranan, parasimpatik tonusun yüksək olduğu şəxslərdə əks göstərişdir. Kifayət qədər məlumatlar olmadığı üçün 18 yaşa qədər uşaqlarda əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hər hansı bir ehtiyyat tədbirləribə ehtiyac yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tərkibində meklofenaksat olan hər hansı bir preparatla birgə istifadə edilməməlidir. Sitikolin levodopanın təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət görülmür; anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir. Laktasiya dövründə istifadədən qaçınılmalıdır. Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Hec bir təsiri müşahidə edilməyib. Bəzi hallarda mərkəzi sinir sistemi tərəfindən baş verən əlavə təsirlər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir edə bilər.
İstifadə qaydası və dozası
Böyüklərdə: simptomların ağırlığından asılı olaraq müalicə üçün gündə 1 dəfə 1-2 paket təyin olunur. Somazina bilavasitə ya da yarım stakan suda (120 ml) həll olunaraq, yemək zamanı və yaxud yeməkdən sonra istifadə oluna bilər. Yaşlılarda istifadəsi: yaşlı şəxslərdə dozanın xüsusi korreksiyası tələb olunmur. Uşaqlarda istifadəsi: uşaqlarda istifadəsinə aid kifayət qədər məlumat olmadığından, Somazina paketi həkimin xüsusi göstərişi olmadan (gözlənilən fayda mümkün olan riski üstələdikdə) uşaqlarda istifadə olunmamalıdır. Əlavə təsirlər Çox nadir hallarda yüngül mədə-bağırsaq pozulmaları, allergik reaksiyalar, qızdırma, səpgi, qaşınma, başgicəllənmə, baş ağrısı, hallüsinasiya, yuxusuzluq, ürəkbulanma, qusma, diareya, iştahanın azalması, təngnəfəslik və qaraciyər fermentlərinin aktivliyinin dəyişməsi haqqında məlumat verilmişdir.
Doza həddinin aşılması
Sitikolinin dozasının həddən artıq olması haqqında heç bir məlumat verilməmişdir.
Buraxılış forması
10 ml oral məhlul, paketdə. 6 paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, orijinal qablamasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 2 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ferrer Internacional, S.A., Spain. Joan Buscalla, 1-9 08173 Sant Cugat del Valles (Barcelona), Spain.
Qeydiyyat vəsiqəsinin sahibi
Ferrer Internacional, S.A., Spain. Gran Via Carlos III, 94 08028 Barcelona, Spain.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.