Salisil və rezorsin 2 % 40 ml məhlul Azərfarm
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Antiseptik və dezinfeksiyaedici vasitə |
| İstehsal ölkəsi | Azərbaycan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
REZORSİN VƏ SALİSİL TURŞUSUNUN SPİRTDƏ 2%-Lİ MƏHLULU xaricə istifadə üçün məhlul ALCOHOL SOLUTION OF RESORCINOL AND SALICYLIC ASID 2%
Tərkibi
Təsiredici maddələr: 1 flakonda 0,5 q və ya 0,8 q rezorsin, 0,5 q və ya 0,8 q salisil turşusu vardır. Köməkçi maddələr: etil spirti 96%, distillə olumuş su.
Təsviri
Açıq-bənövşəyi rəngli spesifik iyli məhluldur.
Farmakoterapevtik qrupu
Antiseptik və dezinfeksiyaedici vasitə.
İstifadəsinə göstərişlər
Dərinin infeksion xəstəlikləri, piyli seboreya, dərinin buynuzlaşması, adi sızanaqlar, piodermiya, ekzema, seboreya, dərinin göbələk xəstəlikləri.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. İstifadəsinə məhdudiyyətlər Dərinin və selikli qişanın ümumi zədələnməsi, dəri örtüyünün tamlığının pozulması.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. Dəri gündə 2-3 dəfə preparatın məhlulu hopdurulmuş pambıq tampon vasitəsilə silinir. Müalicə müddəti xəstəliyin xarakterindən asılıdır.
Əlavə təsirləri
Yerli qıcıqlanma (qaşınma, cızılmış yerlərdə göynəmə), allergik reaksiyalar.
Buraxılış forması
25 və ya 40 ml preparat, şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
10-15 °C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
AZƏRFARM MMC, Azərbaycan Respublikası, Bakı ş., Bünyatov küç., 14.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.