ROFLUZOL 150 MG N1 TB

Dərman formasıTablet
Farmakoloji təsirAntifunqal (göbələkəleyhinə) dərman preparatları
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROFLUZOL-VM bərk jelatin kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, talk, maqnezium stearat. Örtük: Rofluzol-VM 50 mq: titan dioksid, azorubin, brilyant abısı, brilyant qarası, jelatin, metilparahidroksibenzoat, propilparahidroksibenzoat. Rofluzol-VM 150 mq:titan dioksid, azorubin, brilyant abısı, brilyant qarası, jelatin, “günəş qürubu” sarısı, ponso 4R, jelatin, metilparahidroksibenzoat, propilparahidroksibenzoat.

Təsviri

Rofluzol-VM 50 mq: mat çəhrayı gövdəsi və mat mavi qapaqcığı olan, içində ağ və ya ağımtıl toz olan, № 4 ölçülü bərk jelatin kapsullardır. Rofluzol-VM 150 mq: mat narıncı gövdəsi və mat göy qapaqcığı olan, içində ağ və ya ağımtıl toz olan, № 1 ölçülü bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Antifunqal (göbələkəleyhinə) dərman preparatları. ATC kodu: J02AC01. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası Rofluzol-VM- triazol qrupu göbələkəleyhinə vasitədir. Flukonazol- preparatın təsiredici maddəsi- göbələk hüceyrəsi membranlarında sterolların sintezinin güclü selektiv inhibitoru hesab olunur. Təsir mexanizmi sitoxrom P450-nin blokadası ilə bağlıdır. Flukonazol göbələk hüceyrəsinin lanosterolunun erqosterola çevrilməsini blokadaya alır; hüceyrə membranının keçiriciliyini artırır, onun çoxalmasını və replikasiyasını pozur. Göbələklərin sitoxrom P450 üçün yüksəkseçici olması ilə, insan orqanizmində bu fermentləri praktiki olaraq ləngitmir (itrakonazol, klotrimazol, ekonazol və ketokonazol ilə müqayisədə insan qaraciyəri mikrosomlarında sitoxrom P450-dən asılı oksidləşdirici prosesləri daha az dərəcədə ləngidir). Antiadrogen aktivliyə malik deyildir. Gündə 50 mq dozalanma ilə 28 günə qədər flukonazolun istifadəsi kişilərdə qan plazmasında testosteronun konsentrasiyasına və ya nəslartırma yaşında olan qadınlarda steroidlərin konsentrasiyasına təsir göstərməmişdir. Gündə 200-400 mq dozalanmada flukonazol kişi cinsli sağlam könüllülərdə endogen steroidlərin səviyyələrinə və ya AKTH-ilə stimuləolunmuş cavaba klinik dəyərli təsir göstərməmişdir. Antipirin ilə qarşılıqlı təsir tədqiqatları göstərmişdir ki, flukonazol 50 mq dozaların birdəfəlik və ya dəfələrlə istifadəsi onun metabolizminə təsir göstərmir. İn vitro flukonazol əksər növ Candida cinsindən olan (o cümlədən C. albicans, C. parapsilosis, C. tropicalis) mikroorqanizmlərə qarşı göbələkəleyhinə aktivlik nümayiş etdirir. C. Glabrata geniş diapazonda həssaslıq nümayiş etdirir, bu zaman C. Krusei flukonazola qarşı davamlı hesab olunur. Flukonazol həmçinin Cryptococcus neoformans və Cryptococcus. gattii qarşı, həmçinin endemik kif göbələkləri Blastomyces dermatiditis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis- nə qarşı aktivdir. Candida növlü mikroorqanizmlərdə azol göbələkəleyhinə vasitələrə qarşı davamlılığın inkişaf etməsinə bir sıra mexanizmlər səbəb olur, bu isə öz növbəsində flukonazolun yüksək minimal inhibəedici konsentrasiyalarını (MİK) tələb edir. Bu, in vivo və klinik şəraitdə flukonazolun effektivliyinə mənfi təsir göstərir. C. albicans-dan başqa Candida növləri ilə, tez-tez flukonazola qarşı daxili davamlılığa malik (məsələn, Candida krisei) superinfeksiya hadisələri barədə məlumat verilmişdir. Belə hadisələr alternativ müalicə tələb edə bilər. Farmakokinetikası Preparat mədə-bağırsaq traktından (MBT) sürətlə və kifayət qədər axıra qədər sorulur (qida sorulma sürətinə təsir göstərmir), biomənimsənilmə – 90%. Maksimal konsentrasiya acqarına qəbulundan sonra 0,5-1,5 saat sonra əldə olunur. Plazma zülalları ilə birləşmə – 11-12%. Orqanizmin bütün mayelərinə yaxşı keçir. Ana südündə, oynaq mayesində, ağız suyunda, bəlğəmdə və peritoneal mayedə təsiredici maddənin konsentrasiyası qan plazmasındakı ilə anolojidir. Vaginal sekretdə davamlı göstəricilərə daxilə qəbul edildikdən sonra 8 saat sonra çatır və bu səviyyədə 24 saatdan az olmayaraq saxlanılır. Göbələk meningitində onurğabeyin mayesində konsentrasiyası plazmadakı konsentrasiyanın 80%-ə qədərini təşkil edir. Tər vəzilərinin sekretində, epidermisdə və buynuz qatda zərdabdakı konsentrasiyalardan yüksək konsentrasiyalara çatır (selektiv toplanma). 80%-i dəyişilməmiş şəkildə, qalan hissəsi- metabolitlər şəklində böyrəklərlə xaric olunur. Dövr edən metabolitlər aşkar olunmamışdır. Yarımxaricolma dövrü 30 saata qədər təşkil edir. Flukonazolun farmakokinetikası əhəmiyyətli dərəcədə böyrəklərin funksiyasından asılıdır, bununla belə yarımxaricolma zamanı və kreatinin klirensi arasında tərs mütənasib asılılıq mövcuddur. Hemodializdən sonra 3 saat ərzində qan plazmasında flukonazolun konsentrasiyası 50% azalır.

İstifadəsinə göstərişlər

Rofluzol-VM aşağıdakı göbələk infeksiyaları zamanı göstəriş hesab olunur: Böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsində: – kriptokokk meningiti; – koksidioidomikoz; – invaziv kandidoz; – selikli qişaların kandidozu, o cümlədən ağız-udlağın, qida borusunun kandidozu, kandiduriya və dərinin-selikli qişanın kandidozu; – dişlərin gigiyenasına və ya yerli müalicəyə kifayət qədər riayət olunmadıqda ağız boşluğunun xroniki atrofik kandidozu (stomatoloji protezlərin yaratdığı stomatit); – kəskin və ya residivləşən vaginal kandidoz, yerli müalicə uyğun olmadığı zaman; – kandidoz balanit, yerli müalicə uyğun olmadığı zaman; – dermatomikozlar, o cümlədən pəncənin, hamar dərinin, aralığın dermatofitiyası, rəngbərəng dəmrov və dərinin kandidoz infeksiyaları, sistem müalicəyə göstərişlər olduqda; – dırnaqların dermatomikozu (onixomikoz), digər dərman vasitələrinin təyin olunması mümkün olmadıqda. Böyüklərdə aşağıdakı hallarda profilaktika üçün: – yüksək residiv riski olan xəstələrdə kriptokokk meningitinin residivi; – yüksək residiv riski olan İİV xəstələrdə ağız-udlağın və ya qida borusu kandidozunun residivi; – vaginal kandidozun residivlərinin yaranması tezliyinin azaldılması məqsədilə (ildə 4 və ya daha çox epizod); – uzunmüddətli neytropeniyası olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası üçün (bədxassəli hematoloji xəstəlikləri olan, kimyaterapiyaya məruz qalan xəstələr kimi, və ya hemopoetik sütun hüceyrələrin transplantasiyasını keçmiş xəstələr). Vaxtında doğulmuş yenidoğulmuşlarda, körpələrdə, kiçik və orta yaşlı uşaqlarda, yeniyetmələrdə (0-17 yaş): Rofluzol-VM selikli qişaların (ağız-udlaq, qida borusunun) kandidozunun, invaziv kandidozun, kriptokokk meningitin müalicəsi üçün və zəifləmiş immuniteti olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası üçün istifadə olunur. Rofluzol-VM residiv riski yüksək olan uşaqlarda kriptokokk meningitin residivinin qarşısının alınması üçün dəstəkləyici terapiya qismində istifadə oluna bilər. Müalicəyə kultural və digər laborator müayinələrin nəticələri alınana qədər başlamaq olar. Nəticələr alındıqdan sonra müvafiq şəkildə antiinfeksion terapiyanı korreksiya etmək lazımdır. Göbələkəleyhinə vasitələrin istifadəsi üzrə müvafiq rəsmi təlimatlardakı məlumatları nəzərə almaq lazımdır.

Əks göstərişlər

– Təsiredici maddəyə, digər azol birləşmələrinə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq; – flukonazolu çoxsaylı dozalarda gündə 400 mq və ya daha çox qəbul edən xəstələr üçün eyni vaxtda terfenadinin istifadəsi əks göstərişdir, bu isə çoxsaylı dozaların qarşılıqlı təsir tədqiqatları əsasında müəyyən olunmuşdur; – flukonazol qəbul edən xəstələrə QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti vasitəsilə metabolizə olunan digər dərman vasitələrinin, məsələn astemizol, pimozid, xinidin, amiodaron və eritromisinin eyni vaxtda istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Başın tüklü hissəsinin trixofitiyası Flukonazol uşaqlarda başın tüklü hissəsinin trixofitiyasının müalicəsində öyrənilmişdir. Göstərilmişdir ki, flukonazolun effektivliyi qrizeofulvinin effektivliyindən üstün deyildir və 20%-dən az təşkil edir. Bu səbəbdən Rofluzol-VMu başın tüklü hissəsinin trixofitiyasının müalicəsi üçün istifadə etmək olmaz. Kriptokokkoz Orqanizmin digər hissələrinin kriptokokkozunun (məsələn, ağciyərlərin və dərinin kriptokokkozu) müalicəsi zamanı flukonazolun effektivliyi barədə məlumatlar məhduddur, bu isə dozalanmaya dair tövsiyələr verməyə imkan yaratmır. Dərin endemik mikozlar Parakoksidioidomikoz, limfodəri sporotrixozu və histoplazmoz kimi endemik mikozların digər formalarının müalicəsi zamanı flukonazolun effektivliyi barədə məlumatlar məhduddur, bu isə dozalanmaya dair tövsiyələr verməyə imkan yaratmır. Sidikçıxarıcı sistem Böyrəklərin funksiyasının pozulamsı olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə olunmalıdır. Böyrəküstü vəz çatışmazlığı Qeyd olunmuşdur ki, ketokonazol böyrəküstü vəzin çatışmazlığını yaradır; nadir hallarda bu həmçinin flukonazol istifadəsi zamanı da müşahidə olunmuşdur. Eyni vaxtda prednizonun istifadəsilə əlaqədar böyrəküstü vəz çatışmazlığı “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bəndində təsvir olunmuşdur. Hepatobiliar sistem Qaraciyər çatışmazlığı olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə olunur. Nadir hallarda flukonazol ciddi qaraciyər toksikliyi ilə əlaqələnmişdir, buraya həmçinin əsasən ciddi fon xəstəliyi olan xəstələrdə ölümlə nəticələnən hadisələr daxildir. Flukonazolun yaratdığı hepatotoksikliyin yaranması zamanı ümumi gündəlik doza, müalicənin davametmə müddəti, xəstənin cinsi və yaşı ilə aşkar qarşılıqlı təsir müşahidə olunmamışdır. Flukonazolun hepatotoksikliyi adətən müalicənin kəsilməsi zamanı geridönən olmuşdur. Qaraciyərin funksional sınaqlarında kənaraçıxmalar olan xəstələr flukonazol ilə müalicə zamanı qaraciyərin daha ciddi zədələnmələrinə görə müşahidə altında olmalıdırlar. Qaraciyər tərəfindən pozulmaların olmasını göstərən simptomlar (güclü asteniya, davamlı ürəkbulanma, qusma və sarılıq) barədə xəstələri məlumatlandırmaq lazımdır. Flukonazolun qəbulunu təxirəsalınmadan dayandırmaq və həkimə müraciət etmək lazımdır. Ürək-damar sistemi Bəzi azollar, o cümlədən flukonazol elektrokardioqrammada QT intervalının uzanmasını yaratmışdır. Qeydiyyatsonrası müşahidə zamanı çox nadir hallarda flukonazol qəbul edən xəstələrdə QT intervalının uzanması və “piruet” tipli mədəcik taxikardiyası qeyd olunmuşdur. Belə hadisələr barədə hesabatlara ürək xəstəlikləri, elektrolit pozulmaları və belə vəziyyətin yaranmasına gətirib çıxara bilən yanaşı müalicə kimi çox sayda yanaşı risk faktorları olan ağır xəstələr daxil olmuşdur. Aritmiyanın inkişaf etməsinə risk faktorları olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə olunmalıdır. QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti ilə metabolizə olunan preparatlar ilə eyni vaxtda müalicə əks göstərişdir. Halofantrin tövsiyə olunan terapevtik dozalarda QTc intervalını artırır. Bu səbəbdən flukonazol və halofantrinin eyni vaxtda istifadəsi məsləhət görülmür. Dermatoloji reaksiyalar Nadir hallarda flukonazol ilə müalicə zamanı xəstələrdə Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi eksfoliativ dəri reaksiyaları inkişaf etmişdir. QİÇSli xəstələr daha çox ağır dəri reaksiyalarının inkişaf etməsinə meyillidirlər. Flukonazolun istifadəsilə əlaqədar ola bilən səpginin yaranması zamanı səthi göbələk infeksiyasının müalicəsinə məruz qalan xəstədə preparatın istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyaları olan xəstələrdə əgər səpgi yaranırsa, xəstəni müşahidə altına almaq və bullyoz zədələnmələr və ya çoxformalı eritema inkişaf edən zaman flukonazolu dayandırmaq lazımdır. Hiperhəssaslıq Nadir hallarda anafilaksiya barədə məlumat verilmişdir. Sitoxrom P450 Flukonazol P450 (CYP) sitoxrom 2C9 izofermentinin güclü inhibitorudur və CYP3A4 zəif inhibitorudur. Flukonazol həmçinin CYP2C19 izofermentinin inhibitoru hesab olunur. CYP2C9, CYP2C19 və CYP3A4 vasitəsilə metabolizə olunan digər birləşmələrin plazmada konsentrasiyalarının yüksəlməsi riski mövcuddur. Bu səbəbdən, bu kombinasiyaların istifadəsi zamanı ehtiyatlı olmaq və xəstənin vəziyyətini diqqətlə nəzarət etmək lazımdır. Yarımxaricolma dövrü uzun olduğu üçün, müalicə dayandırıldıqdan sonra flukonazolun inhibəedici təsiri 4-5 gün saxlanılır. Terfenadin Gündə 400 mq-dan aşağı dozalarda flukonazol və terfenadinin eyni vaxtda istifadəsi həkim tərəfindən nəzarət olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsi əks göstərişdir: Sizaprid: ürək tərəfindən əlavə təsirlər ola bilər, “piruet” tipli mədəcik taxikardiyası daxil olmaqla. Nəzarətli tədqiqatda flukonazolun gündə 1 dəfə 200 mq və sizaprid gündə 4 dəfə 20 mq dozada eyni vaxtda istifadəsi qan plazmasında sizapridin səviyyələrinin əhəmiyyətli dərəcədə yüksəlməsinə və QTc intervalının artmasına gətirib çıxarmışdır. Terfenadin: QTc intervalının artması nəticəsində ciddi ürək aritmiyalarının yaranması ilə əlaqədar, terfenadinlə müalicə zamanı 400 mq və ya daha yüksək dozalarda flukonazolun eyni vaxtda istifadəsi əks göstərişdir. Gündə 400 mq-dan aşağı dozalara flukonazolun terfenadinlə eyni vaxtda qəbulu həkim müşahidəsi altında aparılmalıdır. Astemizol: eyni vaxtda istifadəsi astemizol klirensini azaldır, bu isə QT intervalının artmasına və nadir hallarda- “piruet” tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər. Pimozid: eyni vaxtda istifadəsi pimozidin metabolizminin ləngidilməsinə gətirib çıxara bilər. Qan plazmasında pimozidin konsentrasiyalarının yüksəlməsi QT intervalının artmasına və nadir hallarda- “piruet” tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər. Xinidin: eyni vaxtda istifadəsi xinidinin metabolizminin ləngidilməsinə gətirib çıxara bilər. Xinidinin istifadəsi QT intervalının artması ilə müşayiət olunmuşdur və nadir hallarda- “piruet” tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər. Eritromisin: eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksiklik riskini (QT intervalının artması, “piruet” tipli mədəcik taxikardiyası) və onunla əlaqəli letallığı yüksəldir. Amiodaron: eyni vaxtda istifadəsi amiodaron metabolizminin inhibə olunmasına gətirib çıxara bilər. Amiodaronun istifadəsi QT intervalının artması ilə müşayiət olunmuşdur. Aşağıdakı dərman vasitələrinin eyni vaxtda istifadəsi məsləhət görülmür. Halofantrin: flukonazol qan plazmasında halofantrinin konsentrasiyasını yüksəldə bilir, bu isə potensial olaraq kardiotoksiklik riskini (QT intervalının artması, “piruet” tipli mədəcik taxikardiyası) və onunla əlaqəli letallığı yüksəldə bilər. Aşağıdakı dərman vasitələrinin eyni vaxtda istifadəsi ehtiyat tədbirlərinin görülməsi və dozaların korreksiyasını tələb edir. Rifampisin: eyni vaxtda istifadəsi flukonazolun AUC-un 25% azalmasına və yarımxaricolma dövrünün 20% qısalmasına gətirib çıxarmışdır. Eyni vaxtda rifampisin qəbul edən xəstələrdə flukonazolun dozasının artırılmasının mümkünlüyünə baxılmalıdır. Qarşılıqlı təsir tədqiqatları göstərmişdir ki, flukonazolun qida ilə, simetidinlə peroral istifadəsi zamanı və ya sümük iliyinin transplantasiyası zamanı bədənin ümumi şualanmasından sonra flukonazolun absorbsiyasının klinik dəyərli pozulması müşahidə olunmur. Hidroxlortiazid: farmakokinetik qarşılıqlı təsir tədqiqatında flukonazol qəbul edən sağlam könüllülər tərəfindən eyni vaxtda hidroxlortiazidin çoxsaylı dozalarının istifadəsi qan plazmasında flukonazolun konsentrasiyasını 40% yüksəltmişdir. Eyni vaxtda diuretiklər qəbul edən subyektlərdə flukonazolun dozalanma rejiminin dəyişdirilməsi tələb olunmur. Alfentanil: flukonazolu (400 mq) venadaxili yeridilən alfentanil ilə (20 mkq/kq) eyni vaxtda istifadəsi zamanı sağlam könüllülərdə alfentanilin AUC -nun ikiqat artması müşahidə10 olunmuşdur, CYP3A4 inhibə edilməsilə ehtimal olunur. Alfentanilin dozasının korreksiyası tələb oluna bilər. Amitriptilin, nortriptilin: flukonazol amitriptilinin və nortriptilinin təsirini gücləndirir. Kombinəolunmuş terapiyanın başlanğıcında və 1 həftə sonra 5-nortriptilinin və/və ya S- amitrptilinin konsentrasiyasını ölçmək tövsiyə olunur. Lazım olduqda amitriptilinin/nortriptilinin dozasını korreksiya etmək lazımdır. Amfoterisin B: flukonazol və amfoterisin B-nin immuniteti normal və zəifləmiş siçanlara eyni vaxtda yeridilməsi C.albicans sistem infeksiyası zamanı kiçik additiv göbələkəleyhinə effekti, kəllədaxili Cryptococcus neoformans kəllədaxili infeksiya zamanı qarşılıqlı təsirin olmamasını və Aspergillus fumigatus sistem infeksiyası zamanı iki preparatın antaqonizmini aşkar etmişdir. Bu tədqiqatların gedişi zamanı alınan nəticələrin klinik dəyəri məlum deyildir. Antikoaqulyantlar: qeydiyyatsonrası istifadəsi zamanı, digər azol göbələkəleyhinə vasitələrdə olduğu kimi hemorragik hallar müşahidə olunmuşdur (qançırlar, burun qanaxması, mədə- bağırsaq qanaxması, hematuriya və melena), flukonazolu varfarin ilə eyni vaxtda qəbul edən xəstələrdə protrombin zamanının artması ilə müşayiət olunmuşdur. Kumarin tipli antikoaqulyantlar və ya indandion antikoaqulyantları flukonazol ilə eyni vaxtda qəbul edən xəstələrdə protrombin zamanının diqqətli monitorinqi lazımdır. Antikoaqulyantın dozasının korreksiyası tələb oluna bilər. Qısa təsirli benzodiazepinlər (məsələn, midazolam, triazolam): midazolamın peroral istifadəsindən sonra flukonazolun təyin olunması midazolamın konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə və psixomotor effektlərin güclənməsinə gətirib çıxarmışdır. Flukonazol ilə eyni vaxtda müalicəsi zamanı triazolamın effektlərinin güclənməsi və uzanması müşahidə olunur. Flukonazol terapiyası qəbul edən xəstələrə eyni vaxtda benzodiazepinlərin istifadəsi tələb olunursa, benzodiazepinlərin dozasının azaldılmasının mümkünlüyü məsələsinə baxmaq və xəstənin vəziyyətinin müvafiq monitorinqini aparmaq lazımdır. Karbamazepin: flukonazol karbamazepinin metabolizmini ləngidir və qan zərdabında karbamazepin səviyyəsinin 30% yüksəlməsinə gətirib çıxarır. Karbamazepin tərəfindən toksiklik əlamətlərinin inkişaf etməsi riski mövcuddur. Preparatın konsentrasiya səviyyəsi və təsirindən asılı olaraq karbamazepinin dozasının korreksiyası tələb oluna bilər. Kalsium kanallarının blokatorları: kalsium kanallarının blokatorlarının bəziləri (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 fermenti vasitəsilə metabolizə olunur. Flukonazol potensial olaraq kalsium kanallarının blokatorlarının sistem təsirini yüksəldə bilər. Əlavə təsirlərin monitorinqi tövsiyə olunur. Selekoksib: flukonazol (gündə 200 mq) və selekoksib (200 mq) eyni vaxtda istifadəsi zamanı selekoksibin C və AUC göstəriciləri müvafiq olaraq 68% və 134% yüksəlmişdir.max Flukonazolun eyni vaxtda istifadəsi zamanı selekoksibin dozasının iki dəfə azaldılması tələb oluna bilər. Siklofosfamid: siklofosfamid və flukonazolun birgə istifadəsi qan zərdabında bilirubin və kreatinin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Qan zərdabında bilirubin və kreatinin konsentrasiyasının yüksəlməsi riskini nəzərə almaqla bu preparatları eyni vaxtda istifadə etmək olar. Fentanil: fentanil və flukonazolun ehtimal olunan qarşılıqlı təsiri nəticəsində fentanil ilə intoksikasiyaya dair bir letal hadisə barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, flukonazol sağlam könüllülərdə fentanilin eliminasiyasını əhəmiyyətli dərəcədə ləngidir. Fentanilin konsentrasiyasının yüksəlməsi tənəffüsün ləngiməsinə gətirib çıxara bilər, bu səbəbdən xəstənin vəziyyətini diqqətlə nəzarət altında saxlamaq lazımdır. Fentanilin dozasının korreksiyası tələb oluna bilər. HMQ-KoA-reduktazanın inhibitorları: flukonazol və CYP3A4 vasitəsilə (atorvastatin və simvastatin), və ya CYP2C9 vasitəsilə (fluvastatin) metabolizə olunan HMQ-KoA-reduktaza inhibitorlarının eyni vaxtda istifadəsi miopatiya və rabdomiolizin inkişaf etməsi riskini yüksəldir. Bu preparatların birgə istifadəsinə ehtiyac yaranarsa miopatiya və rabdomioliz simptomlarının yaranmasına görə xəstəyə qarşı diqqətli müşahidə aparmaq və kreatinkinaza səviyyəsinin monitorinqini aparmaq lazımdır. Kreatinkinaza səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi zamanı, həmçinin miopatiya/rabdomiolizin diaqnostikası və ya şübhə olduqda, HMQ-KoA- reduktaza inhibitorlarının istifadəsini dayandırmaq lazımdır. Siklosporin: flukonazol siklosporinin konsentrasiyasını və AUC-nu əhəmiyyətli dərəcədə yüksəldir. Flukonazol (gündə 200 mq) və siklosporin (gündə 2,7 mq/kq) eyni vaxtda istifadəsi zamanı siklosporinin AUC-nun 1,8 dəfə yüksəlməsi müşahidə olunmuşdur. Bu kombinasiya konsentrasiyasından asılı olaraq siklosporinin dozasının azaldılması ilə istifadə oluna bilər. Everolimus: baxmayaraq ki, in vivo və ya in vitro tədqiqatlar aparılmayıb, flukonazol CYP3A4 inhibə etdiyi üçün qan zərdabında everolimusun konsentrasiyasını yüksəldə bilir. Sirolimus: flukonazol qan plazmasında sirolimusun konsentrasiyasını yüksəldir, ehtimal olunur ki, bu CYP3A4 və P-qlikoproteinin təsiri altında sirolimusun metabolizminin ləngitməsi yolu ilə baş verir. Preparatın konsentrasiyasının səviyyəsi və effektindən asılı olaraq sirolimusun dozasının korreksiya edilməsi şərtilə bu preparatları eyni vaxtda istifadə etmək olar. Takrolimus: flukonazol bağırsaqda CYP3A4 təsiri altında takrolimusun metabolizmini inhibə etməsi nəticəsində, peroral qəbul edilən takrolimusun qan zərdabında konsentrasiyasını 5 dəfəyə qədər artıra bilər. Takrolimusun venadaxili istifadəsi zamanı farmakokinetikanın dəyərli dəyişikliyi müşahidə olunmamışdır. Takrolimusun yüksəlmiş səviyyələri nefrotoksiklik ilə müşayiət olunmuşdur. Takrolimusun peroral dozasını onun konsentrasiyasından asılı olaraq azaltmaq lazımdır. Lozartan: flukonazol lozartanın metabolizmini onun aktiv metabolitinə qədər (E-31 74) ləngidir, bu isə lozartanın istifadəsi zamanı angiotenzin II reseptorlarına qarşı antaqonizmin böyük hissəsinə cavabdehdir. Xəstələrdə qan təzyiqinin davamlı monitorinqini həyata keçirmək tövsiyə olunur. Metadon: flukonazol qan zərdabında metadonun konsentrasiyasını yüksəldə bilir. Metadonun dozasının korreksiyası tələb oluna bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar: flurbiprofenin monoterapiyası ilə müqayisədə, onun flukonazol ilə eyni vaxtda istifadəsi zamanı flurbiprofenin C və AUC göstəriciləri müvafiqmax olaraq 23% və 81% yüksəlmişdir. Anoloji şəkildə rasemik ibuprofen monoterapiyası ilə müqayisədə, flukonazolun rasemik ibuprofen ilə (400 mq) eyni vaxtda istifadəsi zamanı farmakoloji aktiv izomerin [S-(+)-ibuprofen] C və AUC göstəriciləri müvafiq olaraq 15% vəmax 82% yüksəlmişdir. Flukonazol potensial olaraq CYP2C9 ilə metabolizə olunan digər QSİƏP-lərin (məsələn, naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsirini yüksəldə bilir. QSİƏP ilə əlaqəli əlavə təsirlərin və toksikliyin monitorinqini həyata keçirmək məsləhət görülür. QSİƏP dozalarının korreksiyası tələb oluna bilər. Fenitoin: flukonazol qaraciyərdə fenitoinin metabolizmini ləngidir. Preparatların birgə istifadəsi zamanı fenitoinin toksikliyinin qarşısını almaq üçün qan zərdabında fenitoin konsentrasiyasını nəzarət etmək lazımdır. Prednizon: prednizonun istifadəsi fonunda qaraciyər transplantasiyasından sonra xəstədə kəskin böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı hadisəsi barədə məlumat verilmişdir ki, bu flukonazol ilə üçaylıq terapiya kursunun dayandırılmasından sonra baş vermişdir. Ehtimal olunur ki, flukonazolun kəsilməsi CYP3A4 aktivliyinin güclənməsi və prednizonun metabolizminin sürətlənməsini yaratmışdır. Uzun müddət flukonazol və prednizonu eyni vaxtda qəbul edən xəstələrdə flukonazolun kəsilməsindən sonra böyrəküstü vəzin qabıq maddəsi çatışmazlığının inkişaf etməsinin qarşısını almaq məqsədilə müşahidə olunması lazımdır. Rifabutin: flukonazol zərdabda rifabutinin konsentrasiyalarını yüksəldir, bu isə rifabutinin AUC göstəricisinin 80%-ə qədər artmasına gətirib çıxarır. Flukonazol və rifabutini eyni vaxtda qəbul edən xəstələrdə uveit hadisələri barədə məlumat verilmişdir. Kombinəolunmuş müalicə zamanı rifabutinin toksiklik simptomlarına diqqət yetirmək lazımdır. Sakvinavir: flukonazol sakvinavirin metabolizmini qaraciyərdə CYP3A4 fermenti ilə və P- qlikoproteini inhibə etməsilə ləngitməsi səbəbindən sakvinavirin AUC və C göstəricilərinimax təxminən müvafiq olaraq 50% və 55% yüksəldir. Sakvinavir/ritonavir ilə qarşılıqlı təsir tədqiq olunmayıb, bu səbəbdən o daha ifadəli ola bilər. Sakvinavirin dozasının korreksiyası tələb oluna bilər. Sulfonil sidik cövhəri preparatları: flukonazol eyni vaxtda istifadə olunan sulfonilsidik cövhəri preparatlarının (xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamol) sağlam könüllülərdə qan zərdabından yarımxaricolma dövrünü uzatmışdır. Qanda müntəzəm olaraq qlükoza səviyyələrinin nəzarət olunması və eyni vaxtda istifadəsi zamanı sulfonilsidik cövhəri preparatlarının dozasını müvafiq şəkildə azaltmaq tövsiyə olunur. Teofillin: plasebo-nəzarətli qarşılıqlı təsir tədqiqatında flukonazolun 200 mq dozada 14 gün ərzində istifadəsi qan plazmasında teofillinin klirensinin orta sürətinin 18% azalmasına gətirib çıxarmışdır. Teofillinin yüksək dozalarını qəbul edən xəstələr flukonazol istifadəsi zamanı teofillinin toksiklik əlamətlərinin aşkar edilməsi üçün müşahidə altında olmalıdırlar. Toksiklik əlamətləri yarandığı zaman müalicəni dəyişmək lazımdır. Qıfotu bitkisinin alkaloidləri: ehtimal olunur ki, flukonazol CYP3A4 inhibə etməsi səbəbindən qan plazmasında qıfotu alkaloidlərinin (məsələn, vinkristin və vinblastinin) konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər ki, bu isə neyrotoksik effektlərin inkişaf etməsinə gətirir. Vitamin A: məlumat verilir ki, politransretin turşusu (vitamin A-nın turşu forması) və flukonazolu eyni vaxtda qəbul edən xəstədə yalançı baş beyin şişi formasında MSS tərəfindən arzuolunmaz təsirlər müşahidə olunmuşdur ki, bu isə flukonazolun kəsilməsindən sonra keçib getmişdir. Bu dərman vasitələrini eyni vaxtda istifadə etmək olar, MSS tərəfindən əlavə təsirlərin monitorinqi məsləhət görülür. Vorikonazol (CYP2C9, CYP2C19 və CYP3A4): vorikonazol (400 mq hər 12 saatdan bir gün 1, daha sonra 200 mq hər 12 saatdan bir 2,5 gün ərzində) və flukonazol (400 mq gün 1, daha sonra 200 mq hər 24 saatdan bir 4 gün ərzində) kişi cinsli səkkiz sağlam könüllü tərəfindən eyni vaxtda peroral istifadəsi vorikonazolun Cmax və AUC göstəricilərinin orta hesabla müvafiq olaraq 57% (90% Eİ: 20%, 107%) və 79% (90% Eİ: 40%, 128%) artmasına gətirib çıxarmışdır. Bu effekti aradan qaldıracaq vorikonazol və flukonazolun dozasının və/və ya qəbul sayının azaldılması müəyyən olunmayıb. Flukonazoldan sonra vorikonazolun istifadəsi zamanı vorikonazolun əlavə təsirlərinin monitorinqini aparmaq lazımdır. Zidovudin: flukonazol zidovudinin Cmax və AUC göstəricilərini müvafiq olaraq 84% və 74% artırır, bu isə peroral qəbulu zamanı zidovudinin klirensinin təxminən 45% azalması ilə əlaqədardır. Zidovudinin yarımxaricolma dövrü flukonazol ilə kombinəolunmuş müalicədən sonra təxminən 128% artmışdır. Bu kombinasiyanı qəbul edən xəstələr zidovudin ilə əlaqədar əlavə təsirlərin monitorinqi üçün müşahidə altında olmalıdırlar. Zidovudinin dozasının azaldılması məsələsi müzakirə olunmalıdır. Azitromisin: 18 sağlam könüllünün iştirak etdiyi açıq randomizəolunmuş üçtərəfli çarpaz tədqiqat azitromisinin 1200 mq birdəfəlik peroral dozasının flukonazolun 800 mq birdəfəlik peroral dozasının farmakokinetikasına təsirini, həmçinin flukonazolun azitromisinin farmakokinetikasına təsirlərini qiymətləndirmişdir. Flukonazol və azitromisin arasında əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir aşkar olunmamışdır. Peroral kontraseptivlər: kombinəolunmuş peroral kontraseptiv və flukonazolun çoxsaylı dozalarının istifadəsilə iki farmakokinetik tədqiqat hormonların səviyyələrinə dəyərli təsirlərini aşkar etməmişdir. 50 mq flukonazolun istifadəsilə tədqiqatda isə gündə 200 mq qəbulu zamanı etinilestradiol və levonorgestrelin AUC göstəricisinin müvafiq olaraq 40% və 24% yüksəlməsi müşahidə olunmuşdur. Beləliklə, flukonazolun göstərilən dozalarının çoxsaylı qəbulunun kombinəolunmuş peroral kontraseptivin effektivliyinə təsir göstərəcəyi az ehtimal olunur. İvakaftor: mukovissidoz transmembran ötürücülük tənzimləyicisinin gücləndiricisi olan (CFTR) ivakaftor ilə eyni vaxtda istifadəsi ivakaftorun təsirini 3 dəfə, hidroksimetil-ivakaftorun isə (M1)- 1,9 dəfə artırmışdır. Flukonazol və eritromisin kimi, zəif CYP3A inhibitorlarını eyni vaxtda qəbul edən xəstələr üçün ivakaftorun dozasının gündə 1 dəfə 150 mq-a qədər azaldılması tövsiyə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Observasion tədqiqatın nəticələri hamiləliyin birinci trimestri zamanı flukonazol qəbul edən qadınlarda spontan düşüklərin yaranması riskinin yüksək olmasını göstərmişdir. Koksidioidomikozun müalicəsi üçün yüksək dozalarda (gündə 400-800 mq) flukonazolu üç və daha çox ay qəbul edən analardan olan yenidoğulmuşlarda çoxsaylı inkişaf qüsurlarının olması (o cümlədən braxisefaliya, qulaq seyvanlarının displaziyası, ön əmgəyin həddən artıq böyüməsi, budun əyriliyi, bazu-dirsək sinostozu) hadisələri təsvir olunmuşdur. Bu hadisələrin flukonazolun qəbulu ilə səbəb-nəticə qarşılıqlı əlaqəsi aydın deyildir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi aşkar etmişdir. Flukonazol standart dozalarda və qısamüddətli müalicə üçün hamiləlik zamanı istifadə olunmamalıdır, ehtimal edilən faydası riskdən üstün olduğu hadisələr istisna olmaqla. Flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli istifadə üçün hamiləlik zamanı istifadə etmək olmaz, potensial həyati təhlükəli infeksiya hadisələri istisna olmaqla. Laktasiya Flukonazol ana südünə keçir, lakin onun süddə konsentrasiyası qan plazmasındakı konsentrasiyasından aşağıdır. Flukonazolun 200 mq və ya aşağı birdəfəlik standart dozasından sonra ana südü ilə qidalandırma davam etdirilə bilər. Dəfələrlə istifadəsindən və ya flukonazolun yüksək dozalarının qəbulundan sonra ana südü ilə qidalandırma məsləhət görülmür. Fertillik Flukonazol siçovullarda erkək və dişi fərdlərin fertilliyinə təsir göstərməmişdir. Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə olunur (bax. “İstifadə qaydası və dozası”). Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Rofluzol-VMun istifadəsi zamanı başhərlənmə və ya qıcolmaların yaranmasının mümkünlüyü və belə simptomlar yaranan zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri barədə xəstələri xəbərdar etmək lazımdır.

İstifadə qaydası və dozası

Kapsullar daxilə, bütöv şəkildə udaraq, qida qəbulundan asılı olmayaraq qəbul edilir. Venadaxili istifadədən peroral istifadəyə keçdikdə və ya əksinə gündəlik dozanın dəyişdirilməsi tələb olunmur. Flukonazolun gündəlik dozası göbələk infeksiyasının xüsusiyyətindən və ağırlığından asılıdır. Dozaların çox dəfələrlə qəbulu tələb olunan infeksiyaların müalicəsini klinik parametrlər və ya laborator testlər aktiv göbələk infeksiyasının ləngitməsini göstərənə qədər davam etdirmək lazımdır. Kifayət qədər uzunmüddətli olmayan müalicə zamanı residiv ola bilər. Böyüklər Göstərişlər Dozalanma Müalicə müddəti Adətən 6-8 həftədən az Başlanğıc doza: olmayaraq. – kriptokokk menin- birinci gün 400 mq. Həyati təhlükəli infeksiyalar gitin müalicəsi Növbəti dozalar: zamanı gündəlik doza 800 mq-a gündə 200-400 mq qədər artırıla bilər. Kriptokokkoz – yüksək residiv riski olan xəstələrdə kriptokokk meningitin Gündə 200mq dozalarda Gündə 200 mq qarşısının alınması məhdud deyildir. üçün dəstəkləyici terapiya 11-24 ay və daha çox, konkret hadisədən asılı olaraq. Bəzi infeksiyalar zamanı, xüsusən Koksidioidomikoz 200-400 mq beyin qişalarının xəstəlikləri zamanı 800 mq doza istifadə oluna bilər. Ümumilikdə, kandidemiyanın tövsiyə olunan müalicəsinin Başlanğıc doza: davametmə müddəti qanın birinci gün kultural analizinin birinci mənfi 800 mq. İnvaziv kandidoz nəticəsi alınandan və Növbəti dozalar: kandidemiyanın müvafiq gündə 400 mq əlamətləri və simptomlarının aradan qalxmasından sonra 2 həftə təşkil edir. Başlanğıc doza: 7-14 gün (selikli qişaların birinci gün kandidozunun remissiyasına – ağız udlağın kandi- 200-400 mq. qədər). İmmunitetin ağır dozu Növbəti dozalar: pozulması olan xəstələrdə daha gündə 100-200mq uzunmüddətli müalicə mümkündür. 14-30 gün (qida borusu Selikli qişaların kan- Başlanğıc doza:birinci kandidozunun remissiyasına didozunun müalicəsi gün – qida borusunun kan- qədər). İmmunitetin ağır 200-400 mq. didozu pozulması olan xəstələrdə daha Növbəti dozalar: uzunmüddətli müalicə gündə 100-200mq mümkündür. 7-21 gün. İmmunitetin ağır – kandiduriya Gündə 200-400 mq pozulması olan xəstələrdə daha uzunmüddətli müalicə mümkündür. – xroniki atrofik kan- Gündə 50 mq 14 gün didoz 28 günə qədər.İnfeksiyanın ağırlıq dərəcəsindən və ya – xroniki dəri-selikli immunitetin pozulması və Gündə 50-100 mq qişa kandidozu infeksiya fonundan asılı olaraq daha uzunmüddətli müalicə mümkündür. Gündə 100-200 mq və İmmunitetin xroniki pozulmasıYüksək residiv riski – ağız udlağın kandi- ya 200 mq həftədə 3 olan xəstələr üçün müddətolan, İİV xəstələrdə dozu dəfə məhdud deyildir.selikli qişaların kandidoz residivinin Gündə 100-200 mq və İmmunitetin xroniki pozulması – qida borusunun kan- profilaktikası ya 200 mq həftədə 3 olan xəstələr üçün müddət didozu dəfə məhdud deyildir. – kəskin vaginal kandidoz 150 mq Birdəfəlik doza – kandidoz balanit Hər üç gündən bir 150 – vaginal kandidoz Genital kandidoz mq, ümumi doza sayı residivinin müalicə və 3 (gün 1, 4 və 7), daha Dəstəkləyici doza: profilaktikası (ildə 4 sonra dəstəkləyici 6 ay. və ya daha çox doza 150 mq həftədə 1 epizod) dəfə. – pəncənin dermatofitiyası – hamar dərinin 150 mq həftədə 1 dəfə 2-4 həftə; pəncənin dermatofitiyası və ya 50 mq gündə 1 dermatofitiyası 6 həftəyə qədər – qasıq nahiyyəsinin dəfə müalicə tələb edə bilər. dermatofitiyası – kandidoz infeksiyalar 300-400 mq həftədə 1 1-3 həftə dəfə – rəngbərəng dəmrov 50 mq gündə 1 dəfə 2-4 həftə Müalicəni zədələnmiş dırnağın əvəz olunmasına qədər (sağlamDermatomikoz dırnaq uzanana qədər) davam etdirmək lazımdır. Əl və ayaq barmaqlarında dırnaqların uzanamsı müvafiq olaraq 3-6 ay və 6-12 ay çəkir. Buna – dırnaqların dermatof- 150 mq həftədə 1 dəfə baxmayaraq, uzanma sürəti itiyası (onixomikoz) daha çox dərəcədə müxtəlif xəstələrdə, həmçinin yaşdan asılı olaraq dəyişə bilər. Xroniki infeksiyaların uzunmüddətli uğurlu müalicəsindən sonra dırnaqlar bəzən dəyişilmiş formada qalır. Uzunmüddətli 200-400 mq Ehtimal olunan neytropeniyanın neytropeniyası olan başlanmasına qədər bir neçə xəstələrdə kandidoz gün əvvəl müalicəni başlamaq infeksiyaların və sağaldıqdan sonra, profilaktikası neytrofillərin sayı 1000 hüceyrə/mm –dən çox olduqdan sonra 7 gün ərzində davam etdirmək lazımdır. Xüsusi qruplar Yaşlı xəstələr Böyrəklərin funksiyası pozulduğu zaman dozanı korreksiya etmək lazımdır. Böyrəklərin funksiyasının pozulması Birdəfəlik dozalarla müalicə zamanı dozaların korreksiyası tələb olunmur. Flukonazolun çoxsaylı dozalarını qəbul edən, böyrəklərin funksiyası pozulmuş xəstələrdə (o cüm., uşaqlar) müəyyən göstəriş üçün tövsiyə olunan gündəlik doza əsasında başlanğıc 50-400 mq dozanı istifadə etmək lazımdır. Belə başlanğıc dozadan sonra aşağıdakı cədvələ uyğun müəyyən olunan gündəlik dozalar istifadə olunur (göstərişə müvafiq): Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100% ≤ 50 (dializ olmadan) 50% Müntəzəm dializ Hər dializdən sonra 100% Müntəzəm olaraq dializdə olan xəstələr hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni qəbul etməlidir. Dializ aparılmayan günlərdə, xəstələr kreatinin klirensinə müvafiq olaraq azaldılmış dozanı qəbul etməlidirlər. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyasının pozulması olan xəstələr barədə məlumatlar məhduddur, bu səbəbdən qaraciyər funksiyasının pozulması olan xəstələrdə flukonazol ehtiyatla istifadə olunmalıdır. Uşaqlar Uşaqlarda maksimal 400 mq dozanı aşmaq olmaz. Böyüklərdə anoloji infeksiyalarda olduğu kimi, müalicənin davametmə müddəti klinik cavaba və mikrobioloji tədqiqatların nəticələrinə əsaslanır. Rofluzol-VM birdəfəlik gündəlik dozalarda istifadə olunur. Böyrəklərin funksiyası pozulmuş uşaqlar üçün dozalanmaya “Böyrəklərin funksiyasının pozulması” bəndində baxın. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası öyrənilməyib (tez-tez əsasən böyrəklərin yetişməzliyi müşahidə olunan, vaxtında doğulmuş yenidoğulmuş körpələr üçün məlumata aşağıda baxın). Körpələr, kiçik və orta yaşlı uşaqlar (28 günündən 11 yaşa qədər) Göstərişlər Dozalanma Tövsiyələr Başlanğıc doza: 6 mq/kq. Tarazlıq səviyyələrinə daha tez – selikli qişaların kandidozu Növbəti dozalar: çatmaq üçün başlanğıc doza gündə 3 mq/kq. birinci gün tətbiq oluna bilər. – invaziv kandidoz Xəstəliyin ağırlıq dərəcəsindən Doza: gündə 6-12 mq/kq – kriptokokk meningiti asılı olaraq. – yüksək residiv riski olan uşaqlarda kriptokokk meningiti Xəstəliyin ağırlıq dərəcəsindən Doza: gündə 6 mq/kq. residivinin profilaktikası üçün asılı olaraq. dəstəkləyici terapiya – immunitetin pozulması olan Təhrik edilmiş neytropeniyanın Doza: gündə 3-12 mq/kq. xəstələrdə Candida dərəcəsi və davametmə infeksiyalarının profilaktikası müddətindən asılı olaraq (böyüklər üçün dozalanmaya bax.) Yeniyetmələr (12-17 yaş) Dozalanma (böyük və ya uşaq) bədən kütləsi və xəstənin cinsi inkişafından asılı olaraq həkim tərəfindən təyin olunur. Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazolun klirensi böyüklərə nisbətən yüksəkdir. Oxşar sistem təsirin əldə olunması üçün böyüklərdəki 100 mq, 200 mq və 400 mq dozalar uşaqlardakı 3 mq/kq, 6 mq/kq və 12 mq/kq dozalara uyğun gəlir. Uşaqlarda genital kandidoz zamanı təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Yeniyetmələrdə (12-17 yaş) genital kandidozun müalicəsinə ehtiyac olduqda böyüklər üçün təyin olunmuş dozalanmadan istifadə etmək olar. Vaxtında doğulmuş yenidoğulmuş körpələr (0-27 gün) Yenidoğulmuşlarda flukonazolun xaric olunması yavaş olur. Vaxtında doğulmuş yenidoğulmuş körpələr üçün bu dozalanmanı dəstəkləyən farmakokinetik məlumatlar azdır. Yaş qrupu Dozalanma Tövsiyələr Körpələr, kiçik və orta yaşlı Vaxtında doğulmuş uşaqlar üçün tətbiq olunan eyni hər 72 saatdan bir 12 mq/kq yenidoğulmuş körpələr (0-14 dozalanma mq/kq-la, hər 72 saat- maksimal dozanı aşmaq olmaz gün) dan bir istifadə olunur. Körpələr, kiçik və orta yaşlı Vaxtında doğulmuş uşaqlar üçün tətbiq olunan eyni hər 48 saatdan bir 12 mq/kq yenidoğulmuş körpələr (15-27 dozalanma mq/kq-la, hər 48 saat- maksimal dozanı aşmaq olmaz gün) dan bir istifadə olunur.

Əlavə təsirləri

Daha çox aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: başağrısı, qarında ağrı, diareya, ürəkbulanma, qusma, alaninaminotransferaza (ALT) səviyyələrinin yüksəlməsi, aspartataminotransferaza (AST) səviyyələrinin yüksəlməsi, qanda qələvi fosfataza (QF) səviyyələrinin yüksəlməsi, səpgi. Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı şəkildə müəyyən olunur: çox tez-tez (≥ 1/10); tez- tez (≥ 1/100, lakin < 1/10); bəzən (≥ 1/1000, lakin < 1/100); nadir (≥ 1/10000, lakin < 1/1000); çox nadir (< 1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək mümkün olmur). Qan və limfatik sistemə: bəzən- anemiya; nadir- aqranulositoz, leykopeniya, trombositopeniya, neytropeniya. İmmun sistemə: nadir- anafilaksiya. Maddələr mübadiləsinə və qidalanmaya: bəzən- iştahanın azalması; nadir- hiperxolesterinemiya, hipertriqliseridemiya, hipokaliemiya. Psixiki pozulmalar: bəzən- yuxululuq, yuxusuzluq. Sinir sisteminə: tez-tez- başağrısı; bəzən- qıcolmalar, paresteziyalar, başhərlənmə, dadbilmənin təhrif olunması; nadir- tremor. Eşitməyə və müvazinət orqanlarına: bəzən- vertiqo. Ürəyə: nadir- “piruet” tipli mədəcik taxikardiyası, QT intervalının artması. Mədə-bağırsaq sisteminə: tez-tez- qarında ağrılar, qusma, diareya, ürəkbulanma; bəzən- qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq. Qaraciyərə və ödçıxarıcı yollara: tez-tez- qanda ALT səviyyələrinin yüksəlməsi, AST səviyyələrinin yüksəlməsi, QF səviyyələrinin yüksəlməsi; bəzən- xolestaz, sarılıq, bilirubin səviyyəsinin yüksəlməsi; nadir- qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatit, hepatosellülyar zədələnmə. Dəriyə və dərialtı toxumalara: tez-tez- səpgi; bəzən- dərman səpgisi (o cüm., davamlı dərman səpgisi), övrə, qaşınma, tərləmənin artması; nadir- toksik epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin generalizəolunmuş ekzantematoz-pustulyoz səpmə, eksfoliativ dermatit, angionevrotik ödem, üzün şişkinliyi, alopesiya. Skelet-əzələ və birləşdirici toxumaya: bəzən- mialgiya. Ümumi pozğunluqlar: bəzən- yorulma, halsızlıq, asteniya, qızdırma. Uşaqlar Uşaqlarda əlavə təsirlərin yaranması strukturu və tezliyi böyüklərdəki kimidir.

Doza həddinin aşılması

Flukonazolun doza həddinin aşılması və eyni vaxtda hallüsinasiyalar və paranoidal davranışın yaranması hadisələri barədə məlumat verilmişdir. Doza həddinin aşılması zamanı- müalicə simptomatikdir. İlkin yardım kimi- mədə yuyulmalıdır. Flukonazol əhəmiyyətli dərəcədə sidiklə xaric olunur; sürətləndirilmiş diurez ehtimal olunur ki, xaricolma sürətini artıra bilər. Üçsaatlıq hemodializ seansı maddənin qan plazmasında səviyyələrini təxminən 50% azaldır.

Buraxılış forması

Rofluzol-VM 50 mq Bərk jelatin kapsullar. 7 kapsul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Rofluzol-VM 150 mq Bərk jelatin kapsullar. 1 kapsul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Rofluzol-VM 50 mq: resept əsasında buraxılır. Rofluzol-VM 150 mq: reseptsiz buraxılır. Ticarət nişanı və qeydiyyat vəsiqəsinin sahibi “Rotafarm Limited”, Böyük Britaniya. (“ROTAPHARM LIMITED”, GREAT BRITAIN). İstehsal olunub “K.O. Slaviya Farm S.R.L.”, Bulvar Teodor Palladi № 44С, sektor 3, Buxarest, Rumıniya. (“S.C. Slavia Pharm S.R.L.”, Bd. Theodor Pallady no. 44C, district 3, Bucharest, Romania).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ROFLUZOL 150 MG N1 TB” üçün ilk rəyi siz yazın.