SERFUNAL 2ML N10 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAntioksidant vasitə
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

24,13 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SERFUNAL inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ethylmethylhydroxypyridine succinate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddələr: natrium metabisulfit (E 223), inyeksiya üçün su

Təsviri

Rəngsiz və ya azacıq çəhrayı məhluldur.

Farmakoterapevtik qrupu

Antioksidant vasitə. ATC kodu: N07XX

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Antioksidant, antihipoksant, membransabitləşdirici, nootrop, adaptogen, qıcolmaəleyhinə, anksiolitik təsir göstərir. Preparat orqanizmin müxtəlif zədələyici amillərə (şok, hipoksiya, işemiya, zədə, beyin qan dövranının pozulması, alkohol və antipsixotik vasitələrlə (neyroleptiklər) intoksikasiya) qarşı rezistentliyini yüksəldir. Serfunal beyin metabolizmini və baş beyin qan dövranını, qanın mikrosirkulyasiya və reoloji xüsusiyyətlərini yaxşılaşdırır, trombositlərin aqreqasiyasını azaldır. Hemoliz zamanı qan hüceyrələrinin (eritrositlər və trombositlərin) membran strukturunu sabitləşdirir. Hipolipidemik təsirə malikdir, ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldır. Kəskin pankreatit zamanı fermentativ toksemiyanı və endogen intoksikasiyanı aşağı salır. Serfunalın təsir mexanizmi antihipoksant, antioksidant və membranprotektor təsirlə şərtlənir. Lipidlərin peroksidasiyası proseslərini ləngidir, superoksidoksidazanı fəallaşdırır, lipidlərin və zülalların nisbətini artırır, lipid qatılığını azaldır və membranların axıcılığını artırır. Membran əlaqəli fermentlərin (fosfordiesteraza, adenilatsiklaza, asetilxolinesteraza), reseptorların (benzodiazepin, asetilxolin, QAMK) fəallığına modullaşdırıcı təsir göstərir, onların liqandalarla bağlanma qabiliyyətini gücləndirir və biomembranın struktur-funksional təşkilini dəstəkləməyə kömək edir, neyromediatorların fəallığını yüksəldir və sinaptik prosesləri yaxşılaşdırır. Serfunal beyində dofaminin konsentrasiyasını yüksəldir. Təsir mexanizmi Serfunalın aerob qlikoliz prosesinin kompensator fəallığının gücləndirilməsi, hüceyrə membranlarının sabitləşdirilməsi ilə ATF və kreatinfosfat tərkibinin yüksəldilməsi ilə hipoksiya şəraitində Krebs mərhələsində oksidləşmə proseslərinin məruz qalma dərəcəsinin azaldılması qabiliyyətləri ilə şərtlənir. Farmakokinetikası Əzələdaxili yeridilməsi zamanı o, daxil edilməsindən 4 saat sonra qan plazmasında aşkar edilir. Maksimal konsentrasiyanın əldə edilməsi müddəti Tmax – 0.45-0,5 saatdır. 400-500 mq dozada daxil edilməsi zamanı Cmax 3.5-4,0 mkq/ml təşkil edir. Serfunal sürətlə orqan və toxumalarda yayılır və tez bir şəkildə orqanizmdən xaric edilir. Əzələdaxili yeridilmə zamanı preparatın orta saxlama müddəti (MRT) 0,7-1.3 saatdır. Preparat əsasən sidik vasitəsi ilə, qlukuronid formasında və cüzi miqdarda dəyişməmiş şəkildə xaric edilir.

İstifadəsinə göstərişlər

– Beyin qan dövranının kəskin pozuntuları; – dissirkulyator ensefalopatiya; – vegetativ distoniya sindromu; – aterosklerotik mənşəli yüngül koqnitiv pozuntular; – nevroz və nevrozabənzər vəziyyətlər zamanı təşviz halları; – nevrozabənzər və vegetativ-damar pozuntularının üstünlük təşkil etməsi ilə alkoqolizm zamanı abstinent sindromun qarşısının alınması; – antipsixotik vasitələrlə kəskin intoksikasiya; – qarın boşluğunda kəskin irinli-iltihablı proseslər (kəskin nekrotik pankreatit, peritonit) kompleks terapiyada.

Əks göstərişlər

Fəal maddələrə və ya istənilən yardımçı maddələrə qarşı yüksək həssaslıq. Qaraciyər və böyrək funksiyalarının kəskin pozulması. Hamiləlik və laktasiya dövrü. Uşaqlar və yeniyetmələr.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məhdudlaşdırılma dərəcəsi preparata qarşı fərdi dözümsüzlük əsasında müəyyən edilir. Köməkçi maddələr Serfunalın tərkibində metabisulfit natrium (E 223) vardır ki, o, nadir hallarda ciddi hiperhəssaslıq və bronxospazm reaksiyalarına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Benzodiazepin anksiolitiklərin, qıcolmaəleyhinə vasitələrin (karbamazepin), parkinsonəleyhinə preparatların (levodop) təsirini gücləndirir. Etil spirtinin toksik effektini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın tətbiq edilməsinin təhlükəsizliyi üzrə heç bir klinik tədqiqatlar aparılmamışdır. Beləliklə, Serfunal hamiləlik zamanı və effektiv kontraseptivlərdən istifadə etməyən uşaqdoğma yaşında olan qadınlar üçün və laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Serfunal yuxugətirici təsir göstərə bilər. Əgər bu hal baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Dozalandırma rejimi Əzələdaxili və ya venadaxili (şırnaq və ya damcı üsulu ilə). İnfuziya üsulu ilə yeridilməsi zamanı preparatı izotonik natrium xlorid məhlulunda durulaşdırmaq lazımdır. Serefunal şırnaq üsulu ilə tədricən, 5-7 dəqiqə ərzində, damcı üsulu ilə dəqiqədə 40-60 damcı sürəti ilə yeridilir. Gündəlik maksimal doza 1200 mq-ı keçməməlidir. Beyin qan dövranının kəskin pozuntuları zamanı Serfunal ilk 10-14 gündə venadaxili damcı ilə 200-500 mq olmaqla gündə 2-4 dəfə, sonra 2 həftə ərzində əzələdaxili 200-250 mq olmaqla gündə 2-3 dəfə təyin edilir. Dekompensasiya mərhələsində olan dissirkulyator ensefalopatiya zamanı Serfunalı 14 gün ərzində gündə 1-2 dəfə, 200-500 mq dozada venadaxili şırnaqla və ya damcı ilə təyin etmək lazımdır. Sonra növbəti 2 həftə ərzində 100-250 mq/gün olmaqla əzələdaxili tətbiq edilir. Dissirkulyator ensefalopatiyanın kursla profilaktikası üçün preparat 10-14 gün ərzində gündə 2 dəfə 200-250 mq doza olmaqla əzələdaxili daxil edilir. Yaşlı pasiyentlərə yüngül koqnitiv pozuntular və həyacan pozuntuları zamanı preparatı 14-30 gün ərzində günə 100-300 mq/gün olmaqla əzələdaxili tətbiq edirlər. Abstinent alkoqol sindromu zamanı Serfunal 5-7 gün ərzində gündə 2-3 dəfə 200-500 mq dozada venadaxili damcı ilə və ya əzələdaxili təyin edilir. Antipsixotik vasitələrlə kəskin intoksikasiya zamanı preparat 7-14 gün ərzində 200-500 mq/gün dozada venadaxili yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihablı prosesləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı preparatı ilk günlərdə həm əməliyyat öncəsi, həm də əməliyyat sonrası təyin edirlər. Daxil edilən dozalar xəstəliyin forma və ağırlığı, prosesin yayılması, klinik gedişin variantlarından asılıdır. Preparatın ləğv edilməsi tədricən, yalnız sabit müsbət klinik -laboratoriya effektinin əldə edilməsindən sonra aparılmalıdır. Kəskin ödemli (interstisial) pankreatit zamanı – preparat 200-500 mq olmaqla gündə 3 dəfə, venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda) və əzələdaxili təyin edilir. yüngül ağırlıq dərəcəli nekrotik pankreatit zamanı– 100-200 mq olmaqla gündə 3 dəfə venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda) və əzələdaxili təyin edilir; Orta dərəcli ağırlıqda – 200 mq olmaqla gündə 3 dəfə, venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda); Ağır gedişatda – nəbz-dozalaşdırma ilə ilk günlər 800 mq, ikiqat daxiletmə rejimində, sonra tədricən gündəlik dozanın azaldılması ilə gündə 2 dəfə 200-500 mq. Son dərəcə ağır gedişat zamanı – başlanğıc doza 800 mq/gün pankreatogen şok təzahürünün qarşısının sabit alınmasına qədər, vəziyyətin sabitləşməsi ilə gündə 2 dəfə 300-500 mq venadaxili damcı ilə (izotonik natrium xlorid məhlulunda), tədricən gündəlik dozanın azaldılması.

Əlavə təsirləri

Ürəkbulanma, kserostomiya, yuxululuq, allergiya reaksiyalarının yaranması mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı yuxululuq yarana bilər.

Buraxılış forması

İnyeksiya üçün 2 ml 50 mq/ml məhlul, rəngsiz, qoparılan halqalı şüşə ampullarda. 5 ampul, blisterdə. 2 blister (10 ampul), içlik vərəqə ilə birlikilə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

«S.C. Romfarm Company S.R.L.», Rumınya, İlfov, 075100, Otopen şəh., Eroilor küç., № 1A («S.C. Rompharm Company S.R.L.», Romania, Ilfov, 075100 Otopeni, Str. Eroilor, Nr. 1A).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“SERFUNAL 2ML N10 AMP” üçün ilk rəyi siz yazın.