Senadeksin N10 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kontakt işlədici vasitələr. Səna qlikozidləri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,72 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SENADEKSİN tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində içərisində A və B sennozidlərin kalsium duzları olan, 20% hesabı ilə 70 mq səna yarpaqlarının ekstraktı vardır Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, vanilin, maqnezium stearat, stearin turşusu, talk.
Təsviri
Yastı silindrik formalı, kənarları kəsik, üzərində xətti olan, boz-qəhvəyi rəngdən daha tünd və daha açıq rəngli çilləri olan qəhvəyi rəngə qədər, vanilin qoxulu tabletlərdir.
Farmakoterapevtik qrupu
Kontakt işlədici vasitələr. Səna qlikozidləri. ATC kodu: А06АВ06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Yoğun bağırsağın hərəki fəaliyyətinə təsir göstərən, bitki mənşəli işlədici vasitə. Preparatın təsiredici maddəsi səna, antron tipli işlədici vasitələr qrupuna aiddir. Yoğun bağırsaqda antraqlikozidlər bağırsağın bakterial florası tərəfindən farmakoloji aktiv antronlara və antranollara parçalanır ki, bu da, yoğun bağırsağın intrareseptorlarını qıcıqlandıraraq bağırsağın peristaltikasını gücləndirir və boşalmasını sürətləndirir. Antronlar və antranollar su və elektrolitlərin sorulmasının qarşısını alır, suyun bağırsaq mənfəzinə diffuziyasına səbəb olur. Bu, nəcis kütləsinin həcminin artmasına səbəb olur ki, bu da, perestaltikanı stimullaşdırır. İşlədici təsiri 6-12 saatdan sonra yaranır. Preparatın uzun müddət istifadəsi zamanı onun təsiretmə intensivliyi orqanizmdə kaliumun miqdarının azalması hesabına zəifləyə bilər. Farmakokinetikası Təsiredici maddələr olan səna antraqlikozidlərinin metabolitləri praktik olaraq sorulmur, əsasən nəcislə, o cümlədən, sidiklə xaric olur. Həmçinin tərlə xaric olunur, onların az miqdarı ana südünə keçir.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı bağırsaq atoniyası ilə əlaqədar qəbizlik. Rentgenoloji müayinələrə hazırlıq.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, mədə-bağırsaq sisteminin kəskin iltihabi xəsləlikləri (Kron xəstəliyi, kolitlər, xoralı kolit), kəskin bağırsaq xəstəliklərinin və ya cərrahi müdaxilənin (divertikulit, appendisit, peritonit, tez-tez baş verən diareya) nəticəsi ola bilən həzm sisteminin diaqnoz olunmamış xəstəlikləri, ürəkbulanma, qusma, bağırsaq keçməzliyi/paralitik bağırsaq keçməzliyi, spastik qəbizlik; boğulmuş yırtıq, qaraciyərin üzvi zədələnməsi, naməlum mənşəli epiqastral ağrı, mədə-bağırsaq və uşaqlıq qanaxmaları, sistit, spastik ağrı, su-duz balansının ağır pozuntusu (hipokaliemiya), rektal hemorragiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsi, yalnız o zaman məsləhət görülür ki, defekasiyanın normallaşması pəhrizin dəyişməsi ilə əldə oluna bilməsin; bağırsağın normal funksiyasının bərpa olunması üçün lazım olan minimal effektiv dozanı qəbul etmək lazımdır. Ürək qlikozidləri, antiaritmik vasitələr, QT intervalını uzadan preparatlar, diuretiklər, kortikosteroidlər və ya biyan kökü əsasında olan preparatlar qəbul edən pasiyentlər dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Qəbizliyin səbəbi məlum deyilsə və ya həzm traktı tərəfindən yaranan şikayətlər olduqda (qarın nahiyəsində ağrı, ürəkbulanma və qusma), pasiyent işlədici vasitələrin qəbuluna başlamadan əvvəl həkim qəbizliyin səbəbini müəyyən etməlidir, belə ki, bu simptomlar başlayan və ya artıq mövcud olan bağırsaq keçməzliyinin əlamətləri ola bilər. Preparat epizodik istifadə üçün nəzərdə tutulub, bu səbəbdən preparatın qəbulu 1 həftədən çox davam etdiyi təqdirdə, dərman vasitəsi ehtiyatla və həkimlə əvvəlcədən məsləhətləşdikdən sonra qəbul edilməlidir, belə ki, bağırsaq fəaliyyətini stimullaşdıran işlədici vasitələrin uzunmüddətli istifadəsi bağırsaq atoniyasının güclənməsinə səbəb ola bilər. Preparatı digər dərman vasitələrinin qəbulundan sonra iki saat ərzində və ya məsləhət görülən dozalardan artıq dozada qəbul etmək olmaz. Nəcis saxlamamazlıqdan əziyyət çəkən böyüklər preparatın qəbulu zamanı bezlərin (salfetlərin) dəyişdirilməsi yolu ilə dərinin nəcislə uzunmüddətli kontaktının qarşısı almalıdırlar. Qaraciyər və ya böyrəklərin xəstəlikləri olan, bağırsağın xronik iltihabi xəstəlikləri olan pasiyentlər preparatı ehtiyatla qəbul etməlidirlər. Pasiyentin bəzi şəkərlərə qarşı dözümsüzlüyü aşkar edildikdə, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri barədə məlumat verilməyib. Xinidin sulfatla (antiaritmik preparat) eyni zamanda istifadə etdikdə, antraxinon işlədici vasitələrlə rəqabət xüsusiyyətinə görə preparatın təsiredici maddəsinin qan zərdabında səviyyəsinin azalması mümkündür. Ürək qlikozidləri ilə eyni vaxtda istifadəsi hipokaliemiya nəticəsində ürək aritmiyası yarada bilir. Antiaritmik vasitələrin, diuretiklərin və kortikosteroidlərin eyni vaxtda istifadəsi zamanı əzələ zəifliyi inkişaf edir. Uzunmüddətli istifadəsi və ya yüksək dozaların istifadəsi zamanı preparat tetrasiklinlərin absorbsiyasını pozur. Həzm traktında yavaş sorulan dərman vasitələrinin effektivliyini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Baxmayaraq ki, preparatın istifadəsi hamilə qadınlara əks göstəriş deyil, onun istifadəsi, yalnız həkim müşahidəsi altında məsləhət görülür. Preparatın hamilələrdə istifadəsi əlavə təsirlərin (abdominal ağrılar, diareya) inkişafetmə riskinin yüksək ehtimalı ilə əlaqədardır. Dərman vasitəsilə müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır, belə ki, preparatın komponentləri südün tərkibinə keçə bilir və uşaqda tez-tez duru nəcisə səbəb ola bilər. Eyni zamanda lazımi dozalanma şəraitində uşaqda arzuolunmaz effektlərin yaranması az ehtimal edilir. Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqlara istifadəsi məsləhət görülmür Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat adətən nəqliyyat vasitələrini idarə etməyə və yüksək diqqət, sürətli psixi və hərəki reaksiyalar tələb edən fəaliyyət növlərinin yerinə yetirilməsinə təsir göstərmir. Lakin preparata qarşı fərdi reaksiyanı yoxlamaq lazımdır.
İstifadə qaydası və dozası
Dərman vasitəsi daxilə, az miqdarda maye ilə içilərək, adətən yatmazdan əvvəl və ya səhərlər qəbul edilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara sutkada 1-2 dəfə 2 tablet qəbul etmək məsləhət görülür. Maksimal sutkalıq doza 4 tabletdir. Yaşlı xəstələrə müalicəni 1 tablet doza ilə başlamaq lazımdır.
Əlavə təsirləri
Preparat adətən yaxşı mənimsənilir, lakin nadir hallarda əlavə təsirlərin yaranması mümkündür ki, bu da, adətən geridönən olub, dərman vasitəsinin qəbulu dayandırıldıqdan sonra və ya onun dozasını azaltdıqda tez keçib gedir. Həzm sistemində baş verən pozulmalar:tək-tək hallarda anoreksiya, qarın nahiyəsində ağrı, diareya ola bilər; uzunmüddətli istifadəsi/sui-istifadə zamanı ürəkbulanma, qusma, meteorizm, bağırsağın psevdomelanozu, yoğun bağırsağın atoniyası, həzmin pozulması, sancılar, bədən kütləsinin itirilməsi baş verə bilər. Sidikçıxarıcı yollarda baş verən pozulmalar:sidiyin rənginin dəyişməsi (pH göstəricisindən asılı olaraq qırmızı və ya qəhvəyi, bu da, klinik əhəmiyyət daşımır); uzun müddət istifadəsi/sui- istifadə zamanı proteinuriya, hematuriya. Maddələr mübadiləsi və metabolizmdə baş verən pozulmalar:işlədici vasitələrin uzunmüddətli istifadəsi/sui-istifadəsi elektrolitlərin, əsasən kaliumun itirilməsinə səbəb ola bilər ki, bu da, ürək fəaliyyətinin pozulmasını, kollaps, yorğunluq hissi, əzələ zəifliyi, qıcolmalar yarada bilir. İmmun sistemdə baş verən pozulmalar:dəri səpgisi, qaşınma, övrə, lokal və yayılmış ekzantema daxil olmaqla, allergik reaksiyalar müşahidə oluna bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı diareya inkişaf edə bilər, bu da, su-duz balansının pozulmasını, bağırsaq sancıları, həzm traktı orqanlarının qıcıqlanmasını yaradır, ürəkbulanmaya, epiqastral ağrıya, qıcolmalara, bağırsağın funksiyasının pisləşməsininə, damar kollapsına və metabolik asidoza səbə olur. Müalicəsi Mədənin yuyulması daxil olmaqla, simptomatikdir. Ciddi diareya təhlükəsi olduqda, rehidratasiya (çoxlu miqdarda suyun qəbulu) məsləhət görülür.
Buraxılış forması
10 tablet, blisterdə. Müvafiq sayda blister və içlik vərəqə qrup qablaşdırmasında.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Lubnıfarm” SC. 37500, Lubnı şəh., Poltavskaya vilayəti, Barvinkova küç. 16., Ukrayna.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.