Sinestrol 1 ml N10 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHormonal, estrogen preparatı
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,80 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SİNESTROL inyeksiya üçün yağlı məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Hexestrol

Tərkibi

Təsiredici maddə: 1 ampulda 20 mq heksestrol vardır. Köməkçi maddə: fıstıq yağı.

Təsviri

Açıq sarı rəngli şəffaf yağlı mayedir. Farmakoterapevtik qrup Hormonal, estrogen preparatı. ATC kodu: G03CB.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sinestrol – sintetik qeyri-steorid estrogen preparatdır. Endometriumun proliferasiyası proseslərini aktivləşdirir, inkişaf etmədiyi halda uşaqlığın və ikincili qadın cinsi xüsusiyyətlərinin inkişafını stimullaşdırır, menopauza zamanı və ya ginekoloji əməliyyatlardan sonra cinsi vəzlərin qeyri-kafi funksiyası nəticəsində qadın orqanizmində baş verən ümumi pozğunluqları yumşaldır və aradan qaldırır. Farmakokinetikası Sürətlə və demək olar ki, tam sorulur, qaraciyərdə metabolizmə uğrayır, plazmadan yarımxaricolma dövrü bir neçə dəqiqədir, sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Qeyri kafi yumurtalıq funksiyası ilə əlaqəli şərtlərdə istifadə olunur, ilkin və ikincili amenoreya, genital hipoplaziya, menopauza pozgunluğu iə əlaqəli pataloji vəziyyətlər; kişilərdə prostat vəzinin xərçəngi.

Əks göstərişlər

Dərman vasitəsinin tərkibində olan komponentlərdən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq, hamiləlik və laktasiya, qaraciyər və böyrək xəstəlikləri, mastopatiya, endometrioz, uşaqlıq qanaxması, süd vəzi, uşaqlıq və ya yumurtalıq törəmələri, 60 yaşa qədər qadınlarda bədxassəli və xoşxassəli yenitörəmələr, qan laxtalanmasının artması ilə əlaqəli xəstəliklər, kəskin tromboflebit, tromboemboliya, hiperestrogenemiyanın müxtəlif formaları. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Saxlanma zamanında preparatda kristalların çökməsinə icazə verilir. Bu vəziyyətdə, ampulanı çalxalayıb  qızdırmaq lazımdır. Əgər kristallar yox olarsa və məhlul şəffaf qalarsa və 36-38 C-yə qədər soyutma zamanı kristalların yenidən çökməməsi halında məhlul istifadəyə hazırdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Fol turşusu və tiroid preparatları sinestrolun təsirini artırır. Preparat hipolipidemik və antiaritmik vasitələrinin effektivliyini artırır; kişi cinsi hormonlarının, diuretiklərin və antikoaqulyantların effektivliyini zəiflədir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən edilməyib.

İstifadə qaydası və dozası

Əzələdaxili inyeksiya  İstifadədən əvvəl preparatla birlikdə ampul 30-40 C-yə qədər isidilir. Hipogenitalizmdə, anadangəlmə amenoreya və kəskin inkişaf etməmiş uşaqlıqda əzələdaxili olaraq, sutka ərzində 1-2 mq, 4-6 həftə. Uşaqlığın inkişaf etməməsi səbəbindən sonsuzluq zamanı menstruasiya sonrası ilk 7-8 gün ərzində, əzələdaxili olaraq 1 mq. Prostat vəzi xərçəngi zamanı 2 ay ərzində gündəlik 60-80 mq əzələdaxili, sonra 10-20 mq. Ümumi doza və müalicə müddəti prostat vəzidəki dəyişikliklərdən, metastazların olub-olmamasından, ümumi vəziyyətdən və feminizasiya dərəcəsindən asılıdır. Yüksək dozalar: birdəfəlik 2 mq, sutkalıq 3 mq. Yeni yaranmış bədxassəli şişlərin müalicəsində birdəfəlik – 60 mq, sutkalıq – 100 mq.

Əlavə təsirləri

Preparatın əlavə təsirlərinə ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrısı, pankreatit, diareya, hepatit, periferik ödemlər, tromboz, trombemboliya aid edilə bilər. Böyük dozalarda istifadə edildikdə, qaraciyərin toksiki zədələnməsi, endometriumun həddindən artıq yayılması və qadınlarda qanaxma, kişilərdə şiddətli feminizasiya mümkündür (cinsi funksiyanın azalması, süd vəzilərinin şişməsi, döş giləsinin piqmentasiyası, yumurtalıqların ölçüsünün azalması və s.).

Doza həddinin aşılması

Doza həddinin aşılması halında, əlavə təsirlərdə göstərilən hadisələr baş verir, əlamətlər yox olana qədər müalicə dayandırılır. Zəruri hallarda simptomatik müalicə aparılır.

Buraxılış forması

1 ml inyeksiya üçün məhlul. Hər qablaşmada 10 ampul.

Saxlanma şəraiti

о 25 С temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

6 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biofarm” SC. Gürcüstan Respublikası, Tbilisi, 0160, Qotua küçəsi №3. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sinestrol 1 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.