Rozulip Plus 20 mq / 10 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Hipolipidemik vasitələr; HMQ-KoA-reduktazanın inhibitorları digər hipolipidemik vasitələrlə kombinasiyada |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
39,89 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ROZULİP PLYUS 10 mq/10 mq; 20 mq/10 mq; 40 mq/10 mq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı:
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 20 mq və ya 40 mq (müvafiq olaraq 10,68 mq, 21,36 mq və ya 42,72 mq rozuvastatin sink şəklində) rozuvastatin, 10 mq ezetimib vardır. Rozulip Plyus 10 mq/10 mq Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat, povidon, natrium kroskarmelloza, mannitol, natrium laurilsulfat, hidroksipropilsellüloza, sarı dəmir oksidi (E172), titan dioksid (E171), jelatin. Rozulip Plyus 20 mq/10 mq Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat, povidon, natrium kroskarmelloza, mannitol, natrium laurilsulfat, hidroksipropilsellüloza, qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E171), titan dioksid (E171), jelatin. Rozulip Plyus 40 mq/10 mq Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat, povidon, natrium kroskarmelloza, mannitol, natrium laurilsulfat, hidroksipropilsellüloza, qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E172), titan dioksid (E171), jelatin.
Təsviri
Rozulip Plyus 10 mq/10 mq CONI-SNP 0, markasız, özübağlanan, gövdəsi və qapağı sarı rəngli bərk jelatin kapsullardır. Hər kapsulda iki tablet vardır. Rozulip Plyus 20 mq/10 mq CONI-SNP 0, markasız, özübağlanan, gövdəsi sarı, qapağı karamel rəngli bərk jelatin kapsullardır. Hər kapsulda iki tablet vardır. Rozulip Plyus 40 mq/10 mq CONI-SNP 0, markasız, özübağlanan, gövdəsi və qapağı qırmızı rəngli bərk jelatin kapsullardır. Hər kapsulda iki tablet vardır.
Farmakoterapevtik qrupu
Hipolipidemik vasitələr; HMQ-KoA-reduktazanın inhibitorları digər hipolipidemik vasitələrlə kombinasiyada. ATC kodu: C10BA06.
Farmakoloji xüsusiyyətləri
Rozuvastatin Təsir mexanizmi Rozuvastatin – 3-hidroksi-3-metilqlutaril koenzim A-nın xolesterinin sələfi olan mevalonata çevrilməsində iştirak edən əsas fermentin – HMQ-KoA-reduktaza fermentinin selektiv və rəqabətli inhibitorudur. Xolesterin səviyyələrinin aşağı salınması üçün rozuvastatinin əsas təsir nahiyəsi qaraciyərdir. Rozuvastatin qaraciyər hüceyrələrinin səthində ASLP (aşağı sıxlıqlı lipoproteinlər) reseptorlarının miqdarının artmasına səbəb olur ki, bu da ASLP-in tutulmasına və onların katabolizminə gətirib çıxarır və eləcədə, qaraciyərdə ÇASLP-in (çox aşağı sıxlıqlı lipoproteinlərin) sintezini tormozlayır və bununla, ÇASLP-in və ASLP-in ümumi miqdarının azalmasına səbəb olur. Ezetimib Təsir mexanizmi Ezetimib – bağırsaqlarda xolesterinin və ona bənzər bitki mənşəli sterolların sorulmasını selektiv tormozlayan, yeni hipolipidemik birləşmələr sinfinin nümayəndəsidir. Ezetimib peroral yolla istifadə edildiyi təqdirdə aktivdir və onun təsir mexanizmi, qanda xolesterin səviyyələrinin aşağı düşməsinə səbəb olan digər sinif birləşmələrinin (məsələn, statinlərin, öd turşularının sekvestrantlarının (qətranlar), fibroy turşusu törəmələrinin və bitki mənşəli stanolların) təsir mexanizmindən fərqlidir. Ezetimibin molekulyar hədəfi bağırsaqlarda xolesterinin və fitosterolların tutulmasına görə məsuliyyət daşıyan sterol nəqledicisindən, C1 tipli Nayman-Pik zülalı (NPC1L1 – Niemann-Pick C1-Like 1) ilə oxşar olan zülallardan ibarətdir. Ezetimib nazik bağırsaq epiteliumunun fırça sərhədində yerləşir və burada xolesterinin sorulmasını tormozlayır ki, bu da xolesterinin bağırsaqdan qaraciyərə daxil olmasını aşağı salır. Eyni zamanda, statinlər qaraciyərdə xolesterinin sintezini azaldır: ümumilikdə, göstərilən müxtəlif təsir mexanizmləri xolesterin səviyyələrinin aşağı salınması istiqamətində bir-birini tamamlayır. Hiperxolesterinemiyalı 18 pasiyentin iştirakı ilə 2 həftə müddətində aparılan klinik tədqiqatda ezetimib, plasebo ilə müqayisədə, bağırsaqda xolesterinin sorulmasının 54 % aşağı düşməsinə səbəb olmuşdur.
İstifadəsinə göstərişlər
Rozulip Plyus böyüklərdə ilkin hiperxolesterinemiyanın müalicəsi üçün (pəhrizə əlavə) göstərişdir: ● rozuvastatinlə monoterapiya zamanı xəstəliyə qeyri-kafi nəzarət zamanı; ● fiksəolunmuş kombinasiyada olduğu kimi hər iki ayrı-ayrı maddələrin eyni dozada birlikdə istifadəsi zamanı xəstəliyə kifayət qədər nəzarət olan pasiyentlərdə terapiyanı əvəzləyici qismində.
Əks göstərişlər
Rozulip Plyus əks göstərişdir: – Preparatın istənilən komonentinə qarşı yüksək həssaslıq; – aktiv qaraciyər xəstəlikləri olan, o cümlədən zərdab transaminazalarının qeyri-müəyyən dayanıqlı yüksəlməsi və zərdab transaminazalarının normanın yüksək həddindən (NYH) istənilən 3-dən artıq yüksəlməsi olan pasiyentlər; – hamiləlik və laktasiya dövründə, eləcə də uşaq doğmaq qabiliyyəti olan və kontrasepsiya vasitələrindən istifadə etməyən qadınlar; – böyrək dunsiyasının ağır pozuntusu olanpasiyentlər (kreatininin klirensi < 30 ml/dəqiqə); – miopatiyalı pasiyentlər; – eyni vaxtda siklosporin qəbul edən pasiyentlər; – sofosbuvirlə/velpatasvirlə/voksilaprevirlə yanaşı müalicə alan pasiyentlər. Bundan başqa Rozulip Plyus 40 mq/10 mq kapsulları miopatiyanın və ya rabdomiolizin inkişafına meylli faktorları olan pasiyentlərdə əks göstərişdir. Belə faktorlara aşağıdakılar aiddir: – böyrək funksiyasının ağır pozuntusu (kreatininin klirensi < 60 ml/dəqiqə); – hipotireoz; – şəxsi və ya ailə anamnezində irsi əzələ xəstəlikləri; – anamnezdə digər HMQ-KoA inhibitorunun və ya fibratın qəbulu zamanı əzələlərə toksiki təsiri; – alkoqoldan sui istifadə; – plazmada rozuvastatinin səviyyəsinin artması mümkün olan vəziyyət; – pasiyentlərin etnik mənsubiyyəti (aziat mənşəli); fibratlarla eyni vaxtda qəbulu (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır dəri reaksiyaları Rozuvastatinin istifadəsi zamanı dəridə Stivens-Conson sindromu (SCS) və eozinofiliya və sistem simptomlarla müşayiət olunan dəri reaksiyası (DRESS) da daxil olmaqla, həyat üçün təhlükəli və ya ölümlə nəticələnə bilən ağır arzuolunmayan reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Preparat təyin edildikdə, pasiyentləri dəri üzərində ağır əlamətlərin və simptomların meydana cıxma ehtimalı barədə məlumatlandırmaq və onların vəziyyətlərini hərtərəfli müşahidə etmək lazımdır. Həmin ağır reaksiyaların inkişafının ehtimal edilməsi mümkün olan əlamətlər və simptomlar meydana çıxdığı halda, Rozulip Plyus preparatının istifadəsi dərhal dayandırılmalıdır və alternativ müalicənin aparılması başlanmalıdır. Rozulip Plyus preparatı ilə aparılan müalicə fonunda pasiyentdə dəri ilə əlaqəli SCS və ya DRESS sindrom kimi ağır reaksiyalar inkişaf etdiyi təqdirdə, həmin pasiyentlərə gələcəkdə Rozulip Plyus preparatının təkrar təyin edilməsinə icazə verilməməlidir. Skelet əzələlərinə təsiri Rozuvastatinin istənilən dozaları ilə müalicə qəbul edən pasiyentlərdə, xüsusilə, > 20 mq dozaların istifadəsi zamanı preparatın skelet əzələlərinə təsiri qeyd olunmuşdur: məsələn, mialgiyanın, miopatiyanın və rabdomiolizin (nadir hallarda) inkişaf etməsi. HMQ-KoA- reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, qeydiyyatdan sonrakı dövrdə rozuvastatinin 40 mq dozasının istifadəsi zamanı rabdomiolizin inkişaf etmə tezliyi daha yüksəkdir. Ezetimibin qeydiyyatdan sonrakı istifadəsi dövründə miopatiyanın və rabdomiolizin inkişaf etmə halları qeyd olunmuşdur. Ezetimibin istifadəsi ilə həm monoterapiya zamanı, həm də ezetimibi rabdomiolizin yüksək riski ilə assosiasiya olunmuş digər dərman preparatlarına əlavə etdikdə, çox nadir hallarda rabdomiolizin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Miopatiyanın inkişaf etməsi ehtimal edildikdə (əzələlərdə müşahidə olunan simptomlar və ya kreatinfosfokinaza fermentinin səviyyəsinin yüksəlməsi əsasında), ezetimibin, istənilən statinlərin və ya rabdomiolizin inkilaf etmə səviyyəsinin yüksəlməsi ilə əlaqəsi müəyyən edilən hər hansı digər dərman preparatlarının istifadəsi dərhal dayandırılmalıdır. Müalicənin əvvəlində bütün pasiyentlərə əzələlərdə səbəbsiz ağrının, əzələlərdə ağrı və ya zəiflik hissinin bütün epizodları barədə dərhal məlumat vermələrinin zəruriliyi bildirilməlidir (“Əlavə təsirləri” bölməsinə bax). Kreatinfosfokinaza fermentinin müəyyən edilməsi İntensiv fiziki yüklənmələrdən sonra və ya müayinə nəticələrinin şərhini çətinləşdirə bilən KFK (kreatinfosfokinaza) fermentinin səviyyəsinin yüksəlməsi üçün digər ehtimal edilən səbəblər mövcud olduqda, kreatinfosfokinaza fermentinin səviyyələri müəyyən edilməməlidir. İlkin olaraq KFK fermentinin səviyyələrinin əhəmiyyətli yüksəlməsi (> 5 normanın yuxarı həddi (NYH)) qeyd olunduğu halda, 5-7 gündən sonra KFK fermentinin təkrar müayinəsi aparılmalıdır. Təkrar müayinə zamanı KFK fermentinin səviyyəsi NYH-dən > 5 olduqda, müalicə başlanılmamalıdır. Müalicəyə başlamazdan əvvəl Miopatiyanın və ya rabdomiolizin inkişaf etməsi üçün meyllilik faktorları mövcud olan pasiyentlərə HMQ-KoA-reduktaza fermentinin digər inhibitorları kimi, Rozulip Plyus preparatı da ehtiyatla təyin edilməlidir ki, bu faktorlara da aşağıda göstərilənlər aiddir: – böyrək çatışmazlığı; – hipotireoz; – pasiyentin şəxsi və ya ailə anamnezində əzələlərin irsi xəstəliklərinin qeyd olunması; – HMQ-KoA-reduktaza fermentinin digər inhibitorunun və ya fibratların istifadəsi zamanı əzələlərə toksik təsirin mövcudluğu; – alkoqolun sui-istifadəsi; – yaşı > 70 olan pasiyentlər; – qan plazmasında təsiredici maddələrin səviyyələrinin yüksəlməsi ehtimal edilən vəziyyətlər; – eyni zamanda fibratların istifadəsi. Həmin pasiyentlərdə müalicənin riskinin və ehtimal edilən faydasının qiymətləndirilməsi tələb olunur və onların klinik monitorinqinin aparılması tövsiyə olunur. İlkin olaraq KFK fermentinin səviyyələrinin əhəmiyyətli yüksəlməsi (NYH-dən > 5) qeyd olunduğu halda, müalicəni başlamaq olmaz. Müalicə müddətində Pasiyentlərə bildirilməlidir ki, əzələlərdə səbəbsiz ağrılar, əzələlərdə zəiflik hissi və ya spazmlar meydana çıxdığı halda, xüsusilə, göstərilən vəziyyətlər ümumi zəiflik və ya qızdırma ilə müşayiət olunduqda, dərhal həkimə məlumat verilməlidir. Həmin pasiyentlərdə KFK fermentinin səviyyələri müəyyən edilməlidir. KFK fermentinin səviyyələri əhəmiyyətli yüksəldikdə (NYH- dən > 5) və ya gündəlik narahatlığa səbəb olan ağır simptomlar meydana çıxdığı hallarda (KFK fermentinin səviyyələri hətta , NYH-dən ≤ 5 olduğu halda belə) müalicə dayandırılmalıdır. Hər hansı simptom qeyd olunmayan pasiyentlərdə KFK fermentinin standart monitorinqinin aparılması tələb olunmur. Statinlərlə, o cümlədən, rozuvastatinlə müalicə müddətində və ya müalicədən sonra, immun- səbəbli nekrozlaşan miopatiyanın inkişaf etməsi barədə çox nadir məlumatlar mövcuddur. Göstərilən xəstəlik klinik olaraq, proksimal əzələlərin zəifliyi və qan zərdabında kreatinfosfokinaza fermentinin səviyyələrinin yüksəlməsi ilə xarakterizə olunur və bu vəziyyət, statinlərin istifadəsinin dayandırılmasına belə baxmayaraq saxlanılır. Klinik tədqiqatlarda rozuvastatindən və digər hipolipidemik preparatlardan eyni zamanda istifadə edən azsaylı pasiyentlərdə, preparatın skelet əzələlərinə təsirinin güclənməsi barədə heç bir məlumat əldə olunmamışdır. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarından və fibroy turşusunun törəmələrindən (o cümlədən, hemfibrozildən), siklosporindən, nikotin turşusundan, göbələkəleyhinə azol tərkibli preparatlardan, proteaza inhibitorlarından və ya makrolid antibiotiklərdən eyni zamanda istifadə edən pasiyentlərdə miozitin və miopatiyanın baş vermə tezliyinin yüksəlməsi qeyd olunmuşdur. HMQ-KoA-reduktaza fermentinin bəzi inhibitorları ilə eyni zamanda istifadə edildikdə, hemfibrozil miopatiya riskinin yüksəlməsinə səbəb olur. Bu səbəbdən, Rozulip Plyus preparatının və hemfibrozilin kombinasiyada istifadəsi tövsiyə olunmur. Rozulip Plyus preparatının və fibratların və ya niasinin kombinasiya şəklində istifadəsi nəticəsində gələcəkdə lipid səviyyələrinin aşağı düşməsinin faydalarını və dərman preparatlarının həmin kombinasiyalarının istifadəsi zamanı ehtimal edilən riskləri hərtərəfli qiymətləndirmək lazımdır. Fibratlarla eyni zamanda təyin edildikdə, 40 mq dozanın istifadə edilməsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax). Miopatiyanın mövcudluğu ehtimal edilən və ya rabdomioliz nəticəsində böyrək çatışmazlığının inkişaf etməsinə meyllilik (məsələn, sepsis, arterial hipotenziya, geniş miqyaslı cərrahi müdaxilələr, travmalar, maddələr mübadiləsinin, endokrin sistemin və ya elektrolit balansın ağır pozğunluqları, idarəolunmayan qıcolmalar) müşahidə olunan ciddi kəskin vəziyyətlərdə pasiyentlərdə Rozulip Plyus preparatı istifadə edilməməlidir. Fuzidi turşusu Sistem istifadə üçün nəzərdə tutulmuş fuzidi turşusu ilə eyni zamanda və ya fuzidi turşusu ilə aparılan müalicə dayandırıldıqdan sonra 7 gün müddətində Rozulip Plyus preparatından istifadə etmək olmaz. Fuzidi turşusu ilə müalicənin aparılması tələb olunan pasiyentlərdə müalicə dövrü tam sona çatana qədər rozuvastatinin istifadəsi dayandırılmalıdır. Rozuvastatindən və fuzidi turşusundan eyni zamanda istifadə edən pasiyentlərdə rabdomiolizin (bəzi hallarda ölümlə nəticələnən) inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Pasiyentlərə bildirilməlidir ki, əzələ zəifliyinin, əzələlərdə ağrının və ya həssaslığın inkişaf etməsi halları barədə dərhal həkimə məlumat verilməlidir. Fuzidi turşusunun sonuncu dozasının istifadəsindən 7 gün sonra statinlərlə müalicəni təkrar başlamaq olar. Müstəsna hallarda, fuzidi turşusu ilə uzunmüddətli müalicənin aparılması tələb olunduqda, məsələn, ağır infeksiyalar zamanı fuzidi turşusunun və Rozulip Plyus preparatının eyni zamanda istifadəsinin zəruriliyi barədə qərar fərdi qaydada, müalicənin potensial riskini və ehtimal edilən faydasını qiymətləndirərək və pasiyentin vəziyyətinə hərtərəfli nəzarət edərək, qəbul edilməlidir. Qaraciyərə təsiri Ezetimibin və statinin eyni zamanda istifadəsi ilə aparılan nəzarət olunan tədqiqatların gedişində transaminazaların səviyyələrinin ardıcıl yüksəlməsi (normanın yuxarı həddindən (NYH) ≥ 3) qeyd olunmuşdur. Rozuvastatinin istifadəsi ilə müalicəyə başladıqdan 3 ay sonra, qaraciyər funksiyalarını müəyyən etmək tövsiyə olunur. Qan zərdabında transaminazaların səviyyəsi normanın yuxarı həddindən 3 dəfə yüksək olduğu halda, rozuvastatinin istifadəsini dayandırmaq və ya dozasını aşağı salmaq lazımdır. Qeydiyyatdan sonrakı dövrdə rozuvastatinin 40 mq dozasının istifadəsi zamanı qaraciyərdə ciddi pozğunluqların tezliyinin (əsasən, transaminazaların səviyyəsinin) yüksəlməsi qeyd olunmuşdur. Hipotireozla və ya nefrotik sindromla əlaqəli ikincili hiperxolesterinemiya qeyd olunan pasiyentlərdə Rozulip Plyus preparatı ilə müalicəyə başlamazdan əvvəl əsas xəstəliyin müalicəsi aparılmalıdır. Qaraciyər funksiyalarının mülayim və ya ağır pozğunluqları qeyd olunan pasiyentlərdə ezetimibin yüksək təsirinin qeyri-məlum effektlərinin ehtimalını nəzərə alaraq, həmin pasiyentlərdə Rozulip Plyus preparatının istifadəsi tövsiyə olunmur. Böyrəklərə təsiri Rozuvastatinin yüksək dozaları, xüsusilə, 40 mq dozaları ilə müalicə qəbul edən pasiyentlərdə ekspress-test zamanı əsasən, borucuq mənşəli proteinuriya aşkar edilmişdir. Əksər hallarda, proteinuriya müvəqqəti və ya qeyri-müntəzəm olmuşdur. Proteinuriyanın kəskin və ya proqressivləşən böyrək xəstəliyinin inkişafını göstərməsi təsdiq edilməmişdir (“Əlavə təsirləri” bölməsinə bax). Qeydiyyatdan sonrakı dövrdə 40 mq dozanın istifadəsi zamanı böyrəklərdə ciddi pozğunluqların meydana çıxması barədə məlumatların tezliyi daha yüksəkdir. Rozuvastatini 40 mq dozada istifadə edən pasiyentlərin müşahidəsi aparıldıqda, böyrək funksiyalarının monitorinqinin aparılmasının zəruriliyi (3 aydan bir və ya daha tez-tez) nəzərdən keçirilməlidir. Pasiyentlərin etnik mənsubiyyəti Rozuvastatinin farmakokinetikasının öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda avropeoid irqindən olan pasiyentlərlə müqayisədə, monqoloid irqindən olan pasiyentlərdə dərman preparatının yüksək təsiri nümayiş etdirilmişdir (“İstifadə qaydası və dozası” bölməsinə bax). Proteaza inhibitorları Eyni zamanda rozuvastatindən və ritonavirlə kombinasiyada müxtəlif proteaza inhibitorlarından istifadə edən pasiyentlərdə rozuvastatinin sistem təsirinin yüksəlməsi qeyd olunmuşdur. Proteaza inhibitorlarından istifadə edən İİV-infeksiyasına yoluxmuş pasiyentlərdə Rozulip Plyus preparatının istifadəsi zamanı lipidlərin miqdarının aşağı düşməsinin faydasını və eləcədə, rozuvastatinin istifadəsinə başladıqda və dozasını titrlədikdə, qan plazmasında rozuvastatinin konsentrasiyalarının yüksəlməsi ehtimalını nəzərə almaq lazımdır. Preparatın bəzi proteaza inhibitorları ilə eyni zamanda istifadəsi yalnız, Rozulip Plyus preparatının dozasının korreksiyası ilə tövsiyə olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “İstifadə qaydası və dozası” bölmələrinə bax). Ağciyərlərin interstisial xəstəlikləri Müstəsna hallarda, bəzi statinlərin istifadəsi zamanı, xüsusilə, uzunmüddətli müalicə aparıldıqda, ağciyərlərin interstisial xəstəliklərinin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur (“Əlavə təsirləri” bölməsinə bax). Göstərilən xəstəliklərin simptomlarına qeyri-məhsuldar öskürək və ümumi sağlamlıq vəziyyətinin pisləşməsi (yorğunluq, bədən kütləsinin itirilməsi və qızdırma) aiddir. Pasiyentdə ağciyərlərin interstisial xəstəliyinin inkişaf etməsi ehtimal edildiyi halda, statinlərlə müalicəni dayandırmaq lazımdır. Şəkərli diabet Bəzi məlumatlar ehtimal etmək imkanı verir ki, statinlər sinfinə daxil olan preparatlar qanda qlükozanın səviyyəsinin yüksəlməsinə səbəb olur və şəkərli diabetin (ŞD) inkişaf etmə riski yüksək olan bəzi pasiyentlərdə şəkərli diabetin formal müəyyən edilməsinə müvafiq olan səviyyədə hiperqlikemiyaya gətirib çıxara bilər və bu zaman, diabetəleyhinə müalicənin başlanması tələb olunur. Bununla belə, göstərilən risk statinlərin istifadəsi zamanı damar riskinin azalması ilə kompensasiya edilir və bu, statinlərlə müalicənin dayandırılması üçün səbəb olmamalıdır. Risk qrupuna daxil olan pasiyentlərdə (acqarına qlükozanın səviyyəsi 5,6–6,9 mkmol/l, BKİ (bədən kütləsi indeksi) > 30 kq/m , triqliseridlərin səviyyəsinin yüksəlməsi, arterial hipertenziya) ŞD-in klinik və biokimyəvi monitorinqi milli tövsiyələrə müvafiq aparılmalıdır. JUPITER tədqiqatında şəkərli diabetin inkişaf etməsinin ümumi tezliyinin rozuvastatindən istifadə edən qrupda 2,8 % və plasebodan istifadə edən qrupda 2,3 % (əsasən, acqarına qlükozanın səviyyəsi 5,6–6,9 mmol/l qeyd olunan pasiyentlərdə) təşkil etməsi barədə məlumat verilmişdir. Fibratlar Ezetimibin və fibratların eyni zamanda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Rozulip Plyus preparatından və fenofibratdan istifadə edən pasiyentdə xolestazın inkişaf etməsi ehtimal edildiyi halda, öd kisəsinin müayinəsi aparılmalıdır və göstərilən müalicə dayandırılmalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax). Antikoaqulyantlar Rozulip Plyus preparatı varfarinlə, digər kumarin antikoaqulyantlarla və ya fluindionla aparılan müalicəyə əlavə edildiyi halda, beynəlxalq normalaşdırılmış nisbət göstəricisinin (BNN) müvafiq monitorinqi aparılmalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Siklosporin (“Əks göstərişlər” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Uşaqlar və yeniyetmələr Rozulip Plyus preparatının 18 yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir və bu səbəbdən, göstərilən yaş qrupunda preparatın istifadəsi tövsiyə olunmur. Qaraciyər xəstəlikləri və alkoqolun istifadəsi Alkoqoldan həddindən artıq istifadə edən və/və ya anamnezlərində qaraciyər xəstəlikləri qeyd olunan pasiyentlərdə Rozulip Plyus preparatı ehtiyatla istifadə edilməlidir. Rozulip Plyus preparatının tərkibində natrium vardır. Göstərilən preparatın tərkibində 1 mmol- dan (23 mq-dan) az natrium vardır, yəni demək olar ki, preparatın tərkibində natrium yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əks göstərişlər
Siklosporin Rozuvastatinin və siklosporinin eyni zamanda istifadəsi müddətində rozuvastatinin AUC göstəriciləri, sağlam könüllülərdə qeyd olunan göstəricilərlə müqayisədə orta hesabla 7 dəfə yüksək olmuşdur (“Əks göstərişlər” bölməsinə bax). Preparatların göstərilən kombinasiyası qan plazmasında siklosporinin konsentrasiyalarına heç bir təsir göstərmir. Rozulip Plyus preparatının və siklosporinin eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Böyrək transplantasiyası keçirmiş kreatinin klirensi > 50 ml/dəqiqədə olan 8 pasiyentin iştirakı ilə aparılan tədqiqatda siklosporinin sabit dozasının istifadəsi zamanı ezetimibin 10 mq dozada birdəfəlik istifadəsi, digər tədqiqatda (nəzarət tədqiqatında) yalnız ezetimibdən istifadə edən (n = 17) sağlam populyasiyada qeyd olunan AUC göstəricisi ilə müqayisədə, ezetimibin AUC göstəricisinin orta qiymətinin 3,4 dəfə (2,3 dəfədən 7,9 dəfəyə qədər) yüksəlməsinə gətirib çıxarmışdır. Digər tədqiqatda böyrək transplantasiyasından sonra ağır böyrək çatışmazlığı qeyd olunan pasiyent siklosporindən və bir çox digər dərman preparatlarından istifadə etmişdir. Həmin pasiyentdə, yalnız ezetimibdən istifadə edən nəzarət qrupu pasiyentləri ilə müqayisədə, ezetimibin ümumi təsirinin 12 dəfə yüksəlməsi qeyd olunmuşdur. 12 nəfər sağlam şəxsin iştirakı ilə aparılan ikimərhələli çarpaz tədqiqatda 8 gün müddətində ezetimibin 20 mq dozada gündəlik istifadəsi + siklosporinin 100 mq dozada birdəfəlik qəbulu, tədqiqatın 7-ci günü, yalnız siklosporinin 100 mq dozada istifadəsi ilə müqayisədə, siklosporinin AUC göstəricisinin orta hesabla 15 % yüksəlməsinə (göstəricilər diapazonu: 10 % azalmadan 51 % yüksəlməyə qədər) gətirib çıxarmışdır. Böyrək transplantasiyasından sonra pasiyentlərdə ezetimibin və siklosporinin eyni zamanda istifadəsinin siklosporinin təsirinin öyrənilməsi istiqamətində nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hemfibrozil və digər hipolipidemik preparatlar Rozuvastatinin 40 mq dozada və fibratın eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Preparatların tövsiyə edilməyən kombinasiyaları Proteaza inhibitorları Qarşılıqlı təsirin dəqiq mexanizminin məlum olmamasına baxmayaraq, proteaza inhibitorlarının eyni zamanda istifadəsi, rozuvastatinin sistem təsirinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində Cədvələ bax). Məsələn, farmakokinetikanın öyrənilməsi istiqamətində aparılan tədqiqatda sağlam könüllülər tərəfindən rozuvastatinin 10 mq dozada və 2 proteaza inhibitorundan ibarət olan kombinəolunmuş preparatın (atazanavir 300 mq + ritonavir 100 mq) eyni zamanda istifadəsi, rozuvastatinin AUC göstəricisinin təxminən 3 dəfə və C (maksimal konsentrasiya)max göstəricisinin təxminən 7 dəfə yüksəlməsi ilə assosiasiya olunmuşdur. Rozuvastatinin və proteaza inhibitorlarının bəzi kombinasiyalarının eyni zamanda istifadəsi yalnız, rozuvastatinin təsirinin gözlənilən yüksəlməsi əsasında korreksiya edilmiş rozuvastatinin dozalarının hərtərəfli qiymətləndirilməsindən sonra mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində Cədvələ və “İstifadə qaydası və dozası” bölməsinə bax). Dozaların göstərilən kombinasiyasının birinci xətt müalicə vasitəsi şəklində istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni yalnız, rozuvastatinin və ya hər iki komponentin müvafiq dozalanmasını seçdikdən sonra, başlamaq lazımdır. Nəqledici zülalların inhibitorları Rozuvastatin bəzi nəqledici zülalların, o cümlədən, qaraciyər hüceyrələri tərəfindən OATP1B1- in tutulmasının nəqledicisinin və BCRP-nin çıxarılmasının nəqledicisinin substratıdır. Rozulip Plyus preparatının və göstərilən nəqledici zülalları inhibə edən dərman preparatlarının eyni zamanda istifadəsi, qan plazmasında rozuvastatinin konsentrasiyalarının artmasına və miopatiya riskinin yüksəlməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində Cədvələ və “İstifadə qaydası və dozası” bölməsinə bax). Hemfibrozil və digər hipolipidemik preparatlar Rozuvastatinin və hemfibrozilin eyni zamanda istifadəsi, rozuvastatinin C və AUCmax göstəricilərinin 2 dəfə yüksəlməsinə gətirib çıxarmışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan spesifik tədqiqatlardan əldə olunan məlumatlar əsasında, fenofibratla farmakodinamik qarşılıqlı təsirin mövcudluğu ehtimal edildiyi təqdirdə, farmakokinetik cəhətdən əhəmiyyət kəsb edən qarşılıqlı təsirin meydana çıxması gözlənilmir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları ilə eyni zamanda istifadə edildikdə, hemfibrozil, fenofibrat, digər fibratlar və hipolipidemik dozalarda niasin (nikotin turşusu, 1 q/sutkada və daha yüksək dozalarda) miopatiya riskinin yüksəlməsinə səbəb olur. Ehtimal ki, bu, göstərilən dərman preparatlarının hətta monoterapiya şəklində istifadəsi zamanı miopatiyanın baş verməsinə səbəb ola biləcəyi ilə əlaqəlidir. Həmin pasiyentlərə başlanğıc müalicə şəklində rozuvastatin 5 mq dozada təyin edilməlidir. Həkim nəzərə almalıdır ki, ezetimibdən və fenofibratdan istifadə edən pasiyentlərdə öd daşı xəstəliyinin və öd kisəsi xəstəliklərinin inkişaf etmə riski mövcuddur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə bax). Ezetimibdən və fenofibratdan istifadə edən pasiyentdə xolestazın inkişaf etməsi ehtimal edildiyi təqdirdə, öd kisəsinin müayinəsi aparılmalıdır və eləcədə göstərilən müalicə dayandırılmalıdır (“Əlavə təsirləri” bölməsinə bax). Fenofibratın və hemfibrozilin eyni zamanda istifadəsi ezetimibin ümumi konsentrasiyalarının yüksəlməsinə (müvafiq olaraq, təxminən 1,5 və 1,7 dəfə) səbəb olmuşdur. Ezetimibin digər fibratlarla eyni zamanda istifadəsi öyrənilməmişdir. Fibratlar xolesterinin öd vasitəsi ilə ekskresiyasını artıra bilər ki, bu da öd daşı xəstəliyinin inkişaf etməsinə gətirib çıxarır. Heyvanlar üzərində aparılan tədqiqatlarda (bütün növ heyvanlarda deyil) ezetimib bəzi hallarda öd kisəsində öd daxilində xolesterinin konsentrasiyasının yüksəlməsinə səbəb olmuşdur. Ezetimibin terapevtik istifadəsinin öd daşı xəstəliyinin inkişaf etmə riski ilə əlaqəli olması istisna edilməməlidir. Fuzidi turşusu Rozuvastatinin və fuzidi turşusunun qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır. Sistem istifadə üçün nəzərdə tutulmuş fuzidi turşusunu statinlərlə eyni zamanda istifadə etdikdə, rabdomioliz də daxil olmaqla, miopatiya riskinin yüksəlməsi qeyd oluna bilər. Göstərilən qarşılıqlı təsirin mexanizmi (farmakodinamik və/və ya farmakokinetik olması) hələ də aydınlaşdırılmamışdır. Qeyd olunan kombinasiyalardan istifadə edən pasiyentlərdə rabdomioliz (bəzi vəziyyətlərdə ölümlə nəticələnən) halları barədə məlumatlar daxil olmuşdur. Fuzidi turşusu ilə müalicənin aparılması tələb olunduğu hallarda, fuzidi turşusu ilə müalicə dövrü tam sona çatana qədər statinlərin istifadəsini dayandırmaq lazımdır (həmçinin, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Digər qarşılıqlı təsirləri Antasidlər Rozuvastatinin və tərkibində maqnezium və alüminium hidroksidləri olan antasid preparatların suspenziyalarının eyni zamanda istifadəsi, qan plazmasında rozuvastatinin konsentrasiyalarının təxminən 50 % aşağı düşməsinə gətirib çıxarmışdır. Rozuvastatini antasid preparatların qəbulundan 2 saat sonra istifadə etdikdə, göstərilən effekt zəifləmişdir. Həmin qarşılıqlı təsirin klinik əhəmiyyəti tədqiq edilməmişdir. Eyni zamanda antasid preparatın istifadəsi, ezetimibin sorulma sürətini aşağı salmışdır, lakin, ezetimibin biomənimsənilməsinə heç bir təsir göstərməmişdir. Sorulma sürətinin aşağı düşməsi klinik əhəmiyyətli hesab edilmir. Eritromisin Rozuvastatinin və eritromisinin eyni zamanda istifadəsi rozuvastatinin AUC göstəricisinin 200-t % və rozuvastatinin C göstəricisinin 30 % aşağı düşməsinə gətirib çıxarmışdır. Göstərilənmax qarşılıqlı təsir eritromisin tərəfindən bağırsağın motorikasının (hərəki fəaliyyətinin) stimullaşdırılması ilə izah edilə bilər. Sitoxrom P450 sisteminin fermentləri İn vitro və in vivo şəraitdə aparılan tədqiqatların nəticələrində nümayiş etdirilmişdir ki, rozuvastatin P450 sisteminin nə inhibitoru, nə də ki induktoru deyildir. Bundan əlavə, rozuvastatin göstərilən izofermentlər üçün pis substratdır. Bu səbəbdən, dərman preparatları arasında sitoxrom P450 vasitəsi ilə əlaqəli metabolizm nəticəsində qarşılıqlı təsirlərin inkişaf etməsi gözlənilmir. Rozuvastatin və flukonazol (CYP2C9 və CYP3A4 izofermentlərin inhibitoru) və ya ketokonazol (CYP2A6 və CYP3A4 izofermentlərin inhibitoru) arasında klinik əhəmiyyətli qarşılıqlı təsirlər qeyd olunmamışdır. Preklinik tədqiqatlarda ezetimibin, dərman preparatlarının metabolizmində iştirak edən P450 sitoxrom sisteminin fermentlərini induksiya etməməsi göstərilmişdir. Ezetimib və sitoxrom P450 sisteminin 1A2, 2D6, 2C8, 2C9, 3A4 izofermentləri və ya N-asetiltransferaza fermenti vasitəsi ilə metabolizmə məruz qalan dərman preparatları arasında klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirlər qeyd olunmamışdır. K vitamininin antaqonistləri HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, eyni zamanda K vitamininin antaqonistlərindən (heparindən və ya kumarin sırasından olan digər antikoaqulyantlardan) istifadə edən pasiyentlərdə rozuvastatinin istifadəsinin başlanması və ya dozasının artırılması beynəlxalq normalaşdırılmış nisbət (BNN) göstəricisinin yüksəlməsinə gətirib çıxara bilər. Rozuvastatinin istifadəsinin dayandırılması və ya dozasının azaldılması BNN göstəricisinin aşağı düşməsinə gətirib çıxara bilər. Həmin vəziyyətlərdə BNN göstəricisinin müvafiq monitorinqinin aparılması arzuolunan haldır. 12 nəfər sağlam yetkin yaşlı kişilərin iştirakı ilə aparılan tədqiqatda ezetimibin (10 mq dozada 1 dəfə/sutkada) varfarinin biomənimsənilməsinə və ya protrombin müddətinə heç bir təsir göstərməməsi nümayiş etdirilmişdir. Bununla belə, varfarinin və ya fluindionun istifadəsinə ezetimib əlavə edilən pasiyentlərdə beynəlxalq normalaşdırılmış nisbət göstəricisinin yüksəlməsi barədə məlumatlar mövcuddur. Rozulip Plyus preparatı varfarinlə, digər kumarin antikoaqulyantlarla və ya fluindionla aparılan müalicəyə əlavə edildiyi halda, BNN göstəricisinin müvafiq monitorinqi aparılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Tikaqrelor Tikaqrelor böyrək çatışmazlığının meydana çıxmasına səbəb ola bilər ki, bu da rozuvastatinin böyrəklər vasitəsi ilə xaric olmasına təsir göstərə bilər və orqanizmdə onun akkumulyasiyasını yüksəldə bilər. Bəzi hallarda, tikaqreloru rozuvastatinlə eyni zamanda istifadə etdikdə, böyrək funksiyalarının pisləşməsi, kreatinkinaza fermentinin aktivliyinin yüksəlməsi və rabdomioliz müşahidə olunmuşdur. Tikaqrelorun və rozuvastatinin eyni zamanda istifadəsi müddətində böyrək funksiyalarına və kreatinkinaza fermentinin aktivliyinə nəzarət etmək tövsiyə olunur. Peroral kontraseptivlər və əvəzedici hormonal müalicə (ƏHM) Rozuvastatinin və peroral kontraseptivlərin eyni zamanda istifadəsi, etinilestradiolun və norgestrelin AUC göstəricilərinin müvafiq olaraq, 26 % və 34 % yüksəlməsinə gətirib çıxarmışdır. Peroral kontraseptivlərin dozaları seçildikdə, qan plazmasında dərman preparatlarının səviyyələrinin qeyd olunan yüksəlməsi nəzərə alınmalıdır. Rozuvastatinin və ƏHM preparatlarının eyni zamanda istifadəsi müddətində preparatların farmakokinetikasına dair heç bir məlumatın olmamasını nəzərə alaraq, analoji qarşılıqlı təsirlərin mövcudluğunu istisna etmək olmaz. Bununla belə, preparatların göstərilən kombinasiyası qadınların iştirakı ilə aparılan klinik tədqiqatlarda yaxşı öyrənilmişdir və həmin kombinasiya pasiyentlər tərəfindən yaxşı keçirilmişdir. Dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatlarda ezetimib, etinilestradiol və levonorgestrel də daxil olmaqla, peroral kontraseptivlərin farmakokinetikasına təsir göstərməmişdir. Xolestiramin Eyni zamanda xolestiraminin istifadəsi, ezetimibin və onun qlükuronidinin cəminin farmakokinetik əyrisi altındakı orta sahə (AUC) göstəricisinin təxminən 55 % aşağı düşməsinə səbəb olmuşdur. Ezetimibi xolestiraminlə aparılan müalicəyə əlavə etdikdə, göstərilən qarşılıqlı təsir aşağı sıxlıqlı lipoproteinlər xolesterininin (ASLP-XS-in) miqdarının ardıcıl azalmasının qarşısını ala bilər (“İstifadə qaydası və dozası” bölməsinə bax). Statinlər Ezetimibin atorvastatinlə, simvastatinlə, pravastatinlə, lovastatinlə, fluvastatinlə və ya rozuvastatinlə eyni zamanda istifadəsi müddətində klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirlər qeyd edilməmişdir. Digər dərman preparatları Dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan əldə olunan məlumatlara əsasən, rozuvastatin və diqoksin arasında klinik əhəmiyyətli qarşılıqlı təsirin mövcudluğu gözlənilmir. Dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatlarda ezetimib dapsonun, dekstrometorfanın, diqoksinin, qlipizidin, tolbutamidin və ya midazolamın farmakokinetikasına təsir göstərməmişdir. Ezetimiblə eyni zamanda istifadə edildikdə, simetidin ezetimibin biomənimsənilməsinə heç bir təsir göstərməmişdir. Rozuvastatinin dozasının korreksiyasını tələb edən qarşılıqlı təsirlər (aşağıda göstərilən cədvələ bax) Rozuvastatinin və onun sistem təsirinin güclənməsinə səbəb olan digər dərman preparatlarının eyni zamanda istifadəsi tələb olunduğu halda, rozuvastatinin dozasının korreksiyası zəruridir. Təsirin gözlənilən artması (AUC) 2 dəfə və ya daha çox olduğu təqdirdə, rozuvastatinin istifadəsini 5 mq/sutkada dozanın qəbulundan başlamaq lazımdır. Maksimal sutkalıq doza elə qaydada korreksiya edilməlidir ki, rozuvastatinin gözlənilən sistem təsiri qarşılıqlı təsir göstərən dərman preparatları olmadan rozuvastatinin 40 mq/sutkada dozada istifadəsi zamanı, rozuvastatinin 20 mq/sutkada dozada hemfibrozillə eyni zamanda istifadəsi müddətində (1,9 dəfə yüksəlmə) və rozuvastatinin 10 mq/sutkada dozada atazanavir və ritonavir kombinasiyası ilə birlikdə istifadəsi zamanı (3,1 dəfə yüksəlmə) qeyd ediləndən artıq olmasın. Dərman preparatının AUC göstəricisini 2 dəfədən az yüksəltdiyi müəyyən edildiyi təqdirdə, başlanğıc dozanın aşağı salınması tələb olunmur; bununla belə, rozuvastatinin dozası 20 mq-dan çox artırıldığı halda, ehtiyat tədbirlərinə riayət edilməlidir. Digər dərman preparatlarının eyni zamanda istifadəsinin rozuvastatinin ümumi effektlərinə (AUC; qarşılıqlı təsir göstəricisinin azalması istiqamətində) təsiri klinik tədqiqatlardan əldə olunan dərc edilmiş məlumatlar aşağıda göstərilmişdir. Rozuvastatinin AUC göstəricisinin 2 dəfə və daha çox yüksəlməsi Rozuvastatinlə qarşılıqlı təsirə malik olan Rozuvastatinin Rozuvastatinin dərman preparatının dozalanma rejimi dozalanma rejimi AUC göstəricisinin dəyişməsi* Sofosbuvir/velpatasvir/voksilaprevir (400 mq/100 mq/100 mq) + voksilaprevir (100 10 mq, gündə 1 dəfə 7,4 dəfə ↑ mq), gündə 1 dəfə, 15 gün Siklosporin 75–200 mq, 2 dəfə/sutkada, 6 ay 10 mq , 1 7,1 dəfə ↑ dəfə/sutkada, 10 sutka Darolutamid 600 mq, 2 dəfə/sutkada, 5 gün 5 mq, birdəfəlik 5,2 dəfə ↑ Reqorafenib 160 mq, 1 dəfə/sutkada, 14 gün 5 mq, birdəfəlik 3,8 dəfə ↑ Atazanavir 300 mq + ritonavir 100 mq, 10 mq, birdəfəlik 3,1 dəfə ↑ 1 dəfə/sutkada, 8 sutka Velpatasvir 100 mq, sutkada 1 dəfə 10 mq, birdəfəlik 2,7 dəfə ↑ Ombitasvir 25 mq/paritaprevir 150 5 mq, birdəfəlik 2,6 dəfə ↑ mq/ritonavir 100 mq sutkada 1 dəfə/dasabuvir 400 mq sutkada 2 dəfə, 14 gün Qrazoprevir 200 mq/elbasvir 50 mq, sutkada 10 mq, birdəfəlik 2,3 dəfə ↑ 1 dəfə Qlekaprevir 400 mq/pibrentasvir 120 mq, 5 mq, 1 2,2 dəfə ↑ sutkada 1 dəfə, 7 gün dəfə/sutkada, 7 sutka Lopinavir 400 mq + ritonavir 100 mq, 2 20 mq, 1 2,1 dəfə ↑ dəfə/sutkada, 17 sutka dəfə/sutkada, 7 sutka Klopidoqrel 300 mq, birdəfəlik və 24 saatdan 20 mq, birdəfəlik 2 dəfə ↑ sonra 75 mq Hemfibrozil 600 mq, 2 dəfə/sutkada, 7 sutka 80 mq, birdəfəlik 1,9 dəfə ↑ Rozuvastatinin AUC göstəricisinin 2 dəfədən az yüksəlməsi Eltrombopaq 75 mq, 1 dəfə/sutkada, 10 sutka 10 mq, birdəfəlik 1,6 dəfə ↑ Darunavir 600 mq + ritonavir 100 mq 2 10 mq, 1 1,5 dəfə ↑ dəfə/sutkada, 7 sutka dəfə/sutkada, 7 sutka Tipranavir 500 mq + ritonavir 200 mq, 2 10 mq, birdəfəlik 1,4 dəfə ↑ dəfə/sutkada, 11 sutka Dronendaron 400 mq, 2 dəfə/sutkada Məlumat yoxdur 1,4 dəfə ↑ İtrakonazol 200 mq, 1 dəfə/sutkada, 5 sutka 10 mq, birdəfəlik 1,4 dəfə ↑** Rozuvastatinin AUC göstəricisinin azalması Eritromisin 500 mq, 4 dəfə/sutkada, 7 sutka 80 mq, birdəfəlik 28 % ↓ Baikalin 50 mq, 3 dəfə/sutkada, 14 sutka 20 mq, birdəfəlik 47 % ↓ * x-qat dəyişikliklik kimi qeyd olunan məlumatlar – preparatlar kombinasiyasının və yalnız sərbəst rozuvastatinin istifadəsi zamanı AUC göstəricilərinin nisbətidir. % kimi qeyd olunan məlumatlar – yalnız sərbəst rozuvastatinin istifadəsi ilə əlaqəli % fərqidir. ↑ – yüksəlmə, ↔ – dəyişiklik qeyd edilmir, ↓ – azalma. ** Qarşılıqlı təsirlərin bir neçə tədqiqatı rozuvastatinin digər dozalanmaları ilə də aparılmışdır, cədvəldə AUC göstəricisinin ən əhəmiyyətli dəyişikliyi göstərilmişdir. Rozuvastatinin və aşağıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi, rozuvastatinin AUC göstəricisinin klinik əhəmiyyətli dəyişikliklərinə səbəb olmamışdır: aleqlitazar – 0,3 mq, 7 gün; fenofibrat – 67 mq gündə 3 dəfə, 7 gün; flukonazol – 200 mq gündə 1 dəfə, 11 gün; fozamprenavir – 700 mq/ritonavir 100 mq gündə 2 dəfə, 8 gün; ketokonazol – 200 mq gündə 2 dəfə, 7 gün; rifampin 450 mq gündə 1 dəfə, 7 gün; silimarin (Silbyum marianum ekstraktı) – 140 mq gündə 3 dəfə, 5 gün. Başlanğıc müalicə üçün kombinəolunmuş preparatın istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicənin başlanması və ya zərurət yarandığı halda, dozanın dəyişdirilməsi yalnız, rozuvastatinin və ya preparatın hər iki komponentinin tələb olunan dozalanması müəyyən edildikdən sonra mümkündür və bundan sonra müalicə, tərkibində monokomponentlərin tələb edilən dozaları olan kombinəolunmuş preparatın istifadəsinə keçirilə bilər. Uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Rozulip Plyus hamiləlik və laktasiya dövründə əks göstərişdir. Doğmaq qabiliyyəti olan qadınlar müvafiq kontrasepsiya tədbirlərindən istifadə etməlidirlər. Hamiləlik Rozuvastatin Xolesterin və xolesterinin biosintezinin digər məhsulları dölün inkişafı üçün son dərəcə vacib olduğu üçün hamiləlik dövründə HMQ-KoA-reduktazanın inhibə olmasının potensial riski preparatın qəbulunun üstünlüyünü aşır. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olması barədə məhdud məlumat verir. Pasiyent qadın Rozulip Plyusun istifadəsi zamanı hamilə qaldıqda, müalicəni dərhal dayandırmaq lazımdır. Ezetimib Hamiləlik dövründə ezetimibin istifadəsi barədə klinik məlumat yoxdur. Monoterapiya qismində ezetimibin istifadəsilə heyvanlar üzərində aparılan tədqiqatlar ezetimibin birbaşa və ya dolayı yolla hamiləliyə, embrionun və dölün inkişafına, doğuşa və ya postnatal inkişafa mənfi təsirini göstərməmişdir. Laktasiya Rozuvastatin Siçovullarda rozuvastatin ana südü ilə xaric olur. Qadınlarda rozuvastatinin ana südü ilə ekskresiya olması barədə məlumat yoxdur (“Əks göstərişlər” bölməsinə bax). Ezetimib Siçovullar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, ezetimib ana südü ilə xaric olur. Qadınlarda ezetimibin ana südü ilə ekskresiya olması məlum deyil. Reproduktiv funksiya İnsanlarda ezetimibin reproduktiv funksiyaya təsiri barədə klinik tədqiqatlar yoxdur. Ezetimib erkək və dişi siçovullarda reproduktiv funksiyaya təsir etmir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Rozulip Plyus avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir və ya çox az təsir edir. Rozuvastatinin və/və ya ezetimibin bu xüsusiyyətlərə təsirini öyrənən tədqiqatlar aparılmayıb. Lakin nəqliyyat vasitələrini və ya mexanizmləri idarə edərkən müalicə dövründə inkişaf edə bilən başgicəllənmə riskini nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
Dozalanması Pasiyent müvafiq hipolipidemik pəhrizdən istifadə etməlidir və Rozulip Plyus preparatı ilə müalicə müddətində həmin pəhrizin saxlanılmasına diqqət yetirməlidir. Preparatın tövsiyə olunan sutkalıq dozası, qida qəbulundan asılı olmayaraq istifadə edilən 1 kapsul təşkil edir. Başlanğıc hipolipidemik müalicə vasitəsi şəklində Rozulip Plyus preparatının istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni və ya zərurət yarandığı halda, dozanın dəyişdirilməsini yalnız, rozuvastatinin və ya preparatın hər iki komponentinin tələb olunan dozasını müəyyən etdikdən sonra həyata keçirmək olar. Rozuvastatinin 40 mq dozası təyin edilən pasiyentlərin müalicəsi üçün Rozulip Plyus preparatının 10 mq/10 mq və 20 mq/10 mq kapsullarının istifadəsi uyğun deyildir. Rozulip Plyus preparatı, öd turşularının sekvestrantının qəbulundan ≥ 2 saat əvvəl və ya ≥ 4 saat sonra istifadə edilə bilər. Uşaqlar və yeniyetmələr Rozulip Plyus preparatının 18 yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi hələ də müəyyən edilməmişdir. Hazırda mövcud məlumatlar “Əlavə təsirləri” bölməsində təsvir edilmişdir, lakin, preparatın dozalanmasına dair hər hansı tövsiyə verilə bilməz. Yaşlı pasiyentlər Yaşı > 70 olan pasiyentlərdə rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Başlanğıc müalicə vasitəsi şəklində preparatların göstərilən kombinasiyasının istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni yalnız, rozuvastatinin və ya preparatın hər iki komponentinin tələb olunan dozalanması seçildikdən sonra başlamaq lazımdır. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın dozalanması Böyrək funksiyalarının yüngül və ya mülayim pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Böyrək funksiyalarının mülayim pozğunluqları (kreatinin klirensi < 60 ml/dəqiqədə) qeyd olunan pasiyentlərdə rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Dozaların sabit kombinasiyasının birinci xətt müalicə vasitəsi şəklində istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni yalnız, rozuvastatinin və ya hər iki komponentin müvafiq dozalanmasını seçdikdən sonra, başlamaq lazımdır. Böyrək funksiyalarının mülayim pozğunluqları qeyd olunan pasiyentlərdə Rozulip Plyus preparatının 40 mq/10 mq dozalı kapsullarının istifadəsi əks göstərişdir. Böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə rozuvastatinin istənilən dozalarının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın dozalanması Qaraciyər funksiyalarının yüngül pozğunluqları (Çayld-Pyu şkalasına əsasən 5-6 bal) qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının mülayim (Çayld-Pyu şkalasına əsasən 7-9 bal) və ya ağır (Çayld-Pyu şkalasına əsasən > 9 bal) pozğunluqları qeyd olunan pasiyentlərdə Rozulip Plyus preparatının istifadəsi ilə müalicənin aparılması tövsiyə olunmur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qaraciyərin kəskin xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə Rozulip Plyus preparatının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Pasiyentlərin etnik mənsubiyyəti Asiya mənşəli pasiyentlərdə rozuvastatinin sistem təsirinin yüksəlməsi qeyd olunmuşdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Asiya mənşəli pasiyentlərdə rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Dozaların sabit kombinasiyasının birinci xətt müalicə vasitəsi şəklində istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni yalnız, rozuvastatinin və ya hər iki komponentin müvafiq dozalanmasını seçdikdən sonra, başlamaq lazımdır. Həmin pasiyentlərdə Rozulip Plyus preparatının 40 mq/10 mq dozalı kapsullarının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Genetik polimorfizm Məlumdur ki, genetik polimorfizmin bəzi növləri rozuvastatinin sistem təsirinin yüksəlməsinə səbəb olur. Bəzi polimorfizm növlərinin mövcudluğu müəyyən edilmiş pasiyentlərdə Rozulip Plyus preparatının daha aşağı sutkalıq dozasının istifadəsi tövsiyə olunur. Miopatiyaya meyllilik faktorlarına malik olan pasiyentlərdə preparatın dozalanması Miopatiyanın inkişaf etməsinə meyllilik faktorlarına malik olan pasiyentlərdə rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Dozaların sabit kombinasiyasının birinci xətt müalicə vasitəsi şəklində istifadəsi uyğun deyildir. Kombinəolunmuş müalicəni yalnız, rozuvastatinin və ya hər iki komponentin müvafiq dozalanmasını seçdikdən sonra, başlamaq lazımdır. Həmin pasiyentlərin bəzilərində Rozulip Plyus preparatının 40 mq/10 mq dozalı kapsullarının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Digər preparatların istifadəsi ilə eyni zamanda aparılan müalicə Rozuvastatin müxtəlif nəqledici zülalların (məsələn, OATP1B1-in və BCRP-in) substratıdır. Rozulip Plyus preparatının və göstərilən nəqledici zülallarla qarşılıqlı təsir nəticəsində qan plazmasında rozuvastatinin konsentrasiyalarının yüksəlməsinə səbəb ola bilən bəzi dərman preparatlarının (məsələn, siklosporinin və bəzi proteaza inhibitorlarının, o cümlədən, ritonavirin atazanavirlə, lopinavirlə və/və ya tipranavirlə kombinasiyalarının; “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax) eyni zamanda istifadəsi müddətində miopatiya, o cümlədən, rabdomioliz riskinin yüksəlməsi qeyd olunur. Rozulip Plyus preparatının istifadəsinin müvəqqəti dayandırılması tələb olunduğu halda, mümkün olarsa, alternativ müalicənin aparılması ehtimalını nəzərdən keçirmək lazımdır. Göstərilən dərman preparatlarının və Rozulip Plyus preparatının eyni zamanda istifadəsindən qaçınmaq mümkün olmadığı təqdirdə, həmin kombinəolunmuş müalicənin faydası və riski və eləcədə, rozuvastatinin dozalanmasının korreksiyasının zəruriliyi hərtərəfli qiymətləndirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). İstifadə qaydası Preparat daxilə istifadə üçün nəzərdə tutulmuşdur. Rozulip Plyus preparatı gündə 1 dəfə, sutkanın eyni bir vaxtında, qida qəbulundan asılı olmayaraq istifadə edilməlidir. Kapsulları bütöv və su ilə birlikdə daxilə qəbul etmək lazımdır.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi Rozuvastatinin istifadəsi zamanı qeyd edilən arzuolunmayan reaksiyalar adətən, müvəqqətidir və ağır dərəcəli deyildir. Nəzarət olunan klinik tədqiqatlarda arzuolunmayan təzahürlərin meydana çıxması nəticəsində rozuvastatinin istifadəsinin dayandırılması tezliyi 4 %-dən az olmuşdur. 112 həftəyə qədər davam edən klinik tədqiqatlarda 2396 pasiyent ezetimibi 10 mq/sutkada dozada monoterapiya şəklində, 11308 pasiyent statinlə kombinasiya şəklində və 185 pasiyent fenofibratla kombinasiya şəklində istifadə etmişdir. Arzuolunmayan reaksiyalar adətən, müvəqqəti olmuşdur və ağır dərəcəli deyildir. Ezetimib və plasebo qruplarında əlavə effektlərin ümumi tezliyi oxşar olmuşdur. Bundan əlavə, arzuolunmayan təzahürlərin meydana çıxması nəticəsində ezetimib və plasebo qruplarında preparatın istifadəsinin dayandırılması tezliyi də müqayisəedilən olmuşdur. Mövcud məlumatlara əsasən, 1200 pasiyent rozuvastatin və ezetimib kombinasiyasını klinik tədqiqatların gedişində istifadə etmişdirlər. Dərc edilmiş məlumatlara əsasən, hiperxolesterinemiyalı pasiyentlərdə preparatların göstərilən kombinasiyasının istifadəsi ilə əlaqəli arzuolunmayan təzahürlərə qaraciyər transaminazalarının səviyyələrinin yüksəlməsi, mədə-bağırsaq pozğunluqları və əzələ ağrıları aiddir. Göstərilən təzahürlər həmin təsiredici maddələrin məlum arzuolunmayan effektləridir. Bununla belə, rozuvastatin və ezetimib arasında arzuolunmayan effektlərlə əlaqəli farmakodinamik qarşılıqlı təsirlər də istisna edilməməlidir. Arzuolunmayan reaksiyaların xülasəsi aşağıda cədvəl şəklində göstərilmişdir. Arzuolunmayan təzahürlərin baş vermə tezliyi aşağıda qeyd olunan tezlik sinflərinə müvafiq təsvir edilmişdir: tez-tez ( 1/100 – 1/10), bəzən ( 1/1000 – 1/100), nadir hallarda ( 1/10000 – 1/1000), çox nadir hallarda ( 1/10000), məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). MedDRA Tez-tez Bəzən Nadir Çox nadir Məlum deyil əsasında hallarda hallarda sistem orqanlar sinfi Qan və limfa Trombosito Trombositopeni 2 5 sistemində baş peniya ya verən pozğunluqlar İmmun Yüksək Yüksək sistemdə baş həssaslıq həssaslıq (o verən reaksiyaları cümlədən, dəri pozğunluqlar , o üzərində cümlədən, səpgilər, övrə, Kvinke anafilaksiya və 2 5 ödemi Kvinke ödemi) Endokrin Şəkərli 1, 2 sistemdə baş diabet verən pozğunluqlar Qidalanmada İştahanın və maddələr aşağı mübadiləsində düşməsi baş verən pozğunluqlar 2,5 Psixikada baş Depressiya verən pozğunluqlar Sinir Baş Paresteziya Polineyropati Periferik 2,4 2 2 sistemində baş ağrısı , ya , yaddaşın neyropatiya , verən başgicəllən itirilməsi yuxu pozğunluqlar mə pozğunluqları (o cümlədən, yuxusuzluq və gecələr dəhşətli yuxugörmələr) , 5, başgicəllənmə paresteziya Damarlarda Qan axınları , baş verən arterial pozğunluqlar hipertenziya Tənəffüs Öskürək Öskürək , 2,5 sistemində, döş təngnəfəslik qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar 2 3 2 2 Mədə-bağırsaq Qəbizlik , Dispepsiya ,q Pankreatit Diareya , sistemində baş ürəkbulanm astroezofagea pankreatit , 2 5 verən a , qarın l reflyuks qəbizlik pozğunluqlar nahiyəsində xəstəliyi , 2,3 3 ağrı ürəkbulanma diareya , , ağızda 3 4 meteorizm quruluq , qastrit 2 5 Qaraciyərdə Qaraciyər Sarılıq , Hepatit , 2 5 və ödçıxarıcı transaminaz hepatit xolelitiaz , yollarda baş alarının xolesistit verən səviyyəsini pozğunluqlar n yüksəlməsi Dəridə və Dərinin Stivens-Conson 2,4 2 dərialtı qaşınması , sindromu , toxumalarda dəri üzərində eozinofiliya və 2,4 baş verən səpgilər , sistem 2,4 pozğunluqlar övrə simptomlarla müşayiət olunan dərman reaksiyası (DRESS) , multiform eritema 2,4 3 2 Dayaq-hərəkət Mialgiya Artralgiya ,əz Miopatiya Artralgiya İmmun səbəbli sistemində və ələ və miozit , nekrozlaşan 3 2 birləşdirici spazmları , rabdomioliz miopatiya , toxumada baş boyun , vətərlərin verən nahiyəsində qurdeşənəyi zədələnməsi – pozğunluqlar ağrı , bel nə bənzər bəzən onların nahiyəsində sindrom , üzülməsi ilə ağrı , əzələ əzələlərin müşayiət 4 2 2 zəifliyi , üzülməsi olunur , ətraflarda artralgiya , 4 5 ağrı mialgiya , miopatiya və rabdomioliz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Böyrəklərdə və Hematuriya sidik-ifrazat yollarında baş verən pozğunluqlar Reproduktiv Ginekomasti sistemdə və ya süd vəzilərində baş verən pozğunluqlar 2 2 Ümumi Asteniya , Döş qəfəsində Ödem 3 3 pozğunluqlar yorğunluq ağrı , və yeridilmə ağrı , nahiyəsində asteniya , inkişaf edən periferik dəyişikliklər ödemlər Müxtəlif ALT ALT və/və ya simptomlar (alaninamin AST otransferaz fermentlərini a) və/və ya n AST səviyyələrinin (aspartatam yüksəlməsi , inotransfera qanda KFK za) fermentinin fermentləri səviyyəsinin nin yüksəlməsi , səviyyələri γ- nin qlutamiltransf yüksəlməsi eraza fermentinin səviyyəsinin yüksəlməsi , qaraciyər funksiyalarını nbiokimyəvi göstəricilərini n dəyişməsi Rozuvastatinin istifadəsi zamanı əlavə təsirin baş vermə tezliyi risk faktorlarının (acqarına qlükozanın səviyyəsi ≥ 5,6 mkmol/l, BKİ > 30 kq/m , triqliseridlərin səviyyəsinin yüksəlməsi, anamnezdə arterial hipertenziyanın qeyd olunması) mövcud olub-olmamasından asılıdır. Rozuvastatinin arzuolunmayan reaksiyalarının profili – klinik tədqiqatlardan və qeydiyyatdan sonrakı dövrdə geniş istifadə təcrübəsindən əldə olunan məlumatlara əsaslanır. Ezetimibin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatların gedişində və ya ezetimibi qeydiyyatdan sonrakı dövrdə monoterapiya şəklində və ya statinlə eyni zamanda istifadə etdikdə, qeyd edilən arzuolunmayan reaksiyalar. Plasebo (N=1159) ilə müqayisədə, ezetimibi (N=2396) daha yüksək tezliklə istifadə edən pasiyentlərdə müşahidə edilən arzuolunmayan reaksiyalar. Yalnız sərbəst statinin (N=9361) istifadəsi ilə müqayisədə, ezetimibi və statini (N=11308) daha yüksək tezliklə istifadə edən pasiyentlərdə müşahidə edilən arzuolunmayan reaksiyalar. Qeydiyyatdan sonrakı dövr: ezetimibin monoterapiya şəklində və ya statinlə kombinasiyada istifadəsi müddətində qeyd edilən əlavə arzuolunmayan reaksiyalar. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, arzuolunmayan dərman reaksiyalarının baş vermə tezliyi dozadan asılılığa meyllidir. Böyrəklərə təsiri Rozuvastatinlə müalicə qəbul edən pasiyentlərdə proteinuriyanın meydana çıxması qeyd olunmuşdur ki, bu da ekspress-metodla müəyyən edilmişdir və əsasən, borucuq mənşəli olmuşdur. Proteinuriyanın ilkin olaraq “–/izlər” səviyyəsindən “++” və daha yüksək səviyyəyə qədər dəyişməsi preparatı 10 mq və 20 mq dozalarda istifadə edən pasiyentlərin < 1 %-də və 40 mq dozanın istifadəsi zamanı pasiyentlərin təxminən 3 %-də istənilən müddət ərzində qeyd olunmuşdur. Preparatın 20 mq dozasının istifadəsi zamanı proteinuriyanın fon səviyyəsi “–/izlər” olduqda, proteinuriyanın “+” səviyyəyə qədər müəyyən artması qeyd edilmişdir. Əksər hallarda proteinuriya sərbəst aradan qalxmışdır və ya davamlı müalicə fonunda aşağı düşmüşdür. Preparatın istifadəsinin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatlardan və qeydiyyatdan sonrakı dövrdə əldə olunan məlumatların analizi zamanı bu günə qədər proteinuriya və böyrəklərin kəskin və ya proqressivləşən xəstəlikləri arasında səbəb əlaqəsi müəyyən edilməmişdir. Rozuvastatinlə müalicə qəbul edən pasiyentlərdə hematuriyanın meydana çıxması qeyd olunmuşdur. Klinik tədqiqatlardan əldə olunan məlumatlar göstərilən vəziyyətin aşağı tezliyini nümayiş etdirir. Skelet əzələlərinə təsiri Rozuvastatinin istənilən dozaları, xüsusilə > 20 mq dozaları ilə müalicə qəbul edən pasiyentlərdə preparatın skelet əzələlərinə təsiri, məsələn, mialgiya, miopatiya (o cümlədən, miozit) və nadir hallarda, kəskin böyrək çatışmazlığının inkişaf etməsi ilə müşayiət olunan və ya böyrək çatışmazlığı olmadan rabdomioliz qeyd edilmişdir. Rozuvastatindən istifadə edən pasiyentlərdə KFK fermentinin dozadan asılı yüksəlməsi qeyd olunmuşdur. Göstərilən halların əksəriyyətinin ağırlıq dərəcəsi aşağı olmuşdur: simptomsuz və müvəqqəti. KFK fermentinin səviyyəsi yüksəldiyi halda (NYH-dən > 5), müalicə dayandırılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qaraciyərə təsiri HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, rozuvastatindən istifadə edən pasiyentlərin kiçik bir hissəsində transaminazaların səviyyəsinin dozadan asılı yüksəlməsi qeyd olunmuşdur. Göstərilən halların əksəriyyətinin ağırlıq dərəcəsi aşağı olmuşdur: simptomsuz və müvəqqəti. Bəzi statinlərin istifadəsi zamanı aşağıda göstərilən arzuolunmayan təzahürlər qeyd olunmuşdur: – cinsi funksiyanın pozulması; – müstəsna hallarda – ağciyərlərin interstisial xəstəlikləri (xüsusilə, uzunmüddətli müalicə aparıldıqda, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Rozuvastatinin 40 mq dozada istifadəsi zamanı rabdomioliz, qaraciyərdə (əsasən, qaraciyər transaminazalarının səviyyələrinin yüksəlməsi) və böyrəklərdə ciddi pozğunluqlar barədə məlumatların tezliyi daha yüksəkdir. Laborator göstəricilər Monoterapiyanın öyrənilməsi istiqamətində aparılan nəzarət olunan klinik tədqiqatların gedişində qan zərdabında transaminazaların səviyyəsinin klinik əhəmiyyətli yüksəlməsinin (ALT və/və ya AST səviyyələri NYH-dən ≥ 3) tezliyi ezetimib (0,5 %) və plasebo (0,3 %) qruplarında oxşar olmuşdur. Preparatların kombinasiyasının öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda tezliyin yüksəlməsi ezetimib + statin kombinasiyasından istifadə edən pasiyentlərdə 1,3 % və yalnız statindən istifadə edən pasiyentlərdə 0,4 % təşkil etmişdir. Göstərilən yüksəlmə epizodları adətən, simptomsuz olmuşdur, xolestazla assosiasiya olunmamışdır və transaminazaların göstəriciləri müalicə dayandırıldıqdan sonra və ya davamlı müalicə fonunda ilkin səviyyələrə qayıtmışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Klinik tədqiqatlarda yalnız ezetimibdən istifadə edən 1674 pasiyentin 4-də (0,2 %), plasebodan istifadə edən 786 pasiyentin 1-də (0,1 %), ezetimib + statin kombinasiyasından istifadə edən 917 pasiyentin 1-də (0,1 %) və yalnız statindən istifadə edən 929 pasiyentin 4-də (0,4 %) KFK fermentinin səviyyəsinin NYH-dən > 10 yüksəlməsi qeyd olunmuşdur. Müvafiq nəzarət qrupu ilə müqayisədə (plasebo və ya statinlə monoterapiya), ezetimibin istifadəsi miopatiyanın və ya rabdomiolizin tezliyinin yüksəlməsi ilə assosiasiya olunmamışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlar və yeniyetmələr Rozulip Plyus preparatının 18 yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Rozuvastatin Rozuvastatinin istifadəsinin öyrənilməsi istiqamətində 52 həftə müddətində aparılan klinik tədqiqatda yetkin yaşlı pasiyentlərlə müqayisədə, uşaqlarda və yeniyetmələrdə kreatinkinaza fermentinin səviyyəsinin NYH-dən > 10 yüksəlməsi epizodları və fiziki yüklənmədən və ya yüksək aktivlikdən sonra əzələ toxumasında müşahidə olunan simptomlar daha tez-tez qeyd edilmişdir. Digər vəziyyətlərdə uşaqlarda və yeniyetmələrdə rozuvastatinin təhlükəsizlik profili böyüklərin təhlükəsizlik profili ilə oxşar olmuşdur. Ezetimib 6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr İrsi heteroziqot və ya qeyri-irsi hiperxolesterinemiyalı 6-10 yaşlı uşaqların (n = 138) iştirakı ilə aparılan tədqiqatda ezetimibdən istifadə edən pasiyentlərin 1,1 %-də (1 pasiyentdə) və plasebo qrupunda pasiyentlərin 0 %-də AST və/və ya ALT fermentlərinin səviyyələrinin yüksəlməsi (NYH-dən ≥ 3 x) müşahidə olunmuşdur. Heteroziqot ailə hiperxolesterinemiyası qeyd olunan yeniyetmələrin (10-17 yaşlı) iştirakı ilə aparılan digər tədqiqatda (n = 248) ALT və/və ya AST fermentlərinin səviyyəsinin yüksəlməsi (NYH-dən ≥ 3) epizodları simvastatinlə monoterapiya qrupunda 2 %-lə (2 pasiyent) müqayisədə, ezetimibdən və simvastatindən istifadə edən pasiyentlərin 3 %-də (4 pasiyent) qeyd olunmuşdur. KFK fermentinin səviyyəsinin NYH-dən ≥ 10 yüksəlməsinə gəldikdə, həmin göstəricilər, müvafiq olaraq, 2 % (2 pasiyent) və 0 % təşkil etmişdir. Miopatiya halları qeyd olunmamışdır. Göstərilən tədqiqat nadir hallarda müşahidə edilən arzuolunmayan dərman reaksiyalarının müqayisəsi üçün müvafiq olmamışdır. Ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatlar Əlavə effektlər, o cümlədən, göstərilən içlik vərəqədə təsvir edilməyən əlavə effektlər aşkar edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dərman preparatlarının əlavə effektlərinin Milli qeydiyyat sistemi vasitəsi ilə istənilən əlavə effektlər barədə məlumat vermək mümkündür. Həmin məlumatlar sayəsində göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın əldə edilməsinə kömək etmək olar.
Doza həddinin aşılması
Ədəbiyyatda rozuvastatinin doza həddinin aşılması barədə məlumat yoxdur. Rozuvastatinlə doza həddinin aşılması halında spesifik terapiya yoxdur. Klinik tədqiqatlarda 14 gün ərzində 15 sağlam iştirakçıda ezetimibin sutkada 50 mq dozada və ya 56 gün ərzində sutkada 40 mq dozada ilkin hiperxolesterinemiyalı 18 pasiyentdə qəbulu adətən pasiyentlər tərəfindən yaxşı keçirilmişdir. Heyvanlarda ezetimibin (siçovullarda və siçanlarda 5000 mq/kü və itlərdə 3000 mq/kq) peroral birdəfəlik qəbulundan sonra toksiklik qeyd edilməmişdir. Ezetimiblə doza həddinin aşılmasının bir neçə halı barədə məlumat verilmişdir: onlar adətən arzuolunmayan təzahürlərin inkişafı ilə assosiasiya olunmamışdır. Məlumat verilən arzuolunmayan hallar ciddi olmamışdır. Müalicəsi Doza həddinin aşılması zamanı simptomatik və dəstəkləyici terapiya aparmaq lazımdır. Qaraciyərin funksiyasının və KFK-nın səviyyəsinin monitorinqi aparılmalıdır. Hemodializin faydası az ehtimal edilir.
Buraxılış forması
10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadəsi və utilizasiyası zamanı xüsusi tədbirlər İstifadə edilməmiş dərman vasitəsi və ya onun qalığı yerli tələblərə müvafiq utilizasiya edilir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Egis əczaçılıq zavodu” QSC. 1165 Budapeşt, Bökenföldi k., 118-120, 9900 Körmend, Matyaş kiray k., 65, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“Egis əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi k., 30-38, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.