Siofor XR 500 mq N60 tablet

Dərman formasıTablet
Farmakoloji təsirQanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulin istisna olmaqla), biquanidlər
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,52 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını qəbul etməzdən əvvəl bütün içlik vərəqini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqəsini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik əlamətləri sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqəsində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. “Əlavə təsirlər” bölməsinə baxın. SİOFOR XR 500 uzunmüddətli təsirə malik tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metformin hidroxlorid vardır (390 mq metforminə ekvivalentdir). Köməkçi maddələr:maqnezium stearat, natrium karmelloza, susuz kolloidal silisium dioksid, hipromelloza, təmizlənmiş su.

Təsviri

Ağ krem rəngli, bir tərəfində “SR 500” kapsula şəklində, digər tərəfi isə yastı tabletlərdir. Tabletin ölçüləri: uzunluq 16,50 mm, en 8,20 mm və qalınlıq 6,10 mm.

Farmakoterapevtik qrupu

Qanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulin istisna olmaqla), biquanidlər. ATC kodu: A10BA02.

Farmakoloji xüsusiyyətləri

XR preparatının tərkibində şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və biquanidlərSiofor adlandırılan dərman maddələri qrupuna daxil olan dərman vasitəsi olan metformin hidroxlorid təsiredici maddəsi vardır. İnsulin orqanizm toxumalarına qandan qlükozanı götürməyə və onu enerji kimi istifadə etməyə və ya gələcək istifadə üçün saxlamağa imkan verən bir hormondur. Tip 2 şəkərli diabetdən əziyyət çəkən insanların mədəaltı vəzisi kifayət qədər insulin istehsal etmir və ya onların orqanizmi istehsal edilən insulinə düzgün reaksiya vermir. Bu, qanda qlükoza yığılmasına səbəb olur ki, bu da bir sıra ciddi uzunmüddətli problemlərə səbəb ola bilər, ona görə də hər hansı aşkar simptomlarınız olmasa da, dərmanınızı qəbul etməyə davam etməyiniz vacibdir. Siofor® XR preparatı orqanizmi insulinə daha həssas edir və orqanizminizin qlükozadan istifadəsini normal vəziyyətə qayıtmasına kömək edir. Siofor® XR çəkinin sabit qalması və ya cüzi arıqlama ilə əlaqəlidir. Siofor® XR preparatı dərmanı bədəninizə yavaş-yavaş yeritmək üçün xüsusi olaraq hazırlanıb və buna görə də tərkibində metformin olan bir çox digər tablet növlərindən fərqlənir. Farmakodinamikası Metformin həm bazal, həm də yeməkdən sonra plazma qlükoza səviyyəsini düşürən antihiperqlikemik təsirləri olan biquaniddir. Bu maddə insulin ifrazını stimullaşdırmır və buna görə də hipoqlikemiyaya səbəb olmur. Təsir mexanizmi Metformin 3 mexanizm vasitəsilə təsir edə bilər: • qlükoneogenez və qlikogenolizin qarşısını alaraq qaraciyərdə qlükoza istehsalının azaldılması • əzələlərdə, insulinə həssaslığı artırmaqla, periferik qlükoza qəbulunu və istifadəsini yaxşılaşdırmaqla • bağırsaqda qlükozanın sorulmasını ləngitməklə. Metformin, glikogen sintazaya təsir edərək hüceyrədaxili qlikogen yaranmasını stimullaşdırır. Metformin bütün növ membran qlükoza daşıyıcılarının (GLUT) daşıma qabiliyyətini artırır. Farmakodinamik təsirlər Klinik tədqiqatlarda metforminin əsas qeyri-qlikemik təsiri ya çəkinin sabit qalması, ya da cüzi arıqlamadır. İnsanlarda qlikemiyaya təsirindən asılı olmayaraq, dərhal ayrılan metformin lipid mübadiləsinə müsbət təsir göstərir. Bu, nəzarət edilən, ortamüddətli və ya uzunmüddətli klinik tədqiqatlarda terapevtik dozalarda özünü göstərib: dərhal ayrılan metformin ümumi xolesterin, aşağı sıxlıqlı lipoproteinlərin xolesterin və triqliserid səviyyələrini azaldır. Bənzər təsir ehtimal ki, axşam qəbul ilə əlaqədar olaraq uzun müddətdə ayrılan formulasiya ilə müşahidə edilməyib və triqliseridlərin səviyyəsində artım baş verə bilər. Farmakokinetikası Absorbsiyası Uzun müddətdə parçalanan metformin tabletinin peroral qəbulundan sonra, metforminin absorbsiyası 7 saatda (T ) olan dərhal parçalanan tabletlə müqayisədə əhəmiyyətli dərəcədə gecikir (dərhal parçalananmax tablet üçün T 2,5 saatdır).max Dərhal parçalanan formula bənzər sabit vəziyyətdə Maksimal konsentrasiya və Müvafiq istifadə meyarları verilən dozaya mütənasib olaraq artmır. Uzun müddətdə parçalanan 2000 mq metformin tabletinin birdəfəlik peroral qəbulundan sonra plazma konsentrasiyası-zaman əyrisi (AUC) 1000 mq dərhal parçalanan metformin tabletlərinin gündə iki dəfə qəbulundan sonra müşahidə olunan əyriyə bənzəyir. ) və müvafiqUzunmüddətli parçalanma tərkibli metforminin plazmada maksimum konsentrasiyası (C max istifadə meyarlarının (AUC) əyrisinin subyekt daxili dəyişkənliyi dərhal parçalanan metformin tabletlərində müşahidə olunan dəyişkənlik ilə müqayisə oluna bilər. Uzunmüddətli parçalanma tərkibinə malik tablet ac qarına qəbul edildikdə AUC əyrisi 30%-ə qədər azalır , həm də (T )-a təsir etmir).(həm C max max Uzun müddətdə parçalanan formuldan metforminin orta absorbsiya müddəti qidanın tərkibinə görə demək olar ki, dəyişmir. Uzun müddətdə parçalanan tabletlər şəklində 2000 mq metforminin təkrar qəbulundan sonra kumulyasiyası müşahidə edilmir. Paylanması Plazma zülallarına birləşmə cüzidir. Metformin eritrositlərə bölünür. Yüksək qan konsentrasiyası yüksək plazma konsentrasiyasından aşağıdır və təxminən eyni vaxtda baş verir. Qırmızı qan hüceyrələrinin ikinci dərəcəli paylanma bölməsi olma ehtimalı yüksəkdir. Orta paylanma həcmi (Vd) 63-276 L arasında dəyişir. Biotransformasiyası Metformin dəyişməmiş şəkildə sidiklə ifraz olunur. İnsanlarda heç bir metabolit müəyyən edilməyib. Xaric olması Metforminin böyrək klirensi > 400 ml/dəq təşkil edir ki, bu da metforminin yumaqcıqlı filtrasiya və kanalvari sekresiya ilə xaric olunduğunu göstərir. Peroral qəbuldan sonra görünən son fazada yarımxaricolma dövrü təxminən 6,5 saatdır. Böyrək funksiyası pozulduqda, böyrək klirensi kreatinin klirensilə mütənasib olaraq azalır və beləliklə, yarımxaricolma dövrü uzanır, bu da plazmada metforminin səviyyəsinin artmasına səbəb olur. Müəyyən pasiyent qruplarında xüsusiyyətləri Böyrək çatışmazlığı Orta dərəcədə böyrək çatışmazlığı olan pasiyentlər barədə mövcud məlumatlar azdır və normal böyrək funksiyası olan pasiyentlərlə müqayisədə bu alt qrupda metforminin sistemli təsirinin etibarlı qiymətləndirməsini aparmaq mümkün deyil. Buna görə də, klinik effektivlik/dözümlülük mülahizələri əsasında dozanın uyğunlaşdırılması aparılmalıdır (“Doza və qəbul üsulu” bölməsinə baxın).

İstifadəsinə göstərişlər

Siofor® XR preparatı qanda qlükozanın (şəkər) səviyyəsinə nəzarət etmək üçün yalnız pəhriz və fiziki hərəkətlərin kifayət etmədiyi pasiyentlərdə tip 2 şəkərli diabetin (“insulindən asılı olmayan şəkərli diabet” də adlandırılır) müalicəsi üçün istifadə edilir.

Əks göstərişlər

Aşağıdakı hallarda Siofor® XR preparatını istifadə etmək olmaz: Metforminə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (“Tərkibi” bölməsində sadalanmışdır) qarşı allergiya olduqda. Allergik reaksiya səpgi, qaşınma və ya təngnəfəsliyə səbəb ola bilər. əgər Sizdə qaraciyər xəstəlikləri varsa. əgər Sizdə böyrək funksiyalarının ağır dərəcəli pozulmaları varsa; əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda “Laktoasidozun inkişaf riski” bölməsinə baxın) və ya ketoasidoz vardırsa. Ketoasidoz – qanda “keton cisimcikləri” adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. əgər Siz, həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). əgər Siz kəskin ürək çatışmazlığına görə müalicə qəbul edirsinizsə və ya bu yaxınlarda infarkt keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). əgər Siz həddən artıq spirtli içki qəbul edirsinizsə. əgər yaşınız 18-dən azdırsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Siofor® XR preparatını qəbul etməzdən əvvəl məsləhət almaq üçün həkimə müraciət edin. Laktoasidozun inkişaf etmə riski Siofor® XR preparatı, xüsusən böyrək funksiyaları pozulmuş şəxslərdə, çox nadir, lakin ciddi əlavə təsir olan laktoasidoza səbəb ola bilər. Həmçinin dekompensasiya olunmuş şəkərli diabeti olan şəxslərdə, ciddi yoluxucu xəstəliklər, uzun müddətli ac qalma və ya alkoqol qəbulu, susuzlaşma (aşağıda ətraflı məlumata baxın), qaraciyər xəstəlikləri zamanı, habelə orqanizmin bir hissəsinin oksigenlə kifayət qədər təmin olunmadığı istənilən hallarda (məsələn, ürəyin ağır dərəcəli kəskin xəstəliyi) laktoasidozun inkişaf etmə riski yüksəkdir. Əgər Sizdə yuxarıda sadalanan halların hər hansı biri vardırsa, əlavə göstəriş üçün müalicə həkiminizlə məsləhətləşməlisiniz. Susuzlaşma (orqanizm tərəfindən xeyli miqdarda mayenin itirilməsi) ilə əlaqəli ola bilən hallar mövcud olduqda, məsələn, şiddətli qusma, ishal, qızdırma, yüksək temperaturun təsiri altında olma zamanı və ya əgər Siz adi vaxtlara nisbətən daha az maye qəbul edirsinizsə, Siofor® XR preparatının qəbulunu müvəqqəti dayandırın. Məsləhət üçün həkimə müraciət edin. Laktoasidozun bəzi simptomları meydana çıxdıqda, Siofor® XR preparatının qəbulunu dayandırın və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin, belə ki, bu vəziyyət komaya gətirib çıxara bilər. Laktoasidozun simptomlarına aşağıdakılar aiddir: Qusma Qarında ağrı Əzələ qıcolmaları Ümumi əhvalın güclü yorğunluqla müşayiət olunan pozulması Tənəffüsün çətinləşməsi Bədən temperaturunun aşağı düşməsi və ürək yığılmalarının sayının azalması Laktoasidoz zamanı stasionar şəraitində təxirəsalınmaz tibbi yardım tələb olunur. Sizə geniş cərrahi əməliyyat tələb olunursa, bu cür prosedur zamanı və prosedurdan sonra müəyyən müddət Siofor® XR preparatının qəbulunu dayandirmalisiniz. Müalicə həkiminiz Sizin Siofor XR preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verəcəkdir. Siofor XR preparatı ilə müalicə zamanı müalicə həkiminiz böyrək funksiyalarınızı ildə bir dəfədən az olmayaraq, yaxud yaşlısınızsa və/və ya böyrək funksiyalarınız pozulmuşdursa, daha tez-tez yoxlayacaqdır. Tabletlərin qalıqlarını nəcisinizdə görə bilərsiniz. Narahat olmayın – bu hal, bu tip tabletlər üçün normaldır. Həkiminizin sizə verdiyi hər hansı pəhriz tövsiyələrinə əməl etməyə davam etməli və gün ərzində düzgün karbohidrat dietası etdiyinizə əmin olmalısınız. Həkiminizlə məsləhətləşmədən bu preparatın qəbulunu dayandırmayın. Digər dərman vasitələri ilə qarşılıq təsiri Əgər Sizdə, məsələn, rentgenoloji müayinə və tomoqrafiya müayinəsi üçün tərkibində yod olan kontrast maddələrin qana yeridilməsi tələb olunursa, yeritmədən əvvəl və ya yeritmə zamanı Siofor XR preparatının qəbulunu dayandırmalısınız. Müalicə həkiminiz Sizin Siofor XR preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verəcəkdir. Əgər Siz hal-hazırda hər hansı digər dərman vasitələrini qəbul edirsinizsə, yaxın keçmişdə qəbul etmisinizsə və ya qəbul etmiş ola bilərsinizsə, bu haqda həkimə məlumat verin. Sizə qanda qlükozanın səviyyəsinə daha tez-tez nəzarət etmək və böyrək funksiyasını yoxlamaq və ya müalicə həkimi tərəfindən XR preparatının dozasının düzəliş edilməsi tələb oluna bilər. Xüsusən, aşağıdakı preparatlarSiofor barədə məlumat vermək vacibdir: sidiyin yaranmasını sürətləndirən preparatlar (diuretiklər, məsələn furosemid) ağrının və iltihabın müalicəsi üçün preparatlar (QSİƏP-lər və SOG-2-nin inhibitorları, məsələn, ibuprofen və selekoksib) yüksək arterial təzyiq zamanı istifadə edilən bəzi preparatlar (AÇF-nin inhibitorları və angiotenzin II reseptorlarının antaqonistləri) kortikosteroidlər, məsələn, prednizolon, mometazon, beklometazon İnfarktı və aşağı qan təzyiqini müalicə etmək üçün istifadə olunan simpatomimetik dərmanlar, o cümlədən epinefrin və dopamin. Epinefrin bəzi diş anestetiklərinin tərkibinə də daxildir. XR preparatının konsentrasiyasını dəyişdirə bilən dərman vasitələri – xüsusən, əgər SizdəQanda Siofor böyrəklərin funksiyası azalmışdırsa (məsələn, verapamil, rifampisin, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol, krizotinib, olaparib). Hamiləlik və laktasiya dövrlərində istifadəsi Əgər hamiləsinizsə və ya körpənizə süd verirsinizsə, Siofor® XR preparatını qəbul etməyin. Hər hansı preparatı qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin. Siofor® XR preparatının tərkibində natrium vardır. Bu preparatın tərkibində hər tabletdə 1 mmol-dan az (23 mq), demək olar ki, ‘sıfır natrium’ səviyyəsində natrium var. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Siofor XR preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın həddən artıq aşağı səviyyəsi, məsələn, zəiflik, çaşqınlıq və çox tərləmə) səbəb olmur. Bu o deməkdir ki, preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir. Lakin əgər Siz Siofor XR preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla birlikdə qəbul edirsinizsə, xüsusilə ehtiyatlı olmalısınız.

İstifadə qaydası və dozası

Həkiminiz Siofor® XR preparatını ayrıca qəbul etməyiniz üçün və ya şəkərli diabetəleyhinə digər peroral dərmanlar və ya insulinlə birlikdə təyin edə bilər. Bu preparatı hər zaman müalicə həkiminizin tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Tövsiyə olunan doza Adətən müalicəyə gündə 500 milliqram Siofor® XR preparatı ilə başlayacaqsınız. Siz Siofor® XR preparatını təxminən 2 həftə qəbul etdikdən sonra həkiminiz qan şəkərinizi ölçə və dozanı tənzimləyə bilər. Maksimal gündəlik doza 2000 mq Siofor XR preparatı təşkil edir. Əgər Sizdə böyrək funksiyalarının zəifləməsi mövcuddursa, müalicə həkimi daha aşağı doza təyin edəcək. Normalda tableti gündə bir dəfə şam yeməyi ilə birlikdə qəbul etməlisiniz. Bəzi hallarda həkiminiz tabletlərin gündə iki dəfə qəbulunu tövsiyə edə bilər. Böyrək funksiyasının pozulması Tərkibində metformin olan preparatlarla müalicəyə başlamazdan əvvəl qlomerular filtrasiya dərəcəsini (GFR) müəyyən etmək lazımdır və təkrarən müalicənin başlanmasından sonra ildə ən azı bir dəfə. Böyrək çatışmazlığının daha da pisləşməsi riski yüksək olan xəstələrdə, eləcə də yaşlı xəstələrdə böyrək funksiyası daha tez-tez yoxlanılmalıdır, yəni hər 3-6 aydan bir. GFR (ml/dəq) Maksimum gündəlik doza Əlavə şərhlər 60 – 89 2000 mq Böyrək funksiyasının azalması səbəbindən dozanın azaldılması məqbuldur. 45 – 59 2000 mq Metforminlə müalicəyə başlamazdan əvvəl laktoasidoz riskini artıra bilən amillər nəzərə 30 – 44 1000 mq alınmalıdır (bax: Xüsusi göstərişlər və ehtiyat tədbirləri). İlkin doza maksimum dozanın yarısından çox olmamalıdır. < 30 – Metformin əks göstərişdir. Tabletləri çeynəmədən bir stəkan su ilə içərək udun. Əgər Siz Siofor XR preparatını qəbul etməyi unutmusunuzsa Yadınıza düşən kimi tableti bir qədər yeməklə qəbul edin. Buraxılmış dozanı kompensasiya etmək üçün preparatın ikiqat dozasını qəbul etməyin. XR preparatının alkoqolla yanaşı qəbuluSiofor XR preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, bu halSiofor laktoasidoz riskini artıra bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın).

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, bu preparat da hər kəsdə olmasa da, bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı əlavə təsirlər mümkündür XR preparatı çox nadir hallarda baş verən (10 000 pasiyentdən 1-də müşahidə olunan), lakin çoxSiofor ciddi əlavə təsirə – laktoasidoza səbəb ola bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Bu halda Siofor XR preparatının qəbulunu dərhal dayandırmaq və həkimə, ya da yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır, çünki laktoasidoz komaya gətirib çıxara bilər. Siofor XR preparatı qaraciyərin funksional sınaqlarının göstəricilərini poza və ya hepatitə (qaraciyər iltihabına) səbəb ola bilər və bu da (10 000 pasiyentdən 1-də müşahidə olunan) sarılıqla nəticələnə bilər. Əgər sizdə dərinin və / və ya göz almalarının saralması əlamətləri varsa, dərhal həkimə müraciət edin. Mümkün olan digər əlavə təsirlər baş vermə müntəzəmliyi göstərilməklə aşağıdakı verilib: Çox tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də çox müşahidə oluna bilər) İshal, ürəkbulanma, qusma, qarında ağrı və ya iştahanın azalması. Əgər Sizdə bu əlamətlər olarsa, tabletlərin qəbulunu dayandırmayın, çünki bu əlamətlər adətən təxminən 2 həftəyə keçib gedir. Tabletləri yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul etmək faydalı olur. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) dadbilmə qabiliyyətinin pozulması, baş ağrısı, baş gicəllənmə Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) qanda B vitamininin miqdarının azalması, hemolitik anemiya, koaqulopatiya,12 dəri reaksiyaları, o cümlədən dərinin qızarması, qaşınma və övrə Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Siz əlavə təsirlər haqqında məlumatı V Əlavədə sadalanan birbaşa milli hesabatlılıq sistemi vasitəsilə də verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Əgər Siz lazım olduğundan daha artıq miqdarda tablet qəbul etmisinizsə, narahat olmaya bilərsiniz. Lakin Sizdə qeyri-adi əlamətlər yaranarsa, həkiminizə müraciət edin. Doza həddini çox aşsanız laktoasidozun inkişaf etmə ehtimalı yüksəkdir. Laktoasidozun simptomlarına qusma, əzələ qıcolmaları ilə müşayiət olunan qarında ağrı, ümumi sağlamlıq vəziyyətinin güclü yorğunluqla müşayiət olunan pozulması, eləcə də tənəffüsün çətinləşməsi aiddir. Bundan başqa, bədən temperaturunun düşməsi və ürək döyüntülərinin azalması əlamətləri də müşahidə oluna bilər. Əgər Sizdə bu simptomlar vardırsa, Siofor XR preparatının qəbulunu dərhal dayandırmaq və həkimə, ya da yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır, çünki laktoasidoz komaya gətirib çıxara bilər. Hemodializ effektivdir.

Buraxılış forması

15 tablet PVX/Al blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

Yararlılıq müddəti

3 il. Bu preparatı blisterin və ya qutunun üzərində “son istifadə tarixi” sözlərindən sonra göstərilən saxlama müddəti bitdikdən sonra istifadə etmək olmaz. Saxlama müddətinin bitmə tarixi göstərilən ayın son günüdür.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Berlin-Chemie AG Gliniker Veg 125 12489 Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Siofor XR 500 mq N60 tablet” üçün ilk rəyi siz yazın.