Siofor 1000 mq N60 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulinlər istisna olmaqla) biquanidlər |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,76 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman vasitəsindən istifadə etməzdən əvvəl bütün içlik vərəqini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik simptomları sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın. 10 yaşından başlayaraq uşaqlarda və böyüklərdə istifadə üçün SİOFOR 1000 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1000 mq metformin hidroxlorid vardır (780 mq metforminə ekvivalentdir). Köməkçi maddələr: hipromelloza, povidon K 25, maqnezium stearat (Avropa Farmakopeyası üzrə) (bitki mənşəli), makroqol 6000, titan dioksid (Е 171).
Təsviri
Bir tərəfində pazşəkilli dərinləşmə, digər tərəfində bölmək üçün çərtik olan ağ rəngli, uzunsov örtüklü tabletlərdir. Tableti bərabər dozalı iki hissəyə bölmək mümkündür (tabletin bölünməsi üzrə göstərişlərlə “İstifadə qaydası və dozası” bölməsində tanış ola bilərsiniz).
Farmakoterapevtik qrupu
Qanda qlükoza səviyyəsini aşağı salan preparatlar (insulinlər istisna olmaqla) biquanidlər. ATC kodu: A10BA02.
Farmakoloji xüsusiyyətləri
Siofor 1000 preparatının tərkibində şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitəsi olan metformin vardır. Metformin biquanidlər adlandırılan dərman maddələri qrupuna daxildir. İnsulin – mədəaltı vəzi tərəfindən sintez edilən hormondur və qanda olan qlükozanın (şəkərin) orqanizmin hüceyrələri tərəfindən tutulmasını təmin edir. Sizin orqanizminiz qlükozadan enerji əldə etmək üçün istifadə edir və ya onu gələcəkdə istifadə etmək üçün saxlayır. Əgər Siz şəkərli diabetdən əziyyət çəkirsinizsə, bu o deməkdir ki, ya Sizin mədəaltı vəziniz insulini kifayət miqdarda ifraz etmir, ya da Sizin orqanizminiz mədəaltı vəzinizin ifraz etdiyi insulini lazımi tərzdə istifadə edə bilmir. Nəticədə Sizin qanınızda qlükozanın səviyyəsi yüksəlir. Siofor 1000 preparatı qanda qlükozanın miqdarını normaya maksimum dərəcədə yaxın olan səviyyəyə qədər azaltmağa kömək edir. Əgər Sizdə artıq çəki vardırsa, Siofor 1000 preparatının uzun müddətli istifadəsi Sizə şəkərli diabetlə bağlı ağırlaşmaların baş vermə riskini azaltmağa kömək edəcək. SIOFOR 1000 preparatının qəbulu zamanı çəki ya sabit qalır, ya da orta dərəcədə azalır.
İstifadəsinə göstərişlər
Siofor 1000 preparatı qanda qlükozanın səviyyəsinə nəzarət etmək üçün yalnız pəhriz və fiziki hərəkətlərin kifayət etmədiyi pasiyentlərdə 2-ci tip şəkərli diabetin (“insulindən asılı olmayan şəkərli diabet” də adlandırılır) müalicəsi üçün istifadə edilir. Bu preparat artıq çəkisi olan pasiyentlərdə xüsusilə geniş istifadə edilir. Böyüklər Siofor 1000 preparatını həm monoterapiya üçün preparat kimi, həm də şəkərli diabetin müalicəsi üçün digər preparatlarla (həm daxilə qəbul üçün preparatlarla, həm də insulinlə) kombinasiyada qəbul edə bilərlər. 10 yaş və yuxarı uşaqlar, eləcə də yeniyetmələr Siofor 1000 preparatını həm monoterapiya üçün preparat kimi, həm də insulin ilə birlikdə istifadə edə bilərlər.
Əks göstərişlər
Aşağıdakı hallarda Siofor 1000 preparatını istifadə etmək olmaz: − metformin hidroxloridə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (“Tərkibi” bölməsində sadalanmışdır) qarşı allergiya olduqda. − böyrək funksiyalarının ağır dərəcəli pozulmaları zamanı; − əgər Sizdə qaraciyər xəstəlikləri varsa. − əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda “Laktoasidozun inkişaf riski” bölməsinə baxın) və ya ketoasidoz vardırsa. Ketoasidoz – qanda “keton cisimcikləri” adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. − əgər Siz, məsələn, davamlı və ya ağır ishal, ya da təkrarlanan çoxsaylı qusma nəticəsində həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Siz kəskin ürək çatışmazlığının müalicəsi üçün preparatlar qəbul edirsinizsə və ya bu yaxınlarda miokard infarktı keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları (məsələn, şok) və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). − əgər Siz alkoqoldan sui-istifadə edirsinizsə. Əgər sadalanmış bəndlərdən ən azı biri Sizə aiddirsə, bu preparatı qəbul etməzdən əvvəl həkimə müraciət edin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Siofor 1000 preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkimə müraciət edin. Aşağıdakı hallarda mütləq müalicə həkiminizlə məsləhətləşin. Sizə müayinə, məsələn, tərkibində yod olan kontrast maddənin qana yeridilməsi ilə aparılan rentgenoloji müayinə və ya tomoqrafiya müayinəsi tələb olunursa Sizə geniş cərrahi əməliyyat tələb olunursa Bu cür müayinə və əməliyyat zamanı, habelə onlardan sonra müəyyən müddət ərzində Siz ® ® Siofor 1000 preparatını qəbul etməməlisiniz. Müalicə həkiminiz Sizin Siofor 1000 preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verəcəkdir. Müalicə həkiminizin göstərişlərinə dəqiqliklə əməl etməyiniz vacibdir. Laktoasidozun inkişaf etmə riski Siofor 1000 preparatı, xüsusən böyrək funksiyaları pozulmuş şəxslərdə, çox nadir, lakin ciddi əlavə təsir olan laktoasidoza səbəb ola bilər. Həmçinin dekompensasiya olunmuş şəkərli diabeti olan şəxslərdə, ciddi yoluxucu xəstəliklər, uzun müddətli ac qalma və ya alkoqol qəbulu, susuzlaşma (aşağıda baxın), qaraciyər xəstəlikləri zamanı, habelə orqanizmin bir hissəsinin oksigenlə kifayət qədər təmin olunmadığı istənilən hallarda (məsələn, ürəyin ağır dərəcəli kəskin xəstəliyi) laktoasidozun inkişaf etmə riski yüksəkdir. Əgər Sizdə yuxarıda sadalanan halların hər hansı biri vardırsa, prosedurun başlanmasından əvvəl müalicə həkiminizlə məsləhətləşməlisiniz. Susuzlaşma (orqanizm tərəfindən xeyli miqdarda mayenin itirilməsi) ilə əlaqəli ola bilən hallar mövcud olduqda, məsələn, şiddətli qusma, ishal, qızdırma, yüksək temperaturun təsiri altında olma zamanı və ya əgər Siz adi vaxtlara nisbətən daha az maye qəbul edirsinizsə, Siofor 1000 preparatının qəbulunu müvəqqəti dayandırın. Məsləhət üçün həkimə müraciət edin. Laktoasidozun bəzi simptomları meydana çıxdıqda, Siofor 1000 preparatının qəbulunu dayandırın və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin, belə ki, bu vəziyyət komaya gətirib çıxara bilər. Laktoasidozun simptomlarına aşağıdakılar aiddir: Qusma Qarında ağrı Əzələ spazmları Ümumi əhvalın güclü yorğunluqla müşayiət olunan pozulması Tənəffüsün çətinləşməsi Bədən temperaturunun aşağı düşməsi və ürək yığılmalarının sayının azalması Laktoasidoz zamanı stasionar şəraitində təxirəsalınmaz tibbi yardım tələb olunur. Siofor 1000 preparatı ilə müalicə zamanı müalicə həkiminiz böyrək funksiyalarınızı ildə bir dəfədən az olmayaraq, yaxud yaşlısınızsa və/və ya böyrək funksiyalarınız pozulmuşdursa, daha tez- tez yoxlayacaqdır. Siofor 1000 preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın səviyyəsinin həddən artıq aşağı səviyyəsi) səbəb olmur. Lakin əgər Siz Siofor 1000 preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla (məsələn, sulfonil sidik cövhərinin törəmələri, insulin və ya meqlitinidlərlə) birlikdə qəbul edirsinizsə, hipoqlikemiyanın meydana çıxma riski mövcuddur. Əgər Sizdə hipoqlikemiyanın simptomları, məsələn, zəiflik, başgicəllənmə, tərləmə, ürəkdöyünmənin tezləşməsi, görmə pozuntuları və ya diqqətin cəmlənməsi ilə bağlı problemlər meydana çıxarsa, tərkibində şəkər olan bir şey yeyin və ya için – adətən, bu, kömək edir. Digər dərman vasitələri ilə qarşılıq təsiri Əgər Sizdə, məsələn, rentgenoloji müayinə və tomoqrafiya müayinəsi üçün tərkibində yod olan kontrast maddələrin qana yeridilməsi tələb olunursa, müayinədən müəyyən müddət əvvəl Siofor 1000 preparatının qəbulunu dayandırmaq və müayinə müddəti ərzində onu qəbul etməmək lazımdır. Müalicə həkiminiz Sizin Siofor 1000 preparatının qəbulunu nə zaman dayandırmalı və nə zaman davam etdirməli olduğunuza qərar verəcəkdir (yuxarıda baxın: “Müalicə həkimi ilə mütləq məsləhətləşin”). Əgər Siz hal-hazırda Siofor 1000 preparatı ilə eyni zamanda hər hansı digər dərman vasitələrini qəbul/istifadə edirsinizsə, yaxın keçmişdə qəbul/istifadə etmisinizsə və ya qəbul/istifadə etmiş ola bilərsinizsə, bu haqda həkimə məlumat verin. Sizə qanda qlükozanın səviyyəsinə daha tez-tez nəzarət etmək və böyrək funksiyasını yoxlamaq və ya müalicə həkimi tərəfindən Siofor 1000 preparatının dozasının düzəliş edilməsi tələb oluna bilər. Xüsusən, aşağıdakı preparatlar barədə məlumat vermək vacibdir: − sidiyin yaranmasını sürətləndirən preparatlar (diuretiklər) − ağrının və iltihabın müalicəsi üçün preparatlar (QSİƏP-lər və SOG-2-nin inhibitorları, məsələn, ibuprofen və selekoksib) − yüksək arterial təzyiq zamanı istifadə edilən bəzi preparatlar (AÇF-nin inhibitorları və angiotenzin II reseptorlarının antaqonistləri) − β -aqonistlər, məsələn, salbutamol və ya terbutalin (bronxial astmanın müalicəsi üçün istifadə2 edilirlər) − kortikosteroidlər (müxtəlif xəstəliklərin, xüsusən, dərinin ağır dərəcəli iltihablarının və ya bronxial astmanın müalicəsi üçün istifadə edilirlər) − şəkərli diabet zamanı müalicə üçün istifadə edilən digər dərman preparatları qanda Siofor 1000 preparatının konsentrasiyasını dəyişdirə bilən dərman vasitələri – xüsusən, əgər Sizdə böyrəklərin funksiyası azalmışdırsa (məsələn, verapamil, rifampisin, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol, krizotinib, olaparib). Hamiləlik və laktasiya dövrlərində istifadəsi Hamiləlik dövründə şəkərli diabetin müalicəsi üçün insulindən istifadə edilməlidir. Əgər hamiləsinizsə və ya körpənizi döşlə qidalandırırsınızsa, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, müalicə sxeminizi dəyişdirə bilməsi üçün müalicə həkiminizə və ya əczaçıya müraciət edin. Laktasiya dövründə bu preparatı qəbul etmək tövsiyə edilmir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Siofor 1000 preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın səviyyəsinin həddən artıq aşağı səviyyəsi) səbəb olmur. Bu o deməkdir ki, preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir. Lakin əgər Siz Siofor 1000 preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla (məsələn, sulfonil sidik cövhərinin törəmələri, insulin və ya meqlitinidlərlə) birlikdə qəbul edirsinizsə, xüsusilə ehtiyatlı olmalısınız. Hipoqlikemiyanın simptomlarına zəiflik, başgicəllənmə, həddən artıq tərləmə, ürək döyünmənin tezləşməsi, görmə qabiliyyətinin pozulması və ya diqqət cəmlənməsinin pozulması aiddir. Əgər Sizdə bu cür simptomlar yaranırsa, nəqliyyat vasitələrini və mexanizmləri idarə etməkdən çəkinin.
İstifadə qaydası və dozası
Bu preparatı hər zaman müalicə həkiminizin tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Siofor 1000 preparatının qəbulu sağlam həyat tərzinin faydasını əvəz edə bilməz. Həkimin pəhrizlə əlaqəli bütün göstərişlərinə əməl etməyə davam edin və fiziki hərəkətlərlə məşğul olun. Tövsiyə olunan doza Böyüklər üçün adi başlanğıc doza: Siofor 1000 preparatının ½ örtüklü tableti, (500 mq metformin hidroxloridə uyğundur) gündə 2-3 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 2-3 dəfə təşkil edir Siofor 1000 preparatının köməyi ilə bu cür dozalanma mümkün deyildir). Maksimal gündəlik doza Siofor 1000 preparatının 1 ədəd örtüklü tabletinin gündə 3 dəfə qəbulundan ibarətdir. Əgər Sizdə böyrək funksiyalarının zəifləməsi mövcuddursa, çox güman ki, müalicə həkimi Sizin üçün təyin edilmiş dozanı azaldacaqdır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi 10 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün adi başlanğıc doza: Siofor 1000 preparatının ½ örtüklü tableti, (500 mq metformin hidroxloridə uyğundur) gündə 1 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 1 dəfə təşkil edir (Siofor 1000 preparatının köməyi ilə bu cür dozalanma mümkün deyildir). Maksimal gündəlik doza Siofor 1000 preparatının 1 ədəd örtüklü tabletinin gündə iki dəfə qəbulundan ibarətdir. 10 yaşdan 12 yaşadək uşaqlarda preparatı yalnız həkimin xüsusi göstərişi ilə istifadə etmək lazımdır, belə ki, bu yaş qrupunda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Siofor 1000 preparatının alkoqolla yanaşı qəbulu Siofor 1000 preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, alkoqol, xüsusən qaraciyər funksiyaları pozulmuş və ya çox zəifləmiş pasiyentlərdə laktoasidoz riskini artıra bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Eyni xəbərdarlıq tərkibində alkoqol olan dərman vasitələrinə da aiddir. Əgər Siz həm də insulin qəbul edirsinizsə, Siofor 1000 preparatı ilə müalicəyə həkiminizin göstərişlərinə uyğun olaraq başlamalısınız. Müşahidə Müalicə həkiminiz qanda qlükozanın miqdarını müəyyən etmək üçün mütəmadi analizlər keçirəcək və qanda qlükozanın səviyyəsinə uyğun olaraq Siofor 1000 preparatının dozasını seçəcəkdir. Siz müntəzəm olaraq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Bu, uşaqlar və yeniyetmələr, eləcə də yaşlı insanlar üçün xüsusən vacibdir. Bundan əlavə, ildə heç olmasa bir dəfə həkim Sizin böyrəklərinizin işini yoxlamalıdır. Əgər Siz yaşlısınızsa və ya böyrək funksiyalarınız pozulmuşdursa, müayinənin daha tez-tez keçirilməsi tələb oluna bilər. Siofor 1000 preparatının örtüklü tabletini necə bölmək lazımdır? Tableti iki bərabər hissəyə bölmək olar. Siofor 1000 preparatının örtüklü tableti özünün forması sayəsində asan və səliqəli bölünür. Onu iki əllə bölmək, eləcə də daha dərin çərtikli səthini yastı və bərk bir səth üzərinə qoyaraq baş barmaqla sıxaraq bölmək olar (şəklə baxın). Siofor 1000 örtüklü tabletləri necə qəbul edilməlidir? Tabletlər yemək zamanı və ya yeməkdən sonra qəbul edilir. Bu, həzmlə bağlı əlavə təsirlərin qarşısını almağa imkan verir. Tabletləri çeynəməyin və xırdalamayın. Tabletləri bir stəkan su ilə içərək udun. Əgər preparatı gündə 1 dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) qəbul edin. Əgər preparatı gündə iki dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər preparatı gündə üç dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində), günorta (nahar yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər bir müddət keçdikdən sonra Sizə elə gəlsə ki, Siofor 1000 preparatının təsiri çox güclüdür və ya çox zəifdir, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Əgər Siz Siofor 1000 preparatını qəbul etməyi unutmusunuzsa Buraxılmış dozanı kompensasiya etmək üçün preparatın ikiqat dozasını qəbul etmək lazım deyil. Preparatın növbəti dozasını lazımi vaxtda qəbul edin. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı əlavə təsirlər mümkündür: Siofor 1000 preparatı çox nadir hallarda baş verən (10 000 pasiyentdən 1-dən az müşahidə olunan), lakin çox ciddi əlavə təsirə – laktoasidoza səbəb ola bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Bu halda Siofor 1000 preparatının qəbulunu dərhal dayandırmaq və həkimə, ya da yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır, çünki laktoasidoz komaya gətirib çıxara bilər. Çox tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-dən çox müşahidə oluna bilər) həzm pozuntuları, məsələn, əhvalın pisləşməsi (ürəkbulanma, qusma), ishal, qarında ağrı və iştahanın azalması. Çox zaman bu əlavə təsirlər Siofor 1000 preparatı ilə müalicənin başlanğıcında meydana çıxır. Bu əlavə təsirləri zəiflətmək üçün preparatı bir neçə dəfəyə qəbul etmək, eləcə də onu yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul etmək olar. Əgər simptomlar keçib getmirsə, Siofor 1000 preparatının qəbulunu dayandırın və müalicə həkiminə müraciət edin. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) dadbilmə qabiliyyətinin pozulması Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) dəri reaksiyaları, məsələn, dərinin qızarması (eritema), qaşınma və ya qaşıntılı səpgi (övrə) qanda B vitamininin miqdarının azalması12 qaraciyərin funksional sınaqlarının göstəricilərinin pozulması və ya hepatit (qaraciyərin iltihabıdır, yorğunluq, iştahanın itməsi, dərinin və göz almalarının saralması (və ya saralması olmadan) ilə müşayiət oluna bilər). Əgər Sizdə bu simptomlar vardırsa, bu dərman vasitəsinin qəbulunu dayandırın və müalicə həkiminizə müraciət edin. Uşaqlar və yeniyetmələr Preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi üzrə məhdud məlumatlara əsasən, onlarda meydana çıxan əlavə təsirlər xarakterinə və ağırlıq dərəcəsinə görə böyüklərdə müşahidə olunan əlavə təsirlərə bənzərdir. Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Əgər Siz Siofor 1000 preparatını lazım olduğundan daha artıq miqdarda qəbul etmisinizsə, Sizdə laktoasidoz inkişaf edə bilər. Laktoasidozun simptomlarına qusma, qarında ağrı və əzələ qıcolmaları, ümumi sağlamlıq vəziyyətinin güclü yorğunluqla müşayiət olunan pozulması, eləcə də tənəffüsün çətinləşməsi aiddir. Əgər Sizdə bu simptomlar vardırsa, Sizə dərhal stasionarda müalicə tələb oluna bilər, belə ki, laktoasidoz komaya gətirib çıxara bilər. Siz dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etməlisiniz.
Buraxılış forması
15 tabler, blisterdə. 2, 4 və ya 8 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün ölçülü qablaşmalar olmaya bilər. Saxlama şəraiti 25°С-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır. Bu dərman vasitəsini uşaqların əllərinin çatmadığı yerdə saxlamaq lazımdır. Əgər Siofor 1000 preparatı uşağa təyin edilmişdirsə, onun valideynləri və ya uşağa qulluq edən şəxslər bu preparatın qəbuluna nəzarət etməlidirlər.
Yararlılıq müddəti
3 il. Bu preparatı blisterin və ya qutunun üzərində “son istifadə tarixi” sözlərindən sonra göstərilən saxlama müddəti bitdikdən sonra istifadə etmək olmaz. Saxlama müddətinin bitmə tarixi göstərilən ayın son günüdür. Heç bir dərman preparatını kanalizasiya xətlərinə və ya məişət tullantıları ilə birlikdə atmayın. İstifadə etmədiyiniz dərman preparatını necə utilizə etmək barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Berlin-Chemie AG Gliniker Veg 125 12489 Berlin Almaniya və ya Menarini – Von Heyden GmbH Leipziger Str. 7 – 13 D-01097 Drezden Almaniya və ya Dragenopharm Apotheker Püschl GmbH Göllstraße 1 D-84529 Tittmoning Almaniya
Qeydiyyat vəsiqəsinin sahibi
Laboratori Guidotti S.p.A. Via Livornese, 897 56122 La Vettola (Pisa) Italy
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.