Rigevidon N21 tablet

Təsiredici maddə: ETHINYLESTRADIOL + LEVONORGESTREL
Təsiredici maddəETHINYLESTRADIOL + LEVONORGESTREL
Dərman formasıTablet
Farmakoloji təsirKombinəolunmuş peroral kontraseptiv (KPK) preparatlar
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,40 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, belə ki, burada pasiyent üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəni saxlamaq lazımdır. Onu təkrar oxumağınız lazım gələ bilər. • Əlavə suallarınız yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. • Bu dərman preparatı Sizə təyin olunub. Onu digər şəxslərə vermək olmaz. Bu preparat onlar üçün zərərli ola bilər. • Hər hansı ağır əlavə təsirlər yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu tövsiyə istənilən mümkün əlavə təsirə, hətta içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərə şamil edilir (“Əlavə təsirləri” bölməsinə bax). RİGEVİDON örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Levonorgestrel + Ethinylestradiol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,15 mq levonorgestrol, 0,03 mq etinilestradiol vardır. Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, maqnezium stearat, talk, qarğıdalı nişastası, laktoza monohidrat. Örtük: natrium karmelloza, povidon K-30, susuz kolloidal silisium dioksid, makroqol 6000, kopovidon, titan dioksid (E171), kalsium karbonat, talk, saxaroza.

Təsviri

Ağ rəngli, dairəvi formalı, hər iki tərəfi qabarıq örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Kombinəolunmuş peroral kontraseptiv (KPK) preparatlar. ATC kodu: G03AA07.

Farmakoloji xüsusiyyətləri

Rigevidon – kombinəolunmuş peroral kontraseptiv (KPK) preparatlar qrupuna aid dərman vasitəsidir. Rigevidon preparatının tərkibində 2 növ hormon vardır: estrogen (etinilestradiol) və kiçik dozalarda progestagen (levonorgestrel).

İstifadəsinə göstərişlər

KPK-lər üç mexanizm vasitəsi ilə hamiləliyin baş verməsindən qorunmanı təmin edir: – preparatın tərkibinə daxil olan hormonlar, hər ay yumurta hüceyrəsinin yumurtalıqlardan çıxmasını (ovulyasiyanı) tormozlayır; – onların təsiri, eləcə də, uşaqlıq boynu kanalının içərisini dolduran seliyin ozlülüyünün artmasına əsaslanır ki, bu da spermatozoidlərin uşaqlıq boşluğuna keçməsini və onların yumurta hüceyrəsi ilə kontaktını çətinləşdirir; – bundan əlavə, uşaqlığın selikli qişasının quruluşu və funksiyası dəyişilir ki, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlıq divarına yapışması ehtimalını aşağı salır.

Əks göstərişlər

Aşağıdakı hallarda Rigevidon preparatından istifadə etmək olmaz: – hazırda və ya keçmişdə ayaq damarlarında (dərin venaların trombozu (DVT)), ağciyərdə (ağciyər arteriyasının tromboemboliyası (AATE)) və ya digər orqanlarda tromb olduqda; – trombun əmələ gəlməsinin yüksəlməsilə müşayiət edilən xəstəliklər olduqda, məsələn, C proteininin defisiti, S proteininin defisiti, III antitrombinin defisiti, V faktorun Leyden mutasiyası və ya fosfolipidlərə qarşı antitelin olması; – əvvəl keçirilən infarkt və ya insult; – əvvəl və ya hazırda stenokardiyadan (döş qəfəsində güclü ağrıya səbəb olur və infarktın ilkin əlaməti ola bilər) əziyyət çəkən pasiyentlər və ya pasiyentdə hazırda və ya əvvəl beyin qan dövranının ötüb keçən pozuntusu (tranzitor işemik həmlə (TİH)); – hazırda və ya əvvəl olan “auralı miqren”; – arteriya trombozu riskini artıra bilən aşağıda sadalanan istənilən xəstəliklər olduqda: -damarların zədələnməsilə ağır şəkərli diabet; -ürəyin qapaq qüsuru; -çox yüksək arterial təzyiq; -lipidlərin qanda çox yüksək miqdarı (xolesterinin və ya triqliseridlərin); – hazırda və ya əvvəl və ya şübhəli olan süd vəzisinin və ya cinsiyyət orqanlarının xərçəngi; – hazırda və ya əvvəl mədəaltı vəzinin iltihabı; – hazırda və ya əvvəl qaraciyər xəstəlikləri və hazırda qaraciyər funksiyasının normallaşmaması; – hazırda və ya əvvəl qaraciyər şişi; – uşaqlıq yolundan naməlum qanaxma; – hamiləlik və ya laktasiya dövrü; pasiyent hamilə olduğuna şübhə etdikdə; – ilk menstruasiya baş verənə qədər (menarxe); – postmenopauza dövrü; – qalaktozaya qarşı dözümsüzlük, tam laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası sindromu, saxaraza və izomaltaza çatışmazlığı; – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – hazırda qəbul edilən və ya qəbul ediləcək dəlikli dazıotunun (Hypericum perforatum) bitki tərkibli preparatları. Pasiyentdə C hepatiti olduqda və ya tərkibində ombitasvir/paritaprevir/ritonavir, dasabuvir, qlekaprevir/pibrentasvir və sofosbuvir/velpatasvir/voksilaprevir olan dərman vasitələri qəbul etdikdə, Rigevidon preparatından istifadə etmək olmaz (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ümumi məlumatlar Düzgün istifadə edildikdə, kontraseptiv preparatlar effektiv geri dönən kontrasepsiya metodudur. Bununla belə, bəzi hallarda həmin preparatların effektivliyi aşağı düşə bilər və ya onların istifadəsinin dayandırılması tələb oluna bilər (aşağıda göstərilənlərə bax). Qeyd olunan hallarda cinsi kontaktlardan çəkinmək və ya effektiv kontrasepsiyanı təmin etmək məqsədi ilə əlavə olaraq, qeyri-hormonal vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, Rigevidon preparatı kimi KPK-lər, cinsi yolla ötürülən xəstəliklərdən (məsələn, QİÇS-dən) qorunmanı təmin etmir. Bunun üçün prezervativlərdən istifadə etmək lazımdır. Rigevidon preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Rigevidon preparatının istifadəsinə başlamazdan əvvəl, həkim Sizin özünüz və ya ailə üzvləriniz barədə bir neçə sual verməklə, tibbi anamnez toplamalıdır. Həkim qadının arterial təzyiqini ölçməli və zərurət yarandıqda onu müayinə etməlidir. Aşağıda göstərilən vəziyyətlərdən hər hansı birinin müşahidə olunması barədə həkimi məlumatlandırmaq lazımdır. Rigevidon preparatının istifadəsi fonunda aşağıda göstərilən vəziyyətlərdən hər hansı biri inkişaf etdikdə və ya pisləşdiyi halda, həmçinin həkimi məlumatlandırmaq lazımdır: – qanda lipidlərin miqdarının yüksəlməsi (hipertriqliseridemiya) qeyd olunduqda və ya ailədə həmin xəstəlik halları müşahidə olunduğu hallarda. Hipertriqliseridemiya, pankreatitin (mədəaltı vəzi iltihabının) inkişaf etmə riskinin yüksəlməsi ilə əlaqəlidir; – tütündən istifadə; – bədən kütləsinin həddindən artıq olması; – arterial təzyiqin yüksəlməsi; – baş nahiyəsinin bir tərəfində ağrının qeyd olunması (hemikraniya); – şəkərli diabet; – Kron xəstəliyi və ya xoralı kolit (bağırsağın xroniki iltihabi xəstəliyi); – otoskleroz nəticəsində meydana çıxan ağır eşitmənin irsi forması; – depressiya və ya əhval-ruhiyyənin dəyişməsi; – qıcolmalarla və şüurun itməsi (epilepsiya) ilə müşayiət olunan mərkəzi sinir sistemi pozğunluğu; – Sidenqam xoreyası adlandırılan hərəki pozğunluq müşahidə olunduğu halda (ətrafların qəflətən dartınması ilə meydana çıxır); – qaraciyər və ya öd kisəsi xəstəliyi qeyd olunduqda (məsələn, dəri rənginin saralması, öd kisəsində daşlar); – porfiriya adlandırılan irsi xəstəlik (qan piqmenti (hemoqlobin) metabolizminin anadangəlmə pozğunluğu) mövcud olduqda; – oraqvari-hüceyrəli anemiya (eritrositlərin dəyişməsi ilə müşayiət olunan irsi xəstəlik) qeyd olunduqda; – qan laxtaları (tromblar) böyrək çatışmazlığına səbəb olan qan xəstəliyi (hemolitik-uremik sindrom, HUS) mövcud olduqda; – sistem qırmızı qurdeşənəyi – SQQE (dəri təzahürləri ilə meydana çıxan autoimmun xəstəlik) qeyd olunduğu halda; – qanda prolaktinin miqdarı yüksəldikdə; – bütün bədəndə öd metabolizminin pozulması ilə əlaqəli qaşınma müşahidə olunduqda; – hamiləlik dövründə, dəri üzərində herpes virusunun törətdiyi zədələnmə (hamiləlik müddətində dəri üzərində qovuqcuqlu səpgilərin meydana çıxması) müşahidə olunduqda; – üz nahiyəsində və bütün bədəndə qonur rəngli ləkələr (xloazma) meydana çıxdıqda – bu zaman, birbaşa günəş şüalarının və ya ultrabənövşəyi şüaların təsirindən qaçınmaq lazımdır; – tənəffüsün çətinləşməsi ilə müşayiət olunan angionevrotik ödem simptomları, məsələn, üz nahiyəsinin, dilin və/və ya boğazın ödemi, udma qabiliyyətinin çətinləşməsi və ya övrə meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Ekzogen estrogenlər, irsi və qazanılmış angionevrotik ödem simptomlarının meydana çıxmasını təhrik edə bilər və ya ağırlaşmasına səbəb ola bilər. Kontraseptiv preparatların istifadəsi fonunda yuxarıda göstərilən vəziyyətlər ağırlaşa bilər və bu səbəbdən, həmin preparatların istifadəsi müddətində müntəzəm tibbi müayinələrin aparılması tələb olunur. KOK (kombinəolunmuş oral kontraseptivlər) və trombozlar Venoz tromboz Mayalanmaəleyhinə tabletlərdən istifadə etməyən qadınlarla müqayisədə, Rigevidon preparatı daxil olmaqla, istənilən kombinəolunmuş kontraseptiv preparatların istifadəsi, həmin qadınlarda venoz trombozun (damarlarda qan laxtalarının əmələ gəlməsinin) inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur. Aşağıda göstərilən vəziyyətlərdə, KOK-dan istifadə edən qadınlarda venoz tromboz riski yüksəlir: – yaşla əlaqəli; – bədən kütləsi həddindən artıq olduqda; – yaxın qohumlardan hər hansı birində gənc yaşlarında ayaq, ağciyər və ya digər orqanlarda tromboz halları qeyd olunduqda; – cərrahi müdaxilələr (əməliyyatlar) zamanı, uzunmüddətli immobilizasiya dövründə və ağır travmalar qeyd olunduqda. Rigevidon preparatının istifadəsi barədə həkimi əvvəlcədən məlumatlandırmaq vacibdir – ehtimal ki, müalicənin dayandırılması tələb oluna bilər. Rigevidon preparatının istifadəsinin təkrar başlanması, yalnız həkim tərəfindən təyin oluna bilər. Adətən bu, hərəkətlilik bərpa olunduqdan 2 həftə sonra baş verir; – ehtimal ki, səthi tromboflebit (bilavasitə dəri altında yerləşən venalarda trombların əmələ gəlməsi ilə əlaqəli, venaların iltihabı) və venaların varikoz genişlənməsi (ayaqlarda gözlə görünən şişkin və genişlənmiş venalar) zamanı. Arterial tromboz KOK-un istifadəsi, məsələn, ürək damarlarında (infarkt) və ya baş beyin damarlarında (insult) arterial tromboz (arteriyaların tutulması) riskinin yüksəlməsi ilə əlaqəlidir. Aşağıda göstərilən vəziyyətlərdə, KOK-dan istifadə edən qadınlarda arterial tromboz riski yüksəlir: – yaşla əlaqəli; – tütündən istifadə etdikdə. Rigevidon preparatından istifadə etdikdə, xüsusilə, qadın 35 yaşdan yuxarı olduğu halda, tütün istifadəsindən imtina etmək israrla tövsiyə olunur; – qanda lipidlərin (xolesterinin və ya triqliseridlərin) miqdarı yüksək olduqda; – bədən kütləsi həddindən artıq olduqda; – arterial təzyiq yüksək olduğu halda; – miqren zamanı; – ürək xəstəliklərində (ürək qapaqlarının qüsurları, ürək ritminin pozulması); – yaxın qohumlardan hər hansı birində gənc yaşlarında miokard infarktı və ya insult baş verdiyi halda. Çox nadir hallarda tromblar ürəkdə yerləşən qan damarlarında əmələ gələ bilər və miokard infarktının meydana çıxmasına səbəb ola bilər. Sağlam gənc qadınlarda miokard infarktının inkişaf etmə riski həddindən artıq aşağıdır. Ehtimal edilən trombozun aşağıda göstərilən əlamətləri aşkar olunduğu halda, Rigevidon preparatının istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır: – bir ayaqda şiddətli ağrı və/və ya ödem; – döş qəfəsində şiddətli və qəflətən meydana çıxan ağrı, o cümlədən, sol əl nahiyəsinə irradiasiya edən; – qəflətən meydana çıxan təngnəfəslik; – aşkar səbəb olmadan qəflətən meydana çıxan öskürək; – qeyri-adi, şiddətli, uzunmüddətli baş ağrısı və ya miqrenin pisləşməsi; – görmə qabiliyyətinin qismən və ya tam itirilməsi və ya gözlərdə ikiləşmə; – nitq pozğunluğu və ya danışmaq qabiliyyətinin olmaması; – başgicəllənmə və ya bayğınlıq; – zəiflik, bədənin bir hissəsində qeyri-adi hiss və ya şiddətli keyləşmə; – hərəki pozğunluqlar; – qarın nahiyəsində kəskin ağrı. KOK və onkoloji xəstəliklər Bəzi tədqiqatlarda kontraseptiv preparatlardan uzun müddət ərzində istifadə etdikdə, uşaqlıq boynu xərçənginin inkişaf etmə riskinin yüksəlməsi qeydə alınmışdır. Həmin yüksək riskin preparatların istifadəsi ilə əlaqəli olub-olmaması məlum deyil, çünki bu, cinsi davranış xüsusiyyətlərinin və digər faktorların nəticəsi ola bilər. Kontraseptivlərdən istifadə etməyən qadınlarla müqayisədə, kontraseptivlərdən istifadə edən eyni yaşlı qadınlarda süd vəzi xərçəngi diaqnozu daha tez-tez təsdiq olunur. Preparatların istifadəsi dayandırıldıqdan sonra, süd vəzi xərçənginin aşkar edilməsi riski aşağı düşür və 10 ildən sonra, kontraseptivlərdən heç bir zaman istifadə etməyən qadınlarda olduğu kimi qeyd olunur. Kontraseptiv preparatların süd vəzi xərçəngi riskini artırıb-artırmaması məlum deyil. Bunu onunla izah etmək olar ki, kontraseptivlərdən istifadə edən qadınlar müayinədən daha tez- tez keçirlər və bu səbəbdən, onlarda süd vəzi xərçəngi daha erkən mərhələdə aşkar olunur. Peroral kontraseptivlərdən istifadə edən qadınlarda qaraciyərin bədxassəli və xoşxassəli şişləri diaqnozu təsdiq olunmuşdur. Qaraciyər şişləri, qarın boşluğu daxilinə həyat üçün təhlükəli qanaxmaların inkişaf etməsinə gətirib çıxara bilər. Beləliklə, qarın nahiyəsinin yuxarı hissəsində tezliklə aradan qalxmayan ağrı hiss olunduğu halda, həkimə müraciət etmək lazımdır. Psixi pozğunluqlar Rigevidon preparatı daxil olmaqla, hormonal kontraseptivlərdən istifadə edən bəzi qadınlarda depressiya və ya əhval-ruhiyyənin pisləşməsi halları barədə məlumatlar daxil olmuşdur. Depressiya ciddi ola bilər və bəzən suisidal düşüncələrə gətirib çıxara bilər. Əhval-ruhiyyənin dəyişməsi və depressiv simptomlar aşkar olunduğu hallarda, əlavə tibbi məsləhət əldə etmək məqsədi ilə, mümkün qədər tez həkimə müraciət etmək lazımdır. Müntəzəm tibbi müayinələr Kontraseptiv preparatların istifadəsinə başladıqdan sonra, həkim hər il müntəzəm tibbi müayinələr aparmalıdır və hər hansı problem meydana çıxdığı halda isə, istənilən zaman həkimə müraciət etmək lazımdır. Laborator analizlərə təsiri Pasiyentə qan analizi təyin etdikdə, həkimə və ya laboratoriya mütəxəssisinə kontraseptiv preparat qəbul etdiyi barədə məlumat verməlidir, belə ki, preparat bəzi analizlərin nəticəsinə təsir edə bilər. Rigevidon preparatının köməkçi maddələri haqqında məlumat Rigevidon preparatının hər tabletinin tərkibində 33 mq laktoza monohidrat (süd şəkəri) və 22,459 mq saxaroza vardır. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük olduqda, preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu preparatın tərkibində natriu karmelloza vardır. Bu dərman vasitəsinin hər tabletinin tərkibində əhəmiyyətsiz dərəcədə 1 mmoldan az (23 mq) natrium vardır, daha dəqiq, demək olar ki, tərkibində natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda, bir müddət əvvəl istifadə edilən və ya istifadəsi planlaşdırılan hər hansı preparat barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Hepatit C qeyd olunduqda və pasiyent ombitasvir/paritaprevir/ritonavir, dasabuvir, qlekaprevir/pibrentasvir və sofosbuvir/velpatasvir/voksilaprevir tərkibli preparatlardan istifadə etdiyi halda, Rigevidon preparatından istifadə etmək olmaz, çünki bu, qan analizi nəticələrində qaraciyər funksiyaları göstəricilərinin yüksəlməsinə (qaraciyərin alaninaminotransferaza (ALT) fermentinin aktivliyinin yüksəlməsinə) gətirib çıxara bilər. Göstərilən dərman preparatları ilə müalicəyə başlamazdan əvvəl həkim pasiyentə digər kontraseptiv preparat seçməlidir. Qeyd olunan müalicə tamamlandıqdan təxminən 2 həftə sonra, Rigevidon preparatının istifadəsinə yenidən başlamaq olar (“Əks göstərişlər” bölməsinə bax). Bəzi dərman vasitələri Rigevidon preparatının qanda konsentrasiyasına təsir göstərə bilər və ya gözlənilməyən qanaxmanın baş verməsinə gətirib çıxara bilər. Həmin preparatlara aşağıda göstərilənləri misal gətirmək olar: – epilepsiyanın müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, primidon, fenitoin, barbituratlar, karbamazepin, okskarbazepin, topiramat, gidantoinlər, felbamat, rufinamid); – vərəmin müalicəsi üçün istifadə olunan dərman preparatları (məsələn, rifampisin); – İİV-infeksiyasının və virus mənşəli C hepatitinin müalicəsi üçün istifadə olunan dərman preparatları (proteaza inhibitorları və tərs transkriptaza fermentinin qeyri-nukleozid inhibitorları adlandırılan preparatlar, məsələn, ritonavir, nevirapin, efavirenz, nelfinavir) və ya digər infeksiyaların müalicəsi üçün istifadə olunan dərman preparatları (qrizeofulvin); – yuxuya meyllilik tutmalarının, həddindən artıq yuxuya meylliliyin, sutkanın günorta vaxtı həddindən artıq yuxuya meylliliyin müalicəsi üçün istifadə olunan dərman preparatları (modafinil); – dəri xərçənginin müəyyən növünün müalicəsi üçün istifadə olunan dərman preparatları (vemurafenib); – artrozun simptomatik müalicəsi üçün istifadə olunan dərman preparatları (etorikoksib); – deşikli dazıotu (Hypericum perforatum) əsasında hazırlanmış bitki mənşəli dərman preparatları. Dazıotu tərkibli preparatlardan istifadə etdikdə və ya istifadə etməyi planlaşdırdıqda, həkimlə məsləhətləşmək lazımdır, çünki bu halda, Rigevidon preparatının istifadəsi pasiyent üçün uyğun olmaya bilər. Rigevidon preparatı, aşağıda göstərilən digər dərman preparatlarının effektlərinə təsir göstərə bilər: – siklosporin tərkibli preparatların; – lamotricinin – qıcolmaəleyhinə preparat (bu, qıcolma tutmalarının tezləşməsinə gətirib çıxara bilər). Rigevidon preparatı ilə eyni zamanda istifadə olunan hər hansı digər dərman preparatları barədə mütləq həkimi, stomatoloqu və ya əczaçını məlumatlandırmaq lazımdır. Digər dərman preparatının istifadəsi müddətində və həmin preparatın istifadəsi dayandırıldıqdan sonra 7 gün (və ya daha çox müddət) ərzində əlavə kontrasepsiya metodlarının (məsələn prezervativlərin və ya digər baryer üsulunun) istifadəsinin tələb olunması barədə həkim və ya stomatoloq pasiyenti məlumatlandırmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə, hamiləlik ehtimal edildikdə və ya hamiləlik planlaşdırıldığı halda, preparatın istifadəsinə başlamazdan əvvəl, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövrü Hamilə olduqda və ya hamiləlik ehtimal edildiyi halda, Rigevidon preparatının istifadəsini dayandırmaq və bu barədə həkimi dərhal məlumatlandırmaq lazımdır. Laktasiya dövrü Laktasiya dövründə Rigevidon preparatını istifadə etmək olmaz. Laktasiya dövründə kontraseptiv preparatların istifadəsi tələb olunduğu halda, həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Rigevidon preparatının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Preparatı hər zaman həkim tövsiyələrinə müvafiq istifadə etmək vacibdir. Hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Rigevidon preparatının hər bir qablaşmasına içərisində 21 örtüklü tablet olan 1 və ya 3 blister və içlik vərəqə yerləşdirilmişdir. Blister elə qaydada hazırlanmışdır ki, tabletlərin istifadəsi tələb olunan günlər ötürülməsin. Blisterin üzərində hər bir tabletin qəbul edilməli olduğu həftənin günləri qeyd edilmişdir. Preparatı blisterin üzərində çap edilmiş ox işarəsi istiqamətində istifadə etməklə, blister tam boşalmayana qədər 21 gün müddətində, hər gün 1 tablet qəbul etmək lazımdır. Bundan sonra, tabletləri 7 gün müddətində istifadə etmək olmaz. Preparatın istifadə edilmədiyi 7 sərbəst gün müddətində, 2-ci və ya 3-cü gün menstruasiyayabənzər “kəsilmə” qanaxması tipli başlayan və menstrual qanaxmaya müvafiq olan, menstruasiya başlamalıdır. Qanaxma hələ dayanmadığı halda belə, 8-ci gün (preparatın istifadə edilmədiyi 7 sərbəst gündən sonra) növbəti qablaşmanın istifadəsinə başlamaq lazımdır. Rigevidon preparatı düzgün istifadə edildiyi halda, hər bir yeni qablaşmanın istifadəsi həftənin eyni günü başlayır və bu zaman, menstrual qanaxma hər ay həftənin eyni günü başlayacaqdır. Tabletləri hər gün sutkanın eyni vaxtında istifadə etmək lazımdır. Ehtimal ki, tabletləri səhər və ya gecə yuxusundan əvvəl istifadə etmək, pasiyent üçün daha rahat ola bilər. Tabletləri bütöv, zərurət yarandığı halda, su ilə birlikdə qəbul etmək lazımdır. Rigevidon preparatının birinci qablaşmasının istifadəsi Əvvəlki menstrual sikl müddətində daxilə qəbul etmək üçün heç bir kontraseptiv preparat istifadə edilmədiyi halda Preparatın ilk tabletini menstruasiyanın birinci günü qəbul etmək lazımdır. Bu, qanaxmanın başladığı gün – siklin birinci günü hesab edilir. Həftənin həmin günü üçün qeyd olunmuş tableti qəbul etmək lazımdır (məsələn, menstruasiya həftənin çərşənbə axşamı günü başladığı halda, blisterin üzərində “çərşənbə axşamı” qeyd olunan tableti qəbul etmək lazımdır). Preparatın istifadəsini ox işarəsi istiqamətində davam etdirməklə, blister tam boşalmayana qədər hər gün 1 tablet qəbul etmək lazımdır. Əvvəlki 21 gün müddətində tabletlər düzgün qəbul edildiyi halda, preparatın istifadəsinin 7-günlük fasiləsi müddətində digər kontrasepsiya metodlarından istifadə etmək zərurəti yoxdur və preparatın növbəti qablaşmasının istifadəsini tələb olunan gün başlamaq lazımdır. Digər kombinəolunmuş hormonal kontraseptiv preparatın istifadəsindən Rigevidon preparatının istifadəsinə keçid Əvvəl istifadə edilən preparatın qablaşmasından sonuncu tabletin qəbulundan sonra, növbəti gün Rigevidon preparatının istifadəsinə başlamaq lazımdır. İki preparatın istifadəsi arasında fasilə etmək olmaz. Əvvəl istifadə edilən preparatın qablaşmasında plasebo-tabletlər (tərkibində hormon olmayan tabletlər) olduğu halda həmçinin, Rigevidon preparatının istifadəsini, tərkibində təsiredici maddə olan sonuncu tableti qəbul etdikdən sonra növbəti gün, lakin, əvvəl istifadə edilən KOK-un istifadəsində adətən edilən fasilədən (və ya əvvəl istifadə edilən preparatın qablaşmasından sonuncu plasebo-tabletini qəbul etdikdən) sonra, növbəti gündən gec olmayaraq başlamaq lazımdır. Vaginal halqanın və ya plastırın istifadəsindən tabletlərin istifadəsinə, həkim təyinatına əsasən keçmək lazımdır. Pasiyent öz hərəkətlərinə əmin olmadıqda və ya əlavə suallar meydana çıxdığı hallarda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Yalnız progestagen tərkibli kontraseptiv preparatların (“mini-pili”, inyeksiyalar, implantatlar və ya uşaqlıqdaxili sistem) istifadəsindən Rigevidon preparatının istifadəsinə keçid Yalnız progestagen tərkibli kontraseptiv preparatın (“mini-pili”) istifadəsini istənilən zaman dayandırmaq və növbəti gün, adətən istifadə edilən zaman Rigevidon preparatının qəbuluna başlamaq olar. Lakin, yeni preparatın istifadəsinin ilk 7 günü müddətində əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Qadın inyeksiyadan istifadə etdikdə, ona implantat (dəri altına yerləşdirilən kontraseptiv vasitə) yeridildikdə və ya progestagen tərkibli uşaqlıqdaxili sistem yerləşdirildiyi halda, qadın Rigevidon preparatını növbəti inyeksiya təyin olunan gün və ya implantant və ya uşaqlıqdaxili sistem çıxarılan gün qəbul etməyə başlaya bilər. Lakin, yeni preparatın istifadəsinin ilk 7 günü müddətində əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Rigevidon preparatının doğuşdan, düşükdən və ya abortdan sonra istifadəsi Doğuşdan, düşükdən və ya abortdan sonra, həkim pasiyentə preparatın istifadəsi barədə tövsiyə verməlidir. Hamiləlik dövrünün ilk üç ayı müddətində baş verən düşükdən və ya abortdan dərhal sonra, Rigevidon preparatını qəbul etmək olar. Bu halda, əlavə kontraseptiv vasitələrdən istifadə etmək tələb olunmur. Hamiləlik dövrünün ikinci trimestrində vaxtından əvvəl döğuş və ya abort baş verdikdə və qadın körpəsini ana südü ilə qidalandırmadığı halda, Rigevidon preparatının istifadəsini doğuşdan, düşükdən və ya abortdan 21-28 gün sonra başlamaq olar. Lakin, preparatın istifadəsinin ilk 7 günü müddətində cinsi əlaqə zamanı əlavə kontraseptiv vasitələrdən (məsələn, prezervativlərdən və ya digər baryer metodlardan) istifadə etmək lazımdır. Rigevidon preparatının istifadəsinin ötürülməsi Preparatın istifadəsindən 12 saat və ya daha az müddət keçdiyi halda İstifadəsi ötürülən tablet yada düşən kimi, dərhal qəbul edildikdə və növbəti tablet adətən istifadə edilən zaman qəbul edildiyi halda, pasiyent əvvəlki kimi hamiləlikdən qorunmuş olur. İki tabletin bir gün ərzində qəbul edilməsi mümkün ola bilər. Preparatın istifadəsindən 12 saatdan artıq müddət keçdiyi halda Tabletin istifadəsindən 12 saatdan artıq müddət keçdiyi halda, hamiləlikdən qorunma aşağı düşə bilər. Bu səbəbdən, əlavə kontrasepsiya vasitələrindən istifadə etmək lazımdır. Tabletlərin qəbulunun nə qədər çox sayı ötürülərsə, hamiləlikdən qorunmamaq riski bir o qədər yüksək olur. Birdən çox tabletin qəbulu ötürüldüyü halda, həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsinin birinci həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Həmçinin, növbəti 7 gün müddətində kontrasepsiyanın baryer üsulundan, məsələn, prezervativlərdən istifadə etmək lazımdır. Növbəti 7 gün müddətində cinsi əlaqə baş verdiyi halda, hamiləliyin baş verməsinin mümkünlüyünü ehtimal etmək lazımdır. Tabletlərin qəbulunun nə qədər çox sayı ötürülərsə və bu, preparatın istifadəsinin fasiləsinə nə qədər yaxın zamanda baş verərsə, hamiləliyin baş vermə riski bir o qədər yüksək olur. Preparatın istifadəsinin ikinci həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Əvvəlki 7 gün müddətində Rigevidon preparatı düzgün istifadə edildiyi halda, əlavə kontraseptiv vasitələrdən istifadə etmək tələb olunmur. Lakin, 1 tabletdən çox tabletin istifadəsi ötürüldüyü halda, növbəti 7 gün müddətində əlavə kontraseptiv vasitələrdən istifadə etmək lazımdır. Preparatın istifadəsinin üçüncü həftəsində tabletlərin qəbulu ötürüldüyü halda nə etməli Preparatın qəbulunda sonrakı fasilə ilə əlaqəli kontraseptiv təsirin kritik azalma riski qaçılmazdır. Lakin, tabletlərin istifadə rejimini dəyişmək yolu ilə kontraseptiv təsirin aşağı düşməsinin qarşısını almaq mümkündür. Bununla əlaqəli, preparatın təklif olunmuş iki istifadə rejimindən birinə əməl etməklə, istifadəsi ötürülmüş ilk tabletdən əvvəlki 7 gün müddətində Rigevidon preparatının bütün tabletləri düzğün qəbul edildiyi halda, əlavə kontrasepsiya metodlarından istifadə etmək tələb olunmur. İstifadəsi ötürülmüş ilk tabletdən əvvəlki 7 gün müddətində Rigevidon preparatı düzgün istifadə edilmədiyi halda, preparatın istifadəsinin iki təklif edilmiş rejiminin birincisinə əməl etmək lazımdır. Bundan əlavə, növbəti 7 gün müddətində eyni zamanda kontrasepsiyanın baryer üsulundan (məsələn, prezervativdən) istifadə etmək lazımdır. 1. İstifadəsi ötürülən sonuncu tableti, yada düşən kimi, hətta preparatın 2 tabletini eyni zamanda istifadə etməli olduğu halda belə, qəbul etmək lazımdır. Bundan sonra, Rigevidon preparatının istifadəsini sutkanın adətən qəbul edilən vaxtı davam etdirmək lazımdır. Daha sonra, istifadə olunan qablaşmada sonuncu tableti qəbul etdikdən sonra, növbəti gün növbəti qablaşmada olan tabletlərin qəbuluna başlamaq lazımdır, yəni, tabletləri fasiləsiz istifadə etmək lazımdır. İkinci qablaşmanın istifadəsi sona çatana qədər “kəsilmə” qanaxmasının meydana çıxma ehtimalı aşağıdır, lakin, tabletlərin qəbulu fonunda “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər və ya “sıçrayış” (profuz) qanaxma meydana çıxa bilər. 2. Həmçinin, istifadə olunan qablaşmadan tabletlərin istifadəsini dayandırmaq olar. Bu halda, tabletlərin istifadəsi ötürülən günlər də daxil olmaqla, preparatın istifadəsində 7 gün müddətində fasilə etmək və daha sonra, preparatın yeni qablaşmasının istifadəsinə başlamaq lazımdır. Tabletlərin istifadəsi ötürüldükdə və bundan sonra, preparatın istifadəsi zamanı birinci fasilə müddətində “kəsilmə” qanaxması olmadığı halda, hamiləliyin baş verməsinin mümkünlüyünü ehtimal etmək lazımdır. Qusma/diareya zamanı neçə hərəkət etməli Preparatın istifadəsindən sonra 3-4 saatdan tez müddət ərzində qusma və ya diareya baş verdiyi halda, preparatın təsiredici maddələrinin orqanizmə sorulmaması ehtimalı mövcuddur. Bu halda, tabletlərin istifadəsinin ötürülməsinə dair yuxarıda göstərilən tövsiyələrə riayət etmək lazımdır. Qusma və ya diareya meydana çıxdığı halda, həzm pozğunluğu qeyd olunan dövr sona çatana qədər və növbəti 7 gün müddətində əlavə kontrasepsiya metodlarından, məsələn prezervativlərdən və ya digər baryer metodlardan istifadə etmək tələb olunur. Menstruasiyanın başlanma vaxtını təxirə salmaq və ya başqa vaxta keçirmək üçün nə etməli Menstruasiyanın başlanma vaxtını təxirə salmaq və ya başqa vaxta keçirmək məqsədi ilə həkimə müraciət etmək lazımdır. Menstruasiyanın başlanma vaxtını təxirə salmaq üçün istifadə olunan qablaşmada tabletlərin qəbulu sona çatdıqdan sonra, növbəti gün preparatın istifadəsinə fasilə vermədən, yeni qablaşmanın tabletlərinin istifadəsinə başlamaq lazımdır. Menstruasiyanın ləngidilməsi pasiyentin istəyi ilə, ikinci qablaşmada tabletlərin istifadəsi sona çatana qədər davam edə bilər. Prepatın ikinci qablaşması istifadə edilən müddət ərzində “sıçrayış” qanaxması inkişaf edə bilər və ya “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər. Adətən edilən 7-günlük fasilədən sonra, yenidən Rigevidon preparatının müntəzəm qəbuluna başlamaq lazımdır. Menstruasiyanın başlanma gününün dəyişdirilməsi üçün nə etməli Rigevidon preparatı düzgün istifadə edildiyi halda, menstruasiya hər ay həftənin eyni günü başlayacaqdır. Menstruasiyanın başlanma vaxtını, tabletlərin qəbulu fonunda əvvəllər baş verdiyi vaxta nisbətən digər günə keçirmək lazım gəldikdə, preparatın qəbulunda növbəti fasiləni istənilən gün sayı qədər qısaltmaq mümkündür (lakin heç bir zamanı uzatmaq olmaz). Məsələn, menstruasiya adətən, həftənin cümə günü başlandığı halda və pasiyent onun başlanmasını çərşənbə axşamı gününə (yəni, 3 gün əvvələ) keçirmək istədiyi halda, Rigevidon preparatının növbəti qablaşmasının tabletlərinin istifadəsini 3 gün əvvəl başlamaq lazımdır. Preparatın istifadəsində fasilə nə qədər qısa olarsa, “kəsilmə” qanaxmasının baş verməmə ehtimalı bir o qədər yüksəkdir, lakin, preparatın ikinci qablaşmasının tabletlərinin qəbulu fonunda “bulaşıq” qanlı ifrazatlar müşahidə oluna bilər və ya “sıçrayış” qanaxması meydana çıxa bilər. Menstruasiyalar arasında qanaxma baş verdiyi halda Rigevidon preparatının istifadəsi fonunda, xüsusilə, preparatın istifadəsinin ilk bir neçə ayı müddətində qadınların az bir qismində əhəmiyyət kəsb etməyən “sıçrayış” qanaxmalarının və ya “bulaşıq” qanlı ifrazatların meydana çıxması müşahidə oluna bilər. Həmin qanaxmalar, bir qayda olaraq, heç bir təhlükənin meydana çıxmasına səbəb olmur və 1 və ya 2 gündən sonra aradan qalxır. Tabletlərin istifadəsini adətən olduğu kimi davam etdirmək lazımdır. Preparatın ilk bir neçə qablaşmasının (adətən, 3 qablaşmasının) istifadəsindən sonra qeyd olunan simptomlar aradan qalxmalıdır. Qanaxmalar təkrar olunduqda, narahatlığa səbəb olduqda və ya uzunmüddətli xarakter daşıdığı hallarda, həkimə müraciət etmək lazımdır. Növbəti menstruasiya baş vermədiyi halda Tabletlər düzgün istifadə edildikdə, həzm pozğunluğu qeyd olunmadıqda və pasiyent digər dərman preparatlarından istifadə etmədiyi halda, hamiləliyin baş vermə ehtimalı aşağıdır. Rigevidon preparatının istifadəsini, adətən olduğu rejimdə davam etdirmək lazımdır. Ardıcıl iki menstruasiya baş vermədiyi halda Ardıcıl iki menstruasiya baş vermədiyi halda, hamiləliyin baş vermə ehtimalı mövcuddur və bu zaman, dərhal həkimə müraciət etmək lazımdır. Kontraseptiv preparatı yalnız, hamiləlik testi aparıldıqdan və həkimdən müvafiq tövsiyələr alındıqdan sonra, davam etdirmək olar. Rigevidon preparatının istifadəsinin dayandırılması Rigevidon preparatının istifadəsini, istənilən zaman dayandırmaq olar. Preparatın istifadəsini hamilə qalmaq məqsədi ilə dayandırdıqda, təbii menstruasiya baş verməyənə qədər digər kontrasepsiya metodundan istifadə etmək lazımdır. Bu halda, həkim uşağın ehtimal edilən doğum tarixini daha asan müəyyən edə bilər. Preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Rigevidon preparatının qida və içkilərlə qəbulu Tabletləri bötöv şəkildə, ehtiyac olduqda su ilə qəbul edilir.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, Rigevidon preparatı da arzuolunmayan reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin bu reaksiyalar preparatdan istifadə edən hər bir qadında meydana çıxmır. Ciddi arzuolunmayan reaksiyalar Tənəffüsün çətinləşməsi ilə müşayiət olunan angionevrotik ödem simptomları, məsələn, üz nahiyəsinin, dilin və/və ya boğazın ödemi, udma qabiliyyətinin çətinləşməsi və ya övrə meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). KOK preparatlardan istifadə edən qadınlarda aşağıda göstərilən ciddi arzuolunmayan hallar qeydə alınmışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində “KOK və trombozlar” və “KOK və onkoloji xəstəliklər” hissələrinə bax): – venoz tromboemboliya (damarlarda trombların əmələ gəlməsi); – arterial tromboemboliya (arteriyaların tutulması); – uşaqlıq boynu xərçəngi. Rigevidon preparatının istifadəsi ilə əlaqəli meydana çıxan arzuolunmayan reaksiyaların siyahısı aşağıda göstərilmişdir. Tez-tez müşahidə olunan arzuolunmayan reaksiyalar (10 qadından 1-dən çoxunda olmamaqla meydana çıxa bilər): vaginal kandidoz daxil olmaqla, uşaqlıq yolunun iltihabı; depressiya daxil olmaqla, əhval-ruhiyyənin dəyişməsi; cinsi meylliliyin pozulması, baş ağrısı, əsəbilik; başgicəllənmə, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, sızanaqlı səpgilər; süd vəzilərində ağrı, ödemlilik və ifrazatların qeyd olunması; ağrı ilə müşayiət olunan menstruasiyalar, qeyri- müntəzəm menstrual qanaxmalar, qanaxmaların olmaması və ya menstrual qanaxmanın az olması; uşaqlıq boynunun patologiyası (uşaqlıq boynunun selikli qişasında dəyişikliklər) və uşaqlıq yolundan ifrazatlar; mayenin ləngiməsi/ödemlər, bədən kütləsinin dəyişməsi. Bəzən müşahidə olunan arzuolunmayan reaksiyalar (100 qadından 1-dən çoxunda olmamaqla meydana çıxa bilər): iştahanın dəyişməsi, miqren, arterial təzyiqin yüksəlməsi, diareya, qarın nahiyəsində spazmlar, qarında köpün əmələ gəlməsi, səpgilər, övrə; uzun müddət ərzində saxlanıla bilən xloazma (dəri üzərində sarı-qonur rəngli ləkələrin meydana çıxması); həddindən artıq tüklənmə, tüklərin tökülməsi; qanda triqliseridlərin miqdarının artması daxil olmaqla, qanın lipid tərkibinin dəyişməsi. Nadir hallarda müşahidə olunan arzuolunmayan reaksiyalar (1000 qadından 1-dən çoxunda olmamaqla meydana çıxa bilər): hiperhəssaslıq reaksiyaları, ağır allergik reaksiyalar (çox nadir hallarda övrə, üz nahiyəsinin, dilin ödemi, ağır qan dövranı və tənəffüs pozğunluqları ilə müşayiət olunan anafilaktik reaksiyalar), qlükozaya qarşı tolerantlığın pozulması, kontakt linzalardan istifadə etdikdə, gözlərin qıcıqlanması, dəri rənginin saralması (sarılıq), düyünlü eritema (ağrılı qırmızı çalarlı düyünlərin əmələ gəlməsi ilə müşayiət olunan dəri xəstəliyi). Çox nadir hallarda müşahidə olunan arzuolunmayan reaksiyalar (10000 qadından 1-dən çoxunda olmamaqla meydana çıxa bilər): xoşxassəli və ya bədxassəli qaraciyər şişləri, autoimmun xəstəliklərin (qurdeşənəyinin) proqressivləşməsi, porfiriyanın proqressivləşməsi, xoreyanın (qeyri-iradi hərəkətlərlə xarakterizə olunan xəstəlik) kəskinləşməsi, görmə sinirinin iltihabı, göz damarlarında trombların əmələ gəlməsi, venaların varikoz xəstəliyinin ağırlaşması, yoğun bağırsaq iltihabı (işemik kolit), mədəaltı vəzinin iltihabı, öd kisəsi xəstəlikləri (daşların əmələ gəlməsi daxil olmaqla), multiform eritema (hədəfəbənzər qızartılarla müşayiət olunan səpgilərin və ya kiçik xoraların əmələ gəlməsi ilə xarakterizə olunur); hemolitik-uremik sindrom adlandırılan qan xəstəliyi (HUS – tromblar, böyrək çatışmazlığının meydana çıxmasına səbəb olan pozğunluq); qan zərdabında fol turşusu duzlarının miqdarının aşağı düşməsi. Məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): bağırsağın iltihabi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit), qaraciyər hüceyrələrinin zədələnməsi (məsələn, hepatit, qaraciyər funksiyalarının pozulması). Arzuolunmayan reaksiyalar barədə məlumatlar İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdığı halda həkimlə məsləhətləşmək lazımdır. Göstərilən tövsiyə ehtimal edilən bütün arzuolunmayan reaksiyalara, o cümlədən, bu içlik vərəqədə qeyd olunmayan reaksiyalara aiddir. Arzuolunmayan reaksiyalar barədə həmçinin, bilavasitə arzuolunmayan reaksiyaların Milli sistemi vasitəsi ilə məlumat vermək olar. Arzuolunmayan reaksiyalar barədə məlumat verməklə, preparatın təhlükəsizliyi barədə daha çox məlumatın əldə edilməsinə kömək etmək olar.

Doza həddinin aşılması

Məsləhət görülən dozadan artıq Rigevidon qəbul etdikdə, pasiyentə dəyə biləcək zərər kiçikdir, lakin pasiyent ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, süd vəzilərinin kobudlaşması, keyləşmə, yuxululuq/zəiflik hiss edə bilər. Qızlarda uşaqlıq yolundan qanaxma baş verə bilər. Bu cür simptomlar təzahür etdikdə, həkimə müraciət etmək lazımdır, həkim nə etmək lazım gəldiyini bildirəcək.

Buraxılış forması

21 tablet, PVX/PVDX və alüminium folqalı blisterdə. 1 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Karton qutuya blisteri saxlamaq üçün yastı karton futlyar yerləşdirilmişdir.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Gedeon-Rixter” ASC. 1103 Budapeşt, Demrei küç., 19-21, Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“Gedeon-Rixter” ASC. Qaynar xətt telefonu (zəng ödənişsizdir): 7-800-555-00777. Elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rigevidon N21 tablet” üçün ilk rəyi siz yazın.