ROVACEL 10 MG N28 TAB

Dərman formasıTablet
Farmakoloji təsirStatinlər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,52 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatının qəbuluna başlamazdan əvvəl içlik vərəqəni diqqətlə oxuyun, çünki orada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqəni atmayın, çünki Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Əgər Sizdə əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət edin. – Bu dərman vasitəsi yalnız Sizə təyin edilib. Onu digər şəxslərə verməyin. Əgər həmin şəxslərdə Sizin xəstəliyinizin simptomları kimi simptomlar olsa belə, bu preparat onlar üçün zərərli ola bilər. – İstənilən əlavə effektlər aşkar etdikdə və ya bu içlik vərəqədə göstərilməyən effektlər əmələ gəldikdə, zəhmət olmasa, həkimə və ya əczaçıya müraciət edin.Preparatın qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə olan bütün məlumatı diqqətlə oxuyun. ROVASEL 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq rosuvastatinə ekvivalent 10,395 mq miqdarda rosuvastatin- kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, susuz ikiəsaslı kalsium fosfat, krospovidon, kolloidal silisium dioksid, maqnezium sterarat, hidroksipropil metilsellüloza, titan dioksid, triasetat, FD&C sarı 6/sarı sanset FCF alüminium lakı, ponceau 4R alüminium lakı, FD& C mavi 2/İndiqokarmin alüminium lakı.

Təsviri

Yumru, cəhrayı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Statinlər. ATC kodu: C10AA07.

Farmakoloji xüsusiyyətləri

ROVASEL statinlar adı altında tanınan farmakoloji qrupa daxil olan dərman vasitəsidir. Əgər Sizə müalicə həkiminiz tərəfindən ROVASEL preparatı təyin edilmişdirsə; deməli Sizdə xolesterinin səviyyəsi normadan artıqdır. Sizdə ürək tutması və insult riski yüksəkdir. Xolesterinin səviyyəsini normallaşdırmaq üçün qidalanma tərzini dəyişməniz və daha çox fiziki məşqlər etməniz kifayət etmədiyindən həkiminiz Sizə ROVASEL təyin etmişdir. ROVASEL qəbul etdiyiniz müddətdə xolesterinin səviyyəsini normallaşdıracaq pəhriz və fiziki aktivliyi davam etdirməlisiniz əks təqdirdə ürək tutması, insult və ya bunula əlaqəli digər saglamlıq problemləri riskinizi artıran faktorlara sahib olmuş olursunuz. Ürək tutmaları, insult və ya digər problemlər ateroskleroz adlandırılan bir xəstəliyin nəticəsi ola bilər. Aterosklerozun əmələ gəlmə səbəbi damarlarda yağ qalıqlarının kirəcləşməsidir. ROVASEL, qanda olan, lipid adı verilən yağ maddələrinin qanda səviyyələrini düzəltmək üçün istifadə olunur. Qanda olan lipidlərin ən çox tanınanı xolesterindir. Qanda olan xolesterinin müxtəlif tipləri vardır. “Pis” xolesterin (Xs-ASLP) və “yaxşı” xolesterin (Xs-YSLP). • ROVASEL “pis” xolesterini azaldır, “yaxşı” xolesterini artıra bilir. • Orqanizimdəki “pis” xolesterin sintezinin qarşısini alır və “pis” xolesterinin ixrac olunması üçün orqanizmə kömək edir. İnsanların əksəriyyəti, yüksək xolesterindən əziyyət çəkmədiklərini düşünürlər, çünki bu durumla əlaqadar hər hansı bir əlamət hiss etmirlər. Amma bu vəziyyətdə lazımı müalicə alınmazsa, toplanmış yağ qalıqları qan damarlarının divarlarına yığılır və nəticədə damarların daralmasına səbəb olur. Bəzən, daralan damarlar tutula bilər.Ürəyə və ya beyinə qan getməzsə, miokard infarktı və ya insult baş verə bilər. Xolesterinin səviyyəsini aşağı salmaqla miokard infarkti, insult və ya bununla əlaqəli digər sağlamlıq problemləri riskini azaltmış olursunuz. Preparatın qəbulunu hətta qanda xolesterinin səviyyəsi normallaşdıqdan sonra da davam etdirmək lazımdır, çünki preparatın qəbulu gələcəkdə xolesterinin miqdarının artmasının qarşısını alır. Buna baxmayaraq, preparatın qəbulu həkimin göstərişi üzrə, həmçinin hamiləlik zamanı ləğv olunmalıdır.

İstifadəsinə göstərişlər

ROVASEL preparatı Sizə qanda xolesterinin infarkt və insultun əmələ gəlməsi üçün zəmin yaradan yüksək səviyyəsi ilə əlaqədar təyin edilir. Qanda xolesterinin səviyyəsinin azalması üçün müvafıq pəhriz saxlanması və fıziki aktivliyin artırılması kifayət qədər olmadıqda Sizə statinin qəbulu tövsiyə olunub. Rozulip orqanizmdə “pis” xolesterinin ifrazını blokada edir, həmçinin qandan onun xaric olunmasına səbəb olur. ROVASEL preparatı ailəvi xolesterin səviyyəsi yüksək olan 10-17 yaş arası uşaqlarada da istifadə oluna bilər.

Əks göstərişlər

Aşağdakı hallarda ROVASEL preparatını istifadə etməyin: – ROVASEL preparatının təsiredici maddəsinə (rozuvastatin) və ya digər komponentlərinə qarşı əvvələr Sizdə allergiya olmuşdursa; – Hamiləlik ya laktasiya dövrü. Əgər, ROVASEL preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə, preparatın qəbulu dərhal dayandırın və həkiminizə bu barədə bildirin. ROVASEL preparatını qəbul edən qadınlar müvafiq bir qorunma üsullarından istifadə edərək hamilə qalmaqdan çəkinməlidirlər; – Qaraciyər xəstəliyiniz varsa; – Ciddi böyrək probleminiz varsa; – Vaxt aşırı təkrarlanan və ya səbəbi bəlli olmayan əzələ ağrıları və ya sancıları varsa; – Siklosporin preparatının qəbulu zamanı (bu preparat orqanların transplantasiyasından sonra istifadə edilir). Yuxarıda qeyd olunan halların hər hansı biri Sizdə varsa və ya olduğunu düşünürsünüzsə bu barədə həkiminizə bildirin. ROVASEL 40 mq-ı (ən yüksək dozası) aşağdakı hallarda qəbul etmək olmaz – Orta dərəcəli böyrək probleminiz varsa (sübhələriniz varsa bu barədə həkiminizə bildirin) – Qalxanvari vəzin çatışmamazlığı – Vaxt aşırı təkrarlanan və ya səbəbi bəlli olmayan əzələ ağrıları və ya sancıları varsa (Sizdə və ya ailə üzvlərinizdə əvvələr müşahidə olunmuş pozğunluqlar, həmçinin qanda xolesterinin səviyyəsini azaldan digər preparatların qəbulunun fonunda əzələ sistemi tərəfindən əvvələr müşahidə olunmuş pozğunluqlar) – Davamlı və ya yüksək miqdarda alkoqol qəbul edirsinizsə – Asiya mənşəlisinizsə (Yapon, Çin, Filippin, Vyetnam, Koreya və ya Hindistan) – Qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün digər preparatların qəbulu, əsasən fıbratların qəbulu – Əgər 18 yaşınız tamam olmayıbsa Yuxarıda qeyd olunan halların hər hansı biri Sizdə varsa və ya olduğunu düşünürsünüzsə bu barədə həkiminizə bildirin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağdakı hallarda ROVASEL preparatını ehtiyatla qəbul edin Əgər; – Böyrəklərinizdə problem varsa – Qaraciyərinizdə problem varsa – Vaxt aşırı təkrarlanan və ya səbəbi bəlli olmayan əzələ ağrıları və ya sancıları varsa (Sizdə və ya ailə üzvlərinizdə əvvələr müşahidə olunmuş pozğunluqlar, həmçinin qanda xolesterinin səviyyəsini azaldan digər preparatların qəbulunun fonunda əzələ sistemi tərəfindən əvvələr müşahidə olunmuş pozğunluqlar. Xüsusi ilə özünüzü yaxşı hiss etmirsinizsə və ya qızdırmanız varsa, mənşəyi bəlli olmayan əzələ agrı və ya sancı hiss edərsəniz dərhal bu barədə həkiminizə bildirin. – Davamlı və ya yüksək miqdarda alkoqol qəbul edirsinizsə – Qalxanvari vəzin çatışmamazlığı – Qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün digər preparatların qəbulu, əsasən fıbratlardan istifadə edirsinizsə. Lütfən yüksək xolesterinə qarşı digər dərmanları əvvələr qəbul etmiş olsanız belə, bbu içlik vərəgədə dərmanın istifadəsinə dair təlimatı diggətlə oxuyun – Xəstə 10 yaşdan kiçik uşaqdırsa. (ROVASEL preparatı 10 yaşdan kiçik uşaqlara verilməməlidir) – Xəstə 18 yaşdan kiçikdirsə (ROVASEL 40 mq örtüklü tabletlər preparatı) uşaqlarda və yaşı 18- dən aşağı olan yeniyetmələrdə istifadəsi münasib deyildir – yaşınız 70-dən yuxarıdırsa (həkiminiz ROVASEL preparatının Sizə uyğun olan başlanğıc dozasını düzgün seçməlidir) – Ağır tənəffüs çatışmazlığı varsa – Şəkərli diabet xəstəliyi varsa və ya şəkərli diabet ilə əlaqadar risk varsa – Asiya mənşəlisinizsə (Yapon, Çin, Filippin, Vyetnam, Koreya və ya Hindistan) həkiminizin ROVASEL preparatının Sizə uyğun olan başlanğıc dozasını düzgün seçməlidir Yuxarıda qeyd olunan halların hər hansı biri Sizdə varsa və ya olduğunu düşünürsünüzsə bu barədə həkiminizə bildirin, ROVASEL 40 mq-ı (ən yüksək dozası) aşağdakı hallarda qəbul etməyin. ROVASEL hər hansı bir dozasını qəbul etməzdən əvvəl bu barədə həkiminizə və ya əczaçıya bildirin. Bəzi insanlarda statinlərlə müalicə zamanı qaraciyər funksiyasının pozğunluqları müşayiət oluna bilər. Bu halı müəyyən etmək üçün sadə qan analizi ilə (qaraciyər fermentlərinin səviyyəsi) müəyyən edilə bilər. Bu məqsədlə həkim ROVASEL preparatının qəbulundə əvvəl və qəbulu zamanı funksional qaraciyər sınaqları müntəzəm olaraq qiymətləndirilməlidir. Bu hallar hətta keçmişdə olsa belə Sizə aiddirsə, lütfən həkiminizə bildirin. ROVASEL-in tərkibində olan bəzi komponentlər haqqında vacib məlumat Bu dərman vasitəsinin tərkibində laktoza vardır. Əgər, Siz bəzi karbohidratları qəbul edə bilmirsinizsə (laktoza və ya süd şəkəri), bu zaman ROVASEL qəbulundan öncə həkimlə məsləhətləşin. Bu dərman vasitəsinin tərkibində olan bəzi rəngləyici maddələr orqanizimdə allergiya əmələ gətirə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Siklosporin ﴾məsələn.orqan köçürülməsindən sonra﴿, varfarin ﴾və ya bir başqa antikoaquiyant dərman vasitəsi﴿, fibratlar ﴾hemfibrozil, fenofibrat kimi﴿, digər hipoxolesterinemik ﴾xolesterin azaldıcı﴿ dərmanlar ﴾ezetimib kimi﴿, həzm pozğunluğu zamanı istifadə olunan preparatlar ﴾mədə turşuluğunu aradan qaldırmaq üçün istifadə edilir﴿, eritromisin ﴾antibiotik﴿, doğuşa nəzarət tableti, hormonəvəzedici müalicə, lopinovir/ritonavir ﴾İİV infeksiyasının . ROVASEL bu dərmanların təsirini dəyişdirə bilər və ya bu dərmanlarmüalicəsi üçün istifadə olunur﴿ ROVASEL‐in təsirini dəyişdirə bilər. Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu güman edirsinizsə ROVASEL preparatını qəbul etməyin. ROVASEL preparatını qəbul edən qadınlar müvafiq bir qorunma üsullarından istifadə edərək hamilə qalmaqdan çəkinməlidirlər. ROVASEL preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə, preparatın qəbulu dərhal dayandırın, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövrü ROVASEL preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, ROVASEL preparatını qəbul etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Çox insanlar ROVASEL qəbul edərkən maşın və digər potensial təhlükəli mexanizmləri idarə edə bilər, çünki, ROVASEL insanların bu qabiliyyətlərinə təsir etmir. Lakin, bəzi xəstələrdə ROVASEL preparatı ilə müalicə zamanı başgicəllənmə əmələ gələ bilər. Əgər, Siz başgicəllənmə hiss edirsinizsə, o zaman nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən öncə həkimlə məsləhətləşin.

İstifadə qaydası və dozası

ROVASEL hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Böyüklər üçün normal doza ROVASEL yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün qəbul edirsinizsə: Başlanğıc doza: ROVASEL ilə müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə etməmisinzsə – 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə etmisinizsə – 5 mq və ya 10 mq doza ilə başlamalısınız. Başlanğıc dozanın seçilməsi aşağıdakı hallardan asılıdır: • xolesterinin səviyyəsi, • ürək tutması və ya insult keçirmə riskinin mövcudluğu, • mümkün əlavə təsirlərə səbəb ola biləcək özəlliyin olub‐olmaması. Həkiminizlə ROVASEL Sizə ən uyğun olan başlanğıc dozası barədə məsləhətləşin. Aşağıdakı hallarda həkiminiz Sizə ən aşağı doza, yəni 5 mq təyin edə bilər: ,• Asiya mənşəlisinizsə ﴾Yapon, Çinli, Filippinli, Vyetnamlı, Koreyalı və Hindli﴿ • yaşınız 70‐dən yuxarıdırsa, • orta dərəcəli böyrək probleminiz varsa, • əzələ ağrıları və sancıları yaşama riskiniz varsa ﴾miopatiya﴿. Dozanın artırılması və ən yüksək gündəlik doza Həkiminiz dozanın artırılmasına qərar verə bilər. Beləliklə, Sizin üçün ən münasib dozadan istifadə edə bilərsiniz. Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminiz dozanı əvvəlcə 10 mq‐a, daha sonra 20 mq‐a, lazım gələrsə, hətta 40 mq‐a çatdıra bilər. Müalicəyə 10 mq doza ilə başlamısınızsa, həkiminiz bunu 20 mq‐a, sonra isə lazım gələrsə, 40 mq‐a çatdıra bilər. Dozanın hər yüksəldilməsi 4 həftəlik intervallarla həyata keçirilir. ROVASEL‐in ən yüksək gündəlik dozası 40 mq‐dır. Bu doza adətən, xolesterin səviyyəsi yüksək və ürək tutmaları və insult riski yüksək olan, eyni zamanda 20 mq doza ilə xolesterininin səviyyəsi kifayət dərəcədə düşməyən xəstələr üçündür. ROVASEL preparatının qida və içki ilə birlikdə qəbulu ROVASEL preparatını ac qarına və ya yeməkdən sonra qəbul edə bilərsiniz. ROVASEL-i ürək tutmalarının baş verməsini, insult və ya onunla bağlı sağlamlıq problemlərinizin riskini azaltmaq üçün istifadə edirsinizsə Tövsiyyə edilən doza gündə 20 mq‐dır. Bununla birlikdə, Sizdə yuxarıda göstərilən faktorlardan hər hansı biri olarsa, həkiminiz daha aşağı dozadan istifadə etməyinizə qərar verə bilər. 10‐17 yaş arası uşaqlar üçün normal dozalar Normal başlanğıc doza 5 mq‐dır. Həkiminiz Sizin üçün ROVASELin ən uyğun dozasını tapmaq üçün dərmanın dozasını artıra bilər. ROVASEL‐in ən yüksək gündəlik dozası 20 mq‐dır. Dozanızı gündə bir dəfə qəbul edin. ROVASEL 40 mq uşaqlarda istifadə olunmamalıdır. İstifadə qaydası və üsulu Tableti su ilə bütöv qəbul edin. ROVASEL-i gün ərzində bir dəfə qəbul etmək lazımdır. ROVASEL-i günün istənilən vaxtında qəbul edə bilərsiz. ROVASEL tabletleti qəbulunu unutmamaq üçün, hər gün eyni vaxtda qəbul edin. Xolesterinin səviyyəsinə müntəzəm nəzarətlər Xolesterinin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək üçün həkiminizin yanına getməyiniz çox vacibdir. Bu yolla Siz xolesterininizin lazım olan səviyyəyə düşdüyünə və bu səviyyədə qaldığına əmin ola bilərsiniz. Həkiminiz qəbul edəcəyiniz dozanı artıra bilər. Beləliklə, Siz ROVASELin Sizin üçün ən uyğun dozasını ala bilərsiniz. Əgər ROVASELin təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin. ROVASELi qəbul etməyi unutmusunuzsa Əgər ROVASEL qəbul etməyi unutmusunuzsa, narahat olmayın, növbəti dozanı öz vaxtında qəbul edin. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. ROVASEL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər ROVASELin qəbulunu dayandırmaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin. ROVASELi qəbul etməyi dayandırsanız, xolesterinin səviyyəsi yenidən yüksələ bilər.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, ROVASEL‐in tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Bu əlavə təsirlərin nədən ibarət olmasını bilməyiniz vacibdir. Əlavə təsirlər ümumilikdə zəif olur və keçici xarakter daşıyır. ‐in qəbulunu dayandırın və DƏRHALAşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, ROVASEL həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. • Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinliklə ﴾ödemlə﴿ birlikdə və ya şişkinlik olmadan baş verən təngnəfəslik, • Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinlik və bununla bağlı udmanın çətinləşməsi, • Dəridə səpgi və güclü qaşınma. Əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri‐adi ağrı və ya sancı varsa, ROVASEL‐ın qəbulunu dayandırın və dərhal həkiminizə müraciət edin. Əzələlərdə hiss edilən bu simptomlar uşaq və yeniyetmələrdə böyüklərə nisbətən daha çox rast gəlinir. Digər statinlərdə olduğu kimi, çox az sayda insanlarda əzələlərdə narahatlıq yaradan təsirlər meydana çıxa bilər. Bu təsirlər nadir hallarda rabdomioliz adlandırılan və həyat üçün təhlükəli olan əzələ zədələnməsinə qədər inkişaf edə bilər. Çox ciddi ola bilən belə hallarla qarşılaşdıqda həkiminizə müraciət edin. Bu çox ciddi əlavə təsirlərin hamısı çox nadir hallarda meydana çıxır. Əlavə təsirlər aşağıdakı kateqoriyalarda göstərildiyi kimi sadalanmışdır: Çox tez‐tez: 10 xəstənin ən azı birində meydana çıxa bilir. Tez‐tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilir. Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilir. Nadir hallarda: 1000 xəstənin birindən azında meydana çıxa bilir. Çox nadir hallarda: 10 000 xəstənin birindən azında meydana çıxa bilir. Tez‐tez Aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə söyləyin: – Baş ağrısı, – qarın ağrısı, – qəbizlik, – nasazlıq, – əzələlərdə ağrı, – zəiflik, – başgicəllənmə, – sidikdə zülalın artması. Bu hal ümumiyyətlə ROVASELin qəbulu dayandırılmadan da öz‐özünə normal vəziyyətə dönür ﴾adətən ROVASEL 40 mq üçün﴿. – qan şəkəri səviyyəsində yüksəlmə müşahidə oluna bilər. Bəzən: – Səpgi, qaşınma və ya digər dəri reaksiyaları, – sidikdə zülalın artması. Bu hal ümumiyyətlə ROVASEL‐in qəbulu dayandırılmadan da öz‐özünə normal vəziyyətə dönür ﴾adətən ROVASEL 5 mq, 10 mq və 20 mq üçün﴿. Nadir: – Şiddətli allergik təsirlər üzdə, dodaqda, dildə və/və ya boğazda şişkinlik, udmanın və nəfəsalmanın çətinləşməsi, səpgilərlə müşayiət olunan dəri qaşınması. Allergiya baş verdiyi halda, ROVASELin qəbulunu DƏRHAL dayandıraraq, tibbi yardım üçün müraciət edin. – Böyüklərdə əzələlərin zədələnməsi: əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri‐adi ağrı və ya sancı varsa, ROVASEL‐in qəbulunu DƏRHAL dayandırın və həkiminizə müraciət edin. – Güclü qarın ağrısı (mədəaltı vəzinin iltihabı﴿, – Qanda qaraciyər fermentlərinin səviyyəsinin artması. Çox nadir: ,- Sarılıq ﴾dəridə və gözlərdə saralma﴿ – Hepatit ﴾qaraciyərin iltihabı﴿, – Sidikdə qan, ,- Əl və ayaq sinirlərində zədələnmə ﴾hissizlik kimi﴿ – Oynaq ağrısı, – Yaddaşın itməsi. Tezliyi məlum olmayan əlavə təsirlər ,- Diareya ﴾ishal﴿ – Stivens‐Conson sindromu ﴾ağızda, gözlərdə, dəridə və genital nahiyədə ciddi ölçüdə səpgilərin olması﴿, – Öskürək, – Təngnəfəslik, – Ödem ﴾şişkinlik﴿, – Yuxusuzluq və qorxulu yuxugörmələr kimi yuxu pozğunluqları, – Cinsi problemlər, – Depressiya, – Davamlı öskürək və/və ya təngnəfəslik və ya qızdırma ilə müşayiət olunan tənəffüs problemləri. Əgər bu içlik vərəqədə (istifadə üçün təlimatda) qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Doza əddinin aşılması Əgər lazım olduğundan artıq miqdarda ROVASEL qəbul etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin. Xəstəxanaya gedərkən və ya başqa bir səbəbdən müalicə alarkən, müalicənizlə məşğul olan tibbi personala ROVASEL qəbul etdiyinizi söyləyin.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister, içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C‐dən aşağı otaq temperaturunda, orijnal qablaşdırılmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Ətrafı qorumaq məqsədi ilə istifadə etdiyiniz ROVASEL‐i, şəhər sularına və ya zibil qutusuna atmayın. Bu barədə əczaçınıza deyin.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İlko İlaç San. ve Tic. A.Ş., Turkey. Sanayi Bölgesi Kuddusi Cad. 23. Sok. No:1 42050 Selçuklu-Konya, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

İlko İlaç San. ve Tic. A.Ş., Turkey. Veysel Karani Mah. Çolakoğlu Sok. No: 10 34885 Sancaktepe-İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ROVACEL 10 MG N28 TAB” üçün ilk rəyi siz yazın.