Seftriakson 1 q flakon Belmed
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial preparatlar. III nəsil sefalosporinlər |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEFTRİAKSON 0,5 q; 1,0 q venadaxili və əzələdaxili yeridilmə üçün məhlul hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone
Tərkibi
Təsiredici maddə: 1 flakonda 0,5 q və ya 1,0 q seftriakson (seftriakson natrium duzu şəklində) vardır. 1 flakonda 1,8 mmol (≈41,5 mq) (0,5 q) və ya 3,6 mmol (≈83 mq) (1,0 q) natrium vardır.
Təsviri
Ağ və ya sarımtıl kristallik tozdur.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial preparatlar. III nəsil sefalosporinlər. ATC kodu: J01DD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Seftriakson parenteral istifadə üçün III nəsil geniş spektrli sefalosporin antibiotikidir. Bakterisid aktivliyi bakteriya hüceyrə divarının sintezinin inhibə edilməsi ilə əlaqədardır. Qrammənfi və qrammüsbət mikroorqanizmlərin əksər beta-laktamazalarının təsirinə davamlıdır. Spesifik törədicilərə qarşı klinik effektivlik Qazanılmış rezistentliyin yayılması coğrafi cəhətdən və zamanla ayrı-ayrı növlər üçün dəyişə bilər, bu səbəbdən ağır infeksiyaların müalicəsi zamanı seftriaksona qarşı rezistentliyə dair yerli məlumatlar nəzərə alınmalıdır. Adətən həssas növıər Qrammüsbət aeroblar: а Staphylococcus aureus (metisillinə həssas) а Staphylococci koaqulazaya qarşı neqativ (metisillinə həssas) Streptococcus pyogenes (А qrupu) Streptococcus agalactiae (В qrupu) Streptococcus pneumonia Streptococcus viridans qrupları Qrammənfi aeroblar: Borrelia burgdorferi Haemophilus influenzae Haemophilus parainfluenzae Moraxella catarrhalis Neisseria gonorrhoea Neisseria meningitides Proteus mirabilis Providencia spp. Treponema pallidum Qazanılmış rezistentliyin mümkün olduğu mikroorqanizmlərin növləri Qrammüsbət aeroblar: b Staphylococcus epidermidis b b Staphylococcus haemolyticus Staphylococcus hominis Qrammənfi aeroblar: Citrobacter freundii Enterobacter aerogenes Enterobacter cloacae c Escherichia coli с Klebsiella pneumoniae с Klebsiella oxytoca Morganella morganii Proteus vulgaris Serratia marcescens Anaeroblar: Bacteroides spp. Fusobacterium spp. Peptostreptococcus spp. Clostridium perfringens Rezistent mikroorqanizmlər Qrammüsbət aeroblar: Enterococcus spp. Listeria monocytogenes Qrammənfi aeroblar: Acinetobacter baumannii Pseudomonas aeruginosa Stenotrophomonas maltophilia Anaeroblar: Clostridium difficile Digər: Chlamydia spp. Chlamydophila spp. Mycoplasma spp. Legionella spp. Ureaplasma urealyticum Qeyd: a – Bütün metisillinə davamlı stafilokoklar seftriaksona davamlıdır. b – ən azı bir bölgədə rezistentlik > 50%. c – geniş təsirli beta-laktamazalar istehsal edən ştamlar həmişə davamlıdır. Farmakokinetikası Absorbsiyası Birdəfəlik 1 q dozanın əzələdaxili yeridilməsindən sonra plazmada maksimal konsentrasiya təxminən 81 mq/l təşkil edir və yeridilməsindən 2-3 saat sonra əldə olunur. Əzələdaxili yeridilmədən sonra plazmada “konsentrasiya-zaman” əyrisi altındakı sahə venadaxili yeridilən ekvivalent dozadan sonra müşahidə olunan əyrialtı sahəyə ekvivalentdir. Bu o deməkdir ki, seftriaksonun əzələdaxili yeridilməsinndən sonra biomənimsənilməsi 100% təşkil edir. Paylanması Seftriaksonun paylanma həcmi 7-12 litr təşkil edir. Əksər müvafiq patogenlər üçün minimal inhibəedici konsentrasiyalardan əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalar toxumalarda, o cümlədən ağciyərlərdə, ürəkdə, ödçıxarıcı yollarda/ qaraciyərdə, badamcıqlarda, orta qulaqda və burnun selikli qişasında, sümüklərdə, həmçinin onurğa beyni, plevral, prostat və sinovial mayelərdə aşkar olunur. Təkrar yeridilməsi zamanı plazmada orta maksimal konsentrasiyanın (C ) 8-15%max yüksəlməsi müşahidə olunur; bərabər çəkili vəziyyət əksər hallarda yeridilmə yolundan asılı olaraq 48-72 saat ərzində əldə olunur. Xüsusi toxumalara keçməsi Seftriakson beyin qişalarından keçir. Beyin qişaları iltihablı olduqda nüfuzetmə maksimal həddə çatır. Məlumat verilmişdir ki, bakterial meningiti olan pasiyentlərdə onurğa beyni mayesində seftriaksonun orta maksimal konsentrasiyaları plazmadakı səviyyəsinin 25%-ə qədərini, beyin qişaları iltihaba uğramayan xəstələrdə isə 2%-ə qədərini təşkil edir. Venadaxili yeridilmədən sonra seftriaksonun onurğa beyni mayesində maksimal konsentrasiyaları təxminən 4-6 saat sonra əldə olunur. Seftriakson plasentar baryerdən keçir və kiçik konsentrasiyalarda ana südü ilə ifraz olunur. Zülallarla birləşməsi Seftriakson geridönən şəkildə albuminlə birləşir. Plazmada 100 mq/l-dən aşağı konsentrasiyalarda plazma zülalları ilə birləşməsi təxminən 95% təşkil edir, konsentrasiya artdıqca birləşmiş seftriaksonun payı azalır (plazmada 300 mq/l konsentrasiya zamanı 85%-ə qədər). Metabolizmi Seftriakson sistem metabolizmə uğramır, lakin bağırsaq mikroflorası vasitəsilə qeyri-fəal metabolitlərə çevrilir. Xaric olması Seftriaksonun ümumi klirensi 10-22 ml/dəq təşkil edir. Böyrək klirensi 5-12 ml/dəq təşkil edir. Seftriaksonun 50-60%-i dəyişilməmiş şəkildə sidiklə, ilk növbədə yumaqcıq filtrasiyası vasitəsilə xaric olunur, 40-50%-i isə ödlə dəyişilməmiş şəkildə xaric olunur. Böyüklərdə seftriaksonun yarımxaricolma dövrü təxminən 8 saat təşkil edir. Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Yenidoğulmuşlarda dozanın təxminən 70% -i böyrəklər tərəfindən xaric edilir. Həyatın ilk 8 günündə olan uşaqlarda, eləcə də 75 yaşdan yuxarı pasiyentlərdə yarımxaricolma dövrü gənc yetkinlərə nisbətən orta hesabla 2-3 dəfə uzundur. Böyrək və ya qaraciyər çatışmazlığı olan pasiyentlərdə seftriaksonun farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişmir, yalnız yarımxaricolma müddətində əhəmiyyətsiz artma müşahidə olunurr. Yalnız böyrək funksiyasının pozğunluğu olduqda, ödlə xaric olması artır, qaraciyər funksiyasının pozğunluğu olduqda, böyrəklə xaric olması artır. Xəttilik/qeyri-xəttilik Seftriaksonun farmakokinetikası qeyri-xəttlidir və bütün əsas farmakokinetik parametrlər, yarımxaricolma dövrü istisna olmaqla, ümumi dərman konsentrasiyalarına görə dozadan-asılıdır və doza ilə mütənasib olaraq artma azdır. Qeyri-xəttilik plazma zülalları ilə birləşməsinin doymuş olması ilə əlaqədardır və buna görə ümumi plazma seftriaksonu üçün qeyd edilir, lakin sərbəst (birləşməmiş) seftriakson üçün qeyd edilmir. Farmakokinetik/farmakodinamik əlaqə Diğər betalaktamlarda olduğu kimi, in vivo effektivliyi ilə ən yaxşı korrelyasiyanı göstərən farmakokinetik-farmakodinamik indeks dozalanma intervalının nisbətidir, yəni birləşməmiş konsentrasiya seftriaksonun minimal inhibəedici konsentrasiyasından (MİK) hər fərdi hədəf növ üçün yüksək qalır (yəni %T > MİK). Klinikaya qədər təhlükəsizlik məlumatları Heyvanlar üzərində aparılan tədqiqatlar, seftriakson kalsium duzunun yüksək dozaları itlərin və meymunların öd kisəsində daşların və çöküntülərin geridönən əmələ gəlməsinə səbəb olduğunu göstərmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik və ya genotoksiklik ilə bağlı heç bir sübut aşkar etməmişdir. Seftriaksonun kanserogenliyi ilə bağlı tədqiqatlar aparılmamışdır.
İstifadəsinə göstərişlər
Seftriakson böyüklərdə və uşaqlarda, o cümlədən vaxtında doğulmuş yenidoğulmuşlarda aşağıda sadalanan infeksiyaların müalicəsi üçün istifadə olunur: ˗ bakterial meningit; ˗ xəstəxanadankənar və xəstəxanadaxili pnevmoniyalar; ˗ kəskin orta otit; ˗ qarın boşluğunun infeksiyaları; ˗ böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları; ˗ sümük və oynaq infeksiyaları; ˗ dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları; ˗ qonoreya; ˗ sifilis; ˗ bakterial endokardit. Preparat aşağıdakı hallarda istifadə edilə bilər: ˗ böyüklərdə ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin kəskinləşmələrinin müalicəsi zamanı; ˗ böyüklərdə və uşaqlarda, o cümlədən həyatlarının 15-ci günündən etibarən yenidoğulmuşlarda Laym borreliozun erkən (II) və gecikmiş (III) mərhələsinin müalicəsi zamanı; ˗ əməliyyatönü infeksiyaların profilaktikası üçün; ˗ bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi zamanı; ˗ yuxarıda sadalanan infeksiyalardan hər hansı biri ilə əlaqəli və ya əlaqəli olduğu ehtimal edilən bakteriemiyası olan pasiyentlərin müalicəsi zamanı; Seftriakson digər antibakterial maddələrlə birlikdə etioloji amillərin mümkün diapazonu onun təsir spektrinə uyğun gəlmədikdə təyin oluna bilər. Antibakterial preparatların lazımi qaydada istifadəsinə dair yerli rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Əks göstərişlər
˗ Seftriaksona, digər sefalosporinlərə qarşı hiperhəssaslıq; ˗ anamnezdə hər hansı digər beta-laktam antibakterial maddələrə (penisillinlərə, monobaktamlara və karbapenemlərə) qarşı ağır hiperhəssaslıq (məsələn, anafilaktik reaksiya); Seftriaksonun istifadəsi, həmçinin, əks göstərişdir: ˗ yaşı 41 həftəyə qədər olan yarımçıq doğulmuş yenidoğulmuşlara (hestasion yaşı + xronoloji yaş); ˗ vaxtında doğulmuş yenidoğulmuşlara (yaşı 28 günlük olana qədər): a) hiperbilirubinemiyalı, sarılıq və ya hipoalbuminemiya və ya asidozlu olanlar (belə ki, bu vəziyyətlərdə bilirubin ilə birləşmə pozulur*); b) seftriakson-kalsium duzunun çökməsi riski olduğu üçün kalsiumun venadaxili istifadəsi və ya kalsium tərkibli infuziyanın aparılmasına ehtiyac olduqda (və ya ehtimal olunduqda); *İn vitro tədqiqatlar göstərmişdir ki, seftriakson qan zərdabında bilirubini albuminlə birləşmə yerindən sıxışdırıb çıxara bilər, bu isə belə pasiyentlərdə bilirubin ensefalopatiyasının potensial riskinə gətirib çıxarır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiperhəssaslıq reaksiyaları Bütün β-laktam antibiotikləri ilə olduğu kimi, ciddi və bəzən ölümcül hiperhəssaslıq reaksiyaları müşahidə edilmişdir. Ağır hiperhəssaslıq reaksiyaları baş verdikdə, seftriakson ilə müalicə dərhal dayandırılmalı və müvafiq təcili tədbirlərə başlanılmalıdır. Müalicəyə başlamazdan əvvəl pasiyentin anamnezində seftriaksona, digər sefalosporinlərə və ya hər hansı digər növ β-laktam antibiotiklərə qarşı ağır yüksək həssaslıq reaksiyaların olub-olmamasını müəyyənləşdirmək lazımdır. Digər β- laktam antibiotikərinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə edilmiş pasiyentlərdə seftriaksondan istifadə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Seftriakson müalicəsi ilə əlaqədar olaraq həyat üçün təhlükə yaradan və ya ölümlə nəticələnə bilən ağır dəri reaksiyaları (Stivens-Conson sindromu, Layell sindromu/toksik epidermal nekroliz və eozinofiliya və sistem simptomları ilə dərman reaksiyasının (DRESS)) meydana çıxması halları müşahidə edilmişdir, lakin bu reaksiyaların başvermə tezliyi məlum deyil (“Əlavə təsirləri” bölməsinə baxın). Yariş-Herksheymer reaksiyası Spiroxet infeksiyası olan bəzi pasiyentlərdə seftriaksonla müalicəyə başladıqdan sonra qısa müddət ərzində Yariş-Herksheymer reaksiyası baş verə bilər. Bu reaksiya adətən özünü məhdudlaşdırmaya meylli olur və simptomatik müalicə olunur. Belə reaksiya meydana çıxan zaman antibiotiklə müalicə dayandırılmamalıdır. Tərkibində kalsium olan dərman preparatları ilə qarşılıqlı təsiri 1 aylıqdan kiçik vaxtında doğulmuş yenidoğulmuşlarda və erkən doğulmuşlarda ağciyərlərdə və böyrəklərdə kalsium-seftriakson çöküntüləri ilə ölümcül reaksiya halları təsvir edilmişdir. Təsvir edilən halların ən azı birində seftriakson və kalsium müxtəlif vaxtlarda və müxtəlif venadaxili infuziya xətləri vasitəsilə yeridilmişdir. Mövcud elmi məlumatlarda, yenidoğulmuşlardan başqa digər yaş qruplarında seftriaksonla və kalsium tərkibli məhlullarla və ya tərkibində kalsium olan maddələrlə müalicə olunan pasiyentlərdə damardaxili çöküntülərin yaranması barədə təsdiq olunmuş məlumatlar yoxdur. In vivo aparılmış tədqiqatlarda göstərilmişdir ki, yenidoğulmuşlarda seftriakson-kalsium çöküntüsünün yaranma riski digər yaş qruplarına nisbətən daha yüksək olmuşdur. İstənilən yaş qrupunda olan pasiyentlərdə seftriakson yeridilməzdən əvvəl, hətta onlar müxtəlif infuziya xətləri ilə və ya bədənin müxtəlif nahiyələrinə yeridilərsə, venadaxili istifadə üçün kalsium tərkibli məhlullarla qarışdırılmamalı və ya eyni vaxtda tətbiq edilməməlidir. Bununla belə, 28 günlükdən böyük pasiyentlərə seftriakson və kalsium tərkibli məhlullar, infuziya xətləri bədənin müxtəlif nahiyələrinə yeridilərsə və ya infuziya xətləri dəyişdirilərsə və ya çöküntünün yaranmasının qarşısını almaq üçün yeridilmələr arasında infuziya xətləri fizioloji məhlulla yuyularsa, ardıcıl olaraq yeridilə bilər. Əgər pasiyentə kalsium tərkibli məhlulların istifadəsi ilə tam parenteral qidalanma lazımdırsa, səhiyyə mütəxəssisləri çöküntünün oxşar yaranma riski olmayan alternativ antibakterial müalicə metodu seçməlidirlər. Tam parenteral qidalanma aparılan pasiyentə seftriaksonun yeridilməsi tələb olunduqda, parenteral qidalanma üçün məhlullar və seftriakson, bədənin müxtəlif nahiyələrinə yerləşdirilmiş müxtəlif infuziya xətləri vasitəsilə eyni zamanda yeridilə bilər. Alternativ olaraq, seftriaksonla infuziya vaxtı parenteral qidalanma dayandırıla bilər. Uşaqlarda istifadəsi Yenidoğulmuşlarda, 1 yaşa qədər uşaqlarda və böyük uşaqlarda seftriaksonun təhlükəsizliyi və effektivliyi yalnız “İstifadə qaydası və dozası” bölməsində təsvir edilmiş dozalanma sxemi çərçivəsində təyin edilmişdir. Tədqiqatlar göstərmişdir ki, digər sefalosporinlər kimi seftriakson, bilirubini plazma albuminləri ilə birləşmədən sıxışdırıb çıxara bilər. Seftriaksonun, bilirubin ensefalopatiyası riski müşahidə olunan erkən doğulmuş və vaxtında doğulmuş uşaqlarda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə baxın). Аutoimmun hemolitik anemiya Sefalosporinlər, o cümlədən seftriakson qəbul edən pasiyentlərdə autoimmun hemolitik anemiya halları təsvir edilmişdir (“Əlavə təsirləri” bölməsinə baxın). Sefalosporinlər, o cümlədən seftriaksonla müalicə zamanı həm böyüklərdə, həm də uşaqlarda ölümlə nəticələnən ağır hemolitik anemiya halları qeyd edilmişdir. Müalicə zamanı pasiyentdə anemiya baş verdikdə, anemiyanın inkişaf ehtimalını nəzərə almaq və anemiyanın etiologiyası aydınlaşdırılana qədər seftriaksonun istifadəsini dayandırmaq lazımdır. Uzunmüddətli müalicə Seftriaksonla uzunmüddətli müalicə zamanı müntəzəm olaraq ümumi qan testləri aparılmalıdır. Kolit/ qeyri-həssas mikroorqanizmlərin artması Seftriakson daxil olmaqla, demək olar ki, bütün antibakterial dərman vasitələrinin istifadəsi zamanı antibakterial maddə ilə əlaqəli kolit və psevdomembranoz kolit halları müşahidə edilmişdir. Bu xəstəliklərin gedişi yüngüldən həyat üçün təhlükəli dərəcəyə qədər dəyişə bilər. Seftriaksonla müalicə zamanı və ya müalicədən sonra diareya meydana çıxarsa, pasiyentlərdə bu diaqnozu nəzərə almaq vacibdir (“Əlavə təsirləri” bölməsinə baxın). Seftriaksonun istifadəsini dayandırmaq və C.difficile-yə təsir göstərən antimikrob maddələr təyin etmək lazımdır. Peristaltikanı tormozlayan dərman vasitələri istifadə edilməməlidir. Seftriaksondan istifadə, digər antibiotiklərdə olduğu kimi qeyri-həssas mikroorqanizmlər tərəfindən törədilən superinfeksiyanın inkişafına səbəb ola bilər. Ağır böyrək və qaraciyər çatışmazlığı Ağır böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlər təhlükəsizliyin və effektivliyin qiymətləndirilməsi üçün ciddi tibbi müşahidə altında olmalıdırlar ( “İstifadə qaydası və dozası” bölməsinə baxın). Seroloji diaqnostik testlərin nəticələrinə təsiri Seftriaksonun istifadəsi seroloji diaqnostik testlərin nəticələrinə təsir göstərə bilər. Sefalosporinlər eritrositlərin səthində absorbsiyaya meyllidirlər və preparatlara qarşı yaranan anticisimlərlə reaksiyaya girirlər və bu səbəbdən Kumbs testinin yanlış müsbət nəticələrinə səbəb olurlar. Preparat, digər antibiotiklər kimi, qalaktozemiya təyini testlərində yanlış müsbət nəticələrə səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə baxın). Həmçinin, sidikdə qlükozanın təyin edilməsi üçün aparılan qeyri-fermentativ metodların nəticələri yanlış müsbət nəticələnə bilər. Bu səbəbdən, seftriaksonla müalicə zamanı sidikdə qlükozanın təyin edilməsi üçün fermentativ metodlardan istifadə edilməlidir (“Əlavə təsirləri” bölməsinə baxın). Antibakterial təsir spektri Seftriakson məhdud antibakterial təsir spektrinə malikdir və törədicinin müəyyən edildiyi hallar istisna olmaqla, monoterapiya şəklində istifadə zamanı bir sıra infeksiyaların müalicəsində effektiv olmaya bilər (“İstifadə qaydası və dozası” bölməsinə baxın). Qarışıq infeksiyalarda mikroorqanizmlərdən birinin seftriaksona qarşı qeyri-həssas olması zamanı əlavə antibiotikin təyin edilməsi zəruridir. Biliar litiaz Seftriakson ilə müalicə zamanı öd kisəsində çöküntü əmələ gələ bilər və sonra USM-müayinəsində kölgələr şəklində müəyyən edilə bilər.USM-müayinəsində, öd kisəsində kölgələrin aşkar edilməsi zamanı seftriaksonun kalsium duzunun çökməsinin mümkünlüyünü nəzərə almaq lazımdır. Öd kisəsinin USM-müayinəsində öd daşı ilə səhv salınan kölgələr aşkar edilmiş və seftriaksonun gündə 1 q və daha yuxarı dozalarında daha tez-tez müşahidə edilmişdir. Pediatrik populyasiyada xüsusilə ehtiyatlı olmaq lazımdır. Preparatın venadaxili istifadəsi zamanı perspektiv tədqiqatlarda uşaqlarda çöküntü əmələ gəlməsinin fərqli tezliyi müşahidə edilmişdir, bəzi tədqiqatlarda – 30% -dən çox. Yavaş infuziya zamanı (20-30 dəqiqə) çöküntünün əmələ gəlmə tezliyi azalır. Seftriaksonun kalsium duzlarının çökməsi nadir hallarda simptomatik olmuşdur (ağrı, ürəkbulanma və qusma). Bu hallarda simptomatik müalicə və seftriaksonun dayandırılması tövsiyə olunur. Çöküntü adətən müalicə dayandırıldıqdan sonra öz-özünə aradan qalxır. Хоlestaz Bəzi pasiyentlərdə, ehtimal ki, öd yollarının keçməzliyi nəticəsində pankreatit baş verə bilər (“Əlavə təsirləri” bölməsinə baxın). Əksər pasiyentlərdə müalicənin dayandırılması, ağır xəstəlik və tam parenteral qidalanma kimi xolestazın və ödün qatılaşmasının inkişafının risk faktorları meydana çıxmışdır. Seftriaksonun öd çöküntülərinin əmələ gəlməsini gücləndirən faktor olmasını istisna etmək olmaz. Uzunmüddətli müalicə zamanı qanı mütəmadi olaraq izləmək lazımdır. Təyin olunmuş dozaları aşmaq olmaz. Boyrək litiazı Böyrək daşlarının yaranması halları müşahidə edilmişdir və onlar seftriaksonla müalicənin dayandırılmasından sonra aradan qalxmışdır (“Əlavə təsirləri” bölməsinə baxın). Simptomatik hallarda sonoqrafiya aparmaq lazımdır. Anamnezində böyrəkdaşı xəstəliyi və ya hiperkalsiuriyası olan pasiyentlərə seftriakson təyin edərkən müalicə həkimi pasiyent üçün spesifik fayda-risk nisbətini nəzərə almalıdır. Ensefalopatiya Seftriaksonun istifadəsi zamanı ensefalopatiya (“Əlavə təsirləri” bölməsinə baxın), xüsusilə ağır böyrək çatışmazlığı (“İstifadə qaydası və dozası” bölməsinə baxın) və ya mərkəzi sinir sisteminin pozğunluqları olan yaşlı pasiyentlərdə müşahidə edilmişdir. Seftriaksonla əlaqəli ensefalopatiyadan şübhələnildiyi təqdirdə (məsələn, şüurun səviyyəsinin azalması, psixi vəziyyətin dəyişməsi, mioklonus, qıcolmalar), seftriaksonun istifadəsi dayandırılmalıdır. Köməkçi maddələr haqqında xüsusi məlumat Seftriakson 0,5 q preparatının bir flakonunda 41,5 mq (1,8 mmol) natrium vardır, bu da ÜST-ün böyüklər üçün tövsiyə etdiyi gündəlik maksimum 2 q natrium qəbulunun 2,1%-nə bərabərdir. Seftriakson 1,0 q preparatının bir flakonunda 83 mq (3,6 mmol) natrium vardır, bu da ÜST-ün böyüklər üçün tövsiyə etdiyi maksimum gündəlik 2 q natrium dozasının 4,2%-nə bərabərdir. Bu, aşağı natrium pəhrizində olan pasiyentlərdə nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İn vitro xloramfenikol və seftriakson arasında antaqonizm aşkar edilmişdir. Probenesid seftriaksonun xaric olmasına təsir göstərmir. Ringer məhlulu və ya Hartman məhlulu kimi kalsium tərkibli durulaşdırıcı məhlullar seftriakson məhlullarının hazırlanması və ya venadaxili yeridilməsi üçün hazırlanmış məhlulların əlavə durulaşdıırlması üçün istifadə edilməməlidir, çünki çöküntü əmələ gələ bilər. Seftriakson-kalsium çöküntüsü, həmçinin seftriaksonun kalsium tərkibli məhlullarla eyni infuziya xəttində qarışdırılması zamanı əmələ gələ bilər. Seftriaksonu Y-şəkilli üçlü xətt vasitəsilə yeridilən, parenteral qidalanma üçün məhlullar kimi fasiləsiz infuziya üçün kalsium tərkibli məhlullar daxil olmaqla, kalsium tərkibli venadaxili məhlullarla birlikdə yeritmək olmaz. Yenidoğulmuşlardan başqa digər yaş qrupundan olan pasiyentlərə seftriaksonu kalsium tərkibli məhlullarla ardıcıl olaraq yeritmək olar, lakin, bu zaman infuziya xətti yeridilmələr arasında ciddi şəkildə yuyulmalıdır. Böyüklərin plazmasından və yenidoğulmuşların göbək qanının plazmasından istifadə etməklə aparılan in vitro tədqiqatlarda göstərilmişdir ki, yenidoğulmuşlarda seftriakson-kalsium çöküntüsünün yaranmasının daha yüksək riski qeyd edilir. Seftriaksonun tərkibində kalsium olan peroral preparatları ilə, həmçinin əzələdaxili yeridilən seftriaksonun tərkibində kalsium olan preparatlar ilə (venadaxili yeridilən və peroral istifadə edilən) qarşılıqlı təsirinə dair məlumat yoxdur. Peroral qəbul edilən antikoaqulyantlarla eyni vaxtda istifadəsi, K vitamininə antaqonist təsirini və qanaxma riskini yüksəldə bilər. Həm seftriaksonla müalicə zamanı, həm də müalicənin dayandırılmasından sonra Beynəlxalq Normallaşdırılmış nisbətin (BNN) monitorinqini aparmaq tövsiyə olunur. Aminoqlikozidlər Sefalosporinlərlə kombinasiyada istifadə zamanı aminoqlikozidlərin nefrotoksiklik riskinin potensial yüksəlməsinə dair ziddiyyətli məlumatlar vardır. Belə hallarda klinik praktikada aminoqlikozid səviyyələrinin (və böyrək funksiyasının) tövsiyə olunan monitorinqinə ciddi riayət edilməlidir. Seftriaksonla güclü təsirə malik diuretiklərin, məsələn furosemidin birlikdə istifadəsi zamanı böyrək funksiyasının pozulması müşahidə edilməmişdir. Uyuşmazlığı Farmasevtik cəhətdən amsakrin, vankomisin, labetalol, flukonazol və aminoqlikozidlərlə uyuşmur. Tərkibində seftriakson olan məhlulları preparatı həll etmək üçün məhlullar istisna olmaqla, digər preparatlarla qarışdırmaq və ya onlara əlavə etmək olmaz. Kalsium tərkibli (məsələn, Ringer məhlulu, Hartman məhlulu) həlledicilər içərisində seftriakson olan flakonda həll etmək və ya həll edilmiş məhlulun venadaxili yeridilməsi üçün sonrakı durulaşdırılması üçün istifadə etmək olmaz, belə ki, çöküntü yarana bilər. Seftriaksonu qarışdırmaq və ya tam parenteral qidalanma daxil olmaqla, kalsium tərkibli məhlullarla eyni vaxtda istifadə etmək olmaz. Seftriaksonla digər antibiotikin kombinasiyası ilə müalicə nəzərdə tutulduğiu halda, yeridilmə eyni şprisdə və ya eyni infuziya üçün məhlulda aparılmamalıdır. Bu dərman vasitəsini həlledici qismində istifadə edilən məhlullar istisna olmaqla, digər preparatlarla qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fertillik Reproduktiv tədqiqatlar preparatın kişi və qadın fertilliyinə heç bir arzuolunmayan təsirini göstərməmişdir. Hamiləlik Seftriakson plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda seftriaksonun teratogen və embriotoksik effekti aşkar edilməmişdir, lakin hamilə qadınlarda seftriaksonun istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Hamiləlik dövründə, xüsusilə ilk trimestrdə seftriaksonu, yalnız fayda riskdən üstün olduğu halda təyin etmək olar. Laktasiya Seftriakson kiçik konsentrasiyada ana südünə nüfuz edir, seftriaksonun terapeftik dozası zamanı südəmər körpəyə heç bir təsir gözlənilmir. Lakin yenidoğulmuşlarda diareya və selikli qişanın göbələk infeksiyası riski istisna edilmir. Eləcə də mümkün sensibilizasiyanı nəzərə almaq lazımdır. Südəmər körpəyə ana üdü ilə qidalanmanın faydasını və qadın üçün terapiyanın faydasını nəzərə alaraq, ya ana südü ilə qidalandırmanın dayandırılması və ya terapiyanın dayandırılması/çəkinilməsi barədə qərar vermək vacibdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Seftriaksonla müalicə dövründə nəqliyyat vasitəsini və müxanizmləri idarə etmək qabiliyyətinə təsir edən əlavə təsirlər (məsələn, başgicəllənmə) yarana bilər. Pasiyentlər nəqliyyat vasitələrini və digər mexanizmləri idarə edərkən ehtiyatlı olmalıdırlar.
İstifadə qaydası və dozası
Dozalanma rejimi Preparatın dozası, infeksiyanın ağırlığından, törədicinin həssaslığından, lokalizasiyasından və növündən, həmçinin hər bir pasiyentin yaşından, qaraciyər və böyrəklərinin funksional göstəricilərindən asılıdır. Aşağıda verilən cədvəllərdə tövsiyə olunan dozalar bu göstərişlər üçün adi tövsiyə olunan dozalardır. Xüsusi ağır hallarda tövsiyə olunan dozaların yuxarı həddinə aid dozaların təyin olunmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Вöyüklər və 12 yaşdan böyük uşaqlar (≥ 50 kq) Doza* Yeridilmə İstifadəsinə göstərişlər tezliyi** 1-2 q Gündə 1 dəfə Xəstəxanadankənar pnevmoniya Ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin kəskin ağırlaşmaları Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) 2 q Gündə 1 dəfə Xəstəxanadaxili pnevmoniya Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Sümük və oynaq infeksiyaları 2-4 q Gündə 1 dəfə Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi Bakterial endokardit Bakterial meningit * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. **Gündə 2 q-dan artıq doza istifadə edildikdə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Böyüklərdə və 12 yaşdan böyük uşaq və yeniyetmələrdə (≥ 50 kq) xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Seftriakson, 1-2 q birdəfəlik dozada əzələdaxili yeridilə bilər. Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriakson 3 gün müddətində gündə 1-2 q dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər. Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyat öncəsi 2 q birdəfəlik doza yeridilə bilər. Qonoreya 0,5 q birdəfəlik dozada əzələdaxili yeridilməsi tövsiyə olunur. Sifili Ümumi tövsiyə olunan doza gündə 1 dəfə 0,5-1 q təşkil edır, neyrosifilis zamanı 10-14 gün ərzində doza gündə 2 q-a qədər yüksəldilməlidir. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Disseminasiya olunmuş Laym-borrelioz (erkən (II mərhələ) və gecikmiş (III mərhələ)) 14-21 gün müddətində gündə 1 dəfə 2 q. Müalicə kursunun davametmə müddəti dəyişkəndir. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Xüsusi pasiyentlər qrupları Yaşlı pasiyentlər Böyrək və qaraciyər funksiyası normal olan yaşlı pasiyentlərdə dozaya düzəliş olunmasına ehtiyac yoxdur. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Mövcüd olan məlumatlar böyrək funksiyası pozulmadıqda, yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac olmadığını göstərir. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə seftriaksonun istifadəsinə dair məlumat yoxdur. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Mövcüd olan məlumatlar böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə, qaraciyər funksiyası pozulmadığı təqdirdə seftriaksonun dozasını azaltmağa ehtiyac olmadığını göstərir. Yalnız preterminal böyrək çatışmazlığı hallarında (kreatinin klirensi < 10 ml/dəq) seftriaksonun gündəlik dozası 2 q-dan çox olmamalıdır. Dializdə olan pasiyentlərdə, dializdən sonra əlavə olaraq seftriaksonun əlavə dozası tələb olunmur. Seftriakson, peritoneal hemodializlə xaric olunmur. Preparatın təhlükəsizliyi və effektivliyi üçün yaxın klinik monitorinq tövsiyə olunur. Ağır qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər Eyni vaxtda böyrək-qaraciyər çatışmazlığı olan pasiyentlərdə klinik effektivliyin və təhlükəsizliyin qiymətləndirilməsi məqsədilə yaxın klinik monitorinqin aparılması tövsiyə olunur. Uşaqlar Yenidoğulmuşlar, 1 yaşa qədər uşaqlar və 15 günlükdən 12 yaşa qədər uşaqlar (< 50 kq) Doza* Yeridilmə Göstərişlər tezliyi** 50-80 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya 50-100 mq/kq gündə 1 dəfə Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları (maksimum 4 q) Sümük və oynaq infeksiyaları Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi 80-100 mq/kq gündə 1 dəfə Bakterial meningit (maksimum 4 q) 100 mq/kq gündə 1 dəfə Bakterial endokardit (maksimum 4 q) * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. ** Gündə 2 q-dan artıq doza istifadə edildikdə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Yenidoğulmuşlarda, 1 yaşa qədər uşaqlarda və 15 günlükdən 12 yaşa qədər uşaqlarda (< 50 kq) xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında seftriakson 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər. Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriakson 3 gün müddətində gündə bir dəfə 50 mq/kq dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər. Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyat öncəsi 50-80 mq/kq birdəfəlik doza yeridilir. Sifilis Ümumi tövsiyə olunan doza 10-14 gün ərzində gündə 1 dəfə 75-100 mq/kq-dır. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Disseminasiya olunmuş Laym-borrelioz (erkən (II mərhələ) və gecikmiş (III mərhələ)) 14-21 gün müddətində gündə 1 dəfə 50-80 mq/kq. Müalicə kursunun davametmə müddəti dəyişkəndir. Antibiotik müalicəsi üzrə yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. 0-14 günlük yenidoğulmuşlar Seftriaksonun, yaşı 41 həftəyə (hestasion yaşı + xronoloji yaş) qədər olan vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda istifadəsi əks göstərişdir. Doza* Yeridilmə Göstərişlər tezliyi 20-50 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən piyelonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya Sümük və oynaq infeksiyaları Bakterial infeksiya səbəbiylə qızdırması olan neytropeniyalı pasiyentlərin müalicəsi 50 mq/kq gündə 1 dəfə Bakterial meningit Bakterial endokardit * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. Maksimal tövsiyə olunan 50 mq/kq doza aşılmamalıdır. Xüsusi dozalanma rejimi tələb olunan 0-14 günlük yenidoğulmuşlarda göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında seftriakson, 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər. Əməliyyatönü infeksiyaların profilaktikası Əməliyyatdan əvvəl 20-50 mq/kq birdəfəlik dozada yeridilə bilər. Sifilis Ümumi tövsiyə olunan doza 10-14 gün ərzində gündə 1 dəfə 50 mq/kq-dır. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsi üzrə tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsinə dair yerli rəsmi tövsiyələr nəzərə alınmalıdır. Müalicə müddəti Müalicə müddəti infeksiyanın ağırlığından asılıdır. Antibiotik müalicəsinin ümumi prinsiplərinə əsasən, seftriaksonla müalicə qızdırma aradan qalxdıqdan və ya bakterial törədicinin eradikasiyasının təsdiq edilməsindən sonra 48-72 gün daha davam etdirilməlidir. Yeridilmə üsulu Seftriakson ən az 30 dəqiqə ərzində venadaxili infuziya (üstünlük verilən üsul) və ya 5 dəqiqə ərzində yavaş venadaxili inyeksiya yolu ilə yeridilə bilər. Fasiləli venadaxili inyeksiya yolu ilə 5 dəqiqədən artıq müddət ərzində venadaxili yeridilməni iri venalarda həyata keçirmək tövsiyə olunur. 1 yaşa qədər və 12 yaşa qədər uşaqlara bədən çəkisinə görə 50 mq/kq və daha böyük venadaxili dozaları infuziya şəklində yeritmək lazımdır. Bilirubin ensefalopatiyasının potensial riskini aşağı salmaq üçün yenidoğulmuşlara seftriaksonun venadaxili məhlullarını 60 dəqiqədən az olmayan müddət ərzində yeritmək lazımdır. Əzələdaxili istifadə zamanı preparatı əzələnin iri massivinə dərinə yeritmək lazımdır, bədənin bir nahiyəsinə 1 q-dan artıq yeritmək olmaz. Əzələdaxili yeridilmə, venadaxili yeridilmə mümkün olmadıqda və ya pasiyent üçün daha az uyğun olduqda nəzərə alınmalıdır. Əzələdaxili inyeksiyalar zamanı, inyeksiyadan dərhal sonra, iynənin qan damarına daxil olmaması üçün şprisin porşeni geri çəkilməlidir (qan görünməməlidir). Təzə hazırlanmış məhlullardan istifadə etmək tövsiyə olunur. Yenidoğulmuşlarda seftriakson-kalsium çöküntüsünün əmələ gəlmə riski səbəbindən, kalsium preparatlarının və ya kalsium tərkibli infuziyalarla müalicə tələb olunduqda, seftriaksonun istifadəsi əks göstərişdir. Çöküntü əmələ gəlməsi riski ilə əlaqədar olaraq, seftriaksonu həll etmək üçün kalsium tərkibli preparatlardan (Ringer məhlulu, Hartman məhlulu) istifadə edilməməlidir. Seftriakson-kalsium çöküntüsü, həmçinin seftriaksonun kalsium tərkibli məhlullarla bir infuziya xəttində qarışdırılması zamanı əmələ gələ bilər. Bu səbəbdən də, seftriakson və kalsium tərkibli məhlullar qarışdırılmamalı və eyni vaxtda istifadə edilməməlidir. Əməliyyatönü infeksiyaların profilaktikası məqsədilə seftriaksonu əməliyyatdan 30-90 dəqiqə əvvəl yeritmək lazımdır. Venadaxili və əzələdaxili yeridilmə üçün məhlulların hazırlanmasına dair təlimatlar üçün aşağıda baxın.
Əlavə təsirləri
Seftriaksonun istifadəsi zamanı ən çox rast gəlinən əlavə təsirlər eozinofiliya, leykopeniya, trombositopeniya, diareya, səpgi və qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi olmuşdur. Seftriaksonun əlavə təsirlərinin başvermə tezliyi klinik tədqiqatlar əsasında müəyyən edilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və invaziyalar Bəzən: genital yollarının mikozu; nadir hallarda: psevdomembranoz kolit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın); məlum deyil: göbələklərin və ya digər davamlı mikroorqanizmlərin səbəb olduğu müxtəlif lokalizasiyalı superinfeksiyalar. Qan və limfa sisteminin pozğunluqları Tez-tez: eozinofiliya, leykopeniya, trombositopeniya; bəzən: qranulositopeniya, anemiya, koaqulopatiya; məlum deyil: aqranulositoz, hemolitik anemiya. İmmun sisteminin pozğunluqları Məlum deyil: hiperhəssaslıq reaksiyaları (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), anafilaktik reaksiyalar, o cümlədən anafilaktik şok, anafilaktoid reaksiyalar, Yariş-Herksheymer reaksiyası (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Sinir sisteminin pozğunluqları Bəzən: baş ağrısı, başgicəllənmə; nadir hallarda: ensefalopatiya; məlum deyil: qıcolmalar. Eşitmə orqanı və labirint pozğunluqları Məlum deyil: başgicəllənmə. Tənəffüs, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Nadir hallarda: bronxospazm. Mədə-bağırsaq traktının pozğunluqları Tez-tez: formalaşmamış nəcis və ya diareya; bəzən: ürəkbulanma, qusma; məlum deyil: stomatit, qlossit, pankreatit (ehtimal ki, öd yollarının obstruksiyası nəticəsində yaranmışdır). Qaraciyər və öd yollarının pozğunluqları Tez-tez: qan zərdabında qaraciyər fermentlərinin miqdarının artması (ACT, ALT, qələvi fosfataza); məlum deyil: nüvə sarılığı, öd kisəsində seftriakson kalsium duzunun çökməsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), hepatit, xolestatik hepatit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), adətən seftriaksonla müalicə dayandırıldıqdan sonra geridönəndir. Dəri və dərialtı toxumaların pozğunluqları Tez-tez: makulopapulyoz səpgi və ya ekzantema kimi allergik dəri reaksiyaları; bəzən: qaşınma; nadir hallarda: övrə; məlum deyil: Stivens-Conson sindromu (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), Layell sindromu/toksik epidermal nekroliz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), multiformalı eritema, kəskin generalizəolunmuş ekzantematoz pustulyoz, eozinofiliya və sistem simptomlarla dərman reaksiyası (DRESS sindromu) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Böyrək və sidik yollarının pozğunluqları Nadir hallarda: hematuriya, qlükozuriya; məlum deyil: oliquriya, böyrəklərdə çöküntü, əsasən yüksək gündəlik (80 mq / kq / gün və ya daha çox) və ya ümumi 10 q-dan çox dozalarla müalicə olan 3 yaşdan yuxarı uşaqlarda, həmçinin dehidratasiya və ya immobilizasiya kimi digər risk faktorları. Ümumi pozğunluqlar və yeridilmə yerində reaksiyalar Bəzən: yeridilmədən sonra inyeksiya yerində flebit və ağrı inkişaf edə bilər, bunu ən azı 2-4 dəqiqə yavaş inyeksiya ilə minimuma endirmək olar; nadir hallarda: ödem, titrətmə. Laborator və instrumental məlumatlar Bəzən: qan zərdabınnda kreatinin səviyyəsinin artması; məlum deyil: yanlış müsbət Kumbs testi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), qalaktozemiya testinin yalnış pozitiv nəticələri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), sidikdə qlükozanın təyini testinin yalnış pozitiv nəticələri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Seçilmiş əlavə təsirlərin təsviri İnfeksiyalar və invaziyalar Seftriaksonla müalicənin gedişində diareyanın baş verməsi Clostridium difficile bakteriyaları ilə bağlı ola bilər. Su-elektrolit balansını bərpa edən dərman preparatları təyin etmək tövsiyə edilir (“Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Kalsium ilə qarşılıqlı təsiri Seftriaksonun və kalsiumun venadaxili infuziyası ilə müalicə olunan erkən doğulmuş və vaxtında doğulmuş yenidoğulmuşlarda (yaşı 28 gündən az) nadir hallarda ağır və bir neçə halda ölümlə nəticələnən əlavə təsirlər qeyd edilmişdir. Ölümündən sonra pasiyentlərdə ağciyər və böyrəklərdə seftriakson-kalsium duzunun çökmələri müşahidə edilmişdir. Yenidoğulmuşlarda çöküntünün əmələ gəlməsinin yüksək riski, böyüklərlə müqayisədə qan həcminin az olması və seftriaksonun yarımxaricolma dövrünün daha uzunmüddətli olması ilə bağlıdır (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Böyrəklərdə seftriakson duzlarının çökməsi halları, əsasən yüksək dozalarla (məsələn, bədən çəkisinə görə ≥ 80 mq/kq/gün və ya ümumi doza 10 qramdan çox olmaqla) müalicə alan və digər risk faktorları (məsələn, mayenin məhdud qəbulu, dehidratasiya, yataqda qalma) olan, xüsusilə 3 yaşdan yuxarı uşaqlarda bildirilmişdir. Çöküntülərin yaranması simptomlara malik ola bilər və həmçinin simptomsuz baş verə və anuriyaya və böyrək çatışmazlığına gətirib çıxara bilər ki, onlar da seftriaksonla müalicənin dayandırılmasından sonra aradan qalxmışdır ( “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Seftriaksonun kalsium duzunun öd kisəsində çökməsi, ilk növbədə tövsiyə olunan standart dozadan yüksək dozalarla müalicə olunan pasiyentlərdə müşahidə edilmişdir. Uşaqlarda prospektiv tədqiqatlar venadaxili yeridilmə ilə çöküntülərin başvermə tezliyinin dəyişkən olduğunu göstərmişdir – bəzi tədqiqatlarda 30% -dən yuxarı. Yavaş infuziya ilə (20 – 30 dəqiqə) çöküntülərin başvermə tezliyi daha aşağı olmuşdur. Bu effekt, bir çox hallarda simptomsuz baş verir, lakin, nadir hallarda ağrı, ürəkbulanma və qusma kimi klinik simptomlar meydana çıxa bilər. Belə hallarda simptomatik müalicə aparmaq tövsiyə olunur. Çöküntü adətən müalicə dayandırıldıqdan sonra geridönəndir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Şübhəli əlavə təsirlərin bildirilməsi Dərman vasiyəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin davamlı monitorinqinə imkan verir. Səhiyyə mütəxəssislərindən hər hansı şübhəli əlavə təsirlər barədə Milli Farmakonəzarət sistemi vasitəsilə məlumat vermələri xahiş olunur. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34. Faks: (99412) 596-07-16; e-mail: [email protected] Tel.: (99412) 596-05-20. Qaynar xətt: (99412) 596-07-12).
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılması zamanı ürəkbulanma, qusma, diareya kimi simptomların inkişafı mümkündür. Müalicəsi Simptomatik və dəstəkləyici terapiya aparılır. Hemodializ və peritoneal dializ effektiv deyil. Spesifik antidotu yoxdur.
Buraxılış forması
0,5 q və ya 1,0 q toz rezin tıxacla hermetik bağlanmış və alüminium qapaqla örtülmüş şüşə flakonda. 1 flakon içik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 flakon içlik vərəqə ilə birlikdə flakonları fiksasiya etmək üçün arakəsməli karton qutuda. Stasionar üçün 0,5 q və ya 1,0 q toz flakonda. 50 və ya 270 flakon 10 içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazır məhlul 25ºС-dən yüksək olmayan temperaturda 8 saat ərzində və 2-8ºС temperaturda 24 saat ərzində işıqdan qorunan yerdə öz fiziki və kimyəvi stabilliyini saxlayır. İstifadə edilməmiş dərman vasitəsinin və ya dərman vasitəsinin istifadəsindən sonra yaranan tullantısının məhv edilməsi və ya dərman vasitəsi ilə digər manipulyasiya zamanı zamanı xüsusi ehtiyat tədbirləri Hazırlandıqdan sonra məhlulu dərhal istifadə etmək məsləhət görülür. Yeni hazırlanmış məhlul 25ºС- dən yüksək olmayan temperaturda 8 saat ərzində və 2-8ºС temperaturda 24 saat ərzində öz fiziki və kimyəvi stabilliyini qoruyur. Məhlul işıqdan qorunan yerdə saxlanılmalıdır. Konentrasiyadan asılı olaraq hazır məhlulun xarici görünüşü şəffaf, açıq sarıdan sarı rəngə qədər olmalıdır. Əzələdaxili inyeksiya üçün 1 q seftriakson 3,5 ml inyeksiya üçün suda həll edilir. Məhlul hər sağrı əzələsinə 1 1-dan artıq olmamaqla, dərin əzələdaxili inyeksiya yolu ilə yeridilir. Venadaxili inyeksiya üçün konsentrasiya: 100 mq/ml. Venadaxili inyeksiya üçün 1 q seftriakson 10 ml inyeksiya üçün suda həll edilir. Venadaxili infuziya üçün konsentrasiya: 50 mq/ml. İnfuziya üçün məhlul hazırlamaq üçün 2 q seftriakson kalsium ionu olmayan 40 ml aşağıda qeyd edilən infuzion məhlullardan birində həll edilir: – 0,9 % natrium xlorid məhlulu; – 0,45 % natrium xlorid məhlulu + 2,5 % qlükoza məhlulu; – 5 % və ya 10 % qlükoza məhlulu; – 5%-li qlükoza məhlulunda 6%-li dekstran məhlulu; – 6-10%-ıi hidroksietilləşdirilmiş nişasta. Mümkün uyuşmazlığı nəzərə alaraq, məhlul hazırlanan zaman, eləcə də yeridilmə zamanı seftriakson tərkibli məhlulları tərkibində digər antibiotiklər olan məhlullarla qarışdırmaq olmaz. Preparatın yeridilməsi üçün “İstifadə qaydası və dozası” bölməsinə bax. Qalıq dərman vasitəsinin hamısı və tullantısı müəyyən edilmiş qayda üzrə məhv edilir. Utilizasiyası üçün xüsusi tələb yoxdur.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
Borisov Dərman Preparatları Müəssisəsi ASC, Belarus Respublikası. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612; 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.