Rovastat 20 mq N28 tablet
| Təsiredici maddə | ROSUVASTATIN CALCIUM |
|---|
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,87 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Farmakoterapevtik qrupu
HMQ-KoA-reduktazanın inhibitorları.
ATC kodu: C10AA07.
İstifadəsinə göstərişlər
Hiperxolesterinemiyanın müalicəsi
Böyüklərdə, yeniyetmələrdə və 10 yaşdan yuxarı uşaqlarda birincili hiperxolesterinemiya
(heteroziqot ailəvi hiperxolesterinemiya da daxil olmaqla, IIa tipi) və ya qarışıq dislipedimiya (IIb
tipi) – pəhriz və digər qeyri-medikamentoz müalicə metodları (məsələn, fiziki hərəkətlər, bədən
çəkisinin azalması) yetərli olmadığı hallarda, pəhriz müalicəsinə əlavə kimi istifadə olunur.
Homoziqot ailəvi hiperxolesterolemiyası olan böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı
uşaqlarda, pəhriz və digər lipid səviyyəsini azaldan müalicələrə (məsələn, ASLP aferezi) əlavə olaraq
və ya bu cür müalicələr uyğun olmadıqda istifadə olunur.
Ürək-damar ağırlaşmalarının profilaktikası
Birincili ürək-damar ağırlaşmalarının yüksək riski qeyd olunan xəstələrdə ağır ürək-damar
ağırlaşmalarının profilaktikası, digər risk faktorlarının korreksiyasına əlavə təyin edilir.
İstifadə qaydası və dozası
Pozologiya, istifadə tezliyi və müddəti
Müalicəyə başlamazdan əvvəl xəstəyə müalicə müddətində standart xolesterolu azaldan pəhriz təyin
edilməlidir. Rovastatın dozası müalicənin məqsədinə və xəstənin reaksiyasına uyğun olaraq cari
təlimatlardan istifadə etməklə tənzimlənməlidir.
Hiperxolesterinemiyanın müalicəsi
Həm əvvəllər statinlərdən istifadə etməmiş xəstələr, həm də HMQ-KoA-reduktaza fermentinin digər
inhibitorları ilə müalicədən sonra, göstərilən preparatın istifadəsinə keçirilən xəstələr üçün preparatın
tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 5 mq və ya 10 mq təşkil edir.
Preparatın başlanğıc dozası seçildikdə, hər bir xəstədə xolesterinin səviyyəsini və eləcədə, ürəkdamar ağırlaşmalarının inkişafı üçün ehtimal riskləri və əlavə effektlərin meydana çıxması üçün
potensial riskləri nəzərə almaq lazımdır. Lazım gəldikdə, 4 həftədən sonra dozanı artırmaq olar.
Aşağı dozalarla müqayisədə 40 mq doza ilə əlavə təsirlərin bildirilmə tezliyi artdığı üçün, yalnız
yüksək ürək-damar riski olan 20 mq dozanın istifadəsi zamanı arzuolunan nəticənin əldə edilməsi
mümkün olmayan və ağır hiperxolesterinemiyası olan xəstələrdə (xüsusilə ailəvi
hiperxolesterinemiyası olanlarda) maksimum 40 mq dozaya yekun titrləmə nəzərə alınmalıdır. Bu
xəstələrə mütəmadi olaraq nəzarət edilməlidir. 40 mq dozaya başlandıqda mütəxəssis nəzarəti
(kardioloq və ya endokrinoloq) tövsiyə olunur.
Ürək-damar ağırlaşmalarının qarşısının alınması
Ürək-damar ağırlaşması riskinin azaldılması tədqiqatında istifadə olunan doza gündə 20 mq
olmuşdur.
İstifadə qaydası
Rovastat günün istənilən vaxtı, yeməklə və ya acqarına qəbul edilə bilər.
Xüsusi xəstə qruplarına dair əlavə məlumat
Böyrək çatışmazlığı
Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac
yoxdur. Orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi <60 ml/dəq) tövsiyə
olunan başlanğıc doza 5 mq təşkil edir. Orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə 40 mq
doza əks göstərişdir. Ağır böyrək çatışmazlığı olan xəstələrdə Rovastatın istifadəsi bütün dozalar
üçün əks göstərişdir.
Qaraciyər çatışmazlığı
Çayld-Pyu balları 7 və ya daha aşağı olan xəstələrdə rosuvastatinin sistem konsentrasiyasının
yüksəlməsi aşkar edilməmişdir. Bununla belə, Çayld-Pyu balları 8 və 9 olan xəstələrdə preparatın
sistem konsentrasiyasının yüksəlməsi müşahidə olunmuşdur. Bu xəstələrdə böyrək funksiyasının
qiymətləndirilməsi nəzərə alınmalıdır. Çayld-Pyu balları 9-dan yuxarı olan xəstələrə dair məlumat
yoxdur. Rovastatın istifadəsi aktiv qaraciyər xəstəliyi olan xəstələrdə əks göstərişdir.
Pediatriyada
Uşaqlara yalnız həkim tərəfindən təyin edilməlidir.
6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr (Tanner mərhələsi Rovastat < II-V).
Heteroziqot ailəvi hiperxolesterolemiya
Ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə adi başlanğıc doza gündə 5
mq-dır.
-
Ailəvi heteroziqot hiperxolesterinemiyası olan 6 yaşdan 9 yaşa qədər olan uşaqlarda adi doza
diapazonu gündə bir dəfə daxilə 5-10 mq-dır. Bu qrup xəstələrdə 10 mq-dan çox dozanın
təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. -
Ailəvi heteroziqot hiperxolesterinemiyası olan 10-17 yaş arası uşaqlarda adi doza diapazonu
gündə bir dəfə daxilə 5-20 mq-dır. Bu qrup xəstələrdə 20 mq-dan çox dozanın təhlükəsizliyi
və effektivliyi öyrənilməmişdir.
Pediatrik xəstələrdə dozanın titrlənməsi müalicənin tövsiyələrinə müvafiq olaraq, fərdi reaksiya və
dözümlülük əsasında aparılmalıdır. Rosuvastatinlə müalicəyə başlamazdan əvvəl uşaqlar və
yeniyetmələr aşağı xolesterin tərkibli məhsulların istifadəsi ilə standart pəhriz saxlamalıdır və
həmin pəhriz, bütün müalicə dövrü müddətində də davam etdirilməlidir.
Ailəvi homoziqot hiperxolesterinemiya
6 – 17 yaş arası ailəvi homoziqot hiperxolesterinemiyalı uşaqlarda preparatın maksimal tövsiyə
olunan dozası gündə 1 dəfə 20 mq-dır.
Başlanğıc tövsiyə olunan doza yaş, çəki və əvvəllər statin istifadəsindən asılı olaraq gündə bir dəfə
5-10 mq-dır. Dozanın maksimal gündə 1 dəfə 20 mq-a qədər titrlənməsi, uşaqlarda preparatın
istifadəsi tövsiyələrində qeyd edildiyi kimi, xəstənin müalicəyə fərdi cavabına və tolerantlığa əsasən
aparılmalıdır. Rozuvastatinin istifadəsi ilə müalicəyə başlamazdan əvvəl uşaqlar və yeniyetmələr,
aşağı xolesterin tərkibli məhsulların istifadəsi ilə standart pəhriz saxlamalıdır və həmin pəhriz, bütün
müalicə dövrü müddətində də davam etdirilməlidir. Bu xəstə qrupunda 20 mq-dan fərqli dozaların
istifadə təcrübəsi məhduddur.
40 mq tablet pediatrik xəstələrdə istifadə üçün uyğun deyil.
6 yaşdan kiçik uşaqlar
6 yaşdan kiçik uşaqlarda istifadənin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Buna görə də,
Rovastatın 6 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.
Yaşlılarda
70 yaşdan yuxarı xəstələrə tövsiyə olunan başlanğıc doza 5 mq-dır. Yaşla əlaqədar olaraq dozanın
tənzimlənməsinə ehtiyac yoxdur.
Digər
İrq
Asiya subyektlərində sistematik təsirin artması müşahidə edilmişdir. Asiya mənşəli xəstələr üçün
tövsiyə olunan başlanğıc doza 5 mq-dır. Bu xəstələrdə 40 mq dozanın istifadəsi əks göstərişdir.
Genetik polimorfizm
Rozuvastatinin ekspozisiyasını artmasına səbəb ola biləcək spesifik genetik polimorfizm növləri
məlumdur. Bu cür spesifik polimorfizm növləri olan xəstələr üçün Rovastatın daha aşağı gündəlik
dozalarda istifadəsi tövsiyə olunur.
Miopatiyaya meyllilik amilləri olan xəstələrdə dozalanma
Miyopatiyaya meyllilik amilləri olan xəstələrdə tövsiyə olunan başlanğıc doza 5 mq-dır. Bu xəstələrin
bəzilərində 40 mq doza əks göstərişdir.
Yanaşı müalicə
Rozuvastatin müxtəlif daşıyıcı zülalların (məsələn, OATP1B1 və BCRP) substratıdır.
Rozuvastatinin daşıyıcı zülallarla qarşılıqlı təsir nəticəsində qan plazmasında rozuvastatinin
konsentrasiyasını artıran preparatları (məsələn, siklosporin, ritonavirin atazanavirlə, lopinavirlə və/və
ya tipranavirlə kombinasiyaları da daxil olmaqla) ilə eyni zamanda istifadə etdikdə, miopatiyanın
(rabdomioliz də daxil olmaqla) inkişaf etmə riski arta bilər. Mümkün olduqda, alternativ dərmanlar
nəzərdən keçirilməli və zəruri hallarda Rovastatla müalicəsinin müvəqqəti dayandırılması
düşünülməlidir.
Bu preparatların Rovastatla birgə istifadəsinin zəruri olduğu hallarda, eyni vaxtda müalicənin faydarisk nisbəti və Rovastatın dozasının tənzimlənməsi diqqətlə nəzərdən keçirilməlidir.
Atazanavir/ritonavir və ya lopinavir/ritonavir kombinasiyasından istifadə edən xəstələrdə
rosuvastatinin gündəlik istifadəsi 10 mq doza ilə məhdudlaşdırılmalıdır.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.