Siston N100 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Bitki mənşəli preparat. Litolitik, uroantiseptik vasitə |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
17,49 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİSTON tabletlər
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində: Ekstraktlar: didimokarpus (didymocarpus pedicellata) 65 mq, daşqıran (saxifraga ligulata) 49 mq, marena (rubia cordifolia) 16 mq, cil (cyperus scariosus) 16 mq, qaba saman çiçəyi (achyranthes aspera) 16 mq, onosma (onosma bracteatum) 16 mq, vernoniya (vernonia cinerea) 16 mq. Tozlar: silisium əhəngi (hajrul yahood bhasma) 16 mq, təmizlənmiş şilajit (shilajeet (purified)) 13 mq. Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə işlənmişdir: reyhan (ocimum basilicum), dəmir tikanı (tribulus terrestris), utancaq mimoza (mimosa pudica), at taxılı (dolichos biflorus), ətirli pavoniya (pavonia odorata), at quyruğu (equisetum arvense), tik ağacı toxumu (tectona grandis seed). Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, natrium karboksimetilsellüloza, krospovidon, susuz kolloidal silisium dioksid.
Təsviri
Ləkəli görünüşlü, ağ rəngdən qəhvəyi rəngə kimi, iki tərəfi qabarıq formalı tabletlərdir.
Farmakoterapevtik qrupu
Bitki mənşəli preparat. Litolitik, uroantiseptik vasitə. ATC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
Siston sidiyin litogen maddələrlə doymasının qarşısını alır, kristal-kolloid tarazlığını bərpa edir, oksamidlərin (daş əmələ gəlməsini sürətləndirən maddələr) bağırsaqdan sorulmasına nəzarət edir. Preparat daş əmələ gətirən maddələrin: oksalat turşusu, kalsium hidroksipirolin və s. miqdarını azaltmaqla daşların əmələ gəlməsini ləngidir. Siston kristal hissəciklərini birləşdirən mutsinə təsir edərək, konkrementlərin parçalanmasına səbəb olur. Mikrobəleyhinə təsir göstərdiyi üçün, preparat sidikçıxarıcı yollarda sidikdaşı xəstəliyi və kristalluriya fonunda əmələ gələn infeksiyaların qarşısını alır. Spazmolitik və iltihab əleyhinə təsirinə görə Siston duzların və xırda konkrementlərin xaric olmasına və böyrək sancıları, sidik ifrazı zamanı yaranan yanma və ağrı hissiyyatının aradan qalxmasına səbəb olur.
İstifadəsinə göstərişlər
1. Sidikdaşı xəstəliyi – oksalat daşları – fosfat daşları – uratlar və sidik turşusu duzları – kristalluriya – qarışıq kristallar – qlikol turşuları – cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların qarşısının alınması. 2. Köməkçi vasitə kimi: – sidik yollarının infeksiyaları – hamiləlik zamanı sidik yollarının infeksiyaları – qeyri-spesifik uretrit – sistit, pielit – sidik ifrazı zamanı ağrı və yanma hissi olduqda – podaqra və hiperurikemiya 3. Qadınlarda sidik saxlamamanın kəskin formaları
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Sidik yollarında kəskin ağrı. 2 yaşadək uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyük ölçülü konkrementlərlə obstruksiya təhlükəsi olduqda istifadəsi məqsədə uyğun deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eksperimental tədqiqatlar göstərir ki, Siston sulfametoksazol, trimetoprim və norfloksasinin biomənimsənilməsinə təsir göstərir. Bu səbəbdən yuxarıda göstərilən dərmanlarla Sistonun eyni zamanda istifadəsi zamanı dozada dəyişikliyə ehtiyac ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə istifadə oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə. Böyrək daşı xəstəliklərinin kompleks müalicəsi (oksalat, fosfat, urik turşusu və urat): Böyüklərə və 14 yaşdan böyük uşaqlara – 2 tabletdən; 2-6 yaşlı və 6-14 yaşlı uşaqlara – 1 tabletdən gündə 3 dəfə 3-4 ay ərzində. Müalicənin davamı olaraq 1 tabletdən (böyüklərə və 14 yaşdan böyük uşaqlara); ¼ tabletdən (2-6 yaşlı uşaqlara) və ½ tabletdən (6-14 yaşlı uşaqlara) gündə 2 dəfə daşlar xaric olanadək. Sidikçıxarıcı yolların infeksiyalarının kompleks müalicəsi: Böyüklərə və 14 yaşdan böyük uşaqlara – 2 tabletdən; 2-6 yaşlı uşaqlara ½ tabletdən; və 6-14 yaşlı uşaqlara 1 tabletdən. gündə 3 dəfə 4-6 həftə ərzində. Sidikçıxarıcı yolların residiv infeksiyalarının kompleks müalicəsi: Böyüklərə və 14 yaşdan böyük uşaqlara – 1 tabletdən; 2-6 yaşlı uşaqlara – ¼ tabletdən; və 6-14 yaşlı uşaqlara – ½ tabletdən gündə 2 dəfə 6-12 həftə ərzində. Böyrək daşlarının formalaşmasının qarşısını almaq məqsədilə: Böyüklərə və 14 yaşdan böyük uşaqlara – 1 tabletdən; 2-6 yaşlı uşaqlara – ¼ tabletdən; və 6-14 yaşlı uşaqlara – ½ tabletdən gündə 3 dəfə 4-5 ay ərzində.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Doza həddinin aşılması
Aşkar olunmayıb.
Buraxılış forması
100 tablet üzərində «H» loqosu olan, çirkli-yaşıl qapaqlı şəffaf olmayan ağ rəngli HDPE flakonda. Hər flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən aşağı temperaturda, işıqdan qorunan yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеptsiz buraxılır.
İstehsalçı
«The Himalaya Drug Company». Makali, Banqalor – 562 162, Hindistan. www.himalayawellness.com ® – qeydiyyata alınmış ticarət nişanı Azərbaycanda rəsmi distribyutor «TETRADA» MMC – dir. AZ1102, 20Yanvar küçəsi, 14; Bakı, Azərbaycan Теl.:(+994 12) 431-59-24, 431-05-41. Faks: (+994 12) 430-80-51. Е-mail: [email protected] www.tetrada-az.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.