Sinnarizin 25 mq N50 tablet Sopharma
| Təsiredici maddə | CINNARIZINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Vestibulyar aparatın xəstəlikləri zamanı istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİNNARİZİN SOFARMA tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Cinnarizine
Tərkibi
Тəsiredici maddə: 1 tabletin tərkibində 25 mq Sinnarizin vardır Кöməkçi maddə: laktoza monohidrat, buğda nişastası, povidon K25, maqnesium stearat, susuz kolloidal silisium dioksid, mikrokristallik selluloza.
Təsviri
Yumru,7 mm diametrində,hər iki tərəfi qabarıq, ağdan ağımtıla qədər rənglərdə olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Vestibulyar aparatın xəstəlikləri zamanı istifadə olunan preparatlar. ATC kodu: N07CA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sinnarizin, bir sıra vazokonstriktor maddələrin təsirini və ləng kalsium kanallarını blokada edərək hüceyrələrə kalsium ionlarının axınına mane olaraq beyin və periferik qan dövranını yaxşılaşdırır. Beynin damar saya əzələlərin hüceyrələri üçün yüksək bir affinliyə malikdir. Eritrositlərin deformasiyasını azaldır və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, hüceyrələrin hipoksiyaya qarşı müqavimətini artırır. Nistaqm kimi vestibulyar pozğunluqların digər əlamətlərini və labirintin oyanıqlığını azaldır. Antihistamin təsir göstərir. Farmakokinetikası Sorulması Mədə-bağırsaq traktında nisbətən ləng sorulur. Peroral qəbulundan sonra maksimal konsentrasiyaya 1-3 saatdan sonra çatır, fərdi qruplar arasında və daxilində fərq əhəmiyyətli dərəcədə nümayiş etdirilir. Paylanması Plazma zülalları ilə 80%, 13% ilə eritrositlərlə birləşir. Toxumalarda paylanma daha sıxdır, yemək qəbulundan 4 saat sonra qaraciyər və ağciyərlərdə, miyokardda və beyində əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalar nümayiş etdirilir. Metabolizmi Əsasən N-dealkilləşmə yolu ilə intensiv metabolizmə uğrayır. Xaric olması Eliminasiya dövrünün yarımxaricolması 3-6 saatdır. Dəyişilməmiş şəkildə nəcislə, metabolitlər şəklində sidiklə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
Sinnarizin – kalsium kanallarının blokatorları qrupuna aiddır. O, beyin qan dövranını və periferik mikrosirkulasiyanı yaxşılaşdırır. Nistaqmı (gözlərin nəzarət olunmayan hərəkətləri) və digər vestibulyar pozğunluqların təzəhürünü və labirintin qıcıqlanmasını azaldır. Həmçinin müəyyən dərəcədə antihistamin (antiallergik) təsirə malikdir. İstifadə edilir: vestibulyar aparat xəstəliklərinin və Meyner xəstəliyinin (başgicəllənmə, ürəkbulanma, qusma və qulaqda küylə təzəhür olunan) simptomatik müalicəsi. Hərəkət xəstəliyin (kinetozların) profilaktikası və müalicəsi zamanı.
Əks göstərişlər
Aktiv maddəyə və ya tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq) Hamiləlik və laktasiya dövrü Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Parkinson xəstəliyi və ya ekstrapiramid funksiyaların pozulması (tremor, məkanda oriyentasiyanın itirilməsi, müvazinətin pozulması) simptomları olduğu halda. Hipotoniya xəstəliyində (təzyiqin aşağı düşməsi). Mədə xəstəlikləri. Bəzi tərkib hissələri barədə vacib məlumat Sinnarizin Sofarmanın tərkibində köməkçi maddə kimi laktuloza vardır. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük varsa, preparatı qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşin. Dərman preparatının tərkibində buğda nişastası vardır. Selialkiyalı xəstələr tərəfindən gəbul oluna bilər. Buğdaya garşı allergiyası olan (seliakiyadan fərqli) pasientlərə bu preparatın qəbulu məsləhət gürülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz hal-hazırda və ya yaxın vaxtda digər dərman preparatları (o cümlədən reseptsiz buraxılan) istifadə etmisinizsə, həkimə və ya əczaçiya məlumat vermək lazımdır. − Sinnarizin Sofarma ilə alkoqolun və ya mərkəzi sinir sisteminə təsir edən digər preparatların (mərkəzi sinir sisteminin depressantları və ya trisiklik antidepressantlar) birgə qəbulu qarşılıqlı təsirləri gücləndirir. − Sinnarizin Sofarmanın antihistamin təsiri olduğu üçün dəridə hiperhəssaslıq sınağı qoyarkən səhv neqativ nəticə almaq olar. Bunu nəzarə alaraq, testlərin keçirilməsindən ən azı 4 gün əvvəl Sinnarizin Sofarma ilə müalicəni dayandırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçıynan məsləhətlşin. Hamiləlik Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi barədə geniş nəzarət olunan klinik tədqiqatların olmadığı üçün, hamiləlik zamanı preparatdan istifadə əks göstərişdir. Laktasiya dövrü Ana südünə keçməsi barədə məlumat olmadığı üçün laktasiya dövründə istifadəsi əks göstərişdir. Dərmanın istifadəsi zəruri olarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır. Pediatriyada istifadəsi 12 yaşdan aşağı uşaqlar Sinnarizin Sofarma 12 yaşdan aşağı uşaqlarda istifadə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparatı təlimatda olduğu kimi qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən və ya əczaçınızdan soruşun. Müalicənin effektivliyi kifayət qədər fərdi doza rejimindən və müalicə kursunun müddətitindən asılıdır. Böyüklər və 12 yaşdan böyük uşaqlar Vestibulyar simptomlar (başgicllənmə, ürəkbulanma) Sutkalıq doza – 3 tablet (75 mq), qündə 3 dəfə 1 tablet qəbul edilir. Kinetozların (dəniz və təyyarə xəstəliyi) profilaktikası Yola düşməzdən 2 saat əvvəl 1 tablet və sonra yolda olan müddətdə hər 8 saatdan bir 1 tablet. Tabletlər yeməkdən sonra, kifayət qədər su ilə daxilə qəbul olunur. Tövsiyə edilmiş dozanı artırmaq məsləhət görülmür. Uşaqlar Bu dərman forması 12 yaşdan aşağı uşaqlarda istifadəsi uyğun deyil. Preparatı həkim məsləhəti olmadan 5 gündən artıq istifadə etməyin. Sinnarizin Sofarmanın qida və içki ilə birqə qəbulu Müalicə zamanı spirtli içkilərdən istifadə edilməsi məsləhət görülmür. Sinnarizin Sofarmanın qəbulunu unutduqda Əgər Siz tək bir dozanı qəbul etməyi unutmusunuzsa, onu mümkün qədər tez qəbul etməyə çalışın. Əgər növbəti dozanın qəbul vaxtı çatıbsa, unudulmuş bir doza atlayaraq, onu həmişəki kimi qəbul edin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etməyin. Əgər Sizdə preparatın qəbulu barəsində hər hansı əlavə sual yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əgər Siz preparatın effektinin həddinən artıq güclü və ya zəif olduğunu hiss edirsinizsə, həkimə müraciət etməyiniz məsləhət görülür.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10) – yuxululuq, ürəkbulanma və çəkinin artmasıdır; nadir hallarda (≥1/10000 – <1/1000) – ağızda quruluq, hipersomniya, letargiya, mədədə diskomfort, qusma, qarın ağrıları, həzm prosesinin pozulması, tərləmənin artması, lixenoid keratoz, yorğunluq, hiperhəssaslıq reaksiyaları; məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil) – müşahidə olunan əlavə təsirlər: baş ağrısı, uzun müddət yüksək dozada Sinnarizin qəbul edən yaşlı xəstələrdə ekstrapiramid pozulmaların simptomatikasının yaranması mümkündür (tremor, məkanda oriyentasiyanın itməsi, müvazinətin pozulması), o cümlədən Parkinson xəstəliyinin simptomları, qırmızı dəmrovun yaranması, yarımkəskin qırmızı qurdeşənəyi, əzələlərin rigidliyi. Əgər, hər hansı bir əlavə təsir ağırlaşarsa və ya təlimatda qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılmasının simptomları – qan təzyiqinin aşağı düşməsi, titrəmə, qusma və yuxululuq. Əgər Siz təyin olunan dozadan yüksək doza qəbul etmisinizsə, həkiminizə və ya Sizə yaxın olan müalicə müəssəsinə müraciət edin.
Buraxılış forması
50 tablet, polivinilxlorid və alüminium folqadan hazırlanmış blisterdə. 1 blister, içilik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.