SERETID 25/250 MKG 120 DOZ SPREY
| Dərman forması | Sprey |
|---|---|
| Farmakoloji təsir | Adrenergik preparatlar kortikosteroidlər və digər preparatlarlar, antixolinergik preparatlar istisna olmaqla, kombinasiyada. Salmeterol və flutikazon |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
53,48 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SERETİD EVOHALER inhalyasiya üçün dozalanmış aerozol Beynəlxalq patentləşdirilməmiş adı: Salmeterol+Fluticasone propionate
Tərkibi
Təsiredici maddə: 1 dozada 25 mikroqram salmeterol (salmeterol ksinafoat şəklində) və 125 mikroqram flutikazon propionate; 25 mikroqram salmeterol (salmeterol ksinafoat şəklində) və 250 mikroqram flutikazon propionate vardır. Köməkçi maddələr: 1,1,1,2-tetraftoretan (HFA 134a və ya norfluran və ya GR106642X adları ilə məlumdur).
Təsviri
Ağ və ya demək olar ağ rəngli tozdur. Farmakoterapevtik qrupu: Adrenergik preparatlar kortikosteroidlər və digər preparatlarlar, antixolinergik preparatlar istisna olmaqla, kombinasiyada. Salmeterol və flutikazon. ATC kodu: R03AK06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Astma Salmeterol Multi-mərkəzli Astmanın Öyrənilməsi üzrə Tədqiqatı (SMAÖT) Salmeterol Multi-mərkəzli Astmanın Öyrənilməsi üzrə Tədqiqatı (SMAÖT) böyüklərin və yeniyetmələrin adi müalicəsinə əlavə olunmuş salmeterolun plasebo ilə müqayisədə tədqiq edən, ABŞ- da aparılmış 28 həftəlik tədqiqat idi. Baxmayaraq ki, respirator xəstəliklərlə və həyat üçün təhlükəli vəziyyətlərlə bağlı kombinəolunmuş ölüm saylarınn ilkin son nöqtələrində nəzərə çarpacaq fərqlər müşahidə olunmamışdır, tədqiqat salmeterol alan xəstələrdə astma ilə bağlı ölüm saylarının əhəmiyyətli dərəcədə artdığını göstərmişdir (salmeterolla müalicə alan 13176 nəfər xəstə arasında 13 ölümlə müqayisədə, plasebo alan 13179 nəfər arasında 3 ölüm halı). Tədqiqat yanaşı istifadə edilən inhalyasion kortikosteroidlərin təsirini öyrənmək üçün nəzərdə tutulmamışdır. Astmann müalicəsi zamanı Salmeterol-FP ilə müqayisədə yalnız FP-ın istifadəsinin təhlükəsizliyi və effektivliyi Salmeterol-FP və FP-ın təklikdə istifadəsinin təhlükəsizliyini və effektivliyini müqayisə etmək məqsədilə, 26 həftəlik iki çoxmərkəzli tədqiqat aparılmışdır, tədqiqatlardan biri böyüklər və yeniyetmələr (AUSTRI tədqiqatı), digəri isə 4-11 yaşlı uşaqlar üzərində (VESTRI tədqiqatı) aparılmışdır. Hər iki tədqiqata daxil olunan şəxslərdə anamnezində astma ilə bağlı hospitalizasiya halları, həmçinin orta və ağır dərəcəli davamlı astma və ya əvvəlki illərdə astmanın ağırlaşması mövcud idi. Hər bir tədqiqatın ilkin nöqtələri astma ilə bağlı ciddi risklərin (astma ilə bağlı hospitalizasiya, endotraxeal intubasiya və ölüm) yaranması nöqteyi-nəzərindən İKS il ə müalicəyə LABA-nın əlavə olunmasının (salmeterol-FP) İKS-in (FP) təklikdə istifadəsi ilə müqayisədə üstün olub-olmadığını müəyyən etmək idi. Bu tədqiqatların ikincili effektivlik nöqtəsi astmanın kəskinləşməsi nöqteyi nəzərindən (astmanın kəskinləşməsi olaraq ən azı 3 gün müddətində sistem kortikosteroidlərin qəbulunu tələb edən, yaxud sistem kortikosteroidlərin qəbuluna ehtiyac olan astmaya görə stasionara və ya təxirəsalınmaz yardım şöbəsinə yerləşdirməyi tələb edən vəziyyət) İKS/LABA ilə müalicənin yalnız İKS ilə (FP) müalcədən üstün olub-olmadığını qiymətləndirmək idi. Ümumi olaraq, 11679 və 6208 şəxs müvafiq olaraq, AUSTRI və VESTRI tədqiqatında randomizə olunmuş və müalicə almışdır (aşağıdakı cədvələ bax). 26 həftəlik AUSTRI və VESTRI tədqiqatında astma ilə bağlı ciddi vəziyyətlər Salmeterol-FP Yalnız FP Salmeterol-FP Yalnız FP (n = 5,834) (n = 5,845) (n = 3,107) (n = 3,101) Mürəkkəb son nöqtə 34 (0.6%) 33 (0.6%) 27 (0.9%) 21 (0.7%) (Astma ilə bağlı hospitalizasiya, endotraxeal intubasiya, və ya ölüm) Salmeterol-FP/FP Təhlükəlilik 1,029 1,285 a b əmsalı (0,638-1,662) (0,726-2,272) (95% CI) Ölüm 0 0 0 0 Astma ilə bağlı hospitalizasiya 34 33 27 21 Endotraxeal intubasiya 0 2 0 0 a Əgər nisbi risk üçün ehtimal olunan 95% CI yuxarı həddi 2,0-dən az olarsa, o zaman üstünlüyün olması nəticəsinə gəlmək olar. b Əgər nisbi risk üçün ehtimal olunan 95% CI yuxarı həddi 2,675-dən az olarsa, o zaman üstünlüyün olması nəticəsinə gəlmək olar İkincili effektivliyin son nöqtəsi üçün FP-ın tək istifadəsi ilə müqayisədə, salmeterol-FP istifadəsi zamanı astmanin ilk kəskinləşməsinin yaranma vaxtının qısalması hər iki tədqiqatda müşahidə olunmuşdur, buna baxmayaraq, yalnız AUSTRI tədqiqatında statistik cəhətdən əhəmiyyət kəsb edən göstəricilər qeydə alınmışdır: Salmeterol-FP Yalnız FP Salmeterol-FP Yalnız FP (n = 5,834) (n = 5,845) (n = 3,107) (n = 3,101) Astma kəskinləşməsi olan 480 (8%) 597 (10%) 265 (9%) 309 (10%) xəstələrin sayı Salmeterol-FP/FP 0,787 0,859 Təhlükəlilik əmsalı (0,698, 0,888) (0,729, 1,012) (95% CI) On iki aylıq tədqiqat 3416 astmalı xəstələrlə aparılan genişmiqyaslı on iki aylıq tədqiqat (Astmaya Optimal Nəzarətin Əldə olunması, AONƏ) astmaya nəzarətin əvvəlcədən müəyyənləşdirilən səviyyələrində SERETİD ilə müalicənin effektivliyini və təhlükəsizliyini, yalnız inhalyasion kortikosteridlə müalicə ilə müqayisə ## “Tam nəzarət” əldə olunana qədər və ya tədqiq edilən preparatın ən yüksəketmişdir. Müalicə dozasına çatana qədər hər 12 həftədən bir genişləndirilmişdir. Müalicənin son 8 həftəsindən ən azı 7- də nəzarət saxlanmalıdır. Tədqiqat göstərmişdir ki: • yalnız inhalyasion kortikosteroid ilə müalicə alan 59% xəstə ilə müqayisədə, SERETİD ilə # “Yaxşı nəzarət olunan” astmaya nail olunub.müalicə alan 71% xəstədə • Yalnız inhalyasion kortikosteroidlə müalicə alan 28% xəstə ilə müqayisədə, SERETİD ilə ## “Tam nəzarət olunan” astmaya nail olunmuşdur.müalicə alan 41% xəstədə Bu təsirlər daha aşağı dozada və tək halda inhalyasion kortikosteroiddən fərqli olaraq, SERETİD ilə müalicə zamanı daha erkən müşahidə olunub. AONƏ tədqiqatı həmçinin aşağıdakıları göstərmişdir: • yalnız inhalyasion kortikosteroidlə müalicə ilə müqayisədə, SERETİD ilə müalicə zamanı kəskinləşmələrin tezliyi 29% aşağı idi. • “Yaxşı nəzarət olunan” və “Tam nəzarət olunan” astmaya nail olunması həyat keyfiyyətini yaxşılaşdırdı (HKY). Həyat keyfiyyəti üzrə astma üçün spesifik olan sorğuya əsasən, başlanğıc mərhələdə 8% ilə müqayisədə, SERETİD-lə müalicədən sonra pasiyentlərin 61%-i həyat keyfiyyətinə təsirin minimum olduğunu və ya təsir göstərmədiyini qeyd etmişdir. # Yaxşı nəzarət olunan astma; 2 gün və ya daha az müddətdə simptom üzrə balın 1-dən çox olması (simptom balının bir olması: “simptomların gün ərzində qısa müddət davam etməsi”), QTMBA-lardan (QTMBA – Qısamüddətli təsirə malik β-aqonistlər) həftədə 2 gün və ya daha az və həftədə 4 dəfə və ya daha az istifadəsi, səhər vaxtı proqnozlaşdırılan nəfəs vermə sürətinin 80% və ya daha çox olması, gecə oyanmalarının olmaması, kəskinləşmələrin olmaması və müalicənin dəyişdirilməsinə məcbur edən əlavə təsirlərin meydana çıxmaması. ## Tam nəzarət olunan astma; simptomların olmaması, QTMBA-lardan istifadə olunmaması, səhər vaxtı proqnozlaşdırılan nəfəs vermə sürətinin 80% və ya daha çox olması, gecə oyanmalarının olmaması, kəskinləşmələrin olmaması və müalicənin dəyişdirilməsinə məcbur edən əlavə təsirlərin meydana çıxmaması. İki növbəti tədqiqat isə yalnız inhalyasion kortikosteroidlə müalicə ilə müqayisədə, 60%-dən az dozada kortikosteroid ilə birlikdə SERETİD ilə müalicə zamanı ağciyər funksiyasında, simptomsuz günlərin faiz nisbətində və təxirəsalınmaz yardım üçün istifadə olunan dərmandan istifadənin azaldılmasında irəliləyişlər nümayiş etdirmişdir, halbuki, bronxial biopsiya və bronxoalveolyar lavaj yolu ilə yoxlanılan nəfəs yollarının iltihabına nəzarət saxlanılmışdır. Əlavə tədqiqatlar göstərmişdir ki, tək komponentlərlə və plasebo ilə müalicə ilə müqayisədə, SERETİD ilə müalicə zamanı astma simptomları, ağciyərin funksiyası əhəmiyyətli dərəcədə yaxşılaşmış və təcili yardım üçün lazım olan dərman vasitələrinin istifadəsi azalmışdır. AONƏ tədqiqatından alınan nəticələr göstərmişdir ki, SERETİD ilə müalicə zamanı bu son nöqtələrdə müşahidə olunan yaxşılaşma ən azı 12 ay davam edir. aqonistinə 10% geriyə dönmə məhdudiyyəti olmayan, simptomatik AXOX olanQısa təsir müddətli β2- xəstələr: 6 ay ərzində aparılan, plasebo nəzarətli Klinik tədqiqatlar göstərmişdir ki, həm 50/250, həm də 50/500 mikroqram dozada SERETİD preparatının müntəzəm istifadəsi tez bir zamanda və əhəmiyyətli dərəcədə ağciyər funksiyasını yaxşılaşdırır, təngnəfəsliyi və təcili yardım üçün istifadə olunan dərmanların istifadəsini nəzərə çarpacaq dərəcədə azaldır. Həmçinin sağlamlıq vəziyyətində də əhəmiyyətli irəliləyişlər var idi. aqonistlərə 10%-dən az geriyə dönmə nümayiş etdirən simptomatik AXOXQısa təsir müddətli β2- xəstələri: 6 və 12 ay ərzində aparılan, plasebo nəzarətli Klinik tədqiqatlar göstərmişdir ki, 50/500 mikroqram dozada SERETİD preparatının müntəzəm istifadəsi ağciyər funksiyasını tez bir zamanda və əhəmiyyətli dərəcədə yaxşılaşdırır, təngnəfəsliyi və təcili yardım üçün istifadə olunan dərmanların istifadəsini nəzərə çarpacaq dərəcədə azaldır. 12 ay ərzində AXOX kəskinləşmələri riski və oral kortikosteroidlər ilə əlavə müalicə kursuna tələbat əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin sağlamlıq vəziyyətində də əhəmiyyətli irəliləyişlər var idi. 50/500 mikroqram dozada qəbul olunan SERETİD həm əvvəl siqaret çəkmiş, həm də hazırda siqaret çəkən şəxslərdə AXOX kəskinləşmələri riskini azaltmış, ağciyər funksiyasında və sağlamlıq vəziyyətində yaxşılaşmanın əldə olunmasında effektiv olmuşdur. ABSİD tədqiqatı (AXOX ilə Bağlı Sağlamlıqda İnqilaba Doğru) ABSİD AXOX olan xəstələrdə bütün səbəblərdən baş verən ölümlə bağlı gündə iki dəfə 50/500 mikroqram SERETİD Akuhaler/Diskus, gündə iki dəfə 50 mikroqram salmeterol Akuhaler/Diskus, gündə iki dəfə 500 mikroqram FP Akuhaler/Diskus və ya plasebo ilə aparılan müalicənin effektini ilkin göstəricisi (bronxodilatatorlarınqiymətləndirmək üçün aparılan 3 illik tədqiqatdır. FEV1 istifadəsindən əvvəl) proqnozlaşdırılan normanın <60%-ni təşkil edən, orta və ağır dərəcəli AXOX olan xəstələr ikili-kor üsulla dərman vasitəsinin qəbuluna görə randomizə olunmuşdur. Tədqiqat ərzində xəstələr digər inhalyasion kortikosteroidlər, uzun təsir müddətli bronxodilatatorlar və uzun müddətli sistem kortikosteroidlər istisna olmaqla, adi AXOX müalicəsi aldılar. Tədqiq olunan dərman vasitəsinin istifadəsinin dayandırılmasından asılı olmayaraq, bütün xəstələrdə 3 il boyu sağ qalma statusu qiymətləndirilmişdir. İlkin son nöqtə kimi plasebo ilə müqayisədə SERETİD ilə müalicə zamanı 3 il ərzində bütün səbəblərdən yaranan ölüm sayının azalması götürülmüşdür. Salmeterol 50 FP 500 SERETİD 50/500Plasebo N = 1524 N = 1521 N = 1534 N = 1533 3 il ərzində bütün səbəblərdən yaranan ölüm sayı 231 205 246 193 Ölüm sayı (%) (15,2%) (13,5%) (16,0%) (12,6%) Təhlükəlilik əmsalı 0,8251.0600,879 Plasebo (CIs) (0,68, 1,00)(0.89, 1.27)N/A (0,73, 1,06) 0,0520.5250,180 p göstəricisinə qarşı üçün Təhlükəlilik 0,932 0,774 Əmsalı N/A (0,77, 1,13) (0,64, 0,93) N/A komponentlərin p 0,481 0,007 göstəricisinə qarşı (CIs) P göstəricisi siqaretçəkmə statusuna görə ayrılan lonq-rank analizdən ilkin effektivliyin müqayisəsinə əsasən 2 aralıq analiz üçün korreksiya olunmuşdur SERETİD plasebo ilə müqayisədə ölüm riskini 3 il müddətində 17,5% azaltmışdı (Təhlükəlilik əmsalı ). Plasebo ilə0,825 (95% CI 0,68, 1,00, p=0,052; hamısı aralıq analizlərə görə korreksiya olunmuşdur müqayisədə (p=0,525) flutikazon propionatın istifadəsi zamanı 6%, plasebo ilə müqayisədə (p=0,180) salmeterolun istifadəsi zamanı isə 3 il ərzində istənilən səbəbdən, istənilən zaman ölüm riski 12% azalmışdır. Koks Proporsional Təhlükə modelinin istifadəsi ilə aparılan yardımçı təhlillər plasebo ilə müqayisədə SERETİD-in istifadəsi zamanı təhlükəlilik əmsalının 0,811 (95% CI 0.670, 0.982, p=0.031) olduğunu göstərmişdir, bu isə 3 il ərzində istənilən zaman ölüm riskinin 19% azalması deməkdir. Model mühüm amillərə əsasən korreksiya olunmuşdur (siqaretçəkmə statusu, yaş, cins, yaşadığı bölgə, ilkin FEV1 göstəricisi Bədən Çəkisi İndeksi). Müalicənin effektivliyinin bu amillərdən asılı olaraq dəyişməsini, sübut edən dəlillər yoxdur. AXOX səbəbindən 3 il ərzində ölən xəstələrin faiz göstəricisi plasebo üçün 6.0%, salmeterol üçün 6.1%, FP üçün 6.9%, SERETİD üçün isə 4.7% təşkil etmişdir. ağır dərəcəli kəskinləşmələrin sayını 25% azaltmışdır (95%Plasebo ilə müqayisədə SERETİD orta və CI: 19%-dən 31%-ə; p<0.001). SERETİD salmeterolla müqayisədə kəskinləşmə sayını 12% (95% CI: 5%-dən 19%-ə; p=0.002) və FP ilə müqayisədə 9% (95% CI: 1% -dən 16%-ə, p=0.024) azaltmışdır. Placebo ilə müqayisədə Salmeterol və FP əhəmiyyətli dərəcədə kəskinləşmə sayını 15% (95% CI: 7%- dən 22%-ə; p<0.001) və 18% (95% CI: 11%-dən 24%-ə; p<0.001) azaltmışdır.St George’s Respirator Sorğuya (SGRS) əsasən hesablanmış Sağlamlıqla Bağlı Həyat keyfiyyəti plasebodan fərqli olaraq bütün aktiv müalicə üsulları ilə yaxşılaşmışdır. 3 il ərzində SERETİD üçün orta yaxşılaşma plasebo ilə müqayisədə -3.1 vahid (95% CI: -4.1-dən -2.1-ə; p<0.001), salmeterolla müqayisədə – 2.2 vahid (p<0.001) və FP ilə müqayisədə -1.2 vahid (p=0.017) idi. 3 illik müalicə dövründə plasebo ilə müalicə alan xəstələrlə müqayisədə, SERETİD ilə müalicə alanlarda FEV göstəriciləri daha yüksək idi (3 il ərzində ortalama fərq 92 mL, 95% CI: 75-dən1 108 mL-ə; p<0.001 ). SERETİD həmçinin FEV göstəricisinin yaxşılaşmasına görə salmeterol və ya1 FP-a nisbətən daha effektiv idi (ortalama fərq 50 mL, p<0.001 salmeterol üçün və 44 mL, p<0.001 FP üçün). Əlavə təsir kimi pnevmoniyanın qeydə alınmasının 3 illik hessablanmış ehtimalı plasebo üçün 12,3%, salmeterol üçün 13,3%, FP üçün 18,3% və SERETİD üçün 19,6% idi (Təhlükəlilik əmsalı plasebo ilə müqayisədə SERETİD üçün: 1.64, 95% CI: 1,33-dən 2 ,01-ə, p<0,001). Pnevmoniya ilə bağlı ölüm saylarında artım müşahidə olunmamışdır; müalicə müddətində ilkin səbəb kimi pnevmoniyanın hesab olunduğu ölüm sayları plasebo üçün 7, salmeterol üçün 9, FP üçün 13 və SERETİD üçün 8 idi. Sümük sınıqlarının yaranma ehtimalında nəzərə çarpacaq fərq müşahidə olunmamışdır (5,1% plasebo, 5,1% salmeterol, 5.4% FP və 6.3% SERETİD; plasebo ilə müqayisədə SERETİD üçün təhlükəlilik əmsalı: 1.22, 95% CI: 0,87-dən 1,72-ə, p=0,248). Gözdə, sümükdə və hipotalamo-hipofiz-adrenal sistemdə pozğunluqların rastgəlmə tezliyi aşağı idi və müalicələr arasında fərq müşahidə olunmamışdır. Salmeterol ilə müalicə alan qrupda ürək sistemi ilə bağlı əlavə təsirlərin artması ilə bağlı dəlillər yox idi. Hamiləlik zamanı astmanın müalicəsi üçün tərkibində flutikazon propionat olan dərman vasitələri Birləşmiş Krallığın elektron səhiyyə məlumatlarından istifadə etməklə aparılan müşahidəli retrospektiv epidemioloji kohort tədqiqat ilk trimestrdə yalnız inhalyasion FP və SERETİD alanlar ilə tərkibində FP olmayan İKS-lər alanlarda ƏAQ (əsas anadangəlmə qüsurlar) riskini qiymətləndirmək üçün aparılmışdır. Bu tədqiqata heç bir plasebo müqayisəsi daxil edilməmişdir. İlk trimestrdə İKS-lər qəbul edən astma kohortuna daxil olan 5362 nəfərdə 131 ƏAQ qeydə alınmışdır; 1612 (30%) nəfər FP və ya SERETİD qəbul etmişdir, onlardan 42 nəfərində ƏAQ qeydə alınmışdır. FP-ın təsirinə məruz qalan orta dərəcəli astması olan qadınlar üçün 1 il ərzində aşkarlanan ƏAQ üçün korreksiya olunmuş ehtimal nisbəti tərkibində FP olmayan İKS-ın qəbulu ilə müqayisədə 1,1 (95% CI: 0,5-2,3), ağır dərəcəli astması olan qadınlarda isə 1,2 (95% CI: 0,7-2,0) idi. İlk trimestrdə yalnız FP-ın təsirinə məruz qalanlar ilə müqayisədə, SERETİD qəbul edənlərdə ƏAQ riskində fərq qeydə alınmamışdır. Astmanın ağırlıq dərəcələri arasında ƏAQ üçün mütləq risk FP-ın təsirinə məruz qalan hər 100 hamiləlik üçün 2,0-2,9 təşkil etmişdir, bu nəticə Ümumi Təcrübə üzrə Tədqiqat Məlumat bazasında olan astmaya görə müalicə almayan 15840 hamilə üzərində aparılan tədqiqatdan alınan nəticələrlə müqayisə oluna bilər (hər 100 hamiləliyə 2,8 ƏAQ hadisəsi). Təsir mexanizmi SERETİDin tərkibində müxtəlif təsir mexanizmlərinə malik salmeterol və flutikazon propionat vardır. Salmeterol simptomların yaranmasının qarşısını alır, flutikazon propionat isə ağciyərlərin funksiyasını yaxşılaşdırır və vəziyyətin kəskinləşməsinin qarşısını alır. SERETİD yanaşı olaraq β-aqonist və inhalyasion kortikosteroidlə müalicə alan xəstələr üçün istifadədə daha rahatdır. Hər iki təsiredici maddənin təsir mexanizmi aşağıda göstərilmişdir: Salmeterol Salmeterol uzun yan zəncirə malik və reseptorun xarici sahəsi ilə bağlanan, uzunmüddətli təsir göstərən (12 saat), β adrenoseptorların selektiv aqonistidir.2- Salmeterolun bu farmakoloji xüsusiyyətləri histamin tərəfindən induksiya olunan bronxospazmın qarşısının daha effektiv alınmasını təmin edir və tövsiyə olunan dozada qısa təsir müddətli β2- aqonistlərə nisbətən daha uzun müddətli, ən azı 12 saat davam edən bronxodilatasiya yaradır. İn vitro testlər göstərmişdir ki, salmeterol insanlarda ağciyərlərdə tosqun hüceyrələrdən histamin, leykotrienlər və prostaqlandin D kimi mediatorların azad olunmasına güclü və uzun müddət təsir2 göstərən inhibitordur. Salmeterol insanda nəfəslə alınan allergenə qarşı cavab reaksiyasının erkən və gecikmiş fazasını ləngidir; bu təsir tək dozadan sonra, bronxodilatator təsir artıq olmadıqda, 30 saatdan çox davam edir. Salmeterolun birdəfəlik qəbulu bronxların hiperreaktivliyini azaldır. Bu xüsusiyyətlər göstərir ki, salmeterol əlavə qeyri-bronxodilatator təsirə malikdir, lakin tam Klinik əhəmiyyəti hələ aydın deyil. Bu mexanizm kortikosteroidlərin iltihabəleyhinə təsirindən fərqlənir. Flutikazon propionat Tövsiyə olunan dozalarda inhalyasiya vasitəsilə verilən flutikazon propionat ağciyərlərdə güclü qlükokortikoid iltihabəleyhinə təsirə malikdir və nəticədə kortikosteroidlərin sistem təyini zamanı müşahidə olunan əlavə təsirlər olmadan astmanın simptomlarını və kəskinləşməsini azaldır. İnhalyasion flutikazon propionatın uşaqlarda və böyüklərdə hətta ən yüksək tövsiyə olunan dozalarla xroniki müalicəsi zamanı adrenokortikal hormonların ifrazı normal miqdarda qalır. Digər inhalyasion steroidlərdən keçid zamanı, keçmişdə və ya hal-hazırda oral steroidlərin fasilələrlə istifadə olunmasından asılı olmayaraq, gündəlik ifraz tədricən yaxşılaşır, bu isə inhalyasion flutikazon propionatın istifadəsi zamanı adrenal funksiyanın normal səviyyəyə qayıtdığını göstərir. Xroniki müalicə zamanı adrenal ehtiyat da normada qalır, belə ki stimulyasiya testlərində normal artım ölçülür. Buna baxmayaraq, daha öncəki müalicədən sonra adrenal ehtiyatın istənilən qalıq pozulması uzun müddət davam edə bilər və bu, nəzərdə saxlanmalıdır (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə). Farmakokinetikası Heyvanlar və ya insanlarda inhalyasiya yolu ilə birlikdə təyin edilən salmeterol və flutikazon propionatın hər bir komponentin farmakokinetikasına təsir etməsinə dair heç bir dəlil mövcud deyil. Buna görə də farmakokinetik nöqteyi nəzərindən hər bir komponentə ayrı-ayrılıqda baxila bilər. 15 nəfər sağlam şəxs üzərində, plasebo nəzarətli, dərman vasitələrinin qarşılıqlı təsirini öyrənən çarpaz tədqiqatda SEREVENT (50 mkq gündə iki dəfə inhalyasiya ilə) və CYP3A4 inhibitoru ketokonazolun (400 mq gündə bir dəfə peroral) 7 gün ərzində yanaşı istifadəsi salmeterolun plazmada təsirinin nəzərə çarpacaq dərəcədə artması ilə (1.4-dəfə C və 15-dəfə AUC) nəticələnmişdir. Təkrar dozalarınmax qəbulu zamanı salmeterolun toplanmasında artım müşahidə olunmamışdır. 3 nəfərdə QTc intervalının uzanması və ya sinus taxikardiyası nəticəsində yaranan ürək döyünmə səbəbindən SEREVENT və ketokonazolun yanaşı istifadəsi dayandırılmışdır. Qalan 12 nəfərdə SEREVENT və ketokonazolun birgə istifadəsi ürək döyüntülərinin sayına, qanda kaliumun səviyyəsinə və QTc intervalına Klinik cəhətdən əhəmiyyətli təsirə səbəb olmamışdır (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə). Salmeterol Salmeterol lokal olaraq agciyərlərə təsir edir, buna görə də plazmadakı səviyyəsi terapevtik təsirin göstəricisi deyil. Bundan əlavə, inhalyasiyadan sonra terapevtik dozalarda plazmadakı konsentrasiyası aşağı olduğu üçün (təqribən 200 pikoqram/mL və ya daha az) dərman vasitəsinin plazmada yoxlanması texniki cəhətdən çətinlik yaratdığına görə salmeterolun farmakokinetikasına dair məlumat məhdud saydadır. Salmeterol ksinofoatın müntəzəm şəkildə qəbulundan sonra qan dövranında hidroksinaftoik turşusu aşkar oluna bilər və təqribən 100 nanoqram/mL sabit konsentrasiyaya çatır. Bu konsentrasiya toksiklik tədqiqatlarında müşahidə olunan sabit konsentrasiyadan 1000 dəfəyə qədər azdır. Tənəffüs yollarının obstruksiyası olan xəstələrdə uzun müddətli müntəzəm istifadədən sonra (12 aydan çox) zərərli təsirlər müşahidə olunmamışdır. İn vitro şəraitdə aparılan tədqiqat göstərmişdir ki, salmeterol sitoxrom P 3A4 (CYP3A4) vasitəsilə450 α-hidroksisalmeterola qədər intensiv metabolizmə uğrayır (alifatik oksidləşmə). Sağlam könüllülərdə salmeterol və eritromisinin təkrar dozasının verilməsi ilə aparılan tədqiqatda gündə 3 dəfə 500 mq dozada eritromisinin qəbulu farmakodinamik təsirdə Klinik cəhətdən əhəmiyyətli dəyişikliyə səbəb olmamışdır. Buna baxmayaraq, salmeterol-ketokonazolun qarşılıqlı təsiri ilə bağlı tədqiqat salmeterolun plazmada təsirinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşlıqlı təsiri” bölmələrinə). Flutikazon propionat Mövcud olan hər bir inhalyasion qurğular üçün flutikazon propionatın mütləq biomənimsənilməsi inhalyasion və venadaxili istifadəsi zamanı farmakokinetik məlumatlar tədqiqatlardaxili və tədqiqatlararası təhlil edilmişdir. Sağlam böyük şəxslərdə mütləq biomənimsənilmə müvafiq olaraq flutikazon propionat Akuhaler/Diskus üçün (7.8%), flutikazon propionat Diskhaler üçün (9.0%), flutikazon propionat Evohaler üçün (10.9%), salmeterol-flutikazon propionat Evohaler üçün (5.3%) və salmeterol-flutikazon propionat Akuhaler/Diskus üçün (5.5%) hesablanmışdır. Astma və ya AXOX olan xəstələrdə inhalyasiya yolu ilə flutikazon propionatın yeridilməsi zamanı sistem təsiri aşağı olduğu müşahidə olunub. Sistemli absorbsiya əsasən ağciyərlər vasitəsilə baş verir və ilkin olaraq sürətli, daha sonra isə davamlıdır. İnhalyasiya olunan dozanın qalan hissəsi udula bilər, lakin suda həll olması aşağı olduğu üçün və pre-sistem metabolizmə uğradığı üçün, ağızdan biomənimsənilməsi 1%- dən az olduğuna görə sistemli təsiri minimal olur. İnhalyasiya olunan doza artdıqca sistemli təsiri xətti olaraq artır. Flutikazon propionatın dispozisiyası yüksək plazma klirensi (1150 mL/dəq), sabit vəziyyətdə geniş həcmdə paylanması (təqribən 300 L) və yarımparçalanma dövrünün təqribən 8 saat olması ilə xarakterizə olunur. Plazmada zülallarla birləşməsi orta dərəcədə yüksəkdir (91%). sisteminin CYP3A4 fermenti vasitəsilə əsasən qeyri-aktiv karbonFlutikazon propionat sitoxrom P450 turşusu metabolitinə qədər metabolizmə uğrayaraq, qan dövranından çox sürətlə xaric olunur. Flutikazon propionatın böyrək klirensi əhəmiyyətsiz dərəcədədir (<0,2%) və metabolit şəklində 5%- dən azdır. CYP3A4 inhibitorları ilə birlikdə təyin edildikdə ehtiyatlı olmaq tövsiyə olunur, belə ki flutikazon propionatın sistem təsiri arta bilər. Xüsusi pasiyent qrupları Akuhaler/Diskus Astmalı şəxslərə dair alınan məlumatlardan (FP üzrə 9 Klinik tədqiqat və salmeterol üzrə 5 tədqiqat) istifadə etməklə populyasiyada farmakokinetik analiz aparılmışdır və aşağıdakı nəticələr əldə olunmuşdur: − FP-ın təklikdə (100 mkq) istifadəsi ilə müqayisədə SERETİD-in (50/100 mkq) istifadəsi zamanı yeniyetmələrdə və böyüklərdə (nisbət 1,52 [90% CI 1,08, 2,13), həmçinin uşaqlarda (nisbət 1.20 [90% CI 1.06, 1.37]) FP-ın təsiri daha yüksək idi. − SERETİD (50/100 mkq) qəbul edən yeniyetmə və böyüklərlə müqayisədə (nisbət 1,63 [90% CI 1,35; 1,96]), uşaqlarda FP-ın daha yüksək təsiri müşahidə olunmuşdur. − Bu məlumatların Klinik əhəmiyyəti dəqiq məlum deyil, lakin həm yeniyetmələr və böyüklərdə, həm də uşaqlarda 12 həftəyə qədər davam edən, SERETİD (50/100 mkq) və FP (100 mkq) ilə müalicəni müqayisə edən Klinik tədqiqatlarda HPA (hipotalamo-hipofiz-adrenal sistem) sisteminə təsirdə fərq müşahidə olunmamışdır. − FP-ın təsiri daha yüksək SERETİD 50/500 mkq doza ilə müqayisədə tək FP-ın ekvivalent dozasının qəbulu zamanı eyni idi. − SERETİD (50/100 mkq) qəbul edən uşaqlarda, yeniyetmələr və böyüklərlə müqayisədə (nisbət 1.23 [90% CI 1.10, 1.38]) salmeterolun daha yüksək təsiri müşahidə olunmuşdur. − Bu məlumatların Klinik əhəmiyyəti dəqiq məlum deyil, lakin 12 həftəyə qədər aparılan tədqiqatlarda ürək-damar sisteminə təsirdə və tremora dair məlumatlarda böyüklər, yeniyetmələr və uşaqlar arasında fərq müşahidə olunmamışdır. Klinikayaqədərki məlumatları Salmeterol ksinofoat və flutikazon propionat heyvanlar üzərində aparılan toksiklik sınaqlarında geniş tədqiq edilmişdir. Əhəmiyyət kəsb edən toksiklik yalnız insanlar üçün tövsiyə olunan dozalardan adrenoreseptorların güclü aqonisti və qlükokortikosteroidlərin qəbuluyüksək dozalarda yaranırdı və β2- zamanı gözlənilən təsirlər idi. Nə salmeterol ksinofoat nə də flutikazon propionat genetik toksiklik potensialı nümayiş etdirməmişdir. Uzunmüddətli tədqiqatlarda salmeterol ksinofoat siçovulların mezovariumunun (yumurtalıq müsariqəsi) və siçanların uşaqlığının saya əzələsində xoşxassəli şişlərin yaranmasına səbəb olmuşdur. Gəmiricilər dərmanların təsiri ilə şişlərin yaranmasına qarşı həssasdırlar. Salmeterolu insan üçün əhəmiyyət kəsb edən onkogen təhlükə yaratmadığı düşünülür. Yüksək dozalarda salmeterol və flutikazon propionatın birlikdə təyini ürək-damar sisteminə bəzi təsirlərlə nəticələnmişdir. Siçovllarda yaranan qulaqcıqların yüngül dərəcəli miokarditi və fokal koronar arterit keçici xarakter daşıyırdı və müntəzəm qəbuldan sonra aradan qalxırdı. İtlərdə salmeterolun tək istifadəsi ilə müqayisədə flutikazon propionatla yanaşı istifadə zamanı ürək döyüntülərinin sayı daha çox artmışdır. İnsanlar üzərində aparılan tədqiqatlarda ürək-damar sisteminə Klinik əhəmiyyətə malik təsirlər müşahidə olunmamışdır. Yanaşı istifadə heyvanlarda digər siniflərə məxsus toksiklik effektlərini dəyişməmişdir. Tərkibində CFC olmayan HFA 134a propellenti iki il ərzində hər gün buxarın təsirinə məruz qalan xəstələrdə və bir çox heyvanlarda yaranan çox yüksək konsentrasiyalarda toksiki təsir göstərmir.
İstifadəsinə göstərişlər
Dərman forması: inhalyasiya üçün dozalanmış aerozol Astma (Tənəffüs yollarının geriyədönən obstruktiv xəstəliyi) SERETİD astmanın müntəzəm müalicəsi üçün göstərişdir (Tənəffüs yollarının geriyədönən obstruktiv xəstəliyi). Buraya aşağıdakılar aiddir: uzunmüddətli təsirə malik β-aqonistləri və inhalyasion kortikosteroidləri effektiv dəstəkləyici dozada alan xəstələr. Hal-hazırda inhalyasion kortikosteroidlərlə müalicə fonunda simptomları olan xəstələr. Müntəzəm olaraq bronxodilatatorlar qəbul edən inhalyasion kortikosteroidlərə ehtiyacı olan xəstələr. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (AXOX) SERETİD xroniki bronxit və emfizema daxil olmaqla, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) müntəzəm müalicəsi üçün göstərişdir və bütün səbəblərdən ölüm gösəricisini azaltdığını nümayiş etdirmişdir.
Əks göstərişlər
SERETİD anamnezində preparatın tərkibindəki hər hansı maddəyə qarşı hiperhəssaslığı olan hər bir xəstədə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
SERETİD Evohaler sürətli və qısamüddətli bronxodilatatorların tələb olunduğu (məsələn, salbutamol) kəskin simptomların aradan qaldırılması üçün nəzərdə tutulmayıb. Xəstələrə hər zaman simptomları yüngülləşdirən dərmanları yanında saxlamaları tövsiyə olunmalıdır. Simptomların aradan qaldırılması üçün qısa təsir müddətli bronxodilatatorların istifadəsinin artması nəzarətin pisləşməsini göstərir və xəstələr həkim tərəfindən yenidən müayinə olunmalıdır. Astmaya nəzarətin qəflətən və proqressiv pisləşməsi həyat üçün təhlükəlidir və xəstə həkim tərəfindən müayinə olunmalıdır. Kortikosteroidlərin dozasının artırılması nəzərə alınmalıdır. Həmçinin SERETİD-in hal-hazırda qəbul edilən dozası astmaya adekvat nəzarəti təmin etmirsə, xəstə həkim tərəfindən yenidən müayinə olunmalıdır. Xəstələrdə astmanın kəskinləşmə riski olduğu üçün, SERETİD ilə müalicə qəflətən dayandırılmamalıdır, doza həkim nəzarəti altında tədricən azaldılmalıdır. AXOX olan xəstələr üçün müalicənin dayandırılması simptomatik dekompensasiya ilə assosiasiya oluna bilər və həkim tərəfindən nəzarətdə saxlanmalıdır. SERETİD qəbul edən AXOX olan xəstələr üzərində aparılan tədqiqatlarda pnevmoniya hallarının artması qeyd olunmuşdur (bax “Əlavə təsirlər” bölməsinə). Həkimlər AXOX olan xəstələrdə pnevmoniyanın yaranma ehtimalını nəzərdə saxlamalıdır, belə ki əksər hallarda pnevmoniya və kəskinləşmənin Klinik təzahürləri üst-üstə düşür. Tərkibində kortikosteroidlər olan bütün inhalyasion dərman vasitələri kimi SERETİD ağciyərlərin aktiv və ya latent vərəmi olan xəstələrə ehtiyatla təyin olunmalıdır. SERETİD tireotoksikozu olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Bütün simpatomimetik dərmanların qəbulu zamanı olduğu kimi, xüsusilə yüksək dozalarda bəzi hallarda ürək-damar sisteminə olan təsirlər, məsələn sistolik qan təzyiqinin və ürək döyüntülərinin sayının artması müşahidə oluna bilər. Buna görə də ürək-damar xəstəlikləri olan pasiyentlərdə SERETİD ehtiyatla istifadə olunmalıdır. Bütün simpatomimetik dərman vasitələrinin yüksək dozalarda qəbulu zamanı qan zərdabında kaliumun miqdarının keçici düşməsini müşahidə oluna bilər. Buna görə də zərdabda kaliumun miqdarının aşağı düşməsinə meyilli olan xəstələrdə SERETİD ehtiyatla istifadə olunmalıdır. Sistemli təsirlər istənilən inhalyasion kortikosteroidlərin xüsusilə yüksək dozalarda və uzun müddətli təyini zamanı yarana bilər; bu təsirlərin yaranma ehtimalı peroral kortikosteroidlərə nisbətən daha azdır (bax “Doza həddinin aşılması” bölməsinə). Yarana biləcək sistemli təsirlərə Kuşinq sindromu, Kuşinq sindromuna bənzər əlamətlər, adrenal supressiya, uşaqlarda və yeniyetmələrdə boy artımının ləngiməsi, sümüklərdə mineral sıxlığının azalması, katarakta, qlaukoma və mərkəzi seroz xorioretinopatiya aiddir. Buna görə də astma olan xəstələrdə inhalyasion kortikosteroidin dozasını effektiv nəzarəti təmin etmək üçün kifayət edən minimal dozaya qədər titrləmək zəruridir. Stressə səbəb ola biləcək təxirəsalınmaz hallarda və seçmə situasiyalarda adrenal reaksiyanın pozulması nəzərdə saxlanmalıdır və müvafiq kortikosteroid terapiya nəzərdən keçirilməlidir (bax “Doza həddinin aşılması” bölməsinə). İnhalyasion kortikosteroidlə üzün müddət ərzində müalicə alan uşaqlarda müntəzəm olaraq boy artımına nəzarət tövsiyə olunur. Adrenal reksiyanın pozulma ehtimalı olduğu üçün oral steroid terapiyadan inhalyasion flutikazon propionatla müalicəyə keçirilən xəstələr xüsusi ehtiyatla müalicə olunmalı və adrenokortikal funksiya müntəzəm olaraq yoxlanmalıdır. İnhalyasion flutikazon propionatın istifadəsindən sonra sistemli terapiya tədricən dayandırılmalı və xəstələrə stress situasiyalarda əlavə terapiyaya ehtiyacı olduğunu göstərən xəbərdarlıq kartını özlərində saxlamaları tövsiyə olunmalıdır. Çox nadir hallarda qanda qlükozanın səviyyəsinin artması haqqında məlumat verilmişdir (bax “Əlavə təsirlər” bölməsinə), və bu məlumat anamnezində şəkərli diabet olan xəstələrə preparatın təyini zamanı nəzərə alınmalıdır. Post-marketinq dövründə istifadəsi zamanı flutikazon propionat və ritonavir alan xəstələrdə Kuşinq sindromu və adrenal supressiya da daxil olmaqla kortikosteroidlərin sistemli təsiri ilə nəticələnən, dərman vasitələrinin Klinik cəhətdən əhəmiyyət kəsb edən qarşılıqlı təsirləri haqqında məlumatlar qeydə alınmışdır. Buna görə də, xəstə üçün fayda, sistem kortikosteroidlərin əlavə təsirlərindən üstün olmadığı təqdirdə, flutikazon propionat və ritonavir birlikdə təyin olunmamalıdır (bax “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə). Dərman vasitələrinin qarşılıqlı təsirini öyrənən tədqiqatda müşahidə olunmuşdur ki, sistem təsirli ketokonazolun yanaşı təyini SEREVENT-in təsirini artırır. Bu, QTc intervalının uzanmasına səbəb ola bilər. SEREVENT-lə yanaşı CYP3A4 fermentinin güclü inhibitorunun (məsələn, ketokonazol) istifadəsi zamanı etiyatlı olmaq lazımdır (bax “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakokinetikası” bölməsinə). Digər inhalyasion preparatlarla müalicə zamanı olduğu kimi, dozanın qəbulundan sonra qəflətən xırıltıların artması ilə müşayiət olunan paradoksal bronxospazm baş verə bilər. Bu vəziyyət dərhal sürətli və qısa müddətli təsir edən bronxodilatatorla müalicə olunmalıdır. Salmeterol-FP Akuhaler/Diskus və ya Evohalerlə müalicə dərhal dayandırılmalı, pasiyent müayinə olunmalı və ehtiyac olarsa alternativ müalicə başlanmalıdır (bax “Əlavə təsirlər” bölməsinə). β aqonistlərlə müalicənin farmakoloji əlavə təsirləri, məsələn tremor, subyektiv olaraq2- ürəkdöyünmənin artması və baş ağrısı qeydə alınmışdır, lakin keçici xarakter daşıyıb, və müntəzəm müalicə ilə azalırdı (bax “Əlavə təsirlər” bölməsinə).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ciddi zərurət olmadığı halda, qeyri-selektiv və selektiv β-blokatorların istifadəsindən çəkinmək lazımdır. Adi şəraitdə «ilkin» keçid zamanı intensiv metabolizmə uğraması və bağırsaqda və qaraciyərdə P450 3A4 sitoxromunun təsiri altında yüksək sistem klirensi səbəbindən, inhalyasiya olunan dozadan sonra plazmada flutikazon propionatın aşağı konsentrasiyaları əldə olunur. Buna görə də flutikazon propionatın digər dərman vasitələri ilə Klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsirin olacağı az ehtimal edilir. Sağlam şəxslərdə dərmanların qarşılıqlı təsirini öyrənən tədqiqat göstərmişdir ki, ritonavir (sitoxrom P 3A4 sisteminin çox güclü inhibitoru) flutikazon propionatın plazmada konsentrasiyasını450 əhəmiyyətli dərəcədə qaldırır və zərdabda kortizolun konsentrasiyasının nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Post-marketinq dövründə istifadəsi zamanı burundaxili və ya inhalyasiya yolu ilə flutikazon propionat və ritonavir alan xəstələrdə Kuşinq sindromu və adrenal supressiya da daxil olmaqla, kortikosteroidlərin sistemli təsiri ilə nəticələnən, Klinik cəhətdən əhəmiyyət kəsb edən qarşılıqlı təsirlər qeydə alınmışdır. Bu səbəbdən, xəstə üçün gözlənilən fayda sistemli kortikosteroidlərin əlavə təsirlərinin yaranma riskindən üstün olmadığı halda, flutikazon propionat və ritonavirin birlikdə istifadəsindən çəkinmək lazımdır. 3A4 sisteminin digər inhibitorları zərdabda kortizolunTədqiqatlar göstərmişdir ki, sitoxrom P450 səviyyəsini nəzərə çarpacaq dərəcədə azaltmadan flutikazon propionatın sistem təsirini əhəmiyyətsiz (eritromisin) və ya az dərəcədə (ketokonazol) artırır. Buna baxmayaraq, sitoxrom P 3A4 sisteminin450 güclü inhibitorları (məsələn, ketokonazol) ilə yanaşı təyin olunduqda, onların flutikazon propionatın sistemli təsirini artıra biləcəyini nəzərə alaraq, ehtiyatlı olmaq tövsiyə olunur. Ketokonazol və SEREVENT-in yanaşı təyini plazmada salmeterolun təsirinin nəzərə çarpacaq dərəcədə və 15-dəfə AUC) və bu, QTc intervalının uzanmasına səbəb olurartması ilə nəticələnir (1,4-dəfə Cmax (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetikası” bölmələrinə). Uyuşmazlığı Qeyd olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İnsanlarda fertilliklə bağlı məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar flutikazon propionat və salmeterol ksinafoatın kişi və qadın fertilliyinə təsirinin olmadığını göstərmişdir. Hamilə qadınlara dair məlumatlar məhdud saydadır. Hamiləlik zamanı dərman vasitəsi yalnız ana üçün gözlənilən fayda döl və ya uşaq üçün ehtimal olunan riskdən üstün olduqda təyin oluna bilər. Retrospektiv epidemioloji tədqiqatdan alınan nəticələr hamiləliyin ilk trimestri ərzində flutikazon propionatın təsirindən sonra inhalyasion kortikosteroidlərlə müqayisədə əsas anadangəlmə qüsurların (ƏAQ) yaranma riskində artımın olduğunu göstərməmişdir (bax “Farmakodinamikası” bölməsinə). İstər tək, istərsə də kombinasiya şəklində dərman vasitəsinin təyini ilə heyvanlar üzərində aparılan adrenoreseptorların güclü aqonisti vəreproduktivlik toksiklik üzrə tədqiqatlar β2- qlükokortikosteroidlərin həddindən artıq yüksək sistem təsirə malik səviyyədə dölə gözlənilən təsirlərini aşkar etmişdir. Bu sinifdən olan dərman vasitələri ilə geniş Klinik təcrübə zamanı təsirlərin terapevtik dozalar üzə çıxmasına dair dəlilləri müəyyən etməmişdir. Terapevtik dozaların inhalyasiyadan sonra salmeterol və flutikazon propionatın plazmada konsentrasiyası çox azdır, buna görə də müvafiq olaraq insanlarda ana südündə də konsentrasiyasının az olması ehtimal olunur. Bu, laktasiya dövründə olan heyvanlar üzərində aparılan təqiqatlarda təsdiq olunmuşdur, belə ki, süddə dərman vasitəsinin konsentrasiyası aşağı idi. İnsanlarda ana südündə konsentrasiyasına dair məlumatlar mövcud deyil. Laktasiya dövründə təyini yalnız ana üçün gözlənilən faydanın uşaq üçün ehtimal olunan hər hansı bir riskdən üstün olduğu halda mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən spesifik tədqiqatlar aparılmamışdır, lakin hər iki dərman vasitəsinin farmakologiyası hər hansı bir təsirin olduğunu göstərmir.
İstifadə qaydası və dozası
SERETİD Evohaler yalnız inhalyasiya üçün nəzərdə tutulub. Pasiyentlər məlumatlandırılmalıdırlar ki, optimal fayda üçün xəstəliyin simptomları olmadıqda belə, SERETİD Evohaler müntəzəm qəbul edilməlidir. Xəstələr qəbul etdikləri SERETİD-in optimal dozada qalmasına əmin olmaq üçün müntəzəm olaraq həkim tərəfindən təkrar müayinə olunmalıdır, doza yalnız həkim məsləhəti ilə dəyişilə bilər. Astma (Tənəffüs Yollarının Geriyə Dönən Obstruksiyası) Doza simptomlara effektiv nəzarəti təmin edən ən kiçik dozaya qədər titrlənməlidir. Gündə iki dəfə SERETİD-in qəbulu zamanı simptomlara nəzarət əldə olunursa, ən kiçik dozaya qədər titrləmə üçün SERETİD gündə bir dəfə təyin oluna bilər. Pasiyentlərə tərkibində xəstəliyin ağırlıq dərəcəsinə müvafiq dozada flutikazon propionat olan SERETİD dozası təyin olunmalıdır. Əgər inhlayasion kortikosteroidlə müalicə zamanı xəstədə adekvat nəzarət əldə olunmursa, kortikosteroidin terapevtik dozasına ekvivalent dozada SERETİD ilə əvəz olunması astmaya nəzarətin yaxşılaşmasına səbəb ola bilər. Astmaya nəzarət yalnız inhalyasion kortikosteroidlərlə mümkün olan xəstələrdə SERETİD ilə əvəz olunma nəzarəti saxlamaqla, kortikosteroidin dozasının azaldılmasına imkan verə bilər. Əlavə məlumat üçün “Farmakodinamikası” bölməsinə baxın. Tövsiyə olunan doza: Böyüklər və 12 yaş və daha böyük yeniyetmələr: Gündə iki dəfə 25 mkq salmeteroldan və 125 mkq flutikazon propionatdan ibarət iki inhalyasiya. və ya Gündə iki dəfə 25 mkq salmeteroldan və 250 mkq flutikazon propionatdan ibarət iki inhalyasiya. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (AXOX) Böyüklər üçün tövsiyə olunan doza gündə iki dəfə 25/125 mkq-dan 25/250 mkq salmeterol/flutikazon propionat iki inhalyasiyasından ibarətdir. Gündə iki dəfə 50/500 mkq dozada SERETİD Akuhaler/Diskus bütün səbəblərdən ölüm göstəricisini azaltdığını nümayiş etdirmişdir (bax “Klinik tədqiqatlar” bölməsinə). Xüsusi pasiyent qrupları: Yaşlı xəstələrdə və ya böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. İstifadəsi və idarə edilməsi İnhalyatorunuzun yoxlanması Birinci dəfə istifadə etməzdən əvvəl və ya bir həftə və ya daha uzun müddət istifadəsiz qaldıqdan sonra (bir həftə və ya daha çox) inhalyatorun işlədiyinə əmin olmaq üçün, onun qıraqlarından astaca basmaqla müştüyün qapağını çıxarın, inhalyatoru yaxşı silkələyin və iki dəfə havaya püskürdün. İnhalyatorun istifadəsi: 1. Qapağın qıraqlarından astaca basmaqla müştüyün qapağını çıxarın. 2. Bərkidilməmiş hissələrin olub-olmamasını aşkar etmək üçün inhalyatoru, müştük də daxil olmaqla, üstdən və içəridən yoxlayın. 3. İstənilən bərkidilməmiş hissələrin kənar edilməsinə və inhalyatorun içindəki möhtəviyyatın bərabər qarışmasına əmin olmaq üçün inhalyatoru yaxşı silkələyin. 4. İnhalyatoru şaquli vəziyyətdə müştükdə aşağıda, baş barmaq əsasında olmaqla, baş barmaq və digər barmaqlar arasında saxlayın. 5. Mümkün qədər dərindən nəfəs verin və müştüyü dişlərinizin arasında ağızda yerləşdirin, dodaqlarınızı ətrafında kip sıxın, lakin dişləməyin. 6. Ağızla dərindən nəfəs almağa başladığınız anda salmeterol və flutikazon propionatı azad etmək üçün inhalyatorun yuxarı hissəsindən bərk basin, bu zaman tədricən və dərindən nəfəs almaga davam edin. 7. Nəfəsinizi saxlayaraq, inhalyatoru ağızdan çıxarın və barmağınızı inhalyatorun yuxarı hissəsindən götürün. Nəfəsinizi mümkün qədər saxlamağa davam edin. 8. İkinci dəfə püskürmə üçün inhalyatoru şaquli vəziyyətdə saxlayın, yarım dəqiqə gözləyin və 3-cü mərhələdən 7-ci mərhələyə qədər təkrar edin. 9. Sonda ağzınızı su ilə yaxalayın və suyu tüpürün. 10. Müştüyün qapağını bərk sıxın və lazımı vəziyyətdə basmaqla bağlayın. 5, 6 və 7-ci mərhələni icra edərkən tələsməyin. İnhalyatoru bilavasitə işlətməmişdən əvvəl mümkün qədər asta nəfəs almaq zəruridir. İlk vaxtlar güzgünün qarşısında məşq edin. İnhalyatorunuzun yuxarı hissəsindən və ya ağız bucaqlarından “duman” çıxarsa, yenidən 2-ci mərhələdən başlayaraq təkrar edin. Əgər həkiminiz inhalyatorun istifadəsi ilə bağlı fərqli təlimatlar verərsə, bu təlimatlara diqqətlə əməl edin. Hər hansı çətinliyiniz olarsa, həkiminizə müraciət edin. Uşaqlar Balaca uşaqların köməyə ehtiyacı ola bilər və böyüklər inhalyatorun istifadəsində onlara kömək edə bilər. Uşaqdan nəfəs verməyi xahiş edin və bilavasitə nəfəs almağa başladığı anda inhalyatoru püskürdün. Uşaqla birlikdə məşq edin. Böyük yaşlı uşaqlar və əlləri zəif olan xəstələr inhalyatoru iki əllə tutmalıdır. Hər iki əlin şəhadət barmağını inhalyatorun yuxarı hissəsində, baş barmaqları isə müştüyün altında əsasında yerləşdirin. İnhalyatorun təmizlənməsi İnhalyatorunuzu ən azı həftədə bir dəfə təmizləmək lazımdır. 1. Müştüyün qapağını çıxarın. 2. Balonu plastik korpusdan çıxarmayın. 3. Müştüyü daxildən və xaricdən quru əski və ya pambıqla silin. 4. Müştüyün qapağını bağlayın.
Əlavə təsirləri
Hər bir komponentlə-salmeterol ksinafoat və flutikazon propionatla assosiasiya olunan əlavə təsirlər aşağıda təsvir olunmuşdur. Hər bir ayrıca komponentlə bağlı yaranan əlavə təsirlər ilə müqayisədə, kombinəolunmuş preparatın istifadəsi zamanı digər əlavə təsirlər meydana çıxmamışdır. Aşağıda göstərilən əlavə təsirlər sistem orqan sinfinə və rastgəlmə tezliyinə görə təsnif olunmuşdur. Rastgəlmə tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥ 1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100-ə qədər), nadir (≥1/10,000-dən <1/1000-ə qədər) və çox nadir (<1/10,000). Rastgəlmə tezliklərinin əksəriyyəti astma üzrə 23 və AXOX üzrə 7 sınaqdan alınan birləşmiş Klinik tədqiqat məlumatlarına əsaslanır. Klinik sınaqlarda bütün əlavə təsirlər qeyd olunmamışdır. Bu əlavə təsirlərin rastgəlmə tezliyi spontan məlumatlara əsasən hesablanır. Klinik tədqiqatlardan alınan məlumatlar İnfeksiya və invaziyalar Tez-tez: ağız boşluğunda və udlaqda kandidoz, pnevmoniya (AXOX olan xəstələrdə). Nadir: qida borusunun kandidozu İmmun sisteminin pozğunluqları Hiperhəssaslıq reaksiyaları: Bəzən: dəridə hiperhəssaslıq reaksiyaları, dispnoye. Nadir: anafilaktik reaksiyalar Endokrin pozğunluqlar Gözlənilən sistem təsirlərə aşağıdakılar aiddir (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə): Bəzən: katarakta Nadir: qlaukoma Metabolizm və qidalanma pozğunluqları Bəzən: hiperqlikemiya. Psixi pozğunluqlar Bəzən: həyəcan, yuxu pozğunluqları. Nadir: davranış pozğunluqları, hiperaktivlik və qıcıqlanma da daxil olmaqla (əsasən uşaqlarda) Sinir sisteminin pozğunluqları Çox tez-tez: baş ağrısı (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə). Bəzən: tremor (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə). Ürək-damar sistemi tərəfindən pozğunluqlar Bəzən: ürəkdöyünmə (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə), taxikardiya, qulaqcıqların fibrillyasiyası. Nadir: mədəciküstü taxikardiyalar və ektrasistoliyalar da daxil olmaqla ürək aritmiyaları. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Tez-tez: səsin batması/disfoniya. Bəzən: boğazda qıcıqlanma Dəri və dərialtı toxumanın pozğunluqları Bəzən: əzilmələr. Skelet-əzələ sitemi və birləşdirici toxumanın pozğunluqları Tez-tez: əzələdə qıcolmalar, artralgiya. Postmarketinq dövründə istifadə zamanı alınan məlumatlar İmmun sistemin pozğunluqları Aşağıda göstərilən əlamətlərlə özünü büruzə verən hiperhəssaslıq reaksiyaları: Nadir: angioödem (əsasən üzdə və ağız-udlaq nahiyəsində ödem) və bronxospazm. Endokrin pozğunluqları Gözlənilən sistemli təsirlərə aşağıdakılar aiddir (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə): Nadir: Kuşinq sindromu, Kuşinq sindromuna bənzər əlamətlər, adrenal supressiya, uşaq və yeniyetmələrdə boy artımının ləngiməsi, sümüklərdə mineral sıxlığın azalması Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Nadir: paradoksal bronxospazm (bax “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə)
Doza həddinin aşılması
SERETİD, salmeterol və/və ya flutikazon propionatın doza həddinin aşılmasına dair mövcud olan məlumat aşağıda verilmişdir: Salmeterolun doza həddinin aşılması zamanı gözlənilən əlavə təsirlər tremor, baş ağrısı, taxikardiya, adrenoreseptorların həddindənsistolik qan təzyiqinin yüksəlməsi və hipokalemiya da daxil olmaqla β2- artıq stimulyasiyası üçün xarakter olan təsirlərdi. Salmeterol və flutikazon propionat ilə doza həddinin aşılması üçün spesifik müalicə yoxdur. Doza həddinin aşılması baş verərsə, ehtiyac olarsa, xəstələr müvafiq nəzarət altında dəstəkləyici müalicə almalıdırlar. Tövsiyə olunan dozadan artıq dozada flutikazon propionatın kəskin inhalyasiyası hipotalamus-hipofiz-adrenal sistemin müvəqqəti olaraq supressiyasına səbəb ola bilər. Bu zaman adətən müalicə tədbirlərinə ehtiyac olmur, belə ki adrenal funksiya bir neçə gün ərzində bərpa olur. Əgər SERETİD-in tövsiyə olunan dozadan yüksək dozalarda qəbulu uzun müddət davam edərsə, əhəmiyyətli dərəcədə adrenokortikal supressiyanın baş verməsi mümkündür. Çox nadir hallarda əsasən tövsiyə olunan dozadan yüksək dozaları uzun müddət qəbul edən uşaqlarda kəskin adrenal kriz qeydə alınmışdır (bir neçə ay və ya il); müşahidə olunan əlamətlərə şüurun ləngiməsi/və ya qıcolmalarla müşayiət olunan hipoqlikemiya aiddir. Adrenal krizə səbəb olan vəziyyətlərə travma, cərrahi əməliyyat, infeksiya və ya inhalyasiya olunan flutikazon propionatın dozasının kəskin azaldılması daxildir. Təyin olunmuş dozadan yüksək dozalarda SERETİD-in qəbulu tövsiyə olunmur. Müntəzəm olaraq müalicəyə yenidən baxılması və dozanın xəstəliyə effektiv nəzarəti təmin edən ən aşağı dozaya qədər titrlənməsi zəruridir (bax “İstifadə qaydası və dozası” bölməsinə).
Buraxılış forması
SERETİD Evohaler tərkibində CFC olmayan HFA 134a propellentində salmeterol və flutikazon propionat suspenziyasından ibarət, inhalyasiya üçün dozalanmış aerozoldur. Suspenziya dozalanmış klapanla örtülü, alüminium xəlitədən hazırlanmış balona yerləşdirilir. Hazırlanmış balon bütöv inhalyatoru formalaşdıran, püskürdücü dəlik və toz qoruyucu qapaqlarla təchiz olunmuş plastik püskürdücüyə yerləşdirilir. 120 dozadan ibarət inhalyator içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Saxlanma şəraiti qablaşdırmanın üzərində ətraflı əks olunmuşdur. Müstüyün qapağını çıqqıltı səsi eşidilənə qədər kip basın. 30℃-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır. Donmadan və birbaşa günəş şüalarının təsirindən qoruyun. Presslənmiş balonda qablaşdırılan əksər inhalyasion preparatlarda olduğu kimi, dərman vasitəsinin terapevtik effekti balon soyuq olarsa azalacaq. Təzyiqaltı balon. 50°C-dən yuxarı olan temperaturlara məruz qoymayın. Balon hətta boş olarsa belə, deşilməməli, qırılmamalı və yandırılmamalıdır. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Glaxo Wellcome Production*, Fransa (Zone Industrielle No. 2, 23 Rue Lavoisier, 27000 Evreux, Fransa)
Qeydiyyat vəsiqəsinin sahibi
Laboratoire GlaxoSmithKline, Fransa (23 rue Francois Jacob, 92500 Rueil-Malmaison, Fransa) Azərbaycan Respublikası ərazisində məhsulun keyfiyyəti ilə istehlakçıların iddialarını qəbul edən və farmakonəzarət məsələləri üzrə məsul təşkilatın adı və ünvanı: “Zeytun Pharmaceuticals” AZ1000, Azərbaycan, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, «BEGOC» Biznes Mərkəzi Telefon: +994124047885 (359) Mob: +994512251225 Elektron ünvan: [email protected]; [email protected] *GSK şirkətlər qrupunun üzvü Ticarət nişanları GSK şirkətlər qrupuna məxsus və ya lisenziyalıdır. ©2022 GSK şirkətlər qrupu və ya onun lisenziya sahibi.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.